Bolşakov A.Q., Nesmelova M.Y.
Təşkilatların konfliktologiyası. Dərs vəsaiti. - M.: MZ Press, 2001. - 182 s. ISBN
5-94073-003-5
Elmi iş «Təşkilatların konfliktologiyası» kursunun öyrənilməsi üçün zəruri
olan nəzəri, metodik və praktik materiallardan ibarətdir.
Vəsait təşkilatlarda müasir menecmenti öyrənən tələbə, aspirant və müəllimlər
üçün nəzərdə tutulmuşdur. Ondan iqtisadiyyat, menecment, sosiologiya, dövlət və
bələdiyyə idarəetməsi, mədəniyyətşünaslıq kimi ixtisasların öyrənilməsi zamanı
istifadə etmək məsləhət görülür.
RESENZENTLƏR:
Menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor M.R.
Saflullin (Kazan maliyyə-iqtisad universiteti);
Sosiologiya bölməsinin aparıcı elmi əməkdaşı, sosiologiya elmləri doktoru
Y.R. Xayrullina (Tatarıstan Respublikası Elmlər Akademiyasının sosial-iqtisadi və
hüquq elmləri İnstitutu)
ISBN 5-94073-003-5
Bolşakov A.Q., Nesmelova M.Y.
© M3 Press, 2001
GİRİŞ
Diqqətinizə çatdırılan dərs vəsaiti müəlliflərin Kazan şəhərinin müxtəlif ali
məktəblərində həyata keçirdiyi müəllimlik fəaliyyətinin nəticəsidir. «Təşkilatların
konnfliktologiyası» tədris kursu «Menecment», «İqtisadiyyat», «Dövlət və bələdiyyə
idarəetməsi», «Sosial fəaliyyət» ixtisasları üzrə təhsil alan tələbələrə keçilmişdir.
Dərs vəsaiti 3 hissə və 7 fəsildən ibarətdir. Birinci hissənin «Konfliktologiya
nəzəriyyəsi» adlanan birinci fəslinə «Təşkilatların konfliktologiyası» kursunun 8
mövzudan ibarət müəllif proqramı daxil edilmişdir. İkinci fəsil müəlliflərin həmin
kurs çərçivəsində oxuduqları yeddi mühazirəyə həsr edilmişdir. Bu fəsillərdə
münaqişə nəzəriyyəsinin əsas müddəaları cəmlənmiş, təşkilati münaqişələrin
səbəbləri, funksiyaları və tipologiyaları göstərilmiş, münaqişələrin inkişaf mərhələləri
və şəraiti, təşkilatlardakı münaqişələrin qarşısının alınması və idarə edilməsi və həll
edilməsi imkanları təsvir edilmişdir. Kursun səkkizinci fəsli «təşkilatlarda
fərdlərarası, şəxsi və digər münaqişələrin həllinin diaqnostikası və vasitələri» -
konfliktologiyanm tətbiqi aspektlərinə həsr edilmiş və bu səbəbdən də mühazirələrin
nəzəri kursuna daxil edilməmişdir.
Dərs vəsaitinin ikinci hissəsi «Konfliktoloji praktikum» özündə mühazirə
kursu sxemlərinə, kursun səkkiz mövzusuna aid testlərə, «Konfliktologiya» kursunda
sosial avtobioqrafiya metodikasına həsr edilmiş üç fəsli ehtiva edir.
Üçüncü hissə «Münaqişə müntəxəbatı» iki fəsildən ibarətdir. Birincisinə
müxtəlif təşkilatlarda (şəhərlərdə, sosial hərəkatlarda, korporasiya və şirkətlərdə)
münaqişə və münaqişələr nəzəriyyəsi üzrə xarici müəlliflərin klassik əsərlərindən
hissələr daxil edilmişdir. R. Darendorfun (Dahrendorf R. Toward a Theory of Social
Conflict // The Journal of Conflict Resolution.-xi (1958). - №2), A. Turenin (Touraine
A. Return of the Actor. Social Theory in
Postindustrial Society. - Minneapolis, 1988), S.P. Xantinqtonun (Hungtington S.P.
The glash of Civilization? // Foreign Affairs. - 1993 (Summer). - p. 29-31)
mətnlərindən hissələrin ingilis dilindən tərcüməsini A.Q. Bolşakov, R. Kollinzin
(Collins R. Conflict theory: toward an explanatory science. - New York: Academic
Press, 1975) mətnlərinin tərcüməsini isə V.A. Epşteyn həyata keçirmişdir. S.P.
Lipsetin, M.Deyç və S. Şikmanm, S.Barrakatm mətnləri aşağıdakı nəşrlərdən daxil
edilmişdir: Novoye vremya. - 1991. - № 21; Sosial konflikt. - M.: İNİON AN SSSR ,
1991; Urban Age («Şəhərlər dövrü»). -
1998.
5-ci buraxılış, №4 (Yaz). «Partisipator menecment konsepsiyası» mətnindən
hissələr isə Amerika ədəbiyyatında partisipator menecment konsepsiyasından daxil
edilmişdir (xülasə) // Müəssisədə sosial münaqişə problemləri. - M.: İNİON AN
SSSR, 1980.
Vəsaitin sonuncu hissəsinin ikinci fəsli Rusiya Federasiyası və onun
subyektlərində sosial əməkdaşlıq haqqında hüquqi akt və materiallardan ibarətdir.
«Sosial əməkdaşlığın qanunvericilik bazası», «Regional sosial əməkdaşlıq
təcrübəsi», «Moskva şəhərində sosial əməkdaşlıq sistemi», «Tatarıstan
Respublikasında sosial əməkdaşlıq sistemi» materialları götürülmüşdür: Sosial
əməkdaşlıq: lüğət-kitabça. Müəllif kol. rəh. V.N. Kiselyov, V.Q. Smolkov; AT və
SO- M.: «İqtisadiyyat» Nəşriyyatı» ASC,
1999.
- s. 64-65, 128, 181-182, 183-184.
Dərs vəsaiti özündə mühüm konfliktoloji termindərin lüğətini, ədəbiyyat
siyahısını ehtiva edir.
HISSƏ
L
KONFLIKTOLOGIYA
NƏZƏRİYYƏSİ
FƏSİL L «TƏŞKİLATLARIN KONFLİKTOLOGİYASI»
TƏDRİS KURSUNUN PROQRAMI
Fənnin tədrisi-tematik plan
№
Mövzular
Mühazirə Seminar
(saat)
(saat)
1 Konfliktologiya elmi və tədrisi fənn kimi
6
3
2 Təşkilati münaqişələr
6
6
3 T əşkilatlarda münaqişələrin qarşısının
4
2
alınması
4 Təşkilat sistemində münaqişələrin idarə
4
2
edilməsi metodları
5 Münaqişələrin həll edilməsində vasitəçilik
4
2
6 Münaqişələrin həll edilməsi yolunda danışıqlar
prosesi
6
6
7 İstehsalat münaqişələri və sosial əməkdaşlıq
6
1
8 Təşkilatlarda fərdlərarası, şəxsi və digər
münaqişələrin həllinin diaqnostikası və vasitələri
14
Cəmi 72 saat
36
36
Dostları ilə paylaş: |