Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır



Yüklə 15,34 Kb.
tarix28.11.2023
ölçüsü15,34 Kb.
#137012
Ölkələrin və xa-WPS Office


Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqımıza müraciətində təhsil sahəsində görülən işləri yüksək dəyərləndirərək deyirdi:
“Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.
Azərbaycanda təhsil və mədəniyyət qədim tarixə malikdir. Qobustan və Gəmiqaya təsvirləri bu torpaqda yaşayan əcdadlarımızın öz təlimlərini, məlumat və düşüncələrini yazılı şəkildə göstərərək gələcək nəsillərə çatdırır. Bizim eranın 6-9-cu əsrlərində milli tərbiyənin əsasını təşkil edən ideyalar isə qədim mənəvi dayağımız olan “Kitabi-Dədə Qorqurd”da öz əksini tapıb. Sonrakı dövrlərdə isə yaradıcı düşüncənin yüksək məhsulu olan Qız qalası, Yusif Küseyir oğlu, Mömünə Xatın, Gülüstan və Qarabağlar Türbə Kompleksi kimi memarlıq abidələri ucaldılıb. Bütün bunları isə mükəmməl elm və təhsilə yiyələnmədən yaratmaq mümkün deyildir. Elə buna görə də Məhəmməd Hinduşah Naxçıvani dövrünün kamil şəxslərini ölkənin fəxri, tərəqqisi adlandırırdı.

Tarix boyu görkəmli şəxsiyyətləri ilə xalqımızın elm, təhsil və mədəni həyatında dərin izlər buraxan Naxçıvanda təhsilin tarixi çox qədimlərə dayanır. Elxanilər dövrünə aid sənədlərdən məlum olur ki, XII əsrin sonlarında burada iki mədrəsə mövcud olub. Orta əsr mənbələrinə görə isə XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər ibtidai mədrəsə fəaliyyət göstərib. Dünyəvi fənlərin də tədris edildiyi Naxçıvan və Ordubad mədrəsələrində Yaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alıb.




Naxçıvan şəhərində ilk dünyəvi məktəb isə Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərində açdırdığı rus-tatar qəza məktəbidir. XIX əsrin sonlarında isə dövrünün tanınmış ziyalısı M.T.Sidqinin rəhbərliyi ilə Ordubadda "Əxtər", Naxçıvanda "Tərbiyə", "Qız məktəbi" kimi təhsil ocaqları təsis edilib. Həmçinin o zaman "Məhəlli məktəblər", "Məktəbi-xeyriyyə" və "Rüşdiyyə" kimi tədris ocaqları da fəaliyyət göstərib. XX əsrin əvvəllərindən maarif şəbəkəsi daha da genişlənərək, diyarın şəhər və kəndlərində müxtəlif səviyyəli dünyəvi məktəblər açılıb. Naxçıvanda maarifin inkişafında M.T.Sidqi ilə yanaşı, dövrünün qabaqcıl ziyalısı Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun, Mirzə Ələkbər Süleymanovun və başqalarının mühüm xidmətləri olub.
Yüklə 15,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə