Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
  1   2   3   4   5   6   7   8   9   10


Bəkir Nəbiyev 

Akademik 



 

       Axtarışlar, tapıntılar və itkilər 

(

Azərbaycan dilində  bədii tərcümələrin vəziyyəti və vəzifələri



 

“Tərcümə sənəti” (Məqalələr məcmuəsi) kitabından. Bakı, “Elm” 1990, 

səh. 66-101. 

(Məqalə Azərbaycan Yazıçılar  İttifaqının 1975-ci ilin mart ayında 

keçirdiyi bədii tərcümə problemləri müşavirəsində müəllifin oxuduğu 

məruzə əsasında yazılmışdır)



 

 

Bədii tərcümə  məsələsi hazırda Azərbaycan  yazıçı  və    tərcüməçiləri üçün, 

bütünlükdə  yaradıcılıq  təşkilatımız  və  nəşriyyatlarımız üçün sosialist 

 

mədəniyyətini inkişaf  etdirməyin təcrübə və nəzəriyyəsini  daha da  təkmilləşdirmək 



baxımından xüsusilə ciddi əhəmiyyət kəsb edir.  

Ümumiyyətlə, tərcümə, xüsusilə    də  bədii tərcümə  dünyanın bir – birindən 

uzaq iqlim guşələrində yaşayan,  maddi və  mənəvi nemətlər yaradan,  müxtəlif 

dillərdə  danışan,  fərqli psixoloji  təbiətə malik olan xalqlar arasında qarşılıqlı əlaqə 

və mötəbər  dostluq körpüsüdür.  Dostluq duyğularının vüsəti ölçüyə gəlmədiyi kimi, 

xalqların bir–birini daha yaxından tanımaq, dünya mədəniyyəti inciləri ilə 

zənginləşmək arzusunun da hüdudu yoxdur. Buna görə də tamamilə təbiidir ki,  Sovet 

İttifaqı  tərcümə ədəbiyyatının həcminə görə  uzun illərdən bəri dünyada birinci yeri 

tutur. Biz fəxr edirik ki,  bu  rəqəmdə    Azərbaycan tərcümə  sənətinin də  

özünəməxsus yeri və sanbalı    vardır. Ölkəmizin bütün xalqlarının  dillərində  

yaradılan böyük sovet  ədəbiyyatı  ən çox rus dili  vasitəsilə  milli dilin  və ərazinin  

hüdudlarını    aşaraq,  İttifaqımızda yaşayan bütün xalqların, eləcə  də  tərəqqipərvər 

dünya oxucularının malı olur. 

 

İnqilabdan  əvvəlki Azərbaycanda rus ədədbiyyatından edilən tərcümələrin 



miqyası  və  həcmi o qədər də  böyük olmasa da tərcümənin məqsədi və prinsipləri, 

tərcümə  sənətkarlığı baxımından qiymətli  ənənələrimiz vardır.  Hələ keçən  əsrin 

ortalarından  Azərbaycan yazıçılarında rus dilini, qabaqcıl rus  ədədbiyyatını    və 

mədəniyyətini  öyrənməyə  böyük həvəs oyanmışdır. Yeni, mütərəqqi ideyalar təbliğ 

edən demokratik ruhlu rus ədəbiyyatından tərcümə sahəsində A.Bakıxanovun, 

sonralar isə  F. Köçərlinin, A. Səhhətin, R. Əfəndiyevin xidmətləri böyükdür.  Krılov,  

Puşkin, Lermontov, Qorki və digər  rus sənətkarlarının  əsərlərini xüsusi məhəbbətlə 

dilimizə  tərcümə edib ayrıca kitab halında hələ  1912 – ci ildə  çap etdirmiş Abbas 

 

1



Səhhət  özü etiraf etmişdi ki,  bu sahədə izlədiyim məqsəd elm və bilik günəşi kimi  

sevdiyi görkəmli  rus sənətkarlarının  nur şöləsi ilə    həmvətənlərimin  duyğularını 

işıqlandırmaqdan  və ədəbiyyatımızı  daha da zənginləşdirməkdən ibarətdir.  

Bu nəcib məqsədə nail olmaq üçün A.Səhhətin  göstərdiyi  tərcüməçi–sənətkar 

səyləri bu gün də  öyrənilməyə layiqdir. Biz bunu  ona görə  xüsusi  vurğu ilə deyirik 

ki,  A.Səhhətin tərcümə  etdiyi    müəllifləri “məhəlliləşdirməkdə”, onları “tanınmaz 

dərəcədə  dəyişdirməkdə”  ittiham edənlər də vardır. Həmin iddiaların həqiqətə 

müvafiq olmadığını sübut etmək üçün biz artıq  çoxdan  və haqlı olaraq 

müntəxəbatlara düşmüş “Gün ki, səhərlər çıxar, axşam batar” (“Həyatın dibində” 

pyesindən)  kimi əla tərcüməni nümunə  gətirə bilərdik. Lakin həmin şeri çoxlarının 

hər iki dildə  əzbər bildiyini  nəzərə alaraq, Lermontovun  “Мтсыри” poemasından  

bir parçanı  və  A. Səhhətin  ondan tərcüməsini  müqayisə etməklə  kifayətlənəcəyik. 

 

 

Когда я стану умирать, 



И верь, тебе не долго ждать. 

Ты перенесть  меня вели  

В наш сад, в то  место, где цвели, 

Акаций белых два куста… 

Трава  меж ними  так густа, 

И свежий воздух так душист, 

И так прозрачно – золотист 

Играющий  на солнце лист, 

Там положить  вели меня, 

Сияньем  голубого дня 

Упъюся  я в последний раз, 

Оттуда виден и Кавказ. 

Быть может он  с своих  высот 

Привет прощальный  мне пришлет, 

Пришлет с прохладным  ветерком… 

И близ меня  перед концом  

Родной опят раздастся  звук 

И стану думать я,  что друг 

Иль брат, склонившись надо мной, 

Отер внимательной рукой, 

С лица кончины  хладный пот, 

И что вполголоса  поет 

Он мне  про  милую страну… 

И с этой  мыслью я засну, 

И никого не прокляну… 

 

 



2


 

 

Yetər ol gün ki, tapşıram mən can, 



Çox da çəkməz gəlib çatar o zaman. 

Buyur ol gün  məni aparsınlar. 

Bağımızda o yerdə qoysunlar; 

Orda ki, yasəmən gül açmışdır, 

Dörd bir ətrafa ətir saçmışdır. 

Çox təravətlidir hava orada, 

Var qədərdən füzun səfa orada. 

Var gözəl laləsi, yaşıl çəməni, 

Orda qoysunlar əmr eylə məni. 

Bir doyunca olum nəzərədaz, 

Görünür orda çün  bizim Qafqaz. 

Bəlkə orda səba  yeli ötüşə, 

Bir bizim bağ tərəf güzarı düşə. 

Həsrətilə baxanda mən vətənə

Gətirə ayrılıq salamı mənə. 

Bəlkə axır nəfəs, ölən yerdə, 

Eşidim mən Vətən səsin bir də. 

Elə fikir  eylərəm  o saətdə, 

Başım üstə vaqtdi rəhlətdə. 

Bir əziz doğma qardaşım vardır. 

Sevgili yaru yoldaşım vardır, 

Uzadıb diqqət ilə əllərini, 

Pak edər alnımın  sərin tərini, 

Sanaram yoldaşam əziz kəs ilə 

Məni oxşar həzin – həzin səs ilə

Yataram bu xəyal ilə rahət, 

Daha heç kimdən etməzəm nifrət. 

 

 



 

Göründüyü kimi, burada Lermontov qətiyyən “məhəlliləşməmiş” onun 

obrazları tanınmaz dərəcədə  təbəddülata uğramamışdır. Əksinə,  poemanın  misraları 

əsl  şair  tərəfindən, yaradıcı mütərcim tərəfindən ikinci dildə ehya edilmişdir. Bu 

dəqiqlik, bu  ahəngdarlıq, biz deyərdik ki, dəqiqlik və  ahəngdarlığın ustalıqla 

təcəssüm  etdirilən vəhdəti Səhhət  tərcüməsinin  ömrünü  xeyli uzatmışdır. Belə bir 

vacib  cəhəti  də    nəzərdən  qaçırmağa  haqqımız yoxdur ki, ədəbi yaradiciliq 

hadisəsinə  tarixilik baxımından yanaşmaq lazımdır. A.Səhhət  məlumdur ki,  rus 

dilindən tərcümə  ilə müntəzəm  məşğul olmuş  ilk professional Azərbaycan 

tərcüməçisi idi. 

 

3



Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə