Noyabr ayi ərzində daxil olan səNƏDLƏRİn təQDİmati



Yüklə 27,41 Kb.
tarix08.10.2017
ölçüsü27,41 Kb.
#3846
növüReferat

Sevil Əliyeva

AMEA Mərkəsi Elmi Kitabxanasının əməkdaşı
NOYABR AYI ƏRZINDƏ DAXİL OLAN SƏNƏDLƏRİN TƏQDİMATI

AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan sənədlər pulsuz məcburi nüsxə, hədiyyə, abunə, Beynəlxalq kitab mübadiləsi çərçivəsində daxil olur. Ay ərzində müxtəlif elmi, ədəbi, bədii, publisistik səpkidə kitab, jurnal, dissertasiya, avtoreferat və elektron resurslar əldə edilmişdir.



Statistik göstərici

Hədiyyə - 238

Pulsuz məcburi nüsxə - 184

Dissertasiya – 14

Avtoreferat – 137

BKM - 1126
Bu səpkidə aşağıdakı araşdırmaçıların kitabları haqqında məlumat verilmişdir.
Шахлар Аскеров. Путь к совершенству. Москва, 2016

Kitabda bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyar vasitəsilə baxılmışdır. Bu meyarın köməyilə bəzi sosial-iqtisadi göstəricilər cədvəl şəklində deyil, ilk dəfə olaraq qrafik şəklində təqdim edilmişdir. Bu metodologiya həm planetin, həm də istənilən dövlətin inkişafının dinamikasını izləməyə imkan verir. Kitab sosial-fəlsəfə sahəsində çalışan mütəxəssislərlə bərabər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.


Yaşar Əzimağa oğlu Məmmədov. Azərbaycan Respublikasının fond bazarının formalaşması və inkişaf istiqamətləri. Bakı, 2016

Monoqrafiyada fond bazarlarının inkişaf tarixi və onların fəaliyyətini şərtləndirən səbəblər, bu bazarların fəaliyyət xüsusiyyətləri, təşkili və tənzimlənməsi məsələləri tədqiq olunur. Həmçinin bu sahədə beynəlxalq təcrübə həm müxtəlif aspektlərdən, həm də ayrı-ayrı ölkələrin təcrübəsi baxımından dəyərləndirilir. Tədqiqatda Azərbaycanda maliyyə -fond bazarının inkişaf mərhələləri müxtəlif dövrlər baxımından da araşdırılır. Nəticə olaraq Azərbaycan Respublikasında fond bazarının inkişafı ilə bağlı təklif və tövsiyyələr də irəli sürülür.

Məlum olduğu kimi, Azərbaycan dövlətinin apardığı siyasətin əsas xəttlərindən biri multikulturalizmlə bağlıdır. Azərbaycan multikulturalizmin əsas ünvanlarından, məkanlarından biri kimi artıq dünyada məşhurdur. Tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin daxilinə sirayət edib. O cümlədən, qeyd etməliyik ki, YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv dövlət kimi Azərbaycanda da bu il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü qeyd edilmiş və Azərbaycanın müxtəlif təşkilatlarında, eləcə də geniş ictimaiyyəti arasında müvafiq tədbirlər keçirimişdir. Bu baxımdan MEK də mövzu ilə bağlı öz fəaliyyətini ictimaiyyətə çatdırmışdır.
Mətanət Yaqubqızının Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri əsasında) kitabı tolerantlığa həsr olunmuş dəyərli əsərlərdən biridir.

Monoqrafiyada Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların əski inanclarında, bu inanclara dayaq olan dilində, dinində və mədəniyyətində daima var olan tolerantlığın, eləcə də bu tolerantlıqdan doğan multikulturalizmin mahiyyətini açmağa cəhd göstərilmişdir.


Fuad Hüseynzadə. Dünya azərbaycanlılarının palitrası, Bakı, 2016

Azərbaycan diasporu – simvolik olaraq götürsək, zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin müxtəlif yerlərdə döyünən ürəyidir. Dünyanın 5 qitəsindəki fəal soydaşlarımızın baxışı ilə diasporamızın fəaliyyətinə - palitrasına işıq salınıb. Burada ənənəvi bioqrafik və statistik məlumatlar deyil, soydaşlarımızın qəribçilik hissləri, təkilfləri, perspektiv fəaliyyəti yer alıb.


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası cəmiyyətin bir hissəsi kimi xarici ölkələrlə elmi-mədəni əməkdaşlığın və mübadilələrin stabilləşməsinə və genişlənməsinə doğru çalışır. Dünya elmi informasiya axınını oxuculara çatdırmaq və Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda geniş və operativ şəkildə təbliğ etmək məqsədilə MEK beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla əməkdaşlıq edir. AMEA MEK-in fondunu təbiət və ictimai elmlər sahəsində dəyərli və nadir nəşrlərlə zənginləşdirmək məqsədilə həyata keçirilən beynəlxalq kitab mübadiləsi ən faydalı mənbədir. Kitab mübadiləsi müxtəlif elmi təşkilatlarla müqavilələr əsasında qurulur. Bunlar elmlər akademiyaları, universitetlər, cəmiyyətlər, muzeylər, ayrı-ayrı şəxslər və s.-dir.

1955-ci il iyul Plenimunun fərmanına əsasən Azərbaycan Elmlər Akademiyasının Əsaslı Kitabxanası 1956-cı ildən müstəqil şəkildə BKM-nın həyata keçirilməsi hüququnu qazanmışdır. Bu müddətdə MEK-in fondu universal tərkibli nəşr əsərlərindən ibarətdir. Burada XV-XVIII əsrləri əhatə edən Kantın və Volterin külliyyatları, Yunanıstan, Roma, Vizantiya antik ədəbiyyat müəlliflərinin, Qərbi Avropa klassiklərinin ilk çap məhsulları qorunub saxlanılır. Rafaelin dünya incəsənət ocaqlarında mühafizə olunan əsərlərinin çoxcildli reproduksiyaları (XIX əsrin fransız və alman nəşrləri), 1854-cü ildən başlayaraq Fransa Elmlər Akademiyasının dövri mətbuat əsərləri komplektləri, bundan başqa, müxtəlif qiymətli ensiklopediyalar, lüğətlər, məlumat kitabları, həmçinin müxtəlif elm sferalarını əhatə edən nəşrlər, dünya ölkələrində Azərbaycan haqqında çap olunan materiallar və yaxud Azərbaycan alimlərinin dünya mətbuatında işıq üzü görən çap əsərləri burada toplanılır.

Beynəlxalq Kitab Mübadiləsi öz fəaliyyətinin 2 aspektdə həyata keçirir: Daxil olan ədəbiyyat və göndərilən ədəbiyyat. BKM çərçivəsində daxil olan ədəbiyyat da öz növbəsində iki istiqamətə ayrılır: Tərəfdaşlardan alınan sifariş sənədi və MEK-in sorğusuna əsasən əldə edilən ədəbiyyat.

MEK-in ən fəal partnyoru ABŞ Konqres Kitabxanasıdır. Kitabxanadan müəssisəmiz üçün hər il xüsusi kvota ayrılır və mövcud kvotaya əsasən Konqres kitabxanasının elektron bazasından istifadəçilərin araşdırma istiqamətlərinə uyğun olaraq müxtəlif mövzularda kitab sifariş olunur.

Daxil olan kitabların bir neçəsi haqqında məlumat:

The Greenwood Histories of the Modern Nations seriyasından müxtəlif dövlətlərin tarixləri tədqiq edilib öyrənilmişdir.Bu seriyadan olan nəşrlərdən biri də Konqres kitabxanasından MEK-ə daxil olan “The History of İndia“dır. Hindistanın yaranma tarixi, din, ticarət, istila kimi əhəmiyyətli mövzulara, o cümlədən Böyük Moğol İmperiyasının yüksəlişi və tənəzzülü, müstəqillik uğrunda mübarizə və Yeni Dehli haqqında müfəssəl məlumatlar verilmişdir.

Cambridge Dünya Arxeologiyasının nəşri olan və New York Universitetinin prof.D.T.Pott müəllifi olduğu digər əsər isə “The Archaeology of Elam” kitabıdır.

Kitabda ilk öncə “elam”ın etimologiyası öyrənilmiş, Elam mədəniyyətinin həm Mesopotamiya, həm də İran tarixində çox mühüm yeri vurğulanmışdır.


Ay ərzində Belarus Milli Kitabxanasının sifariş sənədlərinə əsasən seçilmiş jurnal və kitablar daxil olmuşdur.

Слуцкiя паясы i еурапейскi тэкстыль XVIII стагоддзя XVII. Kitabda Belarus Respublikasının dekorativ ustalıqları, rəngkarlıq, tekstil, görkəmli şəxsiyyətlərinin timsalında müxtəlif çeşiddə Slusk kəmərləri, onların geyimi, həmçinin Belorus Elmlər Akademiyasının muzeylərində saxlanılan eksponatlar təqdim olunur.

Belarusca-Azərbaycanca lüğət. Lüğət Belarus Respublikasının Fundamental Araşdırmalar Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən hazırlanıb.

Материалы х международных книганаучных чтений. Belarus Respublikasınınm kitab çapında xüsusi rolu olmuş A. Skorinin fəaliyyəti, o cümlədən Fransiska Skorinin fəaliyyəti dövründə Praqa kitab mədəniyyəti, Sankt Peterburq Milli kitabxanasında mühafizə olunan 16-cı əsrin kiril nəşrləri, Mamoniçay kitab tipoqrafiyası haqqında məlumatlar kitabda əks olunmuşdur.
O cümlədən Türkmənistanın EA-nın Mərkəzi Elmi Kitabxanasından aşağıdakı kitab daxil olmuşdur.

Язбердиев, А. Избранные статьи. Эпистолярные наследие 1965-1990.

Kitabda 1965-1990-cı illərdə Türkmənistan, Orta Asiya və Yaxın Şərq ölkələrindəki kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq məsələlərinin təkmilləşməsinə yönəlmiş məktublar yer tutur.


Həmçinin BKM çərçivəsində Yaponiya Akademiyasının Geokimya Cəmiyyəti, Geoloji Cəmiyyət, Kiyoto Universiteti, Tədqiqat İnstitutu, Neft-Kimya Cəmiyyəti, Çin Milli Kitabxanası, Fransa Muzeyinin Mərkəzi Kitabxanası, Almaniyanın Fiziki-Texniki Cəmiyyəti, Potsdam Universitet Kitabxanası, İsveçrə Botanika Bağı Kitabxanası, Türk Dünyası Araşdırmaları Birliyi, Türk Dili Qurumu və professor Ömər Özcan tərəfindən də müxtəlif elmi və ədəbi ədəbiyyat daxil olmuşdur.

Dünyada yüksələn xətlə gedən inkişaf tendensiyasi öz təsirini kitabxana işində də əks etdirir. Əyani vəsaitlərlə yanaşi, elektron vəsaitlərə də böyük maraq göstərilir. MEK öz fəaliyyət istiqamətində beynəlxalq kitabxana sferasinda əldə edilən hər bir yeniliyi özünə əsas prioritet hesab edir. Bunun nətisəsidir ki, MEK fondların formalaşmasında elektron vəsaitlərin də kitabxanamiza daxil edilməsinə xüsusi əhəmiyyət verir. Təbii ki, kitabxanamizda həyata keçirilən bu yeniliklər qanunvericilik əsasında reallaşdırlılır. Belə ki, MEK ilə müəllif arasında müəllif müqaviləsi imzalanmasi əsas göstəricilərimizdəndir. Bununla kitabxana həm müəssisəmizin, həm də müəllif hüquqularını təmin edir. MEK-in fəaliyyət istiqamətində əsas hesab etdiyi məqamlardan biri yalniz ölkə daxilində nəşr edilən ədəbiyyat deyil, həm də ölkə hüdudlarindan kənarda çap edilən ədəbiyyatin əldə edilməsi əsas məqsədimizdir. Bu gün MEK bu prosesi BKM çərçivəsində də həyata keçirir. Mübadilə yolu ilə əldə olunan bir neçə jurnal (Earth Evolution Sciences, Bulletin of the Kyushu İnstitute of Technology) artıq öz linkini oxucuların ixtiyarına vermişdir.

Qeyd etmək istərdik ki, BKM öz əməkdaşlığını qarşılıqlı ekvivalentlik əsasında qurur və öz tərəfdaşlarına AMEA ETİ-nin nəşrləri, müəlliflərin əsərləri və digər nəşrlərini göndərir.

Bildirmək istərdik ki, noyabrın 15-də İngiltərinin Leytonston Kitabxanasında Azərbaycan bölməsi açılmış və MEK Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı Azərbaycan klassiklərinin əsərlərini sözügedən kitabxanaya göndərmişdir.




Yüklə 27,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə