“Nevrologiya”



Yüklə 344,5 Kb.
səhifə1/5
tarix23.09.2018
ölçüsü344,5 Kb.
#70337
növüMühazirə
  1   2   3   4   5

060914-“Nevrologiya” iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri






Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin Kollegiyasının

26.09.2011-ci il tarixli,

37 nömrəli qərarı ilə təsdiq edilmişdir




ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060914- “NEVROLOGİYA” İXTİSASININ
TƏHSİL PROQRAMI



  1. Ümumİ müddəalar

    1. Rezidentura səviyyəsinin 060914 - «Nevrologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.

    2. 060914 - «Nevrologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.

    3. İstifadə olunan işarələr:

İTP–ixtisas üzrə təhsil proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)

ÜFR – ümumi fənnlər, rotasiyalar

PFR – peşə fənnlər, rotasiyalar

ÜHM – ümumi hazırlığı mövzuları

PHM – peşə hazırlığı mövzuları

MH – Mühazirə (auditoriya saatı)

SM – Seminar (auditoriya saatı)

TM – Təcrübə məşğələ (auditoriya saatı)

SB – Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər)

As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

    1. 060914 - «Nevrologiya» ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən həkim- mütəxəssis ixtisası

Təhsil müddəti

Kreditlərin sayı

060914 - “Nevrologiya”

Həkim-nevroloq

4 il

240

  1. Həkİm-nevroloqun İxtİsas xarakterİstİkası və sərİştəlİlİyİ (kompetensİyası)

    1. Həkim-nevroloqun ixtisas xarakteristikası

Nevrologiya - insanın sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasına yönəlmiş tibbi elm sahəsidir. Həkim-nevroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.

    1. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər

2.2.1 Həkim-nevroloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:

ÜFR-01 Baza təhsİlİ

Ümumi bilik və bacarıqlar

  1. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini icra etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ hüquqi aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;

  2. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif metodlarını tətbiq etməyi bacarmalıdır;

  3. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və nevroloji xidmət göstərən müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;

  4. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili əmrlərlə təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;

  5. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət göstərməlidir;

  6. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi bacarmalıdır;

  7. Tibbdə və o cümlədən etika və deontologiya əsasları;

  8. Tibbi statistika və informatika.

ÜFR-02 KLİNİK Bİokİmya

Ümumi bilik və bacarıqlar

  1. Nevroloji xəstəliklər zamanı qan, sidik, beyin-onurğa beyni mayesində aşkar olunan biokimyəvi dəyişiklikləri bilməlidir;

  2. Laborator analizlərin aparılmasının ümümi qaydalarını, əsas qan və sidik göstəricilərinin, klinik-biokimyəvi laboratoriyada istifadə edilən cihazların və üsulların prinsipi, alınmış nəticələrin interpretasiyası;

  3. Su-elektrolit, turşu-qələvi homeostazı və metabolizm prosesləri haqqında məlumatları bilməlidir;

2.2.2. Həkim-nevroloq aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  1. Sİnİr xəstəlİklərİnİn propedevtİkası

Peşə bilikləri

    1. Ölkədə nevroloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

    2. İntensiv terapiya və nevroloji şöbələrə təcili hospitalizasiyası tələb olunan ürək-damar xəstəlikəri üzrə təxirəsalınmaz halların siyahısı;

    3. Nevrologiyada ümumi tədqiqat üsulları, funksional tədqiqat üsulları, və ilk olaraq elektroensefaloqrafiya norma və patologiya zamanı

    4. Nevrologiya və terapiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs, biokimyəvi, angioqrafik və s.);

    5. Nevroloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

    1. Nevroloji tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

    2. Xəstəyə ümumi obyektiv və nevroloji müayinələri aparmaq;

    3. Zəruri təcili yardımın göstərilməsi;

    4. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

    5. Aparıcı sindromu aşkar etmək;

    6. Xəstəliyin etiologiyasını aşkar etmək;

    7. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

    8. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

    9. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

    10. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə etmək.

  1. Klİnİk nevrologİya

Peşə bilikləri:

    1. Xəstəlik tarixini düzgün yazmağı və xəstəni tam müayinə etməyi;

    2. Sinir sistemi xəstəliyi olan xəstələrə psixi amillərin təsirlərini, eləcə də bu pasiyentlərdə profilaktika və reabilitasiya tədbirlərinin əhəmiyyəti;

    3. Sinir sisteminin anatomiyası, fiziologiyası, hemodinamikası, patologiyası;

    4. Sinir sisteminin damar xəstəlikləri: beyin qan dövranının kəskin pozulmaları – beyin infarktı, tranzitor işemik həmlə; beyin-qan dövranının xroniki pozulması.Hemorragik insult. Subaraxnoidal və beyindaxili qansızma. Spinal qan dövranının pozulması. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri. Sinir sisteminin damar xəstəlikləri üzrə Klinik Protokollar;

    5. Sinir sisteminin iltihabi xəstəlikləri – meningit, ensefalit, meningoensefalit, ensefalomielit, mielit. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    6. Dağınıq skleroz və sinir sisteminin digər demielinləşmə xəstəlikləri. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri;

    7. Epilepsiya. Təsnifat, klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri. Epileptik status, təxirəsalınmaz yardım prinsipləri.

    8. Periferik sinir sisteminin sisteminin xəstəlikləri – neyropatiya, polineyropatiya, pleksopatiya, radikulopatiya. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    9. Ekstrapiramid sisteminin xəstəlikləri. Parkinsonizm, Parkinson xəstəliyi. Essensial tremor, kiçik xoreya. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    10. Sinir sisteminin degenerativ xəstəlikləri – spinoserebellyar ataksiya, Fridreyx xəstəliyi. Hantinqton xəstəliyi. Hepato-serebral degenerasiya. Ştrümpel xəstəliyi.Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri. Tibbi-genetik konsultasiyalar.

    11. Miopatiyalar. Amiotrofiyalar. Mioplegiyalar. Miotoniyalar. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri. Tibbi-genetik konsultasiyalar.

    12. Miasteniya. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri. Miastenik və xolinergik krizlər, differensial diaqnostika.

    13. Yan amiotrofik skleroz. Sirinqomieliya. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    14. Alsheymer xəstəliyi, Pik xəstəliyi. Prion xəstəliklər. Fakomatozlar. Klinika, diaqnostika, müalicəprinsipləri.

    15. Vegetativ sinir sisteminin xəstəlikləri – miqren, vegetativ distoniya sindromu, Menyer xəstəliyi və sindromu. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    16. Nevroloji praktikada baş ağrısı və başgicəllənmə. Etiologiya, klinika, differensial diaqnostika, müalicə və profilaktika prinsipləri.

    17. Nevroloji praktikada bayılma. Differensial diaqnostika.

    18. Sinir sisteminin toksiki zədələnmələri. Alkohol, ağır metallar, digər toksiki maddələrin təsiri nəticəsində sinir sisteminin zədələnmələri. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    19. Daxili orqanların xəstəlikləri zamanı sinir sisteminin zədələnməsi. Klinika, diaqnostika, müalicə və profilaktika prinsipləri.

    20. Xəstəni intensiv terapiya şöbəsində klinik müşahidə etmə və həyati funksiyaların saxlanılma üsulları;

Peşə bacarıqları:

    1. Xəstəlik tarixini düzgün yazmağı və xəstəni tam müayinə etməyi;

    2. Sinir sisteminin xəstəliklərinin diaqnostikası, differensial diaqnostikası, müalicə və profilaktika tədbirlərinin həyata keçirilməsi;

    3. Likvor sistemində baş verən keyfiyyət, kəmiyyət, regional və qlobal dəyişiklikləri qiymətləndirməsi;

    4. Əsas xəstəlik çərçivəsində sinir sistemi probleminin qiymətləndirilməsi;

    5. Sinir xəstəlikləri üzrə Klinik Protokolların tətbiqi:

Həkim-nevrоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Lümbal punksiya və likvorun müayinəsi 20 (P) 30 (As)

    2. Epilepsiyalı xəstələrin müalicəsi 20 (P) 20 (As)

    3. İşemik insultlu xəstələrin müalicəsi 20 (P) 20 (As)

    4. Hemorragik insultlu xəstələrin müalicəsi 20 (P) 20 (As)

  1. Ambulator nevrologİya

Peşə bilikləri:

    1. Beyin və onurğa beynində, beyin damarlarında, disk yırtıqları zamanı aparılmış əməliyyatlar sonra xəstələrin müalicə və reabilitasiya həcmini təyin etmək;

    2. Nevroloji ambulator xəstələrin (uşaqlar da daxil olmaqla) müayinəsi, lazımi müayinələrin təyini və xəstəni əlavə müayinələrə göndərilməsi, diaqnozun təyin edilməsi, müalicə üsullarının müəyyənləşdirilməsi və təyinatın verilməsi, eləcə də bütün yaş qruplarında ekspertiza;

    3. Xəstənin dinamik müşahidəsi.

Peşə bacarıqları:

    1. Sağlam şəxslər və xəstələr arasında keyfiyyətli tibbi maarifləndirmə işini aparmağı.

    2. Əmək qabiliyyətinin itirilməsinin ekspertizasının aparılması;

Həkim-nevrоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Əmək qabiliyyətinin müvəqqəti itirilmə ekspertizasının aparılması 30 (P)

  1. TƏXİRƏSALINMAZ nevrologİya

Peşə bilikləri:

    1. Kəskin nevroloji sindromlu xəstələrin müalicəsi;

    2. İntensiv terapiya blokuna və ya nevrologiya şöbəsinə köçürülən kəskin beyin qan dövranının pozulmaları, həyat üçün təhlükəli bulbar simptomatikalı və digər nevroloji problemi olan xəstələrin vəziyyətinin qiymətləndirilməsi;

    3. Epilepsiyanın əsas klinik formalarının təyini, epileptik status zamanı ixtisaslaşmış nevroloji yardım;

    4. Müxtəlif genezli sinkopal vəziyyətlərin differensial diaqnostikası;

    5. Komatoz vəziyyətlər, klinik variantları;

    6. Psevdokomatoz halların diferensiasiyası (akinetik mutizm, vegetativ hal, abuliya və s.);

    7. Beyin-damar xəstəliklərinin differensial diaqnostikası və müalicəsi;

    8. Miastenik və xolinergik krizlərin diaqnostikası və müalicəsi;

    9. Kəskin kimyəvi zəhərlənmələr (psixotrop maddələr, FOB, xolinolitik təsirli, ekstrapiramid pozğunluqlar törədən maddələr) zamanı sinir sistemində baş verən dəyişikliklər;

Peşə bacarıqları:

    1. Tənəffüs yollarının keçiriciliyinin bərpa edilməsi;

    2. Lümbal punksiyanın edilməsi və likvorun müayinəsi;

    3. EEQ aparılması və alınan məlumatların qiymətləndirilməsi;

    4. Peysmekerlərin olmasını təyin etmək;

    5. Mərkəzi venoz kateterlərin qoyulması;

Həkim-nevrоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Mərkəzi venoz kateterlərin qoyulması 10 (P)

    2. Lümbal punksiyanın aparılması və likvorun müayinəsi 30 (P)

  1. Pedİatrİk nevrologİya

Peşə bilikləri:

    1. Uşaqlarda sinir sistemi xəstəliklərinin xüsusiyyətləri;

    2. Uşaqlarda sinir sisteminin inkişafının dəyərləndirilməsi;

    3. Baş beyinin və onurğa beynin anadangəlmə qüsurları;

    4. Pediatrik nevroloji praktikada irsi xəstəliklər;

Peşə bacarıqları:

    1. Uşaqlarda sinir sisteminin xüsusiyyətlərinin təyin edilməsi;

    2. 1 yaşa qədər uşaqlara nevroloji müayinənin aparılması;

    3. Pre-, perinatal nevroloji pozğunluqların diaqnostikası, müalicəsi və profilaktikası, lazımi tədbirlərin aparılması;

    4. Uşaqlarda febril qicolmalar, diaqnostikası, müayinə və müalicəsi üsulları;

    5. Uşaq serebral iflici, onun diaqnostikası, müalicə və reabilitasiyası.

  1. Elektroensefaloqrafİya (EEQ)

Peşə biliklərı:

    1. EEQ çəkilişinə olan göstəriş və əks-göstərişlər;

    2. EEQ-in interpretasiyası (norma və patologiya zamanı);

    3. EEQ müayinə məlumatlarının qiymətləndirməsi və onlara görə yekun qərarın çıxarılması;

Peşə bacarıqları:

    1. EEQ-monitorinq, Video-EEQ-in aparılması və interpretasiyası;

    2. Funksional sınaqlar zamanı EEQ-nin aparılması;

Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. EEQ 100 (İ)

    2. EEQ-ın sutkalı monitorinqi 10 (İ)

    3. Funksional sınaqlar zamanı EEQ-nin aparılması 100 (P/İ)

  1. Elektromİoqrafİya (EMQ) və Dİgər müayinə üsulları

Peşə biliklərı:

    1. EMQ çəkilişinə olan göstəriş və əks-göstərişlər;

    2. EMQ-in interpretasiyası (norma və patologiya zamanı);

    3. EMQ müayinə məlumatlarının qiymətləndirməsi və onlara görə yekun qərarın çıxarılması;

    4. Reoensefaloqrafiya (REQ). Müayinə nəticələrinin qiymətləndirilməsi;

    5. Törədilmiş potensiallar (görmə, eşitmə, somatosensor) üsulu, onun sinir xəstəliklərinin diaqnostikasında tətbiqi)

Peşə bacarıqları:

    1. EMQ-nın müxtəlif üsullarla aparılması və interpretasiyası;

Həkim-nevroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. EMQ 50(İ)

  1. Daxİlİ xəstəlİklər

Peşə bilikləri

    1. Ölkədə terapevtik yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin işinin, böyük və uşaq əhalisinə təcili və təxirəsalınmaz yardımın təşkili;

    2. İntensiv terapiya və terapevtik şöbələrə təcili hospitalizasiyası tələb olunan terapevtik təxirəsalınmaz halların siyahısı;

    3. Terapiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs, biokimyəvi, angioqrafik və s.);

    4. Terapiyada ümumi tədqiqat üsulları, funksional tədqiqat üsulları və ilk növbədə, elektrokardioqrafiya norma və patologiya zamanı;

    5. Ürək-damar sistemi, böyrəklər, mədə-bağırsaq sistemi funksiyalarına instrumental və laborator nəzərət üsulları;

    6. Daxili xəstəliklərin klinikasında farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

    1. Pasiyentin xəstəliyi haqqında ətraflı informasiyanın toplanması; obyektiv müayinə üsullarının tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən, təxirəsalınmaz yardım və intensiv terapiya tələb edən hallarda;

    2. Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün lazımi ölçülərin götürülməsi;

    3. Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək (laborator, rentgenoloji, funksional və sair);

    4. Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək;

    5. Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və taktikasının əsaslandırılması;

    6. Hemostazın pozulma dərəcəsini, trombolitik terapiyaya göstərişləri təyin etmək və göstəricilərin normallaşmasına dair bütün tədbirləri yerinə yetirmək;

    7. Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;

    8. Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını aparmaq;

    9. EKQ-nin çəkilməsi və interpretasiyası.

Həkim-nevrоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı

    1. EKQ-nin çəkilməsi və interpretasiyası. 30 (P)

  1. Psİxİatrİya

Peşə bilikləri

    1. Ölkədə psixiatrik yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

    2. İntensiv terapiya və psixiatriya şöbələrə təcili hospitalizasiyası tələb olunan psixi xəstəliklər üzrə təxirəsalınmaz hallarin siyahısı;

    3. Psixiatriyada xüsusi tədqiqat üsulları (anamnez, psixosomatik statusun qiymətləndirilməsi, biokimyəvi, elektrofizioloji və s.);

    4. Psixiatrik klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

    1. Psixiatrik tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

    2. Zəruri təcili yardımı göstərmək;

    3. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

    4. Aparıcı sindromu aşkar etmək;

    5. Xəstəliyin etiologiyasını aşkar etmək;

    6. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

    7. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

    8. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

    9. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə etmək.

  1. neyrocərrahİyYƏ və neyrotravmatologİya

Peşə biliklərı:

    1. Mərkəzi və periferik sinir sistemi səviyyəsində, extra və intrakranial damarlar üzərində aparılmış əməliyyatlardan sonra xəstələrin müalicə və reabilitasiya həcmini təyin etmək;

    2. Lümbal punksiyaya göstəriş və əks-göstərişlərin təyini, likvor disfunksiyası zamanı aparılan əməliyyatlar;

    3. Sinir sisteminin şişləri və digər həcmli prosesləri (abses, sist və s.). Klinika, diaqnostika, müalicə və reabilitasiya prinsipləri. Sinir sisteminin şişləri və digər həcmli prosesləri zamanı aparılan əməliyyatlar, onlara göstəriş və əks-göstərişlərin təyini.

    4. Kəllə-beyin travması. Baş beynin silkələnməsi, əzilməsi. Travmatik kəllədaxili qansızmalar. Klinika, diaqnostika, müalicə və reabilitasiya prinsipləri, bu zaman aparılan əməliyyatlar.

    5. Onurğa sütunun və onurğa beynin travmaları

    6. Fəqərəarası disk yırtıqları zamanı nevroloji müayinənin xüsusiyyətləri. Əməliyyata göstəriş və əks-göstərişlərin təyini.

    7. Beyin ödemi. Müalicə və profilaktika üsulları.

Peşə bacarıqları:

    1. Lümbal punksiyanın edilməsi;

    2. Şuntlanma əməliyyatı aparılması üsullarının öyrənilməsi;

    3. Beyin damarları üzərində aparılan plastik əməliyyatların fəsadlarının aşkar edilməsi;

    4. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinin qiymətləndirilməsi, komatoz vəziyyət keçirən xəstələrin müalicəsi və reabilitasiyası;

    5. Mərkəzi venoz kateterlərin qoyulması üsulları;

    6. Beyin ödeminin müalicəsi və profilaktik tədbirlərin həyata keçirilməsi.

  1. İntensİv terapİya və reanİmasİya

Peşə bilikləri

    1. Təxirəsalınmaz yardım və ümumi reanimasiyanın əsas müddəaları;

    2. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun xüsusiyyətləri;

    3. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da terminal vəziyyətini göstərən əsas klinik əlamətlər;

    4. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya xüsusiyyətləri;

    5. Hospitalizasiya mərhələsində reanimasiya xüsusiyyətləri;

    6. Uğurlu reanimasiyadan sonrakı intensiv terapiya;

    7. Nevroloji klinikada intensiv terapiya və reanimasiya xidmətinin təşkili, intensiv terapiya və reanimasiya palatalarının təchizatı;

Peşə bacarıqları

    1. Ürəyin qapalı masajı;

    2. Ürəyin elektrik defibrilyasiyası və kardioversiya;

    3. Oksigenasiya,ağciyərlərin süni ventilyasiyası;

    4. Tənəffüs yollarının keçiriliciyini bərpa etmək,traxeyanın intubasiyası;

    5. Periferik damarların punksiyası, arteriyaseksiya və veneseksiya edilməsi;

    6. Magistral damarların kateterizasiyası və punksiyası;

    7. Valdman apparatı ilə Mərkəzi Damar Təzyiqinin ölçülməsi;

    8. Dərman maddələrinin yeridilməsinin bütün üsulları;

    9. Qanın, qan komponentlərinin və qan əvəzedici məhlulların köçürülməsi;

    10. EKQ çəkilməsi;

    11. Nəzəri biliklə yanaşı aşağıdakı praktik vərdişlərin yerinə yetirilməsi;

Həkim-nevrоlоq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

    1. Ağciyərlərin süni ventilyasiyası 20 (P)

    2. Endotraxeal intubasiyanın üsulları 20 (P)

    3. Tənəffüs yollarının keçiriliciyini bərpa edilməsi 20 (P)

    4. Periferik damarların punksiyası 100 (P)

    5. Ürəyin qapalı masajı 10 (P)

    6. Valdman aparatı ilə Mərkəzi Damar Təzyiqin ölçülməsi 20 (P)

    7. Arteriyaseksiya və veneseksiya edilməsi 10 (P)

    8. Defibrillyasiya və kardioversiya 10 (P)

  1. Yüklə 344,5 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə