Newsletter



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67551


BOS XƏBƏR BÜLLETENİ 

PAYIZ 2016

 

 

 



 

 

 



 

Baku Oxford  

School 

 

 

 



 

 

 



WWW.BAKUOXFORDSCHOOL.COM             E-MAIL: INFO@BOS.EDU.AZ 

 

 TEL: +99412 4041330    FAX: +99412 4041329 



         Baku Oxford School Payız Bülleteni 

                                                                2016 – 2017 Tədris İli

Hörmətli məktəb cəmiyyəti, 

Sizin hamınızı, xüsusi ilə də aramıza qoşulan 

yeni 


valideyn 

və 


şagirdlərimizi  tədris 

ilimizinin  birinci  yarım  ilində  salamlayıram! 

Məktəbimizdə  şagirdlərimizin  sayı  620  çatıb 

və  artmaqda  davam  edir.  İnanırıq  ki, 

şagirdlərimizin  sayının  artması  məktəbimizdə 

tədrisin  keyfiyyətinin  və  bütün  kollektivin 

səmərəli  çalışmasının  nəticəsidir.  Bununla 

əlaqədar  olaraq,  xəbər  bülletenimizin  bu 

hissəsində məktəbimizdəki təlim və tərbiyənin 

necə 


aparılması 

və 


təlimatlandırıcı 

qaydalarımıza  müvafiq  olmasını  qeyd  etmək 

və bu haqda sizə məlumat vermək istəyriəm.   

İlk  bilməniz  gərəkən  önəmli  məsələ  odur  ki, 

biz dərslik/kitab vərdişli məktəb deyilik. Bu nə 

deməkdir,  yəni  əlbətdə  ki  biz  kitablardan 

istifadə  edirik,  ancaq  tədris  proqramını  əvəz 

etmək  ucun  deyil,  sadəcə  istiqamət  vermək 

üçün.  Bu  iki  anlayış  tamamilə  fərqlidir. 

Kitablarda  verilmiş  məlumatlar  şagirdlərin 

imtahanlarda  müvəffəqiyyətli  olmaları  üçün 

kifayət  deyil  və  lazımi  təcrübə  bacarıqlarını 

şagirdlərimizə qazandırmır. Bütün beynəlxalq 

qiymətlərndirmə  üsulları  və  imtahanlar,  istər 

İSA 

(Beynəlxalq 



Məktəblərin 

Qiymətləndirilməsi)  istər  sə  də  İGCSE  (Tam 

Orta  Təhsil  Haqqında  Beynəlxalq  Sertifikat) 

nəzəriyyə deyil təcrübi bacarıqlar tələb edir.      

Bütün  dünyada  və  beynəlxalq  məktəblərdə 

müasir  pedagoji  təcrübə  və  araşdırmalara 

əsaslanaraq  təstiq  olunmuşdur  ki,  uşaqlar 

biliklərini 

təcrübi 


sınaqlar 

əsasında 

möhkəmləndirirlər.  Mən  başa  düşürəm  ki, 

müəyyən dövrün insanları (mən özümü də bu 

qrup  insanlara  daxil  edirəm)  oxuyan  zaman, 

təhsil  tamamilə  fərqli  üsulla  aparılırdı.  Lakin 

indi  dövr  dəyişib  və  uşaqlar  müasir  tələblərə 

uyğun  təhsil  almalıdırlar.  Daha  dəqiq  desək, 

indiki  uşaqların  beyni  bizim  dövrün 

strukturundan  çox  fərqlidir.  Müasir  məktəbin 

üslünlüyü ondan ibarətdir ki, biz təhsildəki bu 

fərqliliyi  anlayır  və  qəbul  edirik,  və 

şagirdlərimizin  öyrənmə  potensialını  artırırıq. 

Bununla biz dərslərdə, fərdi bacarıqları nəzərə 

alaraq  müxtəlif  metodikadan  istifadə  edir  və 

sınanmış  təcrübələri  şagirdlərimizə  aşılamağa 

çalışırıq. Tətbiq etdiyimiz üsullardan əl çəksək, 

o  zaman  şagirdlərimiz  universitet  və  digər 

istiqamətlərdə uğursuz ola bilərər.   

Bu  linkdə,  21-ci  əsrin  tədris  tələbi  haqqında 

məlumatlar  var  və  bizim  təlim  və  tərbiyə 

metodikamızı 

özündə 

əks 


etdirir:

 

https://k12.thoughtfullearning.com/FAQ/what-are-



21st-century-skills

 

Şagirdlərimizə  evdə  dəstək  olmaları  üçün 



valideynlərə  il  ərzində  müxtəlif  mövzularda 

vorkşop/təlimlər təşkil edəcəyik. Təlimin günü 

və  mövzusu  haqqında  bütün  valideynlərə 

əvvəlcədən məlumat göndərəcəyik və tövsiyyə 

edirik  ki,  hamı  iştirak  etsin.    Xahiş  edirik 

bizimlə  ünsiyyət  qurun,  sizi  maraqlandıran 

hər-hansı  mövzu  var  sa  bizə  bildirin, 

məktəbimizin  inkişafı  üçün  sizin  fikirləriniz 

bizim üçün çox önəmlidir.  

Alexander Simester 

 

 

 



 

     


Page 1

                                                                     



 

 

  




BOS XƏBƏR BÜLLETENI       

PAYIZ 2016 

 

 

   



 

   


Erkən-İlkin Hazırlıq Mərhələsi 

 

 

Hörmətli valideynlər Erkən-İlkin Hazırlıq 



mərhələsinin payız xəbərləri səhifəsində 

sizləri xoş gördük.  

Birinci  semestrin  əvvəli  çox  məşğul  və 

səmərəli  keçmişdir,  şagirdlərimiz  bir  çox 

biliklərə nail olmuşdurlar. Nursery qrupundakı 

uşaqlar yeni mühitə uyğulmaşmış və bir-biri ilə 

dostlaşmışlar,  eyni  zamanda  ailə  və  dostlar 

haqqında  öyrənmişdirlər.  Foundation  1  sinfi  

insalnar və heyvanlar haqda, biləvasitə yaşayış 

tərzləri 

və 

evləri 


haqda  öyrənmişlər. 

Foundation  2  sinfi  onları  fənqləndirən  xüsusi 

cəhətlərə  həsr  edilmiş  “Hər  Şey  Mənim 

Haqqda” 


mövzusu 

üzrə 


məsğələlər 

keçirmişdirlər.  

 

Dərslərdən  əlavə  uşaqlarımız  həmçinin  bütün 



məktəblə  birgə  müxtəlif  tədbirlərdə  iştirak 

etmişdirlər.  Qatıldığımız  ilk  tədbir  Kitab 

Həftəsi  olmuşdur  və  şagirdlərimiz  sevdikləri 

kitab  gəhrəmanlarının  öbrazında  geyinərək 

rəngarənk 

kostyumlarla  paradda  iştirak 

etmişdirlər. Digər tədbirdə biz Azərbaycan və 

müxtəlif 

ölklərədən 

olan 


uşaqları 

salamlamışıq.  Bu  tədbir  Birləşmiş  Millətlər 

(UN)  gününə  həsr  edilmişdir  və  rəngarəng 

bayraq  paradı  ilə  sona  çatmışdır.  Beynəlxalq 

miqyasda  qeyd  etdiymiz  növbəti  tədbir Payız 

Festivalı olmuşdur.  

 

Hər həftə kitabxana saatlarımız olur və uşaqlar 



ora  gedib  yeni  kitab  seçməkdən  zövq  alırlar. 

Hər  bir  şagirdimizə  mavi  kitab  çantası 

paylamışıq.  Xahiş  edirik  nəzarət  edəsiniz  ki, 

uşaqlar  hər  gün  kitab  çantalarını  məktəbə 

gətirsinlər  və  kitablarını  çantada  saxlasınlar, 

eyni  zamanda  onları  mütaliə  etmək  üçün 

həvəsləndirməkdə bizə kömək edin.  

 

Şagirdlərimizin  nailiyyət  və  bacarıqlarını 



həftəlik  yığıncaqlarda  qeyd  edirik  və  tezliklə 

valideynləri  sinif  prezentasiyalarına  dəvət 

edəcəyik. 

Bu 


haqda 

ətraflı  məlumatı 

övladınızın  sinif  müəlliməsi  tərəfindən  yaxın 

günlərdə alacaqsınız. 

 

Qış  aylarında  nahar  zamanı  təmiz  havaya 



çıxma  vərdişimizi  davam  etdirəcəyik.  Həyətə 

çıxmadan 

əvvəl, 

şagirdlərimizin 



üst 

geyimlərini, 

papaq 

və 


şarfları  və  s. 

geyinmələrinə diqqət edəcəyik. Əgər övladınız 

xəstəlikdən yeni salağalıb və həyətə çıxmasını 

istəmirsiniz  sə,  xahiş  edirik  əvvəlcədən  sinif 

müəlliminə xəbər verin ki, bir nəfər nəzarətçi 

müəllimin onunla bərabər içəridə qalsını təmin 

edə bilək.  

Xatırlatmaq  istəyirik  ki,  Erkən  İlkin  Hazırlıq 

Mərhələsi  üçün  məktəb  telefonu  ayrılmışdır, 

övladı  və  ya  müəlliməsi  ilə  təcili  əlaqə 

saxlamaq  istəyən  valideyn  bu  nömrəyə 

0516367968  zəng  vura  bilər.  Dərs  vaxtı 

müəllimlər  telefonlarına  cavab  vermədikləri 

üçün  valideyn  qeyd  olunmuş  nömrəyə  zəng 

edərək lazımi məlumatı Nərgiz xanım vasitəsi 

ilə  aidiyyəti  olan  müəllimə  ötürə  bilər.  Saat 

15:00-dək telefona sadəcə Nargiz xanım cavab 

verə  bilər,  lakin  3-dən  sonra  həmin  nömrəyə 

zəng  edərək  sinif  müəlliməsi  ilə  də  danışmaq 

mümkündür..  

Payız  tətilində  hamınıza  yaxşı  istirahət  arzu 

edirik  və  tətildən  sonra,  16  noyabr  tarixdə 

(cərşənbə)  sizi  müəllim-valideyn  görüşünə 

dəvət edirik. 

Ms Clare Ranns 

     Erkən-İlkin Mərhələsinin Rəhbəri 

  

 

 



 

 

 



 

 

 



   

 

Page 2 




BOS XƏBƏR BÜLLETENİ 

PAYIZ 2016

 

 

    İbtidai Məktəb Xəbərləri 



 

 

 



Hər  il  olduğu  kimi  bu  il  də  yeni  tədris  ilinin 

başlanması müəllim, şagird və bütün kollektiv 

üçün  çox  həyəcanlı  və  sevindirici  olmuşdur. 

Məktəbimizin 

açılışı 

təntənəli 

sürətdə 

keçmişdir,  hətda  televiza  kanalından  çəkiliş 

oldu,  evdə  bizi  seyr  edən  insanlar  üçün 

müsahibə  alındı.  Həmin  gün  məktəbimizin 

həyətində  toplaşan  insanlar,  BOS-un  bütün 

millətlərə  açıq  olan  beynəlxalq  məktəb 

olmasını  sübut  edirdi.  Məktəb  toplumumuzda 

çoxu  Azərbaycandan,  eyni  zamanda  Çin, 

Vyetnam, İngiltərə, İrlandiya, Şri-Lanka və bir 

çox 


digər 

millətlərdən 

nümayəndələr 

mövcuddur. 

Bununla 

biz, 


qarşımıza 

qoyduğumuz 

missiyanı 

həyata 


keçirir, 

beynəlxalq 

və 

mədəniyyətlərarası 



perspektivləri  təklif  edərək  Bakıda  bir  çox 

insanın prioritet məktəbinə çevrilmişik.  

 

Məktəbin  ilk  günündən  uşaqlar  siniflərə 



yerləşmiş  və  dərslərə  başlamışdırlar.  Peşəkar 

müəllimlərimizin  sayəsində  uşaqlarımız  yay 

tətili  ərzində  unutduqları  mövzuları  qısa 

müddətdə xatırlamışdırlar.  

 

 

 



Tədris ilimizin ilk tədbiri Kitab Həftəsinə həsr 

edilmişdir  və  şagirdlərimizin  yaddaşında  bir 

sıra maraqlı və əyləncəli tədbirlərlə qalmışdır. 

Bu  həftə  ərzində  şagirdlərimiz  kitabxanamıza 

daxil  olmuş  yeni,  maraqlı  kitablarla  tanış 

olmuş  və  oxumaq  üçün  evə  götürmüşdürlər. 

Kitab  həftəsinin  məqsədi  şagirdlərimizdə 

mütaliə  sevgisi  yaratmaq  və  onları  kitab 

oxumağa sövq etməkdir. Eyni zamanda bütün 

şagirdlərimizə kitab çantaları hədiyyə etmişik 

və  istəyirik  ki,  davamlı  olaraq  onlar 

kitabxanamızdan istədikləri kitabı seçib, kitab 

çantalarında oxumaq üçün evə aparsınlar və il 

boyu mütaliə prosesi vərdişə çevrilsin. 

 

Şagirdlərimiz  kitabxanada  vaxtlarını  çox 



səmərəli  keçirirlər,  müxtəlif  tədbirlər  vasitəsi 

ilə çanlandırdıqları kitabları daha çox sevirlər. 

Həftənin  sonunda,  bütün  şagirdlərimiz  kitab 

qəhrəmanlarının 

obrazında 

rəngarəng 

kostyumlar 

geyinərək, 

paradda 

iştirak 


etmişdirlər. Bu tədbirin təşkilində əməyi keçən 

bütün kollektivimizə təşəkkür edirik  

5  oktyabr  müəllimlər  günündə  ibtidai 

siniflərimizin  iştirakı  ilə  maraqlı  konsert 

proqramı  təşkil  edilmişdir  və  şagirdlərimiz 

müəllimlərini  mahnı  və  rəqsləri  ilə  təbrik 

etmişdirlər.  Qeyd  etmək  istəyirik  ki,  bizim 

şagirdlərimizin  itedad  və  talantları  təqdirə 

layiqdir!  Bu  gözəl  konsert  proqramını  təşkil 

edən  şagirdlərimizlə  qürur  düyür  və  onlara 

təşəkkür edirik!  

 

11 



oktyabr 

tarixdə 


İbtidai 

siniflərin 

valideynləri  ilk  səhər  görüşündə  iştirak 

etmişdirlər.  Mütəmadi  keçirdiyimiz  bu 

görüşlər bizim üçün çox əhəmiyyətlidir, çünki 

görüş  vasitəsi  ilə  biz  sinin  məktəblə  əlaqəli 

fikir  və  təkliflərinizi  alır  və  əməkdaşlığımızı 

gücləndiririk. 

Həmçinin, 

missiya 


və 

hədəflərimizi xatırladır və təhsil keyfiyyətinin 

təkmilləşdirilməsi  üçün  imkanlar  yaradırıq. 

Biz çox şadıq ki, görüşlərimiz müsbət fikirlərlə 

zəngindir  və  şagirdlərimiz  məktəbi  sevir  və 

burda  xöşbəxtdirlər.  Birinci  səhər  görüşündə 

iştirak  edə  bilməyən  valideynlər  növbəti 

görüşü  qaçırmasınlar,  sizi  görməyimizə  çox 

şad olarıq! 

 

 



Birinci  yarım ilin ilk mərhələsi iki  möhtəşəm 

tədbirlə yekunlaşmışdır; bütün məktəblə qeyd 

etdiyimiz  Birləşmiş  Millətlər  günü  (UN  Day) 

və  Payız  Festivalı.  Birləşmiş  Millətlər  Günü 

müxtəlif  millətləri  bir  arada  toplamış 

kollektivimizin  bayramı,  Payız  Festivalı  isə 

rəngarəng bəzənmiş balqabaqlar, qara pişiklər, 

hörümçək  torları,  Harri  Potter,  gözəl  şəhzadə 

və digər personajlarla yadda qalmışdır. Hər iki 

tədbirdə  bizə  dəstək  olan,  uşaqlarını  biri-

birindən  maraqlı  kostyumlarda  göndərən, 

bilavasitə 

dünyanın  hər  bir  güşəsinin 

yeməklərini 

bizə 

tanıdan  və  daddıran 



valideynlərimizə 

dərin 


minnətdarlığımızı  

bildiririk.  Həmçinin,  müasir  dekorasiya  və 

qeyradi  dizayna  görə  məktəbimizin  təşkilat 

heyətinə təşəkkür edirik.  

 

Geriyə  baxanda,  tədris  ilimiz  çox  maraqlı 



başlamışdır və ümid edirik ki, ilimizin növbəti 

hissəsi  bir  sıra  maraqlı  tədbirlərlə  bizi 

qarşılayacaqdır. Növbəti tədbirimiz nə olur sa 

–  olsun,  onu  bilirik  ki,  bizim  şagirdlərimiz 

hamısını layigincə həyata keçirəcəklər! 

 

Lawrence M. Buck  



İbtidai Məktəbin Rəhbəri 

 

 



                                      

 

 



 

    


Page 3

 

 




BOS XƏBƏR BÜLLETENI       

PAYIZ 2016 

 

 

Tam Orta Təhsil Bölməsi



 

 

Sizin hamınızı məktəbimizin yeni tədris ilində 



salamlayır və yeni gələn ailələr və işçilərimizə 

xoş gəlmisiniz deyirik.  

 

Kitab Həftəsi 

Hər  il  olduğu  kimi,  bu  il  də  fənn  həftələri 

proqramını qurmuşuq və məktəbimizin önəmli 

hədəflərindən  biri  olan  mütəliə  vərdişini 

inkişaf  etdirmək  üçün  ilk  fənn  həftəmizi 

Kitablara  həsr  etmişdik.    Tam  orta  təhsil 

bölməsi şagirdləri  oxuduqları hekayələri  sinif 

yoldaşları  ilə  bölüşmüş,  sevdikləri  kitablar 

haqqında  broşur  və  posterlər  hazırlamış  və 

müxtəlif  ölkə  və  mədəniyyətlərin  ədəbiyyatı 

haqqında öyrənmişdirlər. Cümə günü keçirilən 

yığıncaq 

zamanı 

şagirdlərimiz 



yapon 

ədəbiyyatı  haqqında  layihələr  nümayiş 

etdirmişdirlər.  6-8  sinif  şagirdləri  sinif 

fəaliyyətinə  həsr  edilmiş  “Sərgüzəştini  özün 



seç”  və  “Cliffhanger  (ən  həyacanlı  an)” 

təcrübələri ilə bölüşmüşdürlər.  



  

Müəllimlər günü 

7  oktyabr  tarixdə  ibtidai  və  tam  orta  məktəb 

şagirdləri  müəllimlər  gününə  həsr  edilmiş 

konsert  proqramı  ilə  çıxış  etmişdirlər. 

Tamaşaçılar  şagirdlərimizin  məharətli  rəqsi, 

gitar  qrupunun  ifası  və  solo  talantlarımızın 

səsindən 

zövq 


almışdırlar. 

Konsert 


proqramının  sonunda,  şagirdlərimiz  “Biz 

demək  istəyirik  ki,  sizi  sevirik”  mahnısı  ilə 

müəllimlərə  olan  minnət  və  təşəkkürlərini 

ifadə etmişdirlər. 

 

Biz böyük ailəyik! 

BOS-da  müxtəlif  mədəniyyətlərini  bir  araya 

gətirərək  Birləşmiş  Millətlər  (UN)  gününü 

qeyd  etmişik.  Məktəb  kafeteriyasında  təşkil 

olunmuş  bayraq  paradı  və  beynəlxalq 

mədəniyyət sərgisi şagirdlər tərəfindən xüsusi 

zövq və həyəcanla qarşılanmışdır. Bir tərəfdə 

yuxarı  sinif  şagirdləri  UN  haqqında  debatda 

iştirak edir, digər tərəfdə isə  8-ci  siniflər 6-cı 

siniflərə  UNICEF,  UNESCO  və  WHO  kimi 

UN  (birləşmiş  millətlər)  fond  və  təşkilatları 

haqqında məlumat verirdilər.  

 

 

  



Dünya  Bankının  maliyyələşdirdiyi  Bərk 

Məişət Tullatıları Layihəsi sahəsinə səfər.  

Bir  qrup  yuxarı  sinif  şagirdləri  Balaxanıda 

yerləşən  Bərk  Məişət  Tullantıları  zavoduna 

səfər  etmişdirlər.  Səfər  zamanı  şagirdlərimiz 

dərsdə öyrəndiklərini möhkəmləndirmək üçün 

bir  çox  zəruri  məlumatlar  əldə  etmişdirlər. 

Bundan  başqa,  məktəbin  humanitar  fənlər 

departamenti  Dünya  Bankı  ila  birgə 

hazırladıqları  Yoxsullar  Gününə  həsr  edilmiş 

prezentasiyalarını  yuxarı  sinif  şagirdlərinə 

nümayiş etdirmişdirlər. 

 

Universitetə hazırlıq  

İngiltərənin  bir  neçə  nüfuzlu  universitetləri 

(London  School  of  Economics  and  Political 

Science  (LSE),  University  College  London 

(UCL)  and  King’s  College)  Bakı  Oxford 

Məktəbində  prezentasiya  ilə  çıxış  etmişdirlər. 

Yuxarı  sinif şagirdləri  yaxın günlərdə Bakıda 

keçiriləcək  beynəlxalq  təhsil  sərgisinə  dəvət 

almışlar.  Sərgidə  universitetlər  və  baş  vurma 

prosedurları 

haqqında 

ətraflı 

məlumat 


alacaqları bildirilmişdir. 

Bakı Neft Sənayesi Tarixinin Araşdırılması. 

9-cu  sinif  şagirdləri  tarix  müəllimi  və  sinif 

rəhbərlərinin müşaiyəti ilə Bakı turunda iştirak 

etmişdirlər. Tur zamanı şagirdlərimiz dünyanın 

50  faiz  neft  təchizatının  Bakının  təmin  etdiyi 

və  neft  hasilatının  yüksək  səviyyədə  olduğu 

illər 

haqqında  maraqlı  faklarla  tanış 



olmuşdurlar.  Peşəkar  və  xarizmatik  tur  gidi 

Fuad  Axundovun  canlı  təqdimatı  vasitəsi  ilə 

şagirdlərimiz  Bakının  tarixi  haqqında  bir  çox 

məlumatlar əldə etmişdirlər. 

 

Enriçment 

Proqramı 

çərçivəsində 

“İnsalnların Təbiətə Təsiri” Layihəsi  

Enriçment  proqramı  koorinatoru  Mehriban 

xanımın  təşəbbüsü  ilə  şagirdlərimizin  Şıxov 

plajına səfəri təşkil edilmişdir. Səfərin məqsədi 

insanların 

ətraf-mühitə 

təsiri, 

təbiətin 

çirkləndirilməsi  və  ətrafa  saçılan  zərərin 

həyatımıza  yansıması  və  bunun  qarşısının 

alımnası olmuşdur.  

Bu təlim səfəri, insanların plastik, şüşə və digər 

tullantı materiallarını ətrafa ataraq, təbiətimizi 

korlayaraq  canlılara  nə  dərəcədə  ziyan 

verdiyini şagirdlərimizə dərk etdirmiş və onları 

təqdimat  hazırlamağa  və  bu  məlumatı  digər 

məktəb yoldaşlarına anlatmağa sövq etmişdir. 

 

Cəmilə Çıraqzadə 



Tam Orta Təhsil Bölməsinin Rəhbəri 

 

 



 

 

 



  

 

 



 

 

Page 4 




BOS XƏBƏR BÜLLETENI       

PAYIZ 2016 

 

 

Ali Təhsil üzrə Məsləhət  



2015-2016 tədris ilini geridə qoyduq və keçən 

il  məktəbi  bitirən  şagirdlərimizin  nailiyyətini 

sizinlə  bölüşmək  istəyirəm.  Qürur  hissi  ilə 

bildirmək 

istəyirəm 

ki, 


keçən 

ilki 


məzunlarımızın 

hər  biri  istədikləri  ali 

məktəblərə  daxil  olmuşdurlar.  İki  unudulmaz 

hekayəni  nəzərinizə  çatdırıram.  A-Level 

dərəcəsini 

yüksək 


qiymətlərlə 

bitirən 


şagirdimiz  Selin  Çıraqzadə  dünyanın  ən 

nüfuzlu universitetlərindən biri olan ABŞ-nin 

Stanford  Universitetinin  Bilogiya  fakültəsinə 

qəbul olmuşdur. Macarıstan dövləti tərəfindən 

tam təqaüdə layiq görülmüş Rəsul Aydəmirov 

Budapeştin  Texnologiya  və  İqtisadiyyat 

Universitetinin 

Mexaniki 

Mühəndislik 

(maşınqayırma)  fakültəsinə  qəbul  olmuşdur. 

Keçən il məktəbi bitirən məzunlarımızın qəbul 

olduqları  ali  məktəblərin  tam  siyahısı  sizə 

təqdim edirik: 

1.

 

Azərbaycan Diplomatiya 

Akademiyası, Azərbaycan 

2.

 

Azərbaycan Dövlət İqtisadiyyat 

Universiteti, Azərbaycan 

3.

 

Avropa Universiteti, Almaniya 

4.

 

Budapeştin Texnologiya və 

İqtisadiyyat Universiteti, 

Macarıstan 

5.

 

Erasmus Universiteti, Hollandiya 

6.

 

Koç Universiteti, Türkiyə 

7.

 

Mançester Universiteti, Birləşmiş 

Krallıq 

8.

 

London Kollec Universiteti, 

Birləşmiş Krallıq 

9.

 

Stanford Universiteti, ABŞ 

10.

 

EF San Fransisko, ABŞ 

Məzunlarımızın  seçdikləri  kurslar  Biznes, 

İqtisadiyyat, 

Mühəndislik, 

Beynəlxalq 

Əlaqələr,  İçtimai  Əlaqələr,  Təbiət  Elmləri  və 

Psixologiyadır.  Bütün  məzunlarımızla  fəxr 

edirik! 


2016-cı  ilin  məzunlarını  yola  salıb  ali 

məktəblərə yerləşdirdikdən dərhal sonra 2017-

ci  ilin  qəbul  prosesinə  başlamışıq.  Bu  il 

məktəbimizdən  32  şagird  məzun  olacaqdır  və 

onlar  hal-hazırda  universitetlər  üçün  ərizə 

forması doldurur, qəbul imtahanlarında iştirak 

edir,  tələb  olunan  inşaları  yazır  və  s. 

hazırlıqlarla  məşğuldurlar.  Universitetlərə 

müraciət  edərək  şanslarını  artırmaq  üçün, 

şagirdlərə  məsləhət  görülür  ki,  dərsdən  kənar 

məşğələlərdə  iştirak  etsinlər.  Biz  də  öz 

növbəmizdə, karyera seçimində şagirdlərimizə 

kömək edir və məqsədlərinə nail olmaları üçün 

əlimizdən gələn dəstəyi göstəririk.  

Oktyabr ayının ortalarında üç nüfüzlu London 

Universitetlərinin 

(London 

School 


of 

Economics  and  Political  Science,  University 

College 

London 


and  King’s  College) 

təqdimatına ev sahibliyi etdik.  Eyni zamanda, 

çalışırıq ki şagirdlərimiz Bakıda təşkil olunan 

Beynəlxalq  Təhsil  Yarmarkalarında  iştirak 

etsinlər, universitet nümayəndələri ilə görüşüb 

lazımi məlumatları əldə etsinlər. 

Sentyabr  ayının  sonunda  bütün  yuxarı  sinif 

valideynlərimizi  email  və  sms  vasitəsi  ilə, 

uşaqlarının gələcək təhsil  planlarını  müzakirə 

etmələri üçün məktəbə dəvət etmişik. Sizin bir 

çoxunuzu  məktəbdə  görmək  və  övladınızın 

gələcək  təhsil  planları  haqqında  danışmaq 

bizim  üçün  çox  xoş  olmuşdur.  Bu  görüşlər 

bizim  sizinlə  eyni  fikridə  olub-olmadığımızı 

müəyyənləşdirmək  üçün  çox  vacib  bir 

vasitədir.  Əgər  vaxt  tapıb  hələ  görüşə  gələ 

bilməmisiniz sə, xahiş edirəm sizə uyğun olan 

zaman mənimlə əlaqə saxlayın və görüş təyin 

edin. 

Bütün yuxarı sinif şagirdlərimizə, xüsusilə də 



məzunlarımıza 2016-2017 tədris ilində uğurlar 

arzulayırıq! 

 

Aynur Muxtarova, 



Ali Təhsil üzrə Məsləhətçi 

 

 



 

 

 



 

Valideyn-Müəllim 

Assosiasiyası 

(PTA)

  

 

Bu tədris ili üçün valideynlər arasından 



seçilən PTA (Müəllim-Valideyn 

Assossiasiyası) nümayəndələrini sizə təqdim 

edirik: 

Erkən İlkin Hazırlıq Mərhələsi  

Elvira Anadolu  

 

Muhammad Asim  



 

İbtidai Məktəb 

Ülviyyə Seyidmamedova  

Zuleyxa Saarbəyova 

 

Tam Orta Təhsil Bölməsi 

Fidan Ibrahimova 

 

Nigar Abdullayeva  



 

Əcnəbi valideyn nümayəndəsi  

Kristina Kiku   

 

PTA nümayəndələrinin vəzifə və 

məsuliyyətləri: 

 



Təhsilin  inkişafı  və  şagirdlərimizin 

nailiyyəti üçün məktəb cəmiyyətinin 

plan  və  hədəflərini  valideynlərə 

çatdırmaq  və  onların  məktəb 

fəaliyyətində iştirak etmələrini təmin 

etmək 


 

Təhsilin  inkişafı  və  şagirdlərimizin 



nailiyyəti  üçün  məktəbin  planlarını 

dəstəkləmək  

 

Tədbir  və  məşğələlərin;  musiqi, 



teatr, 

idman, 


incəsənət, 

ekskursiyalar,  yarmarkalar  və  s. 

fəaliyyətlərin 

təşkilində 

iştirak 

etmək.  


 

İctimaiyyətə 



xidmət 

layihələri 

çərçivəsində  məktəbin  xeyriyyə 

məqsədləri 

proqramlarını 

dəstəkləmək.  

 

Məktəbdə 



keçirilən 

tədbirlərin 

təşkilinə yardım etmək və fəal iştirak 

etməkdir.  

 

 

 



 

 

 



 

Page 5 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə