Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.

səhifə1/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   63



NAXÇIVAN DİALEKT VƏ 
ŞİVƏLƏRİNİN  
LÜĞƏTİ 
     
AMEA  Naxçıvan  Bölməsi Rəyasət 
Hey
ətinin  21 aprel 2017-ci il tarixli 
05/15  nömr
əli  (pr.№5)  qərarı  ilə  çapa 
m
əsləhət görülmüşdür. 
Əbülfəz Quliyev 
Nuray Əliyeva 
Naxçıvan-2017 


Az
ərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu 
 
 
Elmi redaktor:  
İbrahim BAYRAMOV 
filologiya üzr
ə elmlər doktoru, 
professor 
 
 
R
əyçi:                   
R
əşad ZÜLFÜQAROV 
 
    
     
filologiya üzr
ə fəlsəfə doktoru 
 
 
Əbülfəz Aman oğlu  Quliyev,  Nuray  Yadigar  qızı  Əliyeva. 
Naxçıvan  dialekt  və  şivələrinin  lüğəti.  Naxçıvan,  “Əcəmi” 
n
əşriyyatı, 2017, 296 səh. 
 
Kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən 
dialekt  sözlər  toplanmış,  onların  mənası  dəqiqləşdirilmiş, 
işlənmə  məqamları  aydınlaşdırılımışdır.  Toplanan  bu  sözlər 
dilimizin  tarixini,  xalqımızın  çox-çox  qədimlərə  gedib  çıxan 
keçmişini,  həyatını,  məişətini  özündə  əks  etdirir.  Belə  sözləri 
dialekt  və  şivələrdən  seçmək,  onların  semantikasını 
müəyyənləşdirmək  dilimizin  keçmişinə  də  işıq  tutur,  dil 
tariximizi  öyrənmək  üçün  mühüm  faktlar  verir.  Kitab 
mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur. 
 
Bu iş Azərbaycan Respublikasının  
Prezidenti yanında Elmin İnkişafı Fondunun  
maliyy
ə yardımı ilə yerinə yetirilmişdir.  
Qrant № EİF-KETPL-2-2015-1(25)-56/55/5 
 
 
4700000000 
  053-2017 
 “Əcəmi” 2017 

 


ÖN SÖZ 
Naxçıvan  Muxtar  Respublikası  Azərbaycanın  ən qədim 
bölg
ələrindən biridir. O, Araz çayının sol qolu olan Naxçıvan 
çayının  sahilində  yerləşir.  Ərazisinin  təxminən 70 %-i dəniz 
s
əviyyəsindən 1000 m yüksəklikdədir. Regionun zəngin təbiəti 
v
ə  əlverişli  coğrafi  mövqeyi qədim  zamanlardan  insanların 
burada m
əskən  salmaları  üçün  şərait  yaratmışdır.  Ərazidən 
tapılan maddi-mədəniyyət nümunələri və arxeoloji abidələr bu 
yaşayış məskəninin 500-300 min illik bir tarixə malik olduğunu 
göst
ərməkdədir. 
Az
ərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan 
Muxtar Respublikası Cənubi Qafqazın ən cənub rayonlarından 
olub,  Kiçik  Qafqazın  cənub-qərb hissəsində  yerləşir.  Ərazisi 
simal v
ə  şimal-şərqdən Ermənistan, cənub və  cənub-qərbdən 
İran  İslam Respublikası  və Türkiyə ilə həmsərhəddir. Ümumi 
sah
əsi 5,5 min km
2

əhalisi 435 min nəfərdir. 
Naxçıvan dialekt və şivələri Azərbaycan Respublikasının 
Naxçıvan  Muxtar  Respublikasının  ərazisini  əhatə  etməklə 
Az
ərbaycan dili dialekt və  şivələrinin cənub qrupunu özündə 
birl
əşdirir.  Leksikonu  olduqca zəngin olan bu qrupda ədəbi 
dild
ə  işlənməyən bir çox söz və  ifadələrlə  rastlaşırıq.  Gös-
t
ərilən  ayrı-ayrı  şivələrdə  bu ifadələr elə  fonetik  variantda  iş-
l
ədilir ki, eyni bir əşya,  yaxud  məfhum  başqa-başqa  sözlərlə 
ifad
ə olunur. Bu zəngin dialekt leksikası birdən-birə yaranma-
mış,  Azərbaycan dilinin uzun sürən  tarixi  inkişafı  nəticəsində 
meydana g
əlmişdir. Azərbaycan dilinin, o cümlədən dialekt və 
şivələrimizin  lüğət tərkibinin  əsası  türk  mənşəli sözlərdən 
ibar
ətdir.  
Dilin lüğət tərkibinin zənginləşməsində dialekt leksikasının 
da  böyük  rolu  vardır.  Dilin  tarixi  inkişafı  nəticəsində  dia-

 


lektizml
ərin bir qismi özünün məhəlli xüsusiyyətlərini itirərək 
ədəbi dilin leksikasına daxil olur.  Bu  baxımdan  dialekt və şivə-
l
ərin  leksikasının  öyrənilməsinin çox böyük əhəmiyyəti var. 
Elmin, texnikanın inkişafı və bu inkişaf prosesində yaranan çox-
saylı  terminlər dildə  qarşılığı  olmadığı  üçün  məcburən  başqa 
dill
ərə müraciət edilir. Lakin dialekt və şivələrin müxtəlif sahələrə 
aid z
əngin  lüğət  materialı  dilimizə  gələn yeni məfhumların 
adlarının xalq dili əsasında yaradılmasına imkan verir.  
Ümumiyy
ətlə, qədim sözlər və  sözlərin qədim mənaları 
ədəbi dilə  nisbətən  xalqın  məişəti ilə  əlaqədar leksikada, 
dialekt v
ə  şivələrimizdə, folklor nümunələrinin dilində  daha 
çox mühafiz
ə olunur. Bu nümunələr xalqın həyatında baş verən 
d
əyişiklikləri özündə  tamamilə  əks  etdirir.  Naxçıvan  dialekti-
nin  lüğət tərkibində  elə  sözlərə  rast gəlirik ki, onlar vaxtilə 
Az
ərbaycanın  qədim  yazılı  abidələrində  işlənmiş,  daha  sonra 
ədəbi dilimiz üçün arxaikləşmiş,  lakin  dialektin  leksikasında 
mühafiz
ə  olunmuşdur.  Bu  isə  həmin leksik vahidin həm qə-
dimliyini, h
əm də tarixən Azərbaycan dilinə mənsub olduğunu 
göst
ərir. Bu gün dialekt və  şivələrdə  işlənən hər  hansı  sözün 
q
ədim  yazılı  abidələrimizdə  işlənməsi onu göstərir ki, həmin 
leksik vahid abid
ənin yarandığı dövrün dialekt və şivələri üçün 
d
ə işlək olmuşdur. 
M
əlumdur ki, dialekt faktları dilin tarixinin canlı nümu-
n
ələridir. Eyni zamanda milli ədəbi dilimizin formalaşmasında 
yerli dialekt  v
ə  şivələrin  öz  rolu  vardır.  Ona  görə  də  Azər-
baycan dilinin dialekt v
ə  şivələri hələ  XIX  əsrdə  elm adam-
larının diqqətini cəlb etmiş, görkəmli Azərbaycan alimi Mirzə 
Kazımbəy ilk dəfə 1839-cu ildə Kazan şəhərində nəşr olunmuş 
“Türk-tatar dill
ərinin ümumi qrammatikası” əsərində Azərbay-
can dilinin dialekt v
ə şivələrindən də bəhs etmiş, burada Quba 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə