ÖLKƏDƏ KƏnd təSƏRRÜfati istehsalinin mineralvə ÜZVİ GÜBRƏLƏRLƏ TƏMİnat səVİYYƏSİNİn statiSTİk qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 193,65 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix27.03.2018
ölçüsü193,65 Kb.
#34987
  1   2   3   4   5   6


ÖLKƏDƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALININ MİNERALVƏ ÜZVİ 

GÜBRƏLƏRLƏ TƏMİNAT SƏVİYYƏSİNİN STATİSTİK QİYMƏTLƏNDİRİLMƏSİ 

 

Ölkə  iqtisadiyyatının  mühüm  bir  sahəsi  olan  qeyri-neft  sektorunun  inkişafında,  eləcə  də 

əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsində  kənd  təsərrüfatının  dinamik  inkişafı  təmin 

edilməkdədir.  Bu  inkişafın  təməli  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən 

qoyulmuş və onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir 

sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri 

mühüm  hadisə  kimi  respublikamızın  dövlətçilik  tarixində  silinməz  izlər  qoymuşdur.  Ulu  öndərin 

strateji  xəttini  siyasi,  iqtisadi,  sosial  və  s.  kimi  bütün  sahələrdə  uğurla  davam  etdirən  Azərbaycan 

Respublikasının  möhtərəm  prezidenti  İlham  Əliyev  ərzaq  təhlükəsizliyi  üzrə  tam  müstəqilliyə  nail 

olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. 

Digər kənd təsərrüfatı təyinatlı istehsal vasitələrindən fərqli olaraq torpaq əsas istehsal vasitəsi  

kimi  insan  əməyinin  məhsulu  deyil,  o  təbiətin  bəxş  etdiyi  nemətdir.    Qeyd  edim  ki,  məkanca 

yerləşməsinə,  keyfiyyətinə  və  reylefinə  görə  torpaq  sahələri  zonalara  ayrılır.  Əlverişsiz  torpaq 

sahələrində aparılan, əlverişli torpaq sahələrinə nisbətən daha çox vəsait ayrılmasını tələb edir.  

Torpağın  cəmiyyətin  inkişafında  rolu  və  əhəmiyyəti  böyükdür.  Buna  görə  də  torpaqdan  elə 

səmərəli  istifadə  etmək  lazımdır  ki,  cəmiyyətin  inkişaf  etməsi  üçün  zəruri  olan  nemətləri  istehsal 

etmək mümkün olsun. 

Bitkiçilik  sahəsinin  resurs  təminatının    yaradılması  üçün    əsas  növ  bitkiçilik  məhsulları  üzrə 

ərzaq  təhlükəsizliyinin  hansı  səviyyədə  təmin  olunmasının    araşdırılmasına  ehtiyac  yaranır.  Bunun 

üçün bir sıra göstəricilərin – yaradılmış məhsul ehtiyatlarının və idxal olunan məhsulların həcminin, 

ölkə  üzrə  istehlak  olunmuş  əsas  növ  bitkiçilik  məhsullarının  tərkibində  idxal  olunan  məhsulların 

payının və s. səviyyəsinin dəyişməsinin aşkara çıxarılması zərurəti meydana çıxır. 

Müxtəlif tədqiqatların nəticələrinə əsaslanıb qeyd etmək olar ki, son illər ölkədə yaradılan əsas 

növ  bitkiçilik  məhsullarının  ehtiyatlarının  səviyyəsində  müəyyən  dəyişikliklər  baş  vermişdir. 

Əhalinin  artımına uyğun olaraq,  əsas növ bitkiçilik məhsullarının  yaradılmış ehtiyatlarının miqdarı 

da  ilbəil  artmış  və  həmin  ehtiyatların  tərkibində  yerli  istehsalın  və  idxal  olunan  məhsulların  payı 

müxtəlif səviyyələrdə dəyişmişdir. 

Ölkənin  iqtisadi  təhlükəsizliliyinin  və  onun  vacib  tərkib  hissəsindən  biri  kimi  ərzaq 

təhlükəsizliyinin    təminolunma  səviyyəsinin  yüksəldilməsi  əsas  növ  ərzaq  məhsullarının  istehsalı 

üçün tələb olunan resursların mövcudluğundan asılıdır. 

Qeyd etmək lazımdır ki, respulikamızda əhalinin sayı hər il artmaqdadır. Təbii ki, əhalinin sayı 

artdıqca  ərzaq  məhsullarına  olan  tələbat  da  daimi  artacaqdır.  Lakin  kənd  təsərrüfatı  məhsullarının 

becərilməsi  üçün  zəruri  olan  və  əsas  başlıca  rol  oynayan  torpaq  artan  və  genişlənən  deyil.  Əksinə 

yeni yaşayış massivlərinin salınması, yol və digər nəqliyyat, istehsal infrastrukturlarıın inkişafı əkin 

üçün istifadə olunan torpaq sahələrinin azalmasına səbəb olan amillərdir. Məhz bu baxımdan ərzaq 

təhlükəsizliyinin  təmin  edilməsində  zəruri  olan  ərzaq  resurslarının  artırılması  problemi  daha  da 

ciddiləşməkdədir.  Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  zəruri  olan  ərzaq  resurslarının 

istehsalının artırılması əhalinin artım sürəti ilə uyğunlaşdırılması məqsədəuyğundur. 

Bildiyimiz  kimi,  dünyanın  11  iqlim  tipindən  9-nun  Azərbaycanda  olması  onun  ayrı-ayrı 

bölgələrində ilin bütün fəsillərində bol kənd təsərrüfatı məhsulları yetişdirməyə şərait yaradır. Bu isə 

əhalini il ərzində kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir.  

Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  istifadə  vəziyyətinin  təhlili  onu  göstərir  ki,  əkin 

üçün  yararlı  olan  torpaqların  azlığı  torpaqlardan  daha  səmərəli  istifadə  edilməsini  şərtləndirir. 

Ümumiyyətlə, əkin yerləri, əsasən, dincə qoyulmuş torpaqlar və örüş otlaq sahələri hesabına artırılır. 

Yamacların  hamarlanması,  çökəkliklərin  doldurulması,  bataqlıqların  qurudulması  yolu  ilə  də  əkinə 

yararlı  torpaq  sahələri  genişləndirilir.  Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  tərkibində  əkin 

yerlərinin  xüsusi  çəkisini  yüksəltmək  məqsədi  ilə  yeni  nasos  stansiyalarının  istifadəyə  verilməsi  və 

subartezian quyularının qazılması, elmi cəhətdən əsaslandırılmış digər aqrotexniki tədbirlərin həyata 

keçirilməsi  zəruridir. Bunun üçün mövcud vəziyyət  hərtərəfli təhlil  edilməli, torpaqlardan səmərəli 

istifadəyə təsir edən amillər öyrənilməli, onların qarşılıqlı münasibətləri araşdırılmalıdır. 




 

İstehsalın  səmərəliliyinə  təsir  edən  amillər  özlüyündə  deyil,  torpaqların  münbitliyinin 



artırılması yolu ilə öz nəticəsini göstərmiş olur. Bu təsiredici amillərdən istifadə edərkən torpaqların 

xassələri, tərkibi, hansı qidalı maddələrin çatışmadığı ətraflı öyrənilməli, lazım olanlardan yetərincə 

istifadə edilməlidir. Torpaqdan isə səmərəli istifadə edildikdə torpaqda münbitlik artır və keyfiyyəti 

yüksəlir.  Torpaqlardan  elmi  əsaslarla,  düzgün  və  səmərəli  istifadə  edilməsi  çox  əhəmiyyətli 

amillərdən biridir. Bildiyimiz kimi, intensiv əkinçiliyin qarşısında duran əsas məsələlərdən biri kənd 

təsərrüfatı  bitkilərindən  yüksək  məhsul  alınmasıdır.  Kənd  təsərrüfatı  bitkilərinin  yaxşı  inkişafı  və 

yüksək  məhsuldarlığı  üçün  gübrə  normasının  düzgün  tənzimlənməsi  çox  vacibdir.  Sxemdən 

göründüyü  kimi,  gübrələr  mineral  və  üzvi  olmaqla  əsasən  iki  yerə  bölünür.Mineral  gübrələr  də  öz 

növbəsində makro və mikrogübrələrdən ibarətdir. 

 

 



 

 

 

 

 

 

 

Sxem 1. Gübrələrin növləri 

Tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, mis, molibden, sink, kobalt və s. 

kimi  elementlər  olan  birləşmələr  mikrogübrələr    adlanır.  Mikroelementlər  isəadından  bəlli  olduğu 

kimi  bitkilərə  az  miqdarda  lazım  olsa  da,  bitki  həyatında  böyük  əhəmiyyət  daşıyır.    Bitki 

orqanizmində  gedən  maddələr  mübadiləsində  mikroelementlərin  çox  mühüm  rolu  vardır. 

Makroelementlər azot, fosfor və kaliumdan ibarət olaraq, bitkilərə gübrə formasında verilir. 

Mineral  gübrənin  torpağa  verilməsi  zamanı  məhsuldarlığa  və  ətraf  mühitə  təsir  mexanizmi 

aşağıdakı sxemdə verilmişdir. 

 

       Məhsuldarlıq 

 

    optimal 

 

 

 



 

                            

                                        Gübrədən israfçılıqla istifadə

                                ətraf mühitin çirklənməsi (torpaq, su) 

 

 



 

                          məhsuldarlıq azalır                                    məhsul itkisi 

 

                                     əlavə gübrə normasının tətbiqi                                               



 

Sxem 2. Mineral gübrənin ətraf mühit və məhsuldarlığa təsir sxemi 

 

Sxemdən  göründüyü  kimi,  gübrənin  ilkin  təsiri  zamanı  məhsuldarlıq  artır,  optimal  gübrə 



normasında məhsuldarlıq stabilləşir və sonda normadan artıq olduqda isə məhsul itkisini müşahidə 


Yüklə 193,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə