Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir



Yüklə 208,75 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü208,75 Kb.
#66310


11.3.2014

Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir

http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm

1/5


Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanıntarixi nailiyyətidir

 

Çoxəsrlik  dövlətçilik  tarixində  mühüm  yer  tutan  Naxçıvan  Muxtar  Respublikasının  yaradılmasından  85  il



keçir. Ölkə Prezidenti İlham Əliyev bu tarixi günlə bağlı 2009-cu il fevralın 6-da xüsusi sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik

Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir".

Naxçıvan  heç  vaxt  özünü  Azərbaycandan  ayrı  təsəvvür  etməmiş,  bütün  dövrlərdə  dünyanın  bir  çox

dövlətləri  üçün  də  böyük  coğrafi-siyasi  və  strateji  əhəmiyyət  kəsb  etmişdir.  Xüsusilə,  keçən  əsrin  əvvəllərində

yaranmış  şəraitdən  istifadə  edən  erməni  daşnakları  Naxçıvana  qarşı  ərazi  iddiaları  irəli  sürmüş,  bu  diyarı

Ermənistana  qatmaq  üçün  bütün  vasitələrə  əl  atmışdır.  Bölgə  əhalisinin  inadlı  müqavimətləri  nəticəsində

Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə ona Azərbaycanın

tərkibində muxtariyyət statusu verilmişdir. Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci

illərdə  cərəyan  edən  proseslərin,  onlara  təsir  edən  daxili  və  xarici  amillərin,  bölgənin  və  regionun  geosiyasi

vəziyyətinin və iki mühüm beynəlxalq müqavilənin sayəsində olmuşdur.

Ümummilli lider Heydər Əliyev Naxçıvan MR-ın yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir

siyasi  şəraitdə  əldə  etdiyi  böyük  tarixi  nailiyyət  adlandırmışdır.  Həqiqətən  də  Naxçıvan  əhalisi,  həmin  dövrün

demokratik  ruhlu  ziyalıları  bölgənin  təhlükəsizliyinə,  erməni  daşnaklarının  hərbi  basqınlarına  qarşı  mərdliklə

mübarizə  aparmış,  öz  qanları  bahasına  qədim  diyarı  hər  tərəfdən  qorumuşlar.  Hələ  1918-ci  ildə  Naxçıvan  Milli

Şurası  Xalq  Cümhuriyyəti  hökumətinə  yazdığı  məktubda  göstərirdi  ki,  biz  ermənilərə  tabe  olmuruq,  tezliklə

Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik.

Qədim  diyarın  əhalisi  o  vaxt  öz  qəti  fikrini  bildirərək  and  içmişdi  ki,  "...biz  Avropanın  mədəni  ölkələrinin

alovları içərisində yanmağa razı olarıq, amma Naxçıvanı Azərbaycandan ayırmağa qoymarıq".

Naxçıvan  İnqilab  Komitəsinin  Azərbaycan  hökumətinə  1920-ci  il  10  avqust  tarixli  məktubunda  da

bildirilirdi ki, əhalinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir.

1921-ci  ilin  əvvəllində  Azərbaycan,  Ermənistan  və  Rusiya  nümayəndələrinin  təşəbbüsü  ilə  keçirilmiş  rəy

sorğusunda  bölgə  əhalisinin  90  faizindən  çoxu  Naxçıvanın  muxtariyyət  statusunda  Azərbaycanın  tərkibində

qalmasına səs vermişdi.

Qədim  diyarın  muxtariyyət  statusu  məsələsində  N.Nərimanovun  prinsipial  mövqeyi,  onun  adından

B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar və 1921-ci il martın 1-də V.Leninə göndərdiyi məktub, nəhayət

Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Nəticədə Naxçıvanın

muxtar  statusu  RSFSR  ilə  Türkiyə  arasında  dostluq  və  qardaşlıq  haqqında  imzalanan  Moskva  müqaviləsində

təsbit  edildi:  "Razılığa  gələn  hər  iki  tərəf  hazırkı  müqavilənin  I  (B)  əlavəsində  göstərilən  sərhədlərdə  Naxçıvan

vilayətinin  Azərbaycanın  himayəsi  altında  muxtar  ərazi  təşkil  etməsinə  razıdırlar,  o  şərtlə  ki,  Azərbaycan  bu

himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir". Bu müqavilə Naxçıvanın taleyinin həll

edilməsində tarixi rol oynadı.

1921-ci  il  oktyabrın  13-də  RSFSR-in  iştirakı  ilə  Azərbaycan  SSR,  Ermənistan  SSR,  Gürcüstan  SSR  və

Türkiyə  arasında  imzalanmış  Qars  müqaviləsinə  əsasən  Naxçıvanın  ərazisi,  sərhədləri  daha  da  dəqiqləşdirildi.

Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi, onun sərhədlərini

müəyyənləşdirdi.  Burada  göstərilirdi  ki,  Naxçıvan  vilayəti  bu  müqavilənin  3-cü  əlavəsində  müəyyən  edilmiş

sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.

Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq

imkanlarını  bu  beynəlxalq  müqavilələr  reallaşdırdı.  Həmin  müqavilələrlə  Rusiya,  Türkiyə  və  Cənubi  Qafqaz

respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.

Muxtar  qurumlar  yaranma  əsaslarına  görə  milli-ərazi  və  inzibati-ərazi  əlamətlərinə  ayrılır.  Naxçıvan

Muxtar  Respublikası  dövlətin  əsas  ərazilərindən  tam  təcrid  olunmuş  vəziyyətdə  -  "anklav"  ərazi  kimi  geosiyasi

əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini

şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdır. Çünki Zəngəzur mahalının Ermənistan

tərəfindən  işğal  edilməsi  ilə  Naxçıvan  diyarı  Azərbaycanın  əsas  ərazilərindən  aralı  düşmüş,  nəticədə  onun

muxtariyyət  məsələsi  gündəliyə  gəlmişdir.  Ümummilli  lider  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  "əgər  Zəngəzur

mahalının  Ermənistana  verilməsi  olmasaydı,  bəlkə  də  Naxçıvanın  muxtariyyəti  də  lazım  deyildi  və  Azərbaycan

vahid əraziyə malik olan bir ölkə idi".

Bu  diyara  muxtariyyət  statusunun  verilməsi  ilə  Azərbaycan  SSR  Naxçıvan  üzərində  hüquqlarından  irəli

gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun

qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-



11.3.2014

Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir

http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm

2/5


in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla

da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.

Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-

cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Burada  bir  məsələ  də  qeyd  olunmalıdır  ki,  Naxçıvan  1921-ci  ildən  Azərbaycanın  muxtar  qurumu  kimi  idarə

olunsa da, 30-cu illərin ortalarına qədər bütün rəsmi sənədlərdə Naxçıvan SSR yazılmışdır.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində Azərbaycan SSR

MİK  tərəfindən  təsdiq  edilmiş  Naxçıvan  MSSR  haqqında  Əsasnaməsinin  qəbulu  ilə  başlanmışdır.  Bu

Əsasnaməyə görə Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona muxtar respublika şəklində daxil olurdu.

Naxçıvanın  Azərbaycanla  qarşılıqlı  münasibətləri  Azərbaycanın  Konstitusiyası  ilə  müəyyənləşdirildi.  Qəbul

olunmuş  Əsasnamə  muxtar  respublikanın  ictimai-siyasi,  iqtisadi  həyatını  tənzimləyən  əsas  qanunverici  akt

olmuşdur.

Bununla da Naxçıvan özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdi. Bu

isə  1926-cı  il  aprelin  18-də  qəbul  edilmiş  Naxçıvan  MSSR-in  I  Konstitusiyasında  hüquqi  cəhətdən  təsbit

olunmuşdu. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar

respublika  kimi  göstərilmişdir.  Naxçıvan  MSSR-in  Konstitusiyasında  qədim  diyarla  Azərbaycan  arasındakı

qarşılıqlı  münasibətlər  dəqiq  müəyyənləşdirilmişdi.  Həmin  Konstitusiyanın  52-ci  maddəsində  göstərilirdi  ki,

"Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun protektoratlığındadır".

Məkrli erməni daşnakları Naxçıvanın əzəli və əbədi Azərbaycan torpağı olduğuna və bununla bağlı Sovet

Ermənistanı  hökumətinin  özünün  də  1920-ci  ildə  bəyanatlar  verdiyinə,  nəhayət,  Qars  müqaviləsini  imzaladığına

baxmayaraq,  bütün  XX  əsr  boyu  tarixi  şəraitin  ermənilərin  xeyrinə  işlədiyi  vaxtlarda  iddialarını  ortaya  qoymuş,

onu "böyük Ermənistan"a birləşdirmək üçün gizli və açıq mübarizə aparmışlar. Xüsusilə, keçən əsrin 80-ci illərinin

sonlarına yaxın ermənilərin qəsbkarlıq planlarında Dağlıq Qarabağla bərabər Naxçıvan da mühüm yer tutmuşdu.

Qədim  diyarı  blokadaya  salan,  hava  nəqliyyatından  başqa  digər  kommunikasiya  xətlərini  kəsən,  onun

Azərbaycanla bütün əlaqələrinə mane olan Ermənistan Naxçıvana qarşı həm də hərbi basqınlara rəvac vermiş,

sərhəd  kəndlərinə  silahlı  hücumlar  etmişdir.  O  dövrdə  Azərbaycan  rəhbərliyinin  Naxçıvana  biganə  münasibəti

burada yaşayan əhalinin vəziyyətini bir qədər də ağırlaşdırmışdı.

1990-cı ilin iyul ayının 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması, burada yaşayıb

fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi

bu  diyarı  gözləyən  təhlükələrdən  xilas  etdi.  Heydər  Əliyev  gəlişi  ilə  xalqın  gələcəyə  ümidini  özünə  qaytardı,

Naxçıvanı  Azərbaycanın  ərazi  bütövlüyü  və  istiqlaliyyəti  uğrunda  mübarizənin  mərkəzinə  çevirdi.  Ulu  öndərin

uğurlu fəaliyyəti, nüfuzu o dövrki iqtidarı ciddi narahat edirdi. Necə olursa-olsun Heydər Əliyevi hakimiyyətdən

kənarlaşdırmağa çalışırdılar, bu niyyətləri baş tutmadığından Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə cəhd

göstərdilər. AXC-Müsavat iqtidarı və bəzi siyasi qüvvələr bunu onunla əsaslandırmağa çalışırdılar ki, Azərbaycan

unitar dövlətdir və bu səbəbdən də onun tərkibində muxtar qurum ola bilməz. Guya bu Konstitusiyaya ziddir və

Azərbaycanı  federativ  dövlətə  çevirir.  Əslində  isə  burada  Konstitusiyaya  zidd  heç  bir  şey  yox  idi.  Dünya

təcrübəsindən məlumdur ki, bir sıra unitar dövlətlərin (İspaniya, İtaliya, Finlandiya, Portuqaliya və b.) tərkibində

müxtəlif səviyyəli muxtar qurumlar mövcuddur.

Hamıya yaxşı məlumdur ki, Naxçıvanın ərazi baxımından Azərbaycandan ayrı düşdüyünü və ermənilərin

oranı  ələ  keçirə  bilməməsi  üçün  ona  muxtariyyət  statusu  verilmişdir.  Keçən  əsrin  90-cı  illərində  respublika

mətbuatında belə siyasi qüvvələrə tutarlı cavablar verilirdi.

Naxçıvanın muxtariyyətinin ləğvini birtərəfli qaydada müqaviləni imzalayan heç bir dövlət ləğv edə bilməz.

Muxtariyyətin  ləğvi  beynəlxalq  Moskva  və  Qars  müqavilələrinin  ləğvi  deməkdir.  Onda  bu,  Naxçıvanın  siyasi

vəziyyətini  pisləşdirər  və  diyarın  gələcəyini  təhlükə  altına  alardı.  Məkrli  düşmənlərimiz  də  həmin  müqavilələrin

ləğvinə  çalışırlar.  Müasir  dövrdə  Naxçıvan  Muxtar  Respublikasına  ermənilərin  ərazi  iddialarının  əvvəlki  kimi

qalması muxtar respublikaya verilən statusun vacibliyinə bu gün daha çox ehtiyac olduğunu göstərir.

Ulu  öndər  Heydər  Əliyevin  qədim  diyarda  yaşayıb  işlədiyi  illər  (1990-1993),  həm  də  Azərbaycana

rəhbərlik  etdiyi  dövr  Naxçıvanın  muxtariyyətinin  möhkəmləndirilməsində,  onun  erməni  hücumlarından

qorunmasında mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni təcavüzü

olarkən,  diyarın  ərazi  bütövlüyü  pozularkən  1991-ci  il  yanvar  ayının  11-də  Heydər  Əliyevin  təşəbbüsü  ilə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqaviləsini imzalayan dövlətlərə bəyanat verərək

bu  hadisəyə  münasibət  bildirməyə  çağırdı.  Bir  qədər  sonra  isə,  1992-ci  ilin  may  ayında  Naxçıvana  erməni

təcavüzü artarkən Heydər Əliyev oranın siyasi-diplomatik yollarla müdafiəsinin təşkili işinə böyük diqqət yetirdi.

Ulu  öndər  Türkiyə  Cümhuriyyətinin  rəhbərləri  ilə  danışıqlar  apardı,  nəticədə  Türkiyənin  Nazirlər  Kabineti




11.3.2014

Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir

http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm

3/5


Naxçıvana təcavüzlə bağlı bəyanatla çıxış etdi. Heydər Əliyevin apardığı diplomatik mübarizənin ən böyük uğuru

dünyanın 57 ölkəsinin Naxçıvana erməni təcavüzünü rəsmi şəkildə pisləməsi ilə nəticələndi.

Görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  fəaliyyəti  muxtar  respublikanı  blokadadan  çıxarmağa,  qonşu

dövlətlərlə sosial-iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə, onun ərazi bütövlüyünü qorumağa yönəldilmişdi.

Bunun  üçün  Heydər  Əliyev  Türkiyə  və  İrana  səfərlər  etmiş  (1992,  mart  və  avqustunda),  danışıqlar  aparmış,

müqavilələr bağlamış və Naxçıvana bu ölkələrdən kredit və enerji verilməsinə nail olmuşdur. 1992-ci il mayın 28-

də  Türkiyə  ilə  Azərbaycan  arasında  Sədərək-Dilucu  körpüsünün  açılışı  isə  diyarın  sosial-iqtisadi  blokadadan

çıxarılmasını təmin etmişdir.

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  Heydər  Əliyev  ABŞ  Konqresinin  bədnam  907-ci

maddəni  qəbul  etməsinə  baxmayaraq,  prezident  B.Klintonun  Naxçıvana  humanitar  yardım  göstərməsinə  nail

olmuşdu. Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi ilə bağlı bəzi qüvvələrin siyasətləri erməni

daşnaklarının fəaliyyətləri ilə üst-üstə düşürdü. Ulu öndər Heydər Əliyev 1992-ci il iyun ayının 17-də Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi  Rəyasət  Heyətinin  iclasında  çıxış  edərək  bu  məsələyə  öz  kəskin  münasibətini

bildirdi: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin

qarşısı  qətiyyətlə  alınacaqdır".  Həqiqətən  də,  AXC  hakimiyyətinin  Naxçıvandakı  nümayəndələri  diyarın

muxtariyyət  statusunu  ləğv  etmək,  onun  qanuni  hakimiyyətini  devirmək  məqsədilə  24  oktyabrda  (1992)  çevriliş

cəhdi etsələr də, Heydər Əliyevin naxçıvanlıların mütləq əksəriyyəti tərəfindən müdafiə olunan prinsipial mövqeyi

bu cəhdin qarşısını aldı.

Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  AXC-Müsavat  iqtidarı  Azərbaycanı  çətin  vəziyyətə  saldı,  ölkə

siyasi, iqtisadi, hərbi böhrana düşdü. Bir vaxtlar Heydər Əliyevin kölgəsini "qılınclayan" səriştəsiz "rəhbərlər" ulu

öndəri hakimiyyətə dəvət etməyə məcbur oldular.

Mövcud  siyasi  rejimin  mahiyyətindən  və  yürütdüyü  səriştəsiz  siyasətdən  yaranan  hərbi-siyasi  hadisələr

AXC-Müsavat cütlüyünün hakimiyyətdən getməsi ilə nəticələndi. Ulu öndərin siyasi hakimiyyətə gəlməsi ölkənin,

xalqın  və  müstəqil  dövlətçiliyin  xilasını  və  möhkəmləndirilməsini  təmin  etdi.  Heydər  Əliyev  Azərbaycanda

yenidən  siyasi  hakimiyyətə  qayıtdıqdan  sonra  da  Naxçıvan  Muxtar  Respublikasının  hərtərəfli  inkişafını  daim

diqqət  mərkəzində  saxladı,  blokada  şəraitində  olan  qədim  diyarın  dirçəlişi  və  inkişafı  üçün  qüvvə  və  bacarığını

əsirgəmədi.

Doxsanıncı  illərin  ikinci  yarısı  Naxçıvanın  muxtariyyət  statusunun  hüquqi  cəhətdən  möhkəmləndirilməsi

baxımından  diqqəti  cəlb  edir.  1995-ci  il  noyabrın  12-də  ümumxalq  səsverməsi  (referendum)  ilə  qəbul  olunmuş

Azərbaycan  Respublikası  Konstitusiyasının  VIII  fəsli  "Naxçıvan  Muxtar  Respublikası"  adlanır.  Konstitusiyanın

134-cü maddəsinin ilk bəndində deyilir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində

muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".

Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi:

"Naxçıvanın  muxtariyyəti  mühüm  hadisədir.  Bu  çətin  bir  dövrdə,  böyük  bir  mübarizənin  nəticəsi  olubdur.

Naxçıvanın  statusunu  qoruyub  saxlamaq  üçün  Moskva  müqaviləsinin  və  xüsusən  Qars  müqaviləsinin  böyük

əhəmiyyəti  olubdur.  Naxçıvan  Azərbaycanın  əsas  torpağından  ayrı  düşdüyünə  görə,  Naxçıvanın  bütövlüyünü,

təhlükəsizliyini,  dövlətçiliyini,  muxtariyyətini  gələcəkdə  də  təmin  etmək  üçün  Qars  müqaviləsi  bizim  üçün  çox

böyük,  əvəzi  olmayan  bir  sənəddir.  Belə  ağır  şəraitdə  Naxçıvanın  yaşamasının,  inkişaf  etməsinin  əsas

şərtlərindən  biri  də  odur  ki,  Naxçıvana  o  vaxt  muxtariyyət  hüququ  veriblər.  Bu  muxtariyyət  hüququ  çətin

vəziyyətdə  yaşamaqda,  inkişaf  etməkdə  olan  Naxçıvana  böyük  şərait  yaradıbdır.  Amma  Naxçıvanın  bundan

sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır".

Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası

hazırlandı.  1998-ci  il  yanvarın  14-də  Prezident  Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən  Azərbaycan  Respublikası

Konstitusiya  Komissiyasının  iclasında  muxtar  respublikanın  Konstitusiya  layihəsi  geniş  müzakirə  olundu.  Bu

iclasda  ölkə  başçısı  qəbul  olunacaq  konstitusiyanın  muxtar  respublikanın  həyatında,  onun  ərazisinin  və

muxtariyyətinin qorunmasında, tarixi taleyində böyük əhəmiyyətə malik olacağını nəzərə alaraq demişdir:

Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin

qarşısı  qətiyyətlə  alınacaqdır...  Naxçıvanın  muxtariyyəti  tarixi  nailiyyətdir,  biz  bunu  qoruyub  saxlamalıyıq.

Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa  torpaqlarının  qaytarılması  üçün  ona  xidmət  edən  çox

böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Naxçıvan  Muxtar  Respublikasının  yeni  Konstitusiyası  Ali  Məclisin  1998-ci  il  aprelin  28-də  keçirilən

sessiyasında qəbul olundu və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq

edildi.



11.3.2014

Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir

http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm

4/5


Konstitusiyanın  ilk  maddəsində  göstərilir:  "Naxçıvan  muxtar  dövləti  Azərbaycan  Respublikası  tərkibində

demokratik,  hüquqi,  dünyəvi  muxtar  respublikadır.  Naxçıvan  Muxtar  Respublikasının  statusu  Azərbaycan

Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri

müəyyən edir".

Ulu  öndər  Heydər  Əliyevin  tarixi  xidmətləri  nəticəsində  Naxçıvanın  muxtariyyət  statusu  müstəqil

Azərbaycan  Respublikasının  Konstitusiyasında  və  Naxçıvan  Muxtar  Respublikasının  yeni  Konstitusiyasında  öz

əksini tapdı.

Prezident Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında" fərmanına

uyğun  olaraq  tədbirlər  həyata  keçirilmişdir.  Əslində  həmin  fərman  bu  diyarın  tarixinin  öyrənilməsi,  ərazi

bütövlüyünün  və  muxtariyyət  statusunun  qorunub  saxlanması,  möhkəmləndirilməsi  və  beynəlxalq  ictimaiyyətin

diqqətinin bu problemə cəlb edilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyət daşımışdır.

Həmin fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amil göstərilirdi: "İlk olaraq

Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha

geniş  idi  və  onların  torpaq  iddialarının  əsas  hədəfi  məhz  Naxçıvan  idi.  Onlar  Zəngəzurun  Ermənistana  ilhaq

edilməsini  bu  yolda  atılmış  mühüm  addım  hesab  edirdilər.  Beləliklə  də,  Naxçıvanı  Azərbaycandan  ayıran

Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri

etdi".

Erməni daşnakları Naxçıvana qarşı ərazi iddialarını keçən əsrin əvvəllərində olduğu kimi, 90-cı illərində də



gerçəkləşdirmək istəyirdilər. Lakin Heydər Əliyevin Naxçıvanda yaşayıb, fəaliyyət göstərməsi onların arzularını

gözlərində  qoydu.  Bu  məsələdən  bəhs  edən  Ermənistandakı  "Qarabağ  Komitəsi"nin  üzvü,  Milli  Müqəddərat

Birliyinin  sədri  Parnur  Hayrikyan  təəssüf  hissi  ilə  bildirmişdir:  90-cı  illərin  əvvəllərində  Heydər  Əliyevin

Naxçıvanda  olması  bizə  bu  bölgəni  ələ  keçirməyə  imkan  vermədi.  Əgər  biz  heç  nəyə  baxmayıb,  Dağlıq

Qarabağla  yanaşı  Naxçıvanı  da  ələ  keçirmiş  olsaydıq,  indi  beynəlxalq  təzyiq  qarşısında  Dağlıq  Qarabağı

qaytarsaydıq belə, Naxçıvan bizə qalardı. Heydər Əliyev bizim planlarımızı alt-üst etdi.

Göründüyü kimi, XX əsrin 20-ci illərində yaranmış şərait, Naxçıvan diyarı əhalisinin inadlı müqaviməti və

iki  mühüm  beynəlxalq  müqavilə  Naxçıvanın  ermənilər  tərəfindən  işğal  edilməsinə  mane  oldu  və  diyara

Azərbaycanın  tərkibində  muxtariyyət  statusu  verildi.  Ermənilər  Naxçıvanı  ələ  keçirmək  üçün  ötən  əsrin  90-cı

illərində yenidən fəaliyyətə, silahlı basqınlara başladılar. Heydər Əliyevin Naxçıvana gəlməsi, muxtar respublikanı

başı üzərinə almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən

xilas  etdi.  Çox  ağır  bir  vəziyyətdə  Heydər  Əliyev  misilsiz  siyasi  dühası,  böyük  diplomat  peşəkarlığı,  müdrikliyi

sayəsində  Naxçıvan  əhalisinin  mübarizliyinə,  əzmkarlığına  arxalanaraq  muxtar  respublikanı  ən  ağır  sınaqlardan

çıxartdı.

O  dövrdə  baş  verən  prosesləri  xatırlayan  Prezident  İlham  Əliyev  həmin  illərdən  bəhs  edərək  demişdir:

"1990-cı  ildə  Heydər  Əliyev  Naxçıvana  qayıtdı.  O,  burada  naxçıvanlılarla  birlikdə  çox  ağır  və  çətin  şəraitdə

yaşadı, işlədi. Həmin illər Naxçıvan üçün çox çətin, muxtar respublikanın gələcəyi üçün həlledici dövr idi. Heydər

Əliyevin nüfuzu, təcrübəsi, iradəsi həmin illər Naxçıvanı qorudu. Heç kəs üçün sirr deyil ki, Ermənistan təcavüzü

Naxçıvana  da  istiqamətlənmişdi.  Onların  planlarında  buranın  da  işğalı  var  idi.  Ermənilər  Naxçıvana  hücumlar

etmişdilər. Amma naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında bütün bu hücumların qarşısını aldılar. Naxçıvan

yaşadı, burada sülh və əmin-amanlıq təmin olundu".

Qüdrətli  dövlət  xadiminin  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  Naxçıvanla  bağlı  verdiyi  sərəncamlar,  bu

diyara  tarixi  səfərləri,  ərazi  bütövlüyü  və  təhlükəsizliyi  üçün  gördüyü  tədbirlər,  muxtariyyət  statusunun  hüquqi

cəhətdən  möhkəmləndirilməsi  və  həlli  vacib  olan  digər  məsələlərin  həyata  keçirilməsi  Naxçıvanın  hərtərəfli

inkişafını təmin etmiş və bölgəni çiçəklənən diyara çevirmişdir.

Naxçıvanın  muxtar  respublika  statusu  bu  bölgənin  85  illik  tarixi  taleyində,  onun  ərazisinin  qorunub

saxlanılmasında  və  təhlükəsizliyinin  təmin  edilməsində  çox  mühüm  rola  malik  olmuşdur.  Bu  illərdə  Naxçıvan

Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini

vermişdir.  Ölkə  Prezidentinin  qeyd  etdiyimiz  sərəncamında  göstərildiyi  kimi,  "Milli  istiqlaliyyət  yolunda

Naxçıvanın  atdığı  cəsarətli  addımlar  bütün  Azərbaycan  xalqı  tərəfindən  rəğbətlə  qarşılanmış,  respublikada

cərəyan  edən  ictimai-siyasi  proseslərə  öz  müsbət  və  həlledici  təsirini  göstərmişdir.  Naxçıvan  Muxtar

Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması

və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".

 

 



İsmayıl HACIYEV,


11.3.2014

Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması Azərbaycanın tarixi nailiyyətidir

http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/86846.htm

5/5


AMEA Naxçıvan Bölməsinin sədri,

akademik, Milli Məclisin deputatı



 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 4.



Yüklə 208,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə