Newsletter



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67552


BOS XƏBƏR BÜLLETENİ 

YAZ 2017


 

 



 

 

 



 

Baku Oxford  

School

 

 

 

 



 

 

 



WWW.BAKUOXFORDSCHOOL.COM             E-MAIL: INFO@BOS.EDU.AZ 

 

TEL: +99412 4041330    FAX: +99412 4041329 

Hörmətli məktəb cəmiyyəti, 

Sizin  hamınızı  salamlayıram  və  ümid  edirəm 

ki,  Novruz  tətilində  ailənizlə  birgə  səmərəli 

vaxt keçirmisiniz.  

Hal-hazırda məktəbimiz üfuqi və şaquli fənlər 

üzrə dörd illik fəaliyyət planları hazırlayır  və 

bu  bizim  gələcək  üçün  hədəf  xəritəmiz 

olacaqdır.  Akkreditasiya  üzrə  məktəbimizə  

gələn komissiya səfəri 7 oktyabr 2017 tarixdə 

gözlənilir  və  o  vaxta  qədər  hazırlıq  işləri 

davam edəcəkdir.  

Komissiya  səfərinə  hazırlıq  mərhələsində 

məktəbin 

inkişaf  prosesində  bir  sıra 

dəyişikliklər  baş  verəcəkdir.    Növbəti  tədris 

ilindən,  Erkən-İlkin  Hazırlıq  Mərhələsində 

Beynəlxalq  Kurrikulumdan  istifadə  edəcəyik.  

Biz bu üsuldan artıq neçə ildir ki istifadə edirik, 

əlavə  olaraq  expertlər  tərəfindən  yazılmış  və 

dünyanın  nüfuzlu  məktəbləri  üçün  nəzərdə 

tutulmuş  kurrikulumu  tədris  edəcək  və 

beləliklə 

şardlərimizin 

öyrənmə 

qabiliyyətlərinin  daha  da  artmasında  dəstək 

olacayıq.  Biz,  Azərbaycanda  bu  proqramı 

təklif  edən  ilk  məktəbik,  missiya  və 

vizyonumuzu 

əsas 


götürərək 

tədrisin 

keyfiyyətini  davamlı  olaraq  gücləndirməkdə 

mükəlləfik.  

https://www.greatlearning.com/ipc/the-

ipc/ipc-early-years 

 

İbtidai  məktəbdə,  növbəti  tədris  ili  üçün  üç 



yeni əcnəbi müəllimləri işə götürmüşük. Yeni 

müəllimlər  3-5  siniflərdə  əksər  İngilis  dili  və 

Humanitar fənləri tədris edəcəklər. Bu fənlərin 

əksəriyətinin  eyni  müəllim  tərəfindən  tədris 

edilməsi  şagirdlərimizin  akademik  və  sosial 

baxımdan 

inkişafına 

təkan 


verəcəkdir.   

Beləliklə, 

şagirdlərimiz  İbtidai  Məktəbi 

bitirdikdən  sonra  orta  məktəb  tələblərini 

çətinlik çəkmədən qarşılayacaq, eyni zamanda 

İSA  (Şagirdlərin  Beynəlxalq  Səviyyədə 

Qiymətləndirməsi)  testinə  hazır  olacaqlar. 

https://www.acer.org/isa

 

Tam-Orta  Tədris  Bölməsində  11-ci  siniflərin 



proqramına bəzi yeniliklər əlavə ediləcəkdir ki, 

şagirdlərimiz  Azərbaycan  və  digər  ölkələrdə 

Universitet  səviyyəsi  üçün  hazır  olsunlar. 

Bunun üçün, məzunlarımız məcburi A/S Level 

Qlobal  Perspektiv  fənnlərini,  bilavasitə  A/S 

Level 


Əsas 

İmtahan, 

eyni 

zamanda 


içtimaiyyətə  xidmət  proqramlarında  iştirak 

etməlidirlər.  Həmçinin,  9  və  11-ci  siniflərə 

keçən şagirdlər minimal akademik dəvamiyyət 

və dissiplin tələblərini qarşılamalıdırlar. Tədris 

proramına  edilən  əlavələrin  izahlı  məzmunu 

növbəti  aylarda  müvafiq  bölmə  rəhbərləri 

tərəfindən  valideynlərə  göndəriləcəkdir  və 

bununla  əlaqəli  valideyn/şagirdlərlə  görüşlər 

təşkil ediləcəkdir.    

http://www.cie.org.uk/programmes-and-

qualifications/cambridge-international-as-and-

a-level-global-perspectives-and-research-

9239/

 

http://www.cie.org.uk/programmes-and-



qualifications/cambridge-international-as-and-

a-level-general-paper-8001/

 

 

BOS-da Novruz 



 

BOS-da təlim və tədris 

 

Baku Oxford School Yaz Xəbərləri  

2016 – 2017 Tədris İli 

 

 

 

  



BOS XƏBƏR BÜLLETENİ       

YAZ


 2017 

 

 



 

Xəbərlərimizin sonunda xatırlatmaq istəyirəm 

ki,  Mr.  Graham  Tait  1  parel  2017-ci  ildən 

etibarən  İbtidai  Məktəbin  Rəhbəri  vəzifəsinə 

təyin  edilmişdir.  Onu  təbrik  edirik  və  əminik 

ki, öz təcrübə və bacarıqları ilə məktəbimizin 

inkişafında  bizə  dəstək  olmağa  davam 

edəcəkdir.  Mr. Tait Bülletenin İbtidai Məktəb 

hissəsində 

valideynlərə 

öz 

mesajını 



ünvanlamışdır.  

Yeni daxili vəzifə təyinatları: 

Çingiz  Əliyev:  Məktəb  kollektivini  təmsil 

etmək və peşəkarlığı ilə idarə heyətinə dəstək 

olmaq  üçün  Çingiz  müəllim  məktəbimizin 

Müşahidə Şurasına üzv seçilmişdir.  



Rena  Suleymanova:  Foundation  2  sinif 

müəlliməsi təyin edilmişdir  

Rena  xanım  10  illik  pedaqoji  təcrübəyə 

malikdir və Azərbaycanda yerləşən beynəlxalq 

məktəblərdə, 

xüsusi 


ilə 

Azərbaycan 

Beynəlxalq Məktəbində (TİSA) çalışmıdır.  

Yelena Parxomenko: 3 və 4-cü siniflərdə yeni 

bədən tərbiyəsi müəlliməsi təyin edilmişdir. 

Yelena xanım Azərbaycan və xaricdə voleybol 

iştirakçısı  və  məşqçisidir.  İki  dəfə  dünya 

çempionu  və  altı  dəfə  Avropa  çempionu 

olmuşdur.  



Növbəti tədris ili üçün yeni müəllimlərimiz: 

3-cü siniflərdə İngilis dili və Humanitar fənlər 

müəllimi: Miss Hannah Lewis. 

Hannah 10 ildən artıqdır ki, Britaniya və digər 

ölkələrdə  müəllim  vəzifəsində  çalışmış,  son 

işlədiyi  yerlər  Panama  King’s  Kolleci  və 

Vyetnamdakı  Britaniya  Beynəlxalq  Məktəbi 

olmuşdur.  

4-cü siniflərdə İngilis dili və Humanitar fənlər 

müəllimi: Mr. Brian Corlett 

Brayn  24  ildən  artıqdır  ki,  Britaniya  və  digər 

ölkələrdə  pedaqoji  təcrübəyə  malikdir  və  son 

işlədiyi  yerlər  Qətər  Al  Khor  Beynəlxalq 

Məktəbi və Mançester Bençil İbtidai Məktəbi 

olmuşdur. 

5-ci siniflərdə İngilis dili və Humanitar fənlər 

müəllimi: Mr. Brian Tupper 

Brayn  17  ildən  artıqdır  ki,  Amerika  və  digər 

ölklərin beynəlxalq məktəblərində çalışmış və 

son işlədiyi yerlər Koreya Beynəlxalq Məktəbi 

və Florida Ləndmark Orta Məktəbi olmuşdur.  

İbtidai  Məktəb  Rəhbərinin  Müavini  (Tədris 

üzrə): Mr. Stuart Reddrop 

Stuart  10  ildən  artıqdır  ki,  Britaniya  və  digər 

ölkələrdə  çalışmış  və  son  işlədiyi  yerlər 

Panama King’s Kolleci və Vyetnam Britaniya 

Beynəlxalq Məktəbi olmuşdur.  

Tam-Orta  Məktəbdə  müəllim:  Mr.  Michael 



Harvey 

Maykl  6  ildir  ki,  Britaniyada  işləmiş  və  son 

işlədiyi yer Blackpool Orta Məktəbidir.

 

Alexander Simester 



Direktor, Baku Oxford School 

                                                                    



Erkən-İlkin Hazırlıq Mərhələsi

 

Xəbər bülletenimizin yaz fəsli dərcində sizləri 



xoş gördük. 

 

Xəbərlərimizi 



hazırlıq 

mərhələsində 

kollektivimizə qatılmış yeni məlliməmiz Rena 

Suleymanovanı 

salamlayaraq 

başlamaq 

istəyirəm.  Rena  Suleymanova  bu  tədris  ilinin 

sonuna  kimi  Foundation  2  mərhələsində 

Pandalar  sinfinin  sinif  müəllimi  olacaqdır. 

Erkən-İlkin  Hazırlıq  mərhələsi  kollektivinə 

yeni  müəllimin  təyin  edilməsi  bizim  üçün 

sevindirici haldır.   

 

 

Üçüncü rübümüzün sonunda Novruz şənlikləri 



təşkil  etmişdik  və  məktəbin  həyətindəki 

tədbirlərimiz  çox  küləkli  hava  ilə  müşahidə 

edilmişdir. Şagirdlərimizin biri-birindən gözəl 

çıxışları,  nəğmə  və  rəqsləri  ilə  bizi  heyran 

etmişdirlər. 

 

Yeni 



dərs 

rübümüzdə 

şagirdlərimizin 

öyrənməsi davam edir və müxtəlif mövzularda 

məşğələlər  keçiririk.  Nursery  sinfi  müxtəlif 

geyim  tərzləri  haqqında  öyrənir  və  özləri 

sərbəst geyinməyi və şəxsi əşyalarına diqqətli 

davranmağı  öyrənirlər.  Foundation  1  sinifləri 

tanınmış  müəlliflər  tərəfindən  yazılmış  uşaq 

kitablarını  oxumağa  davam  edir,  və  oxuma-

yazma 

bacarıqlarını 



inkişaf 

etdirirlər. 

Foundation  2  sinifləri  ölkələr  haqqında,  eyni 

zamanda  Bakıdakı  tanınmış  binalar  haqqında 

öyrənir və xəritə və digər izahlı materiallardan 

istifadə edirlər.  

 

 

Valideyn-Müəllim  nümayəndələri  və  məktəb 



yeməkxanasının  rəhbəri  ilə  davamlı  olaraq 

yemək  menyumuzu  dəyişir  və  rasionumuza 

sağlıqlı  gidalar  əlavə  edirik.  Məktəbimizin 

qida qaydalarına əsasən, gündəlik gəlyanaltılar 

üçün uşağın çantasına qoyduğunuz yeməklərin 

sağlıqlı  olmasına  fikir  verməyinizi  xahiş 

edirik.  Meyvə  və  tərəvəzə  üstünlük  verilir, 

şokolad  və  ya  digər  zərərli  gidalar  xoş 

qarşılanmır.    Məktəbdə  övladının  ad  gününü 

qeyd etmək istəyən valideynlərdən xahiş edirik 

ki,  yığıncağı  yeməkxanada  nahardan  sonraya 

salsınlar (gündüz 12:00). Hər uşaq üçün balaça 

qablarda  kekslər  məsləhət  görülür.  Şar  və  ya 

digər  bəzək  əşyaları/çılçıraqların  olmaması 

tövsiyyə edilir, çünki bu kimi əşyalar uşaqları 

sinfə qaytaran zaman narahatçılıq yaradır. 

 

 

Havanın isinməsi ilə əlaqədar uşaqlar hər gün 



təmiz 

havaya 


çıxacaqlar. 

Öyrənmə 


qabiliyyətlərini  artırmaq  üçün  bəzi  vaxtlar 

uşaqlara  su  və  torpaqla  əlaqəli  oyunlar  təşkil 

edəcəyik. 

Günəşli 


havada 

təhlükəsiz 

oynamaları  üçün  uşağınız  üçün  kepka  və  ya 

günəş  papağı  göndərin.  Su  oyunları  üçün 

sandal, 

çəkələk 


və 

ya 


vyetnamka 

göndərməyinizi xahiş edirik.  

 

 

Tədris  ilinin  sonuna  yaxınlaşdığımız  zaman 



şagirdlərimizdə  çox  inkişaf  müşahidə  edirik. 

Onlar indi elə bir mərhələdədilər ki, artıq bir il 

böyümüş  və  ağıllanmışdırlar.  Yeni  dostlar 

qazanmış,  sinif  qaydalarını  mənimsəmiş  və 

məktəbin  tələblərinə  bələddirlər.  Ümid  edirik 

ki, yay tətilinə qədər şagirlərimizin biliklərinə 

bilik qatılacaqdır.

 

Ms Clare Ranns



 

Erkən-İlkin Hazırlıq Mərhələsinin Rəhbəri 

 



BOS XƏBƏR BÜLLETENİ 

YAZ 2017


 



İbtidai Məktəb Xəbərləri  



News 

 

 



 

Hörmətli valideynlər, 

Baku-Oxford School-un yeni İbtidai Məktəb 

Rəhbəri  olaraq  Yay  Fəsli  xəbərlərinə  tövfə 

qatdığım  üçün  şərəf  duyuram.  Sizinlə  və 

ibtidai  məktəb  kollektivi  ilə  əməkdaşlıq 

etməkdən  və  şagirdlərimizin  inkişafı  üçün 

çalışmaqdan çox xöşbəxtəm.   

Şagirdlərin  təhsilində  məktəblə  bərabər 

valideynlərin də rolu çox böyükdür. Dünyaca 

tanınmış  professor  Con  Hatti  demişdir  ki, 

uşağın  təhsilində  valideynin  aktiv  iştirakı, 

uşağın  əlavə  iki-üç  il  təhsil  almış  kimi 

təsirinə  malikdir.    İki-üç  il  əlavə  təhsil  çox 

böyük  effektə 

malikdir! 

Bu  misalı 

gətirməkdə  məqsədim,  Baku-Oxford School 

valideynlərinin  məktəb  həyatında  nə  qədər 

böyük  rol  oynadıqlarını  vurğulamaqdır. 

Valideynin  rolu,  şagirdi  vaxtında  məktəbə 

göndərmək,  dərs  üçün  lazım  olan  əşyalarla 

təmin  etmək  və  sairə  kimi  vəzifələrlə 

məhdudlaşmır,  eyni  zamanda  başqa  nə  kimi 

təsiri  var?    Bir  çox  hallarda  övladı 

öyrənməkdə  çətinlik  çəkən  valideynlər 

məndən soruşur ki, şagirdə dəstək göstərmək 

üçün əlavə repetitor tutmağa ehtiyac varmı?  

Əlbətdə, repetitor dəstək göstərə bilər, lakin 

şagirdin  valideyn  tərəfindən  aldığı  dəstək 

tamamilə  fərqli  və  daha  faydalı  olur. 

Öyrənmə  ilə  əlaqəli  problemin  həlli  bütün 

dünyada  15  il  ərzində  istifadə  olunan  PİSA 

adlı  (Şagirdin  Qiymətləndirilməsi  üzrə 

Beynəlxalq Proqram) testi vasitəsi ilə həyata 

keçirilir.

  2009-cu  ildə  5000  nəfər  şagirdin 

nəticələri  üç  kateqoriya  üzrə  müqaisə 

edilmişdir  və  nəticələr  çox  maraqlı  idi. 

İmkanlı  və  ya  yoxsul  olmaq  nəticələrə  təsir 

etməmiş və imkanlı ailələrin uşaqları yüksək 

nəticə  yığmamışlar.    Mütəmadi  olaraq 

valideynlə oxuyan şagirdlər (valideynlə, hər-

hansı  böyüklə  deyil)  yüksək  nəticə 

toplamışdırlar.    Ən  yüksək  nəticə  alan  o 

şagirdlər olmuşdurlar ki, onların valideynləri 

bütün tədris prosesindən xəbərdardır, onlara 

öyrənmə 


vərdişlərini  aşılamış,  təlim-

tərbiyəyə  sövq  etmiş  və  məktəblə  sıx 

əməkdaşlıq etmişdir. Bununla sizə bildirmək 

istəyirəm  ki,  ovladınızın  məktəbdə  uğurlu 

olması, sizin ona göstərdiyiniz dəstəkdən və 

maraqdan asılıdır. Mən özümdə valideynəm 

və  bilirəm  ki,  ovlad  yetişdirmək  nə  qədər 

məsuliyyətli  işdir  və  xəbər  bülletenindən 

istifadə  edərək  bu  mesajı  valideynləri 

həvəsləndirmək üçün göndərirəm. Uşalqarın 

inkişafında  davamlı  dəstəyiniz  üçün  sizə 

təşəkkür edirəm.  

Məktəbdə  təşkil  etdiyimiz  son  tədbirlərdən 

fotoları  nəzərinizə  çatdırırıq  və  növbəti 

tədbirlər haqqında sizi məlumatlandıracayıq.  

Graham Tait 

İbtidai Məktəbin Rəhbəri 

 

 



 

Novruz Şəkilləri 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təlim-Tədris Şəkilləri  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


BOS XƏBƏR BÜLLETENİ       

YAZ


 2017 

 

 



 

Tam-Orta Təhsil Bölməsi

 

 

Hörmətli valideynlər, 



Tam Orta təhsil bölməsində bu rübümüz çox 

müvəffəqiyyətli  və  maraqlı  tədbirlərlə  dolu 

olmuşdur.  Şagirdlərimizin  nailiyyətlərini 

sizinlə  bölüşməkdən  qürur  hissi  duyuram. 

Şagirdlərin  dərslərdə  və  dərsdən  kənar 

tədbirlərdə iştirak etməsi çox əhəmiyyətli bir 

haldır  və  ümid  edirik  ki,  xəbər  bülleteni 

vasitəsi  ilə  məktəbdə  yaratdığımız  bütün 

imkanlar haqqında məlumat alacaqsınız.    

Azərbaycan Skautlar Assosiasiyası  

Şagirdlərimiz  şadəcə  məktəb  kontekstində 

deyil,  eyni  zamanda  bizim  təklif  etdiyimiz 

imkanlarla  məktəbdən  kənarda  da  bilik  və 

təcrübələrini  inkişaf  etdirirlər.  Həmişə 

dəyişən  və  qloballaşan  dünyada  akademik 

biliklərlə  yanaşı  uşaqlara  sosial  biliklərə  də 

nail olmaq çox vacibdir. Bunu nəzərə alaraq, 

şagirdlərimizin  içtimaiyyətin  fəal  üzvləri 

olmaları  üçün  məktəbimizdə  müxtəlif 

proqramları təşviq edirik.    

3  mart  2017  tarixdə  Azərbaycan  Skautlar 

Assosiasiyası 

(ASA) 


tərəfindən 

məktəbimizdə  təqdimat  keçirilmişdir  və 

şagirdlərimizin  böyük  marağına  səbəb 

olmuşdur. ASA 1997-ci ildə yaradılmışdır və 

Azərbaycan gənclərinin inkişafına çox böyük 

təsir  göstərmiş,  1400  nəfərdən  artıq  üzvü 

özünə 

cəlb 


etmişdir. 

Şagirdlərimiz 

Assosiasiyanın  tarixi  və  ildə  iki  dəfə  təşkil 

olunan 


tərbirləri 

haqqında 

məlumat 

almışdırlar.  Prezentasiya  zamanı  təqdim 

olunan  video  çarxda  Skaut  haqqında  ətraflı 

məlumat  və  düşərgədə  keçirilən  məşğələlər 

haqqında  ətraflı  məlumat  verilmişdir. 

Assosiasiya  nümayəndələrinin  təqdimatına 

əsasən 

skautinq 



gənclərdə 

dünyavi 


bacarıqları  və  məsuliyyətli  vətəndaş  olmağı 

öyrədir. 

Məktəbimiz  şagirdlər  arasında 

klublar  yaratmağı  düşünür  və  kempinqdə 

marağı olan şagirdə yay düşərgəsində iştirak 

etmək  imkanı  yaradılacaqdır.    Tədbirin 

sonunda  şagirdlərimiz  bir  sıra  maraqlı 

oyunlarda  iştirak  edərək  skautinq  hissini 

duymuşdurlar.  

 

IGCSE 8-ci siniflər  

Düzgün qərar verərək hər bir insan həyatını 

dəyişə  bilər.  Şagirdlərin  azad  fərd  kimi 

yetişmələri,  həyatın  sınaqları  və  tələblərini 

qarşılamaları  üçün,    tədris  nümayəndələri 

olaraq  bizim  məsuliyyətimiz  onları  düzgün 

istiqamətləndirməkdir.  

 

Sadəcə  bir  neçə  aydan  sonra  8-ci  sinifləri 



təhsillərini davam etdirmələri üçün çox vacib 

mərhələ gözləyir. Yuxarı sinfə keçərək onlar 

həm  azadlıq,  eyni  zamanda  məsuliyyət 

qazanacaqlar.      Şagirdlərimizin  gələcək 

təhsilləri 

ilə 


əlaqədar 

suallarını 

cavablandırmaq  üçün  məktəbdə  yığıncaq 

təşkil edilmişdir. Görüş zamanı sagirdlərimiz 

9-11-ci siniflərdə tədris olunan proqramlarla 

tanış olmuşdurlar. Görüşü təşkil edən, yuxarı 

siniflərin  rəhbəri  Çingiz  müəllim  təqdimata 

İGCSE 


(Tam-Orta 

Təhsil 


Haqqında 

Beynəlxalq 

Sertifikat) 

proqramı 

ilə 

başlamışdır.  Təqdim olunmuş proqram tam 



olaraq  şagirdlərə  izah  edilmiş  və  faydaları 

haqqında  məlumat  verilmişdir.    Görüşün 

sonunda 

8-ci 


siniflərin 

sualları 

cavablandırılmışdır.  

 

 



 

Qanlı Yanvar 

Məktəbimizi  unikal  edən  amillərdən  biri 

Beynəlxalq  Tarix  və  Mədəniyyətlə  yanaşı 

Azərbaycan 

tarixi 

və 


mədəniyyətini 

şagirdlərimizə  aşılamaqdır.  Azərbaycanlı 

sinif yoldaşları ilə birgə əcnəbi şagirdlərimiz 

ölkəmizin tarixini öyrənir.   

 

Qanlı yanvar faciəsi 1990-ci ildə müstəqillik 



uğrunda  həyatlarını  itirən  vətəndaşlarımızın 

qəhrəmanlığını  hüzünlə  andırır.  Hər  il 

məktəbimiz  yanvar  faciəsi  qurbanlarının 

ildönümünü  qeyd  edir.  Bir  qrup  şagirdimiz 

şəhidlər  xiyabanını  ziyarət  edir  və 

şəhidlərimizin  üstünə  gül  dəstəsi  düzürlər. 

Bu  il  də  adət  ənənəyə  uyğun  olaraq 

şagirdlərimiz  öz  çıxışları  ilə,  20  yanvar 

qurbanlarını  yad  etmişdirlər.  Çıxış  edən 

şagirdlərimiz  gələcək  nəslimizin  belə 

faciələrdən 

qorunması 

və  bir  daha 

təkrarlanmaması mesajını vermişdirlər.    



Səhər saatları 

İkinci  yarım  ildən  başlayaraq  səhər  saatları 

şagirdlərin fəal iştirakını cəlb edir.  Hər dəfə 

bir neçə şagird müxtəlif məlumatlandırıcı və 

ya  əyləncəli  mövzularla  çıxış  edir,  dünyada 

baş verən xəbərlər, maraqlı faktlar haqqında 

məlumat  verir,  seir  söyləyir  və  ya  mahnı 

oxuyurlar. 

Uşaqlar 

sadəcə 


çıxışlarla 

kifayətlənmir  eyni  zamanda  əməkdaşlıq  və 

yoldaşlığı təkmilləşdirən müxtəlif məşğələlər 

təşkil  edir  məs.  bərabər  posterlər  düzəldir, 

sağlam  gida  hazırlayır,  həmçinin  şaxmat  və 

nərd  oynayırlar.  Səhər  saatlarının  müddəti 

qısa  olmasına  baxmayaraq  şagirdlərimiz 

komandayla  işləyir  və  yoldaşları  və 

müəllimlər  arasında  sıx  münasibəti  inkişaf 

etdirirlər.  

 

 

 



 

 

 


BOS XƏBƏR BÜLLETENİ       

YAZ


 2017 

 

 



 

BOS MUN Klubunun Son Xəbərləri  

2017-ci ilin MUN Beynəlxalq Konfransında 

bir qrup yuxarı sinif şagirdləri Baku-Oxford 

School-u Haaqa-da təmsil etmişdirlər. Haaqa 

Beynəlxalq 

Millətlər 

Modeli 

qeyri 


kommersiya  təşkilatıdır  və  Beynəlxalq 

Millətlər  təşkilatının  üzvüdür.  Konfransın 

məqsədi qarşılıqlı əlaqə və dialoq vasitəsi ilə, 

müxtəlif  ölkə  və  məktəblilər  arasında 

beynəlxalq  təhsilə  olan  marağı  artırmaq  və 

dünyada təbliğ etməkdir.   

 

Türkiyədə 



təşkil 

olunmuş 


MUNDP 

Konfransı ən böyük konfranslardan biridir və 

750  iştirakçını  cəlb  edir.  11-ci  sinif  şagirdi 

Nazrin  Rüstəmzadə  Türkiyədə  keçiriləcək 

növbəti  17  MUNDP  konfrasının  sədri 

seçilmişdir. Nazrinin UNİDO konfransındakı 

vəzifəsi  Vitse  Prezident  olmuşdur.    Bu  il 

Nərzin  konfransdakı  yeganə  əcnəbi  şagird 

təmsilçisi olmuşdur. Bu təcrübə ona çox şey 

qazandırmış  və  hal-hazırda  Nəzrinin  yeni 

BOS  MUN  üzvləri  ilə  bölüşəcək  çox  şeyi 

vardır.  



Fərqlilik Yaratmaq 

Enriçment  proqramının  növbəti  nailiyyəti 

UNİCEF  Azərbaycan  təşkilatını  “Fərqlilik 

Yaratmaq” layihəsinə cəlb etmək olmuşdur. 

Bu  dəfə  layihəmizin  gəhrəmanları  fiziki 

qüsurlu  uşaqlar  olmuşdurlar.  UNİCEF 

Təşkilatının  Azərbaycandakı  nümayəndələri  

Mr. Carwardine və Mrs. Aida  məktəbimizdə 

təşkil  olunmuş  tədbirdə  iştirak  etmişdirlər. 

Bir  neçə  nəfər  MUN  şagird  nümayəndəsi 

debata qoşulmuşdurlar.   

UNICEF-in  Azərbaycandakı  nümayəndələri 

şagirdlərimizə  təşkilatın  fəaliyyəti  və 

Azərbaycandakı rolu, xüsusilə fiziki qüsurlu 

uşaqlarla  bağlı  mövzularda  ətraflı  məlumat 

vermişdir. Tədbirin davamı olaraq Enriçment 

Proqramında  iştirak  edən  şagirdlər  üçün 

Sumqayıtdakı  Paralimpik  Mərkəzinə  səfər 

təşkil  olunmuşdur  və  şagirdlərimiz  əlil 

uşaqlarla  görüşmüş  və  onların  həyatı  və 

valideynləri  haqqında  məlumat  almışdırlar. 

Şagirdlərimiz əlil uşaqları həvəsləndirmək və 

həyatı  sevmək  üçün  ruhlandırıcı  posterlər 

hazırlamış  və  arzularına  çatacaqlarına 

inandırmışdırlar.  

 

Qlobal  perspektiv  nöqteyi  nəzərindən 

şagirdlərimiz  bu  səfər  sayəsində  uşaqların 

haqqlarını  müzakirə  etmiş  və  çox  önəmli 

həyatı 

təcrübəyə 



yiyələnmişdirlər. 

Şagirdlərimiz,  gələcək  planları  üçün  onlara 

dəstək  olan  və  təcrübə  qazandıran  UNİSEF 

nümayəndələrindən  çox  razı  qalmış  və  bu 

görüşün  onlar  üçün  nə  qədər  önəmli 

olduğunu  anlamışdırlar.  Bundan  başqa, 

Sumqayıtdakı  Paralimpik  mərkəzinə  səfər 

etdikdən  sonra  şagirdlərimiz  həyatın  dəyəri 

daha çox anlamışdırlar.   Onların indiki  rolu 

öyrəndikləri  və  qazandıqları  təcrübəni 

yoldaşları ilə bölüşməkdir. Bu təcrübə onlar 

üçün həyati dərs olmuşdur.  



Təbiət Elmləri Həftəsi 

Şagirdlərimizi, sinifləri və bütün məktəbi bir 

araya  gətirməyin  müxtəlif  yolları  var  və 

onlardan  biri  də,  məktəbimizdə  keçirilən 

Təbiət  Elmləri  həftəsi  olmuşdur.  Ənənəvi 

olaraq,  hər  il  məktəbimizdə  digər  fənlər  ilə 

yanaşı,  Təbiət  Elmləri  həftəsi  qeyd  olunur.  

Təbiət  Elmləri  həftəsinin  məqsədi  elmlərə, 

mühəndisliyə  və  texnalogiyaya  olan  marağı 

artırmaq və hər kəsi bir araya gətirməkdir. 

Həftə  ərzində  təşkil  etdiyimiz  tədbirlərdən 

biri  sağlam  gidaya  həsr  edilmişdir  və  əsas 

nəzər 

nöqtəsi  məktəbin  yeməkxanası 



olmuşdur. Yeməkxana divarları və girişində 

sağlam  gida  haqqında  olan  posterlər 

asılmışdır. Posterlər 4-cü sinifdən 11-ci sinfə 

qədər  olan  şagirdlər  tərəfindən  faydalı 

məlumatlar 

əsasında  tərtib  edilmişdir. 

Tədbirin mənası şagirdlərin qrupda işləməsi, 

müxtəlif  yaşlı  şagirdlərlə  birgə  araşdırma 

aparması  və  digər  fənlərlə  inteqrasiya 

etməsidir. 

 

Təbiət Elmləri həftəsində Xeyriyyə məqsədli 



tədbir  keçirilmişdir  və  sağlam  gidanın 

faydasını  vurğulamaq  üçün  şagirdlərimiz 

xeyirli yeməklər, təzə sıxılmış meyvə şirəsini 

məktəbin 

yeməkxanasında 

satışa 


çıxartmışdırlar.  Satışdan  yığılan  vəsait 

məktəbimizin  sponsorluq  etdiyi  qocalar 

evinə bağışlanmışdır.   

 

Həftənin  digər  tədbiri  Təbiət  Elmləri  üzrə 



təşkil 

olunmuş 


Olimpiada 

olmuşdur. 

Olimpiada  qaliblərinin  adlarını  sizə  təqdim 

edirik və onları bir daha təbrik edirik:  

1-ci yer  Ayan Nağızadə – 4b 

 

Nurgül Cahandarlı -5a 



                William Hartley- 8b 

2-ci yer   Ayla Rüstəmzadə 5a 

 

Ayla Fərzəli 8b 



                Ayla Əliyeva – 6a 

                Nikita Tkaçev -6 

                De Guzman Carlos Miquel -4b                  

3-cü yer   Ayan Məmmədova - 4c 

 

Ayla Salahova -5b   



 

Melis Çıraqzadə -7 

 

Amina İsayeva -8b 



 

Nəzrin Quluzadə -8b 

 

Arina Xayeva -6 



Həftəlik  yığıncaq  zamanı  olimpiadanın 

qalibləri sertifikatla təltif edilmişdirlər.  

Bundan  başqa  Tam  Orta  Təhsil  bölməsi 

şagirdləri  İlkin  Yardım  təlimində  iştirak 

etmiş və CPR testi etmişdirlər. Təlim BP-nin 

nümayəndəsi  Zaur  müəllim  tərəfindən 

keçirilmişdir.  



BOS XƏBƏR BÜLLETENİ       

YAZ


 2017 

 

 



 

Azərbaycan dili həftəsi və Novruz 

Hər bir milləti dünyada tanıdan və onu digər 

xalqlardan 

fərqləndirən 

ən 

önəmli 


xüsusiyyətlərdən biri onun adət-ənənələri və 

bu adət-ənənələr əsasında formalaşan yüksək 

mənəvi  dəyərlər  sistemidir.  Milli  adət  və 

ənənələr hər bir xalqın milli mədəniyyətinin 

zənginliyindən,  qədim  tarixi  kökə  malik 

olmasından xəbər verir. Bu mənada hər hansı 

bir  xalqın  dilini  öyrənmədən  onun 

mədəniyyətini öyrənmək mümükün deyildir.



 

BOS məktəbinin ən gözəl ənənələrindən biri 

tədris  olunan  dillər  üzrə  fənn  həftələrinin 

keçiririlməsidir. Ənənəvi olaraq ,bu il də 13-

17  mart  tarixlərində  Azərbaycan  dili  həftəsi 

çərçivəsində 

müxtəlif 

tədbirlər 

təşkil 

olunmuşdu. Digər illərdən fərqli olaraq, həftə 



Novruz  bayramına  təsadüf  etdiyinə  görə 

maraqlı  yarışlarla  yanaşı  bayram  əhvali-

ruhiyyəli  mahnılar,  rəqslərlə  yadda  qaldı. 

Həftə  bazar  ertəsi  ibtidai  sinif  şagirdlərinin 

çıxışı ilə başladı. Onlar  məktəbin foyesində 

öz  dostlarını,  müəllimləri  və  valideynlərini 

şən  mahnılarla  qarşıladılar.  Bununla  da 

hamıda  xoş  ovqat  yaratdılar.  Ertəsi  gün  6d 

sinif  şagirdi  Ayla  Əliyeva  1b  sinfində  

“Novruz 


adət-ənənələri” 

mövzusunda 

interaktiv  dərs    keçirdi.  Dərsdə  uşaqlar 

bayram  atributları,  adətləri  haqqında  yeni 

biliklərə yiyələndilər.  

 

 



 

 

 



 

 

 



 

 

Fənn  həftəsinin  davamı  olaraq,  martın  15-i 



məktəbimizin 

 

7-ci 



sinif  şagirdləri 

“Heyvanları  müdafiə  edək”  adlı  layihə-

dərsdə iştirak etdilər. İki ay müddətini əhatə 

edən bu layihədə heyvanları qorumaq naminə 

onlar  özlərini  müxtəlif  sahələrdə  sınadılar. 

Şagirdlərin  öz  seçimi  ilə  onlar  jurnalist, 

müəllim,  usta,  rəngsaz,  rəssam,  fotoqraf, 

operator, 

tədqiqatçı 

kimi 


fəaliyyət 

göstərdilər. Jurnalist şagirdlərimiz heyvanları 

müdafiə 

etməyin 


yolları 

haqqında 

müəllimlərimizin fikirlərini öyrənib, müəllim 

şagirdlərimiz 2-ci sinifdə heyvanları müdafiə 

etməyin yolları mövzusunda dərs keçib, usta, 

rəngsaz şagirdlərimiz quş evcikləri düzəldib, 

rəngləyərək məktəbin həyətindəki ağaclardan 

asdılar. Rəssam şagirdlərimiz nəsli tükənmək 

təhlükəsi  olan    heyvanların  rəsmlərini 

çəkdilər.  Bu  zaman  fotoqraf  və  operator 

şagirdlərimiz onların bu fəaliyyətlərini lentə 

aldılar. Nəticədə  şagirdlərimiz öz işlərindən 

zövq aldıqlarını bildirdilər. 

Fənn 


həftəsinin 

dördüncü  günü  4A, 

4B,4C,5B sinif şagirdlərinin ifasında “Arşın 

mal alan” tamaşası  ilə yadda qaldı.  

 

Nəhayət,  martın  17-si  gəlib  çatdı.  Məktəbin 



həyətində  təşkil  olunmuş  Novruz  şənliyi 

başlandı.  Şənlikdə  şagirdlər,  müəllimlər, 

valideynlərlə  yanaşı  xeyli  qonaq  da  vardı. 

Həyətdə 


düzülmüş 

stolların 

üstündə 

növbənöv  bayram  şirniyyatı,  səmənilər 

qoyulmuşdu.  Məktəbin  istedadlı  uşaqlarının 

ifasında  bədii  proqram  nümayiş  olundu. 

Bahar  qızın  rəqsi,  Novruza  həsr  olunan 

mahnılar  və  şeirlər  bayram  iştirakçılarında 

xoş ovqat yaratdı. Bayram şənliyi şagirdlərin 

birlik və bərabərlik rəmzi olan yallı rəqsi ifa 

etmələri ilə daha da canlandı. 

  

“Qaranlıqdan Qorxursunuzmu” layihəsi 

Siniflər: 6B və 6D 

Müəllim: Yeganə Bağırova 

 

2-3  mart  tarixlərində,  6-cı  sinif  şagirdləri 



ingilis 

dili 


dərslərində 

hazırladıqları 

layihənin  təqdimatını  keçirmişdirlər.  Bu 

layihənin 

ideyası 

“Qaranlıqdan 

Qorxursunuzmu”  adlı  məşhur  Kanada 

televiziya verilişindən götürülmüş və sinifdə 

meşə  və  gecə  səhnəsi  yaradaraq  təqdim 

edilmişdir.  

Verilişin 

konsepti, 

özlərini 

“Gecə 


Cəmiyyəti”  adlandıran  bir  qrup  yeniyetmə 

hər  həftə  meşənin  müxtəlif  naməlum 

yerlərində görüşür.  Hər dəfə bir nəfər bütün 

qrup üzvlərinə bir qorxulu hekayə danışır və 

hekayə lövhədə görsənir. Hər dəfə hekayəni 

söyləyən “Gecə Cəmiyyətinin təstiqi üçün bu 

hekayəni  …….  adlandırıram”  sözləri  ilə 

başlayır.  Bu  sözləri  deyərkən    yanan  ocağa 

toz səpilir və ətrafa qəribə ağ tüstü yayılır. 

Şagirdlər bu layihə  üzrə qrupda çalışmış və 

hər şagird qısa qorxulu hekayə hazırlamışdır. 

Hekayələrini  təqdim  edərkən  hər  bir  şagird 

müxtəlif  şəkil,  fon  və  musiqidən  istifadə 

edərək 


dinləyiciləri 

maraqlandırmağa 

çalışmışdırlar.  Bəziləri  hekayələri  üzrə  qısa 

film hazırlamışdırlar.   

Bütün layihə boyu hər bir şagird yaradıcılıq 

və  əmək  sərf  etmişdir.  Hazırladıqları 

hekayələri  çox  böyük  həvəslə  və  bir  birini 

dəstəkləyərək nümayiş etdirmişdirlər. Hər bir 

şagirdin  özünə  məxsus  stil,  fantaziya  və 

yaradıcılıqdan  istifadə  etmişdir.  Yazdıqları 

hekayələri  yoldaşlarına  və  müəllimlərə  çox 

böyük 


həvəs 

və 


həyəcanla 

təqdim 


etmişdirlər.   

Qısa Hekayələrin Adları: 

1. The of 

the Haunted House

 

2. The tale of the Mysterious Shadow



 

3. The tale of Abandoned Asylum

 

4. 


The tale of the Scary Doll 

5. The tale of White Castle

 

6. The tale of the 



Magic Book

 

7. The tale of the Vampire Teen



 

8. The tale of the Life Saver Ghosts

 

9. The tale of the Bloody Vampire



 

 

 


BOS XƏBƏR BÜLLETENİ       

YAZ


 2017 

 

 



 

İctimaiyyətə Xidmət Klubu 

 

BOS  İctimaiyyətə  Xidmət  Klubu  bu  rüb 



ərzində  iki  layihə  üzrə  çox  səmərəli 

işləmişdir.  Bunlardan  biri  Qocalar  Evi  və 

digəri,  Tənha  Analar  və  Yetimlər  üçün 

Reabilitasiya  Mərkəzidir.  Bu  layihələr  üzrə 

çalışmış  fəal  şagirdlərimizdən  bir  neçəsinin 

təəssüratlarını sizinlə bölüşürük



Leyla Maqsud, 10-cu sinif 

“Qocalar  evini  ziyarət  etdikdən  sonra,  çox 

üzülmüşdüm.  Onların  yaşadıqları  şərait 

günü-gündən pisləşir. Biz içəri daxil olarkən 

onların üzündəki sevinc gülüşünü gördükdən 

sonra  özümü  günahkar  hiss  etdim,  onların 

hansı 

çətinliklərdən 



keçdiyini, 

nələr 


çəkdiklərini  anladım.  Bizim  bu  layihəyə 

başlamağımız  az  da  olsa  bu  insanlara  ümid 

bəxş  etdi.  Çox  şadam  ki,  biz  bu  layihəni 

davam etdiririk və ümid edirəm ki, nəticəsini 

görəcəyik.”  

 

Kəmalə Kərimli, 8-ci sinif 

“Qoçalar  evinə  və  reabilitasiya  mərkəzinə 

etdiyimiz səfərdən sonra, kimsəsiz, yoxsul və 

tənha insanların necə yaşadıqlarını, nələr hiss 

etdiklərini anladım. Onların yaşadıqları şərait 

və  normal  tibbi  xidmətin  olmaması  faktı 

məni çox üzdü.”   

 

Nəzrin Rüstəmzadə, 11-ci sinif 

"Mən  bu  layihədə  6-cı  sinifdən  iştirak 

edirəm.  Mən  düşünürəm  ki,  bu  layihələrdə 

iştirak  etmək,  hər  bir  şagirdə  həyatın  acı 

reallıqlarını 

və 


sosial 

haqsızlığın 

mövcudluğunu  dərk  etdirir.    Bu  kimi 

ziyarətlər  həyatın  və  bizə  yaradılmış 

imkanların  dəyərini  anlamaqda  bizə  kömək 

edir.  Biz  daha  anlayışlı  və  qədir  bilən 

oluruq."

 

 



BOS-da Riyaziyyat Fənni Həftəsi 

Digər  maraqlı,  müxtəlif  tədbirlərlə  dolu 

həftəmiz  fevral  ayında  riyaziyyat  fənninə 

həsr  edilmişdir.  Həftə  ərzində  şagirdlərimiz 

rəqəmlərlə  dolu  dünyanı  aşkar  etmişdirlər. 

“Number pie”, “Golden ratio”, “Pythagorean 

theorem” və “Probability” adlı layihələr 10-

cu sinif şagirdləri tərəfindən təqdim edilmiş 

və 

orta 


məktəb 

siniflərinin 

marağını 

qazanmışdır.   

8-ci  sinif  şagirdləri  “Math  is….”  adlı 

müsabiqədə  yüksək  bilik  və  talant  nümayiş 

etdirmişdirlər.  

10-cu  sinif  şagirdləri  tərəfindən  hazırlanmış 

“Kim  Millioner  Olmaq  İstəyir?”  oyunu 

riyaziyyat dünyasının incəliklərini öyrənmək 

üçün yaradılmış əla imkandır.   

9-10 sinifləri arasında keçirilmiş digər tədbir 

“Qadın  Riyaziyatçılarının  Riyaziyyata  olan 

qatqısından” bəhs etmişdir.  

5-11  sinifləri  arasında  riyaziyyat  üzrə 

olimpiada keçirilmişdir və qaliblərin adlarını 

nəzərinizə çatdırırıq:  

10-cu sinif:

 

Emil Revin - 2-ci yer, 



Cəmilə Hüseynova – 2-ci yer 

 

9-cu sinif: 



Atilla Bahmani – 3-cü yer 

Fərid Kərimli – 2-ci yer 

 

8-ci sinif: 



Amina Isayeva - 1-ci yer; 

Emiliya Huseynova - 2-ci yer; 

William Hartley – 3-cü yer. 

 

7-ci sinif: 



Elnaz Mamedova – 2-ci yer; 

Nikita Tkaçev – 2-ci yer, 

Adam Michael Hartley – 3-cü yer, 

 

6-cı sinif: 



Məryəm Həsənova – 1-ci yer 

Məryəm İsayeva – 2-ci yer, 

Əli Əlizadə -3-cü yer, 

Arina Xayeva – 3-cü yer. 

 

Cəmilə Çıraqzadə 



Tam-Orta Təhsil Bölməsinin Rəhbəri  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə