Oktyabr 2017-ci IL, çərşənbə



Yüklə 316,81 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü316,81 Kb.
#55138


5

25 oktyabr 2017-ci il, çərşənbə

 

ˆ

Mənə elə gəlir ki, Hadi Rəcəblini ilk tanıyandan 



bəmbəyaz görmüşəm saçlarını. İlk görüşüm 1973-cü ildə olmuşdu. 

O zaman mən Lənkəran şəhər 5 saylı orta məktəbin VI sinif 

şagirdi, Hadi müəllim isə şəhər komsomol komitəsinin I katibi 

idi. SSRİ-də hər il mayın 19-u Ümumittifaq pioner təşkilatı günü 

kimi qeyd olunardı. Həmin gün rayon-şəhər pionerləri adından 

çıxış edəcəkdim. İndiki Heydər Əliyev Meydanında yüksək tribuna 

var idi. Bu tribunaya ilk dəfə qalxırdım. Minlərlə tamaşaçının 

toplaşdığı meydandakılara məni Hadi müəllim təqdim etdi. 

Videoların, telekanalların olmadığı həmin zamanda rayonda yerli 

qəzet vardı və bir də radio. İnsanlar səbirsizliklə yerli qəzeti və 

radio verilişlərini gözlərdilər. Ertəsi gün adım ilk dəfə yerli qəzetdə 

dərc olundu, radioda səsləndi.

Bir il sonra komsomol yaşımız 

çatırdı. O dövrün yeniyetmələri üçün 

məsuliyyətli bir zirvə olan komso-

mol sıralarına da bizi Hadi müəllim 

qəbul etdi. İndi o illərin uzaqlığına 

baxanda görürəm ki, gözümüzdə 

müdrik ağsaqqal olan Hadi müəllim 

o vaxtlar cəmi 25 yaşındaymış.

Həyatda elə insanlar var ki, elə 

anadangəlmə ağsaqqal olurlar. Xe-

yirxah xidmətləri ilə gənc ikən xal-

qın gözündə ucalırlar. Bəzən qibtə 

ediləsi bir şəxsə deyirlər: “Bəxtəvərə 

anası görən necə layla çalıb?!” 

Bəli, anası ən xoş arzularla balasına 

layla çalıb. Firuzə Kəlbə Yunus qızı 

Bəylərovanı Lənkəranda tanımayan 

tapılmaz. Firuzə müəllim 86 illik 

ömrünün 50 ilini pedaqoji sahəyə 

həsr etmişdi. Onun müəllimliyindən 

başqa, şux zarafatları, dadlı biş-

düşü, hətta şeir yazması da hamıya 

məlumdur. Firuzə müəllim könül 

payını sevdiyi insanlara, övladlarına, 

sonra isə nəvə-nəticələrinə ünvanla-

yıb. Ülvi duyğularını nəzmə çəkərək 

ilki olan Hadi balasının laylasına 

çevirib. 

Hadi müəllimlə 50 illiyində 

görüşəndə avtobioqrafik bir şeir ver-

di ki, bəzi suallara aydınlıq gətirmək 

üçün tanış olum. Doğrusu, şeir 

yazmasının ilk dəfə şahidi olurdum. 

Səmimiyyətlə yazılmış həmin şeiri 

yubileyində özündən özünə ən gözəl 

sürpriz kimi “Söz” jurnalında dərc 

də etdik.

“Söz” jurnalı ilk olaraq Hadi 

Rəcəblini oxuculara şair kimi tanıtdı. 

Sonralar “Söz” ilə əməkdaşlığı 

davam etdi. “Millət vəkilinin söz 

sevgisindən” adlı xüsusi rubrika 

da açdıq ona. Dərc etdiyimiz ilk 

şeirində belə bir misra vardı: “Anam 

şeir nəfəslidir, mənsə onun avazı-

yam”. 

 Sonralar bu barədə xalq şairi 



Nəriman Həsənzadə belə yazmışdı: 

“Mənim tanış olduğum şeir parçaları 

Hadi Rəcəblinin 50 yaşından sonrakı 

ömrün məhsuludur. Yetkin, dərin, 

övlada, ailəyə bağlılıq hissləri ilə 

dolu bir poeziyadır! Bu şeirlərdə bir 

az nostalji hiss etdim, ötən günlərə 

həsəd duydum, yaşamaq arzuları 

oxudum, məhəbbətlə ömür sürmək 

istəyi olan qeydlərlə tanış oldum. 

Məni xüsusən avtobioqrafik şeirlər 

daha çox duyğulandırdı...” 

Gənc Hadi çörək zavodunda 

işləyə-işləyə Moskva Yeyinti Sənaye 

İnstitutunda qiyabi təhsil alıb. Za-

vodda mühasib, texnoloq, iqtisadçı 

vəzifələrinə yüksəldi. Oradan şəhər 

komsomol komitəsinin ikinci, sonra 

birinci katibi seçildi. 

Respublika komsomolunun 

Mərkəzi Komitəsində, həm də I 

katiblər arasında onun xətir-hörməti 

yüksək idi. Bu xətir-hörməti və 

işgüzarlığını nəzərə alaraq 1976-cı 

ildə Hadi Rəcəbli dovlət qulluğunda 

yeni vəzifə perspektivləri üçün Ali 

Partiya Məktəbinə göndərildi. 1978-

ci ildə “Bakinski raboçi” qəzetinin 

Cənub bölgəsi üzrə xüsusi müxbiri 

işlədi. Qəzetçilik fəaliyyəti ilə də 

yadda qaldı. Problem məsələlər 

qaldırdı və həllinə də nail oldu. 

Mərkəzi Komitənin rus dilində çıxan 

qəzetində imzasını qoya bildi. 

1980–1981-ci illərdə Lənkəran 

Şəhər İcraiyyə Komitəsinin sədri 

seçildi. O dövr də lənkəranlıların 

yaxşı yadındadır. Şəhərdə bir can-

lanma vardı. Hər şənbə-bazar şəhər 

camaatı iməciliyə çıxırdı. İnsanlar 

hər yerdə abadlıq, yaşıllaşdırma, 

səliqə-sahman işlərilə məşğul olur-

dular. Bu işə məktəblilərdən tutmuş 

idarə, müəssisə rəhbərləri də cəlb 

olunurdu. “Lənkəran” qəzetində bu 

gün də davam etdirilən “Evimiz, 

küçəmiz, şəhərimiz” rubrikası Hadi 

müəllimin təşəbbüsü ilə yaranmışdı. 

Hər rübün axırında “Ən təmiz küçə”, 

“Ən yaşıl həyət” və s. müsabiqələrin 

qalibləri elan olunur, haqlarında 

qəzetdə yazılar dərc olunurdu. Eyni 

zamanda, səliqəsiz məhəllələr, 

bərbad küçələr və s. tənqid edilirdi. 

Tənqidi yazılar əlaqədar təşkilatlara 

göndərilir, görülən tədbirlər barədə 

dərhal cavablar gəlirdi.

Hadi Rəcəblinin sonrakı 

fəaliyyəti respublikanın hüdudlarını 

əhatə edir. 1981–1983-cü illərdə 

Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin təşkilat partiya 

işi şöbəsinin inspektoru işləyir. Şəki 

Şəhər Partiya Komitəsinin birinci 

katibi seçilir və 1988-ci ilə kimi 

bu vəzifədə çalışır. Sosial-abadlıq 

işləriylə, camaatın maddi-rifah 

halının yaxşılaşdırılmasıyla yanaşı, 

Şəkidə ilk dəfə Gülüş və İdman 

bayramlarının, yubiley tədbirlərinin 

keçirilməsinə nail olur. Bütün bunlar 

qədirbilən Şəki camaatının yadda-

şında əbədi iz qoymuşdur. Dəfələrlə 

özüm şahidi olmuşam, hər bir şəkili 

etiraf edir ki, Şəkiyə çox başçılar 

gəlib-gedib, heç kim Hadi müəllimin 

yerini verə bilmir. Maraqlıdır ki, 

şəkililər Milli Məclisdə öz seçdikləri 

deputatlardan çox, Hadi müəllimə 

müraciət edirlər.

Hadi müəllim üçün o illərdə 

də, indi də bakılı, şəkili, gəncəli, 

lənkəranlı söhbəti olmayıb. 

Onun üçün hamı Azərbaycanın 

üçrəngli bayrağı altında birləşib 

dövlətçiliyimizə xidmət etməlidir. 

Təsadüfi deyil ki, kürəkənləri də, 

gəlinləri də Azərbaycanın müxtəlif 

yerlərindəndirlər.

1989–1995-ci illərdə Nazirlər 

Kabinetində referent, aparıcı 

mütəxəsis, bölmə müdiri, şöbə 

müdirinin müavini, şöbə müdiri 

vəzifələrində çalışmışdır. Həmin 

ağrılı illərdə qaçqınlarla, köçkün və 

didərginlərlə işləmək məhz onun 

qismətinə düşmüşdü. 1995-ci ilin 

seçkilərində 74 saylı Lənkəran kənd 

seçki dairəsindən namizədliyini ver-

di. Hadi müəllim əvvəl də deputat 

olmuşdu. Sovet dönəmində birinci 

katib olan şəxs Ali Sovetin deputatı 

olmalı idi. Bəziləri millət vəkilliyinə 

vəzifə kimi gəlsələr də, Hadi Rəcəbli 

Nazirlər Kabinetindəki şöbə müdirli-

yini təhvil verərək, 37 min seçicinin 

səsini toplayıb deputat seçildi.

Artıq beşinci çağırışdır ki, Hadi 

Rəcəbli eyni dairədən namizədliyini 

irəli sürür və seçilir. Xalq elçisi 

kimi özünü doğrultmuşdur. Hadi 

müəllim üçün kənd-şəhər problemi 

yoxdur. Bütün fəaliyyəti şəhərlə 

bağlı olduğundan şəhər camaatı onu 

daha yaxşı tanıyır, sevir və işgüzar-

lığına inanırlar. Hadi müəllim isə 

namizədliyini kənd dairəsindən ve-

rir. Çünki Veravul kəndində dünyaya 

göz açdığından özünü həmişə kəndli 

balası sanır. Hamı kimi onun üçün 

də Vətən doğma kəndindən başlayır. 

Kənd üçün yeni məktəb binasının 

tikintisinə, müasir avtomat telefon 

stansiyasının istifadəsinə nail olub. 

Qarşıda həyata keçəsi planları da 

çoxdur. 


Həyatda minnətdar olduğu 

şəxslər arasında, ilk növbədə, ulu 

öndərin adını məhəbbətlə çəkir. 

20 yaşından məhz onun rəhbərliyi 

altında işləməsini fəxarətlə anır. 

Ulu öndərimiz haqqında xatirələri, 

şübhəsiz ki, bir yazıya sığan deyil. 

Amma elə xatirələr var ki, onları 

anmamaq mümkün deyil. Belə 

görüşlərdən biri Heydər Əliyevlə 

birgə müqəddəs Məkkə və Mədinə 

şəhərlərinə ziyarətidir. Məlumdur 

ki, Həcc ziyarəti müqəddəs Qurban 

bayramında olur. Məhz Heydər 

Əliyevə olan hörmət və məhəbbət 

sayəsində Kəbə evinin qapıları Qur-

ban bayramında deyil, adi vaxtlarda 

ziyarətçilərin üzünə açıldı. Xarici 

səfərlərdə ümummilli liderin nələrə 

qadir olduğunun dəfələrlə şahidi 

olub. Belə saysız-hesabsız görüşlər

qəbullar yaddaşının ən unudulmaz 

xatirələrindəndir.

Hadi Rəcəbli ən fəal, işgüzar 

deputatlardandır. O, Milli Məclisin 

ən ağrılı və həssas qruplarla işləyən 

sosial siyasət komitəsinin rəhbəridir. 

Bu qədər qaçqını, köçkünü, didərgini 

olan, torpaqları yaralı ölkədə millət 

vəkili olmaq o qədər də asan deyil. 

Nazirlər Kabinetində bu sahə ilə 

məşğul olduğundan kömək umanlar 

burada da Hadi müəllimə müraciət 

edirlər.


Beynəlxalq Konfranslarda 

tez-tez Azərbaycanı təmsil edir. 

Elmi məruzələri və çıxışları maraq-

la dinlənilir. Qaldırılan ən qlobal 

məsələ Qarabağ, qaçqın, köçkün 

problemləri olur. Bütün bunların 

nəticəsidir ki, bir sıra qeyri-hökumət 

və beynəlxalq təşkilatların sorğu 

nəticələrinə görə “İlin deputatı”, 

“İlin ziyalısı”, “Jurnalistlərin dostu” 

elan edilmiş, Yusif Məmmədəliyev 

adına medala layiq görülmüşdür. 

Uşaq hüquqlarının müdafiəsi üzrə 

BMT-nın müəyyən etdiyi 52 lider 

siyasətçidən biridir. 60 yaşının ta-

mamında isə Prezident İlham Əliyev 

Hadi Rəcəblini “Şöhrət” ordeni ilə 

təltif etmişdir.

Milli Məclisin deputatı Hadi 

Rəcəbli həm də Prezident yanında 

Dövlət İdarəçilik Akademiyasının 

professoru, siyasi elmlər dok-

torudur. Azərbaycanda ilk dəfə 

“BMT-nin ixtisaslaşmış qurumları 

ilə Azərbaycan arasında əlaqələr” 

mövzusunda namizədlik dissertasi-

yası, “Azərbaycan Respublikasında 

sosial siyasətin transformasiyası və 

komporativ təhlili” mövzusunda 

doktorluq işi müdafiə etmişdir.

“BMT-nin ixtisaslaşmış qu-

rumları ilə Azərbaycan arasında 

əlaqələr”, “BMT-nin ixtisaslaşmış 

qurumları” və digər səkkiz kitabın 

müəllifidir. Dərs dediyi akademiya-

da tələbələrə beynəlxalq təşkilatlara 

aid xüsusi kurslardan mühazirələr 

oxuyur. Gənclərlə işləmək 

gəncliyindən əzizdir Hadi müəllimə. 

Gənclərdə iki xüsusiyyət – mənəvi 

və fiziki tərbiyənin inkişafı həmişə 

diqqət mərkəzindədir. Çox zaman 

tələbələrini təcrübəyə Milli Məclisə 

gətirir. Tələbələr komitələrin iclas-

larında olur, məsələlərə müdaxilə 

edir, fikir mübadiləsi aparırlar. 

Tələbələrlə Hadi müəllim arasında 

qibtə ediləcək dərəcədə səmimi 

münasibət vardır. Buna nail ol-

duğuna görə daxilən qürur hissi 

keçirir. Akademiyada o, məmurlara 

– nazirlərə, icra başçılarına, digər 

rəhbər vəzifəli kadrlara da siyasi 

elmlərdən mühazirələr oxuyur.

Lənkəran diyarı dövri-qədimdən 

generalları, sərkərdələri, dünya-

ca məşhur tibb alimləri ilə tanı-

nıb. Siyasət sahəsində isə Hadi 

Rəcəbli səviyyəsinə yüksələn ikinci 

həmyerlimiz yoxdur. Hər kəs bun-

dan yalnız fəxarət duya bilər. 

Böyük enerji və iş qabiliyyətinə 

malik bu şəxsin vaxtını necə böldü-

yü məni həmişə düşündürür. Tele-

viziyanın hansı kanalını açsaq orda 

qonaq olduğunu görərik. Seçicilərilə 

onun qədər görüşə gedən deputat az 

olar. Bakıda, eləcə də Lənkəranın 

əksər tədbirlərində, xeyir-şər 

məclislərində başdadır.

Onu xalqa sevdirən 

cəhətlərindən biri sadəliyi, 

səmimiliyidir. Bir də ki, işgüzarlıq, 

insanlara gərək olmaq mayasında, 

qanındadır.

Gərgin iş saatlarından sonra 

dost-tanışların, imkansız və əlillərin 

toyunda, ad günündə, yubiley 

məclislərində qol götürüb süzəndə, 

ömür-gün yoldaşı Mehriban xanım 

və nəvələrilə birgə olanda yorğunlu-

ğunu unudur.

Torpağı çox sevir. Lənkəranla 

nəfəs alır. Şüvəlandakı bağında 

adam özünü Lənkəranda hiss edir. 

Limon, naringi, feyxoa ilə yanaşı 

nanə, giləmərzə də əkib becərir.  

Onların ətrini duyub bəhrəsini 

görəndə, sanki, bir ömür cavanlaşır. 

Tanıyanlar bilir ki, boş vaxtı  

varsa, ya Şüvəlandakı bağındadır, ya 

nəvələrinin yanında.

İlahi sözü yüksək 

qiymətləndirən Hadi Rəcəbli dost-

tanışın təkidi ilə 60 yaşdan sonra 

özü haqqında kitab yazılmasına 

razılıq verdi. İndi “Hadi Rəcəbli 

düşüncələr işığında” adlanan həmin 

kitab qarşımdadır. Kitabın üz qabı-

ğından tutmuş icərisindəki fəsillərin 

tərtibatı da gözoxşayandır. Yazıla-

rın “dadına-duzuna” da irad tapa 

bilmədim. Kitaba müəllif tapmaqda 

da Hadi Rəcəbli yanılmayıb. Kamal 

Tural (Rəhmanov) son dərəcə 

səmimi və orjinal qələm sahibidir. 

“Lənkəran” qəzetində uzun illər 

birgə işləmişik. Təəssüf ki, o ilk və 

yeganə kitabını görmək sevincini 

yaşaya bilmədi. Amansız ölüm onu 

aramızdan vaxtsız apardı. 

Kitabla bağlı daha bir nüansı 

Xalq yazıçısı Anar “Ön söz”də 

yazır: “Hadi Rəcəblinin rəhbərlik 

etdiyi rayonda bölgənin bütün 

incəliklərini, dadını, duzunu, ko-

loritini özündə əks etdirən, ömrüm 

boyu unuda bilməyəcəyim bir tədbir 

– “Şəki bayramı” keçirilirdi. Həmin 

gün bir sıra obyektlərlə yanaşı, 

hamımız üçün əziz olan kitaba 

hörmət abidəsi kimi xüsusi zövqlə 

tikilmiş “Rəhil” kitab evi də açılırdı. 

Kitaba hörmət, sevgi, qayğı Hadi 

Rəcəblinin tutduğu bütün vəzifələrin 

tərkib hissəsi olmuşdur. Hələ cavan 

çağlarında Lənkəranda şəhər başcısı 

olarkən ənənəvi Kitab bayramının 

keçirilməsi yaddaşlarda onun adıyla 

qalıb”.


Yubileylər insan ömrünün  

hesabatıdır. Hadi Rəcəbli ömrün  

70 illik zirvəsindən geriyə boylanan-

da şərəfli bir yol görür. Mübarızə və 

gərginliklərlə dolu ömür yolu.  

40 ildən çox pedaqoji fəaliyyətlə 

məşğul olan həyat yoldaşı Mehriban 

xanım Əməkdar müəllimdir. Birgə 

boya-başa çatdırdıqları övladlarının 

dördü də cəmiyyətdə layiqli mövqe 

sahibidir. Estafeti nəvələr davam 

etdirir. Ali və orta məktəblərdə qa-

zandıqları uğurlarla ailəyə başucalı-

ğı gətirirlər. Ailədə nəsil davamçısı  

olaraq Hadi Rəcəbli də yetişir,  

Mehriban Rəcəbli də... 

Doqquz nəvə toyu, nəticə 

sevinci gözləyir onu. Özünün 

dediyi kimi: “Nəvələr yaşadar məni 

yüzədək”.

Hadi Rəcəblinin ömür yoluna 

qısa nəzər saldım. Onun təbiətinə, 

xarakterinə uyğun yazmağa çalışdım 

– səmimi, pafosdan və gəlişigözəl 

sözlərdən uzaq. 

Sevda ƏLİBƏYLİ, 

Azərbaycan Yazıçılar və 

Jurnalistlər birliklərinin üzvü

Zəhmətlə ucalan insan

Nəsimi rayonunda mövsümün 

“yaşıl marafon”

u start götürüb

 

ˆ

Nəsimi rayonunda son dövrdə davamlı 



xarakter alan genişmiqyaslı quruculuq-abadlıq 

tədbirləri ilboyu kütləvi ağacəkmə aksiyaları, silsilə 

iməciliklərlə müşayiət olunur. Bugünlərdə paytaxtın 

mərkəzi rayonunda ilin növbəti “yaşıl marafon”u start 

götürüb.

 Nəsimi Rayon İcra 

Hakimiyyəti Başçısı Apara-

tının kollektivinin də qoşul-

duğu ilk iməcilikdə idarə və 

müəssisələrin kollektivləri və ra-

yon sakinləri fəal iştirak ediblər. 

Vətənpərvərlik aksiyası zamanı 

rayonun mərkəzi küçələrində, 

mikrorayonlar ərazisində 1000-

dən çox şam və sərv tingi əkilib, 

2 mindən artıq ağaca quluq 

göstərilib. 

Heydər Əliyev Fondunun 

vitse-prezidenti, İDEA İctimai 

Birliyinin təsisçisi, BMT-nin 

Ərzaq və Kənd Təsərrufatı 

Təşkilatının xoşməramlı səfiri 

Leyla Əliyevanın təşəbbüsü ilə 

başlanmış “Məktəb bağları” 

layihəsi çərçivəsində təhsil və 

təlim-tərbiyə müəssisələrinin 

həyətyanı sahələrində isə 

meyvə ağaclarının növbəti 

əkininə başlanıb. Rayon icra 

hakimiyyətinin hərtərəfli 

dəstəyi ilə rayonun 4-cü mik-

rorayon ərazisində yerləşən 

147 saylı və “Qərənfil” uşaq 

bağçası- körpələr evlərinin 

həyətlərində keçirilən 

iməcilikdə çeşidli meyvə 

ağacları əkilib. Al-əlvan 

geyimləri ilə meyvə dekora-

siyalarını təqdim edən bağça 

uşaqları yeni ağaclar əkməkdə 

böyüklərə bacardıqları köməyi 

göstərməklə yanaşı, təbiətə həsr 

olunmuş mahnı və rəqsləri ilə 

onlara şən əhval da gətiriblər.

Nəsimi Rayon İcra 

Hakimiyyətinin başçısı Asif 

Əsgərov iməciliklərdə sakinlərlə 

canlı ünsiyyətdə olub, özü də 

yeni ağaclar basdırıb, yaşıl-

lıqlara qulluq göstərib. Rayon 

rəhbəri aksiya iştirakçılarına 

xoş məramlarına, könüllü 

zəhmətlərinə görə təşəkkürünü 

bildirib. O qeyd edib ki, paytax-

tın ən gözəl, yaraşıqlı ərazilərini 

əhatə edən Nəsimi rayonu son 

illər Prezident İlham Əliyevin 

rəhbərliyi ilə ölkəmizdə aparılan 

genişmiqyaslı quruculuq və 

abadlıq işlərinin önündə gedir.

 Bildirilib ki, İDEA İcti-

mai Birliyinin “Yaşıl mara-

fon ” layihəsi çərçivəsində 

buvaxtadək rayonda çoxlu ağac 

əkilib, yeni yaşıllıq zolaqları 

salınıb. Bu mövsümdə də davam 

etdirilən ağacəkmə aksiyaları 

ölkəmizdə ekoloji durumun 

daha da yaxşılaşdırılmasına 

mühum tövhələr verməkdədir. 

Silsilə iməciliklərin 

keçirilməsində məqsəd ra-

yon ərazisində ətraf mühitin 

mühafizəsinə töhfə vermək, 

yaşıllıq zolaqlarını daha da 

genişləndirmək, şəhərin ekoloji 

tarazlığını bərpa etmək, insan-

lara ekoloji mədəniyyət, təbiətə 

sevgi hissi aşılamaqdır. 

Görüş zamanı rayonda 

uğurla davam etdirilən hərtərəfli 

yeniləşmə tədbirləri ilə bağlı 

sakinləri maraqlandıran suallar 

cavablandırılıb, onların qaldır-

dıqları sosial məsələlərin həll 

edilməsi üçün müvafiq tapşırıq-

lar verilib.

R.TAHİR,  

“Xalq qəzeti”

Azərbaycan–Polşa dostluğuna dəyərli töhfə

 

ˆ

Bakı Slavyan Universitetində yazıçı-publisist 



Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” kitabının 

təqdimatı keçirilib. 

Mərasimdə universitetin 

rəhbərliyi, professor-müəllim 

heyəti və tələbələri ilə yana-

şı, elmi işlər üzrə prorektor, 

professor Rafiq Novruzov, Milli 

Məclisin deputatı Novruz Asla-

nov, “İRŞAD” İslam Araşdırma-

ları Mərkəzinin direktoru, fəlsəfə 

elmləri doktoru Rafiq Əliyev, 

Şuşa Rayon İcra Hakimiyyətinin 

başçısı Bayram Səfərov, Müəllif 

Hüquqları Agentliyinin şöbə mü-

diri Natiq İsayev iştirak ediblər. 

Tədbiri Bakı Slavyan  

Universitetinin rektoru,  

professor Nurlana Əliyeva açaraq, 

“Uzaq və yaxın Polşa” kitabının 

Azərbaycanla Polşa arasındakı 

dostluq və qardaşlıq əlaqələrinə 

dəyərli bir töhfə olduğunu 

bildirib. Xalqlarımız arasında-

kı münasibətlərin tarixindən, 

bugünündən ətraflı danışan 

N.Əliyeva publisist Rövşən 

Ağayevin adıçəkilən əsərində 

məhz həmin dostluğun tərənnüm 

olunduğunu vurğulayıb: “Sovet 

dönəmində biz birbaşa əlaqə 

saxlaya bilməsək də, Azərbaycan 

həmişə Polşanı özünə yaxın bilib. 

Bizim turistlər ən çox bu ölkəyə 

gedərdilər. Nəhəng imperiya-

nın süqutundan sonra birbaşa 

əlaqələrimiz bərpa olunub. Bakı 

Slavyan Universitetində Polşa 

Tədris-Mədəniyyət Mərkəzi 

fəaliyyət göstərir, Varşavanın 

Torn Universitetində Azərbaycan 

Mərkəzi gənclərə Azərbaycan 

dilini və ədəbiyyatını öyrədir. 

Bir sözlə, tarixi əlaqələr ha-

zırki dövrdə də öz bəhrəsini 

verməkdədir”. 

N.Əliyeva XIX əsrdə və XX 

əsrin əvvəllərində Azərbaycanın 

Polşa ilə siyasi, iqtisadi, hərbi və 

s. sahədə əlaqələrinin qurulmasın-

da ayrı-ayrı şəxslərin mühüm rol 

oynadığını bildirib. O, bu sırada 

Abbasqulu ağa Bakıxanovun, 

İsmayıl bəy Qutqaşınlının adlarını 

çəkib. BSU rektoru bu əsərin 

Azərbaycan gənclərinin Polşanı 

tanımasında və sevməsində önəmli 

rol oynayacağını vurğulayıb.

“İRŞAD” İslam Araşdır-

maları Mərkəzinin direktoru 

Rafiq Əliyev Polşa–Azərbaycan 

münasibətlərini xristian – islam 

vəhdəti kimi şərh edib. O, pol-

yakların həmişə Azərbaycana öz 

doğma yanaşdıqlarını xatırladıb. 

Şuşa Rayon İcra Hakimiy-

yətinin başçısı Bayram 

Səfərov Azərbaycan–Pol-

şa münasibətlərinin tarixini 

dostluq və qardaşlıq tarixi kimi 

dəyərləndirib. O, Azərbaycan 

ziyalılarının vaxtilə bu ölkəyə üz 

tutmasının səbəbini polşalıların 

“şərqlilərə” xoş münasibəti ilə 

əlaqələndirib. Çıxışının sonunda 

icra başçısı qeyd edib ki, kitabın 

Azərbaycan və polyak dillərinə 

tərcümə olunmasına tam dəstək 

verməyə hazırdır.

BSU-da polyak dilini 

tədris edən polşalı müəllim 

Pavel Frents onu maraqlandıran 

əksər sualların cavabını kitabda 

tapdığını vurğulayıb. Deyib ki, 

Azərbaycanda polyak dilinə 

göstərilən maraq, gənclərin bu dili 

yüksək səviyyədə mənimsəməsi 

mənə hər zaman maraqlı idi. Bu 

əsəri oxuduqdan sonra bir çox 

tarixi faktlarla rastlaşdım və məni 

maraqlandıran sualların cavabını 

burada tapdım.

Müəllif Hüquqları  

Agentliyinin şöbə müdiri Natiq 

İsayev çıxışında kitabın əlyazma 

variantının ilk oxucularından biri 

olduğunu deyərək bu əsərin ya-

zıçının təxəyyülündən deyil, real 

insanların həyatından doğan tarixi 

faktlara söykəndiyini diqqətə 

çatdırıb. N.İsayev “Uzaq və yaxın 

Polşa”nın XIX əsrin əvvəllərindən 

XX əsrin əvvəllərinə qədər mü-

hüm hadisələri əhatə edən dəyərli 

əsər olduğunu qeyd edib.

Milli Məclisin deputatı  

Novruz Aslanov da əsərin bədii və 

siyasi məziyyətlərindən danışıb. 

O, kitabın ciddi siyasi məzmuna 

malik olduğunu vurğulayıb. 

Müəllif əsərinin ideyasının 

iki xalqın tarixən bir-birinə yaxın, 

doğma olmasını diqqətə çatdır-

maq olduğunu vurğulayıb. Qeyd 

edib ki, Azərbaycanın müstəqil 

dövlət olduğu indiki şəraitdə 

bu münasibətlərin öyrənilməsi 

son dərəcə vacibdir. Bu, bizim 

tariximizdir.

M.MÜKƏRRƏMOĞLU,  

“Xalq qəzeti” 

Şəmkir: ucqar dağ kəndində müasir xəstəxana

 

ˆ

Son illər Şəmkir rayonunda əhalinin 



sağlamlığının qorunması, onlara göstərilən tibbi 

xidmətin keyfiyyətinin yaxşılaşdırılması daim diqqət 

mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları inşa olunur 

və ya əsaslı təmir edilir. 

Rayon icra hakimiyyəti 

bu sahənin işinə xüsusi diqqət 

yetirir, ən müasir tibb avadan-

lığının alınıb gətirilməsi üçün 

əlindən gələni əsirgəmir. Təbii 

ki, Səhiyyə Nazirliyi rayona bu 

işdə lazımi köməyini əsirgəmir, 

problemlərin həllində yardımçı 

olur. Bu günlərdə rayonun daha 

bir tibb ocağında əsaslı təmir, 

yenidənqurma işləri aparılmış və 

istifadəyə verilmişdir. Çənlibel 

xəstəxanası öz görkəmini 

tamamilə dəyişmişdir. 

Bu münasibətlə keçirilən 

açılış mərasimdə çıxış edən 

rayon icra hakimiyyətinin başçısı 

Alimpaşa Məmmədov qeyd edib 

ki, dövlət başçısının səhiyyə 

sistemində apardığı uğurlu isla-

hatlar, regionlarda tibb ocaqları-

nın bərpa etdirilməsinə, sağlam 

cəmiyyətin formalaşmasına, 

əhaliyə daha yaxşı tibb xidməti 

göstərilməsinə şərait yaradıb. 

Rayon rəhbəri deyib ki, hər bir 

yaşayış məntəqəsində insanlara 

göstərilən qayğı, ilk növbədə, 

onların sağlamlağının təmin 

olunmasından başlanır.

Tədbir iştirakçıları daha 

sonra xəstəxanada yaradılmış 

şəraitlə tanış olublar.

Qeyd edək ki, daxili 

imkanlar hesabına təmir edilən 

Çənlibel xəstəxanasında ətraf 

kəndlərin də sakinlərinə müasir 

tələblərə uyğun səviyyədə 

tibbi xidmət göstərilməsi üçün 

hərtərəfli şərait yaradılıb. Kənd 

xəstəxanasında 27 tibb işçisi 

fəaliyyət göstərərir. Müasir stan-

dartlara cavab verən xəstəxanada 

stasionar otaqlar, o cümlədən 

terapiya, stomatologiya, gineko-

logiya şöbələri var.

Hamlet QASIMOV,  

“Xalq qəzeti”nin  

bölgə müxbiri

 

ˆ

Geofizika və Geologiya İdarəsinin 



“Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin 

sifarişi əsasında Yevlax–Ağcabədi çökəkliyində regional 

profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.

 SOCAR-dan verilən 

məlumatda deyilir ki, ezokay-

nazoy çöküntülərinin regional 

izlənilməsi və müxtəlif yaşlı 

çöküntü komplekslərinin qalın-

lıqlarının öyrənilməsi məqsədi 

ilə cari ilin aprel ayından aparılan 

işlər zamanı ümumilikdə neftli-

qazlı rayondan keçən dörd profil 

boyu 312 xətti kilometr həcmində 

2D (ikiölçülü) seysmik kəşfiyyat, 

eləcə də hər biri 340 xətti kilometr 

olan qravimetrik və maqnitomet-

rik tədqiqat işləri görülüb. Bu il 

üçün nəzərdə tutulumuş çöl işləri 

uğurla başa çatdırılmışdır. Əldə 

edilmiş materiallar hazırda emal 

və interpretasiya mərhələsindədir. 

Tədqiqat sahəsində işlənilmiş 

profillər üzrə alınan geofiziki 

məlumatlar əsasında müxtəlif 

miqyaslarda dərinlik kəsilişləri 

qurulacaq, quyu və seysmik 

məlumatların kompleks interpre-

tasiyası nəticəsində seysmostratiq-

rafik təhlillər aparılacaq, həmçinin 

seysmofasial komplekslər 

ayrılacaqdır. Yeni məlumatlar 

axtarış-qazma işlərinin düzgün 

istiqamətləndirilməsinə şərait 

yaradacaqdır. 



Samirə ƏLİYEVA, 

 “Xalq qəzeti”

Yevlax-Ağcabədi çökəkliyində kompleks 

geofiziki kəşfiyyat işləri aparılıb

Yüklə 316,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə