Nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı



Yüklə 254,93 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü254,93 Kb.
#64730

background image
www.cafarcabbarli.org 

 

 

 



 

 

DƏLLƏK 

 

... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı 



da  səhvən  dönüb  olub  qumarxana.  İmdi  əgər  Cuqqulu  qumar  oynatmasa,  şətəl  pulu 

cibindən  çıxacaq.  Əgər  oynatsa,  dəlləkliyi  yaddan  çıxacaq.  Odur  ki,  həmi  qumar 

oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır. 

 

(Hələlik qulaq verin) 

 

Bir dəllək idim, qırxardım gündə beş-on baş,  



Dəllək dükanı özgəyə karxanəyə döndü.  

Hər nə qoçu var şəhrdə cəm oldu tamami  

Axırda dükan zor qumarxanəyə döndü. 

 

Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən,  



Bir başı yolunca düşür insan daha əldən,  

Lap üzdüm əlimi daha mən bu pis əməldən,  

Qırx altı manat pul yığım gündə şətəldən,  

Daxmam vurub axır yekə kaşanəyə döndü. 

 

On beş il olar əvvəlki çəm ilə yoluram baş,  



Daim ac idim, tapmayır idim sulu bozbaş,  

İmdi çoxalıb pul, yeyirəm hər gecədə aş,  

Əvvəlcə qumarxanə açaydım dükanı kaş,  

Dəlləklik evim yıxdı ki, viranəyə döndü,  



Tikdim onu şimdi yekə kaşanəyə döndü. 

 

Yüklə 254,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə