Növlərinin Biomorfologiyası Ş. N. Qasımov*, Z. B. İslamova



Yüklə 99,98 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü99,98 Kb.
#40071


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 100-105 (2017)

 

100 



Abşerona İntroduksiya Edilmiş Hosta Tratt. Cinsinin Bəzi  

Növlərinin Biomorfologiyası  

 

Ş.N. Qasımov*, Z.B. İslamova 

  

AMEA Mərkəzi Nəbabtat Bağı, M. Müşfiq küç., 103, Bakı AZ1004, Azərbaycan;  

*E-mail: gshakir@mail.ru 

 

Məqalədə Abşeronda örtülü və açıq şəraitə introduksiya edilmiş Hosta Tratt. cinsinə aid 2 növün (Hos-

ta albo-marginata (Hook.) Hyl., H. plantaginea (Lam.) Aschers.) toxumla və vegetativ çoxaldılması, il-

kin  inkişaf  dövründə  morfogenezi,  böyümə  və  inkişaf  dinamikası,  yaşlı  bitkilərin  fenologiyası,  mor-

fometrik göstəriciləri, vegetativ klonun formalaşması və dekorativlik xüsusiyyətləri öyrənilmişdir.   

 

Açar sözlər: Hosta Tratt., introduksiya, morfogenez, böyümə və inkişaf, toxum və vegetativ çoxaldılma, 

fenologiya, dekorativlik xüsusiyyəti 

 

 

GİRİŞ 

 

Bitki növlərinin kulturaya tətbiqi zamanı onla-

rın  mövcud  olan  yeni  ekoloji  şəraitə  uyğunlaşma 

potensialının  biomorfoloji  xüsusiyyətlərinin  öyrə-

nilməsinin böyük əhəmiyyəti vardır. Bu zaman növ 

və  hətta  cins  daxilində  fərdi  olaraq  biomorfun  təd-

qiqi böyük əhəmiyyət daşıyır. Bitkilərin yeni şəraitə 

uyğunlaşmasında zoğlar sistemi əhəmiyyətli rol oy-

nayır.  Belə  ki,  bitkilərin  yeni  ekoloji  şəraitə  intro-

duksiyası zamanı  morfoloji və  mövsümü  kriteriya-

lar  müxtəlif  cür  dəyişə  bilər  (Мазуренко,  2005). 

Yeni ekoloji şəraitdə bitkilərin reaksiya norması və 

aktivliyi zoğların və zoğlar sisteminin formalaşma-

sındakı dəyişkənliklərdə, xüsusilə çoxillik vegetativ 

orqanlarda özünü göstərir. Bu isə bitkilərin adaptiv 

təkamül imkanlarından biridir. 

 Kultura  şəraitində  otşəkilli  geofitlərin  həyati 

formalarının vəziyyətinin tədqiqi yerüstü və yeraltı 

zoğların  formalaşmasının  adaptiv  strategiyasının 

bəzi  xüsusiyyətlərə  malik  olduğunu  göstərir.  Onla-

rın arasında Hosta Tratt. cinsinin nümayəndələrinin 

də daxil olduğu qısa kökümsovlu bitkilər xüsusi yer 

tuturlar. İndiyə qədər fenotipik  əlamətlərin son də-

rəcə  polimorfluğu  və  zoğ  əmələ  gəlmənin  kifayyət 

qədər öyrənilməməsi ilə əlaqədar olaraq Hosta cin-

sinin sistematik tədqiqi son dərəcə dolaşıqdır.  

Müasir  elmi  ədəbiyyatda  Hosta  cinsinin  no-

menklaturası  olduqca  qarışıq  və  müxtəlif  verilmiş-

dir. Steam (Steam, 1965) apardığı tədqiqatlar zama-

nı bu cinsin təsnifatına müəyyən aydınlıqlar gətirə-

rək  bəzi  əlavələr  etmişdir.  Hosta  cinsinin  təsnifa-

tının dəqiqləşdirilməsi və eyniləşdirilməsi üzrə son 

dövrlər  aparılan  əhəmiyyətli  iri  elmi-tədqiqat işləri 

Niderlandda  yerinə  yetirilmişdir  (Hensen,  1963). 

Yaponiyada  1965-ci  ildə  nəşr  olunmuş  “Yaponiya 

florası”nda (Jisaburo Ohwi, 1965) orada təbii bitən 



Hosta  cinsinin  bütün  növlərinin  botaniki  təsviri 

verilmişdir. 

Çoxillik  ot  bitkisi  olan  Hosta  dekorativ  bitki 

kimi hələ çox qədim zamanlardan dünyanın bir çox 

ölkələrində becərilirdi. Hosta cinsinin təxminən 40 

növü  və  2000-dən  çox  sortu  məlumdur  (Химина, 

2005).  Bu  növlər  əsasən  Şərqi  Asiyanın  (Çin,  Ya-

poniya, Koreya) isti mülayim zonalarında bitir. Tə-

biətdə  onların  əksəriyyəti  qayaların  arasında,  enli-

yarpaqlı meşələrin kənarındakı nohurların ətrafında 

bitir  (Полетико,  1977;  Химина,  2005;  Hylander, 

1954).  Buna  baxmayaraq,  Hosta  dekorativ  çiçək-

çilikdə praktiki olaraq geniş istifadə edilir. Açıq və 

örtülü  şəraitdə  becərilən  bu  cinsin  nümayəndələri 

qiymətli dekorativ bitki hesab olunur.  

Hosta  dekorativ  bitki  kimi  XVIII  əsrin  sonla-

rında  Yaponiyadan  Avropaya  gətirilmişdir.  Kultu-

rada bu cinsin daha çox Hosta crispula, H. planta-

ginea,  H.  fortunei  növləri  və  onların  zolaqlı  və  ya 

ləkəli yarpaqları olan mədəni növmüxtəliflikləri be-

cərilir. Çin təbabətində hostanın kökündən diş ağrı-

sına qarşı dərman kimi istifadə edilir.   

Müasir  botaniki  ədəbiyyatlarda  Hosta  Tratt. 

cinsi  Liliaceae  (Zanbaqkimilər) fəsiləsinə  aid edi-

lir.  Lakin  Hosta  oxşar  xromosom  dəstinə  (Yucca-

Agave tipi), bir sıra embrioloji əlamətlərə və sero-

loji  dəlillərə  görə  Agave  cinsinə  yaxındır  (Шипу-

нов,  2003;  Chase,  Zmarzty,  Lledo  et  al.  2002; 

Govindarajan, Vijayakumar, Pushpangadan, 2005; 

Nergard,  Diallo,  Michaelsen,  Malterud,  Kiyohara, 

Matsumoto, et al., 2004).  



Hosta sıx kök üstü rozetli gövdəsiz kökümsov-

lu,  dekorativ  yarpaqlı,  kölgəyə  davamlı  çoxillik  ot 

bitkisidir.  Boyu  45 sm-dən  70  sm  arasında  dəyişir. 

Uzun saplaqlı yarpaqları  kök bogazına yığılmışdır. 

Yarpaq  ayasının  forması  ensizlanset  formadan  tut-

muş  enliyumurtaşəkilli  və  ya  yumuru  formaya  qə-

dər  dəyişir,  ucu  itidir.  Hava  şəraitindən  və  bitmə 

yerindən asılı olaraq yarpaqların həcmi çox dəyişir. 



Hosta-nın dekorativliyi yarpaqlarının naxışlı, aydın 

görünən  paralel  damarlanmasına,  gözəl  rənginə  və 




Abşerona İntroduksiya Edilmiş Hosta Tratt. 

101 


formasına  görə  qiymətləndirilir.  Buna  baxmayaraq 

Hosta-nın  yarpaqlarının  əsas  dekorativlik  xüsusiy-

yəti  onların  çiçəkləmə  dövründə  daha  da   yüksəlir. 

Çiçək  qrupu  çoxçiçəkli  salxımdır.  Salxım  çiçək 

qrupunda çiçəklər tədricən aşağıdan yuxarıya doğru 

açır,  ancaq  bəzən  çiçəklər  salxımın  ortasından  da 

açmağa  başlayır.  Çiçəkləri  olduqca  iri  olub,  dia-

metri  3-5  sm-dir.  Altı  bölümlü  çiçək  yanlığı  qıfşə-

killi formadan borucuğa keçir (bu müxtəlif növlər-

də müxtəlif uzunluqda olur). Çiçək yanlıgı uzun bo-

rucuqlu qıfşəkilli olub ağ, bənövşəyi və ya göyüm-

tül rəngdə olur. Çiçəkləri çox xoş iylidir. Çiçəkləri 

aprel  ayının  sonundan  avqust  ayının  sonuna  qədər 

açır. Çiçəklər günəş batdıqdan sonra açır, ertəsi gün 

axşama  yaxın  solur.  Meyvəsi  açılan  qutucuqdur. 

Qutucuqda  qanadlı,  parlaq  qara  toxumları  olur. 

Hostanın  bir  qram  toxumunda  125-dən  130  ədədə 

qədər  toxum  olur.

 

Toxumlar  yetişən  zaman  çiçək 



qrupu uzun müddət öz dekorativliyini itirmir (Patil, 

Deokule,  2010).  Hosta  kultura  şəraitində  toxum  və 

vegetativ yolla çoxaldılır.   

Hostanın bütün növüləri meşə mezofitləridir. 

Tədqiqatin  məqsədi  –  Hosta-nın  introduksiya 

şəraitində  uyğunlaşma  potensialının  üzə  çıxardıl-

ması  üçün  Abşeronda  örtülü  və  açıq  şəraitdə  to-

xumdan cücərməsi, ilkin inkişaf dinamikası, böyü-

mə  və  inkişafı,  morfogenezi,  zoğlarının  formalaş-

masının öyrənilməsi olmuşdur.  

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqatlar AMEA-nın Mərkəzi Nəbatat Bağı-

nın “Örtülü şəraitdə becərilən bitkilər” laboratoriya-

sının oranjereyalarında, istixanalarında və açıq təc-

ürbə sahəsində  aparılmışdır. Tədqiqat obyekti kimi 

Hosta  Tratt.  cinsinin  2  növü  -  Hosta  albo-margi-

nata  (Hook.)  Hyl.  -  ağhaşiyəli  hosta  və  H.  planta-

ginea (Lam.) Aschers. - bağayarpaq hosta, götürül-

müş və öyrənilmişdir.  

Öyrənilən  bitkilərdə  morfogenezin  və  həyat 

tsiklinin  gedişi  İ.Q.Serebryakovun  (Серебряков, 

1962)  və  F.M.Kupermanın  (Куперман,  1968)  işlə-

yib  hazırladığı  metodikalar  əsasında  tədqiq  edil-

mişdir.  Bitkilərin  morfogenezinin  və  mövsümü  in-

kişaf ritminin qrafiki təsviri isə V.V.Skripçinski və 

b. (Скрипчинский и др., 1970) tərəfindən işlənmiş 

metodikaya uyğun olaraq aparılmışdır. Yarpaq sap-

lağının kəsiyinin tipi Poletikoya  (Полетико, 1977) 

görə təyin edilmişdir. 

Öyrənilən  növlərin  toxumunun  cücərməsinin 

morfoloji  xüsusiyyətləri  və  cücərtilərinin  böyümə 

və  inkişafı  İ.Q.Serebryakovun  (Серебряков,  1962) 

metodikası üzrə tədqiq edilmişdir.  

Cinsin  nümayəndələrinin  şitilləri  birinci  yar-

paq əmələ gəldikdən sonra saxsı dibçəkdəki yarpaq 

çürünrüsündən,  çim  torfundan,  çürümüş  peyin  və 

çay  qumunun  qarışığından  (1:1:1:0,5)  ibarət  olan 

substrata əkilmişdir.  

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

Hosta-nın  təzə  yığılmış  toxumlarının  səpini 

açıq  şəraitdə  yaz-yay  dövründə  və  örtülü  şəraitdə 

(oranjereyada)  isə  qış-yaz-yay  dövrlərində  havanın 

orta  temperaturu  +21°C-dən  +26°C-yə  qədər  olan 

şəraitdə aparılmışdır. 

Səpin  stratifikasiyadan  keçməmiş  toxumlarla 

həyata keçirilmişdir. Hostanın səpin üçün yararlı to-

xumları tünd rəngə malik olur. Səpilmiş toxumlar tez 

cücərir, ancaq cücərtilər nizamsız və seyrək olur (bə-

zi  toxumlar  isə  uzun  müddət  cücərmir)  (Cədvəl  1). 

Toxumlar  bir  neçə  ay  saxlanıldıqda  isə  çox  tez 

cücərmə qabiliyyətini itirir. Buna görə də toxumlar 

yığıldıqdan  dərhal  sonra  səpilməlidir.  Qeyd  etmək 

lazımdır  ki,  saxlanma  müddətindən  asılı  olaraq  to-

xumlar öz cücərmə qabiliyətini çox tez itirir. Buna 

görə  də  cücərtilər  qeyri-bərabər  alınır  və  cücərti-

lərin əmələ gəlmə müddəti çox uzanır. 

Cədvəl 1-dən göründüyü kimi Hosta-nın öyrə-

nilən  hər  iki  növünün  (Hosta  albo-marginata,  H. 

plantaginea)  təzə  yığılmış  toxumlarının  səpini  za-

manı toxumların cücərməsi, kütləvi cücərməsi və il-

kin yarpaqların əmələ gəlməsi arasında demək olar 

ki, vaxt fərqi olmamışdır. Belə ki, Hosta albo-mar-



ginata-nın  toxumu  səpindən  9  gün,  H.  planta-gi-

nea-nın  toxumu  isə  8  gün  sonra  cücərmişdir.  Hər 

iki növdə kütləvi cücərmə ilk cücərtilər əmələ gəl-

dikdən  3  gün  sonra  müşahidə  olunmuşdur.  İlkin 

yarpaqlar isə Hosta albo-marginata-da və H. plan-



taginea-da toxumlardan ilk cücərtilər əmələ gəldik-

dən 6 gün sonra meydana gəlmişdir. 

 

Cədvəl 1Hosta albo-marginata  və H. plantaginea 

növlərinin toxumdan cücərməsinin orta göstəricisi



 

№  Bitkinin adı 

Səpin 

vaxtı 

Cücərmə 

Kütləvi 

cücərmə 

Yarpağın əmələ 

gəlməsi 

1.  Hosta albo-



marginata  

04.06 


13.06 

16.06 


19.06 

2.  H. plantagi-



nea  

04.06 


12.06 

15.06 


18.06 

 

Bununla  belə,  öyrənilən  növlərin  toxumunun 



payızda aparılmış səpini zamanı onlar 1-2 ay ərzin-

də cücərmişdir.  

Şəkil  1-də  Hosta-nın  öyrənilən  növlərinin  to-

xumdan cücərməsinin ümumiləşdirilmiş inkişaf mər-

hələləri  öz  əksini  tapmışdır.  Aparılmış  struktur  ana-

lizi əsasında toxumdan cücərtilərin alınması və yeni 

orqanların inkişaf dinamikası öyrənilmişdir. İlk ola-

raq  toxumdan  rüşeyim  kökcüyü  və  primordial  yar-

paq çıxır. Cücərti əmələ gələndən sonra birinci iki ay 

ərzində  şitillərdə  2-3  kiçik  yarpaqcıq  və  7-10  sm 

uzunluqda 2-dən 5-ə qədər kökcük inkişaf edir. 



Qasımov və İslamova 

102 


 

 

Şəkil 1. Hosta-nın toxumdan inkişafının ardıcıl mərhələləri.  

1 – qutucuq meyvə, 2 – toxum, 3 – toxumdan əmələ gələn ilk cücərti,  

4 – 1 aylıq şitil, 5 – 2 aylıq şitil, 6 – 1 illik şitil, 7 – 2 illik şitil. 

PY - primordial yarpaq, T – toxum, K – kök, BY – birinci yarpaq, İY – ikinci  

yarpaq, BHY – birinci həqiqi yarpaq, Y – yarpaq, KS – kök sistemi 

 

 

Bundan  sonra  şitillərin  növbəti  2-3  il  ərzində  nor-



mal  becərilməsi  üçün  yaxşı  hazırlanmış  qidalı  tor-

pağa  köçürülür.  Becərilən  bu  şitillər  tam  formalaş-

dıqdan  sonra  onlar  əkiləcəkləri  daimi  yerlərə  kö-

çürülürlər. 

Şitillər çox yavaş böyüyərək birinci il diametri 

1,0-1,5 sm olan kiçik yarpaqcıqlar  əmələ gətirirlər. 

İkinci  il  yarpaqcıqlar  bir  qədər  də  böyüyürlər.  Bu 

zaman  formalaşan  kolun  yarpaqlarında  tipik  rəng 

əmələ gəlir.  

Hosta-nın  dekorativliyi  onun  kolu  yaşlaşdıqca 

yüksəlir: belə ki, kol nə qədər yaşlı olarsa onun de-

korativliyi  bir  o  qədər  effektli  olur.  Hosta-nın  for-

malaşan kolunun dekorativliyi 5-8 illik yaşdan son-

ra çox gözəl görünüş yaradır.   

Hosta eyni zamanda  kolun bölünməsi yolu ilə 

vegetativ  çoxaldılır.  Kolun  bölünməsi  üçün  5  illik 

bitki götürülür və 3-5, bəzən isə kolun böyüklüyün-

dən asılı olaraq daha çox hissələrə bölünür. Bu za-

man  kolun  bölünməsi  qarşıya  qoyulan  məqsəddən 

asılı olur. Belə ki, məqsəd maksimum çoxaltmadır-

sa,  onda  kol  daha  kiçik  hissələrə  bölünür  və  sonra 

onlar becərilmək üçün ləklərə və ya dibçəklərə əki-

lir. Əgər kol bölünərək daimi yerə əkiləcəksə onda 

onu  2-4  hissəyə  bölmək  lazımdır.  Bu  halda  bölün-

müş  hissələrin  böyüklüyü  lazımı  ölçüdə  olmalıdır 

ki, onlar əkildikləri yerdə dərhal dekorativ effektlik 

yaratsınlar.  

Hosta  kolunun  bölünməsi  üçün  ən  yaxşı  vaxt 

payızın axırları (noyabr) və erkən yazdır (mart, ap-

rel). Hosta-nın payız əkininə üstünlük verilməlidir, 

çünki yaz əkini zamanı bitkilərin becərilməsinə da-

ha çox qulluq tələb olunur.  



Abşerona İntroduksiya Edilmiş Hosta Tratt. 

103 


Hosta  diqqətlə  işlənib  hazırlanmış  kifayət  qə-

dər  qidalı  rütubətli  bağ  və  ya  çimli-bağ  torpaq-

larında daha yaxşı inkişaf edir.  Hosta torpağın 1-2 

dəfə birdəfəlik (yay ərzində) çürümüş peyinlə mul-

çalanmasına yaxşı reaksiya verir. Eyni zamanda mi-

neral gübrələr əlavə edilmiş peyin şirəsi ilə suvarma 

da çox yaxşı nəticə verir.  

Hosta-nın inkişafının birinci 2-3 ili ərzində mi-

neral  və  üzvi  gübrələr  torpağa  adi  qaydada  verilir, 

yəni  gübrə  torpağın  səthinə  səpilir,  sonra  torpaqla 

qarışdırılır.  Ancaq  yaşlı,  daha  dekorativ  kollara 

göstərilən sonrakı qulluq bir qədər fərqlidir.  

Hosta-nın  şitillərinin  inkişaf  dinamikasından 

asılı olaraq onun kök sistemi torpağın dərinliklərinə 

işləyir.  Yaşlı  kollarda  kök  sistemi  torpağın  50  sm 

və daha çox dərinliyinə qədər işləyir. Buna görə də 

torpağın səthinə gübrə verilməsindən savayı, kökün 

dərinliyə işləməsindən asılı olaraq torpağın alt qat-

larına da gübrə verilməlidir. Bu məqsəd üçün kolun 

dibində çala düzəldilir və oraya gübrə verilir, sonra 

üzəri torpaqla örtülür.  

Hosta durğun qrunt sularına dözmür, ancaq ki-

fayət qədər rütubətli torpağı sevir.  



Hosta  Abşeronun  quru  subtropik  zonasında 

kölgəli  açıq  yerlərdə,  ağac  və  kolların  kölgəsində, 

oranjereya və qış bağlarında yaxşı bitir.   

Abşeron şəraitində 2010-2016-cı illərdə hosta-

nın öyrənilən növlərinin yaşlı kolları üzərində apa-

rılmış fenoloji müşahidələrin nəticələri cədvəl 2-də 

verilmişdir.  Müşahidələrin  nəticəsinə  görə  tədqiq 

olunan  növlərdə  böyümə  və  inkişaf  prosesi  orta 

gündəlik temperatur +15°C-dən yuxarı olduq başla-

yır.  Hostanın  tədqiq  olunan  növlərində  böyümə  və 

inkişafın birinci mərhələsi yavaş  gedir, ancaq iyun 

ayının  ikinci  dekadasına  qədər  onlar  beşdən  doq-

quza qədər yarpaq açırlar. Hostanın yarpaq ayasının 

inkişafı və yarpağın formalaşması bütün vegetasiya 

dövrü  ərzində  gedir.  Tədqiqat  dövründə  Hosta  al-

bo-marginata  və  H.  plantaginea  növlərində  gene-

rativ  vəziyyət  iyul  ayının  birinci  dekadasında  qön-

çələmənin başlaması ilə qeydə alınmışdır. 

Bir  generativ  zoğun  çiçəkləmə  müddəti  35-45 

gün  təşkil  edir.  Üçillik  fərdilər  bütün  vegetasiya 

dövrü  ərzində bir-birinin  ardınca formalaşan  3-dən 

25-ə qədər generativ zoğa malik olur. Əmələ gələn 

bu  generativ  zoğlar  həmişə  bir  vaxtda  çiçəkləmir. 

Generativ zoğların hündürlüyü 25 sm-dən 110 sm-ə 

qədər  olur.  Çiçəkləri  akropetal  istiqamətdə  inkişaf 

edir.  Avqust  ayının  üçüncü  dekadasında  bir  çiçək 

qrupunda  eyni  zamanda  aşağı  çiçəklərdə  meyvə 

əmələ gəlməsi və yuxarı hissəsində isə yeni çiçək-

lərin açması müşahidə olunur.  

Öyrənilən  növlərdə  meyvənin  əmələ  gəlməsi 

avqust-sentyabr  aylarında  qeydə  alınmışdır.  Hosta-

nın açıq şəraitdə öyrənilən növlərində orta dekora-

tivlik  iyul  ayından  oktyabr  ayının  üçüncü  dekada-

sına  qədər,  davamlı  payız  soyuqlarının  düşməsinə 

qədər  davam  edir.  Ancaq  hostanın  dekorativlik  ef-

fekti  kütləvi  çiçəkləmə  dövründə  son  dərəcə  artır. 

Abşeron  şəraitində  bu  dövr  iyul-avqus  aylarında 

qeydə  alınmışdır.  Ağ  haşiyəli  və  ya  onsuz  olan 

rozetka yarpaqlarının rəngi açıq yaşıldan tünd yaşıl 

rəngə qədər dəyişir. Yarpaqlarında morfoloji dəyiş-

kənlik işıqlandırmadan asılı olub son dərəcə dəyiş-

kəndir (Cədvəl 3).  

Yarpaq saplağının eninə kəsiyinin forması hos-

tanın  aid  olduğu  növün  təyinində  diaqnostik  əlamət 

kimi işlədilir. Kəsiyin formasına saplağın yuxarı his-

səsindən onun yarpaq ayasına keçdiyi yerdən baxılır. 

Öyrənilən  növlərdə  yarpaq  kəsiyinin  aşağıdakı  tipi 

müəyyənləşdirilmişdir: 1 - dərin-novşəkilli, aydınqa-

nadlı  (Hosta  plantaginea),  2  -  zəyif-novşəkilli,  qa-

nadlı (Hosta albo-marginata) (Şəkil 2).  

Hostanın tədqiq edilən növlərinin Mərkəzi Nə-

batat Bağında (örtülü və açıq şərait) becərilmə təc-

rübəsi  göstərdi  ki,  bu  bitkilər  çox  uzunömürlüdür 

və onları bir yerdə 7-12 il və daha çox müddətə be-

cərmək  olar.  Yeni  zoğların  inkişafı  kökümsovda 

qışlayan tumurcuqlardan yenidən əmələ gəlmə yolu 

ilə  baş  verir.  Belə  ki,  bir  vegetasiya  dövrü  ərzində 

hostanın  növündən  asılı  olaraq  3-dən  10-a  qədər 

yan zoğlar inkişaf edir.  

Hostanın tədqiq edilən növlərində iki tip gene-

rativ zoğ  müəyyən edilmişdir: 1 -  yarpaqlı yarımro-

zetli,  növbəli  yarpaq  düzülüşlü  zoğ:  Hosta  albo-

marginata; 2 - rozetli zoğ: Hosta planta-ginea. Hos-

tanın  əksəriyyət  növlərinə  qısakökümsovlu-salxım-

köklü polikarplıq məxsusdur.  

 

Cədvəl 2Hosta albo-marginata və H. plantaginea-nın orta fenoloji və morfometrik göstəriciləri (2010-2016-cı illər)



 

Növ 

Böyümənin 

başlaması 

Qönçələmə 

Çiçəkləmənin 

başlaması 

Hündürlük sm  Zoğların sayı, əd.  Çiçək. sayı, əd. 

Hosta albo-marginata 

16-20.05 

01-05.07 

01-10.07 

30-35 

5-8 


25-30 

H. plantaginea 

25-28.05 

07-10.07 

15-18.07 

79-115 

3-10 


28-50 

 

Cədvəl 3. Hostanın Abşeron şəraitində dekorativlik xüsusiyyətləri



 

Növ 

Yarpağın uzunluğu, sm  Yarpağın eni, sm 

Çiçək, sm 

Çiçəyin rəngi 

Yarpağın rəngi 

Hosta albo-marginata 

10-18 


5-6 

2x2 


Yasəməni-bənövşəyi 



H. plantaginea 

30-35 

15-18 


4,5x4,5 

Yasəməni-ağ 

Qeyd: yarpaq - 1-tünd yaşıl, 2-açıq yaşıl.  



 


Qasımov və İslamova 

104 


 

 

Şəkil  2.  Hostanın  yarpaq  saplağının  eninə  kəsiyinin 

forması:  1  -  dərin-novşəkilli,  aydın-qanadlı  (Hosta 



plantaginea);  2  -  zəyif-novşəkilli,  qanadlı  (Hosta  albo-

marginata).  

 

 



 

Şəkil  3.  Hosta  albo-marginata-nın  vegetativ  klonunun 

formalaşma sxemi: 1 – generativ  zoğ; 2 – vegetasiya ili-

nin  payızında  quruyan  yarpaqlar;  3  –  vegetativ  zoğ;              

4 – yeni əmələ gələn zoğ; 5 – kökümsov; 6 – saçaqlı kök 

  

 

Lakin daimi suvarma şəraitində, yaxşı aerasiyalı 



və  zəngin  humuslu  torpaqda  çoxillik  zoğlu  köküm-

sovda  inkişaf  etmiş  nazik  (Hosta  albo-marginata

plaqiotrop stolonşəkilli 20-35 sm uzunluqda zoğlar 

da müşahidə olunur, hansı ki, onun apikal hissəsin-

dən yeni zoğlar formalaşır. Hosta üçün lansetşəkilli 

yarpaqlar  adventiv  tumurcuqların  və  yoğunlaşmış 

qaytanşəkilli  əlavə  köklərin  formalaşdığı  ortotrop 

istiqamətli zoğların oxunda müşahidə olunur. Hosta 



albo-marginata-da  yumuşaqkökümsovlu  klon  qey-

də  alınmışdır  (Şəkil  3).  Beləliklə,  introduksiya  şə-

raitində artan vegetativ dəyişkənliklər növün repro-

duktivlik qabiliyyətini gücləndirir. Öyrənilən növlə-

rin inkişafının generativ dövründə zoğlar simpodial 

böyüyür.  

Payız-qış  dövründə  Hosta  albo-marginata  və 

H.  plantaginea-nın  iki  illik  bitkilərinin  generativ 

vəziyyətlərinin  analizi  göstərdi  ki,  payızda  genera-

tiv zoğun böyümə konusu orqanogenezin III mərhə-

ləsində olur.  

Tədqiq olunan növlər açıq şəraitdə şaxtaya-da-

vamlıdır.  Tədqiqat  dövründə  (2010-2016-cı  illər) 

onlarda  don  vurma  və  çürümə  müşahidə  olunma-

mışdır. 


Mərkəzi  Nəbatat  Bağında  aparılmış  hostanın 

becərilmə təcrübələri təsdiq edir ki, onun əksəriyyət 

növlərini  oranjereya  və  istixana  şəraitdə  uğurla 

becərmək olar.  

 

 

NƏTİCƏ 

 

1.

 



 Hostanın  öyrənilən  növləri  –  bərk  və  ya 

yumşaqkökümsovlu  biomorfları  tipik  qısa-

kökümsovlu-salxımköklü  simpodial  böyü-

yən  polikarp,  qışqabağı  dövrdə  formalaşan 

rozetkalı  və  ya  rozetkasız  düzdayanan  ge-

nerativ zoğludur.  

2.

 

 Fenoritmotipi – uzunvegetasiya edən, yay-



da  yaşıl  olan,  yay-payızda  çiçəkləyəndir. 

Abşeronda  vegetasiyası  müddəti  91-108 

gündür. 

3.

 



 Yarpaq  saplağı  kəsiyinin  forması  hostanın 

növlərinin təyinində  sabit morfoloji  əlamət 

kimi istifadə olunur.   

 

 



 

ƏDƏBİYYAT 

 

Куперман  Ф.М.  (1968)  Морфофизиология  рас-

тений. М.: Высш. шк., 223 с. 



Мазуренко  М.Т.  (2005)  Биоморфологическая 

оценка  возможностей  интродукции  растений. 

Мат-лы  междунар.  конф.  Ботанические  сады 

как центры сохранения биоразнообразия и ра-

ционального  использования  растительных  ре-

сурсов. М.: 317-320. 

Полетико О.М. (1977) Hosta Tratt. – Хоста. Де-

коративные  травянистые  растения.  Л.:  Нау-

ка, т. 2: 105-110.  



Серебряков  И.Г.  (1962)  Экологическая  морфо-

логия  растений:  Жизненные  формы  покрыто-

семенных и хвойных. М.: Высшая школа, 378 с. 

Скрипчинский  В.В.,  Дударь  Ю.А.,  Скрип-

чинский  Вл.В.,  Шевченко  Г.Т. (1970) Мето-

дика  изучения  и  графического  изображения 

морфогенеза  монокарпического  побега  и  рит-

мов сезонного развития травянистых растений. 



Труды  Ставропольского  НИИ  СХ  (Ставро-

поль), часть 2 (вып. 10): 3 -15.  



Химина  Н.И.  (2005)  Хосты.  М.:  Кладезь-Букс, 

95 с.  


Шипунов  А.Б.  (2003)  Система  цветковых  рас-

тений:  синтез  традиционных  и  молекулярно-

генетических  подходов.  Журнал общей  биоло-

гии64(№6): 499-507. 

Chase  M.W.,  Zmarzty  S.,  Lledo  M.D.  et  al. 

(2002) When in doubt, put it in Flacourtiaceae: a 

molecular  phylogenetic  analysis  based  on  plastid 

rbcL DNA sequences. Kew. Bull.57: 141-181. 




Abşerona İntroduksiya Edilmiş Hosta Tratt. 

105 


Govindarajan  R.,  Vijayakumar  M.,  Pushpan-

gadan  P. (2005) Antioxidant approach to disease 

management  and  the  role  of  ′Rasayana′  herbs  of 

Ayurveda. J. Ethnopharmacol.99: 165–178. 

Hensen K. (1963) Identification of the hostas (Fun-

kias)  introduced  and  cultivated  by  von  Siebold. 

Wageningen, Veenman. 

Hylander  N.  (1954)  The  genus  Hosta  in  Swedish 

gardens. Acta Hortic. Berg.16(11): 53-57. 



Jisaburo  O.  (1965)  Flora  of  Japan.  Smithsonian 

Institution, Washington D.C. 1067 p. 

 

Nergard C.S., Diallo D., Michaelsen T.E., Malte-

rud  K.E,  Kiyohara  H.,  Matsumoto  T.  et  al. 

(2004)  Isolation,  Partial  characterization  and  im-

munostimulation activity of polysaccharides from 

Verninia  kotschyana  Sch.  Bip.  Ex.  Walp.  J. 

Ethnopharmacol., 91: 141-125. 

Patil  V.N.,  Deokule  S.S.  (2010)  Pharmacognostic 

study  of  Chlorophytum  tuberosum  Baker.  Int.  J. 



Ayurveda Research1(4): 237-242. 

Steam  W.Т.  (1965)  The  origin  and  later  develop-

ment  of  cultivated  plants.  J.  Roy.  Hortic.  Soc.



90(7): 279-291.  

 

 



 

Биоморфология  Некоторых  Видов Рода  Hosta Tratt., Интродуцированных На Апшероне 

 

Ш.Н. Гасымов, З.Б. Исламова 

 

Центральный ботанический сад НАН Азербайджана 

 

 В статье изучены семенное и вегетативное размножение, морфогенез периода первичного развития, 



динамика  роста  и  развития,  фенология  взрослых  растений,  морфометрические  показатели,  форми-

рование  вегетативного  клона  и декоративные  особенности  интродуцированных  в  закрытые  условия 

Апшерона 2 видов (Hosta albo-marginata (Hook.) Hyl., H. plantaginea (Lam.) Aschers.) рода Hosta Tratt. 

 

Ключевые  слова:  Hosta  Tratt.,  интродукция,  морфогенез,  рост  и  развитие,  семена  и  вегетативное 



размножение, фенология, особенность декоративности 

 

 



 

Biomorphology Of Some Species Of Hosta Tratt. Genius Introduced To Absheron 

 

Sh.N. Gasimov, Z.B. Islamova 

 

Central Botanical Garden,  Azerbaijan National Acdemy of Sciences 

 

Decorative  features  and  forming  vegetative  clone,  morphometric  indicators,  phenology  of  mature  plants, 

morphogenesis, the dynamics of growth and development in the initial developmental period, reproduction 

by vegetative way and by seeds of two species (Hosta albo-marginata (Hook.) Hyl., H. plantaginea (Lam.) 

Aschers.)  of  Hosta  Tratt.  genius  introduced  to  covered  and  uncovered  conditions  of  Absheron  have  been 

studied. 



 

Keywords:  Hosta  Tratt.,  introduction,  morphoogenesis,  growth  and  development,  seed  and  vegetative 

propagation, phenology, decorativeness feature 

 

Yüklə 99,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə