Namazın Müxtəsər təlimi Qeyd: Sübh namazı , Zohr namazı 4, Əsr namazı 4, Məğrib namazı 3, İşa namazı isə rükətdir



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü0,57 Mb.
#75207


www.abubakr-mescidi.com 

Namazın Müxtəsər təlimi 

 

Qeyd: Sübh namazı 2, Zohr namazı 4, Əsr namazı 4, Məğrib namazı 3, İşa namazı isə 4 rükətdir.

 

 

Təkbir 

Təkbir: 

Allahu Əkbər! 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 S

onu

n

cu

 r

ü

k

ət

in

 ta

m

amı

 

 

 

 

 

 

 

 

 

Ik

in

ci

 r

ü

k

ət

in

 ta

ma



 

 

 

 

         

      

   

  Bi

ri

n

ci

 r

ü

k

ət

in

 ta

ma



 

Qiyamda: 

Sübhanəkəllahummə və bihəmdıkə və təbərakə ismukə və təala 

cəddukə və lə iləhə ğeyrukə! 

Əuzu billəhi minəş-şeytanir-racim! 

 

Qiyam 

Fatihə surəsi: 

Bismilləhir-Rahmənir-Rahim! 

Əlhəmdu lilləhi Rabbil aləmin 

Ər-Rahmənir-Rahim, Məliki yəumiddin 

İyyəkə nə’abudu və iyyəkə nəstəin 

İhdinəs-sıratal mustəqim 

Sıratal-ləzinə ən’amtə aleyhim 

Ğeyril məğdubi aleyhim vələd’da~llin! 

Amin! 

İxlas surəsi: 

Bismilləhir-Rahmənir-Rahim 

Qul huvallahu Əhəd 

Allahus-Saməd 

Ləm yəlid və ləm yuləd 

Və ləm yəkul ləhu kufuvən əhəd 

 

Ruku 

Təkbir: 

Allahu Əkbər! 

Rukuda: 

Subhanə Rabbiyəl Azim (1 və ya 3 dəfə) 

Rukudan 

qalxanda: 

Səmi Allahu limən həmidəh 

Qiyamda: 

Rabbənə və ləkəl həmd 

Təkbir: 

Allahu Əkbər! 

 

Səcdə 

Birinci səcdə: 

Subhanə Rabbiyəl Alə (1 və ya 3 dəfə) 

Təkbir: 

Allahu Əkbər! 

Səcdələr 

Arasında 

Oturanda: 

Rabbiğfirli ( 1 və ya 3 dəfə ) 

Təkbir: 

Allahu Əkbər! 

İkinci Səcdə: 

Subhanə Rabbiyəl Alə (1 və ya 3 dəfə) 

 

Təşəhhüd 

Təkbir: 

Allahu Əkbər! 

Təşəhhüddə: 

Əttəhiyyətu  lilləhi  vəs-salavatu  vət-tayyibatu.  As  salamu  aleykə 

əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuhu. As salamu aleynə 

və  alə  ibədilləhis-salihin.  Əşhədu  ənlə  iləhə  illəllahu  vəhdəhu  lə 

şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu 

Allahummə  salli  alə  Muhəmmədin  və  alə  ali  Muhəmməd  kəmə 

salleytə alə İbrahimə və alə  ali İbrahim. Və bərik alə Muhəmmədin 

və alə ali Muhəmməd kəmə bəraktə alə İbrahimə və alə ali İbrahim 

fil aləmin innəkə həmidun məcid.  

Allahumə inni əuzu bikə min azəbi cəhənnəm və min azəbil qabr və 

min fitnətil məhyə vəl məməti və min şərri fitnətil məsihid-dəccəl. 

 

 



Salamlar 

Sağa salam: 

Əs salamu aleykum və rahmətullah. 

Sola salam: 

Əs salamu aleykum və rahmətullah. 


www.abubakr-mescidi.com 

ميحرلا نمحرلا الله مسب 

Dəstəmaz: Dəstəmaz almaq istəyən hər bir kəs, ilk olaraq qəlbində niyyət edir. Sonra Bismilləh deyərək əllərini üç dəfə 

biləklərə qədər yaxalayır. Ağzını və burnunu üç dəfə, üç ovuc su ilə yuyur. Sonra üzünü və qollarını dirsəklərinə qədər üç dəfə 

yuyur. Başına (əlini isladaraq iki əli ilə başını ön tərəfindən başlayaraq arxaya, sonra əks istiqamətdə) və qulaqlarına (şəhadət barmağını 

qulaq  boşluğuna,  baş  barmağını  isə  qulağın  arxa  tərəfinə  qoyaraq)  bir  dəfə  məsh  çəkir,  ayaqlarını  üç  dəfə  topuqlara  qədər  yuyur. 

Sonra  bu  duanı  oxuyur:  “Əşhədu  ən  lə  iləhə  illəllah,  vəhdəhu  lə  şərikə  ləhu  və  əşhədu  ənnə  Muhəmmədən  abduhu  və 



rasuluhu. Allahumməc alni minət-təvvabin vəc əlni minəl mutətahhirin”

Dəstəmaz  alarkən  əllərin  və  ayaqların  yuyulmasında  ilk olaraq  sağ  tərəfi  yumaq  sünnədəndir.  Həmçinin  ümumiyyətlə 

əzaların yuyulması ardıcıl və fasiləsiz olmalıdır. 

Təyəmmüm:  təyəmmüm  müəyyən  zəruri  və  çətin  hallarda:  -  su  olmadıqda  və  ya  xəstələnmə  təhlükəsi  zamanı  edilir.  

Təyəmmüm almaq üçün əllər torpağa vurulur və üzə sürtülür, sonra sol əli sağ, sağ əli isə sol əlin üzərinə sürtərək məsh çəkilir. 



Dəstəmazı pozan amillər: Cinsiyyət orqanlarından çıxan ifrazat. Qadına şəhvət ilə yaxınlaşmaq. Dərin yuxu. 

Qüsl:  Cinsi  əlaqədən  və  ya  heyzdən  (aybaşıdan)  sonra  qüsl  almaq  üçün  birinci  əllər,  sonra  cinsi  orqanlar  və  bulaşmış 

yerlər yuyulur. Sonra kamil dəstəmaz alınır, baş üç dəfə su ilə yaxalanır, bundan sonra dütün bədən, sağ tərəfdən başlayaraq 

yuyulur. 

Azan: 

İqamə 

Allahu əkbər (4 dəfə). 

Allahu əkbər (2 dəfə). 

Əşhədu əllə iləhə illəllah (2 dəfə). 

Əşhədu əllə iləhə illəllah (1 dəfə). 

Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə). 

Əşhədu ənnə Muhəmmədən rəsulullah (1 dəfə). 

Həyyə aləs-saləh (2 dəfə). 

Həyyə aləs-saləh (1 dəfə). 

Həyyə aləl-fələh (2 dəfə). 

Həyyə aləl-fələh (1 dəfə). 

“əssalatu xeyrun minən-novm”(2 dəfə). Bu söz yalnız Sübh 

namazının azanında deyilir. 



Qadiqamətus - saləh (2 dəfə). 

Allahu əkbər (2 dəfə). 

Allahu əkbər (2 dəfə). 

Lə iləhə illəllah. (1 dəfə) 

Lə iləhə illəllah. (1 dəfə) 

Namazların gün ərzində beş vaxtda vacib edilməsinə Quran və sünnədən dəlillər. Allah təala buyurur: "Günortadan (gün 



batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. 

Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur" (əl-İsra: 78)

"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya 

günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında  (axşam və gecə vaxtı) qıl. Həqiqətən,  (beş 

vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara 

öyüd-nəsihətdir (xatırlatmadır)(Hud: 114).  

"(Ya  Peyğəmbər!)  Artıq  onların  dediklərinə  (batil  sözlərinə)  səbr  et.  Gün  doğmamışdan  əvvəl,  batmamışdan  əvvəl 

Rəbbini təqdis edib şəninə təriflər de!" (Qaf: 39) 

"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə 

şükür edib  şəninə  təriflər  de (sübh  və  əsr  namazlarını  qıl), gecənin  bir  vədəsində  (axşam və  gecə  saatlarında)  və  günorta 

radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük 

savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha: 130) 

Cümə namazı və onun fəziləti: Möhtərəm müsəlmanlar! Dinimizdə Cümə namazının böyük əhəmiyyəti və rolu vardır. 

Allah  təala  bu  namazı  bizə  vacib  buyuraraq  buyurmuşdur:  “Ey  iman  gətirənlər!  Cümə  günü  namaza  çağırıldığınız  zaman 



Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!. Namaz qılınıb qurtardıqdan 

sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!  (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat 

tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)” (62: 9-10). 

Qeydlər:  qadın  ilə  kişinin  namazında  heç  bir  fərq  yoxdur.  Sadəcə  olaraq  qadınlar  üz  və  əllər  müstəsna  olmaqla  bütün 

bədən  üzvlərini  örtməlidirlər.  Kişilər  isə  adət  edilən  normal  paltar  ilə  namaz  qıla  bilərlər. Namaz  qılarkən  üzü  qibləyə,  kəbə 



(Məkkə) istiqamətində dayanmaq lazımdır. 

Namazda oxunan bəzi surələrin tərcüməsi: əl-Fatihə (Kitabı açan) surəsi (Məkkədə nazil olmuşdur, 7 ayədir) 1 - Mərhəmətli, 

rəhmli Allahın adı ilə! 2 - Həmd (şükür və tərif) olsun Allaha, aləmlərin Rəbbinə, 3 - (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə 



ancaq möminlərə) rəhmli olana, 4  - Haqq-Hesab (qiyamət) gününün sahibinə! 5  - Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən 

kömək  diləyirik!  6  -  Bizi  doğru  (düz)  yola  yönəlt!  7  -  Nemət  verdiyin  kəslərin  yoluna!  Qəzəbə  düçar  olmuşların  və  (haqdan) 

azmışların (yoluna) yox! 

əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Ya 

Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur)

2 - Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) 3 - O, nə doğmuş, nə də doğulmuşdur! 



(Allah Özünə heç bir övlad götürməmişdir!) 4 - Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” 

Möhtərəm müsəlman qardaş və bacı! Namaz və ya İslamın digər əhkamları ilə bağlı suallara bu saytın Forum bölümündə 

cavab tapa bilərsiniz. 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə