Ölkənin çətin zamanlarında Azərbaycanı tərk edən ziyalılar, sonradan qayıdıb mövqe tutmaq isətədilər



Yüklə 21,49 Kb.
tarix04.11.2017
ölçüsü21,49 Kb.
#8456

Olaylar / 20.11.2008

Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir

Akif Əli: "Ölkənin çətin zamanlarında Azərbaycanı tərk edən ziyalılar, sonradan qayıdıb mövqe tutmaq isətədilər"

Sözünü təsirli deməyi bacaran ziyalının sözünün təsiri hər zaman olur. Vaxtilə keçid dövründə, ölkənin qarışıq zamanında bir çox ziyalılar Azərbaycanı tərk etdi. Ortalıq sakitləşəndən sonra meydana çıxıb mövqe tutmaq istəyirlər. Amma bu mümkün deyil. Çünki yeni düşüncəli gənclər və vaxtilə çiynini çətinliyə verən ziyalılar artıq ortadadır. Bu istiqamətdə olan fikirlərini bizimlə bölüşən Nazirlər Kabinetinin Mətbuat Mərkəzinin rəhbəri, filoloji enlmlər namizədi, dosent, "Qızıl qələm" mükafatı laureatı Akif Əli belə düşünür.



-Akif müəllim, bir az keçmişimizə nəzər salsaq, o dövrün yaradıcılığı, ədəbiyyatı ilə indi yaranan ədəbiyyat arasında kəskin fərq varğ Artıq heç bir təsirə məruz qalmayan, tamamilə müstəqil düşüncəyə əsaslanmış Azərbaycan ədəbiyyatı formalaşır, demək mümkündür?

-Azərbaycan ədəbiyyatı zəngin tarixə malikdir və bizim klassik ədəbiyatımızın dünya səviyyəsində əsərləri olub. Ancaq bir qədər əvvəl, tutaq ki, sovet dövründə ideoloji mülahizələr baxımından ədəbiyyatın da yönümü dəyişdirilmişdi. O zaman da qiymətli əsərlər yaranırdı. Hətta sifarişli ədəbiyyatın içində də dəyərli, xalqa xidmət edən nümunələr var idi. Amma etiraf etməliyik ki, bununla yanaşı, həmin dövürdə insanlara tamamilə kasmopalit ruhu aşılayan ədəbiyyat nümunələri də yaranırdı. Ola bilər ki, onlar da millətin ikişafına təsir edirdi, amma həlledici rol oynamırdı. Müstəqillik qazandıqdan sonra ədəbiyyatımızda bir qədər dağınıqlıq var idi. Artıq son dövürlərdə gənc nəslin ədəbiyyata axını daha da gurlaşıb və onlar 1960-1970-ci illər ədəbiyatından fərqli olaraq dünya ədəbiyyatına yaxın istiqamətli əsərlər yaradırlar. Yeni ümüdverici və çox da maraqlı gənc qələm sahibləri üzə çıxıb. Onların çoxunun perspektivi var. Onlar Azərbaycan ədəbiyyatının qədim ənənələr fonunda müasir dünyagörüşünə uyğun istiqamətdə inkişafına nail ola bilər.



-Qeyd etdiniz ki, gənc yazıçılar artıq sözünü deyə bilir. Bəs müstəqillikdən sonra peşəkar yazıçı olanların indiki yaradıcılığı barədə nə deyə bilərsinizğ

-Həmin o illərdə olan ədəbiyyatın yaradıcıları müstəqillikdən sonra artıq öz işlərini bitirmiş kimi görünürlər. Müasir ədəbiyyatla ayaqlaşmaq baxımından onların çox az bir qismi yaradıcılığını davam etdirir.



-Yeni gələnlərlə "köhnələr" arasında yaradıcılıqla bağlı problemlər yaşanır?

-Problem var. Problem yalnız yaş fərqindən irəli gəlmir. həm də dünyaya baxış, təfəkkür tərzi, həyatı qavrama, belə deyək, köhnəliklə yeniliyin mübarizəsi formasında özünü göstərir. Dünya ədəbiyyatının nümunələrinə istiqamətlənmiş əsərlər yaratmaq istəyən gənclərə demək olmaz ki, onlar millilikdən uzaq düşmək istəyirlər. Sadəcə gənclər ədəbiyyatı sovet dövründəki təhriflərdən azad etmək istəyir. Onlar Azərbaycan ədəbiyyatının özünün yoluna qayıtmasını, eyni zamanda dünya miqyasına çıxmasını istəyirlər. İndiki gənc nəsil bütün dünya xalqlarının ədəbiyyatını meyar kimi götürür. Dünyada gedən proseslər bunun daha düzgün olduğunu göstərir.



-Sizin üçün necə oldu. Müstəqillik qazandıqdan sonra yaradıcılıqla məşğul olmaq çətinləşdimi, yaxud əksinə daha da asan oldu?

-Mən sovet dövründə daha çox satirik əsərlər yazmışam. Bu da mənim fikrimi bildirmək üçün bir vasitə idi. Bizim üçün çətin keçid dövrü olan 1988-93-cü illər yeni bir mərhələ idi. Bu dövrün tələbinə uyğun olaraq yaradıcılığımda bədii publisistikaya meyl artdı. Məsələn, sovet dövründə bəyənmədiyin bir şey haqqında publisistik yazı yazmaqdansa, sözü satirik formada deməyi daha məqbul hesab edirdim. Başqa bir şey-mədhiyyə nümunələri, hansısa bir lirik ovqatlı yazı qələmə ala bilmirdim. Müstəqillik dövründə isə ona görə publisistakaya üstünlük verdim ki, həmin dövrdə xalqa bütün həqiqətlər açıq və çılpaq şəkildə çatdırılmalıydı. Hesab etdim ki, mövcud olan bütün həqiqətlər ancaq publisistik dillə deyilsə, daha düzgün olar.



-Yəni siz insanların hisslərinə deyil, birbaşa şüuruna yönəlmiş yaradıcılığa üstünlük verdiniz?

-Mən hesab etdim ki, hansısa bir mücərrəd yumaristik yazıdansa, lirik məcara yazmaqdansa əsasən konkret publisistik söz demək lazımdır. Biz keçmişdən ayrılmalıyıq və bunu izah etmək lazımdır ki, niyə ayrılırıq. Eyni zamanda müstəqilliyin nə demək olduğunu izah etmək lazım idi. Bəlkə də ziyalı üçün bunların hamısı aydın idi. Amma o zaman əhalinin elə təbəqəsi ola bilərdi ki, onlara bu məsələləri bir az geniş izah etmək lazım idi. Mən o zaman publisistikanın doğru seçim olduğunu düşündüm və doğrudan da bu seçim özünü doğrultdu.



-Belə başa düşdüm ki, siz müstəqillik dövründə bir ziyalı kimi öhdənizə düşən vəzifənizi yerinə yetirdiniz. Amma qeyd etdiniz ki, o dövrün bir çox ziyalıları, yaradıcı insanları müstəqillik dövründə öz işlərini bitmiş hesab etdi. Belə bir şəraitdə ölkədə birdən-birə bir ziyalı boşluğu, yaradıcı insan çatışmamazlığı yaranmadımığ Sizcə, bu boşluq nəticəsində məniviyyatımız zədə aldı?

-O arada boşluq var idi. Ziyalılar nəinki kənara çəkildilər, hətta Azərbaycanda elə tanınmış ziyalılar var idi ki, o qarışıq məqamda ölkədən qaçıb getdilər, gizləndilər. Halbuki xalq uzun illər onlara ümüdlə baxırdı, həqiqi söz gözləyirdilər və hesab edirdilər ki, çətinə düşəndə ziyalılar onlara doğru yol göstərməlidir. Təbii ki, bundan sonra yaranan boşluq da bir müddət davam etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını və dövlətini xilas edəndən, ölkədə sabitlik yaranandan sonra hər sahədə olduğu kimi mədəniyyət və ədəbiyyat sahəsində də hər şey öz axarına qayıtmağa başladı. Qaçan ziyalılar isə yenidən qayıdıb mövqe tutmağa çalışsalar da, bu mümkün olmadı. Çünki artıq proqressiv düşüncəli gənclər və ölkənin çətin məqamlarında çətinliyə çiyin verənlər ortada idilər, yeni dövrün ədəbiyyatını yaradırdılar.



-Sizcə, həmin o ortada olan gənclər və vaxtilə çətinliyə çiyin verən insanlar ölkənin ziyalıya olan ehtiyacını tamam ödəyə bilirmiğ Bilirsiniz ki, yaxınlarda ziyalılardan biri ölkədə ziyalı boşluğunun olduğunu iddia edən bir müsahibə ilə gündəmə gəldi.

-Mən bu məsələ ilə bağlı ancaq özümün bir ziyalı kimi mövqeyimi bildirmək istəyirəm. Təbii ki, bir ziyalı kimi məni də düşündürən məsələlər var. Hesab edirəm ki, həmin müsahibədə çox kobud yanlışlıqlarla aksentlər vurulub. Burada heç bir tarixi həqiqət, reallıq hissi və ən əsası milli təsübbkeşlik qətiyyən görünmür. Məsələn, orda göstərilir ki, hansı səbələrdənsə Bakıdan yarım milyon insan getdi, iki milyon gəldi. Yazıçı bunun hansı səbəblərdən olduğunu bilmirğ

Yaxud deyir ki, xalqın elitası getdi və bu gün xalqın elitası yoxdur. Bunun şərhi də gülməli görünür. Məgər Azərbaycan xalqının milli elitası ölkədən gedən o konqlomerat tərkibdən ibarət idiğ Gedənlərin arasında çəkməçi, bənna, usta getdi. Bunlar nə vaxtdan elita oldu. Amma gələnlər arasında nə qədər savadlı insan var idi.

-Ziyalıların sözünün təsirdən düşündüyünü deyənlər də çoxdur.

-Xalq inandığı ziyalının sözünü eşidir. Təsirli deyilən söz də öz təsirini göstərir. O müsahibəni müdafiə edən insanlarda da bir qədər aqoniya hiss edirəm. Yəni sovet nostalgiyasında olanlar həmin o dövrün geri qayıda bilmiyəcəyini görürlər. Əllərindən çıxan rahat həyatın, yaratdıqlarının hamısının dərhal dövlət tərəfindən alınaraq yüksək səviyyədə qiymətləndirilməsi kimi məsələlərin artıq bu gün olmadığını görürlər. Buna görə də onlar yeni yaranan milli elitaya qarşı qısqanclıq göstərirlər. Həmin müsahibə heç bir tənqidə belə duruş gətirməyən müsahibədir. Belə deyək ki, sabiqlərin dirəniş göstərməsidir.



-Vaxtilə televiziyada işlədiyiniz dövrlərdə demək olar ki, bütün tamaşaçıların sevərək izlədiyi bir sıra proqramlara imza atmısınız. Tamaşaçılar sizi "Zəriflik", "Aygün", "İdrak", "Mənəvi dünyamız" və digər verilişlərdən yaxşı tanıyır. Bu proqramlar birbaşa mənəvi dünayamızın zənginləşdirilməsinə yönəldilmişdi. Amma indi bir çoxları iddia edir ki, bu cür proqramlar yetərli sayda tamaşaçı qazana bilməz. Sizcə, bu doğrudan da belədir?

-Yox bu belə deyil. Bunu tamaşaçının üstünə yıxmaq lazım deyil. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində çalışmışam. Qeyd etdiyiniz o verilişləri hazırlayarkən qarşımızda bir məqsəd dururdu. Xalqa maarifləndirici, onun mədəniyyətini inkişaf etdirən, ona həqiqəti çatdıran verilişlər təqdim etmək. Biz o zaman tamaşaçılardan hər bir verilişlə bağlı minlərlə məktub alırdıq. Yəni xalq yaxşı veriliş olanda ona baxır. O adamlar tamaşaçını, oxucunu günahlandıra bilər ki, onun istedadı lazımı səviyyədə deyil. Tamaşaçı hər zaman səviyyəli bir əsər və yaxud veriliş arzusundadır və belələrini də qəbul edir. Yaxşı verlişlər az olur və yaxud da şit və bayağı verilişlər ekrana ayaq açır.



-Akif Əli bu gün yaradıcılıqda hansı istiqamətə üstünlük verirğ Dövlət məmuru olmaq yaradıcı insan üçün çətinlik yaradırmı?

-Dövlət işində çalışmaq yaradıcılıq üçün çətinlik yaratmır. Şübhəsiz ki, birinci mənim dövlət işimidir. Amma təbii ki, ikan olduqca, ya işdən sonra ya istirahət günlərində qələmi yerə qoymuram. Son vaxtlar "Dumanlı dağlar" adlı kinopritça yazmışam. Məqalələrim, publisitik yazı və elmi araşdırmalarım olub. Çalışıram ki, kəmiyyətcə olmasa da, keyfiyyətcə lazımlı işələr görüm.



-Azərbaycanda oxuculuq səviyyəsi aşağı düşüb. Oxucular hər şeyi oxumuğa həvəs göstrəmir. Bəs siz öz oxuculanınızı tapa bilirsiniz?

-Yazdığım janrda oxucularmı tapıram və yazılarım kifayət qədər oxunur. Yazılarım internetdə olanda mənə onlarla bağlı çoxlu fikirlər gəlir. Yaxınlarda "Mədəniyyət toxumu səpən əkinçi" adlı bir elmi-publisitik yazım dərc olundu. Çox böyük rezonans doğurdu. Yazı təqdir olundu. İki il əvvəl Heydər Əliyevin və Atatürkün həyat yoluna həsr olunan "Böyük ömrün anları" kitabım nəşr olundu və çox geniş yayıldı. Kitabda H.Əliyevin və Atatürkün həyat və fəaliyyətində olan oxşar cəhətləri göstərmişəm. Qısası bu barədə şikayətim yoxdur.



------------------

Aygün
Yüklə 21,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə