Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
  1   2   3   4   5   6   7   8   9   ...   53



Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 77-83 
 
UOT: 338.47; 330.322 
 
AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNDA İNVESTİSİYA PROSESLƏRİNİN 
MÜASİR VƏZİYYƏTİ 
 
Mirz
əyev Fuad Mürvət oğlu 
Milli Aviasiya Akademiyasının müəllimi 
e-mail: stosir@mail.ru 
 
XÜLASƏ 
 
M
əqalədə Azərbaycanın nəqliyyat kompleksinin müasir dövrdə baş verən investisiya prosesləri 
t
əhlil  edilmişdir.  Məqalədə  respublikanın  əlverişli  coğrafi  mövqeyindən istifadə  edərək, nəqliyyat 
sisteminin f
əal inkişaf etdirməsi öz təsdiqini tapmışdır. Daşınmaların həcminin ildən-ilə artması, eyni 
zamanda daşınmaların iqtisadiyyatın və əhalinin ehtiyaclarını kifayət qədər ödəməsi təsbit edilmişdir. 
Bununla bel
ə, mövcud potensial tam olaraq reallaşdırılmamışdır və Azərbaycan müxtəlif nəqliyyat 
növl
əriylə beynəlxalq daşınmalarda tranzit ölkə olaraq yaxşı inkişaf perspektivlərinə malikdir. 
Açar sözl
ər: nəqliyyat, daşıma, marşrut, yük, sərnişin, avtomobil, boru kəməri, hava gəmisi. 
 
Az
ərbaycanın nəqliyyat sektorunun müasir vəziyyəti 
 
Ölk
ənin iqtisadi qüdrətinin  artmasında  və  Azərbaycanın  dünyaya  inteqrasiyasında  müxtəlif 
n
əqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. 
Bu layih
ələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi təkan 
verir. Bel
ə ki, qloballaşma və iqtisadi inteqrasiya prosesləri ilə xarakterizə edilən müasir cəmiyyətin 
inkişafında ən mühüm amillərdən biri də dövlətlərarası əlaqələrin səviyyəsidir. Bu əlaqələr müxtəlif 
sah
ələrdə yarandığı üçün geniş çeşidlidir. Məlumdur ki, dünya dövlətlərinin inkişafına təkan verən, 
onların bir-birinə siyasi, iqtisadi, mədəni və s. cəhətdən inteqrasiyasına şərait yaradan əsas amillərdən 
biri d
ə dövlətlərarası nəqliyyat əlaqələridir.  
Ölk
əmizin nəqliyyat kompleksinin innovasiya inkişafı davam edir: yeni avtomobil yolları tikilir, 
d
əmir  yolu  magistralları  müasirləşdirilir,  ən yeni təyyarələr, tankerlər,  ədədi  mal  daşıyan  gəmilər 
alınır. 2009-cu ildə Bakının yaxınlığında  yerləşən Ələt qəsəbəsində regionda ən böyük Beynəlxalq 
Ticar
ət  Limanının  təməli  qoyulmuşdur  və  bu  liman  artıq  istifadəyə  verilmişdir,  gəmiqayırma 
zav
odunun inşasına başlanmışdır və yaxın gələcəkdə ölkə müxtəlif tipli gəmilərin tikintisi və ixrac 
edilm
əsinə başlayacaq. Cari ildə Bakı – Tbilisi - Qars dəmir yolunun tikintisi tamamlanacaq və onun 
istismara verilm
əsi ilə  Avropa və  Asiya  arasında  çox  faydalı  quru  marşrutu  yaranacaq.  Bütün  bu 
layih
ələr böyük həcmdə investisiyalar tələb edir və dövlət bu investisiyaları cəlb edir ki, gələcəkdə 
Az
ərbaycanın qərblə şərqin arasında əlverişli coğrafi mövqeyini istifadə etməyə imkan verən müasir 
v
ə güclü nəqliyyat infrastrukturu yaradılsın. 
Son beş il ərzində ölkədə yaradılmış nəqliyyat infrastrukturu yük daşımalarının artırılması üçün 
geniş  imkanlar  yaradır.  Bununla  belə, 2008-ci ildə  başlanmış  qlobal iqtisadi böhran Azərbaycanın 
n
əqliyyat sahəsi üçün təsirsiz  olmamışdır.  Əgər  əvvəlki  beş  il  ərzində  Azərbaycanda  yük  daşımaların 
h
əcminin  illik  artım  tempi  10-12% təşkil  edirdisə, 2009-2015-ci illərdə  artım  tempi  2-3%-ə  enmişdir. 
Buna baxmayaraq 2015-ci ild
ə Azərbaycanın yük daşıyıcıları müstəqillik illər ərzində ən yüksək həcmdə 
boşaldıb-yükləmə əməliyyatı həyata keçirmişlər. Bütün nəqliyyat növləri ilə ümumən 222,3 mln. ton yük 
daşınmışdır ki, bu da 2010-cu ilin göstəricilərindən 13% yüksəkdir (1) (Şəkil 1). 



 
Şəkil 1. Azərbaycanın nəqliyyat sektoru üzrə yüklərin daşınması (mln. ton). 
 
Ölk
ədə  sərnişin  daşımaları  da  müvəffəqiyyətlə  inkişaf  edir.  Məsələn, 2014-cü ildə  bütün 
n
əqliyyat növləri ilə  1891,9 mln. nəfər  daşınmışdır  ki,  bu  da  2010-cu ilin göstəricilərindən 36,3% 
çoxdur (Şəkil 2). 
  
 
Şəkil 2. Azərbaycanın nəqliyyat sektoru üzrə sərnişin daşımaları (mln. nəfər). 
 
2015-ci ild
ə nəqliyyat vasitələri ilə daşınan yüklərdən 61,8%-i avtomobil nəqliyyatının, 27,5%-i 
boru k
əməri nəqliyyatının, 7,6%-i dəmir yolu nəqliyyatının, 3%-i dəniz nəqliyyatının və 0,1% hava 
n
əqliyyatının payına düşür (Şəkil 3). 
 
Şəkil 3. 2014-cü ildə müxtəlif nəqliyyat növləri ilə yük daşımalarının  xüsusi çəkisi. 
S
ərnişinlərin əksəriyyəti avtomobil nəqliyyatı ilə (avtobus, taksi və s.) daşınmışdır. Bu müddətdə 
avtomobil n
əqliyyatı  ilə  1665,6  mln. nəfər və  ya bütün sərnişinlərin 88,0%-nin  daşınması  həyata 
keçirilmişdir. Sonrakı yerlərdə metropoliten, dəmir yolu, hava və dəniz nəqliyyatı durur (Şəkil 4). 



 
Şəkil 4. 2014-cü ildə müxtəlif nəqliyyat növlərilə sərnişin daşımalarının xüsusi çəkisi. 
 
Son ill
ərdə  olduğu  kimi,  2015-ci  ildə  avtomobil nəqliyyatı  aparıcı  mövqeyini  saxlamışdır  – 
ölk
ədə ümumi yük və sərnişin daşımalarının  yarısından çoxu onun üzərinə düşmüşdür: 137,6 mln. 
ton  yük v
ə  təqribən 1,7  mlrd. sərnişin,  yəni 2010-cu ilin göstəricilərindən müvafiq olaraq 37,7 və 
41,0%  daha 
çox.  Avtomobil  daşımalarının  daha  çox  hissəsi  ənənəvi olaraq daxili trafikin üzərinə 
düşür.  Beləliklə,  müşahidə  olunan  artım  2015-ci  ildə  ölkədə  iqtisadi və  sosial aktivliyinin güclən-
m
əsinin bariz nümunəsidir. 2015-ci ilin əvvəlinə avtonəqliyyat vasitələrinin ümumi sayı 1291,0 min 
ədədi aşmışdır. 
Qeyd  olunmalıdır  ki,  ölkədə  avtomobil nəqliyyatı  tam  özəlləşdirilmişdir.  Sərnişin  və  yüklərin 
daşıması ilə əsasən səhmdar cəmiyyətləri və xüsusi sektor məşğul olur (şirkətlər və fiziki şəxslər). 
Yük v
ə sərnişin daşıyan nəqliyyat vasitələrinin əsas dövlətlərarası axını keçən avtomobil yolları 
uzunluğu  503  km.  olan  Bakı-Ələt-Gəncə-Qazax-Gürcüstan Respublikasının  sərhəddi (TRACECA 
d
əhlizinin Azərbaycan seqmenti) və uzunluğu 521 km. olan Rusiya sərhəddi-Bakı-Astara-İran İslam 
Respublikasının sərhəddidir (“Şimal-Cənub” dəhlizinin Azərbaycan seqmenti). 
Ölk
ənin nəqliyyat infrastrukturunda ikinci yeri boru kəməri seqmenti tutur –  onun üzərinə 
ümumi  yük  axınının  üçdə  biri  düşür.  Hal-hazırda  Bakı-Novorossiysk,  Bakı-Supsa,  Bakı-Tbilisi-
Ceyhan neft k
əmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyət göstərir. Məsələn, 2015-ci ildə 
bütün neft k
əmərləri ilə  45,7  mln. tona qədər  neft  daşınmışdır  ki,  onlardan  daha  böyük  hissəsi  Bakı-
Tbilisi-Ceyhan 
əsas ixrac boru kəmərinin üzərinə düşür. Qaz kəməri ilə 15,2 mlrd. kub metr təbii qaz 
n
əql edilmişdir. (3) 
Ölk
ənin nəqliyyat sektorunda əhəmiyyətinə görə üçüncü yeri dəmir yolu nəqliyyatı tutur – 2015-
ci 
“polad”  magistralları  ilə  17,0  mln.  ton  yük  daşınmışdır.  Aydındır  ki,  2015-ci  ilin nəticələri 
böhrandan 
əvvəlki 2006-ci ilin göstəricilərinə çatmaq imkanını verməmişdir. Həmin ildə dəmir yolu 
n
əqliyyatı ilə 30,2 mln. tondan artıq yük daşınmışdır. Bununla belə, bu tam mənada qanunauyğundur, 
çünki d
əmir yolu sahəsi beynəlxalq tranzitilə sıx bağlıdır və qlobal ticarətin azalmasından daha çox 
ziyan ç
əkmişdir. 2015-ci ildə dəmir yolu nəqliyyatı ilə 1,9 mln. sərnişin daşınmışdır. 
D
əmir yolunun yük daşımalarının həcminin artmasına təsir göstərən vacib amillərdən biri 1998-
ci ild
ə  Azərbaycan  Respublikası  ilə  Qazaxıstan  Respublikası  arasında  əldə  edilmiş  razılaşmaya 
əsasən Dübəndi  stansiyasında  neftötürmə  dəniz  terminalının  və  nefttökmə  stansiyasının  tikilməsi 
olmuşdur. Bu böyük ötürücü baza vasitəsilə hər il Batumi limanına və oradan Avropa ölkələrinə 12 
mln. tona q
ədər neft göndərilir. 
Ölk
ə üçün xüsusi əhəmiyyət kəsb edən amil Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən 
keçm
əklə Orta və Mərkəzi Asiyanın Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yol magistralının 
istismara verilm
əsidir. 
Bu d
əmir yolu istifadəyə verildikdən sonra Çin və Qazaxıstandan yola düşən dəmir yol qatarları 
Orta Asiya, X
əzər  regionu,  Bakı  və  Tbilisidən keçərək  İstanbula  çata  bilərlər və  sonra Bosfor 
boğazının altından keçən tunel vasitəsilə Avropaya çatacaqlar. Dəmir yol magistralının yaradılması 
layih
əsi özündə  98 kilometrlik Qars-Axalkalaki xəttinin çəkilməsini nəzərdə  tutur ki, onlardan 68 
km. Türkiy
ə 30 km. isə Gürcüstan ərazisinə düşür. Bundan əlavə  Axalkalaki-Tbilisi hissəsində də 

əyyən yenidənqurma  işlərinə  ehtiyac  vardır.  Məsələn, Axalkalakidə  qatarların  Gürcüstandakı 
yollardan  Avropa  yollarına  keçirilməsi məntəqəsinin tikilməsi. Türkiyə  ərazisindəki  işlər 320 mln. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə