Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə1/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
  1   2   3   4   5   6   7   8   9   ...   116



AZƏRBAYCAN – NATO : 
TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
AZERBAIJ AN – NATO: 
ROAD BEGINNING FROM PARTNERSHIP 
AZERBAIDJAN - OTAN : 
LE DEBUT DU PARTENARIAT
HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİ
HEYDAR ALIYEV’S HERITAGE RESEARCH CENTER 
CENTRE DE RECHERCHES DE L’HERITAGE DE HEYDAR ALIYEV
Bakı - 2009
(1994-2009)
(1994-2009)
(1994-2009)




Məsləhətçi:
Asəf NADİROV
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Buraxılışa məsul:
Vurğun SÜLEYMANOV
Yaradıcı heyətin rəhbəri:
Fuad BABAYEV
Yaradıcı heyət:
Anar HƏSƏNLI
Təmkin MƏMMƏDLİ
İrina MUXTAROVA
Gündüz NƏSİBOV
Dilçi-redaktor:
Mətanət BABAYEVA
Dizayn və səhifələmə:
Elviz İSMAYILOV
Kitabın tərtib olunmasında Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin foto-
materiallarından istifadə olunmuşdur.
Kitabda AzərTAc-ın, NATO-nun (www.nato.int), BMT-nin  (www.un.org) və ATƏT-in 
(www.osce.org) rəsmi saytlarının materiallarından istifadə olunmuşdur. 


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
anadan olmasının 86 illiyinə ithaf olunur


Biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa 
böyük  əhəmiyyət veririk və Azərbaycanın  Şimali Atlantika Müqaviləsi 
Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfi mizdən 
hər cür kömək göstərəcəyik.
Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin NATO-nun 50 illik 
yubileyinə həsr olunmuş zirvə görüşündə nitqindən - 26 aprel 1999-cu il
"Fərdi tərəfdaşlıq fəaliyyəti" planında iştirakımız Azərbaycanın NATO 
ilə işbirliyində vacib dönüş nöqtəsidir və bizim təhlükəsizlik siyasətimizin 
inkişafına nəzərəçarpacaq töhfə verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin NATO-nun İstanbul 
sammitində çıxışından - 29 iyun 2004-cü il 


11
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Hörmətli oxucular!
"Azərbaycan – NATO: tərəfdaşlıqdan başlanan yol" kitabı Heydər  Əliyev 
İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2004-cü il may ayının 10-da, ümum-
milli liderimizin ad günündə  fəaliyyətə başlayıb. Mərkəzin tərkib hissəsi 
olan "Heydər  Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası Heydər  Əliyevin 
əsərlərini – çıxışları, bəyanatları, məktubları  və görüşlərinin mətnlərini 35 
dildə dünya oxucularına çatdırır. Bu gün dünyanın qabaqcıl universitetləri, 
nüfuzlu elm mərkəzləri, dövlət idarələri, media orqanları, transmilli şirkətlər, 
eləcə də  dünyada gündən-günə nüfuzu yüksələn Azərbaycanla maraqlanan 
şəxslər - tədqiqatçılar, politoloqlar, iqtisadçılar, tələbələr bizim oxucularımız 
sırasındadır. 
Mərkəzin nəşriyyat qrupu tərəfi ndən müxtəlif dillərdə kitablar nəşr olunur. 
Bu kitabların hər biri oxucular tərəfi ndən rəğbətlə qarşılanıb və geniş rezonan-
sa səbəb olub. ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər 
Əliyevin çıxışları, müsahibələri daxil edilmiş  "Heydər Əliyev: Biz Azərbaycan 
ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", 
Heydər  Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 
İKT-nin zirvə görüşlərindəki çıxışları  əsasında hazırlanmış  "Azərbaycan  İs-
lam Konfransı Təşkilatı sıralarında" kitablarını xüsusilə qeyd etmək istərdik. 
Qeyd edək ki, birinci kitab Azərbaycan dilində və ATƏT-in Minsk qrupunun 
həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus), ikinci kitab 
isə Azərbaycan dili ilə yanaşı, İKT-nin rəsmi dillərində (ingilis, fransız və ərəb) 
nəşr edilib.
Qarşınızdakı bu kitaba görkəmli siyasətçi Heydər Əliyevin və Azərbaycan 
Respublikasının Prezidenti  İlham  Əliyevin NATO-nun ali məclislərindəki 
çıxışları  və  təşkilatın rəhbərləri ilə görüşlərinin mətnləri, tarixi arayışlar, 
Ermənistan tərəfi ndən işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı BMT-nin 
qətnamələri, ATƏT-in zirvə görüşlərinin sənədləri, məlumat-soraq materialla-
rı, xəritələr və foto-sənədlər  daxil edilib. 
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1994-cü il may ayının 4-də 
Brüsseldə, NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramını imzalamaqla 
Azərbaycan Respublikasının xarici siyasətində yeni prioriteti - Avroatlantik 
məkana inteqrasiya siyasətini müəyyənləşdirdi. Ermənistanın Azərbaycana 
qarşı  təcavüzünün davam etdiyi bir şəraitdə atılan bu addım bir tərəfdən 
Heydər  Əliyevin "Sülh naminə  tərəfdaşlıq" çərçivə  sənədinin imzalanma 


12
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
mərasimindəki bəyanatında qeyd etdiyi kimi, ölkəmizə Qərb dünyası ilə sıx 
və çoxtərəfl i qarşılıqlı münasibətlər yaratmaq və Qərb dünyasının çox zəngin 
təcrübəsindən bəhrələnmək, digər tərəfdən NATO dövlətlərinin qüvvələri ilə 
qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələri yaratmaq imkanı verirdi.
50 il əvvəl – 1949-cu ildə yaradılmış NATO Avroatlantik regionda sabitliyin 
əsası, təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçirmək üçün forum 
kimi çıxış edir, münaqişələrin qarşısının alınmasında və böhranların nizam-
lanmasında fəal iştirak edir, qeyd olunan regionun digər ölkələri ilə hərtərəfl i 
tərəfdaşlığın, əməkdaşlığın və dialoqun inkişafına yardım göstərir. 
Təsadüfi  deyil ki, NATO-nun hələ 1994 - cü ilin yanvarında  Şimali Atlan-
tika Şurası tərəfi ndən qəbul edilmiş Bəyannamədə Cənubi Qafqaz regionun-
da yaranmış narahatlığı öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək 
məqsədilə gücdən istifadə olunması pislənir və Cənubi Qafqaz dövlətlərinin 
ərazi bütövlüyünə,   müstəqilliyinə  və suverenliyinə hörmət, regionda sül-
hün, sabitliyin və  əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi 
səciyyələndirilir. 
Qeyd etmək lazımdır ki, sonrakı illərdə  də  dəfələrlə NATO-nun rəsmi 
sənədlərində bu təşkilatın Azərbaycan Respublikasının ərazi bütövlüyünü ta-
nıdığı bəyan olunub.
Bu gün NATO ilə Azərbaycan demokratik təsisat və hərbi islahatlar sahəsində 
fəal  şəkildə  əməkdaşlıq edir, həmçinin bir çox digər sahələrdə praktiki 
əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycanla NATO arasında olan əməkdaşlıq 
proqramı Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (FTƏP) öz 
əksini tapıb.
2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində 
tərəfdaş ölkələrlə  əməkdaşlığı genişləndirmək məqsədilə  Fərdi Tərəfdaşlıq 
üzrə  Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan 
FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. Azərbaycanın siyasi, iqtisa-
di və  təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə 
birləşdirən FTƏP Təqdimat Sənədi Alyansa  2004-cü ilin mayında Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyevin NATO-nun mənzil qərargahına 
səfəri zamanı təqdim olunub.
Əməkdaşlığın  əsas sahələrinə silahlı qüvvələrin üzərində tam demokra-
tik nəzarətin yaradılması, müdafi ə tədbirlərinin planlaşdırılması və müdafi ə 
büdcəsinin formalaşdırılması, o cümlədən NATO-nun norma və standartları-
na uyğun olaraq bütün silahlı qüvvələrin təşkilatı strukturunun yenidən təşkili 
daxildir.


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə