Nailə Əskər a m e a folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru



Yüklə 48,63 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü48,63 Kb.
#50050


Azərbaycan xalçaları cild 7, №24, 2017

İslam  dünyasında 

oyun  və  idman

Nailə Əskər

A M E A   Folklor İnstitutunun  böyük elmi işçisi, filologiya  üzrə fəlsəfə doktoru 

E -m a il: cjaracantali@live.com



Oyunlar  hər  bir  xalqın  özünəməxsus  dünyagörüşünü,  inanc  və  etiqad  sis­

temini,  dünyam  anlamaq  formasını  əks  etdirən  ilkin  estetik  janrlardan  biridir. 

Onlar  eyni  zamanda  insanların  əyləncə  tərzini  və  məişətini  də  əks  etdirir.  Hər 

xalqın  oyunlarından  onların  əhval-ruhiyyəsini,  əxlaqi  keyfiyyətlərini,  psixoloji 

vəziyyətini də təyin etmək mümkündür.

Oyun  sözü  "vaxt  keçirməyə  yarayan,  özünəməxsus  qaydaları  olan  əyləncə; 

təəccüb  oyandıran  hünər;  musiqinin  müşayiəti  ilə  edilən  hərəkətlərin  tamamı; 

təmsil, pyes; fiziki gücü və zəkanı inkişaf etdirmək mədsədi ilə aparılan yarışma; 

fırıldaq"  kimi  mənaları  ifadə  edir.  Ərəb  dilində  "ləab  və  laib"  oyun  sözünə  ya­

xın məna daşıyır.  "İnsanı məşğul edən, ona başqa işləri unutduran m əşğuliyyət" 

mənasındakı  "ləhv  zə  ləab"  əvəzində  istifadə  edilməklə  yanaşı,  daha  geniş 

mənaları da vardır.

Musiqinin müşayiəti ilə oyun (rəqs) qədim bir ənənədir. Ərəb mədəniyyətində 

simli və nəfəsli çalğılar məlum olmuş və eyni zamanda dəf daha geniş istifadə edil­

mişdir.  Ərəblər  toy  və bayramlarda  dəf çalıb  oynayardılar.  Musiqinin  müşayiəti 

ilə  oynanan  rəqslərdən başqa,  onların  qılınc,  qalxan və  mizraqla  ifa  etdikləri  rit­

mik hərəkətlərdən ibarət "qals"  və ya "dirqalə"  dedikləri milli oyunları vardır.

Araşdırma  zamanı  İslam  coğrafiyasında  atla,  güləşlə  bağlı  olan  oyunların 

bir-birinə  çox  bənzədiyini  görürük.  Bu  da  bu  oyunların  ortaq  düşüncə  və  həyat 

tərzindən  doğduğunu  bildirir.  Bu  oyunlar  arasındakı  fərqlər  isə  coğrafi  şərait 

və  iqlimlə  əlaqəlidir.  Ən  başlıcası,  əİimizdəki  materiallar  idrakı  inkişaf  etdirən 

şahmat,  nərd  və  digər  stolüstü  oyunların  Şərqdə  doğulub,  İslam  coğrafiyasında 

təkmilləşərək Avropaya  qədər  yayıldığını  göstərir.  İslam  dünyasında  oynanılan 

bu oyunlar bu və ya digər dərəcədə bir-birindən fərqlənsələr də, mahiyyət etibarı 

ilə eynidirlər. Bu da eyni mədəni tarixi kökləri,  dini,  milli tolerantlığı ifadə edir.

İslamın  təşəkkül  tapdığı  qədim  mədəniyyət  beşiyi  olan  Mərakeşdə  nəinki 

ənənəvi oyunlar, hətta mənəvi mədəniyyət də zəngindir. Qədimdən bəri mövcud 

olmuş,  lakin  1960-cı  ildən  başlayaraq  rəsmən  qeyd  olunan  milli  folklor  festival­

ları hər il may ayında  Əl-Badi  sarayında keçirilir.  Bu nağılvari tamaşalar sarayın 

qədim  divarları  arasında  açıq  səma  altında  keçirilir.  Ölkənin  cənubundan  "G öy 

insanlar"  (paltarları  əl  üsulu  ilə  indiqoya  boyandığına  görə  onların  dərisi  göy 

rəngə çalırdı) sirli "qedra"  rəqsini nümayiş etdirirlər, Orta Atlasın sakinləri "xan- 

dus" kimi yallı rəqsi ilə çıxış edir, Yuxarı Atlasının bərbərləri "avaş" mahnısını ifa 

edirlər.


Mərakeşin  həyatında  bayramların  müstəsna  rolu  vardır.  Ay  təqvimi  üzrə 

qeyd  olunan müsəlman bayramları -  Uraza  (qurban bayramı),  məhərrəm  ayının 

birinci günü (ərəblərin yeni ili), Məhəmməd peyğəmbərin ad günü, ramazan ayı­

nın bitm əsi böyük əhəmiyyət kəsb edir.

Mərakeşlilər arasında meydan tamaşaları xüsusi yerə sahibdir. Bayramlar za­

manı  mahnı  oxuyan  qadınların  müşayiəti  ilə  ağ  paltarlı  süvarilər  at  oynadaraq 

qiymətli  daş-qaşla bəzədilmiş  qədim  tüfənglərdən -  muqqalardan atəş  açırdılar. 

Mərakeşlilər öz milli musiqilərini ifa edir, tez-tez rəqsləri dualarla əvəz edirdilər.

Ənənəvi  şəkildə  qeyd  olunan,  1960-cı  ildən  isə  rəsmən  hər  il  may  ayında 

Mərakeşdə keçirilən milli folklor festivallarında ən çox aşağıdakı idman oyunları 

nümayiş olunur:

119



•  Qaçış -  səyahətlər,  cihad,  qida  axtarışı üçün  məşqetmə forması  idi.  Dola­

yısı  ilə  qaçış  xeyir işlər görməyə  tələsmək kimi  də nəzərdə  tutulurdu,  yəni  qaçış 

həm mənəvi, həm də fiziki cəhətdən təkmilləşməyə yardım edirdi.

•  Atçapma -  ərəblərin atçapma sənəti məşhurdur. Onlar bu sənəti uşaqları­

na 8 yaşından öyrədirlər.

•  Oxatma -  bu oyun müsəlmanlığın ilk illərindən əhali arasında məşhur idi.

•  Daş atmaq -  bu oyunun qaydaları bədii ərəb kitablarında təsvir olunur.

•  Qılıncoynatma

•  Döyüş,  mübarizə

•  Ağır atletika

•  Hündürlüyə tullanma

•  Üzgüçülük

Adlarını  çəkdiyimiz  ənənəvi  idman  oyunları  ərəb  coğrafiyasında  çox  qədim 

dövrlərdən təkmilləşərək bu  folklor festivalına qədər yol gəlmiş və burada yarış- 

müsabiqə formasını almışdır.

Ən maraqlı  "Fantaziya"  festivalı  ölkənin  müxtəlif yerlərində  müntəzəm ola­

raq  keçirilir.  Bu,  bərbər  tayfalarının  (bərbərlər  Afrikanın  şimalında  -  Misirdən 

Atlantik  okeanına  qədər  olan  ərazilərdə  yaşayan  VII  əsrdə  İslam  dinini  qəbul 

etmiş  yerli  xalqların  ümumi  adıdır.  Avropalılar  onlara  "bərbər"  adını  dillərini 

başa düş-mədiklərinə görə veriblər.  Əsl adları isə "amaziq",  "amaxaq" - tərcüməsi 

"azad  kişi"deməkdir.)  atlı  festivalıdır.  Bu  zaman  çadır  şəhərciyi  salınır  və  onun 

mərkəzində  tamaşa  göstərilir.  Ağ  geyimdə  -   calabiyyədə  onlarla  bərabər  bara­

banların  sədaları  altında  at  çaparaq  döyüş  halayları  səsləndirir  əntiq  tüfəng  və 

qılınc oynadırlar.

120



Orta  əsrlərdə  islam  coğrafiyasında  Əxi  təşkilatlarının  nəzdində  qurulan 

bəzi  idman  oyunları  keçirilən  təkkələrdə  idman  əxlaqı  da  tədris  olunurdu.  İd­

manda  hiylə  və  saxtakarlığa  yol  vermək  qeyri-əxlaqi  hesab  olunur  və  xoş  qar­

şılanmırdı.  Ədalətli,  dürüst  oyunçu  olmaq,  sadəcə,  əzələləri  inkişaf  etdirməklə 

deyil,  ədəb  qaydalarına  əməl  etmək,  qrup  oyunlarında,  yarışlarda  rəqibə bilərək 

zərər  yetirməmək,  hakimi  aldatmamaq  da  müsəlman  idmançının  əxlaqi  dəyər- 

lərindəndir.  Oyun  intizamı  insana  səbrli,  fədakar  olmağı,  özünə  nəzarət  etməyi 

və bitərəfliliyi öyrədirdi.

Müsəlmanların müharibə və  düşmən hücumunun qarşısını almağa hazırlaş­

maları səbəbindən atçılıq idmanı, ümumiyyətlə,  islam  cəmiyyətində,  xüsusilə də 

Misirdə yüksək mövqe  tutmuşdu.  Bu  oyunlar müharibə zamanından əlavə,  sülh 

vaxtı da böyük rol oynamışdı. İslam coğrafiyasının bir çox böyük şəhərlərində tez- 

tez atçılıq yarışları keçirilirdi. Sultanlardan tutmuş aşağı təbəqənin nümayəndələri 

belə bu yarışları izləmək üçün meydanlara gəlirdi.

Atçılıq yarışlarına aşağıdakı idman növləri daxil idi:

•  At yarışları (cıdır)

•  Oxatma yarışları

•  Qılmcoynatma yarışları

•  Nizəatma yarışları

Çoxmillətli  İslam  aləminin  bir  hissəsini  təşkil  edən 

türklərin tarixində  də idman böyük əhəmiyyət daşımış­

dır. Türklərin Orta Asiyadan dünyanın müxtəlif yerlərinə 

yurd  qurmaq üçün yayılması,  daim müharibələr etməsi 

onlardan  güclü  və  at  çapmaqda  məharətli  olmağı  tələb 

edirdi.  Onlar  rəqiblərinə  qalib  gəlmək  üçün  qüvvətli, 

cəld, sürətli olmaq məcburiyyətində idilər. Bu səbəblərə 

görə  də  qədim  türklər  daim  idmanla  məşğul  olmuşlar.

Ənənəvi idman növləri üzrə həmişə yarışlar təşkil olun­

muş və bu  idman oyunları böyük inkişaf yolu  keçmişdir.

Güləş,  minicilik,  qılmcoynatma,  oxatma,  piyada  qaçışları,  uzunluğa  tullanma, 

ağırlıq qaldırma,  gürz və əmud istifadə etmək,  cıdır,  cirit, çöğən,  gökbörü,  təpük, 

toxmaq, xizək, matraq və s. kimi idmanlar türklərin məşğul olduğu qədim idman 

növləridir.

Türklərin  hər  şəhərində  at  yarışı  üçün  bir  sahə  olurdu  və  hər  cümə  günü 

təşkil  olunanyarışlarda  onlar  güclərini  sınayırdılar.  Türklərdə  at  yarışlarından 

həyat yoldaşı  seçimində  də  istifadə  olunmuşdur.  Atlı  qızlar bir  qrup  halında ya­

rışa  başlar  və  arxalarından  atlarını  qrup  halında  çapan  oğlanlar  onlardan  birini 

tutub  atlarının  tərkinə  alardılar.  Daha  sonra  seçdikləri  bu  qızlarla  evlənərdilər. 

Əgər  bir  qızın  istəyəni  çox  olardısa,  qız  yarışa  tək  olaraq  başlayar,  daha  sonra 

arxasından oğlanlardan ibarət qrup atlarını çapardı. Qrupdan kim qızı tuta bilsə, 

o,  qızla evlənmək haqqını əldə edərdi.

121



Ərəblər at yarışlarım hələ  cahiliyyə  dövründə keçirirdilər.  Onlar bu yarışlar­

da  mərc üçün pul  qoyurdular.  İslam  dövründə ilk  at yarışı  hicrətin  altıncı ilində 

keçirilmişdi. Sonralar at yarışları xəlifələr üçün yalnız yarış xüsusiyyətindən çıxa­

raq,  həm də  əyləncəli oyunlara çevrildi.  Əməvi xəlifələrinin sahib  olduğu  atların 

sayı dörd mindən çox idi.

At  yarışları  elə  bir  səviyyəyə  çatmışdı  ki,  yarış  keçirilən  gün  bayram  kimi 

qeyd  olunurdu.  Bu  yarışlarda  mükafat  və  hədiyyələr  paylanırdı.  Yarış  üçün 

seçilən atların əlamətləri olmalı idi. Bu əlamətlərdən bəzisi bunlar idi: Atm burnu 

nazik olmalı idi ki, suyu küpədən içə bilsin. Yanağında ət olmamalı, gözləri və ba- 

damcıq vəziləri böyük, bədəni enli,  qulaqları, quyruğu və boynu uzun olmalı idi.

Yarış vaxtı startda kəndir bağlanılırdı və onun yanında bir nəfər dayanıb, işarə 

ilə yarışın başlanmasını bildirirdi. Atların qaçdığı məsafə müəyyən edilirdi və qa­

çış  zolağı  kərpiclərlə  xətlənirdi.  Xətlənmiş  zolağa  səkkiz  atdan artıq yerləşmirdi. 

Zolaqların  sonunda  yerə  oxlar  basdırılırdı.  Bu  oxlardan  ardıcıllıqla  yeddi  qalib 

üçün mükafatlar asılırdı.

Belə yarışlarda aşağıdakı qaydalar var idi:

•  Atla dəvənin eyni yarışda iştirak etməsi qadağan idi. Heyvanların dırnaq­

ları startda bir xətt üzrə olmalı idi.

•  Atlar eyni cinsdən olmalı idi.

•  Yarışda müəyyən bir məsafə olmalı idi.

•  At yarışında qələbə atın boynu ilə, dəvə yarışlarında isə qabaq ayağın dır­

nağı  ilə  müəyyən  edilirdi.  Əgər  iki  atm  boynu  finiş  xəttini  eyni  vaxtda 

keçirdisə,  qələbə  heyvanın  başı  ilə  ölçülürdü.  Burada  da  eyni  vəziyyət 

alınsaydı,  mükafatın qiyməti iki qalib arasında bölünürdü.

Azərbaycanda  da  at  üstündə  idman  oyunları  çox  qədim  tarixə  malikdir,  bu 

oyunlar çox böyük bacarıq tələb edən meydan tamaşalarıdır. At üzərində müxtəlif 

hərəkət  və  oyunlar  icra  edən  oyunçu  "at  canbazı",  "əsbəndaz",  "minici",  "cündi" 

adlanırdı. O, atm üzərində müxtəlif hərəkətlər icra edir,  qaçan atm belinə təkanla 

sıçrayır,  atı  çapa-çapa  onun  qarnının,  boğazının  altından  keçir,  ayaq  üstə  və  ya 

başı  üstə  durur,  əyilib  yerdən  müxtəlif  əşyalar  qaldırır,  at  üstündə  libasını  çıxa­

rıb,  yenidən geyinir və  s.  kimi nömrələr nümayiş etdirirdi.  Bununla yanaşı,  o,  at 

belində qılınc, xəncər, zorxana mili, tüfəng və başqa alətlərlə də hünər göstərirdi.

At üstündə oynanılan oyunlardan "Çovqan", "Cirit", "Sürpapaq", "Baharbənd", 

"Yaylıq",  "At belində  güləş",  "Cıdır",  "Qızqov",  "Gərdəkqaçırma",  "Çoban oyunu",




"Qopuq"  və  s.  daha  geniş  yayılmışdır.  Orta 

əsrlərdə mövcud olmuş bir çox  at oyunlarının 

adları,  qaydaları  bu  günə  qədər  gəlib  çatmış­

dır.


Bu  atüstü  oyunlar  "cıdır  tamaşaları"  adla­

nırdı.  Tamaşalar  müəyyən  hazırlıq  tələb  edir­

di.  Bu  atların  yemlənməsinin,  suvarılmasının 

özünəməxsus  qaydaları  var  idi.  Yarış  atlarını 

yaşıl  yoncadan  gözləyər,  yazqabağı  onlara 

verilən  arpaya  kişmiş  qatardılar.  Oyunqabağı 

atlar  nallanar,  qaşovlanar,  bəzədilərdi.  Atın 

yüyənlərindən  mis  zınqrovlar  asılar,  qotazlı 

yəhərüstü  xalçalar  toxunardı.  Atları  bəzəyən 

əsas rənglərdən biri qırmızı olardı.

Hal-hazırda  atlı  oxatma  və  atlı  qılıncoy- 

natma  da  müasir  döyüş  idman  növü  kimi 

meydan  tamaşalarında  nümayiş  olunur.  Bu 

oyunlar  geniş  ərazidə  və  xoş  havalarda  təşkil 

olunurdu.

Oxatma  həm  atlı,  həm  piyada  oyunçular 

arasında  da  keçirilirdi.  Yarışmalarda  yüksək 

yerdən atılan almanı havada vurmaq, qırx oxu 

eyni  hədəfdən  keçirmək,  üzük  halqasından 

ox  keçirmək  və  s.  şərtlər  yerinə  yetirilirdi.  At 

üstündə oxatma uzunmüddətli məşqlərlə həm 

oyunçunun,  həm  də  atın  səriştə  qazanmasını 

tələb  edən bir  oyun  növüdür.  Bu  oyunda  atm 

hürkməməsi  üçün  onu  yavaş-yavaş  alışdır­

maq, əvvəlcə atdan uzaqda oxatma təlimlərinə 

başlamaq,  yavaş-yavaş  ata  yaxınlaşaraq  məşq 

etmək  və  nəhayət,  at  üzərində  təlimlərə  da­

vam etmək lazımdır.  Məşqlər zamanı atm oxu 

və  yayı  qoxulamasma  izin  verilməlidir.  Mahir 

oxatanlar hətta hədəfi atm boynunun altından nişan alaraq vura bilirdilər.

Qılıncoynatma  da  atlı  və  piyada  keçirilən  oyunlardan  idi.  Bu  oyun  üçün 

nisbətən  yüngül  qılınc  istifadə  olunurdu.  Oyun  oyunçulardan  birinin  qılıncı  sı­

nana  və  ya  əlindən  düşənə  qədər  davam  etməli  idi.  Atla  qılmcoynatmada  atdan 

düşmək də məğlub olmaq hesab edilirdi.

At  üstündə  oxatma  kimi,  atüstü  qılıncoynatma  da  ciddi  məharət  və  cəldlik 

tələb  edən  bir  oyundur.  Bu  oyunlar,  adətən,  Novruz  bayramında  keçirilir  və 

qaliblərə Novruz nəməri verilirdi.

Atla oxatmada at çaparaq hədəfi nişan almaqla bağlı bir neçə oyun növü möv­

cud olmuşdur. Atla oxatma növünün biri olan "Qopuq" zadəganların idman növü 

idi.  Hündür dirəyin başına qoyulmuş qızıl cam oxla vurulub  salınmalı idi.  Sanki 

dirəkdən  cam  qoparılırdı,  oyunun  adı  da  buradan  yaranmışdır.  Bu  oyun  hərbi 

əhəmiyyətli oyun kimi çox şöhrət qazanmışdı və igidlik sınağı sayılırdı.

Atlı oxatmaya başqa bir misal olaraq "Piyalə və ox oyunu'nu göstərmək olar. 

Bu  oyun  daha  sadə  insanlar  arasında  oynanılır  və  qızıl  camı  piyalə  əvəz  edirdi. 

Oyunda  məqsəd  xüsusi  dirəyin üzərindəki  piyaləni  atı  çaparaq  oxla  vurmaqdır. 

Burada  nişangah  piyalə  və  ya  hər  hansı  bir  əşya  da  ola  bilər.  Bu  oyun  bir  neçə 

variantda oynanılır.  "Piyalə və ox oyunu"  iştirakçılardan dəqiqlik və cəldlik tələb 

edir. Atm üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan  almaq üçün həm 

də sərrastlıq tələb olunur.

Oyunlar  milli  olduğu  qədər  də  ümumbəşəridir.  Şifahi  ənənəyə  əsaslanan, 

həmin  ənənə  əsasında  yaranan,  yaşayan  və  nəsildən-nəslə  ötürülən  oyunların 

ayrı-ayrı  xalqlara  məxsus  özəllikləri  olduğu  kimi,  ortaq  dəyərləri  də  vardır.  Hər 



xalq öz ibtidai mifoloji görüşlərinin məhsulu olaraq oyunlarını yaratmışdır.

123

Yüklə 48,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə