Nikolay ostrovski (Anadan olmasının 50 illiyi münasibətilə)



Yüklə 41,13 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü41,13 Kb.
#50000
növüYazı


 

NİKOLAY OSTROVSKİ (Anadan olmasının 50 illiyi münasibətilə) 

 

Sentyabrın iyirmi doqquzunda məşhur rus yazıçısı Nikolay Ostrovskinin anadan olmasının əlli ili 



tamam olur. On səkkiz  ildir ki, onun  nəcib  və  alovlu qəlbi dayanmışdır. Otuz iki  yaş  bir  nasir 

üçün çox az ömürdür. Lakin bu az ömür nə qədər böyük bir şərəflə keçmişdir. 

Ostrovskinin  həyatı  və  əsərləri  dünya  ədəbiyyatının  maraqlı  və  ən  təəccüblü  hadisələrindən 

biridir. Bu həyat insan iradəsinin, həqiqi insan ləyaqətinin bir təntənəsidir. 

Bu həyat misilsiz mərdlik və qəhrəmanlıq timsalıdır. Bu həyat böyük gələcək uğrunda yanan bir 

məşəl, bir çıraqdır, Amansız xəstəliyin uzun illər yatağa saldığı gənc Ostrovski ölümündən bir il 

əvvəl  yazırdı:  «Mən  öz  sevimli  vətənimin  qəlbinin  döyüntülərini  eşidirəm  və  o,  gənc,  gözəl, 

məğlubedilməz bir həyat sevgisilə mənim qarşımda dayanır. O - mənim vətənim sülh bayrağını 

və  dünya  mədəniyyətini  yüksəklərə  qaldırmışdır!  Belə  bir  vətənin  oğlu  olmaq  nə  qədər  böyük 

xoşbəxtlikdir...» 

Ostrovskinin həyat və yaradıcılığındakı qəhrəmanlığın sirri də həmin bu böyük məhəbbətdədir. 

Bu  məhəbbətdə  misilsiz  bir  qüdrət  var.  Bu  böyük  məhəbbət  səkkiz  ildən  artıq  bir  ömrü 

qımıldanmadan yataqda keçirən, fıziki ağrılar içində qıvrılan cavan Ostrovskiyə səbr və dəyanət, 

yaşamaq və mübarizə eşqi verirdi! 

Özünün yazdığı kimi, Nikolay Ostrovski 1904-cü ildə bir fəhlə ailəsində doğulmuşdur. Çar üsul-

idarəsinin mənfur rejimi, yoxsulluq, milyonlarla fəhlə balaları kimi onun da təhsil almasına mane 

olmuşdur. Balaca Nikolay ibtidai məktəbin üçüncü sinfındən çıxaraq, on bir yaşından məşəqqət 

və əzablar içində işləyib, çörək pulu qazanmağa məcbur olmuşdur. Sonralar, lap gənc yaşlarında 

- silahlı bir əsgər olaraq vətənin düşmənlərinə qarşı igidliklə vuruşub ağır surətdə yaralanmışdır. 

O,  1922-ci  ildə  odun  daşımaq  üçün  dəmiryol  xətti  çəkən  tikintidə  fəal  surətdə  iştirak  edərək 

tifdən xəstələnmişdir. 

Bir  neçə  il  sonra  iki  gözündən  və  iki  qıçından  şikəst olaraq  yatağa  düşmüş,  hökumətin  böyük 

qayğısına, hər cür müalicəyə baxmayaraq, ömrünün axırına qədər eləcə qalmışdır. 

Nikolay  Ostrovski  1930-cu  ilin  payızında  Moskvada  məşhur  «Polad  necə  bərkidi»  romanı 

üzərində işləməyə başlamışdır. 

«Gənc  qvardiya»  jurnalının  1932-ci  il  aprel  nömrəsində  romanın  ilk  fəsilləri  nəşr  olunmuşdur. 

1932-ci ildə isə romanın birinci hissəsi ayrıca kitab halında çapdan çıxmışdır. 

«Polad  necə  bərkidi» romanı  dərhal  bütün ölkə oxucularının ən çox  sevdikləri kitablardan  biri 

oldu. Bu isə təsadüfi deyildi. 

Müəllif, Pavel Korçaginin şəxsində yeni epoxanın müsbət qəhrəmamm heyrətli dərəcədə güclü 

bir təbiilik və doğruluqla yarat-mışdı. 

Çünki Korçaginin həyatı bütün bir nəslin həyatıdır. Bu həyatda irəliyə doğru fəvqəladə dərəcədə 

qüdrətli bir hərəkət vardır. 

Korçaginin  həyat  fəlsəfəsi  insan  və onun cəmiyyətdəki əbədi  səadətidir.  Bu  böyük  ideya onun 

coşğun mübarizəsinin əsasını təşkil edir. Bu böyük ideya sarsılmaz bir məqsəd kimi onu daima 

irəliyə  doğru  aparır.  Hələ  lap  uşaqlıqdan  onun  ağaları,  ağa  balalanrını  görməyə  gözü  yox  idi. 

Maymaq, tüfeyli Leşşinskilər onda dərin bir ikrah hissi doğururdu. Bu nifrət getdikcə güclənərək 

mübarizə alovuna çevrilmişdi. Korçaginin ürəyindəki yanğını söndürmək üçün hakim sinifləri və 

onların  mənfur  ağalığını  məhv  etmək  lazım  idi.  Bu  mübarizədə  heç  bir  çətinlik,  heç  bir 

məhrumiyyət Korçaginin polad qollarını  boşalda  bilməzdi. Oxucu onun şanlı  həyat səhifələrini 

varaqladıqca qəlbində sonsuz bir mübarizə eşqi və fərəh hiss edərək, sanki «mən də bu Korçagin 

kimi  olsaydım...»  demək  istəyir.  Çəkdiyi  əzablara  baxmayaraq,  ilk  mübarizə  günlərindən 

başlamış xəstə yatağındakı son dəqiqəsinə qədər Korçagin həmişə özünü xoşbəxt və gümrah bir 

mübariz  kimi  hiss  edir.  Çünki  onun  üçün  gələcək  uğrunda  aparılan  mübarizədən  də  yüksək, 

müqəddəs və şərəfli bir iş yoxdur. Önun səadəti bu mübarizənin bir parçası, bir hissəsidir. 

Korçagin  yüksək  vəzifə  və  ya  rütbə  sahibi  deyil,  çox  az  təhsil  görmüş  adicə  bir  vətəndaşdır. 

Lakin bununla bərabər, biz onun simasında öz vətəninin həqiqi sahibini görürük. Onun hiss və 

düşüncələri  yalnız  öz  şəxsiyyətini  deyil,  bütün  insanları  əhatə  edir.  Məqsəd  və  arzusundakı 




genişlik  Korçagini  daha  da  ucaldır.  O,  oxucunun  nəzərində  dağ  kimi  böyüyür,  kiçik  bir 

koçeqardan böyük bir xalq nümayəndəsinə 

çevrilir. 

Müəllif Korçagin surətini daima hərəkətdə, 

inkişafda, geniş xalq kütləsilə münasibətdə təsvir edir. Korçagin düşmənə qarşı nə qədər amansız 

və barışmazdırsa, dosta qarşı o qədər səmimi və mehribandır. Onun dostları isə, milyonlardır - 

gələcək uğrunda mübarizə aparan milyonlar! 

Döyüş və mübarizə içərisində polad kimi bişib bərkiyən Korçaginin yetişməsində xalq kütlələri 

ilə birlikdə Juxray kimi mütərəqqi fikirli insanların boyük rolu olmuşdur. 

Juxray, hələ döyüşə atılmamış gənc Pavkaya deyir: «Təkbaşına vuruşmaqla həyatı dəyişdirmək 

olmaz.  Pavluşa,  fəhlə  işi  uğrunda  yaxşı  bir  döyüşçü  olmaq  üçün  səndə  hər  bir  imkan  vardır. 

Lakin  çox  gəncsən,  sinfi  mübarizə  haqqında  məlumatın  çox  azdır.  Qardaşım,  səndən  bir  şey 

çıxacağını  bildiyim  üçün  nıən  həqiqi  yolu  sənə  göstərərəm.  Bu  saat  dünyanın  hər  bir  yerində 

yanğın  başlamışdır.  Qullar  qiyam  etmişlər,  köhnə  həyatı  alt-üst  edəcəklər...  Lakin  bunun  üçün 

cəsarətli  adamlar  lazımdır.  Amansız  surətdə  mübarizə  aparmaq  üçün  döyüşdən  qabaq,  tarakan 

işıqdan qaçan kimi qaçıb gizlənən adamlar deyil, cəsur mübarizlərə ehtiyac vardır.» 

Pavel Korçagin ilk həyat müəllimi olan Juxrayın bu sözlərini heç bir zaman unutmadı. 

Pavel Korçagin məhz Juxrayın dediyi kimi, cəsur mübariz oldu. Düşmən gülləsinin ağır yaraları 

onun iradəsini sarsıda bilmədi. 

Əsərdə  yoxsul  fəhlə  balası Pavka  ilə aristokrat qızı Tanyanın  maraqlı  sevgi  macərası da təsvir 

olunur. Pavka ilə Tanya bir-birilərini sevirlər... Lakin getdikcə meydana çıxan barışmaz və aydın 

bir ziddiyyət bu sevgini sarsıtmağa, onun mümkün olmadığını meydana çıxarmağa başlayır. Bu 

ziddiyyət  biri  proletar,  digəri  isə,  hakim  sinifdən  olan  iki  gəncin  fikir  və  hissləri  arasındakı 

kəskin fərqdən ibarətdir. 

PaveJ  Korçagin  Tanyanı  ictimai  işlərə  cəlb  etmək  istəyir.  Lakin  qızın  əhvali-ruhiyyəsi  tezliklə 

özünü  büruzə  verir.  Qulluqçularla  bəslənib  boyüdülən  aristokrat  qızı  yoxsul  təbəqədən  çıxmış 

gənclərə  yuxarıdan  aşağı  baxır,  onlara  istehza  edir.  Bu  isə  sərt  və  məğrur  təbiətli  Korçaginin 

izzət-nəfsini  yaralayır.  Onun  sinfi  şüurunu  coşdurur  və  Pavel  qəti  surətdə  qızdan  ayrılmaq 

qərarına gelir. Pavel  hiss  edir ki, onunla  bu ağa  qızının ulduzları  heç bir zaman  barışa  bilməz. 

Çünki  onların  yolları  tamam  başqa-başqadır.  Bir  neçə  ildən  sonra  özü  kimi  bir  aristokrata  ərə 

getmiş Tanya dəmiryol xəttində işləyən Korçaginə rast gələrkən deyir:

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

 

«- Xoş gördük, Pavluşa,.. Etiraf edirəm ki, səni belə halda görəcəyimi gözləməzdim. Əcəba, sən 



hökumətdən yer qazmaqdan başqa yaxşı bir vəzifə ala bilmədinmi? Mən elə güman edirdim ki, 

sən çoxdan komissar, ya da başqa böyük bir qulluqdasan...

 

Pavel dayandı, heyrətli nəzərlərlə Tanyanı süzdü;



 

-  Mən  də  səni  belə...  turşuya  basılmış  bir  halda  görəcəyimi  gözləməzdim...  -  deyə,  nəhayət, 

yumşaq, mülayim bir söz tapdı...»

 

Beləliklə, müəllif, ağa qızı Tanyanın daxili aləmini, onun xudpəsənd və tüfeyli simasını dərin bir 



realizmlə açıb göstərir. Müəllif göstərir ki, Tanyalar boyük yolun, böyük məqsədin mübarizi olan 

Korçaginləri  anlaya  bilmədilər.  Çünki  Tanya  kimi  ağalar  üçün  dünyada  öz  mənfür 

şəxsiyyətlərinin  rifahından  başqa,  zəhmətkeş  xalqın  hesabına  tüklü  döşəklərdə  nazlanmaqdan 

başqa heç bir şey yoxdur.

 

«Polad necə bərkidi» romanında Rita, Juxray, Pankratov, Artyom kimi  müsbət qəhrəmanlar da 



sənətkarlıqla  göstərilmişdir.  Bunlar  öz  təbiət  və  xarakterləri  ilə  bir-birilərindən  seçilən  canlı 

surətlərdilər.

 

«Polad  necə  bərkidi»  romanı,  sözün  tam  mənasında,  realizm  üslubunda  yazılmış  bir  əsərdir. 



Müəllifin  hər  bir  şeyə  qarşı  münasibəti  aydın  surətdə  nəzərə  çarpır.  Surətlər,  hadisələr  daima 

hərəkət və inkişafda təsvir olunur. Dövrün tipik xüsusiyyətləri həqiqi realizmlə göstərilir.

 

«Polad  necə  bərkidi»  romanı  böyük  və  parlaq  istedada  malik  ədib  tərəfindən  yazılmış  həqiqi 



sənət  əsəridir.  Əlbəttə,  bu  gözəl  əsərin  yaranmasında  müəllifın  bioqrafiyası  mühüm  rol 

oynamışdır. Lakin bu, onun bədii dəyərini heç də azaltmamış, əksinə, xeyli yüksəltmişdir. Bunu, 

hər şeydən əvvəl, əsərin xalqlar arasındakı intişarı və onun qüdrətli təsir gücü sübut edir.

 

Son  məlumata  gorə,  «PoIad  necə  bərkidi»  romanı  təkcə  Sovetlər  İttifaqında  iki  yüz  dəfə  çap 



olunmuşdur. Qırx səkkiz dilə tərcümə olunaraq, beş milyon tiraja qədər nəşr edilən «PoIad necə 


bərkidi» romanı dünya gənclərinin  mübarizəsində olduqca  böyük rol oynamışdır.  O, gənclərdə 

qəhrəmanlıq və mübarizə ruhu tərbiyə etmişdir.

 

«Nikolay Ostrovskinin həyatı» adlı kitabının müəllifləri - N.Venqrov və M.Efros maraqlı bir fakt 



yazırlar: «Çin xalq ordusu öz vətənini düşməndən azad etmək uğrunda vuruşarkən döyüşçü Yo 

Çi ağır surətdə yaralanaraq kor olmuşdur.

 

Yo  Çi  bu  fəlakətdən  sarsılaraq  özünü  öldürmək  dərəcəsinə  gəlir.  Bu  zaman  hərbi  xəstəxanada 



ona «PoIad necə bərkidi» romanını oxuyurlar. O, bütün bir fəsli ağızdan eşitməklə əzbər öyrənir. 

Sonra  Yo  Çini  başqa  bir  hərbi  xəstəxanaya  komissar  qoyurlar.  İndi  kor  komissar  özü  ağır 

yaralılara  «Polad  necə  bərkidi»  romanından  danışır  və  bu  söhbətlər,  Yo  Çidə  olduğu  kimi, 

onlarda da gümrah  və  mübariz  bir  əhvali-ruhiyyə  yaranmasına kömək edir...» Belə  misallardan 

yüzlərlə  gətirmək  olar.  Bu  gün  ədəbiyyatsevərlər  Nikolay  Ostrovskinin  anadan  olmasının  əlli 

illiyini  böyük  bir  məhəbbət  və  iftixar  hissi  ilə  qeyd  edirlər.  Həqiqi  sənətkar  üçün  bundan  da 



böyük səadət ola bilməz. 

«Ədəbiyyat və incəsənət» qəzeti, 25 sentyabr 1954-cü il. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 41,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə