2
Dissertasiya AMEA Folklor İnstitutunun
“Aşıq yaradıcılığı“ şöbəsində yerinə yetirilmişdir.
Elmi rəhbər: Hüseyn Ələsgər oğlu İsmayılov
Filologiya üzrə elmlər doktoru, professor
Rəsmi opponentlər: Qəzənfər Məhəmməd oğlu Paşayev
Filologiya üzrə elmlər doktoru, professor
Əsgərov Əfzələddin Dağbəyi oğlu
Filologiya üzrə fəlsəfə doktoru, professor
Aparıcı müəssisə: Bakı Dövlət Universitetinin «Azərbaycan şifahi
xalq ədəbiyyatı» kafedrası.
Müdafiə “_12__“ 11___2012-ci il saat “___“- da Azərbaycan MEA
Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən FD.01.201 Dissertasiya
Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: Az1001, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, 31
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış
olmaq mümkündür.
Avtoreferat “___”___________ 2012-ci il tarixdə göndərilmişdir.
Dissertasiya Şurasının elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru,
dosent: Rza Zeynal oğlu Xəlilov
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra əsrlər boyu ya-
ratdığı zəngin milli-mənəvi sərvətlərə tamamilə başqa prizmadan yanaşır. Bu ya-
naşma humanitar və sosial elmlər sahəsində ciddi deformasiyaya, ideoloji təxribata,
marksist-leninçi səciyyə daşıyan əyintilərə məruz qalmış mədəni irsin, o cümlədən
ədəbiyyatın əsl mahiyyətini üzə çıxarmaq, onun həqiqi elmi və tarixi qiymətini ver-
mək arzusu ilə bağlıdır. Həmin fikir ədəbiyyatımızın ən qabaqcıl qollarından biri
olan aşıq sənətinə də aiddir. Heç kəsə sirr deyil ki, aşıq yaradıcılığı sovet dövründə
sinfi nöqteyi-nəzərdən tədqiq edilmiş, kommunist partiyasını və şura quruluşunu,
xalqlar dostluğunu və beynəlmiləlçiliyi, sosializm yarışını və «kolxozun işıqlı lam-
palarını» vəsf edən bir sənət kimi təqdim və qəbul edilmişdir. Sovet ədəbiyyatşü-
naslıq elmində yaşadığı dövrdən asılı olmayaraq bütün yaradıcı şəxsiyyətlərə uc-
dantutma tətbiq edilən sinfi yanaşma, bolşevik inqilabından əvvəlki sənətkarlara
«tənqidi realizm», sovet dövründə yaşayanlara isə «formaca milli, məzmunca sosi-
alist tipli» ədəbiyyat doktrini çərçivəsində qiymət verilməsi nəticəsində əsil ədəbi
meyarlar pozulmuş, milli-mənəvi və etnik-dini dəyərlər bilərəkdən, sistemli şəkildə
təhrif edilmişdir. Ona görə də aşıq sənətinin tamamilə yeni prizmadan həm regio-
nal, həm də lokal kontekstdə tədqiqi folklorşünaslıq elmi qarşısında duran ən vacib
məsələlərdən biridir. Aşıq mühitlərinin və məktəblərinin küll halında, ayrı-ayrı sə-
nətkarların yaradıcılığının isə fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni
sisteminin mükəmməl öyrənilməsi üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Bu
mənada Ağbaba-Çıldır aşıq mühitinin və bu mühitin görkəmli nümayəndələrinin
yaradıcılığının tədqiqi konkret olaraq aşıq ədəbiyyatının gerçək elmi mənzərəsini
yaratmaq üçün vacibdir. Bütün bunları nəzərə aldıqda milli-mənəvi sərvətlərimizə
yeni prizmadan yanaşmanın nə qədər aktual və vacib olduğu aşkara çıxır.
Mövzunun aktuallığı. Azərbaycan aşıq sənətinin inkişafında Ağbaba-Çıldır
aşıq mühitinin mühüm rolu vardır. Bu mühit zəngin folkloru, özünəməxsus ənənə-
ləri və görkəmli saz-söz ustaları ilə seçilir. XIX əsrin sonu - XX əsrin birinci yarı-
sında yaşayıb yaradan Aşıq Nəsib öz dövrünün böyük sənətkarları ilə birlikdə saz-
söz sənətinin tərəqqisi üçün yorulmadan çalışmışdır. Bu mühitin zirvəsi sayılan
Aşıq Şenliyin ən layiqli yetirməsi olan Aşıq Nəsibin adı yalnız ötəri şəkildə ümumi
icmallarda çəkilmiş, onun sənəti ilə bağlı xüsusi tədqiqat işləri aparılmamışdır.
Halbuki Aşıq Nəsibin dövrü, mühiti və yaradıcılığının çağdaş elmi-nəzəri tələblər
səviyyəsində araşdırılması folklorşünaslıq elmi üçün zəruri və aktualdır. Bu tədqi-
qat işi həmin boşluğu qismən də olsa doldurmaq məqsədilə yazılmışdır.
Tədqiqatın mənbələri. Aşıq Nəsibin yeganə kitabı onun vəfatından 60 il son-
ra nəşr edilmişdir. Bayatı, gəraylı, qoşma, təcnis, divani, müxəmməs və aşıq rəva-
yətlərindən ibarət olan bu kitab aşığın yaradıcılığı barədə dolğun təsəvvür yaratsa
da, onun zəngin irsinin az bir qismini əhatə edir. Aşıq Nəsibin yetirmələrinin, onun
irsini sevən ziyalıların və el ağsaqqallarının dilindən yazıya alınmış, habelə disser-
tant tərəfindən toplanmış şeirlər və məlumatlar, aşığın həyatı və yaradıcılıq yolu
haqqında yazılmış elmi və publisistik yazılar tədqiqatın mənbələrini təşkil edir.