Nizami Gencevi



Yüklə 8,82 Kb.
tarix03.10.2017
ölçüsü8,82 Kb.
#3005

Nizami Gencevi

Böyük Azərbaycan şairi Nizami Gəncəvi bəşər həyatının yetirdiyi ən əzəmtli və ölməz söz ustalarından biridir. O,yaradıcıllığının bədii kamilliyi, ictimai-fəlsəfi mənasının dərinliyi, dəyər və dolğunluğu etibarı ilə dünya ədəbiyyatının Homer, Dante, Şekspir kimi dahiləri ilə bir cərgədə durur. Nizami əsərlərinin canını təşkil edən dərin humanizm, ədalət və xalq səadəti ideyaları əsrlərdən aşaraq bir günəş işığı kimi süzülüb gəlmiş, yüksək mənəvi keyfiyyətlər xəzinəsi kimi xalq həyatına daxil olmuşdur. Nizaminin əsərləri elə bir mənəvi xəzinədir ki, burada insan həyatı və yaşayışının mənasını açan ən müdrik fikirlər, hakimanə sözlər toplamışdır. Nizaminin əsərləri hər bir yeni nəsil üçün ibrət dərsidir, insanların qəlbində yüksək duyğular oyadan, onları tərəqqi və inkişafa sövq edən, yer üzündə həqiqi bərabərlik, sülh və səadət uğrunda mübarizəyə ruhlandıran misilsiz sənət nümunələridir.

Nizami dünyanın ən böyük humanist sənətkarlarından biridir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını və mənafeyini müdafiə etmək, insanı fiziki zəngiliyə və mənəvi kamilliyi səsləyən bir sənət xəzinəsidir. Nizami yaradıcılığındakı ən mütərəqqi cəhət onun insanı insan kimi yaşamağa, dünyanı zəkası və əməlləri ilə bəzəməyə, zənginləşdirməyə çağırmasıdır. Şair göstərir ki, insan yalnız özü üçün yaşamamalı, böyük məqsədlər uğrunda, bəşər həyatını xidmət etmək yolunda çalışmalıdır.

Məhəmməd Füzuli

Azərbaycan xalqının dünya bəşər həyatına bəxş etdiyi ən nadir simalarından biri Məhəmməd Füzulidir. Məhəmməd Füzuli Azərbaycan xalqının əbədiyaşar şairi, Azərbaycan şeirinin günəşidir. Onun yaradıcıllığı tükənməz bir xəzinədir. Elə bir xəzinədir ki, bu xəzinədən bütün bəşər öz payını götürsə, yenə bu xəzinə tükənməz. Çünki bu, pak duyğular, nəcib hisslər, yüksək fikir və amallar xəzinəsidir. Beş yüz ilə yaxındır ki, Azərbaycan xalqının bədii zövqü, əxlaqi-mənəvi görüşləri Füzuli poeziyası ilə köklənir, Füzuli poeziyası ilə bəslənir. Füzuli bütün varlığı ilə, kamil və mənalı yaradıcılığı ilə həqiqi milli şair olmuş, doğma xalqının həyata baxışları, zövqü, əxlaqı, təsəvvür və arzualrı onun əsərlərində yüksək bədii bir dil və üsubla əks olunmuşdur.

Füzuli klassik Şərq şeirinin bütün janrlarından istifadə etmiş, hər janrın imkan və xüsusiyyətlərini nəzərə alaraq bir-birindən gözəl sənət əsərləri yaratmış, zəngin bir irs qoyub getmişdir. Dahi şairin bu ədəbi irsində XVII əsr həyatının rəngarəng poetik mənzərəsi yaradılmışdir.

Füzuli, hər şeydən əvvəl, lirik bir şairdir. Onun lirik şeirlərinin böyük əksəriyyəti qəzəl janrında yazılmışdır. Bu janr şairin təbiətinə, ruhuna, bədii istedad və zövqünə uyğun gəldiyindən o, özünün lirik duyğu və düşüncələrini daha çox bu formada yazdığı əsərlərdə ifadə etmişdir. Füzuli lirikasının, xüsusən onun qəzəllərinin əsas mövzusunu məhəbbət təşkil edir. Füzuli özünün yaradıcıllığındakı bu cəhətə işarə edərək yazır:

Məndən, Füzuli,istəmə əş arü-mədhü zəmm,



Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Yüklə 8,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə