Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
  1   2   3   4   5   6   7


OĞUZ  YURDU

İCTİMAİ-SİYASİ QƏZET

• № 15-16 (4588) • 15 may • 2018-ci il • Çərşənbə axşamı • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik

B

u gün müasir və müstə-



qil Azərbaycanın inkişa-

fından, dövlət quruculu-

ğundan  danışılanda  ilk  söz  açı-

lan  insan  məhz  dahi  şəxsiyyət,

müdrik lider Heydər Əliyev olur.

Çünki o, otuz ildən artıq bir müd-

dətdə    Azərbaycana  rəhbərlik

edərək müasir və müstəqil Azər-

baycanın qurucusu, memarı kimi

şərəfli bir missiyanı yerinə yetir-

mişdir. Heydər Əliyevin Azərbay-

canda  istər birinci dəfə, istərsə

də ikinci dəfə hakimiyyətdə oldu-

ğu illər Azərbaycanın sosial-iqti-

sadi,  mədəni  həyatında  böyük

dəyişikliklər dövrü kimi xarakteri-

zə olunur.  İlk dəfə hakimiyyətdə

olduğu illərdə Azərbaycan  keç-

miş Sovet  İttifaqının geridə qal-

mış aqrar ölkəsindən   inkişaf et-

miş  sənaye  ölkəsinə  çevrildi.  O

dövrdə ölkə həyatı tamamilə yeni-

ləndi. Azərbaycan Sovetlər İttifa-

qının  qabaqcıl  respublikaların-

dan birinə çevrildi. İqtisadiyyatla

yanaşı sosial-mədəni sahələr  də

o dövrün tələblərinə uyğun olaraq

böyük  inkişaf  mərhələsi  keçdi.

Heydər Əliyevin qayğısı və diqqə-

ti ilə hələ o illərdə  elmin, mədə-

niyyətin inkişafı xüsusi ilə nəzərə

çarpırdı.  Ümummilli  lider  milli

kadrların yetişdirilməsi  ilə yanaşı,

Azərbaycanın böyük ədibləri, mə-

dəniyyət xadimləri, milli bayram-

larımız, dilimiz ilə bağlı çox əhə-

miyyətli addımlar atırdı. Məhz o il-

lərdə    Heydər  Əliyev  dövlətçilik

məktəbini yeni müstəviyə çıxardı.

Hətta Moskvaya-daha yüksək və-

zifəyə  getdikdən  sonra  da  o,

Azərbaycanı bir dəqiqə belə yad-

dan çıxarmamışdır. Ölkəmizin ba-

şı  üstünü  qara  buludlar  alanda-

1990-cı  ilin  20  yanvarında  da,

1993-cü ilin iyununda da o öz si-

yasi  iradəsini,  qətiyyətini  ortaya

qoydu.


Azərbaycan 1991-ci ildə müs-

təqillik  qazandıqdan  sonra  çox

böyük  mübarizələr,  müstəqilliyi-

mizə  qarşı  təxribatlar  başladı.

“Tarix dəfələrlə sübut etmişdir ki,

xalqın  əvəzsiz  milli  sərvəti  olan

müstəqilliyin qorunması onun əl-

də edilməsindən qat-qat ağır və

mürəkkəb vəzifədir” deyən Hey-

dər Əliyev bu istiqamətdə də ge-

niş fəaliyyət göstərmişdir. 1993-

cü  ilin  iyun  ayında  Azərbaycan

müstəqil  dövlət  kimi    böyük  bir

uçurumun kənarında dayanmış-

dı. Azərbaycan yenicə qazandığı

müstəqilliyi  itirmək  təhlükəsi  ilə

üz-üzə qalmışdı. Parçalanma, və-

təndaş müharibəsi artıq labüd idi.

Müstəqil  dövlətçiliyimizə  qarşı

qəsd təhlükəsi var idi. Bunun qar-

şısını almaq isə çox çətin idi. Belə

bir məqamda Heydər Əliyev şəx-

siyyətinə yaxşı bələd olan xalqı-

mız ona müraciət etdi və Heydər

Əliyevin siyasət səhnəsinə qayı-

dışına nail oldu. Bununla da Azər-

baycanın tarixində yeni bir dövr

başladı. Bu həm də Azərbayca-

nın qurtuluşunun başlanğıcı oldu. 

Heydər Əliyevin ölkəmiz üçün

belə çətin və ağır bir zamanda öz

üzərinə  böyük  məsuliyyət  götü-

rərək    hakimiyyətə  gəlməsi  ilə

Azərbaycan  dövlətçiliyi  iflasdan

qurtarmış oldu.

Heydər Əliyev haqqında danı-

şarkən tanınmış insanların onun

haqqında fikirləri yada düşür. Hə-

lə o vaxtlar qırğız yazıçısı Çingiz

Aytmatov deyirdi: “Heydər Əliyev

həqiqətən də tarixi, hətta əfsanəvi

bir şəxsiyyətdir... Heydər Əliyev

onun yaşıdlarının və hətta ondan

cavan olan bir çox siyasi xadimin

bacarmadığı  xüsusiyyəti-müasir

dövrün ən aktual çağırışlarına ha-

zır olmağı nümayiş etdirə bilmiş-

dir. Məhz Heydər Əliyevin zəngin

siyasi təcrübəsinin və humanitar

dünyagörüşünün genişliyi nəticə-

sində indi Azərbaycanda sabitlik,

tolerantlıq,  mədəniyyət,  maarif-

çilik  hökm  sürməkdədir.  Bütün

bunlar isə Azərbaycan dövlətinin

müasir inkişafını və tərəqqisini tə-

min  edəcək  əsas  amillərdir...

Heydər  Əlirza  oğlu  XX  əsrin  ən

böyük liderlərindədir. ”

Həqiqətən  də  1993-cü  ilin  o

ağır günlərində hakimiyyətə gə-

lən  Heydər  Əliyevin  səyi,  siyasi

səriştəsi, dövlətçilik təcrübəsi ilə

Azərbaycanda  dövlət  quruculu-

ğu,  iqtisadi  inkişaf,  beynəlxalq

əlaqələrin gücləndirilməsi istiqa-

mətində  davamlı  proses,  dövlət

müstəqilliyinin  möhkəmləndiril-

məsi dövrü başlandı, ölkədə bü-

tün sahələr üzrə köklü islahatlar

aparıldı.    Müstəqillik        yolunda

inamla  addımlayan  Azərbaycan

dünyada baş verən demokratik-

ləşmə  prosesinin  iştirakçısına

çevrildi. Azərbaycanın mövqeyi-

ni  müəyyən  edən  siyasi-iqtisadi

konsepsiya  işlənib  hazırlandı.

Heydər Əliyev müstəqil Azərbay-

canı siyasi hərc-mərclikdən, çax-

naşmalardan  məharətlə  çıxara

bildi, ona sabit ölkə imici qazan-

dırdı. Ümummilli lider Heydər Əli-

yevin müdrik daxili və xarici siya-

səti nəticəsində hüquqi, demok-

ratik dövlət quruculuğu, Milli Or-

dunun formalaşdırılması, Dağlıq

Qarabağ  həqiqətlərin  dünyaya

çatdırılması, beynəlxalq aləmdə

Azərbaycanın nüfuzunun yüksəl-

dilməsi istiqamətində  mühüm iş-

lər görüldü. Uğurlu neft strategi-

yası işlənib hazırlandı. Ümumiy-

yətlə, ölkənin iqtisadi həyatında

mühüm dəyişikliklər baş verdi-aq-

rar  islahatlar  aparıldı,  eyni  za-

manda özəlləşdirmə prosesi baş-

lanıldı,  sahibkarlığın  inkişafına

geniş meydan yaradıldı, xarici şir-

kətlərlə Azərbaycanın inkişafında

mühüm rol oynayan müqavilələr

bağlandı.  

Müstəqil Azərbaycanın 1995-ci

ildə Heydər Əliyevin rəhbərliyi ilə

qəbul edilən Konstitusiyası ölkə-

mizin  hüquqi  dövlət  quruculuğu

istiqamətindəki  ən  mühüm  ad-

dımlarından biri oldu. Ulu öndərin

yaratdığı sabitlik və müəllifi oldu-

ğu islahatlar Azərbaycanın müs-

təqilliyini dönməz və əbədi prose-

sə  çevirmişdir.  Onun  xalqımızın

bu günü və gələcəyi üçün gördü-

yü bütün işlər müasir Azərbaycan

üçün   möhkəm, etibarlı və mötə-

bər baza yaratmış oldu.  Bu gün

Azərbaycan Respublikasının Pre-

zidenti  İlham  Əliyev  xalqımızla

birgə Ulu öndərin siyasi kursunu

uğurla davam etdirir. Azərbaycan

bu  uğurlu  siyasət  nəticəsində

dünyanın ən sabit, sürətlə   inki-

şaf edən ölkələri sırasında  inam-

la irəliləyir. 



1923      

AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ 

2018

DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR

DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR

U

lu  öndər    Hey-



dər 

Əliyevin


anadan  olması-

nın 95-ci ildönümü müna-

sibətilə  Oğuz  rayonunda

silsilə tədbirlər keçirilmiş-

dir. Rayonun idarə və mü-

əssisələrində Heydər Əli-

yevlə  bağlı  yığıncaqlar,

məktəblərdə  rəsm,  inşa

yazı, təqdimat  müsabiqə-

ləri, müxtəlif idman yarış-

ları,  mədəni-maarif müəs-

sisələrində  sərgilər,  kon-

franslar və başqa tədbirlər

keçirilmişdir.

Mayın 10-da isə  Oğuz

Rayon İcra Hakimiyyətinin

başçısı  Eyvaz  Qurbanov

və icra aparatının işçiləri,

hüquq-mühafizə orqanla-

rının, idarə və müəssisələ-

rin  kollektivləri,  məktəbli-

lər, müəllimlər, ictimaiyyə-

tin nümayəndələri Ulu ön-

dərin Oğuz şəhərinin mər-

kəzindəki  Heydər  Əliyev

parkındakı abidəsini ziya-

rət etmiş, abidənin önünə

gül  dəstələri  düzmüş,

ümummilli liderin xatirəsini

ehtiramla  yad  etmişlər.

Həmin gün rayonun kənd-

lərində də yubiley tədbirlə-

ri keçirilmişdir.

Mayın  10-da,  axşam

saat 7-də Oğuz şəhərinin

cənubundakı parkda rayo-

nun bədii özfəaliyyət kol-

lektivlərinin iştirakı ilə  Ulu

öndərin anadan olmasının

95-ci    ildönümünə    həsr

olunmuş bayram konserti

olmuşdur.



Heydər Əliyevin Oğuz

Heydər Əliyevin Oğuz

şəhərindəki abidəsi  

şəhərindəki abidəsi  

ziyarət edilmişdir

ziyarət edilmişdir

M

ay  ayının  10-da



Oğuz Rayon Mə-

dəniyyət  Mərkə-

zində  ümummilli  liderimiz

Heydər Əliyevin anadan ol-

masının  95-ci  ildönümünə

həsr  edilmiş  elmi-praktik

konfrans keçirilmişdir.

Əvvəlcə Ulu öndər  Hey-

dər  Əliyevin  Oğuz  şəhəri-

nin  mərkəzində  yerləşən

abidəsi ziyarət edilmişdir. 

Konfransı  Oğuz  Rayon

İcra  Hakimiyyətinin  başçı-

sı Eyvaz Qurbanov açmış-

dır.  Ümummilli  liderimizin

əziz  xatirəsi    bir  dəqiqəlik

sükutla yad edilmişdir.

YAP Oğuz rayon təşkila-

tının sədri Saleh Məhərrə-

movun “Müstəqil Azərbay-

can Heydər Əliyevin xalqı-

mıza  ən  böyük  töhfəsi  və

əmanətidir”,   rayon gənc-

lər  və  idman  idarəsi  rəisi-

nin  müavini  Şaiq  Rüstə-

movun   “Heydər Əliyev və

müasir  Azərbaycan  gənc-

liyi”,  rayon  mərkəzi  xəstə-

xanasının baş həkimi Anar

Əzizovun    “Heydər  Əliyev

və  Azərbaycan  səhiyyəsi“

mövzularında  məruzələri

dinlənilmişdir. Ümummilli li-

der  Heydər  Əliyevin  ana-

dan olmasının 95-ci il- dö-

nümü münasibəti ilə təşkil

olunmuş  “Ən  yaxşı  təqdi-

mat”  müsabiqəsinin  res-

publika mərhələsində II yeri

tutaraq müsabiqə  qalibi ol-

muş Emin Abdullayev adı-

na  Oğuz  şəhər  2  nömrəli

tam orta məktəbin XI sinif

şagirdi Əsmər Sər- kərova-

nın  təqdimatı maraqla qar-

şılanmışdır.

Ulu  öndərin  anadan  ol-

masının  95-ci  ildönümünə

həsr olunmuş müsabiqə və

yarışların  qaliblərinə,  res-

publika  miqyaslı  yarışlar-

da  yüksək  yer  tutmuş  id-

mançılara   hədiyyələr təq-

dim olunmuşdur.



ÜMUMMİLLİ  LİDER HEYDƏR

ƏLİYEVİN ANADAN OLMASININ

95-Cİ İLDÖNÜMÜNƏ HƏSR 

OLUNMUŞ ELMİ-PRAKTİK

KONFRANS


Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə