Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
  1   2   3   4   5   6   7   8   9   ...   53


 AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI  

A. BAKIXANOV adına TARİX İNSTİTUTU 

 

 

 



Nəcəfli Tofiq Hümbət oğlu 

 

 

 

 

 

 

 

 

QARAQOYUNLU VƏ 

AĞQOYUNLU 

DÖVLƏTLƏRİNİN TARİXİ 

MÜASİR TÜRK 

TARİXŞÜNASLIĞINDA 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çaşıoğlu 



BAKI-2000 


 

2

 

 

 

Azərbaycan EA A.Bakıxanov adına Tarix İnstitutunun 



Elmi Şurası tərəfindən çapa məsləhət görülmüşdür. 

 

Elmi redaktoru:    tarix elmləri doktoru, 



                             professor                                O.Ə.Əfəndiyev 

 

Rəyçilər:             tarix elmləri doktoru, 



                            professor                                 Y.M.Mahmudov 

                            tarix elmləri namizədi             Ş İ.Dadaşova 

 

 

 



 

 

 



Nəcəfli T.H. Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixi müasir türk 

tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. - 198 s. 

 

 

Kitabda XV əsr Azərbaycan Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixinin türk 



tarixşünaslığında tədqiqi səviyyəsi təhlil edilmişdir.  Əsərdə Qaraqoyunlu və  Ağqoyunlu tayfalarının 

mənşəyi problemi, həmin dövlətlərin siyasi tarixi, dövlət quruluşu, hərbi və idarə sistemi, Qaraqoy-

unlu-Ağqoyunlu-Teymuri-Osmanlı qarşılıqlı  əlaqələrinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi 

öyrənilmiş və dövrün mənbələrindən istifadə edərək təhlil edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



N05030620907-207  

   082-00 

 

 

 



 

 

© «Çaşıoğlu» nəşriyyatı, 2000 




 

3

 



MÜNDƏRİCAT 

 

REDAKTORDAN........................................................................................................  



GİRİŞ............................................................................................................................  

 

I FƏSİL 

QARAQOYUNLU VƏ AĞQOYUNLULARIN MƏNŞƏYİ MƏSƏLƏSİ 

 

10 

1.   Qaraqoyunluların mənşəyi................................................................................... 

2.  Ağqoyunluların mənşəyi........................................................................................ 

10 

16 

 

II FƏSİL. 

QARAQOYUNLU VƏ AĞQOYUNLU DÖVLƏTLƏRİNİN  

İCTİMAİ-SİYASİ TARİXİ 

 

 

24 

1.   Qaraqoyunlu dövlətinin siyasi tarixi.................................................................... 

2.   Ağqoyunlu dövlətinin siyasi tarixi........................................................................ 

3.   Qaraqoyunlu və Ağqoyunluların dövlət quruluşuna dair................................. 



 

24  

28 

31 

 

III FƏSİL. 

QARAQOYUNLU-AĞQOYUNLU-OSMANLI QARŞILIQLI  

ƏLAQƏLƏRİ 

 

 

37 

1.   Qaraqoyunlu-Ağqoyunlu münasibətləri.............................................................. 

2.   Qaraqoyunlu-Osmanlı münasibətləri.................................................................. 

3.   Ağqoyunlu-Osmanlı münasibətləri...................................................................... 



 

37 

43 

48    

 

NƏTİCƏ........................................................................................................................  64 

BİBLİOQRAFİYA.......................................................................................................  66 

 

ƏLAVƏLƏR.................................................................................................................  73 



 

REZUME......................................................................................................................  83 



 

SUMMARY..................................................................................................................  84 

 



 

4

 



REDAKTORDAN 

 

Müstəqil Azərbaycan Respublikasının xarici əlaqələrinin genişlənməkdə olduğu indiki mərhələdə tarixi 



keçmişi sıx qarşılıqlı  əlaqə  şəraitində  cərəyan etmiş xalqların, o cümlədən Azərbaycan və türk xalqlarının 

tarixinin araşdırılmasına, tədqiqatçıların qüvvələrinin birləşdirilməsinə böyük ehtiyac duyulur Bunun üçün isə 

uzun tarixi dövr ərzində müxtəlif mövqelərdən yazıb-yaratmış tarixçilər arasındakı fikir ayrılıqlarının obyektiv 

elmi təhlili, ilk mənbələr  əsasında yenidən nəzərdən keçirilməsi, daha doğrusu, qarşılıqlı  əlaqə yollarının bir-

birinə qarşı ittihamlardan və  əngəllərdən təmizlənməsi olduqca zəruridir. Bu baxımdan Tofiq Hümbət oğlu 

Nəcəflinin monoqrafıyası xüsusi maraq doğurur. 

Ölkəmizin və xalqımızın tarixi problemləri bir çox qonşu ölkələrin tarixşünaslığında öz əksini 

tapmışdır. Türk dünyasının bir guşəsi olan Azərbaycan ilk növbədə Türkiyə tarixçilərini maraqlandırmış  və 

onlar xalqımızın tarixinin müxtəlif məsələlərini araşdırmağa çalışmışlar. 

Monoqrafıyanın tarixşünaslığımız üçün mühüm əhəmiyyəti burasındadır ki, türk tarixçiləri, yaxın 

keçmişdə SSRİ-nin «dəmir sərhədləri» içərisindən xaricə çıxa bilməyən Azərbaycan sovet tarixçilərindən fərqli 

olaraq, dünyanın müxtəlif ölkələrində toplanmış  mənbələrdən, həmin ölkələrdə  nəşr olunmuş tarix 

ədəbiyyatından, ilk növbədə fakt materiallarından istifadə edə bilmişlər. Bu gün həmin fakt materiallarının, türk 

tarixçilərinin elmi nailiyyətlərinin tarixşünaslığımıza gətirilməsi faydalı bir işdir. 

Müəllif qələmə aldığı mövzunu araşdırmağa başlayarkən öz tədqiqatlarının predmetini, əhatə dairəsini 

və dövrünü, qarşısına qoyduğu vəzifələri düzgün müəyyənləşdirmiş, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin 

tarixindən bu və ya digər dərəcədə  bəhs etmiş müasir türk tarixçilərinin  əsərləri ilə tanış olmuş,  ən zəruri 

mənbələri nəzərdən keçirmişdir. T.Nəcəfli əldə etdiyi fakt materiallarını müxtəlif mənbələr və 

[3-4] 

ədəbiyyatla 



tutuşduraraq elmi təhlil süzgəcindən keçirmiş, müqayisəli təhlil metodundan geniş istifadə edərək ümumi-

ləşdirmələr aparmışdır. 

Mövzu baxımından tarix elmimizin, demək olar ki, işlənməmiş sahəsinə  həsr olunmuş monoqrafiya 

müəllifin çıxardığı bir çox elmi nəticələrə, ümumiləşdirmələrə görə də yenilikdir. 

Müəllif həm tarixi ardıcıllığı, həm də elmi əlaqə baxımdan öz tədqiqatlarının ayrı-ayrı fəsilləri arasında 

müvafiq əlaqə yarada bilmiş, türk tarixçilərinin araşdırmaları əsasında Qaraqoyuniu və Ağqoyunlu tayfalarının 

mənşəyi, ictimai-siyasi tarixi, Azərbaycanın siyasi tarixində onların yeri, Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı 

münasibətləri barədə bitkin təsəvvür yarada bilmişdir. 

T.Nəcəflinin Qaraqoyunlu və  Ağqoyunlu tayfa birliklərinə daxil olan müxtəlif tayfalar və onların 

yayıldıqları  ərazi barədə monoqrafiyaya etdiyi əlavə böyük elmi əhəmiyyət kəsb edir və bu sahədə  gərgin 

tədqiqatlar üçün mühüm material verir. 

 

Tarix elmləri doktoru, 



                                                                  professor                              O.Ə. Əfəndiyev 

                                                                                                                                                         [4]



 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə