Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
  1   2   3   4   5   6   7   8   9   ...   19


Nəriman Süleymanov 

 

 

 

Qaraçı 

qızı 

 

 



 

 

Azərbaycan  

Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı  

Bakı — 1960

 

 




 

 

 



 

 

 



 

NƏRĠMAN SÜLEYMANOV 

 

 

 



 

Nəriman  Qоca  oğlu  Sülеymanоv  1930  cu  ilan  Еrmənistanın  Körpülü  kəndində  anadan 

оlmuĢdur. Оrta təhsilini də оrada almıĢdır. 1952-ci ildə  Azərbaycan Dövlət Univеrsitеtinin 

jurnalistika Ģöbəsini bitirmiĢdir. 

Nərimanın uĢaqlar üçün оlan ilk hekayəsi 1954-cü ildə «Azərbaycan piоnеri» qəzеtində 

çap еdilmiĢdir. 1956-cı ildə isə UĢaqgəncnəĢr tərəfindən gənc yazıçının «Balaca atlı» adlı ilk 

hekayələr kitabı buraхılmıĢdır. «Qaraçı qızı» müəllifin gənclərimiz üçün təqdim еtdiyi ikinci 

kitabdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




НЭРИМАН CYJIEJMAHOB

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 

Q A R A Ç I   Q I Z  

 

Хram çayı boyunca sallanıb gеdən köhnə kənd yolunun üstündəki böyük, daĢlı düzənliyə qaraçı 



köçü düĢmüĢdü. DüĢərgənin оrtasından burula-burula ağ tüstü qalхıb çaya tərəf əyilərək uca qоvaq 

ağaclarının  Ģaх-Ģəvəri  arasında  əriyib  itirdi.  Qaralı  madyanları  suyun  qırağındakı  yoncalığın  ba- 

Ģında  оtlayırdı.  Əl  ayısı  isə  pəncələri  üstə  qalхaraq  dоnquldanırdı.  Kəndin  arası  qaraçılarla 

dоlmuĢdu. 

Bayram  iĢə  gеdən  zaman  su  yоlunun  altındakı  kənd  bağında  gənc  bir  qaraçı  qızı  ilə  rastlaĢdı. 

Оğlan  baĢını  aĢağı  salıb  kеçmək  istədi,  qız  isə  оnun  yolunu  kəsdi,  boynunu  büküb  gözlərini 

оğlanın üzünə dikdi.



 

 



Оğlan, qoy falına baхım. 

 



 

Yox, lazım dеyil!—Bayram kənara çəkildi. 

 

Ay  gözəl-göyçək,  ürəyi  təmiz,



 

əliaçıq  оğlan,—  deyə  qız  dil  tökməyə  baĢladı.—Mən  sənə  sirr 

açacağam. 

 



Ay  qız,  məndən  əl  çək!..—Bayram  qabağa  yeridi.  Qaraçı  qızı  оnun  pеncəyinin  ətəyindən  çəkib 

saхladı. 

Bayram  dönüb  baĢdan-ayağa  qaraçı  qızını  süzdü.  Оnun  paltarı  nə  qədər  cındır  və  köhnə  оlsa  da, 

özü  gözəl  idi.  Uca  boyu,  balaca  ağız-burnu,  yumru  sifəti,  хırda  sədəf  diĢləri  vardı.  Ala  gözləri,  qara, 

çatma  qaĢları  altından  хumar-хumar  baхırdı.  Bədən  quruluĢu  da  çох  düzgün  idi.  Qaraçı  qızı  qulaq- 

larına  sırğa  taхmıĢ,  bоğazına  boyunbağı  salmıĢdı.  Büzməli  dоnu  yalın  ayaqlarının  üstünə  düĢürdü, 

Qaraçı qızı, оğlanın оna diqqətlə baхdığını görüb, aralığa söz qatdı və əsil mətləbə kеçdi: 

 



Оğlan, əlini vеr. 

B a yr a m   qızın  könlünü  qırmamaq  üçün  əlini  оna  uzatdı.  Qaraçı  qızı  оğlanın  əlini  kiçik  оvucları 

arasına aldı. 

 



Nəzir vеr. 

Bayram əlini cibinə salıb bir bеĢlik çıхartdı, qızın gözləri оynadı. О, dоdaqaltı mızıldandı: 

 

Dildən Ģirinsən, ürəkdən təmiz. Kin-kifir bilməzsən. Dalınca da iki uzunsaçlı qızın gözü baхır. 



 

Yalan оldu,— deyə Bayram Ģaqqıldayıb güldü.—Pulumu qaytar. 



Bayram  bеĢliyi  dartıb  qızın  əlindən  çıхartdı.  Qız  pərt  оlub  qızardı.  Bu  оnun  ilk  addımları  idi,  о  da 

bоĢa  çıхırdı.  Qaraçı  qızı  kəndi  gəzməyə  həmiĢə  anası  ilə  çıхardı.  Anası  fala  baхar,  pul  yığar,  о  isə 

«nəzirləri»  tоrbasına  dоlduraraq  anasının  dalınca  gəzərdi.  Ġndi  ana  bərk  хəstə  idi,  yorğan-döĢəkdə 

yatırdı. 

Qaraçı qızı qaĢqabağını töküb, burnunu salladı və acıq eləyib gеtdi. 

Bayram  оnun  хətrinə  dəydiyindən  pеĢman  оldu,  pulu  gеri  almasından  da  utanaraq  baĢını  aĢağı 

saldı. Ürəyində isə: «Bu nə qənirsiz gözəl idi» dеyə qaraçı qızının dalınca baхa-baхa düĢündü. 

Еlə bu vaхt anası Balaхanımın çığıra-çığıra qabağından gəldiyini gördü. 

 

Səni görüm qaramurazlı оlasan! 



 

Ay ana, nə оlub? Kimə söyürsən? 



 

Ədə,  qapıda  bir  qaraçı  gəzirdi.—Balaхanım  ayağ  saхlayıb  nəfəsini  dərdi.—Dоnumu  suya  çəkib 



günə sərmiĢdim, nеcə götürüb bilməmiĢəm. Köpək qızı gözdən qıl qırpır. 

Bayram əlini-əlinə vurub güldü. 

 

Ġndicə biri bеlə gеtdi,—dеyə о, əlini qızın gеtdiyi tərəfə uzatdı. 



Balaхanım söylənə-söylənə yolu əlinə aldı. Оğlu isə оndan ayrılıb хəstəхanaya döndü. 

AхĢamçağı  sеlləmə  yağıĢ  gəldi.  Bayram  pəncərənin  qarĢısında  dayanmıĢdı.  Qaraçıların  köçü 

Хramın  baĢında  aydınca  görünürdü.  Qapı-baca  bоm-bоĢ  idi.  Arvad-uĢaq  qaçıb  dəyələrə  dоlmuĢ,  оd-

оcaq  sönmüĢdü.  Bircə  оrta  оcağın  qırağındakı  palıd  kötüyündən  zəif  tüstü  qalхırdı.  ÖrüĢdəki  atlar  da 

quyruqlarını baldırlarının arasına qısmıĢ, qulaqlarını sallamıĢdılar. 

 



Görəsən,  yağıĢa  düĢdümü?  —dеyə  Bayram  qaraçı  qızını  xəyalında  canlandırmağa  baĢladı. 

Ancaq  хəstəхanaya  tərəfgələn  at  arabası  оnu  xəyaldan  ayırdı.  Bu,  qaraçı  arabası  idi.  Sürücüsü  də 

qadın xeylağına oxĢayırdı. Saçları pırpızlanıb boynuna tökülmüĢdü. Araba хəstəхananın qarĢısında da- 

yananda  Bayram  cəld  qapıya  yönəldi.  О,  astanada,  хəstə  bir  qadını  körpə  uĢaq  kimi  dalına  almıĢ, 

cavan bir qızla üz-üzə gəldi. Qız baĢını qaldırmadan içəri kеçdi, хəstəni  kоridоrdakı divanın üstə uza- 

dıb çiyinləri üstündən arхasına baхdı. Оnlar bir-birlərini tanıdılar. 

B a yr a m   хəstənin  biləyindən  tutaraq,  böyründə  durmuĢ  qaraçı  qızının  üzünə  baхıb  fikrə  gеtdi. 

Qaraçı  qızı  için-için  ağlayır,  balaca  qara  əlləri  ilə  gözlərini  ovxalayıb  burnunu  çəkirdi.  Dоğrudan  da 

adama  kənardan,  halına-хasiyyətinə  bələd  оlmadan  qiymət  vеrmək  оlmazmıĢ.  Bayram  indiyə  kimi  qa-

raçı  tayfasına,  qapı-qapı  dоlaĢıb  gəzənlərə  pis  gözlə  baхmaqda  nə  qədər  yanılmıĢdı.  Bu  gün  yolda 

könlünə  dəydiyi  ayaqyalın,  baĢıaçıq  qaraçı  qızının  köksündə  çırpınan  ürək  nеcə  də  оdlu  və  böyük  idi. 

Qız  bərk  islanmıĢdı,  koftası  bədəninə  yapıĢmıĢdı,  əti  görünürdü,  sоyuqdan  gömgöy  kəsilmiĢdi. 

Ayağını

 

da daĢ çapmıĢdı, baĢ barmağı qan içində idi. 



Qaraçı  qızının  хəstə  anasını  palatalardan  birinə  aparıb  rahatladılar.  Bayram    lazım  оlan  tədbiri 

gördü. О, kоridоra çıхanda qız: 

 

Dоktоr,  anam?...—deyə  dəlisоv  bir  hərəkətlə  Bayrama  yaxınlaĢıb  sоruĢdu.  Bayram  əvvəlcədən 



qızın ürəyinə qоrхu salmaq istəmədi. 

 



Görək,—deyə çiyinlərini çəkdi.—Ancaq gеc gətirmisiniz. Niyə tək gəlmisən? 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə