Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə1/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   121


NİZAMİ GƏNCƏVİ

İSKƏNDƏRNAMƏ

Şərəfnamə

"LİDER NƏŞRİYYAT" 

BAKI-2004

2


Bu əsər “Nizami Gəncəvi. Iskəndərnamə” (Bakı, Yazıçı, 1982) 

kitabı əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni:

İzahlann müəllifi:

On sözün müəllifi:

Elmi redaktor:

894.361'1 - de 21 

AZE

Abdulla Şaiq 

Əkrəm Cəfər 

Qəzənfər Əliyev 

Xəlil Yusifli

Nizami Gəncəvi. Iskəndərnamə. Şərəfnamə. 

Bakı, "Lider 

nəşriyyat", 2004, 432 səh.

Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq 

incisi sayılan "İskəndəmamə" "Xəmsə"nin  beşinci kitabıdır. Dahi şair yaradıcılığının 

əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, lıəyatda görmək istədiyi 

ideal cəmiyyəti təsvir etmişdir.

"Şərəfnamə"də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir

onun  tərbiyəsindən,  təhsilindən,  hökmdarlığından,  yürüşlərindən  və  ümumiyyətlə

onun böyük şan-şöhrətə çatmasından bəhs olunur.



ISBN 9952-417-03-7

3



© "LİDER NƏŞRİYYAT", 2004.

4



Azərbaycan Respublikasının Prezidenti 

İLHAM ƏLİYEVİN 



“Azərbaycan dilində latın qrafikası 

ilə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqmda”

12 yanvar 2004-cü il tarixli sərəncamı 

ilə nəşr olunur və ölkə kitabxanalarına 

hədiyyə edilir



5


QƏHRƏMANLIQ DASTANI

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün dünyada 

şöhrət tapmış ölməz "Xəmsə"si, "İskəndəmamə" poeması ilə bitir. Bu son 

əsərində böyük söz ustasının məfkurəsi, bədii qayəsi, şair təxəyyülü özünün 

ən yüksək zirvəsinə çatmışdır.

Nizami bu əsəri yazmağa başlayarkən altmış yaşım ötmüş, sözün ən geniş 

mənasında, hərtərəfli və dərin həyat təcrübəsi əldə etmişdi. Şair keçdiyi 

yaradıcılıq yoluna nəzər salaraq hiss edirdi ki, "İskəndəmamə" onun əvvəlki 

əsərlərində söylədiyi fikirlərin, əks etdirdiyi ümidlərin yekunu olmalıdır. 

Bunu biz "Şərəfnamə"nin giriş fəsillərində aşkar duyuruq. Doğradan da, 

Nizami mütərəqqi ideallarım və müqəddəs arzularım məhz bu son poeması 

ilə bağlayır və deyir:

Dastanı sevənlər, şeiri duyanlar 

Nəğmələr dinləməz bir çox zaman var.

Yazmalı elə bir uğurlu dastan,

Onda bir incəlik duysun oxuyan.

Bildim bu naxışı bəyənər dostlar,

Verdim bu dastam yazmağa qərar.

Nizaminin sonuncu poemasımn əsas mövzusunu bir sıra Şərq xalqlanmn 

yazılı və şifahi ədəbiyyatında geniş yayılmış Makedoniyalı İskəndər 

(Aleksandr) dastam təşkil edir. Onu da qeyd etmək lazımdır ki, qədim İran 

ədəbi ənənələrində bir amansız fateh, Əxəmənilər sülaləsinin qatı düşməm 

kimi təcəssüm Olunan İskəndər surəti Nizami dövründə bir çox yazılı 

abidələrdə ədalətli hakim, elmə, biliyə yüksək qiymət verən, ümumiyyətlə, 

müsbət qəhrəman kimi təsvir olunurdu. Mənbələrdə İskəndərin səciyyəsinin 

belə dəyişməsinin bir səbəbim də islam dini kitablarında onun peyğəmbər 

dərəcəsinə qaldırılması olmuşdur.

Dahi şair həmişə olduğu kimi, "İskəndəmamə" poeması üzərində 

işləyərkən bir sıra tarixi mənbələri ciddi surətdə öyrənmiş, onlann içindən 

özünün ideya bədii qayəsinə uyğun olan məlumatları seçmiş və ustad qələmi 

ilə nəzmə çəkmişdir.

Üzərində işlədiyi mənbələr haqqında şair özü belə söyləyir:

6


İskəndər haqqında heç bir əsərdə 

Məlumat görmədim yığcam bir yerdə.

Sözlərlə dolmuşdu xəzinə içi,

Ancaq hər nüsxədə dağımq inci.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şeirimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəsrani, pəhləvilardən 

Ən incə sözləri əhmə saldım,

Qabığı ataraq, məğzim aldım.

Müxtəlif dillərdən yazdığım sözlər,

Bunlardan doğuldu yığdığım əsər.

Saydığım dilləri ətraflı bilən 

Şaxlar öz dilini mənə töhmətdən.

Göründüyü kimi, şair ərəb və fars dilində olan mənbələrlə yanaşı, yəhudi, 

nəsrani (xristian) və pəhləvi mənbələrim araşdırdığım xatırladır. Doğradan 

da, İskəndər əhvalaü barəsində bu mənbələrdə çoxlu məlumat olduğu bu gün 

elm aləminə bəllidir. Məsələn, "İskəndəmamə"də təsvir olunan bəzi 

hadisələrin əksini biz talmud rəvayətlərində və qədim yəhudi (ibrani) dilində 

olan ayn-ayn İskəndər haqqımda anonim kitablarda görə bilirik.

Nəsrani mənbələri dedikdə, Nizami, şübhəsiz, yunan dilində olan tarix 

kitablarım, ilk növbədə, "Saxta Kallisfen"i nəzərdə tuturdu. Məlum olduğu 

üzrə, yunan dilində Makedoniyalı İskəndər haqqında olan ilk roman uzun 

illər onun şəxsi həkimi Kallisfenin adma yazılırdı. Lakin əsərin eramızın 

birinci əsrində meydana gətirildiyi məlum olduqda həmin roman "Saxta 

Kallisfen" adım aldı. Məhz bu əsər XV əsrə qədər siryani, yəhudi, pəhləvi 

dillərinə  tərcümə  edilmişdi  ki,  Nizami  də  bu  tərcümələrin  bəzilərindən 

istifadə edə bilərdi.

Nizaminin istifadə etdiyi mənbələrdən biri də pəhləvi dilində yazılmiş, 

sonralar isə ərəb istilası (VIII-IX əsrlər) vaxü məhv edilmiş "Xvatak- 

namak"lar ("Xudayamə") olmuşdu. Bu salnamələrin epik xarakter daşıyan 

hissələri ərəb dilinə çevrilmiş, tarixə və xüsusilə "ədəb" jannna mənsub olan 

ərəb dilli kitablarda özünə yer tapmışdır. "Yeni tarix abidələri" dedikdə şair, 

heç şübhəsiz, bu növ əsərləri nəzərdə tuturdu.

Doğradan da, bu gün biz pəhləvi mənbələri - "Kamatnoki-Arrakşiri- 

Papakan", "Namaki-Tansar", "Artak-Viraz-namak" ilə yanaşı, İskəndər

7


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə