NAX Ç IV A N B Ö LG Ə SİN İN TA R İX İ CO Ğ RAFİYASI
H A Q Q IN D A Q EY D LƏ R
«AMEA Xəbərlər. İctimai və humanitar elmlər seriyası».-2012.-№1.-Cild 8.-S.26-31.
HACIFƏXRƏDDİN SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi E-mail: hacifexreddin@yahoo.com.tr
Məqalədə Naxçıvan bölgəsinin tarixi coğrafiyasından bəhs edilir. Qeyd olunur ki, orta əsrlər zamanı
Naxçıvan ərazisi indikindən daha böyük olmuş və Dərələyəz, Qafan, Mehri, Sisyan və s. torpaqları əhatə etmişdir.
Sonralar bu torpaqlar Ermənistana verilmiş və Naxçıvan ərazisi azalaraq hazırda 5,5 min km2 qalmışdır.
Açar sözlər: Naxçıvan, tarixi coğrafiya, Naxçıvan sancağı, Naxçıvan Muxtar Respublikası.
Məlumdur ki, Naxçıvan konkret olaraq bir şəhərin adı olmaqla bərabər, həm də böyük bir bölgənin adını
özündə əks etdirir. Admı Dünya tufanı zamanı Nuh peyğəmbərin gəmisinin Ordubad rayonundakı Gəmiqaya
ərazisində quruya oturması və Nuhcuların quruya çıxmasından götürən (Nuhçıxan-Naxçıvan) Naxçıvan şəhərinin
adı sonralar daha geniş məna kəsb etmiş, böyük bir bölgənin adını bildirmişdir. Əlverişli təbii-coğrafi mövqedə
yerləşdiyi üçün bölgə qədim və orta əsrlər zamanı istər Azərbaycan dövlət başçılarının, istərsə də ərazini tutan
hökmdarların diqqət mərkəzində olmuşdur. Mühüm ticarət yollarının keçdiyi bir ərazidə yerləşməsi bölgənin
ticarət-iqtisadi cəhətdən inkişaf etməsinə, inzibati mərkəz kimi formalaşmasına şərait yaratmışdır. Məhz bu
inkişafın nəticəsi olaraq Naxçıvan bölgəsi hələ eramızın əvvəllərindən çox mühüm inzibati mərkəz kimi
tanınmışdır. Hərbi-strateji əhəmiyyətini nəzərə alaraq ərəblər Naxçıvanı tutduqdan sonra özlərinin iqamətgahını
orada yerləşdirməklə bölgəni hərbi-inzibati mərkəzə və Bizansa qarşı əsas dayaq nöqtəsinə çevirmişdilər.
Naxçıvan bölgəsinin tarixinə nəzər salarkən aydın olur ki, Naxçıvan adı keçmişdə, xüsusilə orta əsrlər zamanı
daha böyük ərazilərə şamil edilmiş, bu ərazilər indiki Naxçıvan Muxtar Respublikasının ərazisindən çox geniş
olmuşdur. Azərbaycan ərazisində müxtəlif vaxtlarda yaranmış bir sıra quldar və feodal dövlətlərin tərkibində olan
bu ərazidə adında Naxçıvan toponimini əks etdirən kiçik dövlət qurumları da olmuşdur. Belə dövlət qurumlarından
biri tariximizdə "Naxçıvanşahlıq" adı ilə tanınan feodal dövləti olmuşdur. T.e.d. M.Şəriflinin müstəqil dövlət kimi
(8, s. 29), akademik N.Vəlixanlının isə Şəddadilər dövlətinin tərkibində bir əmirlik kimi təqdim etdiyi (9, s. 126,
127; 10, s. 77-78)
Naxçıvanşahlıq 983-cü ildən 1066-cı ilə qədər mövcud olmuşdur. Mərkəzi Naxçıvan şəhəri olan bu dövlət
qurumunun ərazisi şərqdə Dəbil (Dvin), qərbdə Ordubad da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Bəzi
vaxtlar Vaspurakanın da bir hissəsi bu feodallığın tabeliyində olmuşdur. M.Şərifli ərəb tarixçisi Kudamənin 928-ci
ildə yazdığı kitaba əsaslanaraq Naxçıvan şəhərinin Vaspurakanın (Van gölünün cənub-qərbindən və Urmiya
gölünün şimal-qərbindəki torpaqlardan başlayıb indiki Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsini
əhatə edən tarixi vilayət H.S.) paytaxtı olduğunu yazmışdır (8, s. 29).
Səlcuqların gəlişi ilə varlığına son qoyulan Naxçıvanşahlığın paytaxtı Naxçıvan şəhəri az sonra, 1136-cı ildə
tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövlətinin paytaxtına çevrilmişdir. 1175-ci ildə paytaxtın Həmədana
köçürülməsindən sonra da, Atabəylərin hakimiyyəti illərində dövlətin siyasi və iqtisadi cəhətdən mühüm
əhəmiyyətli şəhəri kimi diqqət mərkəzində olan Naxçıvan şəhəri XIII əsrin ortalarından Hülakülərin yaratdığı yeni
inzibati ərazi bölgüsünə görə yaradılan "Naxçıvan tüməni"nin mərkəzi olur. 1258-ci ildə yaranan Hülakülər
(Elxanilər) dövləti hökmdarları dövlətin idarə işlərini asanlaşdırmaq üçün ölkəni 9 tümənə (tümən termini orta
əsrlərdə hərbi, inzibati və pul vahidi kimi işlənirdi) bölmüşdü ki, bu tümənlərdən biri də "Naxçıvan tüməni" idi.
Naxçıvan tüməni çox böyük bir ərazini Araz çayının şimalındakı indiki Naxçıvan bölgəsi ilə yanaşı Arazın cənub
sahillərindəki bir sıra torpaqları da əhatə edirdi. Maku, Dvin (Dəbil), Qafan ərazisi bu tümənə daxil idi. Beləliklə,
tümənin ərazisi şərqdə Həkəri çayı sahilləri, qərbdə Dvin (Dəbil) daxil olmaqla, şimalda Göyçə gölü və Göyçə
mahalından, cənubda Araz çayına qədər uzanırdı. XIII-XIV əsrlərdə dövlətə 10.000 döyüşçü verən Naxçıvan
tüməninə Azərbaycanın 27 şəhərindən beşi (Naxçıvan, Ordubad, Azad, Əncan və Maku) daxil idi (6, s. 24; 11, s.
51). Bu şəhərlər içərisində tümənin mərkəzi Naxçıvan şəhəri daha əhəmiyyətli olmuş, ticarət, iqtisadi əhəmiyyətinə
görə nəinki Azərbaycanda, hətta Y axın Şərqdə əhəmiyyətli mövqe tutmuşdur.
Səfəvilər dövründə (1501-1536-cı illər) yaradılan inzibati ərazi bölgüsünə görə Naxçıvan əvvəllər mərkəzi
Təbriz
olan "Azərbaycan" bəylərbəyliyinin, XVII əsrdən isə mərkəzi İrəvan şəhəri olan "Çuxur-Səd
bəylərbəyliyi"nin tərkibində olmuşdur. Səfəvi şahları Naxçıvan bölgəsinə xüsusi diqqətlə yanaşmış, onun idarəsini
ərazinin qədim sakinlərindən olan, həm də Səfəvilər dövlətinin yaradılmasında yaxından iştirak edən Kəngərli tayfa
başçılarına tapşırmışdılar. Ermənistan ensiklopediyasının məlumatlarından, erməni tarixçisi Kaxin Ovaonnes
Şahxatunyanın dəqiq xronologiya üzrə hesablamaları təsdiq edir ki, İrəvan ərazisinə XIV əsrin sonlarından
başlayaraq 438 il ərzində (1390-1828-ci illər) Naxçıvanın azərbaycanlı hakimləri rəhbərlik etmişlər (7, s. 78).
Azərbaycan tarixində Naxçıvan adı ilə təqdim olunan inzibati ərazi bölgülərindən biri də bölgəni tutduqdan
sonra Osmanlılar tərəfindən 1724-cü ildə yaradılan "Naxçıvan sancağı"dır. Vergi verəcək 20 yaşdan yuxarı kişilərin
yaşayış məntəqələri üzrə adlan qeyd olunmuş və 1727-ci ildə Osmanlıların tərtib etdiyi "Naxçıvan sancağının
müfəssəl dəttəri"nə görə Naxçıvan sancağı 14 nahiyədə birləşən 328 kənddən ibarət olmuşdur. Dəftərdən aydın olur
ki, hazırda indiki Ermənistan ərazisinə daxil olan və 9 kənddən ibarət olan Məvaziyi-Xatun nahiyəsi, 42 kənddən
ibarət olan Sisyan nahiyəsi, 102 kənddən ibarət olan Dərələyəz nahiyəsi XVIII yüzilliyin 20-30-cu illərində
"Naxçıvan sancağı"na daxil olmuşdur. Həmçinin, sancağa daxil olan "Qışlağat" nahiyəsinin böyük bir ərazisi
Arazın cənub sahillərindəki torpaqlarda yerləşmişdir (4).
"Naxçıvan sancağının müfəssəl dəftər"ində özünə yer alan yaşayış məskənləri ilə indiki Naxçıvan Muxtar
Respublikasının şəhər və kəndlərini müqayisəli təhlil etdikdə aydın olur ki, "Müfəssəl dəftər"ə görə Naxçıvan
sancağının inzibati ərazi bölgüsünə daxil olan 150-dən artıq yaşayış məskəninin ərazisi sonralar hissə-hissə
Ermənistana verilmişdir. Təsadüfi deyildir ki, 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ni, 1590 və
1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ni təhlil edərək tarix üzrə fəlsəfə doktoru H.Məmmədov
(Qaramanlı) belə bir nəticəyə gəlmişdir ki, Naxçıvan sancağının ərazisi XVI-XVIII əsrlərdə müasir Naxçıvan
Muxtar Respublikasının ərazisindən xeyli böyük olmuş, indiki Ermənistan Respublikasının bir sıra rayonlarının, o
cümlədən Əzizbəyov (keçmiş Soylan), Cermuk, Sisyan (Qarakilsə) və Mehri rayonlarının ərazisini də əhatə
etmişdir (4, s. 11).
Naxçıvan adı ilə tariximizdə şərəfli yer tutan mühüm inzibati ərazi bölgülərindən biri də "Naxçıvan xanlığı"
olmuşdur. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi ilə Kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən tarix
səhnəsinə çıxarılan Naxçıvan xanlığı geniş bir əraziyə malik olmuş və 9428,7 km2 sahəni əhatə etmişdir. Xanlıq
Zəngəzur dağlarından Araz çayınadək geniş bir ərazini tuturdu. Sonralar indiki Ermənistana verilmiş bir sıra
torpaqlar, o cümlədən Qafan, Mehri, Dərələyəz və Əzizbəyov rayonlarının torpaqları da xanlığın idarəsində
olmuşdur. 1930-cu ildə ermənilərə verilən, 8 avqust 1991-ci ildə Ermənistandan əhalisi deportasiya edilən son
azərbaycanlı yaşayış məntəqəsi olan Nüvədi kəndi də həmin vaxtlar xanlığın ərazisinin tərkibində idi (5, s. 30).
Naxçıvan xanlığı süqut etdikdən sonra Rusiya hökuməti xanlığın ərazisini 1828-ci ilin martında yaradılan
qondarma "Erməni vilayəti"nin tərkibinə vermişdi. Çar I Nikolayın 10 aprel 1840-cı ildə imzaladığı qanuna əsasən
"Naxçıvan qəzası" adlı inzibati ərazi bölgüsü yaradılmışdı. Qəza 1849-cu ildə İrəvan quberniyası təşkil olunarkən
onun tərkibinə daxil edildi. Artıq bu zamandan etibarən, yəni işğaldan sonra, Rusiya hakimiyyəti altında olduğu
zamanlarda Naxçıvan adlı inzibati ərazi bölgüsünün sahəsi bir sıra torpaqların digər inzibati ərazilərə verilməsi
hesabına süni surətdə kiçildilir. Belə ki, Naxçıvan qəzasının sahəsi 1917-ci il Qafqaz təqviminin məlumatına görə
3939 kv verst (1 verst = 1,0668 km2), yəni 4202 km2 müəyyənləşdirilmişdi (2, s. 89).
Tarixi Naxçıvan ərazisində yaradılan inzibati ərazi bölgülərindən biri də 1918-ci ilin noyabrında yaradılan və
1919-cu ilin aprelinədək mövcud olan Naxçıvan Araz-Türk Respublikası olmuşdur. Bu respublika şərqdə
Sərdarabad və İqdır,
qərbdə Mehri və
Nüvədi daxil olmaqla, şimalda İstisudan,
cənubda Araz çayınadək
uzanan
böyük bir ərazini əhatə edirdi. Bu əraziyə Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan
qəzasının bir hissəsi Uluxanlı, Qəmərli, Vedibasar, Şərur-Dərələyəz qəzası, Naxçıvan qəzası, Ordubad qəzası,
Mehri bölgəsi daxil idi. Paytaxtı Naxçıvan şəhəri olan bu dövlətin 8696 kv. km-ə çatan ərazisində bir milyon
nəfərdən artıq əhali yaşayırdı. Bölgəni erməni işğalından qorumaq məqsədi ilə yerli əhalinin təşəbbüsü ilə yaradılan
bu respublikanın ərazisinə daxil olan torpaqlara diqqət yetirdikdə aydın olur ki, Naxçıvan Araz-Türk Respublikası
tarixi Naxçıvan torpaqlarının böyük bir hissəsini əhatə etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Naxçıvan əhalisinin tələbinə
uyğun olaraq "Naxçıvan general-qubernatorluğu" yaratmışdı. Qubernatorluğun paytaxtı Naxçıvan şəhəri olmaqla
ərazisi Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar torpaqlarını əhatə edirdi. Buradan görünür ki, az müddət
mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Naxçıvanın tarixi torpaqlarının bir
hissəsini bir general-qubernatorluqda birləşdirmişdi.
29 iyul 1920-ci ildə Naxçıvanda Sovet hakimiyyəti quruldu və Naxçıvan Sovet Sosialist Respublikası elan
olundu. Bölgə 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar
Diyan, 9 fevral 1924-cü ildən 17 noyabr 1990-cı ilədək Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
adlandırılmışdır. 17 fevral 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetin I sessiyasında iclasa sədrlik edən xalqımızın
Ümummilli lideri Heydər Əliyevin təklifi ilə MSSR sözündən "Sovet Sosialist" sözləri çıxarılmış və bölgə
Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Naxçıvan MR-in sahəsi hazırda 5,5 min kv. km-dir. Ancaq
Naxçıvan MR-i yaradılarkən bölgənin ərazisi bundan artıq olmuşdur. 18 fevral 1929-cu ildə Zaqafqaziya MİK-nin
qərarı ilə 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinin şərtləri kobud surətdə pozularaq Naxçıvanın 9
kəndi Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç,
Almalı, İtqıran kəndlərinin, Ordubad qəzasının Qorçevan kəndinin, habelə Kilit kəndi torpaqlarının bir hissəsinin
əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan SSR-ə verilməsi nəticəsində Naxçıvanın MSSR-in ərazisi 657 km2
azaldı (3, s. 11).
Ancaq ermənilərin Azərbaycana, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana ərazi iddiası
davam edirdi. Ermənilər 1969-cu ilin may ayının 7-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində "Ermənistan
SSR ilə sərhədlər barədə" qərar qəbul olunmasına nail oldular. Qərarda Azərbaycanın bir sıra sərhədyanı torpaqları
ilə yanaşı Naxçıvanın da 191.1 hektar əkin sahəsinin Ermənistana verilməsi nəzərdə tutulurdu. Belə bir şəraitdə
xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə keçdi. Bundan sonra qeyd olunan məsələnin
həlli dayandırıldı. Ulu Öndər sonralar xatırlayırdı ki, 1969-cu ilin may ayında Azərbaycanın Ali Soveti belə bir
qərar qəbul etmişdi ki, bir sıra sərhədyanı torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir. Man iyul
ayında Azərbaycana rəhbər seçilən kimi bu məsələni bir ay müddətində təhlil etdim və həmin qərardan imtina
etdim. Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim (1, s. 541).
Həmçinin, Ulu Öndərin Azərbaycanda və SSRİ rəhbərliyində hakimiyyətdə olduğu illərdə (1969-1987-ci
illər) də hiyləgər ermənilər Azərbaycana torpaq iddiaları irəli sürməyə cəsarət etmədilər və Ermənistana bir qarış da
olsun, Azərbaycan torpağı verilmədi. Ancaq çox təəssüflər olsun ki, keçən əsrin 80-ci illərinin sonlarında
Azərbaycana rəhbərlik edənlərin laqeyd münasibətinin nəticəsi olaraq ermənilər 15 yanvar 1990-cı ildə Muxtar
Respublikanın Kərki kəndini, başqa sözlə desək, Naxçıvanın 950 hektar torpağını işğal etdilər.
Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının tərkibində Muxtar dövlət kimi
təsbit olunan Naxçıvan Muxtar Respublikası inzibati cəhətdən 7 rayona (Babək, Ordubad, Culfa, Şərur, Şahbuz,
Sədərək, Kəngərli) bölünmüşdür. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz), 3 şəhərtipli qəsəbəsi
(Heydərabad, Babək, Parağaçay), 200-dən artıq kəndi olan Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir.
Naxçıvan bölgəsinin tarixi coğrafiyasına bu qısa baxışdan da aydın olur ki, Naxçıvan inzibati ərazi bölgüsü
orta əsrlər zamanı Azərbaycanın tərkib hissəsi olmaqla daha geniş torpaqları əhatə etmiş, Rusiyaya birləşdirildikdən
sonra, xüsusilə Sovet hakimiyyəti illərində bölgə torpaqlarının bir hissəsinin ermənilərə hədiyyə edilməsi
səbəbindən azalaraq 5,5 min kvadrat kilometrə enmişdir.
Azərbaycanın tərkib hissəsi və dilbər guşəsi olan Naxçıvan diyarı hazırda intibah dövrünü yaşayır. Muxtar
Respublikada aparılan genişmiqyaslı işlər sırasında müstəqilliyimizin, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün
qarantı olan Azərbaycan ordusunun Naxçıvan bölməsinə diqqət və qayğı ön planda durur. Məhz bu cəhəti yüksək
qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, "son illər ərzində Naxçıvanın
hərbi potensialı böyük dərəcədə möhkəmləndirilmiş, Naxçıvan özünü müdafiə etməyə qadirdir. Gələcəkdə
Naxçıvanın hərbi potensialının inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Bu isə əlbəttə ki, müdafiə potensialını
daha da böyük dərəcədə təmin edəcəkdir". Ordumuzun bugünkü yüksək inkişaf səviyyəsi imkan verir deyək ki,
bundan sonra Azərbaycan, о cümlədən Naxçıvan torpaqlarının zərrə qədər də itirilməsi təhlükəsi yoxdur. Çünki
Naxçıvan Muxtar Respublikası АН Мədisinin Sədri Vasif Talıbovun vurğuladığı kimi, "Azərbaycan əsgəri Ali Baş
Komandanın istənilən tapşırığını yerinə yetirməyə hazırdır". Ordumuzun qüdrətinə arxalanan xalqımız, о cümlədən
blokada şəraitində yaşayan Naxçıvan əhalisi rahat yaşayır və gələcəyə inamla baxır.
ƏDƏBİYYAT
1. Axundova E. Heydər Əliyev. Şəxsiyyət və zaman. II hissə. Bakı: Ozan, 2007,784 s.
2. Naxçıvan ensiklopediyası: 2 cilddə. C. II, Naxçıvan, 2005, 376 s.
3. Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 223 s.
4.
Naxçıvan sancağının müfəssəl dəftəri / Araşdırma, qeyd və şərhlərin müəllifi H.Məmmədov (Qaramanlı).
Bakı: Elm, 2001, 376 s.
5. Naxçıvan tarixi atlası. Bakı: Bakı Kartoqrafiya Fabriki, 2010, 56 s.
6. Piriyev V. Naxçıvan tarixindən səhifələr. Bakı: Müəllim, 2004, 126 s.
7. Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı: Araz, 2002, 152 s.
8. Şərifli M. Naxçıvanşahlıq // Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə, Hüquq seriyası, 1966, №4, s.
27-33.
9.
Vəlixanlı N. X əsrin ikinci yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir
daha "Naxçıvanşahlıq" haqqında // Azərbaycan MEA Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, №3, s.
120-129.
10. Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: Elm, 2005, 152 s.
11. Казвини X. Нузхат ал-кулуб / Пер. с английского З.М. Буниятова, пер. с персидского
И.П. Петрушевского. Баку: Элм, 1983, с. 37-65.
Хаджифахреддин Сафарли
ЗАМЕТКИ ОБ ИСТОРИЧЕСКОЙ ГЕОГРАФИИ
НАХЧЫВАНСКОГО РЕГИОНА
В статье рассказывается об исторической географии Нахчыванского региона. Отмечается, что во
время средневековья территория Нахчыванского региона была значительно больше и охватывала
территории Даралаяз, Кафан, Мегри, Сисиан и т. д. Так как впоследствии эти земли были переданы
Армении, территория Нахчыванской Автономной Респуб лики в настоящее время составляет 5,5 тыс. кв.
километров.
Ключевые слова: Нахчыван, историческая география, Нахчыванский санджак, Нахчыванская
Автономная Республика.
Hajifakhraddin Safarli
NOTES ABOUT HISTORICAL GEOGRAPHY
OF NAKHCHIVAN REGION
It is told about historical geography of Nakhchivan region in the paper. It is noticed that during the Middle
Ages the territory of Nakhchivan region was much more and covered territories of Daralajaz, Kafan, Megri, Sisian
and etc. As subsequently these lands have been transferred to Armenia, the territory of Nakhchivan Autonomous
republic is now 5,5 thousand sq. kilometres.
Key words: Nakhchivan, historical geography, Nakhchivan sanjak, Nakhchivan Autono mous Republic.
(Akademik İ.M. Hacıyev tərəfindən təqdim edilmişdir)
Dostları ilə paylaş: |