Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının



Yüklə 55,3 Kb.

tarix19.07.2018
ölçüsü55,3 Kb.


 

 

 



Naxçıvan Muxtar Respublikası  

Mərkəzi Seçki Komissiyasının  

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 07 noyabr 2010-cu 

il tarixdə keçirilmiş seçkilərin yekunlarının rəsmi dərc 

edilməsi haqqında

  

Q Ə R A R I 

 

04  sentyabr  2010-cu  il  tarixdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi 

Sədrinin  Fərmanı  ilə  IV  Çağırış  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə 

seçkilər  təyin  edildikdən  sonra    Naxçıvan  Muxtar  Respublikası  Mərkəzi  Seçki 

Komissiyası  tərəfindən  “Dördüncü  çağırış  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim 

Planı”  hazırlanıb  təsdiq  olunmuşdur.  Seçki  komissiyalarının  bütün  fəaliyyəti 

“Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə  seçkilər  haqqında”  Naxçıvan 

Muxtar  Respublikasının  Qanununa  və  təsdiq  olunmuş  təqvim  planına  uyğun 

təşkil olunmuşdur.  

 “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan 

Muxtar  Respublikasının  Qanununun  27.1-ci  maddəsinə  uyğun  olaraq  muxtar 

respublikanın  ərazisində  seçicilərin  orta  təmsilçilik  norması  nəzərə  alınmaqla  45 

seçki  dairəsi  təşkil  edilmiş  və  Qanuna  müvafiq  olaraq  seçki  gününə  55  gün 

qalanadək  dairə  seçki  komissiyalarının  tərkibi  müxtəlif  siyasi  partiyaların  və 

ictimai  təşkilatların  irəli  sürdükləri  bitərəf  namizədlər  sırasından  püşkatma  yolu 

ilə  müəyyən  edilmişdir.  Dairə  seçki  komissiyaları  fəaliyyətə  başladıqdan  sonra 

Qanunun  32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların 

rahat  səsvermələrinin  təmin  olunmasını  nəzərə  alaraq  seçki  gününə  35  gün 

qalanadək 292 seçki məntəqəsini, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət 

olmaqla  müxtəlif  siyasi  partiyaların  və  ictimai  birliklərin  yerli  təşkilatlarının, 

həmçinin  seçicilərin  yaşayış  yeri  üzrə  təşəbbüs  qruplarının  təqdim  etdikləri 

bitərəf  nümayəndələri  təmsil  etməklə  məntəqə  seçki  komissiyalarının 

tərkiblərinin formalaşdırılmasını başa çatdırmışlar.  




Seçki komissiyaları otaqlar, rabitə vasitələri, texniki avadanlıqlar, və lazımi 

inventarlarla  təmin  olunaraq  onlara  tələb  olunan  bütün  sənədlər,  dəftərxana 

ləvazimatları,  əşyalar,  təlimat,  izah,  qaydalar,  əsasnamələr,  və  digər  metodiki 

vasitələr verilmişdir. 

Mərkəzi Seçki Komissiyası tərəfindən  dairə və məntəqə seçki komissiyaları 

üzvlərinin  maarifləndirilməsi  məqsədilə  seminar-müşavirələr  keçirilmiş,  hüquqi, 

metodiki, texniki-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri 

və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılmışdır. 

Ali  Məclisə  seçkilər  üzrə  deputatlığa  namizədliklərin  irəli  sürülməsi 

kampaniyası  da  uğurla  həyata  keçirilmiş,  onlar  üçün  heç  bir  süni  əngəllər 

yaradılmamışdır.  Bu  seçki  hərəkətləri  nöqsansız  yerinə  yetirilmiş  Mərkəzi  Seçki 

Komissiyasına  heç  bir  şikayət  daxil  olmamışdır.  Naxçıvan  Muxtar  Respublikası 

Ali  Məclisinə  seçkilər  üzrə  namizədliyini  irəli  sürmək  istəyən  141  nəfər  müvafiq 

seçki  komissiyalarına  tələb  olunan  sənədləri  təqdim  edərək  imza  vərəqələri 

götürmüş,  onlardan  140  nəfəri  Qanunla  müəyyən  olunmuş  müddətdə  imza 

vərəqələrini  və  onlara  əlavə  olunan  digər  sənədləri  dairə  seçki  komissiyalarına 

təqdim edərək namizədlikləri qeydə alınmışdır. Onlardan partiya mənsubiyyətinə 

görə 78 nəfəri – YAP-nı, 42 nəfəri - bitərəf,  7 nəfəri – BQP,  8 nəfəri – BAXCP,  2 

nəfəri - Ümid Partiyasını, 3 nəfəri isə AXCP-ni təmsil edirdilər. 

Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin 

olunmuş, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə 

seçkiləri  müşahidə  edən  şəxslər  nə  də  seçicilər  tərəfindən  Mərkəzi  Seçki 

Komissiyasına heç bir şikayət daxil olmamışdır.  

ATƏT-in  İnsan  Hüquqları  və  Demokratik  Təsisatlar  bürosunun  üzun 

müddətli 

müşahidəçiləri 

seçkilərə 

start 


veriləndən 

Naxçıvan 

Muxtar 

Respublikasına  gəlmiş  olduqları  iki  ay  müddətində  muxtar  respublikanın  bütün 



seçki  ərazilərində  qapalı  məntəqələrdən  tutmuş  ən  ucqar  bölgədə  yerləşən  seçki 

məntəqəsində  müşahidə  aparmış,  seçki  başa  çatdıqdan  sonra  əlavə  olaraq  1 

həftədə  Naxçıvanda  qalaraq,  əhalinin  yeni  seçilmiş  namizədə  olan  münasibətini 

öyrənmişlər.  

Seçkilərə  üç  gün  qalmış  isə  ATƏT-in  18  nəfərdən  ibarət  qısa  müddətli 

müşahidəçiləri,  MDB  Parlament  Assambleyasının  6  nəfərdən  ibarət  qrupu 

Azərbaycanda  fəaliyyət  göstərən  Böyük  Britaniya  səfirliyinin  7  nəfərdən  ibarət 

nümayəndələri  və  eyni  zamanda  müxtəlif  müxalifət  partiyalarının  Azərbaycan 

Respublikası  Mərkəzi  Seçki  Komissiyasında  qeydiyyata  alınaraq  Naxçıvan 

Muxtar  Respublikasının  bütün  seçki  ərazisində  müşahidə  aparmaq  statusu  olan 

32  nəfərlik  müşahidəçiləri  demək  olar  ki,  muxtar  respublikanın  bütün  seçki 



ərazisində  səsvermə  prosesini  izləmişlər.  Qazaxıstan  dövlətinin  Mərkəzi  Seçki 

Komissiyasının sədri isə 4-9 noyabr tarixlərində Naxçıvanda olmuş dairə və seçki 

məntəqələrində  müşahidə  apararaq,  seçkilərə  hazırlıq,  səsvermə  prosesi  və 

seçkidən sonrakı vəziyyətlə maraqlanmışdır. 

Qeyd  olunan  şəxslər  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin 

gedişini müşahidə etsələr də, həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə 

səsvermə eyni yerdə olduğu üçün onlar Ali Məclisə seçkiləri də müşahidə etmiş, 

və  heç  bir  nöqsan  və  ya  seçki  pozuntusu  qeydə  almamışlar.  Seçkilər  başa 

çatdıqdan  sonra  Qanuna  uyğun  olaraq,  səsvermənin  bitməsi  elan  olunmuş  və 

məntəqə seçki komissiyalarında maraqlı olan Seçki Qanununa əsasən, səlahiyyətli 

şəxslərin  iştirakı  ilə  şəffaf  seçki  qutuları  açılaraq  bülletenlər  hesablanmışdır.  Bu 

proses  başa  çatdıqdan  sonra  səsvermənin  nəticələri  barədə  məntəqə  seçki 

komissiyalarının  protokolları  tərtib  edilmiş  və  təxirə  salınmadan  müvafiq  dairə 

seçki komissiyalarına təqdim olunmuşdur. Dairə seçki komissiyalarında məntəqə 

seçki 

komissiyaları 



tərəfindən 

təqdim 


olunmuş 

protokol 

göstəriciləri 

ümumiləşdirilməklə Dairə Seçki  Komissiyalarının protokolları tərtib olunmuş və 

ona  əlavə  olunan  digər  sənədlərlə  birlikdə  Mərkəzi  Seçki  Komissiyasına  təqdim 

olunmuşdur.  Mərkəzi  Seçki  Komissiyasında  dairə  seçki  komissiyaları  tərəfindən 

təqdim  olunan  protokolların  və  digər  seçki  sənədlərinin  qəbul  olunması  Seçki 

Qanununa  uyğun  olaraq  fasiləsiz  həyata  keçirilmişdir.  Naxçıvan  Muxtar 

Respublikası  Mərkəzi  Seçki  Komissiyası  45  seçki  dairəsinin  dairə  seçki 

komissiyaları və onların tərkibində təşkil edilmiş 316 seçki məntəqəsinin məntəqə 

seçki  komissiyaları  tərəfindən  "Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə 

seçkilər  haqqında"  Naxçıvan  Muxtar  Respublikasının  Qanununun  89-cu  və  90-cı 

maddələrinə  uyğun  olaraq  tərtib  edilmiş  səsvermənin  nəticələrinin  müəyyən 

edilməsi  haqqında  protokolları  yoxlamışdır.  Tərtib  olunmuş  protokollar  seçki 

komissiyaları  üzvlərinin  hamısı  tərəfindən  imzalanaraq  heç  bir  xüsusi  rəyi  qeyd 

olmamışdır. Protokolların tam Seçki Qanununa uyğun tərtib olunması qənaətinə 

gəlinmişdir. 

Naxçıvan  Muxtar  Respublikasının  seçki  ərazisində  fəaliyyət  göstərən  316 

seçki  məntəqələrindən  səsvermənin  nəticələri  etibarsız  hesab  edilmiş  və  ya 

səsvermənin baş tutmadığı seçki məntəqələri olmamışdır. 

 

Dairə  və  məntəqə  seçki  komissiyalarından  Mərkəzi  Seçki  Komissiyasına 



daxil  olmuş  protokollara  əsasən,  seçici  siyahılarında  qeydə  alınmış  256317

 

seçicidən  174780  nəfəri,  yəni  68.2  faizi  seçkilərdə  iştirak  etmiş,  seçki  qutularında 



olan  seçki  bülletenlərinin  171633  ədədi,  yəni  98.2  faizi  etibarlı  sayılmış,  3147 

bülleten,  yəni  1.8  faizi  etibarsız  sayılmış,  məntəqə  seçki  komissiyalarına  verilmiş 




256304 bülletendən 21-i seçicilər tərəfindən  korlanmış, 81503 bülleten isə istifadə 

edilmədiyi üçün ləğv edilmişdir.   

Mərkəzi  Seçki  Komissiyası  Muxtar  Respublikada  Ali  Məclisə  seçkilər  üzrə 

yaradılmış 45 seçki dairəsi üzrə 07 noyabr 2010-cu il tarixdə keçirilmiş seçkilərin 

nəticələrinə  dair  həmin  dairə  seçki  komissiyalarından  daxil  olmuş  protokolları, 

onlara  əlavə  edilmiş  sənədlərlə  birlikdə  yoxlayıb  Naxçıvan  Muxtar  Respublikası 

Konstitusiyasının  16-cı  və  "Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə  seçkilər 

haqqında"  Naxçıvan  Muxtar  Respublikasının  Qanununun  93.2-ci  maddələrinə  

uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar 

Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  protokolunu  və  müvafiq  Qərarını 

tərtib  edərək  15  noyabr  tarixdə,  dairə  və  məntəqə  seçki  komissiyalarının 

protokolları  ilə  birlikdə  seçkilərin  yekunlarının  yoxlanılıb  təsdiq  edilməsi  üçün 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir. 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  Rəyasət  Heyətinin  19 

noyabr  2010-cu  il  tarixli  Qərarına  əsasən,  seçkilərin  yekunları  bütövlükdə  təsdiq 

edildiyindən  adları  aşağıda  qeyd  olunan  deputatlığa  namizədlər  IV  Çağırış 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşlar: 

 

1 saylı Sədərək Seçki Dairəsi üzrə 



- Qasımov Arif Mikayıl oğlu 

2 saylı Heydərabad Seçki Dairəsi üzrə 



- Səfərov Anar Həsən oğlu 

3 saylı Maxta Seçki Dairəsi üzrə 



- Həsənov Nüsrət Firudin oğlu 

4 saylı Yengicə Seçki Dairəsi üzrə 



- Babayev Əmir Baxşəli oğlu 

5 saylı Alışar Seçki Dairəsi üzrə 



- Tağıyev Asəf Tağı oğlu 

6 saylı Çərçiboğan Seçki Dairəsi üzrə 



- Məmmədov Məmməd Yarəli oğlu 

7 saylı Aralıq Seçki Dairəsi üzrə 



 - Talıbov Vasif Yusif oğlu 

8 saylı Düdəngə Seçki Dairəsi üzrə 



 - Vəliyev Musa Məmməd oğlu 

9 saylı Mahmudkənd Seçki Dairəsi üzrə 



 - Möhbəliyev Telman Əli oğlu 

10 saylı Şərur Seçki Dairəsi üzrə 



 - Zeynalov Azər Yadulla oğlu 

11 saylı Həmzəli Seçki Dairəsi üzrə 



 - Məmmədova Yeganə Qurban qızı 

12 saylı Yuxarı Daşarx Seçki Dairəsi üzrə 



 - Talıbov Tariyel Hüseynəli oğlu 

13 saylı İbadulla Seçki Dairəsi üzrə 



 - Həsənli Oruc Qafar oğlu 


14 saylı Danyeri Seçki Dairəsi üzrə 

 - Əliyev Alı Səfər oğlu 

15 saylı Qarabağlar Seçki Dairəsi üzrə 



 - Quliyeva Sevda Rüstəm qızı 

16 saylı Qıvraq Seçki Dairəsi üzrə 



 - Abbasov Fazil Süleyman oğlu 

17 saylı Çalxanqala Seçki Dairəsi üzrə 



 - Rüstəmov Zal Abbas oğlu 

18 saylı Nehrəm Seçki Dairəsi üzrə 



 - Niftəliyev Hüseyn Əsrafil oğlu 

19 saylı Babək qəsəbə Seçki Dairəsi üzrə 



 - Məmmədov İsa Mustafa oğlu 

20 saylı Yarımca Seçki Dairəsi üzrə 



 - Mirzəliyev Allahverdi Baba oğlu 

21 saylı Məzrə Seçki Dairəsi üzrə 



 - Seyidov Mirhəşim Əhməd oğlu 

22 saylı Şıxmahmud Seçki Dairəsi üzrə 



 - İsmayılov Səlim Teymur oğlu 

23 saylı Cəhri Seçki Dairəsi üzrə 



 - Səfərli Hacıfəxrəddin Yəhya oğlu 

24 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - İbrahimov Anar Adil oğlu 

25 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Həmzəyeva Ülviyyə Tapdıq qızı 

26 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Cəfərli Elman Yusif oğlu 

27 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Rzayeva Yazgül Həsənəli qızı 

28 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Əliyev İsmayıl İsrafil oğlu 

29 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Allahverdiyeva Aidə Məhərrəm qızı 

30 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Rzayev Məmməd Hüseyn oğlu 

31 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Məmmədov Nazim Məmməd oğlu 

32 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Bababəyli Nazim Səfərəli oğlu 

33 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə 



 - Bayramov Nazim Yusif oğlu 

34 saylı Şahbuz şəhər Seçki Dairəsi üzrə 



 - Məmmədov Rizvan Təmo oğlu 

35 saylı Kolanı Seçki Dairəsi üzrə 



 - İsmayılov Cəbi Əziz oğlu 

36 saylı Şahbuzkənd Seçki Dairəsi üzrə 



 - Dünyamalıyev Qoçəli İsa oğlu 

37 saylı Culfa şəhər Seçki Dairəsi üzrə 



 - İbrahimov Qadir Abbas oğlu 

38 saylı Yaycı Seçki Dairəsi üzrə 



 - Fərəcov Fərəc Rza oğlu 


39 saylı Ərəzin  Seçki Dairəsi üzrə 

 - Məmmədov Çingiz Sahab oğlu 

40 saylı Saltaq Seçki Dairəsi üzrə 



 - Həşimli Hüseyn Məmməd oğlu 

41 saylı Ordubad şəhər  Seçki Dairəsi üzrə 



 - Rzayev Qürbət İsmayıl oğlu 

42 saylı Ordubad şəhər  Seçki Dairəsi üzrə 



 - Zeynalov Eldar Əhməd oğlu 

43 saylı Yuxarı Əylis Seçki Dairəsi üzrə 



 - Cəfərli Əhəd Məmməd oğlu 

44 saylı Vənənd  Seçki Dairəsi üzrə 



 - Babayev Tofiq Süleyman oğlu 

45 saylı Aza Seçki Dairəsi üzrə 



 - Mustafayeva İlhamə Rafiq qızı 

 

Yuxarıda  göstərilənlərə,  "Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə 



seçkilər  haqqında"  Naxçıvan  Muxtar  Respublikasının  Qanununun  20.4-cü,  20.9-

cu,  23.3-cü,  24.1.7-ci  maddələrinə  və  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məhkəməsinin  Rəyasət  Heyətinin  19  noyabr  2010-cu  il  tarixli  Qərarına  əsasən, 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası  



q ə r a r a   a l ı r: 

07  noyabr  2010-cu  il  tarixdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə 

keçirilmiş  seçkilərin  nəticələri  dərc  edilməsi  üçün  “Şərq  Qapısı”  qəzetinin 

redaksiyasına  və  elan  olunması  üçün  Naxçıvan  Muxtar  Respublikası  Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsinə göndərilsin. 

 

Sədr                                   

  

Məhərrəm Qasımov 



Müavin                          

   


Əli Qədimov 

 

 



 

Katib                                  

  

Elnur Eyvazov 



 

Üzvlər  

                     

                         

 

 



 

Anar Kazımov 

                     

                        

  

 

 



Tural Hüseynov 

                    M.Y.                           

 

 

 



Tural Həsənov 

                     

                         

 

 



 

Vahidə Bayramova 



 

№ 

SQ – 8/2010 

19 noyabr 2010-cu il 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə