“No Comment”: Həyat haqqında pantomim



Yüklə 13,12 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü13,12 Kb.
#40622


“No Comment”: Həyat haqqında pantomim  

 

 



 

Dövlət Pantomima Teatrı mövsümü Bəxtiyar Xanızadənin “No 

comment” tamaşası ilə açdı. Əsas rolları əməkdar Artist Nargilə Qəribova

aktyorlar Elnur İsmayılzadə, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Nurlan 

Rüstəmov və digərləri oynayırdılar. 

“No comment” – yəni şərhsiz. Şərhi isə zalı doldurmuş tamaşaçılar verdi – 

öz beyinlərində. Tamaşaya yarım saat qalmış bütün biletlər satıldığından, bəziləri 

“şərhsiz” olanı görmək imkanı tapmadılar. Gələn dəfə, İnşallah… 

“No comment” şüarının asıldığı kiçik səhnədə üç aktyorun üstündəki 

qurğunun düyməsini basıb, onları idarə edirlər. Bu, insan həyatına işarədir, biz 

doğularkən bizdən dünyaya gəlmək istəyimiz barədə heç nə soruşmurlar

ölümümüz də bizim iradəmiz xilafına baş veir. Hətta intihar aktının özü belə kənar 

təsirlərdən, insanın həyatında onun özünün görmək istəmədiyi amillərlə şərtlənir. 

Ekspozisiyadakı fraqmentin bizə xatırlatdığı misraları pıçıldayaq: 

Şirin-şirin yuxudaydıq, 

Bir zalım oyatdı bizi. 

Anaların qucağından 

Bu dünyaya atdı bizi. 

Düşdük yolların ağına, 

Baxtımızın sorağına, 

Qatdı bizi qabağına, 

Əlində oynatdı bizi… 

Və sonra səhnədə hamımızın həyatında baş verən fraqmnetlər canlanır, 

sevinc, sevgi, qısqanclıq, kədər, tənhaqlıq hissi… 

Hərə bir həyatı yaşayır, hərə bir şeydən ölür. Kimisi xəstəlikdən, kimisi alkoqola 

meyildən, kimisi kasıblıqdan, kimisi zənginlikdən, kimisi müharibədə tuş gəldiyi 

güllədən, kimisi cəllad baltasından, kimisi də elə-belə – həyatın özündən. Axı 



qocalıq da həyatın bir hissəsidir. Və fərqi yoxdu, necə doğulursan, necə ölürsən, 

istənilən halda yaşadığın qısa zaman kəsiyində eyni hissləri keçirirsən, sənin 

həyatın bütün özəlliyi, fərqliliyi ilə yanaşı, başqalarının həyatının bir qədər təhrif 

olunmuş surətindən başqa bir şey deyil. Hərçənd, başqa cür də demək olar – sən 

yeganə orijinalsan, çünki heç kəsin həyatı sənin üçün özün qədər maraqlı deyil, heç 

kəsin yaşantılarından özününkü qədər danışa bilməzsən, heç kəs sənin üçün səndən 

maraqlı deyil. Bu, bir medalın iki üzü kimidir. Hansı tərəfindən, baxsan, o yanda 

olanı görəcəksən. Hansı üzdən baxsan, gördüyün həqiqətdir. Yəni dünya həm 

yalnız sənin həqiqətindən ibarətdir, həm də yalnız sənin həqiqətindən ibarət 

deyil… 


Ondan çox aktyorun rol aldığı tamaşada müxtəlif peşə sahiblərini, müxtəlif 

insan həyatlarını və ölümlərini görmək olar. Yeri gəlmişkən, rejissor ölümqabağı 

aqoniya səhnələrinin həllini mükəmməl verə bilib. İlk baxışdan, aktyorların işığın 

və musiqinin altında “ölümqabağı” qıvrılmaları qeyri-adi dərəcədə təbii görünür, 

sanki təsvir ən müasir kompyuterlərin köməyi ilə alınıb. Hərçənd, bu yalnız 

rejissor işinin, işıq effektlərinin və mükəmməl aktyor oyununun nəticəsidir. Aktyor 

oyunundan söz düşmükən, daha bir maraqlı bir detal: səhnədə bir saniyəlik işıq 

söndürülür və anidən səhnədə tək olan aktyor öz həmkarı ilə əvəzlənir. Tamaşaçı 

bunun necə baş verdiyini anlaya bilmir və sürətlə əvəzlənən “səhnədən” heyrətə 

düşür… 


Vizual effektlərlə yanaşı, musiqi tərtibatı ilə bağlı məqamdan da 

danışmasaq, günah olar. Tarkovskinin məşhur “Stalker” filminə Eduard 

Artymovun bəstələdiyi musiqi də daxil olmaqla, xeyli maraqlı musiqi 

parçalarından istifadə olunur. 

Sonuncu səhnə isə Mehriban Zəkinin ifası ilə bitir. Vaqif Səmədoğlunun 

sözləri tamaşaçı üçün yeganə şərh ola bilər: 

Sol əlimlə sağ əlimin arasında 

donub vaxt, 

hansı əlim qübətdədir, 

hansı ölü, hansı sağ. 




Bir sözlə, tamaşaçı 45 dəqiqəlik tamaşada özünüzü, tanıdıqlarınızı – bir 

sözlə həyatı görür, tanıyır və özü ona şərh verir. Şərh isə həmişə var. 



 

Rəbiqə 

Yüklə 13,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə