Neft yataqlarının işlənmə sistemi



Yüklə 66,25 Kb.
tarix14.10.2017
ölçüsü66,25 Kb.
#4896


Neft yataqlarının işlənmə sistemi

Müasir işlənilmə sistemlərində əsas intensivlik laylara su vurulmasındadır. Neft yataqlarına suvurmanın bütün mədən xüsusiyyətlərinin öyrənilməsinə baxmayaraq, bu üsul neftin laydan tamamilə hasil olunmasını təmin etmir; bu, xüsusi ilə qeyri-bircinsli laylara və neftin özlülüyü yüksək olduqda daha çox biruzə verir.

Yataqlara suvurma prosesinin mexanizminin və xüsusiyyətlərinin öyrənilməsinin geniş miqyasda artması ilə əlaqədar olaraq onun səmərəliliyini daha da artırmaq üçün yeni üsulların axtarılmasına başlanıldı.

1950-ci illərdə suvurmanın səmərəliliyinin artırılması vurucu quyuların yerləşmə sxeminin dəyişdirilməsi ilə əldə olunurdu (konturarası, ox boyunca, bloklu, nöqtəvi, sahəvi). Bununla bağlı suyun vurulması üçün təzyiqin optimallaşdırılmasına, obyektlərin seçilməsinə, istismar quyularının yerləşdirilməsi hesabına suvurmanın səmərəliliyinin artırılmasına və s. daha çox fikir verilirdi. 60-cı illərin əvvəllərində suyun sıxışdırıcılıq qabiliyyətinin artırılması yolları geniş öyrənilməyə başlandı. Bununla əlaqədar olaraq reagentlərdən (agentlərdən) karbohidrogenlər, polimerlər, turşular və s. öyrənilməyə və tətbiq olunmağa başlandı. Burada məqsəd layın sulaşma əhatəsini artırmaq və sulaşmış zonalarda nefti saxlayan əks qüvvələrin təsirini aradan qaldırmaq və ya azaltmaqdır.

Yer daxilindən neftin çıxarılması üsullarının inkişafı istənilən texnoloji proses kimi iki istiqamətdə gedir - horizontal (üfüqi) və şaquli. Texnoloji prosesin üfüqi hərəkəti onun səmərəliliyini artıran və ya iqtisadi göstəricilərini yaxşılaşdıran, amma prosesin mexanizminin əsaslarını dəyişməyən mükəmməlləşdirmənin hesabına baş verir. Neft yataqlarının işlənilməsinin texnoloji prosesinin uzun müddətli üfüqi hərəkətinə misal olaraq laya süni su vurulmasıdır. Bu prosesin meydana çıxmasından bu günə qədər neft hasilatını artırmaq üçün vurucu və istismar quyularının yerləşmə sistemlərinin təkmilləşdirilməsi gedir, laylara suvurmanın texnologiyası (rejimi) və istismar
quyularının vəziyyəti (şəraiti) yaxşılaşdırılır, neft hasilatının idarə olunması üsulları, laylara suvurma və b. inkişaf edir.

Bütün tədbirlər neft yataqlarına suvurmanın, onun əsasını dəyişmədən səmərəliliyini artırır.

On illər müddətində neft sənayenin inkişafında yataqların işlənilməsi ancaq istismar quyularının qazılması ilə və layın təbii enerjisinin istifadəsilə həyata keçirilirdi.

Süni suvurma üsulunun geniş yayılmasına səbəb onun aşağıdakı üstünlükləridir:

- vurulan suyun çox ucuz olması;

- suvurma texnologiyasının sadə olması;

- suvurma ilə neftin çıxarılmasının yüksək səmərəli olması.

Hal-hazırda suvurma üsulu neft hasilatında ümumi qəbul olunmuş və daha səmərəli üsul sayılır. Bu üsuldan yuxarıda göstərilən üstünlüklərə görə hələ uzun müddət istifadə ediləcəkdir.

İlk dəfə olaraq su məhsuldar layın konturarxası sulu hissəsinə vurulurdu. Vurucu quyuları istismar zonasına yaxınlaşdırmaq məqsədilə onları bacardıqca cari neftlilik konturuna yaxın yerləşdirmək lazımdır.

Suvurma üsulunun müxtəlif neft-qaz obyektlərinin işlənilməsi üçün tətbiqinə baxaq:

Konturarxası suvurma:

Konturarxası suvurma yatağın eni 5-6 km-dən çox olmadıqda, neftin özlülüyü az (2-3 mPas qədər) olduqda, yüksək keçiriciliyə malik lay bircinsli olduqda, həmçinin yatağın konturarxası zona ilə yaxşı əlaqəsi olduqda kifayət qədər səmərəli olur (şəkil 1a).


Ümumiyyətlə konturarxası suvurma hal-hazırda müəyyən məhdudiyyətlə tətbiq edilir, səbəbi isə odur ki, yuxarıda göstərilən şərtləri ödəyən yataqlar nadir hallarda mövcuddur. Lakin qeyd etmək lazımdır ki, konturarxası suvurma üsulunun inkişafı iki başqa üsulun inkişafına və istifadə olunmasına səbəb olmuşdur.

Konturyanı suvurma:

Bu suvurma üsulunda vurucu quyular cari neftlilik konturundan bir qədər kənarda - yatağın su-neft zonasının yaxınlığında yerləşdirilir (şəkil 1b). Konturyanı suvurmanın tətbiqi üçün konturarxası suvurma üsulundakı göstəricilər tələb olunur. Su-neft zonasının kifayət qədər enli olması və yatağın konturarxası zona ilə zəif hidrodinamik əlaqəsinin olması səbəbindən bu üsulun tətbiqi məqsədə daha uyğundur. Adətən eni böyük olan yataqlar platforma sahələrində geniş yayılmışdır.



Şəkil 1.


Konturdaxili suvurma

Konturdaxili suvurmanın tətbiqinin geoloji şəraiti aşağıdakı kimidir: yatağın sahəsi böyük olduqda, layların qeyri-bircinsliliyi yüksək olduqda, neftlərin özlülüyü nisbətən çox olduqda.

Bu üsulun müxtəlif növlərinə və tətbiqi şərtlərinə nəzər yetirək.

Kəsmə üsulu ilə suvurma. Bu halda yataqda su yatağın daxilində cərgələrlə (və ya xəttlərlə) yerləşdirilən vurucu quyular vasitəsilə həyata keçirilir. Bunun üçün tələb olunan şərtlər konturarxası suvurma üsulunda göstərilən kimidir. Lakin, süxurların zəif keçiriciliyi, neftin yüksək özlülüyü və həm də SHK-da süzülmə şərtlərinin pisləşməsi şərtləri də əlavə olunur.

İstismar obyektlərinin vurucu quyular vasitəsilə sərbəst işlənilmə sahələrinə bölünməsi. Bu halda vurucu quyular elə yerləşdirilir ki, sərbəst istismar sahələri bir-birindən geoloji-mədən xüsusiyyətlərilə kəskin fərqlənirlər.



Bloklu suvurma üsulu. Bu üsulda neft yatağını vurucu quyular vasitəsilə müxtəlif ayrı-ayrı bloklara bölünürlər. Bu uzununa strukturlarda (dartılmış) tətbiq olunur. Burada vurucu quyular qırışığın uzunluq oxuna perpendikulyar xəttlər üzrə yerləşdirilir.

Baxılan suvurma üsulu ilə işləmə sistemlərini lahiyələndirdikdə əsas fikri blokların enliyinə vermək lazımdır.

Blokların enliyi layların hidrokeçiriciliyinin qiymətinə uyğun olaraq 4-15 km-ə qədər, cərgələrin sayını isə tək sayda götürürlər.

Tağlı suvurma. Bu üsulda suyun laya vurulması yatağın tağ hisssəsində yerləşdirilən bir düz xətt və ya həlqəvari şəkildə yerləşdirilən vurucu quyular vasitəsilə həyata keçirilir. Bu, neftlilik sahəsi kiçik olan yataqlar üçün rasional hesab edilir (şəkil 2a).

Bu üsulun tətbiqi üçün layların keçiriciliyi kiçik, yataq daxilində ekran tipli çatın olması, yatağın mərkəzi hissəsinə təsiri artırmaq məqsədilə konturarxası suvurmanın tətbiqinin əlavə edilməsi kimi şərtlər olmalıdır.



Sahəvi suvurma. Bu üsulda həmçinin konturdaxili suvurmanın bir növüdür. Burada vurucu və istismar quyular qanunauyğunluq növbələşmə şərtilə bərabər quyu şəbəkəsilə yerləşdirilirlər. Sahəvi suvurma üsulu birincisi obyektlər və məsaməli terrigen və karbonatlı kollektorların mövcudluğu zamanı məsləhət görülür. Bu üsul məhsuldarlığı zəif olan obyektlərdə, kiçik keçiriciliyə və yüksək özlülüyə malik olan laylar üçün geniş istifadə olunur.

Şəkil 2.



Şəkil 2 a,b.

Seçmə üsulu ilə suvurma. Bu üsul konturdaxili suvurmanın bir növü olub işlənilmə obyektinin quyu şəbəkələri ilə tamamilə qazılmasından sonra geoloji müxtəlifliyi nəzərə almaqla yatağın bu və ya digər hissəsinə su vurmağı nəzərə alır. Seçmə üsulu layların kəskin zonal bircinsliliyə malik və istismar obyektinin dizyunktiv pozulmalarla mürəkkəbləşməsi halında tətbiq edilir (şəkil 3).

Mərkəzi suvurma (ocaqvari). Bu üsul seçmə suvurmadır, lakin başqa suvurma sistemlərinə əlavə kimi tətbiq edilir. Suvurma mənbələri adətən sulaşdırmanın təsirini ya qismən, ya da tamamilə hiss etməyən sahələr üçün layihələndirir. Bu üsuldan hal-hazırda çox geniş istifadə edilir. Mərkəzi və yaxud mənbəli suvurma üsulu işlənilmə sistemlərinin inkişafında və təkmilləşdirilməsində əsas rollardan birini oynayır.

Baryerli suvurma. Bu üsul neftqaz və qazkondensat yataqlarında qaz və neftli hissələri ayırma və ayrı-ayrı istismar etmək məqsədilə tətbiq olunur. Baryer suvurma konturarxası və ya konturyanı suvurma ilə və eləcə də lay sularının enercisinin istifadəsi ilə də həyata keçirilə bilər. Layların yatım bucağı bu böyük və bircinsli olduqda bu üsul daha çox səmərə verir.



Şəkil 3.
Yüklə 66,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə