Nitq mədəniyyəti ilə üslubiyyatın qarşılıqlı əlaqəsi Vadim Aydayev



Yüklə 172,8 Kb.
tarix24.04.2022
ölçüsü172,8 Kb.
#85999
V.Aydayev

Nitq mədəniyyəti ilə üslubiyyatın qarşılıqlı əlaqəsi

Vadim Aydayev

NİTQ

  • Nitq xalqın mədəniyyət göstəricilərindən sadəcə biridir. Belə ki dil lüğət fondu qramatik quruluşu fonetik sistemi ilə formalaşan ünsiyyət vasitəsidir nitq isə hər bir insanın bu ünsiyyət vasitəsindən fərqli şəkildə istifadəsidir.
  • Gözəl nitq üçün dilin ifadə imkanlarının genişliyi və danışanın nitqə yüksək hazırlığı dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi ilə şərtlənir.

NİTQ MƏDƏNİYYƏTİ

  • Nitq mədəniyyəti insan mədəniyyətinin vacib və aparıcı tərkiblərindən biridir yəni insan atributudur. Bu mədəniyyətin özülü ailədə qoyulur təhsil ocağları və sosial mühitimiz isə onu formalaşdırır nitqimizin inkişafı isə ədəbi əsərlər ifadəli oxu və yazı ilə kamil vəziyyətə gəlir.
  • Mədəni nitq üçün onun düzgünlüyü dəqiqiliyi təmizliyi ifadəliliyi aydınlığı yığcamlığı və sadəliyi vacib şərtlərdəndir. Nitq mədəniyyəti humanitar elm sahəsidir və digər elmlərlə əlaqəlidir

ÜSLUB

  • Üslub insanın fəaliyyət göstərdiyi hər bir sahədə əsas xassəyə malikdir. Bu termin dilimizə ərbcədən gəlib və tərz ifadə tərzi üsul mənasını verir.
  • Ümumiyyətlə üslub hər şeyin özülü mənidir. Hər fəaliyyətdə üslub var və bu üslublar müəyyən şəxs və ya qrup tərəfindən yaradılır.

ÜSLUBİYYAT

  • Üslubiyyat üslubları bütöv şəkildə öyrənən sahədir. Ə.M.Dəmirçizadə üslubları öyrənən elm kimi üslubiyyatı belə səciyyələndirir: «Üslubiyyat dildə ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və əlamətlərindən, ifadə vasitələrinin sistem təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir»
  • Üslubların tarixi qədim olsa da, bir elm kimi üslubiyyatın tarixi XX əsrin 20-ci illərindən başlayır. Üslubiyyatın bir elm sahəsi kimi bünövrəsini Praqa funksional dilçilik məktəbinin banisi görkəmli dilçi Villem Matezius, onun həmkarları V.Skaliçka, F.Travniçek, B.Havranek və başqaları dilin özünü funksional fəaliyyət prosesində götürürlər.

Nitq mədəniyyəti və üslubiyyat

Nitq mədəniyyəti və üslubiyyat arasında qarşılıqlı əlaqə var. uğBelə ki nitq üslublarının yaranması dilin inkişafı ilə bilavasitə bağlıdır. Üslub dilin inkişafı ilə yaranıb və dil vahidlərindən məqsədyönlü istifadə üsuludur. Bu məqsədyönlü istifadə ümumi ictimai baxımdan funksional üslubların yaranmasında özünü göstərir.

  • Nitq mədəniyyəti və üslubiyyat arasında qarşılıqlı əlaqə var. uğBelə ki nitq üslublarının yaranması dilin inkişafı ilə bilavasitə bağlıdır. Üslub dilin inkişafı ilə yaranıb və dil vahidlərindən məqsədyönlü istifadə üsuludur. Bu məqsədyönlü istifadə ümumi ictimai baxımdan funksional üslubların yaranmasında özünü göstərir.
  • Funksional üslublar milli təfəkkürün sahələrini özündə əks etrdirir. Bu sahələrin tələblərini özünəməxsus dil vahidlərinə əsaslanır
  • Hər iki sahə həm nitq mədəniyyəti həm də üslubiyyat öz mövzusu dairəsində sözlərin və qramatik formaların nitqdə işlədilməsi keyfiyyətini və imkanlarını araşdırır.
  • Dilin lüğət tərkibi orfoqrafiya və orfoepiya məsələləri spzlərin məna çalarları üslubi rəngarənglik sinonimlik və.s kimi məsələlər həm nitq mədəniyyəti həm də üslubiyyatın öyrəndiyi sahələrə daxildir.
  • Üslubiyyat və nitq arasındakı bənzərliklər nə qədər çox olsa da bu iki sahənin fərqli cəhətlərini də qey etmək lazımdır yəni onları tamamilə eyniləşdirə bilmərik.
  • Nitq mədəniyyətini üslubi normalardan məqsədəuyğun istifadə və ifadəlilik məsələləri maraqlandırırsa üslubiyyat-dil vahidlərinin leksik-semantik əlaqələri üslubi imkanları sözyaratma və söz işlətmənin normativliyi funksional üslubların tam və geniş mənada tədqiqi cəlb edir.
  • Belə nəticəyə gəlirik ki üslubiyyat dil və nitq üslublarını nitq mədəniyyəti isə müasir ədəbi dil çərçivəsində söz və qramatik formaların nitqdə işlədfilmə imkanları onların əlverişliliyini uyğunluqü düzgünlük səlistlik ifadəlilik kimi keyfiyyətlərini dil sisteminin emosional- ekspressiv çalarlarını bədii ifadə və təsvir vasitələrinin formalaşması və təkmilləşməsinə təsir göstərən amillərin qarşıklıqlı əlaqələrini öyrənir.

Yüklə 172,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə