«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 180,37 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü180,37 Kb.
#44298


«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan 

Respublikasının Qanunu  

 

I fəsil. Ümumi müddəalar 



 

Bu Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi 

tibbi  və  sosial  nəticələrin,  habelə  bu  xəstəliklərə  düçar  olmuş  və 

onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını 

almaq  məqsədilə  narkoloji  xidmət  və  nəzarət  sahəsində  həyata 

keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. 



Maddə 1. Əsas anlayışlar  

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 

1.0.1.  Narkoloji  xidmət  –  insan  psixikasına  təsir 

göstərən maddələrdən sui-istifadə etmə hallarının, 

habelə narkoloji xəstəliklərin qarşısının alınmasına 

yönəldilmiş  tibbi  (narkoloji  yardım)  və  sosial 

tədbirlərin məcmusudur; 

1.0.2.  Narkoloji  nəzarət  –  insan  psixikasına  təsir 

göstərən maddələrdən sui-istifadə etmə hallarının, 

habelə narkoloji xəstəliklərin qarşısının alınmasına 

yönəldilmiş  inzibati  və  xəbərdaredici  tədbirlərin 

məcmusudur; 

1.0.3.  Narkoloji  yardım  –  narkoloji  xəstələrin,  o 

cümlədən  insan  psixikasına  təsir  göstərən 

maddələrdən 

sui-istifadə 

edən 

şəxslərin 



səhhətinin, 

psixoloji 

vəziyyətinin 

qiymətləndirilməsinə 

və 

onların 


müalicə 

edilməsinə  yönəldilmiş  tibbi  tədbirlər,  habelə  bu 

şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı 

müşahidədir; 

1.0.4.  Narkoloji  xəstə  –  insan  psixikasına  təsir 

göstərən  maddələrin  sui-istifadəsi  nəticəsində 

inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur 

pozuntusu,  o  cümlədən  psixi  və  davranış 




pozuntuları  ilə  müşahidə  olunan,  barəsində 

qanunvericiliklə 

müəyyən 

edilmiş  qaydada 

alkoqolizm,  narkomanlıq  və  ya  toksikomanlıq 

diaqnozu təyin edilmiş şəxsdir; 

1.0.5. İnsan psixikasına təsir göstərən maddələr – 

insanın  şüurunu,  davranışını  pozan,  psixi  və  (və 

ya) fiziki asılılıq doğura bilən maddələrdir (spirtli 

içkilər,  narkotik  vasitələr  və  psixotrop  maddələr, 

eləcə  də  digər  bihuşedici  təsir  göstərən  maddələr 

və vasitələr); 

1.0.6.  Alkoqolizm  –  spirtli  içkilərin  sui-istifadəsi 

nəticəsində  yaranmış  və  xroniki  intoksikasiya 

doğuran,  spirtli  içkilərdən  psixi  və  (və  ya)  fiziki 

asılılıqla,  habelə  digər  mənfi  tibbi-sosial 

nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir; 

1.0.7.  Narkomanlıq  –  xroniki  intoksikasiya 

doğuran,  narkotik  vasitələrin  və  psixotrop 

maddələrin  sui-istifadəsi  nəticəsində  yaranmış, 

narkotik  vasitələrdən  və  psixotrop  maddələrdən 

psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi 

və  davranış  pozuntuları  ilə  ifadə  olunan  xəstəlik 

vəziyyətidir; 

1.0.8.  Toksikomanlıq  –  insan  psixikasına 

bihuşedici  təsir  göstərən  maddələrin  (narkotik 

vasitələr,  psixotrop  maddələr  və  spirtli  içkilər 

istisna 


olmaqla) 

sui-istifadəsi 

nəticəsində 

yaranmış,  xroniki  intoksikasiya  doğuran,  həmin 

maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə 

olunan xəstəlik vəziyyətidir; 

1.0.9. Abstinent sindromu – insan psixikasına təsir 

göstərən 

maddələrin 

istehlakının 

qəflətən 

dayandırılması  və  ya  onların  antaqonistlərinin 

təsiri nəticəsində yaranmış, psixi, somatovegetativ 

və nevroloji pozuntularla səciyyələndirilən, klinik 




təzahürləri 

və 


gedişatı  həmin  maddələrin 

xarakterindən  və  istehlakın  davamlılığından  asılı 

olan vəziyyətdir; 

1.0.10.  Detoksifikasiya  –  insan  psixikasına  təsir 

göstərən  maddələrin  və  ya  onların  dağılması 

məhsullarının  orqanizmdən  çıxarılması  yolu  ilə 

orqanizmin  zəhərlənmə  nəticəsində  pozulmuş 

funksiyalarının  bərpası,  insan  psixikasına  təsir 

göstərən 

maddələrin 

doğurduğu 

abstinent 

sindromunun və asılılığın aradan qaldırılmasıdır; 

1.0.11.  Narkoloji  tibb  müəssisəsi  –  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

edilmiş  qaydada  yaradılmış  və  narkoloji  yardım 

sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb 

müəssisəsidir; 

1.0.12.  Həkim-narkoloq  –  narkoloji  xəstələrə 

ixtisaslaşdırılmış  tibbi  yardım  göstərmək  üçün 

müvafiq ixtisasa malik olan şəxsdir; 

1.0.13. 


Baş 

narkoloq 

– 

Azərbaycan 



Respublikasının  ərazisində  narkoloji  yardımın 

həyata 


keçirilməsini 

əlaqələndirən  həkim-

narkoloqdur. 

Maddə  2.  Narkoloji  xidmət  və  nəzarət  haqqında 

qanunvericilik 

Narkoloji  xidmət  və  nəzarət  haqqında  qanunvericilik 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasından, 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 

beynəlxalq 

müqavilələrdən, 

bu 


Qanundan 

və 


Azərbaycan  Respublikasının  digər  qanunvericilik 

aktlarından ibarətdir. 



 

II fəsil. Narkoloji xidmətin və nəzarətin əsasları 

 

Maddə 3. Narkoloji xidmətin və nəzarətin məqsədi 


3.1.  Narkoloji  xidmətin  və  nəzarətin  məqsədi  insan 

psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə 

hallarının,  narkoloji  xəstəliklərin,  onların  doğurduğu 

mənfi tibbi və sosial nəticələrin qarşısının alınmasıdır. 

3.2. Narkoloji xidmətin və nəzarətin əsas istiqamətlərini 

narkoloji  yardım,  sosial,  inzibati  və  xəbərdaredici 

tədbirlər təşkil edir. 

Maddə 4. Narkoloji xidmətin və nəzarətin əsas prinsipləri 

4.0.  Narkoloji  xidmətin  və  nəzarət  sahəsində  dövlət 

siyasətinin əsas prinsipləri aşağıdakılardan ibarətdir: 

4.0.1.  narkoloji  xidmətin  və  nəzarətin  həyata 

keçirilməsi  zamanı  narkoloji  xəstələrin  narkoloji 

xəstəliklə  əlaqədar  təqib  edilməsinin  istisna 

edilməsi; 

4.0.2. narkoloji xəstəliklərin yayılmasının, onların 

doğurduğu  mənfi  tibbi  və  sosial  nəticələrin 

qarşısının alınması; 

4.0.3. insan psixikasına təsir göstərən maddələrin 

isdifadə  edilməsinin  zərərli  nəticələri  barədə 

əhalinin məlumatlandırılması; 

4.0.4.  narkoloji  xəstəliklərin  vaxtında  aşkar  və 

müalicə  edilməsi  yolu  ilə  onların  qarşısının 

alınması; 

4.0.5.  narkoloji  xəstələrin  maddi  vəziyyətindən 

asılı  olmayaraq  onların  narkoloji  yardım  almaq 

hüququnun təmin edilməsi; 

4.0.6. narkoloji xəstələr və  insan psixikasına təsir 

göstərən  maddələrdən  sui-isdifadə  edən  şəxslər 

tərəfindən  hüquq  pozuntularının  törədilməsi 

hallarının qarşısının alınması və profilaktikası; 

4.0.7.  narkoloji  xəstələrin  və  onların  ailə 

üzvlərinin hüquqlarının təmin edilməsi; 

4.0.8. insan psixikasına təsir göstərən maddələrin 

qanunsuz dövriyyəsi ilə mübarizə; 



4.0.9. 

narkoloji 

xidmətin 

və 


nəzarətin 

məqsədlərinin  təmin  edilməsi  üçün  dövlət 

orqanlarının  və  qeyri-hökumət  təşkilatlarının 

fəaliyyətinin uzlaşdırılması. 



Maddə  5.  Narkoloji  xidmətin  və  nəzarətin  həyata 

keçirilməsinin ümumi şərtləri 

5.1.  Azərbaycan  Respublikasının  ərazisində  hər  bir 

şəxsin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə  tutulmuş  qaydada  insan  psixikasına  təsir 

göstərən maddələr, bu maddələrdən istifadə edilməsinin 

ailə  və  cəmiyyət  üçün  doğurduğu  nəticələr  barəsində 

ətraflı məlumat almaq hüququ vardır. 

5.2.  Dövlət  narkoloji  xəstəliklərin  qarşısının  alınması, 

belə  xəstəliklərin erkən  müəyyən və  müalicə edilməsi, 

narkoloji  xəstələrin  səhhəti  və  psixoloji  vəziyyəti 

üzərində  tibbi  nəzarətin  həyata  keçirilməsi  və  bu 

xəstələrin cəmiyyətə qovuşması üçün şərait yaradır. 

5.3.  Narkoloji  xəstələrə  onların  maddi  vəziyyətindən 

asılı  olmayaraq  narkoloji  yardımın  göstərilməsinə, 

habelə 

bu 


şəxslərin 

sağlamlığı 

üzərində 

ixtisaslaşdırılmış  tibbi  nəzarətin  həyata  keçirilməsinə 

dövlət tərəfindən təminat verilir. 

5.4.  Azərbaycan  Respublikasının  ərazisində  narkoloji 

xəstələrin  müalicəsi  bir  qayda  olaraq  könüllülük 

əsasında  həyata  keçirilir.  18  yaşına  çatmamış  şəxs 

narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun 

qanuni nümayəndəsinin razılığı (xahişi) ilə yerləşdirilir. 

5.5. 

Narkoloji 



xəstələrin 

məcburi 


müalicəsinə 

Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  qaydada  yalnız  məhkəmənin  hökmü 

əsasında yol verilir. 

5.6.  Azərbaycan  Respublikasının  ərazisində  narkoloji 

xidmət və nəzarət konfidensiallıq və anonimlik əsasında 

həyata keçirilə bilər. Narkoloji xəstələrin qeydiyyatının 




aparılması  zamanı  xəstənin  səhhətinin  vəziyyəti 

haqqında 

məlumatların 

konfidensiallığı 

təmin 

edilməlidir. Hər hansı şəxs barəsində narkoloji yardımın 



həyata  keçirilməsinə  dair  məlumatlar  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada verilə bilər. 

5.7.  Hər  bir  narkoloji  xəstənin  səhhəti  üzərində 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  edilmiş  narkoloji 

xəstəliklərin  müalicəsi  üsullarına  riayət  etməklə  fərdi 

nəzarət  tətbiq  edilir.  Narkoloji  xəstəliklərin  müalicəsi 

zamanı  hər  bir  xəstə  barəsində  sosial-psixoloji 

reabilitasiya kursu aparılmalıdır. 

5.8.  Narkoloji  xəstəliklərin  siyahısı  və  bu  xəstəliklərin 

müalicə  standartları  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


5.9. Azərbaycan Respublikasının ərazisi üzrə narkoloji 

yardımın  həyata  keçirilməsinin  təmin  edilməsi,  belə 

yardımı  göstərən  narkoloji  tibb  müəssisələrinin 

fəaliyyətinin  əlaqələndirilməsi  məqsədilə  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  Baş  narkoloq  təyin  olunur.  Baş  narkoloqun 

vəzifələri və səlahiyyətləri Azərbaycan Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

Maddə  6.  Narkoloji  xəstələrin  hüquqları  və  onların 

məhdudlaşdırılması 

6.1. Narkoloji xəstələrin hüquqları, onların hüquqlarının 

məhdudlaşdırılması  halları  və  qaydası  bu  Qanun  və 

Azərbaycan  Respublikasının  digər  qanunvericilik 

aktları ilə müəyyən edilir. 

6.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  hallar  və  tibbi  yardımın  göstərilməsi 



zərurətindən  irəli  gələn  tələblər  istisna  olmaqla 

narkoloji xəstələrin hüquqlarının məhdudlaşdırılmasına 

yol verilmir. 

6.2.1. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər 



barəsində bu xəstəliklə əlaqədar məcburi müalicə 

tədbirlərinin  tətbiqi  zamanı  istifadə  olunan  tibbi 

üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə 

tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin 

son nailiyyətlərinə əsaslanır. 

6.3.  Azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən, 

habelə  həbsdə  saxlanılma  yerlərində  saxlanılan 

narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun 

hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. 

6.4.  Azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən, 

habelə  həbsdə  saxlanılma  yerlərində  saxlanılan  və 

abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr 

digər şəxslərdən ayrılıqda saxlanılır. 

6.5.  Narkoloji  yardımın  göstərilməsi  zamanı  yetkinlik 

yaşına çatmamış narkoloji xəstələr, habelə özlərinin və 

ətrafdakı  şəxslərin  səhhəti  və  həyatı  üçün  təhlükə 

yaradan  narkoloji  xəstələr  digər  xəstələrdən  ayrılıqda 

yerləşdirilir. 

6.6.  Narkoloji  tibb  müəssisələrində  tətbiq  edilən 

təhlükəsizlik  tədbirləri  həmin  müəssisələrdə  işləyən 

şəxslərin, müalicə olunan digər xəstələrin, bu xəstələrə 

baş  çəkən  şəxslərin  ləyaqətinə  xələl  gətirməməli  və 

onların  hüquqlarını  məhdudlaşdırmamalıdır.  Müalicə 

zamanı həkimlərin tövsiyələrinə əməl etməyərək insan 

psixikasına təsir göstərən maddələrin istifadəsini davam 

edən  narkoloji  xəstələr  narkoloji  tibb  müəssisəsindən 

xaric oluna bilərlər. 

6.7.  Əhalinin  hüquqlarının,  qanuni  mənafelərinin  və 

dövlətin 

təhlükəsizliyinin 

müdafiəsi 

məqsədilə 

narkoloji  xəstələr  üçün  Azərbaycan  Respublikasının 



qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  peşə 

fəaliyyətinin  ayrı-ayrı  növləri  və  yüksək  təhlükə 

mənbəyi  ilə  bağlı  olan  fəaliyyətlə  məşğul  olmağa 

məhdudiyyətlər  qoyulur.  Belə  peşə  növlərinin  və 

vəzifələrin  siyahısı  və  məhdudiyyətin  müddəti 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

Maddə  7.  Narkoloji  xəstələr  barəsində  məlumatların 

verilməsi 

7.1.  Şəxsin  narkoloji  xəstə  olub-olmaması,  narkoloji 

xəstələrin  səhhətinin  vəziyyəti,  onun  proqnozları, 

göstərilmiş xidmətlər haqqında məlumatlar Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada verilir. 

7.2.  Narkoloji  xidməti  və  nəzarəti  həyata  keçirən, 

habelə  xidməti  vəzifələri  həyata  keçirərkən  qulluq 

mövqeyinə 

görə 


narkoloji 

xəstələr 

barəsində 

məlumatları 

əldə  edən  digər  şəxslər  həmin 

məlumatların yayılmasına yol verməməlidirlər. 

7.3.  Narkoloji  xidməti  və  nəzarəti  həyata  keçirən 

şəxslər  yetkinlik  yaşına  çatmayan  uşaqlarına  qayğı 

göstərməyən,  onlara  qarşı  zor  tətbiq  edən,  ətrafdakı 

insanların  hüquqlarını  pozan  narkoloji  xəstələr 

barəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti 

orqanlarına 

məlumat 


verməyə 

borcludurlar. 

7.4. Barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş 

narkoloji 

xəstələr 

haqqında 

Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarına 

məlumat  (məcburi  müalicənin  tətbiq  edilməsi,  cəzanın 

müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin 

cəzanı  icra  edən  müəssisədən  azad  olunması) 

verilməlidir. 




7.5.  Əvəzedici  müalicə  proqramlarına  qəbul  olunmuş 

hər  bir  xəstə  barəsində  3  gün  müddətində  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 

məlumat verilməlidir. 



Maddə 

8. 

Narkoloji 

xidmətin 

və 

nəzarətin 

maliyyələşdirilməsi 

Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu 

Qanuna  və  «Büdcə  sistemi  haqqında»  Azərbaycan 

Respublikasının  Qanununa  uyğun  olaraq  dövlət 

büdcəsinin,  habelə  fiziki  və  hüquqi  şəxslərin  vəsaiti 

hesabına həyata keçirilir. 

8.1.  Çıxarılıb  [Narkoloji  xidmət  və  nəzarət  sahəsində 

həyata  keçirilən  tədbirlər  dövlət  büdcəsinin  vəsaitləri 

hesabına maliyyələşdirilir.] 

8.2.  Çıxarılıb  [Narkoloji  xidmətin  və  nəzarətin  həyata 

keçirilməsinin 

maliyyələşdirilməsinin 

səmərəliləşdirilməsi 

məqsədilə 

Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının 

nəzdində xüsusi fond yaradılır. Fondun vəsaitini dövlət 

büdcəsinin  vəsaitlərindən  başqa  fiziki  və  hüquqi 

şəxslərin  könüllü  ianələri,  habelə  narkotik  vasitələrin, 

psixotrop maddələrin və prekursorların, spirtli içkilərin 

və  tütün  məmulatlarının  qanunsuz  dövriyyəsi  ilə 

əlaqədar  cinayət-hüquq  tədbirlərinin  tətbiq  edilməsi 

nəticəsində  müsadirə  edilmiş  və  dövlət  hesabına 

yönəldilmiş əmlak təşkil edir.] 

8.3. Çıxarılıb [Fondun vəsaiti narkoloji yardımın pulsuz 

göstərilməsinə,  narkoloji  tibb  müəssisələrinin  daxili 

ehtiyaclarının 

ödənilməsinə 

və 

xəbərdaredici 



tədbirlərinhəyata keçirilməsinə yönəldilir.] 

8.4.  Çıxarılıb  [Fondun  əsasnaməsi  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir.] 

 



III fəsil. Narkoloji yardım 

 

Maddə 9. Narkoloji yardım 

9.1. Narkoloji yardımı aşağıdakı tədbirlər təşkil edir: 

9.1.1. insan psixikasına təsir göstərən maddələrdən 

sui-istifadə 

edən 

şəxslərin 



səhhətinin 

qiymətləndirilməsi  və  ehtiyac  olduqda  onlara 

ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi; 

9.1.2.  narkoloji  xəstələrin  səhhətinin  və  psixoloji 

vəziyyətinin 

qiymətləndirilməsi, 

narkoloji 

xəstəliyin  diaqnozunun  müəyyən  edilməsi  (tibbi 

yoxlama); 

9.1.3. narkoloji xəstələrin müalicəsi; 

9.1.4. əvəzedici terapiyanın həyata keçirilməsi; 

9.1.5. narkoloji xəstələrin səhhəti üzərində sonrakı 

müşahidənin həyata keçirilməsi; 

9.1.6.  narkoloji  xəstələr  barəsində  sosial-psixoloji 

reabilitasiya tədbirlərinin həyata keçirilməsi. 

9.2.  Azərbaycan  Respublikasının  ərazisində  narkoloji 

yardım Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən 


edilmiş 

qaydada 


həkim-narkoloqlar 

tərəfindən göstərilir. 

9.3. Narkoloji yardım göstərilmiş hər bir şəxs barəsində 

qeydiyyat aparılmalıdır. 



Maddə  10.  Tibbi  yoxlama  (narkoloji  xəstəliyin 

diaqnozunun müəyyən edilməsi) 

10.1.  Tibbi  yoxlama  şəxsin  narkoloji  xəstəliyə  düçar 

olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən 

edilməsi  və  ya  təsdiqlənməsi  məqsədilə  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 

10.2.  Tibbi  yoxlamanın  aparılması  üçün  şəxs  könüllü 

olaraq  müraciət  etdikdə  narkoloji  xəstəliyin  diaqnozu 

həkim-narkoloq  tərəfindən  müəyyən  olunur.  Tibbi 



yoxlama  təhqiqat,  istintaq  orqanlarının  və  ya 

məhkəmənin  qərarı  əsasında  aparıldıqda  narkoloji 

xəstəliyin 

diaqnozu 

həkim-məsləhət 

komissiyası 

tərəfindən müəyyən edilir.  

10.3.  Şəxsin  tibbi  yoxlamadan  keçməsi  haqqında 

həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun 

narkoloji xəstəliyə  düçar olub-olmaması, düçar olduğu 

halda  xəstəliyin  növü,  mərhələsi  və  bununla  əlaqədar 

müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 

10.4.  Təhqiqat,  istintaq  orqanları  və  ya  məhkəmənin 

qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət 

büdcəsinin vəsaiti hesabına ödənilir.  

10.5.  Narkoloji  xəstəliyin  diaqnozunun  müəyyən 

edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin 

narkotik  vasitələri  və  psixotrop  maddələri  istehlak 

etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik 

vasitələrin, 

psixotrop 

maddələrin 

və 

onların 


prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat 

bankına verilməlidir. 

10.6.  Tibbi  yoxlamanın  aparılma  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

Maddə 11. Narkoloji xəstələrin müalicəsi 

11.1.  Narkoloji  xəstələrin  müalicəsi  üsulları  narkoloji 

xəstənin  səhhətinin  vəziyyəti  və onu  əhatə edən  mühit 

nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya 

ambulator  şəraitdə)  və  ya  xəstənin  evində  (ambulator 

şəraitdə)  həkim-narkoloq  tərəfindən  tətbiq  edilir.  Ev 

şəraitində  müalicə  olunan  narkoloji  xəstələr  haqqında 

tətbiq  edilən  bütün  müalicə  tədbirləri  narkoloji 

xəstələrin  müşahidəsi  üçün  nəzərdə  tutulan  ambulator 

kartasına  daxil  edilməlidir.  Narkoloji  xəstə  barəsində 

fəal  müalicə  kursundan  sonra  aparılan  sosial-psixoloji 



reabilitasiya  kursu  onun  fərdi  tələbatına  uyğun 

olmalıdır. 

11.2.  Həkim-narkoloq  psixoloqla  birlikdə  hər  bir 

narkoloji  xəstənin  fərdi  müalicə,  sosial-psixoloji 

reabilitasiya və sonrakı müşahidə proqramını tərtib edir. 

11.3. Ayrı-ayrı müalicə üsullarının tətbiqi və narkoloji 

xəstənin  müalicə  müddəti  xəstənin  mənafeyi  nəzərə 

alınmaqla  həkim-narkoloq  tərəfindən  tibbi  göstəricilər 

əsasında müəyyən edilir.  

11.4.  Aşağıdakı  hallarda  şəxsə  insan  psixikasına  təsir 

göstərən maddələrdən sui-istifadə edilməsi ilə əlaqədar 

narkoloji xəstəlikdən müalicə təklif edilməlidir: 

11.4.1.  şəxsin  insan  psixikasına  təsir  göstərən 

maddələrdən  sui-istifadə  etməsi  haqqında  onun 

yaxın qohumları müraciət etdikdə; 

11.4.2.  narkoloji  xəstəlik  və  ya  insan  psixikasına 

təsir  göstərən  maddələrdən  sui-istifadə  edilməsi 

nəticəsində  şəxs zədə aldıqda  və  ya  onun  səhhəti 

başqa cür pozulduqda; 

11.4.3.  narkoloji  xəstəlik  və  ya  insan  psixikasına 

təsir göstərən maddələrdən sui-istifadə ilə əlaqədar 

şəxs  tərəfindən  hüquq  pozuntularının  törədilməsi 

halları müəyyən edildikdə; 

11.4.4.  həkim  xəstəni  evində  yoxlayarkən  həmin 

şəxs  tərəfindən  insan  psixikasına  təsir  göstərən 

maddələrdən  sui-istifadə  edilməsinin  onun  özünə 

və ya ailə üzvlərinə mənfi təsir göstərməsi halları 

müəyyən edildikdə. 

11.5.  İnsan  həyatı  üçün  təhlükə  yaradan  üsullarla 

narkoloji xəstələrin müalicəsi (kodlaşdırma və s.) yalnız 

dövlət  narkoloji  tibb  müəssisələrində  həyata  keçirilir. 

Bu  üsulların  tətbiq  edilməsinə  yalnız  narkoloji  xəstə 

tərəfindən  könüllü  olaraq  yazılı  şəkildə  verilmiş  ərizə 

əsasında  yol  verilir.  Bu  üsulları  tətbiq  edən  həkim 




xəstəni  əvvəlcədən  bütün  baş  verə  biləcək  nəticələr 

barədə  yazılı  şəkildə  xəbərdar  etməlidir.  İnsan  həyatı 

üçün  təhlükə  yaradan  üsullarla  narkoloji  xəstələrin 

müalicəsi 

qaydası  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

11.5.1.  Narkomanlıq  xəstəliyinə  düçar  olan 



şəxslərin  müalicəsində  tibbi  məqsədlərlə  istifadə 

olunan 

narkotik 

vasitələrin 

və 

dövriyyəsi 

məhdudlaşdırılan  və  nəzarət  edilən  psixotrop 

maddələrin  tətbiqinə  yalnız  dövlət  narkoloji  tibb 

müəssisələrində icazə verilir. 

11.6.  Hər  bir  narkomanın  müalicəsi  barədə  məlumat 

narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat 

bankına verilməlidir. 

Maddə 12. Detoksifikasiyanın keçirilməsi 

12.1.  Təxirəsalınmaz  hallar  istisna  olunmaqla  insan 

psixikasına  təsir  göstərən  maddələrin  sui-istifadəsi  ilə 

əlaqədar  detoksifikasiya  tədbirləri  narkoloji  tibb 

müəssisəsində  həyata  keçirilir.  Detoksifikasiyanın 

keçirilməsi 

qaydası  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 

12.2.  Narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxslər 

barəsində  detoksifikasiyanın  aparıldığı  hər  bir  hal 

barədə  məlumat  narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  onların  prekursorlarının  dövriyyəsinə 

dair ümummilli məlumat bankına verilməlidir. 



Maddə 13. Narkoloji xəstələr üzərində xüsusi müşahidə 

13.0.  Narkoloji  yardımın  həyata  keçirilməsi  zamanı 

aşağıdakı şəxslər üzərində Azərbaycan Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilmiş qaydada xüsusi müşahidə aparılır: 



13.0.1.  alkoqol  psixozunu  keçirmiş  narkoloji 

xəstələr; 

13.0.2. 

narkotik 

vasitələrin 

və 


psixotrop 

maddələrin  qəbul  edilməsi  nəticəsində  əmələ 

gəlmiş intoksikasion psixozunu keçirmiş narkoloji 

xəstələr; 

13.0.3.  yetkinlik  yaşına  çatmayan  uşaqları  olan 

narkoloji xəstələr; 

13.0.4.  yetkinlik  yaşına  çatmayan  narkoloji 

xəstələr; 

13.0.5.  HIV/AIDS-dən,  hepatitlərdən,  zöhrəvi 

xəstəliklərdən 

və 

aktiv 


formada 

vərəm 


xəstəliyindən əzab çəkən narkoloji xəstələr; 

13.0.6. insan psixikasına təsir göstərən maddələrin 

qəbul  edilməsi  nəticəsində  psixikasında  dönməz 

psixi dəyişikliklər və şəxsiyyət dəyişiklikləri hökm 

sürən narkoloji xəstələr. 

Maddə 14. Narkoloji tibb xüsusiyyətləri 

14.1.  Azərbaycan  Respublikasının  ərazisində  narkoloji 

xəstəliklərin  müalicəsi  cəzaçəkmə  müəssisələri  və 

istintaq  təcridxanaları  istisna  olmaqla  yalnız  narkoloji 

tibb  müəssisələrində  həyata  keçirilir.  Cəzaçəkmə 

müəssisələri  və  istintaq  təcridxanaları  istisna  olmaqla 

narkoloji 

xəstəliklərin 

narkoloji 

sahədə 


qeyri-

ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə 

narkoloji 

sahədə 


qeyri-ixtisaslaşdırılmış 

tibb 


müəssisələrinin 

nəzdində 

narkoloji 

bölmələrin 

yaradılması  qadağandır.  Hüquqi  şəxs  yaratmadan 

narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. 

14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla 

narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı 

hüquqi  şəxs  bu  fəaliyyəti  yalnız  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 




tərəfindən  verilmiş  xüsusi  razılıq  əsasında  həyata 

keçirir. 

14.3. Narkoloji yardım sahəsində fəaliyyət göstərən hər 

bir  narkoloji  tibb  müəssisəsinə  xüsusi  razılığın 

verilməsi barədə bildiriş narkotik vasitələrin, psixotrop 

maddələrin  və  onların  prekursorlarının  dövriyyəsinə 

dair  ümummilli  məlumat  bankına  daxil  edilməsi  üçün 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanına  dərhal  göndərilməlidir.  Həmin  bildirişdə 

təşkilatın  tam  adı,  hüquqi  ünvanı,  xüsusi  razılığın 

müddəti,  müəssisənin  təsisçiləri  barədə  məlumatlar 

göstərilməlidir. 

14.4.  Narkoloji  tibb  müəssisələrinin  rəhbərləri  həmin 

müəssisələrdə  işləyən  tibbi  heyətin  və  xəstələrlə 

əlaqədar  olan  digər  şəxslərin  narkoloji  xəstələr 

tərəfindən  törədilə  biləcək  təhlükəli  hərəkətlərdən 

mühafizəsini təmin etməyə borcludurlar. Narkoloji tibb 

müəssisələrində 

təhlükəsizlik 

tədbirlərinin 

tətbiq 

edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq 



icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

14.5. 


Narkoloji 

xəstələrin 

sosial-psixoloji 

reabilitasiyasını  təmin  etmək  məqsədilə  hər  bir 

narkoloji tibb müəssisəsində psixoloq olmalıdır. 

 

 



Maddə 15. Narkoloji yardımın maliyyələşdirilməsi 

15.1.  Narkoloji  yardımın  dövlət  büdcəsinin  vəsaiti 



hesabına  həyata  keçirilməsi  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

15.2. 


Narkoloji 

xəstəliklə 

əlaqədar  göstərilən 

təxirəsalınmaz  tibbi  tədbirlər  dövlət  büdcəsinin  vəsaiti 

hesabına  həyata  keçirilir.  Dövlət  büdcəsinin  vəsaiti 

hesabına  göstərilən  narkoloji  yardımın  minimal 




standartları  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir.  Xüsusi 

və  ya  pullu  dövlət  narkoloji  tibb  müəssisələrində 

müalicə  almaq  istəyən  narkoloji  xəstələrin  müalicəsi 

onların öz şəxsi vəsaiti hesabına həyata keçirilir.  

15.3.  Narkotik  vasitələrin,  psixotrop  maddələrin 



qanunsuz  dövriyyəsi  və  onların  prekursorlarının 

qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı 

ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi 

nəticəsində  müsadirə  olunmuş  və  dövlət  hesabına 

yönəldilmiş 

əmlak 

yalnız 

narkomanlığın 

profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan 

şəxslərin  müalicəsinə  və  sosial  reabilitasiyasına  sərf 

edilir. 

 

IV fəsil. Narkoloji xidmət sahəsində sosial tədbirlər 

 

Maddə 16. Narkoloji xidmət sahəsində sosial tədbirlər 

16.1. Narkoloji xidmətin məqsədlərinin təmin edilməsi 

üçün  həyata  keçirilən  sosial  tədbirlər  aşağıdakılardan 

ibarətdir: 

16.1.1.  narkoloji  xəstələrin  valideyn  qayğısından 

məhrum 


olan  uşaqlarına  sosial  qayğının 

göstərilməsi və onların hüquqlarının qorunması; 

16.1.2.  narkoloji  xəstələrin  və  onların  ailə 

üzvlərinin  sosial  müdafiəsi  və  hüquqlarının 

qorunması; 

16.1.3.  narkoloji  xəstələrin  cəmiyyətə  qovuşması 

üçün  zəruri  olan  tədbirlərin  görülməsi  (narkoloji 

xəstələrin  iş  yerləri  və  ya  peşə  bilikləri,  habelə 

yaşayış  yeri  olmayan  narkoloji  xəstələrin 

müvəqqəti sığınacaq yerləri ilə təmin edilməsi). 

16.2.  çıxarılıb  [Narkoloji  xidmət  sahəsində  sosial 

tədbirlər  Azərbaycan  Respublikasının  müvafiq  icra 




hakimiyyəti orqanı tərəfindən qəbul edilən vahid dövlət 

proqramı əsasında həyata keçirilir].  

16.3. 

Narkoloji 



xəstələrin 

könüllü 


müalicəsi 

müddətində  (sosial-psixoloji  reabilitasiya  dövrü  daxil 

olmaqla)  onlara  digər  xəstəliklərin  müalicəsi  zamanı 

tətbiq edilən bütün sosial təminatlar tətbiq edilir. 

16.4.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin narkoloji 

xəstəlikdən könüllü müalicəsi əmək müqaviləsinin ləğv 

edilməsi üçün əsas ola bilməz. 

16.5  Əmək  qabiliyyətini  itirmiş  narkoloji  xəstələrə 

digər  xəstələr  üçün  nəzərdə  tutulmuş  qaydada  onların 

səhhətinin  vəziyyəti  nəzərə  alınmaqla  əlillik  və  ya 

sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir və 

sosial təminat təyin edilir. 

Maddə 17. Narkoloji xəstələrin cəmiyyətə qovuşması 

17.0.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanları  narkoloji  xəstələrin  cəmiyyətə 

qovuşmasına  yönəlmiş  aşağıdakı  tədbirləri  həyata 

keçirirlər: 

17.0.1.  narkoloji  xəstəliklə  əlaqədar  könüllü 

müalicə  olunan  şəxslərin  müxtəlif  peşələrə 

yiyələnməsini  təmin  edir  və  onların  işlə  təmin 

edilməsi üçün müəyyən yerlər ayırır; 

17.0.2.  yaşayış  yeri  olmayan  narkoloji  xəstələri 

müvəqqəti sığınacaq yerləri ilə təmin edir; 

17.0.3.  narkoloji  xəstələrin  və  onların  ailə 

üzvlərinin qarşılıqlı yardım qruplarını təşkil edir; 

17.0.4. narkoloji xəstələrə və onların ailə üzvlərinə 

hüquqi  və  ya  digər  yardım  göstərən  qeyri-

hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirir. 



 

V fəsil. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər 

 


Maddə 18. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər  

18.0. Narkoloji nəzarətin məqsədlərinin təmin edilməsi 

üçün həyata keçirilən inzibati tədbirlər  aşağıdakılardan 

ibarətdir: 

18.0.1. 

insan 


psixikasına 

təsir 


göstərən 

maddələrdən  sui-istifadə  edən  şəxslərin  aşkar 

edilməsi və onların qeydiyyatının aparılması; 

18.0.2. 


narkoloji 

xəstələrin 

qeydiyyatının 

aparılması; 

18.0.3. 

narkotik 

vasitələrin 

və 


psixotrop 

maddələrin  qanunsuz  dövriyyəsi  ilə  məşğul  olan 

şəxslərin  aşkar  edilməsi  və  onların  qeydiyyatının 

aparılması; 

18.0.4.  sərxoşluq  hallarının  müəyyən  edilməsi 

məqsədilə  tibbi  müayinənin  təyin  və  onun 

aparılmasının təmin edilməsi; 

18.0.5.  sərxoşluq  hallarının  müəyyən  edilməsi 

məqsədilə tibbi müayinənin aparılması; 

18.0.6. 


insan 

psixikasına 

təsir 

göstərən 



maddələrdən 

sui-istifadə 

etməklə 

öz 


ailə 

üzvlərinin  maddi  vəziyyətini  pisləşdirən,  onlara 

qayğı  göstərməyən,  uşaqları  ilə  amansız  rəftar 

edən,  onların  tərbiyəsinə  mənfi  təsir  göstərən, 

habelə ətraflarındakı insanların hüquqlarını pozan 

narkoloji xəstələrin aşkar edilməsi; 

18.0.7.  narkoloji  xəstələr  tərəfindən  hüquq 

pozuntularının törədilməsinin qarşısının alınması; 

18.0.8.  barəsində  məcburi  müalicə  tətbiq  edilmiş 

şəxslərə dair məlumatların verilməsi; 

18.0.9. insan psixikasına təsir göstərən maddələrin 

sui-istifadəsi 

ilə 

bağlı  nəticələrin  (hüquq 



pozuntularının törədilməsi, intihar etmə, əlillik və 

ya  sağlamlıq  imkanlarının  məhdudluğu,  xəsarət 

alma, 

zəhərlənmə, 



somatik 

və 


yoluxucu 


xəstəliklərə  düçar  olma  hallarının  və  s.) 

qeydiyyatının aparılması; 

18.0.10. məcburi müalicənin həyata keçirilməsinin 

təmin edilməsi. 



Maddə 19. Narkoloji xəstələrin qeydiyyatı  

19.1.  Narkoloji  xəstələrin  qeydiyyatı  dövlət  narkoloji 

tibb müəssisələri tərəfindən aparılır. 

19.2.  Hər  bir  narkomanın  narkoloji  xəstə  kimi 

qeydiyyata  alınması  barədə  məlumat  narkotik 

vasitələrin, 

psixotrop 

maddələrin 

və 

onların 


prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat 

bankına verilməlidir. 

19.3.  Qeyri-dövlət  narkoloji  tibb  müəssisələri  yalnız 

dövlət  narkoloji  tibb  müəssisələrində  qeydiyyata 

alınmış  narkoloji  xəstələrə  narkoloji  yardım  göstərə 

bilərlər. 

19.4.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  aşağıdakı  kateqoriyalar  üzrə 

narkoloji  xəstələrin  və  insan  psixikasına  təsir  göstərən 

maddələrdən  sui-istifadə  edən  şəxslərin  qeydiyyatını 

aparır: 

19.4.1. spirtli içkilərdən sui-istifadə edən şəxslər; 

19.4.2. alkoqolizmə düçar olan şəxslər; 

19.4.3.  narkotik  vasitələrdən  və  psixotrop 

maddələrdən sui-istifadə edən şəxslər; 

19.4.4. narkomanlığa düçar olan şəxslər; 

19.4.5.  bihuşedici  maddələrdən  sui-istifadə  edən 

şəxslər; 

19.4.6. toksikomanlığa düçar olan şəxslər. 

19.5.  Qeydiyyatı  aparan  narkoloji  tibb  müəssisəsi 

narkomanlığa  düçar  olan,  habelə  narkotik  vasitələrdən 

və  psixotrop  maddələrdən  sui-istifadə  edən  şəxslər 

barəsində 

kəmiyyət 

göstəricilərinin 

ümummilli 

məlumat  bankına  daxil  edilməsi  üçün  Azərbaycan 



Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 

göndərir. 

19.6.  Narkoloji  xəstələrin  qeydiyyatının  aparılması 

qaydası  və  onların  qeydiyyatda  olma  müddəti 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 



Maddə  20.  Sərxoşluq  hallarının  müəyyən  edilməsi 

məqsədilə tibbi müayinənin aparılması 

20.1.  İnsan  psixikasına  təsir  göstərən  maddələrin 

istifadə  edilməsi  nəticəsində  yaranan  sərxoşluq 

hallarının  bütün  növlərinin  müəyyən  edilməsi 

məqsədilə  aparılan  tibbi  müayinə  yalnız  narkoloji  tibb 

müəssisəsinin  həkim-narkoloqu  tərəfindən  həyata 

keçirilir.  Sərxoşluq  hallarının  müəyyən  edilməsi 

məqsədilə  aparılan  tibbi  müayinə  təhqiqat,  istintaq 

orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə 

götürənin  vəsatəti  və  ya  müayinə  olunan  şəxsin 

təşəbbüsü əsasında həyata keçirilir. 

20.2. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 

tibbi  müayinənin  aparılması  qaydası  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilir.  

Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi 

müayinənin 

aparılması 

üsulları 

Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  tərəfindən 

təsdiq edilir. 

20.3. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 

həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, 

müayinənin 

aparılması 

nəticəsində 

yaranmış 

mübahisələrin  məhkəməyə  qədər  həll  olunması  üçün 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanının  nəzdində  münaqişə  komissiyası təşkil  edilir. 

Sərxoşluq  hallarının  müəyyən  edilməsi  məqsədilə 

aparılan  müayinənin  nəticələrindən  narazı  qalan  şəxs 

mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi 



üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət 

edə  bilər.    Şəxsin  münaqişə  komissiyasına  müraciət 

etməsi  onun  məhkəməyə  müraciət  etmək  hüququnu 

məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş 

ərizə  üzrə  qərar  işin  məhkəmə  baxışına  qədər 

çıxarılmalıdır.  Münaqişə  komissiyasının  tərkibi  və 

fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

20.4. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 

aparılan  tibbi  müayinə  nəticəsində  şəxsin  narkotik 

vasitələri  və  psixotrop  maddələri  istehlak  etməsi 

müəyyən  edildikdə  bu  barədə  məlumat  narkotik 

vasitələrin, 

psixotrop 

maddələrin 

və 


onların 

prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat 

bankına verilməlidir. 

Maddə  21.  Narkoloji  xəstələr  barəsində  məhkəmə 

qaydasında tətbiq olunan məcburiyyət tədbirləri 

21.1. Cinayət törətmiş narkoloji xəstələr barəsində tibbi 

xarakterli 

məcburi 


tədbirlər 

Azərbaycan 

Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş 

qaydada tətbiq edilir. 

21.2. İnsan psixikasına təsir göstərən maddələrdən sui-

istifadə  nəticəsində  öz  ailəsini  ağır  maddi  vəziyyətə 

salan  şəxslərin  fəaliyyət  qabiliyyəti  məhkəmə 

tərəfindən  məhdudlaşdırıla  bilər.  Şəxsin  məhdud 

fəaliyyət  qabiliyyətli  hesab  edilməsi  haqqında  iş  onun 

ailə  üzvlərinin,  Azərbaycan  Respublikasının  müvafiq 

icra  hakimiyyəti  orqanının  ərizəsi  üzrə  qaldırıla  bilər. 

Şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilməsi 

barədə 

işə  Azərbaycan  Respublikasının  Mülki 



Prosessual  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  qaydada 

baxılır. 

21.2.1.  Cinayət  törətməmiş,  lakin  öz  davranış  və 

hərəkətləri 

nəticəsində 

dəfələrlə 

yaxın 



qohumlarına  maddi  və  mənəvi  zərər  yetirmiş, 

uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların 

hüquqlarını  kobudcasına  pozmuş,  təklif  olunmuş 

könüllü  müalicədən  dəfələrlə  imtina  etmiş 

narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxslər 

barəsində  Azərbaycan  Respublikasının  Mülki 

Prosessual  Məcəlləsinə  uyğun  olaraq  məcburi 

tibbi tədbirlər tətbiq edilə bilər. 

21.3.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi  ilə 

müəyyən edilmiş qaydada narkoloji xəstələr valideynlik 

hüququndan məhrum oluna bilərlər. 

Maddə 22. Narkoloji xəstəliklərin doğurduğu nəticələrin 

qeydiyyatı 

22.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanları  narkoloji  xəstəliklərin  və  insan 

psixikasına  təsir  göstərən  maddələrin  sui-istifadəsi  ilə 

bağlı  nəticələrin  (cinayətlərin  törədilməsi,  ölüm 

hadisələri və onların səbəbləri, intihar etmə, əlillik və ya 

sağlamlıq  imkanlarının  məhdudluğu,  xəsarət  alma, 

zəhərlənmə,  somatik  və  yoluxucu  xəstəliklərə  düçar 

olma hallarının) qeydiyyatını aparırlar. 

22.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  narkoloji  xəstəliklərin  və  insan 

psixikasına  təsir  göstərən  maddələrin  sui-istifadəsi  ilə 

bağlı  nəticələr  barəsində  məlumatları  toplayır, 

sistemləşdirir və təhlil edir. 

22.3. 

Azərbaycan 



Respublikasında  bütün  tibb 

müəssisələri narkoloji xəstəliklərin və insan psixikasına 

təsir  göstərən  maddələrin  sui-istifadəsi  ilə  bağlı 

nəticələr 

barədə 

məlumatları 



Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 

təqdim etməyə borcludurlar. 

 



VI fəsil. Narkoloji nəzarət sahəsində xəbərdaredici 

tədbirlər 

 

Maddə  23.  Narkoloji  nəzarət  sahəsində  xəbərdaredici 

tədbirlər 

23.1.  Narkoloji  nəzarət  sahəsində  xəbərdaredici 

tədbirlər  narkoloji  nəzarət  tədbirlərinin  tərkib  hissəsi 

olaraq insan psixikasına təsir göstərən maddələrdən sui-

istifadə  etmə  hallarının,  habelə  narkoloji  xəstəliklərin 

inkişafının və yayılmasının qarşısının alınmasına, insan 

psixikasına  təsir  göstərən  maddələrin  sui-istifadəsinin 

və  narkoloji  xəstəliklərin  doğurduğu  mənfi  nəticələrin 

narkoloji  xəstə  və  cəmiyyət  üçün  yaratdığı  ziyanın 

azaldılmasına yönəlir. 

23.2.  Narkoloji  nəzarət  sahəsində  xəbərdaredici 

tədbirlər  bütün  təhsil,  tibb  və  cəzaları  icra  edən 

müəssisələrdə, hanelə narkoloji xəstəliklərə düçar olma 

ehtimalı  yüksək  olan  şəxslər  arasında  həyata  keçirilir. 

Narkoloji 

nəzarət 


sahəsində 

həyata 


keçirilən 

xəbərdaredici tədbirlər aşağıdakılardan ibarətdir: 

23.2.1.  sağlam  həyat  tərzinin  təbliğ  edilməsi  və 

narkoloji xəstəliklərin yayılmasına qarşı təbliğatın 

aparılması; 

23.2.2.  əhalinin  insan  psixikasına  təsir  göstərən 

maddələrin  istehlakının  insanın,  ailənin  və 

cəmiyyətin  sağlamlığı  üçün  yaratdığı  nəticələr, 

insan  psixikasına  təsir  göstərən  maddələrin 

vurduğu ziyanın azaldılması məqsədilə görülməsi 

mümkün  olan  səmərəli  tədbirlər,  narkoloji 

xəstələrin  səhhəti  üzərində  nəzarətin  imkanları 

barədə məlumatlandırılması; 

23.2.3.  təhsil  müəssisələrində  insan  psixikasına 

təsir 

göstərən 



maddələrin 

ziyanı  barədə 




mühazirələrin,  seminarların,  təlim  məşğələlərinin 

keçirilməsi; 

23.2.4.  narkoloji  xəstələrə  tətbiq  edilə  bilən 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə 

tutulmuş 

təsir 

tədbirləri 



və 

məhdudiyyətlər barədə məlumatlandırılması; 

23.2.5. narkoloji xəstəliklərə düçar olmaq ehtimalı 

yüksək olan şəxslərin müəyyən edilməsi; 

23.2.6.  xəbərdaredici  baxışların  (yoxlamaların) 

həyata keçirilməsi; 

23.2.7. 

insan 


psixikasına 

təsir 


göstərən 

maddələrdən  sui-istifadə  edilməsinin  qarşısının 

alınması  məqsədilə  ticarət,  xidmət,  reklam  və 

digər sahələrdə qanunvericilikdə nəzərdə tutulmuş 

qadağanların tətbiq edilməsi. 

23.3.  Xəbərdaredici  tədbirlərin  həyata  keçirildiyi  tibb, 

təhsil  və  cəzaları  icra  edən  müəssisələrin  rəhbərləri 

dövlət  narkoloji  tibb  müəssisələrinin  mütəxəssisləri 

tərəfindən  həyata  keçirilən  xəbərdaredici  tədbirlərə 

mane  olmamalı,  ehtiyac  olduqda  yetkinlik  yaşına 

çatmayanlar,  şagirdlər,  tələbələr,  çəhkum  edilmiş 

şəxslər arasında xəbərdaredici baxışların (yoxlamaların) 

keçirilməsini təmin etməlidirlər. 

23.4.  Bütün  səhiyyə  işçiləri  insan  psixikasına  təsir 

göstərən  maddələrdən  sui-istifadə  edən  şəxslərin 

müəyyən  edilməsinə  diqqət  yetirməlidirlər.  Narkoloji 

xəstəliklərin  qarşısının  alınması  məqsədilə  əhalinin 

sağlamlığı  sahəsində  xidmət  göstərilərkən  insan 

psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən 

aşağıdakı şəxslərə xüsusi diqqət yetirməlidirlər: 

23.4.1. yetkinlik yaşına çatmayanlara; 

23.4.2.  təhsil  müəssisələrinin  şagirdlərinə  və 

tələbələrinə; 

23.4.3. hamilə və uşağı olan qadınlara; 




23.4.4.  peşə  fəaliyyəti  digər  şəxslərin  həyatı  və 

səhhəti üçün təhlükə ilə bağlı olan şəxslərə; 

23.4.5.  ağır  xəstəliklə  əlaqədar  həkimin  təyinatı 

əsasında  narkotik  vasitələri  və  ya  psixotrop 

maddələri qəbul etmiş şəxslərə; 

23.4.6.  cəzaları  icra  edən  müəssisələrdə  cəza 

çəkmiş şəxslərə; 

23.4.7.  ailə  tərkibində  narkoloji  xəstə  olan 

şəxslərə; 

23.4.8. müvəqqəti olaraq işsiz olan şəxslərə; 

23.4.9. müəyyən yaşayış yeri olmayan şəxslərə; 

23.4.10. yoluxucu xəstəliklərdən (HIV/AIDS-dən, 

hepatitlərdən,  cinsi  yolla  keçən  xəstəliklərdən  və 

vərəm xəstəliyindən) əzab çəkən şəxslərə; 

23.4.11. psixi xəstələrə; 

23.5.  çıxarılıb  [Azərbaycan  Respublikasının  müvafiq 

icra  hakimiyyəti  orqanları  narkoloji  xəstəliklərin 

profilaktikası üzrə vahid dövlət proqramını hazırlayır və 

həyata keçirir]. 

Maddə  24.  Narkoloji  nəzarətin  təmin  edilməsinə 

yönəldilmiş xüsusi tədbirlər 

24.1.  Əhalinin  narkoloji  xəstəliklərə  düçar  olması 

hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış 

şəxslərə  tütün  məmulatlarının  və  spirtli  içkilərin 

satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla 

ictimai  yerlərdə  spirtli  içkilərin  istifadə  edilməsi 

qadağandır. 

24.2.  Azərbaycan  Respublikasının  ərazisində  istehsal 

olunan  bütün  spirtli  içkilərin  və  tütün  məmulatlarının 

qabları  üzərində  onların  insanın  səhhətinə  göstərdiyi 

mənfi  təsiri  əks  etdirən,  habelə  onların  18  yaşına 

çatmamış  şəxslərə  satılmasının  qadağan  edilməsi 

haqqında qeydlər olmalıdır. 



24.3.  Əhalinin  hüquqlarının,  qanuni  mənafelərinin  və 

dövlətin  təhlükəsizliyinin  müdafiəsi  məqsədilə  peşə 

fəaliyyətinin  ayrı-ayrı  növləri  və  yüksək  təhlükə 

mənbəyi  ilə  bağlı  olan  fəaliyyətlə  məşğul  olan  şəxslər 

işə  qəbul  olduqda,  işlədiyi  müddətdə  isə  ildə  bir 

dəfədən 


az 

olmayaraq 

dövlət 

narkoloji 



tibb 

müəssisəsində  tibbi  müayinədən  (tibbi  yoxlamadan) 

keçməlidirlər.  Bu  şəxslərin  müayinədən  keçməsi 

qaydası  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

VII fəsil. Yekun müddəalar 

 

Maddə 25. Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu  Qanundan  irəli  gələn  tələbləri  pozan  şəxslər 

Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 26. Qanunun qüvvəyə minməsi 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Prezidenti  



Heydər Əliyev 

 

Bakı şəhəri, 29 iyun 2001-ci il  



№ 161–IIQ 

 

«Azərbaycan» qəzetində dərc edilmişdir (8 sentyabr 2001-ci 



il, № 205). 

«Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu»nda 

dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 577).   

19 aprel 2002-ci il tarixli 310–II QD nömrəli; 5 dekabr 2003-

cü il tarixli 539–II QD nömrəli; 17 aprel 2007-ci il tarixli 313–III QD 

nömrəli;  9  oktyabr  2007-ci  il  tarixli  429–III  QD  nömrəli;  13  iyun 

2008-ci il tarixli 648–III QD nömrəli; 7 mart 2012-ci il tarixli 313–



IV  QD  nömrəli  qanunlara  əsasən  edilən  əlavə  və  dəyişikliklər 

kursivlə verilmişdir. 



 

Yüklə 180,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə