Öd daşi xəSTƏliyi



Yüklə 174,25 Kb.
səhifə1/3
tarix20.09.2017
ölçüsü174,25 Kb.
#1066
  1   2   3

ÖD DAŞI XƏSTƏLIYI (DETECTOR Elshen)

Bir stəkan limon və çuğundur şirələrin yarbayar qarışığı öd yoltarını axaclarını təmizləyir. Bu limon turşuları və ödü insan orqanizmindən xaric etmək qabiliyyəti ilə bağlıdır.

Başqa resept: eyni miqdarda balı, zeytun yağını və limon şirəsini qanşdırıb, yatmazdan əvvəl içirlər. Öd axaclarında daşlar mövcud olan halda isə, yeməkdən 30 dəqiqə qabaq yarım qaşıq zeytun yağından başlayıb və yavaş-yavaş yarım stəkana qədər çatdıraraq qəbul edirİər. Bəzi xalqlarda sayılır ki, zeytun yağını və limon şirəsinin qatışığı öddə yaranmış durğunluğunu ləğv etməkdən başqa, daşları və qumu bədəndən xaric edir.

Eyni miqdarda götürulmüş limonun və qara turpun şirəsini və zeytun yağını qarışdırırlar. Bu qarışığı 1-2 ay ərzində səhərlər yeməkdən əvvəl 1 xörək qaşığı miqdarında içirlər.

Rus xalq təbibi Kurennoy tərəfindən işlənmiş öd daşını əridən üsullarından biri də aşağıdakıdır. Ayrı-ayrı içilmiş 200 q zeytun yağı və 200 q limon şirəsi öd kisəsində olan bütün daşları ləğv edir. Buna nail olmaq üçün əvvəlcə müalicənizin gününü (həftənin hansısa bir gününü) təyin edin. Çalışın ki, bu gün duru olmayan ya uzun vaxt həzm edilən yemək yeməyəsiniz. Süddən başqa, hər bir duru maddəni içmək olar. Gündüz saat 12-dən axşam saat 7-də qədər hər bir ağır yemək qadağandır. Yaxşı olar ki, müalicəvi tədbirdən qabaq 1 saat, və onun ərzində 2-3 saat böyrəyinizi qrelka ilə qızdırasınız. Saat 1-də müalicəyə başlamaq olar. Ardıcılıqla və tənəffüs et~ mədən 4 xörək qaşığı zeytun yağı və üstündən 1 xörək qaşığı limon şirəsindən içib, 15 dəqiqədən sonra bu əməliyyatı təkrar edin. Qablardakı qalan mayeləri həmin tərzdə qəbul etməyə davam edin. Axırda isə, zeytun yağı qurtaranda, limon şirəsinin qalığını bir qəbula için. Limon şirəsi yağın üsfünü örtür və miiaİicə vaxtı bəzən baş verən ürək bulanmasının qarşısını alır. Qeyd 1Müalicədən əvvəl qarşınızda saat qoymağı unutmayın, çünki burada hər dəqiqə vacib rol oynayır.

Qeyd 2. Əgər bütün yağ son daıucısına qədər içilibsə, bu müalicə üsulun çoxillik tətbiqin tarixində heç vaxt

müşahidə olunmayıb ki, müalicədən bir neçə gün sonra

öd daşları ağrı verərək xaric edilsin.

Qeyd 3. Əgər öd kisəsi ancaq iltihablanıb və içində daş

yoxdur, onun müalicəsi eyni qalır.

BAŞ AĞRISI

Təzə limonunun qabığını ağ hissəsindən təmizləyin və nəm hissəsi ilə gickahınıza basın və bir qədər belə vəziyyətdə saxlayın. Az keçməmiş limon qabığın altmda olan dəri və qaşınma və isinmə hissi verəcək, baş ağnsı isə kəsiləcək


GÖBƏLƏK

Naringi şirəsini təkrar-təkrar sürtməklə göbələk xəstəliyinə düçar olmuş dərini sağaldır.Limon şirəsində yaşlanmış tampon ya kompress sürtmə yolu ilə göbələk xəstəliyinə düçar olmuş dərini və xalların müalicəsi üçün tətbiq olunur.


SAÇ XƏSTƏLIKLƏRI

Saçların düşməsi adətən dəridə yaşayan bakteriyaların fəaliyyəti ilə bağlıdır. Limon şirəsinin bu xəstəliyə qarşı təsiri gözə çarpır. Baş kəpəyini xaric etmək və saçların tökülməsini aradan götürmək üçün baş dərisini limonun kəsikləri ilə sürtmək lazımdır. Baş qaşınrnasını isə kəsmək üçün bunu bir neçə dəfə etmək kifayətdir.

Daha bir üsul. Gündə birdəfə 1 litr ihq suya 2 çay qaşığı limon şjrəsi qatıb saçları bir neçə dəfə yuyurlar
QARACIYƏR XƏSTƏLIKLƏRININ PROFILAKTIKASI

Əvvəlcədən qeyd etmək lazımdır ki, həzm cihazı

(mədə-bağırsaq sistemi) tam təmizlənməmiş, qarın boş-

luğun başqa orqanların təmizlənməsi qeyri-mümkündür.

Odur ki, bu işə başlamadan, əvvəlcə yuxarıda gətirilimiş

Uöker metodu ilə orqanizmi təmizlənmə metodu ilə

diqqətlə tanış olub, tətbiq etmək, və ancaq sonra qaraciyərin və başqa qarın orqanların müalicəsinə keçmək lazımdır.

Qaraciyər xəstəliklərin profilaktikası

Qaraciyər xəstəliklərin qabağını almaq üçün aşağıdakı vasitələrdən istifadə edirlər. Ət maşınından keçirilmiş 2 limonu (qabıqla birlikdə), 50 q sulfat turşululu maqnezium-oksidi və 50 q qlyukozam "Borjomi" mineral suyu ilə qarışdırıb hər gün yeməkdən əvvəl 1 xörək qaşığı miqdarında qəbul edirlər.

Başqa bir üsul. Yanm-litrlik bankaya 2 xörək qaşığı kərə yağı tökürlər. Sonra içinə hərəsindən bir qaşıq miqdarında dəymiş və dəyməmiş limonların şirəsindən və bir əzilmiş sarımsaq dişini atıb, üstünü 250ml isti su ilə alırlar və yaxşı-yaxşı qarışdırırlar. Qəbul üsulu: səhər ac qarnına 0,5 stəkan.

QARACIYƏRIN TƏMIZLƏNMƏSI

Bu proseduru keçirməkdən ötrü sizə 200 q zeytun yağı və 200 ml alma ya alma şirəsi lazım olacaq. Sonra belə ardıcılıqla aşağıdakı tədbirləri keçirirsiniz.

1-ci gün. Səhər tezdən təmizləyici imalə keçirirsiniz. Bütün gün ərzində özünüzü yeməkdən saxlayıb, istədiyiniz qədər ancaq alma şiresini içisiniz.

2-ci gün. Həmən tədbiri təkrar edirsiniz.

3-cu gün eyni tərzdə davam edirsiniz, lakin təzə alma şirəsini ancaq saat 13-ə qədər içmək olar, çünki insanın 24-saatlaq bioritminə müvafiq olaraq, bu vaxt qaraciyər ən hərəkətsiz fazasını keçir.

Yatağa uzanıb, qaraciyərin yerləşdiyi yerə qrelkanı qoyub hər 15 dəqiqədən bir aşağıdakı qayda ilə yağı və limon şirəsini içirsiniz: 3 xörək qaşığı zeytun yağı, və onu içən kimi, dalınca və eyni miqdarda limon şirəsini içirsiniz. İki saatdan sonra qrelkanı götürün. Adətən şlakların xaric edilməsi sutkada 3 dəfə baş verir. Axırıncı , yəni, üçüncü ifrazatdan sonra bir saat, ya bir saat-yarım keçmiş imalə edə bilərsiniz, sonra ya istədiyiniz meyvə,şırəsi içə, ya da suda bişirilmiş sıyıq ya meyvə yeyə bilərsiniz. Yeməkdən sonra isə bir də imalə etmək lazımdır*

Yuxarıda göstərilmiş prosedurları yerinə yetirdikdən sonra bir həftə ərzində ət məhsullarından tamamiİə imtina edilməlidir. Bağırsaqlar hələ zəhərli şlakları ifraz etməkdə davam edirlər, və çıxan ifirazat açıq rəngli olacaq.

Birinci il ərzində qaraciyərin təmizlənməsini dörd aydan bir, sonra isə ildə bir dəfə keçirmək lazımdır.

XOLESISTIT

1 kq 200 q əncir və 0,5 kq limon (çərdəkləri götüriib) ət maşınından keçirdirlər. Sonra 0,5 kq qlyukoza və 6 xörək qaşığı bal ilə qarışdırırlar. Qəbul üsulu: gündə yeməkdən qabaq 4 xörək qaşığı. Bu resept həm öd kisəsi xəstəliyinə qarşı işlənə bilər.


SARILIQ

1 üsul. Bağayarpağından 1-ci həlimi hazırlayırlar. 200 q

limon şirəsini və 200 q balı bağlı qazanda aşağı alovda

30-40 dəqiqə bişirib, 2-ci həlimi hazırlayırlar. Gündə üç

dəfə yeməkdən 30 dəqiqə qabaq 1 kasa bağayarpağı hə

limindən içib, sonra bir xörək qaşığı miqdarında 2-ci

həlimi qəbul edirlər. Həlimləri soyuducuda saxlamaq lazımdır.

2 üsül. 4 limon şirəsini 4 baş əzilmiş ortahəcmli sa-

rımsağ dişinin suyu ilə qaxışdırırlar, və 1 çay qaşıq miq-

darında yeməkdən 2 saat sonra qəbul edirlər.

Bu həlimi də həmçinin soyuducuda saxlamaq lazımdır.

3 üsuL Qazana 24 ədəd dörd hissəyə kəsilmiş ənciri, 6

ədəd 8 hissəyə kəsilmiş limonu, 1 xörək qaşığı nazik-

nazik doğranmiş ravənd kökünü və yarım çay qaşığı

qovrulmuş zəy atmar. Bu qalağın üstünü örtmək şərti

ilə, çaxır sirkəsi süzüb, 2 gün həlim kimi saxlayırlar.

Qəbul qaydası: gündə 3 dəfə yeməkdən 20 dəqiqə qabaq, 2 tikə encir ve bir kəsik limon yeyirlər. Müalicə-

nin müddəti 24 gündür. 2 həftədən sonra onu təkrar etmək lazımdır.


DİŞLƏR

Dişləri təmizləyəndə, diş tozuna ya pastasına bir az xörək sodası və 1-2 damcı limon şirəsi əlavə olunubsa, onların sarıltısını asanlıqla götürmək olar. Əgər dişləri mü təmadi olaraq limon qabığı ilə sürtürlər, dişlər ağ, onların kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir göstərmək olar. Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun muddət çəkən mütəmadi diş ağrıları kəsilirdi. Diş xestəliklərin müalicə təcrübəsi göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu damağların və dişlərin hər bir xəstəlikdə qorumağına xidmət edir. Ağızdan gələn pis iyi aradan götürmək və iştahanı artırmaq üçün gündə bir çay qaşığı sürtülmüş quru limon qabığının şəkərlə ya bal ilə qəbul edirlər.


GÖRMƏ , EŞITMƏ , YADDAŞ

Aşağıdakı üsulu tətbiq etdikdə, görmə, eşitmə və yaddaş qabiliyyətini yaxşılaşdırmaq mümkündür.

Bir ay ərzində limonun (qabığla birlikdə) 1/4 hissəsini və ac qarnına 1 qaşıq zeytun yağı qəbul edirlər. İkinci ay gündə bir lobya dənəsi boyda tikə biyan kökü (apteklərdə onu ' lakriçmy koren" adı altında satırlar), 1 çay qaşığı dəniz kələmi tozu, 5 q şam ağacın qatranını ya gündə iki dəfə 1 xörək qaşığı aloye şirəsindən qəbul edirlər.


LIMON VƏ KOSMETIKA

ƏLLƏR


İlin soyuq vaxtlarında tez-tez əl dərisinin çatlanması baş verir. Burada yenə də limonun müalicəvi keyfiyyətləri köməyə gəlir. O, dərini yumşaldır, dırnaqlara isə xüsusi bir parıltı verir. Aşkar olunub ki, əgər kimsə limon şirəsindən daxili müalicəvi vasitə kimi istifadə edib və onun müalicəyə qədər dərisində ya üzündə çil var idi, müalicənin sonunda həmin çillər yox olurdu.

Həmçinin, çilləri yox etmək üçün limon şirəsini xarici vasitə kimi də işlətmək mümkündür. Keçmiş zamanlardan məlumdur ki, limon cəfərin kökündən düzəldilmiş qatı həlimə əlavə olunmuş limon şirəsi dərini ağartmağa qabildir. Qabarların və ziyillərin limonla müalicəsi eynidir. Yamazdan əvvəl, bir limon dilimini qabarın ya ziyilin üstünə qoyurlar və bir temiz əskiylə Örtüb, rezin sapıyla yerində bərkidirlər. Səhərə qədər o, o qədər yumşalacaq ki, qabarı ya ziyili heç bir əziyyət çəkmədən yox etmək olar.

DIRNAQLAR

Zəif və tez qırılan dırnaqları möhkəmləşdirmək üsul belədir. Nəlbəkiyə ya başqa bir kiçik qaba bir az isidilmiş bitki yağından tökürlər. Ona 3 damcı limon şirəsindən əlavə edib qarışdırırlar. Sonra dırnaqları içinə salırlar və 5 dəqiqə saxlayıb, çıxardırlar və salfet kağızı ilə silirlər. Bunu edib bir neçə saat ərzində əlləri vurmaqdan çəkinmək lazımdır.


BABASIL (HEMORROY)

Babasil xəstəliyinin müalicəsinde ifraz aktından sonra təmizlik tədbirlərinin aparılması çox vacibdir. Əvvəlcə dal keçidin tam dərinliyinə qədər suda yaşlanmış pambıq tamponu ilə təmizləyin. Sonra E vitamini əlavə edilmiş limon şirəsinə təzə tampon batırın və dal keçidin ağrıyan yerlərinə sürtün. Bu əməliyyat bir qədər yandırıcı effektlə miişayiət olunur. Bu da hemorroyun sıxılması ilə bağlıdır.

Sonra yerə oturub yanlarınızın üstündə yeriməyə başlayın, ya da yerə oturub ayağların daban hissəsindən tutub bu yandan o yana yavaş-yavaş yırğalanın. Bu məşq rektal deşiyin yüngül massajına bərabərdir.

Ayrı bir üsul vaxtınıza qənaət edər. Nəqliyyatda hərəkət etdiyiniz zaman nəfəsinizi yığıb saxlayın. Sonra gödəninizi (anusu) bərk sıxıb, 5-ə qədər sayın və bir az hava alıb, boşalın. Bu məşqi bir neçə dəfə təkrar edin.

Bunu gün ərzində bir neçə dəfə təkrar etdikdə, xəstəliyin kəskinləşməsini həmən gün aradan götürmək mümkündür.

Mütəmadi şəkıldə istifadə olunduğda isə bu üsul hemarroyun tamam kəsilməsinə gətirə bilər.

QƏBƏLIK(“ZAPOR”)

Qəbəliyin qarşısını almaq və bağırsaqların daha yaxşı işləməsi üçün səhər ac qarnına və axşam yatmazdan əvvəl 1-2 portağal yeyin.

İşlətmə dərmanı. 2 dilim limon ya portağal, yaxşı yuyulmuş 7 qara gavalı və 4 quru qaysı (ərik) bir dərin boşqabın içinə qoyub, ilıq su ilə ustünü örtürlər. Sonra 1 gün ərzində güniin altında saxlayırlar. 15-30 gün (nəticədən asılı olaraq) bu yeməyi mütəmadi olaraq yenidən hazırlayıb, qəbul edirlər. Ən yaxşı işlətme və bağırsaqları yağlama effektinə nail olmaq üçün bu qarışığı axşam yeyəndə daha heç birşey yeməmək məsləhətdir.

Bu yeməkdən səhər yeməyi kimi də istifadə etmək olar. Yoqların xroniki qəbəliyə qarşı məsləhəti belədir. 60 q

NORMAN UOKERIN DETOKSIKASIYA METODU (ORGANIZMIN ZƏHƏRLI MADDƏLƏRDƏN TƏMIZLƏNMƏSI)

Amerika həkimi Norman Uokerin fərziyyəsinə görə, xəstəliklərin əksəriyyəti və vaxtından əvvəl qocalma prosesləri qeyri-düzgün qidalanma ilə və qəbuledilməz qida qarışıqların istifadəsi ilə bağlıdır. Bu da qalın bağırsağın çirklənməsi və onun normal formasının dəyişməsi ilə nəticələnir.

Orqanizmin təmizlənməsinin bir neçə təsirli üsulu var. Onların arasında ən yaxşı və universal üsul aclıq sayılır. Lakin bu üsulun tətbiq edilməsi həddindən artıq əzablı olduğuna görə Uoker birbaşqa üslub təklif edir.

Orqanizmin sağlamlığının birinci şərti onun tam təmizliyidir. Onun daxilində yiğılmış zərərli maddələr və tullantılar sağalma prosesinə qarşı maneə yaradır. Budur ki, müalicənin birinci mərhələsi bu maddələrin xaric edilməsindən ibarətdir. İnsanın ifrazat orqanları bunlardır: ağ ciyər, təri xaric edən dəri məsamələri, böyrəklər və bağırsaqlar.

Tərləmə tər vəziləri vasitəsi ilə orqanizmdən zərərli toksinlərin (zəhərli maddələrin) xaric edilməsi prosesidir. Böyrəklər həzm və maddələr mübadiləsi məhsullarını xaric edir. Bağırsaq sistemi nəinki qida tullantılarını, həm də insanın fiziki və əqli fəaliyyəti nəticəsində törənən işlənmiş hüceyrə və toxumaları xaric edir. Onların xaric olunması halda zülalın ayrılması baş verir və bu toksimeyiyaya (qanın zəhərlənməsi) ya da asidoza (yüksək turşuluğa) gətirir.

Orqanizmin təmizlənməsi üsullarından biri aşağıdakıdır:

Diqqət! Appendisiti ya da ona meyli olan şəxslərə bu üsulun tədbiqi qəti qadağandır! Bu halda 1-2 həftə gündə 2-3 dəfə imalədən istifadə etmək məsləhət görülür.

Səhərlər ac qarnına 1 stəkan qlauber duzundan (1 stəkan suya 1 xörək qaşığı) içirlər. Su ilıq ya soyuq ola bilər. Bu tədbirin məqsədi bağırsaqları boşaltmaq, və» ondan əlavə, orqanizmin içində olan toksinləri və tullantıları bağırsaq vasitəsi ilə xaric etməkdir.

Bu məhlulun təsiri toksik limfaya və başqa tullantılara iri maqnitin xtrda mismarlara gösterən təsirinə bənzəyir. Beleliklə, tullantılar bağırsağda toplanır və orqanizmdən təkrarlı təmizləməknən bağırsaq vasitəsi ilə xaric edilir. Xaric edilən çirklərin ümumi miqdarı 3-4 litr təşkil edə bilər. Bu əməliyyat orqanizmin susuzlaşma

sına gətirir, və buna görə maye çatmamazlığını ödəmək

zərüriyyəti yaranır.

Bunu belə edirlər. 2 1 suyu (orqanizm tərəfdən daha tez

həzm etmək üçün) 21 təze sıxılmış sitrusların şirəsi ilə

qarışdırırlar və qəbul edirlər. Bu qarışıq qələvi reaksiyaya gətirir.

Sitrus qarışığı belə hazırlanır: 4 iri ya 6 orta qreypfrutun şirəsi, 2 iri ya 3 orta limonun şirəsi, qalam - portağal şirəsi (o miqdarda ki, nəticədə 2 litr sitrus qarışığı əldə ohunsun).

Bu məhlulu qlauber duzun qəbulundan 30 dəqiqə sonra qəbul etməye başlayırlar və mayenin son damcısına qədər 20-30 dəqiqə ərzində içirlər. Təmizləmə vaxtı bütün gün ərzində yemək qəti qadağandır. Lakin əgər aclıq hissinə qarşı dözüm yoxdursa, bir-iki portağal ya qreypfrut yeyirlər ya da onlann şirəsindən içirlər.

Yatmazdan əvvəl l-2,limonun şirəsi ilə qarışmış 21 ilıq su ilə dolu imalədən istifadə edin. Bu imalənin məqsədi qalın və nazik bağırsağ qınşların içində qala bilən tullantıları xaric etməkdir.

Bu detoksikasjya.,adlanan zəhərsizləşdirmə tədbirini 3 gün dalbadal etmək lazımdır. Beləliklə, orqanizmdən 12 l toksik limfa xaric ediləcək. O da həmən həcmdə qələviləşdirən maye ilə əvəz edilir. Bu orqanizmin qələviləşdirilməsinə gətirir. Dördüncü və ondan sonra gələn günlərdə təzə tərəvəz və meyvelərdən hazırlanmış şirələri içirlər. Keçirilmiş tədbiri zaman ya ondan sonra bədəndə fiziki zəiflik hissi yarana bilər. Bunun heç bir narahatlığ üçün əsas yoxdur və ancaq təbiətin orqanizmin enerjisini onun təmizləmlməsinə yönəltməsi ilə bağlıdır. Çox keçmədən siz özünüzü gözləmədiyiniz qədər gumrah və səfərbərli hiss edecəksiniz. Bu da orqanizminizin tam təmizlənmiş hala gəlməsinin ən aşkar göstəricisidir.


BAĞIRSAQ QURDU

Sitrusların (limonun, portağalın və s.) qabığı ağ ət hissəsi ilə birlikdə qələviləşdirici reaksiyaya malikdir.Buna görə o bütün' mikroorqanizmlərin və gelmintlərin

həyati fealliyətinə kəskin və məhvedici təsir göstərir.

1 üsuL Səhər yeməyindən bir saat əvvəl sitrus qabığını (qurumuş ya təzə halında) yaxşı-yaxşı çeynəyin və

udun.

2 üsul. Limonun 2-3 toxumunu toz şəklinə düşənə qə-



dər üyüdün və üstündən ilıq su için.

Qəbul üslubu: yeməkdən 0,5 saat əvvəl, gündə 2-3 də-

fə.

Bıj qurdları məhv etmək üçün hər səhər 1 limonun



üyüdülmüş toxumlarını I çay qaşığı bal ilə qəbul edin.
ÜRƏK –DAMAR XƏSTƏLIKLƏRI

ATEROSKLEROZ

Ateroskleroz - yağ və zülali maddə mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Onun əsasında qan damarların isıq yerinin daralması durur. Bu vəziyyət damarların iç səthində yağaoxşar maddələrin (xiisusilə xolesterinin) yığılması zəminində əmələ gəlir. Profilaktik və müalicəvi vasitə kimi xalq təbibləri balın, sarımsağın və limon şirəsinin qanşiğını qəbul etmə-yə məsləhət görürlər. Bu qarışığın hazırlanma üsulu belədir: beş baş sarımsağı əzib sıyıq vəziyyətinə gətirirlər. Alınan mayeni 1 kq bal və 10 orta ölçülü limonun şirəsi ilə qarışdırırlar.

Qəbul üsulu: 4 cay qaşığı miqdarında gündə bir dəfə, tələsmədən ağızda soraraq.

Xırda qan damarların iç səthini bərkitmək və onların elastikliyini artirmaq üçün 1:2:0,5 nisbətində limon şirəsi, bal və günəbaxan yagından düzəldilmiş qarışığı qəbul etməyi məsləhət görülür. Bu «sağlamlıq ab-heybətini» gündə 2 xörək qaşığı miqdarında səhərlər ac qarnına qəbul edirlər. .Giində iki dəymiş qreypfrut meyvəsini yeyərək, siz özünüzün qan damarlarınızı bərkidə və qanın tərkibində olan xolesterinin səviyyəsini azalda bilərsiniz. Bu da ateroskleroza qarşı çox gözəl profilaktik tədbirdir. Hipertoniya ilə müşayiət olunan aterosklerozdan əziyyət çəkdikdə yeməkdən qabaq 250 q qreypfrut şirəsindən qəbul etməklə sağlamliğınıza böyük xidmət göstərə bilərsiniz.

İNFARKT, INSULT

Infarkt - ürək əzələsində baş vermiş qan dövriyyəsinin kəskin pozulmasıdır. Bir qayda olaraq, o tac damarların trombla tutulması ilə bağlıdır. Trombozun nəticəsində qanla təchiz olunmayan ürək əzələsində «nekroz» adlanan ölgünləşmə ocağı yaranır. Bir az sonra əzələ pərdəsi birləşdirici pərdə ilə əvəz olunur. Beləliklə ürəyin üzərində çapıqlar əmələ gəlir.

Insult beyin qan dövriyyəsinin qəflətən və kəskin şəkildə pozulmasına deyilir.

Çox zaman insult qanıın beyinə axması zəminində baş verir. Bunun səbəbi anevrizmdən partlamış arteriya ya arterial təzyiqin kəskin artması ilə bağlı qan damarlarının fəaliyyətinin pozulması ola bilər. Bu qorxulu xəstəliklərin qarşısını aImaq üçün naturopatiya həkimləri hər səhər bir xörək qaşığı çiy quşüzümündən və bir qreypfrut meyvəsini qəbul etməyi məsləhət bilirlər. Bu meyvələrin hər ikisi kalium və S vitamini ilə zəngindir, bunlar da öz növbəsində qan damarlarının istismar keyfiyyətlərinə nəzərə çarpan dərəcədə müsbət təsir edir.

HIPERTONIYA

Limonu və ya portağalı hipertoniya xəstəliyinin başlanğıc mərhələsində qəbul etmək faydalıdır. (Qeyd edək ki, onları qabığla birgə yemək lazımdır.)

1. 3 qabığlı limonu və 5 sarımsağ dişini üçlitrli ballona

doğrayın və ilıq su ilə örtün. Balondakı qarışıq yuxarı

qalxacaq və 2-3 gündən sonra aşağı düşəcək. Indi dərman maddəsi hazırdır.

Qəbul etmə üsulu: səhərlər yarım stəkan miqdarında.

2. Bir stəkan qıtığotu, bir stəkan kök şirəsi, bir stəkan

limon şirəsi və bir stəkan balı qarışdırırlar. (Üyüdülmüş qıtığotunu əvvəlcə 36 saat suda saxlamaq lazımdır).

Qəbul etmə üsulu: gündə 2-3 dəfə yeməzdən bir saat

əvvəl ya da yeməzdən 2-3 saat sonra. Müalicə müddəti - 2 ay.Qarışığı sərin yerdə və bağlı şüşə qabda saxlayırlar.

*İmkan daxilində gündə qreypfrut yeyin. Onların tərki-hində çoxlu kaliy mövcuddur, və bu da sizi hipertoniyadan və insultdan qoruyan əvəzsiz bir vasitədir,

3. 2 xörək qaşığı miqdarında doğranmış (təzə ya qurudulmuş) limon qabığının üstünə 2 stəkan su tökürlər. Sonra bağlı qabda və aşağı alovda 30 dəq. qaynadırlar. Sonra, 10 dəqiqə ərzində soyudub suyunu ayrıca qaba süzürlər.

QəbuJ etmə üsulu: yeməzdən 0, 5 saat əvvəl gündə üç; dəfə 0,5 stəkan miqdarında.

4. Limon ya portağal gabığını bal ilə birə bir nisbətində qarışdırırlar.

Qəbul etmiə üsulu: gündə yeməzdən əvvəl 3 dəfə 1 çay qaşığı.

Məsləhət: Qipertoniklərə sutka ərzində 3-4 dəfə qabığı ilə birikdə yarım limon yemək məsləhət görülür. Məsləhət: Zəif qan-damar sistemi olan qipertoniklərə səhərlər bir çay qaşığı quşüzümü yemək faydalıdır.

HIPOTONIYA

Klimakterik dövrdə qan təzyiqinin aşağı düşməsi halda bu üsuldan istifadə edirlər. Yeməkdən 2 saat sonra aşağıdakı qarışığı qəbul edirlər: 50 q qovurulmuş və üyüdülmüş qəhvə dənəsi, 0,5 kq bal və 1 limonun şirəsi. Qarışığı soyuducuda saxlamaq gərəkdir.
STENOKARDIYA

Qan damarların spazmları nəticəsində yaranan ürək çatışmazlığının kəskin tutmalarna stenokardiya deyilir. Bu spazm halları ürək əzələsinin normal faaliyyəti üçün tələb olunan miqdarda oksigen təchizatını azaldır, və xəstə ürək nahiyəsində daima zəif ağrılar hiss edir. Bu xəstəliyə düçar olan adamın vəziyyətini belə vasitə ilə yüngülləşdirmək olar. 2 ədəd limondan və iki aloye yarpağından sıxılmış şirəni 500 q miqdarında bal ilə qarışdırırlar. Alınan qarışığı soyuducuda bır həftə ərzində ağzı kip bağlanmış qabda saxlayırlar. Qəbul üsulu: gündə üç dəfə, yeməkdən 1 saat qabaq bir xörək qaşığı miqdarında.

Beyinin və ürəyin qan damarlarında olan spazmaları aradan götürmək üçün aşağıdakı qanşığı nıəsləhət edirlər.

Bir baş sarımsağı təmizləyib və əzib şüşə bankaya qoyurlar. Sonra üzərinə bir stəkan günəbaxan yağından töküb bir gecə soyuducuuda saxlayırlar. O biri gün bir limonun şirəsi ilə dolu çay qaşığını xörək qaşıgına töküb həmən qaşığa bir çay qaşığı sarımsağ yağını əlavə edirlər və yavaş-yavaş qarışdırırlar.Qəbul üsulu: gündə üç dəfə yeməkdən 30 dəq. qabaq. Müalicə kursunun müddətİ alınmış nəticədən asılı olaraq 1 aydan iki aya qədərdir.

ÜRƏK ÜSTÜNDƏ ƏMƏLIYYATDAN SONRA

Dünya şöhrətli ürək cərrahı NikoLay Amosov əməliyyatdan sonra ürəyi bərkidən belə qarışığı qəbul etməyə məsləhət göriir. Kişmişdən 1 stəkan, qozdan 1 stəkan, baldan 1 stəkan miqdarında götürüb bir təzə dərilmiş limonun şirəsi ilə qarışdırırlar. Bu qarışığ ürək spazmaları aradan götürür və qan damarlarını genəltmək üçün gözəl vasitədir.

VƏZILƏR

TÜPÜRCƏK VƏZILƏRININ XƏSTƏLIKLƏRI

1 çay qaşığı limon şirəsindən 1 stəkan qaynanmış sərin suya atıb qarışdırırlar. Qarışığı ağıza alıb və isinənə qədər saxlayırlar. Sonra tüpürüb, ağızı boşaldırlar. Bu tədbiri gündə 4-5 dəfə təkrar edirlər. İki-üç gündən sonra vəzilər işləməyə başlayacaqlar. Çox adamların ikilənmiş çənəsi olur. Bu da mədə-bağırsağ yolunun xəstə və çirklənmiş hala düşməsinin işarəsidir. Çünki leykositlər orqanizmin təmizləmə işlərində maneə ilə qarşılaşır və zərərli maddələri vaxtında xaric etməkdə ləngiyirlər. Bu həmən səbəbdir ki, çənənin altında olan iki vəzinin gözə çarpan şəkildə böyüməsinə gətirir.
DƏRİNİN TƏRLƏMƏSİ

Limon şirəsi, xüsusilə ayağların barmağarası dərinin üfunətli tərləməsini də aradan götürür. Bu məqsədlə yatmazdan əvvəl ayağ barmağlarını ilıq su ilə bir-bir yuyub, limon kəsikləri ilə sürtürlər və quruyana qədər gözləyirlər. Gündüz isə barmaqların arasında nazik tibbi pambıq parçalan gəzdirirlər. Bir həftə ərzində müsbət nəticənin şahidi olacağsız.

XALQ TƏBİBLƏRİNİN BƏZİ MƏSLƏHƏTLƏRİ

Xalq təbabətində çoxlu sayda faydalı və gündəlik həyatımızda gərəkli olan məsləhətlər vardır. Onlardan bəzilərini qeyd etməyi lazım bilirik. Elə adamlar var ki.- bəzi hallarda bərk sərxoş olur, onu ayıltmaq xeyli çətinlik törədir. Belə hallarda xalq həkimləri belə bir tədbir görməyi məsləhət bilirlər. I stəkan soyuq suya 5 — 6 damcı naşatır spirti töküb qarışdırmaq və sərxoşa içirtmək lazımdı. Əgər o, ölü kimidirsə , onda ağzını zorla olsa da. ayırıb həmin spirtli suyu ağzına tökmək lazımdır. Rus xalq təbabətçilərinnn bu üsulu dərhal sərxoşu ayıldır.

. ***
Məlumdur ki, axşam çox içmiş adamın səhər başı ağırlaşır və ağrıyır. Mədəsində xoşagəlməz hallar baş verir, Sərxoşu bu vəziyyətdən xilas etmək üçün rus xalq təbibləri belə edirlər 20 damcı nanə spirtini 1 stəkan soyuq suya çalıb dərhal sərxoşa içirirlər. 1—2 dəqiqədən sonar sərxoş ayılır vu onda ağrılardan əsər-əlamət də qalmır.
***
Kefli adamı ayıltmaq üçün ona moruq yedizdirin Əgər moruq yoxdursa, şirəsini (sokunu) və ya mürəbbəsini tünd dəmlənmiş çaya qarışdırıb verin. Bu ayılmanı təmin edəcəkdir.


Yüklə 174,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə