Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə1/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
  1   2   3   4   5   6   7   8   9   ...   95



 
 
 
 
 
NİCAT KAZIMOV 
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
 
 
 
 
           
!
!
 
 
 
 
 
  Hekayələr  
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!
Əziz oxucular, bu hekayələrin hamısı Nicat Kazımovun 2012-2017-ci illər arasında yazdığı 
nijatkazimov.wordpress.com  blogundan götürülmüşdür. Blogda  yarımçıq qalmış bir neçə hissəli  
hekayələr də mövcud olduğundan, onlar bu online kitaba yerləşdirilməmişdir. 


!
 
 
 
 
 
 
 
!
!
!
!
!
!
!
!
 
 
 
 
 
 
Eşq Sultanı 
!
 
 
!
Havanın istiliyindən və günlərdir ac qalan qullar elə bazarın ortasındaca, özlərindən gedirdilər.  
Sahiblərinin başları al-verə qarışdığından heç biri  burnundan qan açılıb ağzı üstə yerə düşən  bu 
qullara fikir vermirdi. Həmədan öz qul bazarı ilə məşhurlaşdığından, ağalar və bəylər uzaq yollar 
qət edib  bu bazara gəlib, öz imarətləri, sarayları üçün qul alıb özləri ilə götürürdülər. 
Bu gün bazarda ən çox qulu olan yəhudi İbrahim ağa üçün  uğurlu bir gün sayılardı. Çünki, İraq  
tacirlərindən biri qul almaq üçün ona müraciət etmişdi.  İbrahim ağa  tacirin 40 qul istəməsini 
duyunca iştahı qabarmış  və əlindəki ən yaxşı qulları tacirə satmışdı. Qul bazarında “müftə-
müsəlləm” adlı bir adət var idi ki, 40 qul alana birini də pulsuz hədiyyə edirdilər.  İbrahim ağa 
etdiyi alverdən razı olduğundan əlindəki son qulu – heç bir işi bacarmayan, bir əti və sümüyü 
olan, tez-tez özündən gedən  gənci  “müftə-müsəlləm” kimi tacirə hədiyyə vermişdi. Tacir qula 
baxıb, çatma qaşlarını büzüb dedi: 
–          Adın nədir? 
–          Eldəniz. – qulun səsi dodaqları arasından zorla tökülürdü. 
–          Gücsüz, qüvvətsiz birisən.  Nəsə bir iş bacarırsan? – Tacir Eldənizi iti gözləri ilə süzüb 
dedi. Eldənizdən heç bir səs gəlmədi. Zatən günlərdir əli-qolu bağlı yol gələn gənc Eldənizin 
danışmağa taqəti yox idi. Onun halını başa düşən tacir öz-özünə dedi: “Zatən müftədir. Nə dəxli 
var. Onu da götürüm”. 
Tacir aldığı qullarına çörək və su verdi. Axşam hava sərin olduğunda yola rəvan olacaqlarını 
bildirdi. Günəşin altında dəriləri qaralmış qullar hərəsi bir ağacın kölgəsində gizlənib az da olsa 
yatmağa çalışırdı. Eldəniz isə yorğun olmasına baxmayaraq, hələ də keçirdiyi şokun təsirindən 
çıxmamışdı. Gözünün qarşısında qıpçaq türklərin yaşadığı kiçik kəndə tanımadığı insanlar 
tərəfindən hücum olmuşdu. Atası Nüsrət həyatda heç kimlə düşmənçiliyi olmayan atlara nal 
vuran bir qoca idi. Ancaq, kəndə hücum edənlər hər kəsi qılıncdan keçirib, uşaqları və qadınları  
qul kimi özləri ilə götürdülər. O gündən sonra  Eldəniz yollarda süründürülür, döyülür, heç bir işi 
bacarmadığına görə tez-tez təhqir olunurdu. Hətta o qədər zəyif bədəni var idi ki, qullar da öz 
heyifllərini çəlimsiz Eldənizdən çıxırdılar.  Eldənizin isə gözünün qarşsıından getməyən bir şey – 
atasının atların ayağı altında qalan başı idi. Hələ körpə ikən, anasını qarayara xəstəliyindən itirən 


Eldəniz indi həyatın keşməkeşli yolunda gənc yaşlarında ayaq üstə durmalı idi. Ancaq, bunun 
üçün özündə güc tapa bilmirdi. 
Digər qullar ağacların altında yuxuya getmişdi. Eldəniz isə əlindəki quru çörəyi suya batıraraq 
yeməyə çalışırdı. Ancaq, yolun digər tərəfində gözləri olmayan bir qocanı dilənərkən görəndə 
yediyi çörək boğazından keçmədi. O, kor qocanın yanına gedib çörək və suyu onun yeməyi üçün 
verdi. Kor qoca əlini  Eldənizin nazik biləklərindən tutub dedi: 
–          Ah, bu çörəyi mənə verən Sultandır. – kor qocanın səsi titrəyirdi. 
–          Yox, baba. Mən Sultan deyiləm. Sadəcə bir qulam. – Eldəniz qeyri-ixtiyari gülümsədi. 
–          Sənin yolun o qədər parlaq olacaq ki, elə bir mərtəbəyə  yüksələcəksən ki, yer üzündə 
gördüyün hər şey sənin iki dodaqların arasında olacaq. Sən padşah olacaqsan, padşah! Ver əlini 
öpüm sənin! – Kor qoca Eldənizin əlini öpmək istəyirdi. Ancaq, Eldəniz buna icazə vermədi. O, 
heç nə demədən digər qulların yanına getdi və qocanın sayıqladığını düşündü. 
Yavaş-yavaş günəş batır, gecə yer üzünə enməyə başlayırdı. Günəşin batması ilə axşam sərini 
insanların canına fərahlıq gətirirdi. Yüzlərlə dəvəsi olan tacir qullarını da alıb yola düşdü.  
Eldəniz qullar içərisində ən balacası olduğundan, tacir zəyif gənci sonuncu dəvənin belinə 
otuzdurmuşdu.  Gecənin bir yarısı çölün ortasında Eldəniz dəvənin belindəcə yuxuya gedir. Dəvə 
rəməl yeridiyindən Eldəniz dəvənin üzərindən düşür.  Karvanı müşaiət edən mühafizəçilərdən 
biri sonuncu qulun olmadığını görür. Tacir atını çaparaq, Eldənizi axtarmağa gedir. Eldəniz isə 
üzünü  yumşaq və isti torpağın üzərinə qoyub  özü də bilmədən yuxuya getmişdi.  Tacir onun 
ayağına təpik vuraraq oyadır və karvana geri götürür.  Heç bir halı qalmayan  Eldənizin başına 
bu ikinci dəfə də gəlir. O dəvədən yıxılıb yerdəcə qalır. Tacir yenidən Eldənizi tapmaq 
məcburiyyətində qalır. O, Eldənizin üzərinə qışqırır və qərara gəlir ki, onu elə bu çölün ortasında 
buraxsınlar. Qorxuya düşən Eldəniz, tacirin ayaqlarına sarılıb  deyir: 
–          Yalvarıram ağa, məni burada qoymayın. Bir də olmaycaq, sizə söz verirəm. 
–          Bir qulun sözünun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Buraq ayağımı. – Tacir onu 
itələyərək dedi. 
–          Ağa yalvarıram sənə, mənə bunu rəva görmə. Məni də apar özünlə. – Eldənizin 
gözlərində yaş gəlməyə başladığından, tacirin ürəyi bir qədər yumşaldı. Amma onu bu dəfə 
dəvəyə otuzdurduqdan sonra əllərini yəhərə bağladı ki, düşəndə yerdə qalıb  yatmasın. Bu hadisə 
bütün qulların kefini açdı. Gecə yarısı kimsəsiz bir çöldə yük daşıyan qulların gülüş səsləri ilə 
rəng qatıldı. 
Həmin gecə ulduzlar yerə necə də yaxındı… Eldəniz atasından öyrəndiyi duaları ulduzlara baxıb 
hıçqıra-hıçqıra deyirdi: 
“ Rəbbim, səndən başqa heç kimim yoxdur. Sənə sığınıb, səndən kömək diləyirəm. “ 
Bağdada doğru yolan düşən karvan bir həftə sonra artıq şəhərə çatmışdı.  Füsunkar gözəlliyə 
malik olan bu şəhərin üzərində gecə ilə gündüz bərabərləşirdi. Şəhər müxtəlif dillərdə danışılan 
insanlarla qaynayırdı. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə