Nefrologiya



Yüklə 1,39 Mb.
səhifə1/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#33798
  1   2   3   4   5   6   7   8   9   ...   15

Nefrologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu


Tarix

1) Kliniki nefrologiyanın banisi kim olmuşdur?

A) Y. Tareyev

B) F. Henle

C) M. Malpigi

D) R. Brayt

E) V. Boumen


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
2) Azərbaycanda ilk dəfə nefrologiya kafedrası nə zaman yaranmışdır?

A) 1976- cu ildə

B) Bütün sadalananlar düzdür

C) 1985- cu ildə

D) 1980- cu ildə

E) 1983-cu ildə


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
3) Nefrologiya kafedrasına ilk dəfə kim rəhbərlik etmişdir?

A) Dosent F.Z.Sərdarlı

B) Professor N.Əfəndiyev

C) Professor S.B.İmamverdiyev

D) Professor F.H.Hüseynov

E) Professor M.M.Ağayev


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
4) Nefrologiya kafedrasının ilk professoru kim olmuşdur?

A) Professor M.M.Ağayev

B) Professor F.H.Hüseynov

C) Professor İ.H.Fiqarov

D) Professor S.B.İmamverdiyev

E) Professor N.Əfəndiyev


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi ,2005, Bakı
5) İlk dəfə Zakafkaziyada böyrək köçürülməsi əməliyyatı kim tərəfindən və neçənci ildə aparılmışdır?

A) Professor N.Əfəndiyev, 1982 ildə

B) Akademik M.C.Cavad-zadə, 1971-ci ildə

C) Professor M.M.Ağayev, 1980 ildə

D) P.S.Malkov, 1959 ildə

E) Professor S.B.İmamverdiyev, 1983 ildə


Ədəbiyyat: Akademik MirMəmməd Cavad oğlu Cavad-zadə,Çaşıoğlu,2002,Bakı

Böyrəklərin anatomiyası və fizioloqiyası.

6) Normada sağ böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?

A) XI döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı qədər

B) XI döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər

C) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər

D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarı qədər

E) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarı qədər


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
7) Hоmеоstаz nə deməkdir?

A) Qаnın həcminin sаbitliyidir

B) Orqаnizmin dахili mühitinin sаbitliyidir

C) Turşu-qələvi müvаzinətinin sаbitliyidir

D) Su-еlеktrоlit bаlаnsının sаbitliyidir

E) Qаnın iоn tərkibinin sаbitliyidir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
8) Normada böyrək qapısı hansı səviyyədə yerləşir?

A) I bel fəqərəsinin yuxarı hüdudunda

B) III-IV bel fəqərələrinin səviyyəsində

C) XI – XII döş fəqərələrinin səviyyəsində

D) I-II bel fəqərələrinin səviyyəsində

E) Qadınlarda kişilərə nisbətən daha yüksəkdədir


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
9) Fəqərə sütununa nisbətən böyrəklərin yerləşməsi hansı bucaq altında olur?

A) Paralel olaraq

B) Asimmetrik olaraq 45° bucaq altında

C) Simmetrik olaraq 45° bucaq altında

D) Asimmetrik olaraq 30° bucaq altında

E) Simmetrik olaraq 30° bucaq altında


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
10) Malpigi piramidləri nədən ibarətdir?

A) Qabıq maddəsindən

B) Qabıq maddəsindən və daxili beyin təbəqəsindən

C) Daxili beyin təbəqəsindən

D) Qabıq maddəsindən və xarici beyin təbəqəsindən

E) Xarici və daxili beyin təbəqəsindən


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
11) Böyrək “kökü” nədən ibarətdir?

A) Sidik axarı

B) Böyrək arteriyası və venası

C) Sidik axarı, böyrək sinirləri və limfatik düyünlər

D) Sidik axarı, böyrək arteriyası və venası

E) Böyrək venası və sidik axarı


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
12) Böyrək arteriyası böyrək qapısına girərək hansı damarlara bölünür?

A) Gətirici arteriyalara

B) Payarası arteriyalara

C) Çıxarıcı arteriyalara

D) Qövsvarı arteriyalara

E) Paycıqarası arteriyalara


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
13) Kortikal nefronların çıxarıcı arteriolaları yumaqcıq kapsuladan çıxaraq hansı kapilyarlara bölünürlər?

A) Henle ilgəyinin nazik siqmentlərini örtük kimi əhalə edən

B) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirir

C) Toplayıcı borucuqları örtük kimi əhatə edən

D) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən

E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirir


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
14) Yukstamedulyar nefronların çıxarıcı arteriolası, kapsuladan çıxaraq hansı kapilyarlara bölünür?

A) Düz boruları örtük kimi əhatə edn

B) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən

C) Henle ilgəyinin nazik seqmentini örtük kimi əhatə edən

D) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirən

E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirən


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
15) Düz arterialar və venalar harada yerləşir?

A) Malpiqi piramidlərində

B) Qabıq maddəsində

C) Qabıq və beyin maddələrin arasında

D) Beyin maddəsin çıxıntılarında

E) Xarici və daxili beyin təbəqələrinin arasında


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
16) Böyrəyin limfatik sistemi hansı proseslərin funksional tabesindədir?

A) Bütün göstərilən proseslərin

B) Kanalcıqların reabsorbsiyasının

C) Göstərilən proseslərin hec birinin

D) Yumaqcıq filtrasiyasının

E) Kanalcıqların sekresiyasının


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
17) Böyrəklərin kanalcıq aparatının innervasiyasında hansı sinirlər iştirak edirlər?

A) Adrenergik

B) Autorequlyasiya olur

C) Xolinerqik

D) Adrenergik və xolinerqik

E) İnnervasiya olmur


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
18) Hansı hüceyrələr yukstaqlomerulyar apparatın əsas morfoloji elementləridir?

A) Epitelioid və qalın (Macula densa)

B) Qurmaqtiq

C) Qalın və qurmaqtiq

D) Epitelioid (qranulyar) və mezangial

E) Epitelioid, qalın, mezangial və qurmaqtiq


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
19) Epitelioid hüceyrələr əsasən harada yerləşir?

A) Vaza afferens divarında

B) Bütün göstərilən yerlərdə

C) Yumaqcıqda

D) Vaza efferens divarında

E) Vaza afferens və vasa efferens arasında yerləşən üçbucaqda


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
20) Hiperkaliemiya nə zaman müşahidə olunur?

A) Kəskin böyrək çatmamazlığında

B) Sadalananlardan heç birində

C) Xroniki böyrək çatmamazlığında

D) Bütün sadalanan vəziyyətlərdə

E) Asidozda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
21) Hipokaliemiya nə zaman müşahidə olunur?

A) Poliuriyada

B) Sadalananlardan heç birində

C) Xroniki böyrək çatmamazlığında

D) İnterstisial nefritdə

E) Bütün sadalanan vəziyyətlərdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
22) Ketonuriya (asetonuriya) nə zaman müşahidə olunur?

A) Şəkərli diabetdə

B) Bütün sadalananlarda

C) Karbohidrat aclığında

D) Sadalananların heç birində

E) Cərrahi əməliyyatlardan sonra


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
23) Renin hansı hüceyrələr vasitəsi ilə sekresiya edilir?

A) Epitelioid, qalın, mezangial və qurmaqtiq

B) Epitelioid (qranulyar)

C) Epitelioid və qalın (Macula densa)

D) Qalın və qurmaqtiq

E) Qurmaqtiq


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
24) Aşağıda göstərilən maddələrin hansı sərt cisim “makula densa” – da ifraz olunur?

A) Prostaqlandinlər, renin, kallikrein – kinin

B) Prostaglandinlər

C) Renin


D) Renin, prostaglandinlər

E) Kallikrein-kinin


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
25) Prostaglandinlər hansı effektləri yaradırlar?

A) Depressor effekt və antidinretik hormonun sekresiyasının stimulyasiyasını

B) Vazodilatasiyanı və urokinaza sintezinin stimulyasiyasını

C) Vazodilatasiyanı və Na-urezi

D) Vazodilatasiyanı və vasopressin sekresiyasının stimulyasiyasını

E) Depressor effekt və renin sekresiyasının stimulyasiyasını


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
26) Qanın formalı elementləri üçün filtr rolunu nə oynayır?

A) Bazal membranın məsamələri

B) Yarığabənzər membranlar

C) Endotelial təbəqənin məsamələri

D) Fırça haşiyəsi

E) Podositlərin çıxıntıları


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
27) Henle ilgəyinin hüceyrələrində mitoxondrilər harada yerləşir?

A) Mitoxondrilər çoxdur

B) Mitoxondrilər yalnız Henle ilgəyinin qalxan hissəsində yerləşir

C) Mitoxondrilər yalnız yukstamedulyar nefronlarda yerləşir

D) Mitoxondrilər yoxdur

E) Mitoxondrilər yalnız kortikal nefronlarda yerləşir


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
28) “Distal nefron” nədən ibarətdir?

A) Nefronun bütün hissəsi Henle ilgəyinin yoğun qalxan şöbəsindən başlayaraq

B) Nefronun bütün hissəsi Henle ilgəyinin nazik şöbəsindən başlayaraq

C) Distal qıvrım kanalcıqlarından

D) Yığıcı borulardan və bellini axınından

E) Nefronun bütün hissəsi distal qıvrım kanalcıqlardan başlayaraq


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
29) Böyrəklər hansı maddələrin mübadilə proseslərində iştirak edirlər?

A) Karbohidratların

B) Mineralların

C) Zülalların

D) Piylərin

E) Bütün göstərilən maddələrin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
30) Yumaqcıqlarda ultrafiltrasiya prosesi hansı təzyiq hesabına əmələ gəlir?

A) Plazma zülallarının onkotik təzyiqi

B) Bütün göstərilən səbəblər

C) Provizor sidiyin osmotik təzyiqi

D) Səbəblərin heç biri

E) Qanın hidrostatik təzyiqi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
31) Hüceyrəxarici mayenin həcminin requlyasiyasına aldesteronun təsir mexanizmi nədən ibarətdir?

A) Kaliumun ekskresiyasının artması

B) Kanalcıqlarda natriumun reabsorbsiyasının artması

C) Antidiuretik hormonun sekresiyası

D) Kaliumun ekskresiyasının azalması

E) Kalsiumun ekskresiyasının artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
32) Hansı hüceyrə elementləri böyrəklərin alıtorequlyasiya funksiyasını təmin edir?

A) Yumaqcıqların mezangial hüceyrələri

B) Epitelioid hüceyrələr

C) Bütün sadalananalar düz deyil

D) Bütün sadalananlar düzdür

E) Qalın hüceyrələr "Makula densa"


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
33) Nefroloji təcrübədə yumaqcıq filtrasiyasının sürəti hansı maddənin klirensi ilə müəyyən edilir?

A) Kreatininin

B) Elektrolitlərin

C) Sidik cövhərinin

D) Qlükozanin

E) Albuminin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
34) Yumaqcıq bazal membranının elektrik yükü hansıdır?

A) Müsbət

B) Mənfi

C) Neytral

D) Kortikal nefronlarda müsbətdir

E) Yukstamedulyar nefronlarda müsbətdir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
35) Böyrəklərdə sidik cövhəri və sidik turşusu hansı proseslərə məruz qalır?

A) Filtrasiya, sekresiya

B) Filtrasiya, reabsorbsiya

C) Sidik cövhəri filtrasiya olunur, sidik turşusu sekresiya olunur

D) Filtrasiya, reabsorbsiya, yalnız sidik turşusu sekresiya olunur

E) Filtrasiya, reabsorbsiya, sekresiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
36) Reninin təsirindən hansı proseslər yaranır?

A) Gətirici arteriolanın sıxılması

B) Bazal membranın məsamələrinin kiçilməsi

C) Zülal reabsorbsiyasının azalması

D) Gətirici arteriolanın genəlməsi

E) Yumaqcığın kapilyar ilgəklərinin hipertrofiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
37) Nefronun hansı hissəsində su reabsorbsiya olunmur?

A) Yığıcı borularda

B) Henle ilgəyinin qalxan seqmentində

C) Proksimal kanalcıqlarda

D) Bütün nefron boyu

E) Henle ilgəyinin enən seqmentində


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
38) Antidinretik hormon harada təsir göstərir?

A) Yığıcı borucuqlarda

B) Proksimal kanalcıqlarda

C) Distal kanalcıqlarda

D) Henle ilgəyində

E) Bütün nefron boyu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
39) Eritropoetin hansı effektləri yaradır?

A) Bütün göstərilən proseslər

B) Eritropoetinin bərpası

C) Eritrositlərin həyat müddətlərinin uzadılması

D) Eritropoetik porfiriya

E) Anabolik effekt


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
40) D3 vitamini Ca rezorbsiyasını harada stimullaşdırır?

A) Yığıcı borularda

B) Kanalcıqlarda və bağırsaqda

C) Kanalcıqlarda

D) Yığıcı borularda və kanalcıqlarda

E) Bağırsaqda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
41) Reninin sekresiyası nə zaman artır?

A) Hipovolemiya zamanı

B) Bütün göstərilən vəziyyətlərdə

C) Göstərilən vəziyyətlərin heç birində

D) Natrium az miqdarda orqanizmə daxil olduqda

E) Afferent arteriolalarında perfuzion təzyiqin enməsi zamanı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
42) Normada böyrəklərin uzunluğu neçə santimetrdir?

A) 5 sm


B) 3 sm

C) 20 sm

D) 12 sm

E) 30 sm
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


43) Normada sol böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?

A) XII döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

B) XI döş fəqərəsindən III bel fəqərəsinin yuxarı kənarına qədər

C) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

E) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
44) Böyrəklərin inkretor funksiyasına nə aiddir?

A) Reninin ifrazı

B) Kininlərin sintezi

C) Prostaqlandinlərin sintezi

D) Eritropoetinin əmələ gəlməsi

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
45) Böyrəklərin inkretor fəaliyyəti nəticəsində hansı maddələr xaric olmur?

A) Renin


B) Prostaqlandinlər

C) Sidik cövhəri

D) Endotelin

E) Eritropoetin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
46) İltihab əleyhinə qeyri steroid preparatlar hansı maddələrin sintezini pozur?

A) Eritropoetininin

B) Sadalananların heç birini

C) Bütün sadalanan maddələri

D) Reninin

E) Prostaqlandinlərin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
47) Saluretiklərin təsir mexanizmləri hansıdır?

A) Fosforun reabsorbsiyasını blokada edirlər

B) Natriumun reabsorbsiyasına təsir göstərmirlər

C) Natriumun reabsorbsiyasını blokada edir

D) Natriumun reabsorbsiyasını artırırlar

E) Sulfat ionlarının reabsorbsiyasını blokada edir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
48) Normada böyrəklərin ölçülərinin düzgün variantı hansıdır?

A) Uzunluğu 10-12 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm

B) Uzunluğu 12-14 sm; eni 5-7 sm; qalınlığı 2-3 sm

C) Uzunluğu 10-12 sm; eni 5-7,5 sm; qalınlığı 2,5-3 sm

D) Uzunluğu 12-14 sm; eni 7-8 sm; qalınlığı 5-6 sm

E) Uzunluğu 8-10 sm; eni 2-3 sm; qalınlığı 1-2 sm


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
49) Böyrək qapısında böyrək arteriyası, venası və sidik axarı hansı ardıcıllıqda yerləşir? (baxış qabaqdan)

A) Vena- arteriya- sidik axarı

B) Arteriya- vena – sidik axarı

C) Sidik axarı- arteriya – vena

D) Heç bir variant düz deyil

E) Sidik axarı-vena- arteriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
50) Böyrək parenximasının hansı hissəsınin qan dövranı normada daha yaxşıdır?

A) Bütün hissələrin qan dövranı eynidir

B) Daxili beyin maddənin

C) Xaric beyin maddənin

D) Böyrək məməcikləri hissəsi

E) Qabıq maddənin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
51) Böyrək (Malpigi) cismini nə əmələ gətirir?

A) Boumen-Şumlyanski kapsulası, yukstaqlomerulyar apparatı

B) Boumen-Şumlyanski kapsulası, proksimal kanalcığın qıvrım hissəsi

C) Yumaqcıq kapillyarları, Boumen-Şumlyanski kapsulası

D) Yalnız Boumen-Şumlyanski kapsulası

E) Yalnız yumaqcıq kapillyarları


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
52) Böyrəyin beyin maddəsini nə təşkil edir?

A) Piramidlər

B) Nefronlar

C) Proksimal kanalcıqlar

D) Yığıcı borucuqlar

E) Distal kanalcıqlar


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978

53) Yukstamedulyar nefronlar hansılardır?

A) O nefronlar ki, böyrək cisimlərinin böyrək kapsulasından 1mm həddində yerləşir

B) O nefronlar ki, böyrək cisimlərinin daxili beyin maddəsində yerləşir

C) O nefronlar ki, böyrək cisimlərinin qabıq və beyin maddəsinin sərhəddinin üstündə yerləşir

D) O nefronlar ki, böyrək cisimlərinin xaric beyin maddəsində yerləşir

E) O nefronlar ki, böyrək cisimlərinin qabıq maddəsinin mərkəzində yerləşir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
54) Böyrəyin yukstaqlomerulyar apparatı harada yerləşir?

A) Boumen-Şumlyanski kapsulasında

B) Distal qıvrım kanalcıqda

C) Böyrək cisminin afferent və efferent arteriolaların arasında

D) İnterstisiyada

E) Proksimal qıvrım kanalcıqda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
55) Homeostaz nə deməkdir?

A) Sadalananların heç biri

B) Hüceyrədaxili mühitin sabitliyi

C) Hüceyrəxarici mühitin sabitliyi

D) Daxili mühitin sabitliyi

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
56) Hüceyrədaxilində əsasən hansı kation yerləsir?

A) K


B) Cl

C) Na


D) Ca

E) Fe
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


57) Hüceyrəxaricində əsasən hansı kation yerləsir?

A) K


B) Cl

C) Ca


D) Fe

E) Na
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


58) Böyrəyin struktur vahidi hansıdır?

A) Kanalcıqlar

B) Piramidlər

C) Şumlyanski-Boumen kapsulası

D) Bütün sadalananlar

E) Nefron


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
59) Nefronun hansı hissəsində Na-un reabsorbsiyası baş verir?

A) Proksimal

B) Birləşdirici borular

C) Henle ilgəyi

D) Distal

E) Bütün şöbələrdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
60) Antidiuretik hormonun nefronda təsir yeri haradır?

A) Distal hissə

B) Henle ilgəyinin qalxan hissəsi

C) Birləşdirici borucuqlar

D) Henle ilgəyinin enən hissəsi

E) Proksimal hissə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
61) Nefronun hansı hissəsində suyun fakultativ reabsorbsiyası baş verir?

A) Birləşdirici borucuqlar

B) Distal hissə

C) Bütün şöbələrdə

D) Henle ilgəyinin

E) Proksimal hissə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
62) Antidiuretik hormon harada əmələ gəlir?

A) Hipofizin arxa payı

B) Hipofizin ön payı

C) Hipotalamus

D) Böyrəküstü vəzin qabıq qatı

E) Böyrəküstü vəzin beyin qatı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
63) Aldosteron harada əmələ gəlir?

A) Böyrəküstü vəzin qabıq qatı

B) Hipofizin ön payı

C) Böyrəküstü vəzin beyin qatı

D) Hipotalamus

E) Hipofizin arxa payı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
64) Antidiuretik hormonun təsir mexanizmi nədir?

A) Suyun sekresiyası

B) Na sekresiyası

C) Suyun reabsorbsiyası

D) Na reabsorbsiyası

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
65) Parat hormon nəyin reabsorbsiyasına təsir göstərir?

A) Amin turşuların

B) Maqneziumun

C) Natriumun

D) Fosfatların

E) Kaliumun


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
66) Aldosteronun təsir mexanizmi nədən ibarətdir?

A) K sekresiyasından

B) Suyun reabsorbsiyasından

C) Na sekresiyasısindan

D) Na reabsorbsiyasından

E) Bütün sadalananlardan


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
67) Adekvat diurez nə deməkdir?

A) Qəbul və xaric olunan mayelər bərabərdir

B) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır

C) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur

D) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən çoxdur

E) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən azdır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
68) Böyrəyin yukstaqlomerulyar apparatını nə təşkil edir?

A) Qurmaqtiq hüceyrələri, afferent arteriola, efferent arteteriola

B) Mezanqial hüceyrələr, afferent arteriola, efferent arteteriola

C) Qranulyar hüceyrələr, bərk cismin hüceyrələri,Qurmaqtiq hüceyrələri, mezanqial hüceyrələr

D) Bərk cismin hüceyrələri, afferent arteriola, efferent arteteriola

E) Qranulyar hüceyrələr, afferent arteriola, efferent arteteriola


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
69) Böyrəklərin funksiyaları hansılardır?

A) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, zülalın sintezi, hormonların sekresiyası

B) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası

C) Sadalanların heç biri düz deyil

D) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası

E) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, zülalın sintezi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə