Neuer Text



Yüklə 118,42 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü118,42 Kb.
#76271


 

Hörmətli xanımlar və cənablar, əziz dostlar, 



Allaha, Tanrıya, Yaradana həmd olsun. 

Mən bir neçə gün əvvəl 81 illik yubileyi münasibətilə Müqəddəs Ata 

Papa Fransisə baş çəkərək ona gələcək tədbirlər barədə məlumat verdim 

və  o,  Zati-aliləri  cənab  Prezident  və  Zati-aliləri  Şeyxülislam,  habelə 

bütün  tədbir  iştirakçılarına  öz  səmimi  salamlarını  çatdırdı  və  dialoqun 

sülh və əmin-amanlıq gətirəcəyinə ümid etdiyini bildirdi.    

Bir  neçə  ay  əvvəl  mən  köhnə  dostum  Lahorun  baş  müftisi  Mövlana 

Əbdül Kabir Azadı onun böyük məscidində ziyarət etdim, orada 100.000 

nəfər  insan  eyni  anda  dua  edirdi.  Lakin  bu,  rəsmi  ziyarət  idi,  mən 

Ümumdunya Evangelistlər Alyansının icması və onun 600 milyon üzvü 

adından ona Lahorda xristian məhəllələrini yandırmaq istəyən böyük bir 

izdihamı  dayandırdığı  üçün  öz  dərin  təşəkkürümü  bildirdim,  o,  bunu 

müxtəlif  zamanlarda  üç  dəfə  həyata  keçirmiş,  həmin  izdihamın 

qarşısında duraraq onlara bunun Allahın arzusu olmadığını bildirmişdir. 

Mən  bu  hadisələrə  şahid  olan  bir  neçə  insandan  eşitmişəm  ki,  bir  dəfə 

izdiham ayağa qalxmış və bu cəsur və mömin insan onlara bildirmişdir: 

Onları öldürmək istəyirsinizsə, ilk öncə məni öldürməlisiniz. Bununla da 

izdiham dayanmışdır. Bu, həmrəyliyin ən bariz nümunəsidir!    

Azərbaycanda  bu  cür  izdihamlar  olmur,  lakin  nə  vaxtsa  belə  bir  hal 

yaşansa belə, dini liderlərdən əvvəl hökumət onların qarşısını alar. Bəzi 

insanlar  Azərbaycanın  heç  bir  ölkənin  müəyyən  müddətdən  bir 

yaşanmayacağına  zəmanət  verə  bilməyəcəyi  nadir  cinayət  xarakterli 

hadisələr  istisna  olmaqla,  dini  radikalların  burada  yaşayan  insanların 

həyatı üçün təhlükə yaratmadığı təhlükəsiz bir ölkə olduğunun səbəbləri 

barədə düşünmür.   

Lakin  dünyaya  nəzər  yetirsək  görərik  ki,  Azərbaycanda  hər  zaman 

sülh  olmamışdır.  Belə  ki,  onun  konkret  problemləri  olan  müsəlman 

dövlətləri,  İran  və  Türkiyə  kimi  qonşuları  var.  Azərbaycanla  İraq  və 

Suriya  arasında  ən  qısa  məsafə  təqribən  400  km-dir.  Azərbaycan 

Gürcüstan,  Ermənistan  və  Rusiya  kimi  xristian,  pravoslav  ölkələri  ilə 

qonşudur  və  həmin  ölkələr  xristianların  çoxluq  təşkil  etdiyi  bir  çox 

ölkələrdən  fərqli  olaraq,  siyasət  və  dini  bir-birinə  qarışdırır,  onların 

ölkədaxili problemləri var və onlar Dağlıq Qarabağ ilə əlaqədar mənfur 

düşüncələrə  malik  olmaqla,  Azərbaycanı  heç  istəmədiyi  halda  dindən 

dəstək  alaraq  vətəndaş  müharibəsinə  cəlb  etmişdir.  Əgər  hazırkı 



 

prezidentin  atası  və  onun  sülhməramlı  səyləri  olmasaydı,  hazırda 



vəziyyət  çox  daha  ağır  olardı.  Mən  bu  ölkənin  həmin  münaqişələrdən 

sonra  qaçqın  düşən  çox  sayda  insan  üçün  nə  qədər  çalışdığını,  onları 

düşmən  və  ya  girov  olaraq  görmədiyini,  əksinə  şiddətli,  zorakı 

münaqişənin yoxsul qurbanı kimi dəyərləndirdiyini bilirəm. 

Bu  hadisədə,  islam  Azərbaycanda  müsəlman  inanclarının  müxtəlif 

formaları arasında həmrəylik yaradan, habelə daha azsaylı dini inanclar 

və xüsusilə xristianlıq və iudaizm ilə həmrəylik içində olan bir din kimi 

tanınmışdırsa, bu, xüsusilə ölkəmizin bu gün də mövcud olan ən yüksək 

siyasi və dini qurumu tərəfindən təmin edilən ən böyük təxəyyül, plan və 

fəaliyyətin  nəticəsi  olmuşdur.  Mən  bir  neçə  səfərdə  müsəlman,  yəhudi 

və  xristian  dini  etiqadlarının  müxtəlif  ibadət  yerlərini  ziyarət  etdiyim 

üçün  buna  şahidlik  edə  bilərəm.  Səsləndirdiyiniz  gözəl  nümunə  üçün 

təşəkkür edirəm!  

Məhz bu səbəbdən Müqəddəs Ata Papa Fransis ölkəni ziyarət etmiş və 

onların  hər  ikisinə  dərin  təşəkkürünü  bildirmişdir,  mən  onu  müşayiət 

etdiyim və Papanı Bakıda müşayiət edən qrupun xüsusi qonağı olduğum 

üçün bunun şahidi olmuşam.  

Dövlət başçıları və dini liderlər ayrı səlahiyyətlərə malik olsa da, bir-

biri  ilə  və  ölkənin  bütün  vətəndaşları  ilə  həmrəylik  içində  fəaliyyət 

göstərməlidirlər.   

Amerika  Birləşmiş  Ştatlarının  İstiqlal  Bəyannaməsinin  başlanğıcında 

deyilir: 

 “Biz bu həqiqətləri açıq şəkildə ifadə edirik ki, bütün insanlar bərabər 

yaradılmışdır  və  onlar  Yaradıcıları  tərəfindən  müəyyən  ayrılmaz 

hüquqlarla  təmin  olunmuşdur,  bunlar  arasında  yaşamaq,  azadlıq  və 

xoşbəxt  olmaq  hüquqları  vardır.  Bu  hüquqları  təmin  etmək  üçün, 

hökumətin səlahiyyət verdiyi müəyyən qurumlar təsis edilmişdir” 

ABŞ  o  zamanlar  öz  standartlarına  uyğunlaşmırdı.  Afro-amerikalılar 

hələ  də  qul  kimi  saxlanılırdı,  dini  azadlıq  geniş  idi,  lakin  xristianlıq  və 

iudaizmin bir çox formalarını hələ də əhatə etmirdi.  

Qərb  fərdçiliyi  əsasən  insanların  öz-özlərini  idarə  etməli  və  bu 

həyatda tək irəliləməli olduqları firkrini irəli sürür. Halbuki real həyatda 

bütün  insanlardan  təcrid  olunmaq  tək  məhkumluq  işgəncəsinin  sübut 

etdiyi kimi, insanları öldürə bilər.  




 

Bəyannamənin  verdiyi  mesajın  “açıq”  və  düzgün  olduğunu 



düşünürəm: 

Allah  biz  insanları  çox  gözəl  şəkildə  yaratmışdır  və  bu,  insan 

hüquqları  və  siyasətlə  bağlı  istənilən  müzakirənin  başlanğıc  nöqtəsi 

olmalıdır. Allah bizi tək olmaq üçün deyil, kiçik və ya daha çox fərddən 

ibarət  olan  geniş  ailələrimizlə,  həmkarlarımızla,  icma  və  qruplar 

daxilində,  yoxsullar  və  qullarla  həmrəylik  içində  yaşamaq  üçün 

yaratmışdır. 

Bu  həmrəyliyin  bir  forması  rəhbərlərin  bütün  sülhsevər  vətəndaşları 

qoruduğu  və  onları  radikal  vətəndaşlardan  müdafiə  etdiyi  Dövlətdir. 

Dövlət  yalnız  onunla  eyni  fikirdə  olan,  və  ya  eyni  qrupdan  və  ya  eyni 

dini təriqətdən olan insanları deyil, bu vahid iqtidardan şühbə duymadığı 

müddətcə  bütün  vətəndaşları  qoruyur.  Lakin  həmrəylik  də  çox  sayda 

sülhsevər  möminləri  Allahın  və  dinin  adından  sui-istifadə  edən  və  bir 

çox  halda  digərləri  ilə  müqayisədə  daha  çox  öz  dini  inancından  olan 

insanları öldürən azsaylı dini radikallardan qorumağı zəruri hesab edir. 

Azərbaycan  Respublikasına  Yaradılanın  həmrəyliyi  ilə  bağlı  həyata 

keçirdiyi uğurlu fəaliyyət üçün dərin təşəkkürümü bildirirəm.    

Allaha həmd olsun. 

Baş keşiş Prof. Dr. Dr. Tomas Şirmaxer   

Beynəlxalq  İnsan  Hüquqları  Cəmiyyətinin  Beynəlxalq  Şurasının 

prezidenti. 

 

Ümumdunya Evangelistlər Alyansının baş katibinin müavini  



Yüklə 118,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə