Neft və qaz yataqlarinin formalaşmasi



Yüklə 24,34 Kb.
tarix01.11.2017
ölçüsü24,34 Kb.

NEFT VƏ QAZ YATAQLARININ FORMALAŞMASI

Yuxarıda qeyd edildiyi kimi, karbohidrogen birləşmələri onların yerləşdiyi çöküntülərin dəyişkənliyi ilə sıx əlaqədardır.

Məsaməli mühitə düşən karbohidrogenlər və su məsamələr, çatlar və qırılmalar üzrə yerlərini dəyişirlər. Çat və qırılmalarla az təzyiq olan zonalara doğru hərəkət edən flüid nisbətən uzaq məsafə qət edə bilər. Tələlərə rast gələn flüid axını onlarla daxil olaraq hərəkətini dayandırır. Bu zaman qravitasiya amili flüidləri öz sıxlıqlarına görə differensiallaşmaya məruz qoyur və nəticədə yataq formalaşır.

Yataqların formalaşmasında karbohidrogenlərin lateral və şaquli miqrasiyası mühüm rol oynayır.

Şaquli və ya rezervuarxarici miqrasiya miqyasına görə adətən regional xüsusiyyət daşıyır. Bu miqrasiya geostatik və geodinamik təzyiqlər nəticəsində yaranır.

Platforma sahərində rezervuarxarici miqrasiya nisbətən zəif olur. Bu, tektonik hərəkətlərin zəif baş verməsi və zəif inkişafı, çökmə süxur qatının az qalınlıqlı və az maili olması ilə izah edilir. Rezervuarxarici miqrasiyanın zəif təzahür etməsi, həmçinin süxurların fiziki xassələri ilə də bağlıdır. Ona görə də rezervuarxarici miqrasiya geosinklinallara nisbətən platformada sakit və ləng baş verir.

Yerin inkişaf tarixindən məlumdur ki, yer qabığında baş verən qırışıqəmələgəlmə prosesi sonradan nisbi sakitlik dövrü ilə əvəz olunur. Nisbi sakitlik dövrü eyni zamanda neft və qaz yataqlarının formalaşma prosesinə təsir göstərir, daha doğrusu, rezervuarxarici miqrasiya zəifləyir. Yerin geoloji inkişaf tarixində tektonik və digər hadisələrin bir-birini əvəz etməsi miqrasiya prosesini dayandırmır. Prosesin bir forması zəifləyir, başqa forması isə güclənir. Bu baxımdan demək olar ki, yerin nisbi tektonik sakitliyi dövründə rezevuardaxili miqrasiya rezervuarxarici miqrasiyaya nisbətən fəallaşır və yataqların formalaşmasında həlledici rol oynayır (bu miqrasiya qırışıq əmələgəlmə dövründə də fəaliyyət göstərir).

Beləliklə, rezervuarxarici miqrasiya nəticəsində hərəkət edən qarışıq vkarbohidrogenlər rezevuardaxili miqrasiyada da öz hərəkətlərini davam edirlər. Rezervuardaxili miqrasiyada yatağın əmələ gəlməsi kollektorların keçiriciliyindən, su ilə doyma dərəcəsindən və suyun hərəkətindən asılıdır. Su ilə doymuş (əgər su hərəkət etmirsə) yaxşı keçirici kollektorlarda yataqların əmələ gəlməsi, əsasən, qravitasiya qüvvələrinin fəaliyyəti ilə baş verir.

Rezervuarlarda neft və qaz yataqlarının formalaşma şəraiti geosinklinal və platformalarda müxtəlifdir. Platforma sahərində hər hansı kiçik əyimli süxur qatları tələ rolunu oynaya bilərlər. Tələdə pis keçirici süxurlar isə ekran rolunu oynayırlar. Məsələn, Buquruslan yatağında yığımların toplanması üçün mövcud olan tələlər 1 metr hündürlüyündə struktur əyimdən ibarətdirlər.

Geosinklinal vilayətlərdə isə struktur növ tələlər yüksək hündürlükləri ilə səçiyyələnirlər.



1. Neft və qaz yataqlarının formalaşmasında geoloji amillərin rolu

Yataqların əmələ gəlməsi və saxlanılmasında ekran (qeyri-keçirici) süxurların rolu. Neft və qaz yataqlarının əmələ gəlməsində və onların uzun müddət saxlanılmasında ekran süxurların rolu əvəzsizdir.

Hermetiklik xüsusiyyətinə görə ekran süxurlar sıxılmayan və sıxılan qruplara ayrılır. Qeyri-keçirici süxurların ekranlaşdırıcı xüsusiyyəti onların sıxlıq və plastikliyi ilə təyin olunur. Belə süxurlar neftin və qazın effuziyasının (sərbəst qazın, əsasən, şaquli miqrasiya yolu ilə yer səthinə çıxması) qarşısını alır.

Sıxılan qrupa aid olan ekranlaşdırıcı süxurlar sıxılma hesabına ekrana çevrilirlər. Bu növ ekran süxurlarına gil və pelitomorf əhəngdaşlarını misal göstərmək olar. Gillər sıxılma nəticəsində flüidlərdən azad olurlar və ekranlaşdırıcı süxura çevrilirlər. Beləliklə, gillər nefttörədən süxurlar olmaqla bərabər ekran rolunu da oynayırlar. Böyük dərinliklərdə sıxılan ekran süxurları sıxılmayan ekranlaşdırıcı süxur növünə keçirlər.

Halogen növ (halit, gips, anhidrit və s.) və argillit, mergel kimi çökmə süxurlar sıxılmayan ekran süxurlarına aiddirlər. Bu ekran süxurlar yüksək təzyiqli neft və qaz yığımlarını ekranlaşdırma qabiliyyətinə malikdirlər.

Karbonat süxurların monolit növləri neft yığımları üçün ekran rolunu oynaya bilər, lakin karbohidrogen qazlarının yığımlarını bu növ süxurlar nadir hallarda mühafizə edə bilərlər.

Neft və qaz yataqlarının formalaşmasında tələlərin rolu. Neft və qaz yataqlarının əmələ gəlməsi tələlərin varlığı ilə əlaqədardır. Tələlər bir-birindən asılı olmayaraq, müxtəlif vaxtlarda və intevsivlikdə, müxtəlif mexanizmlərin təsiri ilə formalaşırlar. Onların inkişafı müxtəlif sürətlə baş verir və inkişaf etdikləri dövrdə ölçülərini, formalarını və fəza vəziyyətlərini dəyişdirdiklərindən, vaxtaşırı qismən yaxud tam açılıb qapana bilərlər.

əmələgəlmə vaxtına və mexanizminə görə tələlər konimmersion və koninversion olur. Konimmersion növ tağlı tələlər hövzə dibinin enməyə, koninversion tələlər isə hövzə dibinin qalxmaya məruz qaldığı dövrdə yaranırlar. Müsbət işarəli şaquli tektonik hərəkətlər çox davamlı olduqda, tələlər yer səthinə çıxaraq, aşınmaya məruz qalırlar.

Gömülmüş tələlər hövzədə çöküntütoplanma prosesinin istənilən mərhələsində inkişafa başlayaraq, hansısa növbəti bir mərhələdə inkişafları dayandığından, sonrakı, yəni daha cavan çöküntü qatının kəsilişində əks olunmurlar.

Köksüz növ struktur tələlər isə çöküntütoplanma başladıqdan sonra onun müəyyən bir mərhələsində inkişafa başlayaraq, sonra formalaşan bütün kəsiliş boyu inkişaflarını davam etmiş olurlar.

Tədqiqatlar göstərir ki, neftlilik və qazlılıq tələlərin əmələgəlmə vaxtı ilə də tənzimlənir. Belə ki, tələlər karbohidrogenlərin miqrasiyasının əsas mərhələsindən əvvəl yarandıqda belə tələlərin neftli-qazlı olması ehtimalı çox böyükdür. Əks halda, yəni tələlr karbohidrogenlərin miqrasiyasının əsas mərhələsindən sonra yarandıqda, belə tələlərin perspevtivliyi, adətən, çox aşağı olur

Struktur növ tələlərin çöküntütoplanmaya nisbətən inkişaf xüsusiyyətləri də (konsidimentasion və postsedimentasion yəni, çöküntütoplanma ilə eyni vaxtda və çöküntütoplanmadan sonra əmələ gələn tələlər) onların neft-qazlılığına və eləcə də, ərazi üzrə neftlilik-qazlılığın paylanmasına təsir göstərir.



Yataqların formalaşmasında tektonik qırılmaların və çatların rolu. Müxtəlif təbiətli tektonik qırılmalar, həm yataqların formalaşmasında, həm də dağılmasında əhəmiyyətli rol oynayırlar. Lakin, qeyd etmək lazımdır ki, yataqların formalaşmasında qırılmaların rolu tədqiqatçılar tərəfindən bir mənalı qiymətləndirilmir. Məsələn, bəzi tədqiqatçılar (Ş.F.Mehdiyev, N.A.Kudryavtsev.) neft və qazın paylanmasında tektonik qırılmaların rolunu yüksək qiymətləndirdikləri halda, digərləri (A.F.Şevçenko, İ.İ.Nesterov, N.A.Krılov və b.) tektonik qırılmalarınneft və qaz yataqlarının formalaşmasında heç bir rolu olmadığını qeyd edirler.

Neftlilik-qazlılığın tektonik qırılmalarla əlaqədar olmasını İ.V.Vısotski belə izah edir:

- regional, konsedimentasion növ tektonik qırılmalar (əgər qırılmalar yer səthinə çıxmırsa) çöküntütoplanma hövzələrində lokal qalxımlarda karbohidrogen yığımlarının formalaşmasını tənzim edir. Belə hövzələrdə iri strukturlar tektonik bloklarla əhatə olur.

- şaquli miqrasiya neft və qaz yataqlarının formalaşmasında başlıca rol oynayır. Bele miqrasiyanın yollarınan biri tektonik qırılmalardır. Bele tektonik qırılmalar yer səthinə çatmamış sönürlər, yəni nisbətən cavan çöküntülərlə örtülürlər. Əks halda karbohidrogenlər yığımlar əmələ gətirmək əvəzinə,yer səthinə çıxaraq aşınmaya məruz qalırlar.

- tektonik qırılmalar yatağın dağılmasına da səbəb ola bilərlər.

Yataqların formalaşmasında fasilə səthinin rolu. Məlumdur ki, sedimentasiya hövzələrində çöküntütoplanma bir sıra hallarda fasilələrlə baş verir.

Çöküntütoplanma uzunmüddətli fasolə ilə əvvəl toplanmış çöküntülərin aşınmasına səbəb olur. Yuyulma səthi fiziki səth olduğundan girintili-çıxıntılı olur. Sonra toplan an çöküntülər bucaq uyğunsuzluğu ilə əvvəlki çoküntülər üzərinə yatdıqca və əvvəlki çöküntülərlə sonradan toplananlar arasındakı uyğunsuzluq səthi ekran rolunu oynadıqda o, neft və qaz yatağının formalaşmasına səbəb ola bilər.



Yataqların formalaşmasında litofasial dəyişkənliyin rolu. Karbohidrogenlərin tərkibi və kollektor süxurların litofasial dəyişkənliyi neft və qaz yığəmlarının formalaşmasına müxtəlif cür təsir edir. Məsələn, neftəmələgətirən süxurlarda qumlu zona müşahidə edilirsə. O neftlilik-qazlılıq cəhətdən diqqəti cəlb edə bilər. Neftəmələgətirən qatın qumluluğu nisbətən çox olduqda, əmələ gətirdiyi karbohidrogenləri ixrac etmək qabiliyyəti yüksəkdir. Bununla belə, qumluluq qeyri-bərabər səpələndikdə və bəzən qum laycıqları yaxud linzaları əmələ gəldikdə neftəmələgətirən qatın karbohidrogenləri ixrac etmə qabiliyyəti pisləşir.

Kollektor süxurlarda litolaji dəyişkənlik karbohidrogenlərin miqrasiyasını və yığımlarının formalaşmasını xeyli çətinləşdirir. Lakin, bunula belə litolji dəyişkənliklə əlaqədar olaraq litoloji pazlaşma, litofasial əvəzolunma və litoloji məhdudlaşma ilə bağlı tələlər əmələ gələ bilər.



Yataqların formalaşmasında hidrodinamiki amilin rolu. Karbohidrogen yığımlarının formalaşmasında lay suları hərəkətinin böyük əhəmiyyəti vardır. Bu da hövzənin hidrogeloji rejimindən, yəni ellizion və ya infiltrasion inkişaf mərhələrindən asılıdır.

Karbohirogenlərin emiqrasiya və miqrasiya, eləcə də, onların toplanması ellizion rejim dövrünə təsadüf edir. Bu zaman karbohidrogenlərin miqrasiya istiqaməti kollektor layların tavan səthlərinin maillik dərəcəsi ilə tənzimlənir. Məlumdur k, tələlər həm karbohidrogenlərin, həm də lay sularının yığılması üçün əlverişlidir. Lakin lay suları bir qədər kiçik sürətlə hərəkət etdiklərindən, karbohidrogenlərdə dolmuş tələlərə daxil olmadan. Tələdə olan suları isə karbohirogenlər qanadlara doğru sıxışdırırlar.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə