Nənəsinə dedi



Yüklə 237,02 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü237,02 Kb.
#73379


Cırtdan

   Biri vardı,          biri yoxdu, bir qarı vardı. Bu qaranın bir balaca nəvəsi          vardı. Nəvə o

qədər balaca idi ki, ona Cırtdan          deyərdilər.

            Bir gün Cırtdan gördü ki, qonşu          uşaqları meşəyə oduna gedirlər, gəlib         

nənəsinə dedi:

            - Ay nənə, uşaqlarla oduna mən də          gedəcəyəm.

            Qarı uşaqları çağırıb          hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı          da

onlara tapşırdı.

            Yolda Cırtdan özünü yerə vurub          getmədi, yoldaşları dedilər:

            - Ay Cırtdan, niyə gəlmirsən?

            Cırtdan dedi:

            - Nənəm məni sizə tapşırıb,          məni dalınıza alıb aparın.

            Yoldaşları onu növbə ilə dallarına          alıb, meşəyə gətirdilər.

            Uşaqlar başladılar odun yığmağa.          Gördülər ki, Cırtdan yığmır. Dedilər:

            - Ay Cırtdan, sən niyə odun yığmırsan?

            Cırtdan cavab verdi:

            - Nənəm məni sizə tapşırıb,          mənə də yığın.

            Uşaqlar ona da odun yığdılar. Sonra          hər kəs öz odununu şələ bağlayıb         

dalına aldı. Gördülər Cırtdan oturub baxır.             Ona dedilər:

            - Ay Cırtdan, sən niyə odununu götürmürsən?

            Cırtdan cavab verdi:

            - Nənəm məni sizə tapşırıb,          mənim odunumu da götürün.

            Uşaqlar əlacsız qalıb, onun da odununu          dallarına götürdülər. Bir az yol gedəndən  

       sonra gördülər ki, Cırtdan geridə qalıb          ağlayır. Dedilər:

            - Ay Cırtdan, niyə ağlayırsan?

            Cırtdan cavab verdi:

            - Yorulmuşam. Nənəm sizə yağ          yaxmacı verdi....

            Yoldaşları onun sözünü ağzında          qoydular. Onlardan biri Cırtdana acığlandı:

            - Pis öyrənərsən. Daha səni          dalımıza götürən deyilik!

            Cırtdan əlacsız qalıb yoldaşlarının          dalınca getməyə başladı. Onlar bir xeyli

getdikdən          sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar.          Meşədən çıxanda

gördülər ki, bir          tərəfdən işıq gəlir, o biri tərəfdə          it hürür. Biri dedi: işıq gələn tərəfə      

   gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər          ha tərəfə getsinlər. Axırda Cırtdandan

soruşdular:

            - Ay Cırtdan, it hürən tərəfə          gedək, yoxsa işıq gələn tərəfə?

            Cırtdan cavab verdi:

            - İt hürən tərəfə getsək,          it bizi qapar. İşıq gələn tərəfə          gedək, bəlkə yolu tapa

bildik.


            Uşaqlar işıq gələn tərəfə          gedib bir divin evinə çıxdılar. Div onları görəndə         

sevinib öz-özünə dedi: "Yaxşı oldu.          Gecə onları bir-bir yeyərəm." uşaqlara bir          az

çörək yedirdib yatırdı. Gecədən          bir az keçəndən sonra div uşaqların birini yemək         

istədi. Uşaqların yatıb-yatmadığını          bilmək üçün dedi:

            - Kim yatıb, kim oyaq?

            Bu sözü eşidəndə Cırtdan          tez başını qaldırıb dilləndi:

            - Hamı yatıb, Cırtdan oyaq.

 1 / 2



Cırtdan

            Div soruşdu:

            - Cırtdan, niyə yatmırsan?

            Cırtdan dedi:

            - Nənəm mənə hər gecə qayğanaq          bişirərdi, yedirib yatırardı.

            Div qalxdı, tez qayğanaq bişirib Cırtdana          yedirtdi ki, bəlkə yatsın.

            Bir qədər keçəndən sonra div          yenə soruşdu:

            - Kim yatıb, kim oyaq?

            Yenə Cırtdan başını qaldırıb          dedi:

            - Hamı yatıb, Cırtdan oyaq.

            Div soruşdu:

             - Cırtdan, indi niyə yatmırsan?

            - Hər gecə nənəm mənə çaydan          xəlbirlə su gətirərdi.

            Div ayağa qalxdı, bir xəlbir götürüb          çaydan su gətirməyə getdi. Cırtdan da tez

yoldaşlarını          oyadıb dedi:

            - Bu div bizi yemək istəyir. Qalxın, qaçaq.

            Uşaqlar tez qalxdılar, qaçıb çaydan          keçdilər.

            Bu tərəfdən div nə qədər          xəlbiri suya salıb qaldırsa, gördü ki, xəlbirdə          su

qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə,          bir də gördü ki, uşaqlar çayın o tərəfindən  

       gedirlər. İstədi sudan keçib uşaqların dallarınca          düşsün, amma keçə bilmədi. Axırda

onları          səslədi:

            - Ay uşaqlar, sudan nə təhər keçdiniz?

            Cırtdan tez cavab verdi:

            - Get bir dənə dəyirman daşı          tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.

            Div Cırtdanın sözünə inandı,          gedib bir dəyirman daşı tapı boynuna keçirtdi,         

özünü suya atdı, suda boğulub öldü.



  

 2 / 2

Yüklə 237,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə