Neft Gəlirlərindən İstifadə: Səmərəlilik və Şəffaflıq Prinsipləri



Yüklə 307,48 Kb.
səhifə1/4
tarix23.01.2018
ölçüsü307,48 Kb.
#22112
növüXülasə
  1   2   3   4





Neft Gəlirlərindən İstifadə: Səmərəlilik və Şəffaflıq Prinsipləri

İqtisadi və Sosial İnkişaf Mərkəzi

Şirin Mirzəyev 76 "a"/ 33,
Bakı Az1002,
Azərbaycan
Phone: (99412) 495 4248
Fax (99412) 5984431
Email; cesd@aztelekom.net
Web; http://www.cesd.az

Bakı, 2009

Mündəricat

I. PROBLEMIN AKTUALIĞI........................................................................................................................................4

II.ALTERNATIV SİYASƏTLƏR...................................................................................................................................8

III. RİSKLƏR VƏ İMKANLAR.......................................................................................................................................8

IV. NƏTICƏ VƏ TƏKLIFLƏR.......................................................................................................................................19

V. ƏDƏBIYYAT SIYAHISI............................................................................................................................................26

VI. ƏLAVƏLƏR......................................................................................................................................................................27

Neft Gəlirlərindən İstifadə: Səmərəlilik və Şəffaflıq Prinsipləri

Xülasə

Bizim neftimiz var. Bu lotereyada böyük məbləğ udmağa və ya Allahın mükafatına bənzəyir. Amma həm uduş, həm də mükafat kimi neft qısa müddətdə “əriyib yoxa ola bilər”- əgər neftdən qısa müddətli maraqları təmin etmək üçün istifadə edilirsə. Təbii ki, əgər neft pullarından strateji cəhətdən əsaslandırılmış şəkildə istifadə edilərsə, uzun müddətli maraqları qorumağa çalışırlarsa o zaman neft dövlət üçün böyük bir üstünlükdür. Əksər neft ölkələrinin təcrübəsi göstərir ki, neft bir sıra sosial problemləri həll etməklə yanaşı, ölkə üçün ciddi iqtisadi tənəzzüllərinin əsasını da qoya bilər. Bu baxımdan, neft gəlirlərinin artması müsbət hal kimi qiymətləndirilsə də belə ondan səmərəli istifadə edilməsi ən vacib məsələlərdən hesab edilir.

Neft, qaz və mineral ehtiyatlar dünyanın 60-a yaxın inkişaf etməkdə olan ölkəsində aparıcı sektorlardan hesab edilir və həmin ölkələrdə dünyanın yoxsul əhalisinin 2/3-i yaşayır. Həmin ölkələrdə yaşayan 1.5 milyard əhalinin gündəlik gəliri 2 dollardan azdır. Afrikanın ən böyük neft istehsalçısı son 25 ildə neft satışından 300 milyard dollar gəlir əldə edib. Bununla belə, əhalinin 70 faizinin gündəlik gəliri hətta 1 dollardan azdır. Neft ölkələrinin ən ciddi problemlərindən biri də neft gəlirlərinin əsaslı hissəsinin hərbi xərclərə yönəldilir. 1994-2004-cü illərdə OPEK ölkələrinin hərbi xərclərindəki artım inkişaf etmiş ölkələrə nisbətən 3 dəfə, neft istehsal etməyən inkişaf etməkdə olan dövlətlərdə 10 dəfə çoxdur. Afrikanın başqa neft istehsal edən ölkəsi olan Anqolada 2001-ci ildə neft satışından əldə edilən 1,7 milyard dollarlıq vəsaitin xərclənmə istiqamətləri bəlli deyil.

Bu tədqiqat işində, həm Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi istiqamətləri və eləcə də vəsaitlərin investisiya şəkilində yerləşdirilməsi mexanizmlərinin təhlili öz əksinin tapıb. Bu zaman vəsaitlərinin yerləşdirilməsi üçün fərqli ssenarilərə diqqət yetirilib və onların müsbət və mənfi cəhətləri araşdırılıb. Bununla yanaşı, bir sıra neft ölkələrinin, eləcə də Norveç və Qazaxıstanın modelləri tədqiq edilib. Neqativ model kimi Nigeriya təcrübəsinə də müraciət edilib. Bu daha çox “problemlərdən sığortalanmaq” məqsədi daşıyır. Bütövlükdə, tədqiqat zamanı vəsaitlərin səmərəli istifadəsi ilə bağlı alternativ həllərin tapılmasına cəhd göstərilib.


I. Problemin Aktualığı


Resurslardan asılılıq və böyük neft gəlirləri son nəticədə heçdə ölkələrin ingişafını stimullaşdırmır. Ötən illərin təcrübəsi göstərir ki, resurslarla zəngin olan ölkələrin iqtisadi inkişafı demək olar ki heç bir resursu olmayan ölkələrinkindən bəzən dəfələrlə geri qalır. XX əsrin ortalarınadək iqtisadiyyatı araşdıran alimlər belə hesab edirdilər ki, resursların varlığı ölkə üçün əlavə imtiyaz və üstünlük deməkdir. Lakin, 50 ci illərdən sonra bir çox ölkənin yaşadığı acı resurs təcrübələri bu fikrin üzərindən xətt çəkdi və resursların yaratdığı problemlər geniş şəkildə araşdırılmağa başlandı.

Resursların yaratdığı problemlərin araşdırılması nəticəsində neft ölkələri üçün xarakterik olan bir neçə anlayışlarlar meydana çıxdı;



  • Resursların lənəti (Devid Landes, Harvard Universiteti)

  • Holland xəstəliyi

  • “Afrika qızdırması”

  • İnsan kapitalının “dəyərsizləşməsi”

  • İnflyasiya təzyiqi

Resursların Lənəti” problemi Harvard Universitetinin professoru Devid Landes tərəfindən yaradılmış anlayışdır. Bu anlayışa görə təbii resurslarla zəngin ölkələrin iqtisadiyyatı təbii resurslar baxımından kasıb ölkələrin iqtisadiyyatı ilə müqayisədə orta hesabla daha yavaş artır. Dövlət təbii resursların böyük ehtiyatlarına malik olduqda iqtisadi artımın stimullaşdirilması üçün orta təbəqənin inkişafina daha az dərəcədə maraq göstərir. Ona görə ki, bu halda yüksək iqtisadi artımı təbii resursların hesabına əldə etmək mümkündür. Qısa müddət üçün neft və qazdan gələn gəlirlərin xərclənməsi inflyasiyaya səbəb ola və dövlət xərclərinin və subsidiyalarının artmasına gətirib çıxara bilər. Uzun müddətdə isə hidrokarbon ehtiyatlarının azalması onun iqtisadiyyatın digər sahələrinə edə biləcəyi yardımı azalda bilər. Resursların həddən çox istifadəsi kasıbçılığın artmasına və ölkədəki ingişafın azalmasına səbəb ola bilər.Problemin yaranmaması üçün neft sektorunun gəlirlərinin digər sektorlara yönəldilməsi vacibdir. ÜDM in sürətli artımı bu problemə məruz qalan ölkələr üçün tipik olsada bunun müvəqqəti xarakter daşıması nəzərdə tutulmalı olan amillərdəndir. Dünya Bankının tədqiqatlatına görə, son 30 ildə OPEK ölkələrində adambaşına ÜDM istehsalı orta hesabla hər il 1,3 faiz aşağı düşüb.

Holland xəstəliyi” sindiromu indi Azərbaycanda ən çox müzakirə edilən risklərdən biridir. Təsadüfü deyil ki, bu gün də belə bir sindiromun elementlərinin Azərbaycan iqtisadiyyatına müşahidə edilib-edilməməsi ilə bağlı yanaşma bir mənalı deyildir. İqtisadçıların bir qismi bir xəstəliyin elementlərin olduğunu bəyan etsələr də başqaları bunun üçün real əsasların olmadığı qənaətindədirlər. Qısaca, bu problem Hollandiyada ötən əsrin 50-60-cı illərində müşahidə edilib və bu da həmin ölkədə təbii qazın tapılması nəticəsində bu məhsulun ixracının artması ilə bağlı olmuşdur. Qaz ixracına bel bağlayan Hollandiya hökuməti başqa sektorların inkişafına lazımı diqqət ayırmadı və bu son nəticədə böhranla müşahidə edildi. Holland xəstəliyini aşağıdakılar xarakterizə edir;



Bundan başqa istehsal amilləri emal sənayesindən xidmət və hasilat sahəsinə köç edir. İdxalın həddən çox artması daxili istehsalçıların maraqlarının qorunmaması yaranan problemlərdəndir. Ölkənin maliyyə müstəqilliyi dünya bazarındakı qiymətlərin konyukturasından asılı olur.

«Afrika qızdırması» adından göründüyü kimi Afrikanın neft ölkələrində müşahidə edilən problemlərin sistemləşdirilməsi kimi çıxış edir. Daha çox qara qitənin problemləri kimi qələm verilən bu problemlər əslində sonradan başqa qitələrin ölkələrində də müşahidə edilməyə başladı;

  • Yüksək gəlirlər mülkiyyətin yenidən bölgüsü uğrunda mübarizəyə gətirib çıxarır – bu, renta uğrunda mübarizə və iqtisadi fəaliyyət sahələrinə nəzarətin yenidən bölgüsü formalarında təzahür edir;

  • Belə mübarizə hakimiyyətdaxili qruplar arasında gərginliyi artırır (bu, bir sıra Afrika ölkələrində vətəndaş müharibələri və ya dövlət çevrilişləri ilə nəticələnib);

  • Hərbi-polis sisteminin saxlanması xərcləri kəskin artır;

  • Hakimiyyət-biznes korrupsiya münasibətləri güclənir;

  • Nəhəng gəlirlər sosial sahələrdə populist, düşünülməmiş və əsaslandırılmamış qərarların qəbulunu doğurur;

  • İnflyasiya güclənir və sosial bərabərsizlik dərinləşir;

  • Onsuz da zəif olan sənayenin qeyri-neft sektorunun tənəzzülü güclənir, onun inkişafına yönəldiləsi resurslar hasilat və xidmət sahələrinə axır;

  • İslahat adı altında psevdoinstitutlar yaradılır, hökumət xalqı aldadır.

İnsan kapitalının “dəyərsizləşməsi” neft ölkələrində müşahidə edilən problemlər içərisində ən ciddilərindən hesab edilir. Bu problemin aşağıdakı əsas elementləri var;

  • Təbii resurslardan intensiv istifadə insan kapitalının yüksək səviyyəsini tələb edən sahələrdə artımı yatırır (yeni investisiyalar yüksək ixtisaslı iş yerləri yaratmır);

  • Sahənin insan kapitalından asılılığı nə qədər yüksəkdirsə, təbii resursların mənimənilməsindən bir o qədər çox uduzur.

Neft gəlirlərinin yaratdığı problemlərdən biri də inflyasiya təzyiqidir ki, bu da aşağıdakılar ilə izah edilir;

  • Istehlakın artması (əsasən idxal hesabına), inhisarlaşmanın güclənməsi;

  • Xammal ixracının artması;

  • Dövriyyədə pul kütləsinin artması (istehlak bazarında kredit bumu);

  • Investisiya fəallığının yüksəlməsi, daşınmaz əmlakın qiymətinin kəskin artması;

  • Yaşayış dəyərinin və ev təsərrüfatlarının xərclərinin artması.

Yüklə 307,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə