Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix15.04.2018
ölçüsü2,04 Kb.
#38705
  1   2   3   4   5   6   7   8   9   ...   17


 
1
 
 
 
 
 
 
 
 
 
 
 
NİHALƏ 
 
 
 
 


 
2
 


 
3
 
 
 
 
 
 
 
 
Nihalə ilk hekayələri çap olunan kimi bənzərsizliyilə 
diqqəti cəlb etdi, çünki hisslərini, duyğularını  qələmiylə 
dara çəkmir, səmimi və sadə yazır.  Əslində, bu sadəlik, 
təbiətin diliylə danışması Nihalənin orijinal yazı üslubudur, 
həm də Allahın yaratdıqlarına bağlılığı və ehtiramıdır.  
Onun yaradıcılığı  vətənpərvərliyi və milli təəssübkeş-
liyilə seçilir. Doğma yurdun gözəllikləri, əsir torpaqları-
mızın yanğıları hekayələrinin əsas mövzularıdır. 
Hekayələrindən sevgisi və nifrətiylə, sevinci və kədəriylə 
bizə tanış, həm də doğma olan bənzərsiz insan taleləri keçir. 
Təsvirçilikdən uzaq olması, humanizmi Nihaləni oxucuya 
yaxınlaşdıran əsas cəhətlərdir. 
 
 
 


 
4
 
 
 
Nihalə  
İŞDƏ MEDİTASİYA 
Бакы, Ганун Nəşriyyatı, 2012 
120 ñÿùifÿ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© Nihalə, 2012 
  © Ганун Няшриййаты, 2012 
 
 
Qanun Nəşriyyatı 
Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9 
Тел.: (+994 12) 431-16-62; 431-38-18 
Mob.: (+994 55) 212 42 37 
е-маил: инфо@ганун.аз 
www.qanun.az 


 
5
QARA TORAĞAY 
 
 
Torağay Bilgəh torağayı idi. Bağda ağacdan-
ağaca, budaqdan-budağa qonub zil səsi ilə oxu-
yur, cəh-cəhi hamını bihuş edirdi. Evin kişisinə 
telli sazı dərdli sinəsinə basıb çalıb-oxuyan aşığı 
xatırladırdı. Lətif də başını sağa-sola yelləyir, 
gözlərini yumur, xəyalında doğma yurdun gül-
lü-çiçəkli dağlarını, xınalı daşlarına yayxanıb 
qoyun-quzu otardığı yaşıl yamaclarını, bir sini 
yağlı, qurutlu xəngəlin üstündən içdiyi soyuq 
bulaq suyunu, bir sözlə, çoxdan yad etmədiyi 
doğma ata yurdunu xatırlayır, şirin xəyallarına 
mane olan arvad-uşağının üstünə  təpinib səs-
lərini kəsməyi  əmr edirdi. Elə bil həmişə 
televizorda izlədiyi aşıq musiqisi idi, çox vaxt 
saz sədaları altında yumşaq divanda mürgü-
ləyir, hətta xoruldayırdı, gözlərini açanda ve-
riliş qurtarmış olurdu. Həyat yoldaşı  Nərgiz 
lobya təmizləyir, nahar yeməyinə hazırlıq gö-
rür. Quşun səsi ona Gədəbəy ləhcəsi ilə danışan 
iki sevgilini xatırladır,  ərinin hikkəsinın hovu-
nu almaq istəyir.  


 
6
– Qızım, səhər bağa çıxanda torağayları 
görəydin, biri ağacdan o birinə səslənir: “Gəley-
rəm, gəleyrəm, ay qadan alım”, ikincisi ca-
vabsız qalmır: “Nağayrım, nağayrım, ay başına 
dönüm?” Vallah, elə bil, quş deyil, iki insan 
söhbət edirdi.  
Kiçik qızları  Vəfa kompüterdən başını qal-
dırıb anasını məzəmmət etməyə başladı:  
– E…e... e, sizin başqa söz-söhbətiniz yox-
dur? Bu cücə belə getdi, o biri sərçə belə dedi.  
Yenə  əllərini kompüterdə tez-tez şaqqıldat-
mağa başladı.  
 – Bu qızda bir damcı romantika yoxdur, elə 
bil bağa dincəlməyə yox, it-qurdla çatlaşmağa 
gəlib. Zalım qızı, işdə bütün günü kompüterin 
qabağında oturursan, bir gözünü qaldır ağaclara, 
quşlara bax, həzz al. Sənə başqa iş tapşıran var? 
Bu sözlər Vəfanı  qıcıqlandırdı, kompüterini 
qoltuğuna vurub evə  çəkildi. Deyinə-deyinə, 
donquldana-donquldana çatlaşmağına davam 
etdi.  Əllərinin  şaqqıltısı başa düşürdü, canı 
boğazına yığılan Nərgiz bu dəfə  Lətifin iradla-
rına tuş gəldi. 


 
7
– Yenə  səsiniz kəsilmir, qoyun qulaq asaq, 
görək nə deyir ustad. 
– Neynəyək, indi sənə görə  səsimizi çıxart-
mayaq? Bir qoşmanı sonadək bilmirsən. Gedib 
öz tərəfinizdən bir qız alaydın, ikiniz də bütün 
günü aşıqlıq edərdiniz. 
– Düz deyirsən, uşaqların da özün kimidilər, 
milli ruhları yoxdur, aşıq səsi, aşıq adı gələndə 
kanalı dəyişirlər, qəsdən səs salıb aranı qatırlar.  
– Gərək qardaşının sözünə baxıb öz ba-
ğınızın gülünü dərəydin. 
“Sizin tərəf” deyən kimi Lətifin kefi duruldu. 
– Bax, bunu düz deyirsən, o vaxt Şamil əmi-
nin qızını alsaydım, qulaqlarım dinc olardı, indi 
başıma döyməzdim. Ahh, ahh, necə  səhv elə-
dim. 
– Yenə gec deyil, səhvini düzəldə bilərsən. 
Sənə ürcah olan günə daş yağaydı! Sənə bircə 
mən dözürəm, heç kəs səni yaxın qoymurdu, 
gəldin keçdin boğazıma. 
– Yox, əşşi, boğazına keçmişəm. Hər telim-
dən bir qız sallanırdı eyy! Nə  qədər həsrətimi 
çəkənlərim vardı, heç birini bəyənib yaxın qoy-


 
8
murdum. Məni toruna saldın, haradan tapacaq-
dın belə boylu-buxunlu gənci? Mən olmasam, 
bu iki yaraşıqlı bala da olmazdı. 
– Məni də istəyənlər az deyildi, sadəcə qü-
rurlu olmuşam, heç kəsə üz verməmişəm.  
– Bizi bir-birimizə ürcah edənin Allah evini 
yıxsın!  
Vəfa söz-söhbətin davaya çevrildiyini görüb 
söhbətin arasına girdi. 
– Bəsdir, iki torağaya görə evdə fitnə-fəsad 
törətməyin, artıq haqq-hesab çürütmək vaxtınız 
keçib.  
Səslər kəsildi.  İki saatdan sonra həyat yenə 
də öz axarı ilə davam etməyə başladı, tora-
ğaylar səs-səsə verib boğazlarını cırsalar da, bir 
bəni-insan heyranlığını bildirmirdi. Nahar ye-
məyindən sonra başlar ağırlaşıb qazana dön-
müşdü, qulaqlara qurğuşun tıxanmışdı, Lətif 
yenə  də televizorun qabağında xumarlanırdı, 
televizorda erməni quldurları  tərəfindən işğal 
olunmuş  Cəbrayıl rayonunu göstərirdilər. Bu-
laşıq qabları yuyan Nərgiz hərdən yaş  əli ilə 
dolmuş gözlərini silirdi.  


Yüklə 2,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə