Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 

Əlyazması hüququnda 

 

 

 

ATAƏMİ BALA BABA oğlu MİRZƏYEV 

 

 

 

 

 

AZƏRBAYCAN BƏDİİ TƏRCÜMƏ  

TARİXİNDƏ FÜZULİ MƏRHƏLƏSİ 

  

 

10.01.01. – Azərbaycan ədəbiyyatı 



 

 

 

Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq 



üçün təqdim edilmiş dissertasiyanın  

 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

BAKI – 2012 


 

 



Dissertasiya  işi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami 

adına  Ədəbiyyat  İnstitutunun  «Orta  əsrlər  Azərbaycan  ədəbiyyatı» 

şöbəsində yerinə yetirilmişdir. 

 

 



Rəsmi opponentlər:   

  Rafael Baba oğlu Hüseynov 

                         

             AMEA-nın müxbir üzvü,  

                            filologiya üzrə elmlər doktoru, professor  

 

 

 



 

 

   Aydın Müstəcəb oğlu Abıyev 



              

 

               filologiya üzrə elmlər doktoru, professor 

 

 

 



             

  Tərlan Aslan oğlu Quliyev 



                                       

  filologiya üzrə elmlər doktoru 

 

 



Aparıcı təşkilat:       

   Bakı Dövlət Universiteti  

                       «Klassik Azərbaycan ədəbiyyatı» kafedrası   

 

 



      Müdafiə  «         »                                        2012-ci il saat               də  

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.131 – Dissertasiya Şurasının 

iclasında keçiriləcəkdir.                  

 

      Ünvan:  Az  1143,  Bakı  şəhəri,  H.Cavid  prospekti  31,  Akademiya 



şəhərciyi, Əsas bina, V mərtəbə 

 

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi 

Kitabxanasında tanış olmaq mümkündür. 

 

 Avtoreferat  «         »                                    2012-ci ildə göndərilmişdir. 



 

 

Dissertasiya Şurasının  

elmi katibi, 

filologiya üzrə elmlər doktoru:                           İmamverdi Yavər oğlu 

 

 

 

 

 

 

                Həmidov     

 



 

 



TƏDQİQAT İŞİNİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Türk  ədəbiyyatının  «qızıl  dövrü»  (Krımski) 

hesab olunan XVI yüzillik təkcə orijinal əsərləri ilə deyil, tərcümələri 

ilə də zəngindir. Həmin yüzilliyin çeşidli tərcümə örnəkləri içərisində 

Məhəmməd  Füzulinin  tərcümələrinin  xüsusi  yeri  vardır.  Füzuli  çox-

sahəli və zəngin yaradıcılığı ilə Azərbaycan-türk ədəbiyyatında lirik və 

epik növdə olduğu kimi, bədii tərcümə sahəsində də yeni bir məktəbin 

əsasını qoymuş, bədii tərcümənin inkişafında xüsusi rol oynamışdır.  

Füzulinin  mühiti,  həyatı,  lirikası,  qəsidələri,  bədii  nəsri,  sənətkarlığı, 

poetikası, «Leyli və Məcnun» poeması, fəlsəfi görüşləri və s. haqqında bir 

sıra  qiymətli  elmi-tədqiqat  əsərləri,  monoqrafiya,  məqalə  və  oçerklər 

yazıldığı halda, onun tərcüməçilik fəaliyyəti toplu halında ayrıca tədqiqat 

obyekti  olmamış,  onun  bu  sahədəki  xidmətləri  özünün  lazımi  elmi 

dəyərini almamışdır. Doğrudur, onun hər iki tərcümə əsəri («Tərcümeyi-

Hədisi-ərbəin» və «Hədiqətüs-süəda») haqqında müxtəlif vaxtlarda xüsusi 

olaraq  və  ya  dolayısı ilə ayrı-arı  araşdırmalar  aparılmış,  qiymətli fikirlər 

söylənilmişdir; bu fikirlər içərisində həm üst-üstə düşən, həm də bir-birinə 

zidd olan, biri digərini inkar edən mülahizələr də vardır. Ancaq təəssüflər 

olsun  ki,  Füzulinin  tərcümə  əsərləri  ilə  bağlı  olan  bütün  məsələlər  küll 

halında  sistemli  araşdırmaya  cəlb  edilməmiş,  ədibin  yaradıcılığının  bu 

sahəsi layiqli elmi dəyərini ala bilməmişdir. Tərcümənin xüsusi bir sənət 

(özü  də  «yüksək  sənət»  (K.Çukovski))  olmasını  və  onun  mütərcimdən 

böyük məharət və sənətkarlıq tələb etdiyini nəzərə alsaq, onda məlum olar 

ki,  Füzulinin  tərcümə  əsərlərinin  kompleks  şəkildə  öyrənilməməsi  onun 

yaradıcılığının,  eləcə  də  bədii  tərcümə  tariximizin  böyük  bir  hissəsinin 

kənarda qalmasına səbəb olmuşdur. Halbuki istər bədii tərcümə tariximizi, 

istərsə də Füzuli ədəbi irsini tam öyrənmək üçün bu əsərlərin rolu əvəzsiz 

olmaqla  bərabər,  onların  sistemli  və  müqayisəli  şəkildə  elmi  baxımdan 

araşdırılmasına böyük ehtiyac vardır. Füzuli həm də ədəbiyyat tariximizdə 

bədii tərcümə sahəsində ədəbi məktəb yaratmış sənətkar olduğundan onun 

bu yöndəki fəaliyyəti xüsusi araşdırılmalıdır. 

Füzulinin  bədii  tərcümə  sahəsindəki  fəaliyyətinin  hərtərəfli  öyrənil-

məsi  başqa  bir  cəhətdən  isə  dövlət  müstəqilliyimizin  əldə  edilməsindən 

sonra  ədəbi-mədəni  dəyərlərə  yeni  təfəkkür  işığında  yanaşmaq  zərurə-

tindən irəli gəlir. Belə ki, Füzulinin tədqiqata cəlb edilən hər iki tərcümə 

əsəri  dini  mövzuda  olduğundan  sabiq  sovet  dönəmində  onların  nəinki 

geniş şəkildə tədqiqi, hətta çapı («Hədiqətüs-süəda» əsəri nəzərdə tutulur) 

belə  yasaq  idi.  Ancaq  Respublikamız  müstəqillik  qazanandan  sonra  bu, 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə