Newsletter otcober 2011 az



Yüklə 36,38 Kb.
Pdf görüntüsü
tarix15.04.2018
ölçüsü36,38 Kb.
#38642


Sizə  böyük  məmnuniyyətlə  AMA-nın  2011-ci  il  doqquzuncu  aylıq  nformasiya  bülletenini  təqdim  edirik. 

nanırıq ki, Siz bu informasiya bülletenini məlumatlı və məqsədəuyğun olduğunu təsdiqləyəcəksiniz. Siz 

həmçinin  bu  informasiya  bülletenindən  yaxın  tədbirlər  haqqında  məlumat  əldə  etmək  və  ya  təşkilatınız 

daxilindəki  vacib  elanlar  haqqında  məlumatı  yerləşdirə  biləcəksiniz.  Əlaqələrimizi  inkişaf  etdirmək  məqsədilə  sizin  dəyərli 

rəylərinizi səbirsizliklə gözləyirik. Təşəkkür edirik!

 

AMA bülleteninə xoş gəlmisiniz!



 

Oktyabr 2011, Nəşr 9: 

Sponsorlarımızla tanış olun! 

AMA bülleteninə abunə olmaq istərdiniz? Bizə yazın: program@amfa.az  

AMA  nvestorlar Yarmarkası—2011

 

 

Azərbaycan  Mikromaliyyə  Assosiasiyası  (AMA) 



“ nvestorlar  Yarmarkası”  adlı  konfrans  təşkil 

etmişdir.  Konfransın  məqsədi  üzvlər  – 

Mikromaliyyə  institutları,  banklar,  kredit  ittifaqları 

və  investorlar  /  donorlar  və  xidmət  təminatçıları 

arasında  əlaqənin  yaradılması  və  maliyyə 

risklərinin  idarə  olunması  üçün  ən  yaxşı  təcrübə 

və  yanaşmalar  haqqında    fikirləri    bölüşmək 

olmuşdur.  

 

Qafqaz Lizinq, Dəmirbank, ResponsAbility, Triple 



Jump,  Aqroinvest,  FINCA  Azərbayan,  Inkişaf 

üçün  Maliyyə,  Software  Group,  TBC  Kredit,  VF 

AzərKredit, Avrasiya Kredit, Kredit Aqrikol, EFSE 

konfransın  təşkili  üçün  maliyyə  dəstəyi  göstərmişdilər.  Triple  Jump,  responsAbility,  Incofin,  EFSE/

Finance  in  Motion,  EBRD,  Grameen  Credit  Agricole  və  s  kimi  nvestor  şirkətləri  konfransda  iştirak 

etmişdir.   

 

Konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının  craçı Direktoru Jalə xanım Hacıyeva tərəfindən 



giriş  nitqi  ilə  açılmışdır.  Ardınca,  AMA  darə  Heyətinin  sədri  Süleyman  Kələşov,  Azərbaycan 

Sahibkarlar  Konfederasiyanın  sədri  Məmməd  Musayev,  Mərkəzi  Bankın  Baş  Direktoru    Rəşad 

Orucov,  ABŞ  Səfiri  Metyu  Brayza  və  ResponsAbility  şirkətinin  craçı  Direktoru  Sebastyan  Duke 

tərəfindən açılış nitqləri söylənilmişdir. 

 

Yarmarkanın ilk hissəsi 



“Mikromaliyyə sektorunda müştəri mühafizəsi və ədalət” mövzusuna həsr 

olunmuşdur.



 Bu sessiyada müştəri perspektivində şəffaflıq, ədalətli münasibət və müştəri hüquqları, 

bankların dayanıqlı biznes yaratmaq yanaşı, müştəri mühafizəsini də diqqət kənar qoymamalı olması 

ə

trafında müzakirələr aparılmışdır. 



 

 

Növbəti sessiya



  “Mikromaliyyədə kommersiya məqsədli və dayanıqlı təkrarmaliyyə, imkanlar və 

çətinliklər”  mövzusuna  həsr  olunmuşdur.  Bu  paneldə  təkrarmaliyyə  qurumlarından  olan 

nümayəndələri  ilə  ümumi  yenidənmaliyyələşdirmə  vəziyyəti,  qısa  müddətli  perspektivdə  gözlənilən  

dəyişikliklər, MM -lərin həll etməli olduğu məsələlər müzakirə olunmuşdur.

 

Konfrans investorların və maliyyə konsultantlarının iştirak etdiyi dəyirmi masa müzakirələri ilə davam 



etmişdir.  Bu sessiya BOKT, bank və lizinq təşkilatlarına daha çox təcrübə toplamaq, müasir kapital 

bazarındakı  yeni  imkanlar  və  texniki  bacarıqların  artırılması  imkanları  ilə  tanış  olmaq  üçün  mühüm 

şə

rait yaratmış oldu



.

 

1.  AMA  nvestorlar Yarmarkası 



2.  Nigeriya Mərkəzi Bankı üçün Öyrənmə Səfəri 

3.  Biznesinizi gücləndirən Kouçinq proqramı 

4.  SF Fondunun qrant qalibləri üçün öyrənmə səfəri 

5.  Mikromaliyyə və bazarlarda siyasət və prosedurların rolu  

6.  Təlim: Əlliliyi olan şəxslərin mikromaliyyə xidmətlərinə çıxışının təmin edilməsi   


Sosial Fəaliyyət Fondunun qrant qalibləri üçün Öyrənmə Səfəri 

AMA-nın ev sahibliyi edəcəyi növbəti öyrənmə səfərlərindən də biri Sosial Fəaliyyət Fondunun qrantla mükafat-

landırdığı 6 assosiasiya  olacaq.  20—28 Oktyabr tarixində Qazaxstan Mikromaliyyə Təşkilatları  Assosiasiyası, 

Rusiya Mikromaliyyə Sektoru Üzvlərinin Milli Əməkdaşlığı, Tacikistan, Özbəkistan və Qırğızıstan Mikromaliyyə 

Assosiasiyalarının  nümayəndələri  AMA-nın  və  onun  üzvü  VF  AzərKreditin  Sosial  Fəaliyyət    üzrə  təcrübəsini 

öyrənmək üçün Azərbaycana səfər edəcəklər.  

Şə

bəkələr  üçün  Sosial  Fəaliyyət  üzrə  Fondun  yaradılması  təşəbbüsü  mikromaliyyə  sektorunda  sosial 



fəaliyyətin  idarə  olunmasına  artan  ehtiyaca  bir  cavab  olaraq  irəli  sürülmüşdür.  Bu  təşəbbüs    mikromaliyyə 

təşkilatlarında  şəffaflığın  artırılması  və  sosial  fəaliyyətin  idarə  olunması  prosesi  və  alətlərinin  icrası  məqsədi 

daşıyır.  

Nigeriyanın Mərkəzi Bankı üçün Öyrənmə Səfəri 

Nigeriyanın Mərkəzi Bankı kənd yerləri və kənd təsərrüfatının maliyyələşdirilməsi üçün institusional mexanizm, 

xüsusən Mərkəzi Bank, ictimai və özəl sektordakı maliyyə agentlərinin kənd yerlərinin effektiv 

maliyyələşdirilməsində vasitəçiliyini öyrənmək məqsədilə Azərbaycana səfər etdi. 

“Səfər çox səmərəli oldu və biz əsasən aşağıdakı məqamları öyrəndik: 1) AMA tərəfindən həm təşkilatda, həm 

də maraqlı tərəflərlə yüksək səviyyəli görüşlərdə istifadə olunan platforma çox effektiv idi. 2) Nümunəvi bir haldır 

ki, kiçik maliyyə institutlarına əsaslanan, əla idarə olunan üzvlük üzərində qurulmuş assosiasiya potensialı artıra 

və davamlı maliyyə xidmətlərinin göstərilməsi üçün institutlara töhfə verə bilər. 3) Baxmayaraq ki, maliyyə 

institutlarının faiz dərəcəsi nisbətən yüksəkdir (27% - 30% arasında dəyişir), kənd təsərrüfatı kreditlərinin 

müştəriləri kredit əldə edə və onları yüksək faiz dərəcələri ilə lazımi vaxtda qaytara bilir. 4) Mərkəzi Bankda 

mərkəzləşdirilmiş kredit reyestri fəaliyyət göstərir və o, kredit qurumlarına açıqdır. 5) AMA-nın fəaliyyəti üzvlərin 

ehtiyaclarına yönəlib və bu üzvlərin 50%-dən çoxuna əsaslanır. 6) Mikromaliyyə xidmətlərinin göstərilməsində 

hesabatlılıq və şəffaflığın artırılması məsələlərinə xüsusi diqqət yetirilir. 7) AMA davamlı olaraq mikromaliyyə 

sektorunun maraqları üçün addımlar atır və bu da Mərkəzi Bankın Azərbaycanda maliyyə sabitliyinin qorunması 

məqsədi ilə uzlaşır. Təcrübə mübadiləsinin sonunda biz də gələcək inkişaf üçün öz tövsiyələrimizi vermək 

istərdik: 

1)  AMA  davamlılıq  konsepsiyasına  əsaslanan,  xidmət  yönümlü  üzvlük  üzərində  qurulmuş  uğurlu  tarixçəsini 

inkişaf edən ölkələrdə digər mikromaliyyə assosiasiyaları ilə paylaşa bilər.  

2) MM -lər üçün kənd təsərrüfatı və kənd yerlərinin maliyyələşdirilməsində genderlərin rolunu müəyyənləşdirmək 

məqsədilə fermerlərin kənd yerlərində maliyyəyə çıxış imkanlarının ölçü vasitəsi kimi müvafiq mexanizm işlənib 

hazırlana bilər. 

3) Fermer və kreditorların sığortalanması yolu ilə kənd təsərrüfatı kreditlərində risklərin bölüşdürülməsini təmin 

edən  əlavə  dəstək  proqramını  nəzərdən  keçirmək  olar.  Bu  mikromaliyyə  qurumlarının  fermerləri  və  kənd 

sahibkarlarını dəstəkləməyə təşviq etmək üçün ümumi konsepsiyadır.

 

4)  Mikromaliyyə  institutları  və  digər  kvazi  hökumət/donorlar  tərəfindən  dəstəklənən  maliyyə  qurumlarını  kənd 



təsərrüfatı məhsullarının emalı prosesini maliyyələşdirməyə təşviq etmək olar və bu da kənd yerlərində işsizliyin 

aradan qaldırılmasına və dəyər zəncirinin maliyyələşdirilməsinə kömək edə bilər.” - Adesemoye Adedeji  



Biznesinizi gücləndirən Kouçinq programı 

AMFA  tərənindən  təqdim  olunan  bu  unikal  individual  təlim  (Kouçinq)  proqramı  şirkətinizin  effektivliyini  və 

gəlirliliyini artırılması üçün işlənib hazırlanıb. Kouçinq proqramı şirkətinizin aparıcı işçi heyəti üçün fərdi şəkildə 

həyətə  keçirilməsini  nəzərdə  tutur.  Kouçinq  bu  kimi  mütəxəssislərə  onların  əsas  məqsədlərini  və  hədəflərini 

müəyyən etmək, onlara nail olmaq üçün fəaliyyət planı hazırlamaq və bu planın hədəflərinə çatana qədər icra 

etməkdə  köməklik edir. 

Proqram aşağıda sadalananlarla məhdudlaşmayaraq, məqsədlərinizə çatmaq üçün kömək edə bilər: 

1) Vaxtın idarə olunması.   

2)  darəetmə vərdişlərin inkişaf olunması. 

3) Satışın artırılması. 

4) Peşəkar hədəflərə nail olunması. 

5) Danışıqların effektiv aparılması. 

Bunlar fərdi kouçinq proqramların məqsədlərinin nümunələridir. Sizin üçün bu məqsədlər fərqli ola bilər və biz 

xüsusi hallar üzrə yanaşmanı sizinlə müzakirə edəcəyik. 

Kouçinq  insanların  öz  potensialından  maksimum  istifadə  etməsi,  məqsədlərini  müəyyənləşdirmək  və  öz 

hədəflərinə  ən  səmərəli  yolla  çatması  üçün  nəticə  yönümlü  bir  prosesdir.  Ənənəvi  treninqdən  fərqli  olaraq, 

kouçinq insana hazır həlli yollarının təqdim edilməsini nəzərdə tutmur, amma məsələlərin həllində insanın daxili 

potensialından istifadə edib yeni vərdişlərin əldə edilməsində və onların tətbiq olunmasında yardımçı olur. 

Son on illik ərzində kouçinq təşkilatın fəaliyyətinin gücləndirilməsi, səmərəlilik və gəlirliliyin artırılması üçün güclü 

bir  vasitəyə  çevrilib.  Araşdırmalar  Avropa  və  ABŞ-da  kouçinqdən  istifadə  edən  şirkətlərin  sayının  artdığını 

göstərir.  

Bu  gün  AMFA  Azərbaycanda  bu  unikal  kouçinq  proqramını  şirkətlərə  qürurla  təklif  edir.  Bizim  kouçinq 

ekspertimizdən faydalanmaq istəyirsinizsə, kouçinq haqqında əlavə məlumat əldə etmək üçün Günel Cəfərova 

(amfa@amfa.az) ilə əlaqə saxlayın. 




Mikromaliyyə və bazarlarda siyasət və prosedurların rolu   

Bu  məqalə  müxtəlif  vəziyyətlərdə  idaretmənin,  informasiya  sistemlərinin  menecmenti  (M S),  risklərin 

idarəolunması  prosedurları  və  kreditləşmə  metodologiylarının  rolunu  qiymətləndirir.  Bu  qiymətləndirmə  üçün 

Planet  Reytinqin  G RAFE  metodologiyasından  istifadə  edərək  130  mikromaliyyə  təşkilatında  keçirilmiş  200 

reytinqin məlumat bazasına əsaslanır.  

  

Bu  araşdırma  maliyyə  xidmətləri  menecmentinin    bütün  inkişaf  ssenarilərində  portfel  keyfiyyətinin  ən  mühüm 



determinantı olmasını göstərmişdir. Bu təəccüblü deyil, çünki bu kateqoriyanın əsas komponentlərinə potensial 

müştərini  seçmək,  ödəniş  qabiliyyətinin  qiymətləndirilməsi  üçün  kredit  prosedurları  və  siyasətləri  daxildir. 

darəçilik və Risklərin  darəolunması digər mühüm ölçü göstəriciləridir.  

  

Bu araşdırmanın digər mühüm bir tapıntısı Planet Reytinqin G RAFE qiymətlərinin növbəti 12 ay üçün  kredit 



riski  proqnoz  qiymətlərinin  düzgünlüyünün  validasiyasıdır.  Mikromaliyyə  sektoru  üçün  kredit  riski  və  artıq 

borclanma  üzrə  erkən  xəbərdarlıq  indikatorları  vacib  olduğu  üçün,  bu  araşdırma  qeyd  edir  ki,  daha  aşağı 

reytinq  qiymətləri  alan  MM -lər  daha  yüksək  reytinq  qiymətləri  alan  MM -lərdən  daha  çox  riskli  və  riskə  qarşı 

zəifdirlər.  

  

Məqaləni tam oxumaq üçün bu linkə keçin, 



click here

  

Gözlənilən tədbir 

e-MFP 2 Noyabr tarixində Lüksemburqda Avropa Mikromaliyyə Həftəsi 2011 çərçivəsində “Fiziki əlilliyi olan 

insanlarına mikromaliyyə xidmətlərinə çıxışının təmin edilməsi” mövzusunda təlim təşkil edir. Təlim üçün son 

qeydiyyat 15 Oktyabr tarixidir.   

 

Ə



lavə məlumat üçün bu səhifəyə baxın: 

http://emfp.wufoo.com/forms/training-organised-by-iddc-the-2nd-



november-2011/

 

Yüklə 36,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə