Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40114
  1   2   3   4   5   6   7   8   9   ...   47


- 1 -
 
 
 
 
26-27 may 2017 


- 2 -
 
 
Naxçıvan  Dövlət  Universiteti.  III  Naxçıvan  Beynəlxalq  arıçılıq  konfransı.  “Qeyrət” 
nəşriyyatı, 2017, 106 səh. 
 
BURAXILIŞA MƏSUL: 
 Mübariz NURİYEV 
Elmi işlər üzrə  prorektor,  
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent 
 
MÜAVİN:   
 
 
Əli TAHİROV 
     Biologiya üzrə fəlsəfə doktoru, dosent 
 
REDAKTOR:                       Samir TARVERDİYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
© NDU, “Qeyrət” nəşriyyatı, 2017 
 
 


- 3 -
 
 
I BÖLMƏ. BAŞLICA ARI XƏSTƏLİKLƏRİ VƏ ONLARA QARŞI  MÜBARİZƏ 
TƏDBİRLƏRİ 
SALEH MƏHƏRRƏMOV 
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
 
ARI XƏSTƏLİKLƏRİ VƏ PARAZİTLƏRİ, ONLARLA MÜBARİZƏ FORMALARI 
 
Kənd  təsərrüfatı  heyvanlarının  helmintozlarında  epizootologiyanı  və  epizootik  proseslərin 
inkişaf  xüsusiyyətlərini  öyrəndikdə  aşağıdakı  məlumatlara  baxmaq  lazımdır.  Helmintozlarda 
epizootik  vəziyyətin  aydınlaşdırılması,  onun  dəyişilməsinə  sistematik  müşahidə  edilməsi 
helmintlərin  növünün  təyin  edilməsindən  başlayır.  Təsərrüfat  şəraitində  heyvanların  daha  çox  bir 
neçə növ helmintlə yoluxmasına təsadüf edilir. Xəstələnmənin səbəbi definitiv sahib orqanizmində 
bunlardan  hansısa  bir  növünün  inkişafı  üçün  daha  çox  əlverişli  şəraitin  olmasıdır.  Buna  görə  də 
müxtəlif  təsərrüfat,  sosial  şərait    və  heyvandarlığa  tətbiq  edilən  texnologiya  hesabı  ilə  müəyyən 
iqlim  geoqrafik  zonada  yerləşən  heyvanların  helmintofaunasının  aydınlaşdırılması  epizootik 
müayinənin aparılmasnda vacib göstəricilərdəndir.  
Helmintlərin  yayılması  sahibin  yaşından,  qidalanmasından,  həyat  tərzindən,  onun 
miqrasiyasından  və  onların  bir-biriləri  ilə  əlaqəsindən,  görüşmə  tərzindən,  geoqrafik  amillərdən 
asılıdır.  Bütün  bu  amillərə  görə  zonalar  arasında  helmintofauna  mübadiləsi  mümkündür.  Bu  isə 
sahib  orqanizmlərin  yaşayış  yerlərini  dəyişməsi  -  miqrasiya  ilə  əlaqədardır.  Sahibin  uzaq  
miqrasiyası  onun  orqanizmində  lokalizasiya  edən  helmintin  ətraf  mühit  şəraitinə    uyğunlaşma 
bilməməsi ilə nəticələnə  bilir. Eyni zamanda miqrasiya sahibin fiziologiyasınа təsir edir ки, bu da 
daxili mühitin helmintə təsir edə biləcək həddə dəyişilməsinə səbəb olur [2].  
Müəyyən  zonada  və  ərazilərdə  heyvanların  helmintofaunası  haqda  bilik  olmadan  epizootik 
prosesin  baş  vermə  proqnoz  və  inkişafını  bilmək  mümkün  deyil.  Buna  görə  də  bu  və  ya  digər 
sahibdə  hansı  helmintlərin  parazitlik  etməsi  və  heyvanların  hansı  dərəcədə  yoluxmasının  hesaba 
alınması  zəruridir,  eyni  zamanda  kəsilmiş,  yaxud  ölmüş  heyvanların  orqan  və  toxumalarından 
götürülən helmintlərin laboratoriyada növ hesabı aparılmalıdır [4].  
Heyvanlarının  helmintofaunası  antropogen  amillərin  təsirindən  də  nəzərə  çarpacaq  dərəcədə 
dəyişilir. Arılarda girdə qurdlar sinfinə aid helmintlər – nematodlar parazitlik edir. Onların sürfələri 
arıların  bağırsaqlarının  divarından  keçir  və  qarın  boşluqları  arası  toxumalarda  inkişaf  edir.  Bəzən 
ana  arıda  yumurtalıqların  degenerasiyaya  uğraması  hesabına  yumurta  istehsalı  kəsilir.  Onları 
yardıqda nematodları arxa bağırsaqla vagina arasında tapmaq olur. 
Parazitlər arıların yem bazasını pozur, balın, vərəmumun, tozcuğun  keyfiyyətini və istehsalını 
azaldır,  yeşiklərin  ağac  hissəsini  zədələyir.  Parazitlər  müvəqqəti  və  daimi  olurlar.  Onlar,  öz 
növbəsində arı orqanizminə təsadüf düşüb, ondan kənarda  yaşaya bilənlərə və arı orqanizminə və 
arı  ailəsinə  uyğunlaşıb  artıq  onlarsız  yaşaya  bilməyənlərə  bölünürlər.  Orqanizmin  hansı  hissəsini 
zədələməsindən  asılı  olaraq    onları  daxili  və xarici  parazitlərə  bölürlər.  Buna  görə  də  parazitlərin 
harda  yaşamasından  asılı  olaraq  –  orqanizmdə,  yaxud  arı  pətəklərində  onları  arı  və  arı  ailəsi 
parazitlərinə ayırırlar.  
Gənələr  yaşlı  arıların  parazitləridir,  təhlükəli  akarapidoz    xəstəliyini  törədir,  adi  gözlə 
görünməyən arxalı gənələri arılar üçün daha çox təhlükəlidir.  
Arıların  həşərat  –  parazitləri  ikiqanadlıların  (milçəklər),  sərtqanadlılar,  pulcuqqanadlılar  və 
zarqanadlılar  nümayəndələridir.  Bu  həşəratlar    arıların  çoxlu  xəstəliklərinin  keçiriciləridir. 
Həşəratlar (milçəklər) arılarda və vəhşi həşəratlarda sürfə mərhələsində parazitlik edirlər və miaza 
xəstəliyini törədirlər. Arılarda hətta inkişafları arı ailəsində keçən milçəklər də parazitlik edir. Yaşlı 
milçəklər işçi, yaxud ana arılarda, sürfələr isə şanlarda inkişaf edirlər.    
Sərtqanadlılardan  may  böcəklərinin  sürfələri  arılarda  parazitlik  edir.  Pulcuqqanadlılardan  –  mum 
kəpənəkləri  mumla  qidalanaraq,  yeşiklərdə  mumu  dağıdır.  Bəzi  növ  gənələr  ehtiyat    tozcuğu 
dağıdır,  çox  tez  çoxalırlar  və  heç  bir  zərər  vurmadan  arının  bədənində  yerləşə  bilirlər.  Arı 


- 4 -
 
 
yeşiklərində  yaşayan  qarınlı,  arxalı  gənələr  insanlara  hücum  edib  qaşınma,  istilik  və  qovuqvari 
törəmə ilə əhatə olunan kiçik qırmızımtıl düyünlə xarakterizə olunan xəstəlik əmələ gətirirlər [5]. 
Nematodların  yumurta  və  sürfələri  bal  verən  bitkilərdə  də  ola  bilir.  Bal  arıları  helmintin 
yumurta  və  sürfələrini  su  ilə  udmaqla  da  yoluxurlar.  Arıların  yoluxmasının  qarşısını  almaq  üçün 
həmişə pətəkdə suyu dəyişmək, yeşikdə təmizliyi saxlamaq lazımdır [3].       
Arıçı  hər bir ailənin  zəifləmə, inkişafdan qalma, dölün,  ananın, işçi arıların,  yaxud bütün  ailənin 
ölmə  səbəbini  araşdırmalıdır.  Xəstəliyin  diaqnozunu  təyin  etdikdə  o  yaxınlıqdakı  laboratoriyaya 
material göndərməli, qeyri-sağlam pətəkləri müəyyənləşdirməli və xəstəliyi aradan qaldırmaq üçün 
tədbirlər  görməlidir.    Arı  xəstəliklərinə  qarşı  profilaktik  tədbirlər  pətəkdə  sistematik  və  planlı 
aparılmalıdır.  Ilkin  yaz  uçuşunda  arıçı  arıların  davranışına  diqqətlə  nəzarət  etməlidir.  Bu  zaman 
ocaq xarakterdə olan nəzarətdəki təhlükəli xəstəliklərdən biri – akarapidoz müəyyən edilir. Arıçı 2-
3, daha çox zərər çəkmiş ailədən 50 diri və ölü arı götürüb onları ayrılıqda paketləməli və yaxındakı 
laboratoriyaya göndərməlidir. Əgər hər bir arıçı belə qaydaya əməl etsə, yalnız akarapidozun yox, 
təhlükəli xəstəliklərdən paratifin, nozematozun, septisemiyanın və b. təxmini ocaqlarını təyin etmək 
olar.  İyunda  pətəklərin  ikinci  müayinəsi  aparılır.  Bu  yoxlama  amerika  və  avropa  çürümələrini, 
mikozları  təyin  etməyə  imkan  verir.  Arı  parazitləri  və  zərərvericiləri  ilə  mübarizəyə  yeşiklərin, 
pətək ləvazimatlarının, invertarların onlarla qəbul edilən formada profilaktik dezinfeksiyası da daxil 
edilir [1, s. 9-19].  
ƏDƏBİYYAT 
 
1.  Məhərrəmov  S.H.,  Əsədov  E.S.,  Hüseynov  H.T.,  Tahirov  Ə.S.,  Rüstəmli  Y.M.  Bal  arısının 
xəstəlikləri və zərərvericiləri. Naxçıvan, “Əcəmi”, 2014, 240 s. 
2.  Məhərrəmov  S.H.  Helmintofaunanın  sahib  orqanizmin  miqrasiyasından  asılılığı//  Regionda 
arıçılığın inkişaf perspektivləri. Beyn. elmi-prakt. Konfr. Mater. Naxçıvan, Qeyrət, 2014, s. 4-8 
3.Гельминты–Медовый  Все  о  меде  и  пчеловодстве  pda.medoviy.ru/?razdel=glav&type=slo-
var&idn=1049 
4.  Зооинженерный  факультете  МСХА  Источник:http://www.activestudy.info/  gelmintofauna-
zhivotnyx/@ 
5. Паразиты пчел. na-uroke.in.ua/567-3.html
 
 
РЕЗЮМЕ 
Салех Магеррамов 
 
БОЛЕЗНИ И ПАРАЗИТЫ ПЧЕЛ, ФОРМЫ БОРЬБЫ С НИМИ 
 
 
Статья актуальна с точки зрения изучения особенностей  развития эпизоотологии и 
эпизоотических  процессов в  гельминтозах   сельскохозяйственных  животных.  Выяснение 
эпизоотического  состояния  в  гельминтозах,  систематическое  наблюдение  его  изменений 
начинается  с  определения  видов  гельминтов.  В  хозяйственных  условиях  в  большинстве 
случаях встречается  заражение  животных  несколькими  видами  гельминта.  Причиной 
заболевания  является  наличие  в  организме  дефинитивного  хозяева  более  благополучного 
условия  для  развития  одного  из  какого-либо  вида.  Поэтому  выяснение  гельминтофауны 
животных, находящихся в определенной географической зоне, за счет применения в разных 
хозяйствах, социальных условиях и животноводстве, является одним из важных показателей 
в проведении эпизоотического обследования. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə