Orijinal Formalı Kompozisiyaların Tərtibatı T. S. Məmmədov, Ş. A. Gülməmmədova



Yüklə 100,56 Kb.

tarix08.04.2018
ölçüsü100,56 Kb.
növüKompozisiya


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 114-118 (2017)

 

114 



Orijinal Formalı Kompozisiyaların Tərtibatı 

 

T.S. Məmmədov, Ş.A. Gülməmmədova* 

 

AMEA Dendrologiya İnstitutu, Mərdəkan qəsəbəsi, S.Yesenin 89, Bakı AZ 1044, Azərbaycan; 

*E-mail: shalala.g@mail.ru 

 

AMEA-nın Dendrologiya İnstitutunda aparılmış elmi-tədqiqat işində müxtəlif növ və sortlardan ibarət 

olan dekorativ ağac, kol və ot bitkiləri müxtəlif ölkələrdən və yerli floradan Abşeron şəraitinə intro-

duksiya olunmuş, onların bioekoloji xüsusiyyətləri öyrənilmiş və bu bitkilərdən istifadə etməklə Den-

drarinin  və  Bakı  şəhərinin  ərazisində  müxtəlif  formalı  kompozisiyalar  yaradılmışdır.  Müəyyən  edil-

mişdir  ki,  introduksiya  olunmuş  dekorativ  bitkilər  Abşeron  şəraitinə  yaxşı  uyğunlaşır  və  parklarda, 

xiyabanlarda  müxtəlif formalı  kompozisiyaların tərtibatında  istifadə  oluna  bilər.  Ağac-kol  və  ot  bit-

kilərindən istifadə etməklə orujinal formalı kompozisiyaların tərtibatına daha çox üstünlük verilməsi 

məqsədəuyğundur. 

 

Açar sözlər: Orijinal, kompozisiya, bitki, dekorativ, park 

 

 

GIRIŞ 

 

Azərbaycanın şəhər və rayonlarında son illər 

yaşıllıq zonalarının inkişafı, ətraf mühitin sağlam-

laşdırılması və müxtəlif formalı kompozisiyaların 

tərtibatı  üzrə  geniş  işlər  həyata  keçirilir.  Şəhər-

lərin  böyüməsi,  onların  struktur  planının  yenidən 

qurulması, dəyişməsi ilə bağlı olaraq ayrı-ayrı ele-

ment və ərazi sahələri ilə birgə bütöv şəhər mühiti 

dəyişir.  Botanika  bağlarında  və  Dendroparklarda 

landşaft  memarlığının  öyrənilməsi  müasir  şəhər-

salmada  mühüm  vəzifələrdən  biridir.  Son  illər 

landşaft  memarlığı  müasir  tələblər  səviyyəsində 

inkişaf edir. Park, bağ və digər yaşıllıqların yara-

dılmasında  növlərin  dekorativ  əlamətlərinə  görə 

düzgün  seçimi  aparılır,  bioekoloji  xüsusiyyətləri 

öyrənilir və bitki assortimenti artırılır. Hal-hazırda 

Azərbaycanın  bağ-park  incəsənətinin  bütün  sahə-

lərinin  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Bizim  mədəni  irsin  saxlanılması  vəzifələri  aktual 

olmuşdur.  Bəzi  bağ-park  kompozisiyalarının  bər-

pası,  landşaft  memarlığı  abidələrinə  qayğılı  mü-

nasibət  zəruriliyi  yaranır.  Landşaft  memarlığında 

müxtəlif  kompozisiyaların  yaradılması  müasir 

dövrün ən mühüm xüsusiyyətlərindən biridir.  

Hal-hazırda respublikada, xüsusilə Bakı şəhə-

rində  yeni  yolların,  körpülərin  ətrafının  yaşıllaş-

dırılmasında, o cümlədən parkların, bağların, ofis 

interyerlərinin  tərtibatında  kompozisiyalar  növ 

müxtəlifliyinə  və  dekorativ  əlamətlərinə  görə  se-

çilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 

landşaft  memarlığı  üzrə  təcrübəsi  müasir  inkişaf 

dövründə  mövcud  olan  çətinliklərə  və  çatışma-

mazlıqlara baxmayaraq respublikanın şəhərlərinin 

bağ-park inkişafı üçün proqressiv  əhəmiyyətli ol-

muşdur. Bu dövrdə çoxsaylı yaşıllaşdırma obyekt-

lərinin  yaradılması  respublikada  landşaft  memar-

lığının inkişafına istiqamətlənmişdir.  

Azərbaycanın  bağ,  park  və  landşaft  sənətinin 

yaranma  tarixi  minillikləri  əhatə  edərək,  öz  kökləri 

ilə  Qafqaz  Albaniyasının,  Xəzərin,  Midiya  və  Atro-

patenanın qədim zamanlarından başlayır. Bizim regi-

onun bağ və parklarının bir çox təsvirləri tarixçilərin 

və  filosofların  şərhlərində, şair  və  yazıçıların  əsərlə-

rində,  Qafqazı  ziyarət  edən  coğrafiyaçı  və  səyyahla-

rın  qeydlərində  özünə  yer  tapmışdır.  Arxeoloqların 

axtarışları  sayəsində  qədim  Azərbaycanın  bağ  və 

parkları haqqında maraqlı məlumatlar əldə edilmişdir 

(Həsənova, 2006).  

Müasir dövrdə parkların, bağların, ofis interyer-

lərinin bəzədilməsində insanlar dekorativ bitkilərdən 

istifadə edirlər. Landşaft memarlığı əsasında yaşıllaş-

dırmada,  müxtəlif  kompozisiyaların  qurulmasında 

bir-birindən  yaraşıqlı  və  zəngin  növ  tərkibinə  malik 

olan bitkilərin dekorativ əlamətləri: çiçəyinin, qabığı-

nın rəngi, çətiri, meyvəsi, hündürlüyü və s. xüsusiy-

yətləri nəzərə alınmalıdır. Məhz həmin sahələrdə gö-

zəl çiçəklik və ya dekorativ bitkilərdən kompozisiya-

nın qurulması insanların sosial şəraitini yaxşılaşdırır, 

oksigen  balansına  olan  təminatını  qismən  də  olsa 

ödəyir (Məmmədov 2006).  

Hər-hansı  bir  ölkənin,  habelə  qitənin  dendro-

florası  və  ya  bitkiləri  təkcə  orada  uzun  illər,  əsrlər, 

yaxud  qərinələr  boyu  cır  və  ya  yabanı  halda  bitən 

yerli  bitkilərdən  ibarət  deyil,  həm  də  müxtəlif  vaxt-

larda müxtəlif yollarla ora digər ölkələrdən və ya qi-

tələrdən gətirilmiş, tədricən yeni şəraitə uyğunlaşmış, 

artıb  çoxalmış  bitkilərdən  ibarətdir.  İntroduksiya  el-

minin inkişafı ilə əlaqədar olaraq Abşeron yarımada-

sının dendroflorası yüzlərlə ağac və kollarla zəngin-

ləşdirilmişdir.  Onu  demək  kifayətdir  ki,  hələ  əsrimi-

zin əvvəllərində Abşeronun yaşıllaşdırılmasında, bağ 

və parklarında cəmi 5-10 növ ağac bitkilərindən isti-

fadə  olunurdusa,  90-cı  illərdə  yaşıllıqlarda,  bağ  və 

parklarda ağac  və  kol  növlərinin  sayı  500-ü  keçmiş-

dir. İntroduksiyanın inkişafının üçüncü dövründə bir 



Orijinal Formalı Kompozisiyaların Tərtibatı

 

115 


neçə elmi müəssisənin yaranması ilə əlaqədar ola-

raq,  xüsusilə  Bakı  Nəbatat  bağının,  Mərdəkan  və 

Bərdə  Dendroloji  bağlarının  və  s.  formalaşması 

istər  introduksiya  və  iqlimləşmənin inkişafına, is-

tərsə də dendrofloranın zənginləşməsinə səbəb ol-

muşdur (Məmmədov və b., 2000).  

Bağ  sahəsinin  planlaşdırmasının  dəqiq  həlli 

yoxdur, ona görə müxtəlif funksional zonaların öl-

çülərini  və  onların  qarşılıqlı  yerləşməsini  hər  kəs 

öz arzu və imkanlarına görə, ərazinin relyefini nə-

zərə  almaqla,  sahənin  qütblərə  görə  istiqamətinə, 

şəxsi təsərrüfatın həcminə və s. görə müəyyənləş-

dirir. Sahənin tərtibatı planın çəkilişindən başlayır 

və  orada  relyefin,  ağacların,  kolların,  çiçəkliyin, 

yolun və sahənin digər xüsusiyyətləri qeyd edilir.  

Sahənin  planında  bağın  bütün  lazımı  qurğu-

ları  və  elementlərinin  rahat  yerləşməsi,  qarşılıqlı 

əlaqəsi  nəzərə  alınmalıdır.  Bunun  üçün  sahənin 

funksional  zonalaşması,  yəni  onun  əsas  zonalara 

bölünməsi aparılır (Витвицкая, 2005). 

Çiçəkliklərin  xarici  görünüşü  onların  düzəl-

dilməsindən,  memarın  zövqündən,  bağbanın  elm 

və  bacarığından  asılıdır.  Hər  çiçəklikdə  vahid 

kompozisiya həlli olmalıdır. Çiçəkli tərtibatın bü-

tün həlli struktur elementlərin qarşılıqlı əlaqəsi ilə 

qurulur.  Mərkəzdə,  yaxşı  görünən  yerdə  əsas 

mövzunu əks etdirən, iri və mürəkkəb elementləri 

daxil  edən  kulminasiya  kompozisiyası  yaradılır 

(Карписонова, 2005).  

Çiçəkliyi  sahədə  yerləşdirdikdə  onun  evin 

pəncərələrindən,  eyvanından,  bağdakı  oturacaq-

dan,  bağ  yolu  ilə  gəzdikdə  görünüşünü  nəzərə 

almaq  lazımdır.  Bəzən  çiçəklik  bağda  ən  effektli 

perspektivi  örtür.  Yadda  saxlamaq  lazımdır  ki, 

uzaqlıqdan  baxdıqda  çiçəkliyin  görünüşü  dəyişir, 

hissələri  elə  bil  yüngül,  şəffaf  tüstü  ilə  örtülür. 

Ona görə arxa planda göy-mavi çalarlı, ön planda 

isə  isti,  qızılı-sarı,  qırmızı-narıncı  çalarlı  çiçəklər 

yerləşdirilir.  Rəng  ziddiyyətləri  güclü  “işləyir”. 

Məsələn,  tünd  rəngli  binanın  fonunda  açıq,  sarı-

yaşıl və ya gümüşü-boz rəngli yarpaqları olan bit-

kilər yaxşı seçilir. Ağ binanın fonunda isə əks olu-

nan işığın yarısını udan, tünd yarpaqlı bitkilər ef-

fektli görünür  (Шешко, 2009).  

 

 

MATERIAL VƏ METODLAR 

 

Yaşıllaşdırmada  istifadə  olunan  bitkilərin tə-

bii  və  mədəni  genofondunun  yaradılması,  dünya 

bitki  ehtiyatlarından  səmərəli  istifadəsi,  növ  və 

sort müxtəlifliyinin zənginləşdirilməsi, introduksi-

yası, elmi əsaslarla müxtəlif formalı kompozisiya-

ların  tərtibatı  məqsədi  ilə  AMEA  Dendrologiya 

İnstitutunun  “Landşaft  memarlığı”  laboratoriya-

sında  elmi-tədqiqat  işləri  aparılır.  Dendrari  land-

şaft  parkı  üslubunda  yaradılmışdır,  burada  olan 

bitki  kolleksiyaları  milli  və  dünya  sərvətidir.  Apa-

rılan elmi-tədqiqat işinin  əsas məqsədi müxtəlif növ 

və  sortlardan  ibarət  olan  dekorativ  ağac,  kol  və  ot 

bitkilərinin  müxtəlif  ölkələrdən  və  yerli  floradan 

Abşeron  şəraitinə  introduksiyası,  onların  bioekoloji 

xüsusiyyətlərinin  öyrənilməsi  və  bu  bitkilərdən  isti-

fadə etməklə parklarda, bağlarda, xiyabanlarda land-

şaft  memarlığı  üslubunda  müxtəlif  formalı  davamlı 

kompozisiyaların  yaradılmasıdır.  Tədqiqat  obyektlə-

rinə  bəzi  dekorativ  ağac,  kol  və  ot  bitkilərinin 

müxtəlif  növ  və  sortları  aiddir:  ağaclardan  -  Picea 

excelsa Link., Pinus nigra Arn., Larix europaea DC., 

Abies  alba  Mill.,  İlex  aquifolium  L.,  Juniperus 

oxycedrus  L.,  Cercis  chinensis  Bge.,  Carpinus 

betulus  L.,  Diospyros  lotus  L.,  Arbutus  unedo  L., 

Acacia  dealbata  Link.  və  s.,  kollardan  -  Cycas 

revoluta  Thunb.,  Artemisia  vulgaris  L.,  Santolina 

virens  Mill.,  Magnolia  liliflora  Desr.,  Jasminum 

humile L., Ruta graveolens L., Camelia japonica L., 

Lantana camara L., Vitex negundo L. və s., otlardan 

-  T.  "Editil  NL  ",  T.  "PW  Alexind",  T.  "Purk",  T. 



"A.Adamkiene",  H."Wood  stask",  H."Sky  jaket",  H. 

"Amethyus", N. "Gemendil", N. "Carnegie" və s.  

Tədqiqat  işi  yerinə  yetirilən  zaman  bir  sıra  me-

todikalardan istifadə edilmişdir. Vegetativ orqanların 

morfoloji  xüsusiyyətləri  İ.T.Vasilçenko  (1979)  və 

İ.Q.Serebryakovun  (1952)  metodikaları  ilə  öyrənil-

mişdir.  Bitkilərin  böyümə  dinamikasını  və  fenoloji 

inkişaf fazalarını təyin etmək üçün vegetasiya  başla-

nandan   qurtarana  kimi  hər  10  gündən  bir  müşahidə 

aparılmışdır.  Bitkilər  üzərində  fenoloji  müşahidələr 

aparmaq  məqsədilə  N.A.Avrorinin  (1953),  A.Q.Qo-

lovaçın  (1962),  F.N.Rusanovun  (1970)  və  Rusiya 

Baş  Botanika  Bağının  işləyib  hazırladıqları  meto-

dikalardan istifadə olunmuşdur. Kök sisteminin mor-

fologiyası  öyrənilərkən  V.A.Kolesnikovun  (1971) 

“köklərin  tam  çıxarılaraq  yuyulması”  metodikasın-

dan  istifadə  edilmişdir.  Bitkilərin  istiyə  davamlılığı 

K.A.Axmatov  (1972),  R.Moles  (1992),  L.Mucina 

(1993),  quraqlığa  davamlılığı  isə  P.A.Qenkelin 

(1956) metodikaları ilə öyrənilmişdir.  

 

 



NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

 

Dendrologiya İnstitutunda aparılmış elmi-tədqi-



qat işində müxtəlif ölkələrdən və yerli floradan intro-

duksiya olunmuş dekorativ ağac-kol və ot bitkilərinin 

Abşeron şəraitində bioekoloji xüsusiyyətləri öyrənil-

miş, Dendrarinin ərazisində açıq sahə şəraitində, Ba-

kı  şəhərinin  müxtəlif  yerlərində  dekorativ  ağac  və 

kollardan,  ot  bitkilərindən  ibarət  landşaft  memarlığı 

üslubunda  müxtəlif  formalı  kompozisiyalar  yaradıl-

mışdır.  Tədqiqat  zamanı  bitkilərin  becərilməsi  to-

xum,  qələm,  şitil,  soğanaq,  soğanaqlı  yumru  və  kök 

yumruları ilə aparılmışdır.   




Məmmədov və Gülməmmədova

 

116 


Cədvəl 1. Bəzi  dekorativ ağac və  kol  bitkilərinin yaşıllaşdırmada  tətbiq  edilməsi 

№          Bitkinin adı 

Parklar,  bağlar,  xiyabanlar 

Küçə 

 

alleya            tək           qrup       bordür      canlı çəpər 

1.  Cupressus semperv rens  Mill.                  +                   +                +               +                 +                                                 + 

2. Albizzia julibrissin L.                                 +                   +                +                -                 -                                                  + 

3.  Cercis siliquastrum L.                               +                   +               +                +                 +                                                 + 

4.  Fraxinus еxсelsior L.                                 +                  +                +                -                  -                                                  - 

5.  Ligustrum lucidim Ait.                               +                  +                +               +                 +                                                  + 

6.  Olea europaea L.                                       +                  +                +                -                  -                                                  + 

7.  Ligustrum vulgare L.                                 -                   +                +                +                 +                                                 + 

8.  Quercus ilex L.                                          +                  +                +                +                 +                                                  - 

9.  Pinus eldarica Medw.                               +                  +                +                -                  -                                                 + 

10. Punica granatum L.                                 +                  +                +                +                 +                                                  - 

11. Rosa sp. diversa   L.                                 +                  +                +                -                  -                                                 + 

12. Hibiscus syriacus L.                                 -                   +                +                -                  -                                                  - 

13. Chamaerops humilis  L.                           +                  +                +                +                  -                                                 + 

14. Evokymus japonica L.                              -                   +                +                +                  -                                                 - 

15. Nerium oleander L.                                  -                   +                +                -                   -                                                + 

16. Acer campestre L.                                   +                   +                +                -                   -                                                - 

17. Lonicera fragrantissima Lindl.               -                    +                +                -                   -                                                +    

18. Biota orientalis Endl.                              +                   +                +                +                  +                                                + 

19. Philadelphus caucasicus Koehne            -                   +                 +                -                  +                                                 + 

20. Juniperus rufescens Link.                        -                   +                +                 -                  -                                                 - 

Qeyd: (+) – istifadə olunan; (-) – istifadə olunmayan  

 

Növ  və  sortların  əkilməsi üçün  açıq  sahədə  torpaq 



bellənmiş, gübrə verilmiş, ləklər düzəldilmiş və bit-

kilər  əkilmişdir.  Əkilmiş  bitkilərə  aqrotexniki  qul-

luq  edilmişdir.  Tədqiqat  işində  müxtəlif  ağac,  kol, 

otların  növ  və  sortlarının  toxumlarının  səpilməsi, 

qələm, şitil, soğanaq, soğanaqlı yumru və kök yum-

rularının  əkilməsi,  onlardan  alınan  cücərtilərin,  ilk 

yarpaqların  morfologiyası,  inkişaf  dinamikası,  kök 

sisteminin  xarakteristikası,  bitkilərin  fenologiyası, 

çoxaldılması, ekoloji amillərə davamlılığı, aqrotex-

nikası,  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə 

üsulları  ətraflı  öyrənilmiş  və  Abşeronun  yaşıllaş-

dırılmasında,  müxtəlif  formalı  kompozisiyaların 

tərtibatında  istifadə  edilmişdir.  Tədqiqat  işində  de-

korativ ağac, kol və ot bitkiləri toxumla və vegeta-

tiv  yolla  çoxaldılmışdır.  Müxtəlif  növ  və  sortların 

şaxtaya,  istiyə,  quraqlığa, küləyə  davamlılığı  öyrə-

nilmiş  və  bu  təsirlərin  nəticələri  nəzərə  alınmaqla 

bitkilər becərilmişdir.  

Bağ-park  arxitekturasında  kompozisiyaların 

yaradılmasında  müntəzəm  üslubda  sadə  həndəsi 

formalardan (düzbucaq, dairə, ulduz və s.) və təbi-

əti əks etdirən landşaft və ya mənzərəli üslubda ori-

jinal formalardan istifadə edilmişdir. Kompozisiya-

ların  sərhədləri  həmişəyaşıl  kollarla  əhatə  olun-

muşdur. Həmişəyaşıl ağac və kollar kompozisiyala-

rın  mərkəzində  də  istifadə  olunmuşdur.  Tədqiqat 

işində  landşaft  və  ya  mənzərəli  üslubda  “Güllər”, 

“Butalar”,  “Azərbaycan  xəritəsi”,  “Tülpan”  və  s. 

kimi orijinal formalı kompozisiyalar düzəldilmişdir. 

Orijinal  formalı  kompozisiyaların  tərkibinə 

hündürlüyünə, rənginə, formasına görə müxtəlif bit-

kilər  daxildir.  Kompozisiyanın  içərisində  bitkilər 

simmetrik  yerləşmir,  onların  sərhədləri  dəqiq  ol-

mur.  Tədqiqat  işində  bəzi  dekorativ  ağac  və  kol 

bitkilərinin  yaşıllaşdırmanın  müxtəlif  sahələrində 

tətbiq edilməsi cədvəl 1-də göstərilmişdir.  

Mənzərəli üslubdan istifadə edərkən əsas məq-

səd  becərilən  bitkilərin  dekorativ  xüsusiyyətlərinin 

harmonik inkişafına nail olmaqdır. Bu üslubun əsa-

sını  dekorativ  bitkilərin  təbii  formasının  saxlanıl-

ması təşkil edir. Tədqiqat işində kompozisiyalar dü-

zəldilərkən  dekorativ  elementlər,  o  cümlədən  hey-

kəllər,  daşlar,  tək  bitkilər  çox  ehtiyatla  istifadə 

olunmuş  və  harmonik  qaydada  ətraf  landşafta  yer-

ləşdirilmişdir.  Burada  təbii  formalara,  rənglərə  və 

materiallara üstünlük verilmişdir. Arabesklər fiqur-

lu gül kompozisiyalarıdır və görünüşcə yarpaqlara, 

güllərə,  çələnglərə,  oxlara  və  digər  müxtəlif  fiqur-

lara bənzəyirlər. Dekorativ yarpaqları olan və xalça 

görünüşlü  bitkilər  naxışlı  güllüklərdə  istifadə  edil-

mişdir. Bu qrup bitkilərdən arabesklər, gül saatları, 

təqvimlər,  güldanlar,  heykəllər,  müxtəlif  fiqurlar 

düzəldilmişdir. Kompozisiyaların tərtibatında deko-

rativ  ağac,  kol  və  ot  bitkilərinin  forması,  ekoloji 

amillərə  davamlılıqları,  keyfiyyəti,  ölçüləri,  rəngi, 

qoxusu,  çiçəkləmə  müddəti  nəzərə  alınmışdır.  Bit-

kilər  elə  seçilmişdir  ki,  mövsüm  ərzində  fasiləsiz 

çiçəkləsinlər. Bunun üçün çiçəkləyən növ və sortlar 

tədricən bir-birini əvəz etmiş, hər aya görə güllüyün 

növü müəyyənləşdirilmiş, çiçəkləmə müddəti aqro-

texniki üsullarla tənzimlənmişdir. Yazda və payızda 

havalar sərin olanda kompozisiyalarda parlaq rəngli 

güllərdən, yayda isə ağ, mavi, bənövşəyi rəngli gül-

lərdən istifadə edilmişdir. Müxtəlif naxışların içəri-

sinə  əkilmiş  güllərin  gözəlliyi,  bir-birilə  uyğunlaş-

ması daha da aşkar biruzə olunur. 

 



Orijinal Formalı Kompozisiyaların Tərtibatı

 

117 


 

 

Tədqiqat  işində  müxtəlif  formalı  arabesklər 



düzəldilmiş və içərisində dekorativ bitkilər əkilmiş-

dir. Dendrarinin ərazisində düzəldilmiş bəzi orijinal 

formalı  kompozisiyalar  1-4  saylı  şəkillərdə  göstə-

rilmişdir. 

Orijinal  formalı  kompozisiyaların  tərtibatında 

əsasən çoxillik və birillik dekorativ ot bitkilərindən 

istifadə  edilmişdir.  Hal-hazırda  müxtəlif  dekorativ 

ot bitkilərindən istifadə edərək gül xalçasının, müx-

təlif  portretlərin,  kompozisiyaların  yaradılması  bağ 

incəsənətinin ən yüksək formasıdır. Orijinal formalı 

kompozisiyaların tərtibatı təbiət mənzərələrinin ele-

mentlərini  şəhər  sakininə  yaxınlaşdırmağa  imkan 

verir. Ona görə bu cür kompozisiyaların yaradılma-

sında əsas məqsəd müxtəlif ağac-kol, dekorativ gül 

bitkilərinin ekoloji-bioloji xüsusiyyətlərini və deko-

rativ əlamətlərini nəzərə alaraq onların effektli, har-

monik  uyğunlaşması  və  səmərəli-bədii  yerləşmə-

sinə nail olmaqdır. Orijinal formalı kompozisiyalar 

şəhərə  gözəllik  verməklə  yanaşı  insanların  təbiətlə 

təmasda  olaraq istirahətini təmin  edərək  sağlam  və 

həyatsevər olmağa kömək edir.  

Aparılmış  elmi-tədqiqat  işinin  nəticəsində  hal-

hazırda  Abşeronun  bağ-park  zonalarında  müxtəlif 

kompozisiyaların  yaradılması  üçün  istifadə  olunan 

ən  perspektivli  dekorativ  bitkilər  müəyyən  edilmiş-

dir: təxminən 50 cins ağac-kol bitkiləri və təxminən 

52 cins ot bitkiləri.  

Elmi-tədqiqat işinin nəticəsində müəyyən edil-

mişdir ki, müxtəlif ölkələrdən və yerli floradan in-

troduksiya olunmuş dekorativ ağac-kol və ot bitki-

ləri Abşeron şəraitinə yaxşı uyğunlaşır, perspektiv-

lidir  və  parkların,  bağların  tərtibatında,  müxtəlif 

formalı  kompozisiyaların  yaradılmasında  istifadə 

oluna  bilər.  Parklarda,  bağlarda,  xiyabanlarda,  bul-

varda,  küçələrdə,  sənaye  və  tədris  müəssisələrinin 

ətrafında dekorativ ağac-kol və ot bitkilərindən isti-

fadə etməklə orijinal formalı kompozisiyaların tərti-

batına  daha  çox  üstünlük  verilməsi  məqsədə-

uyğundur. 

 

 



ƏDƏBİYYAT 

 

Həsənova  A.Ə.  (2006)  Azərbaycanın  landşaft  me-

marlığı. Bakı: Əbilov, Zeynalov və oğulları: 3 s. 



Məmmədov T.S. (2006) Gülçülük ensiklopediyası. 

Bakı: Azərb. nəşriyyatı: 76 s. 



Məmmədov  M.S.,  Əsədov  K.S.,  Məmmədov 

F.M. (2000) Dendrologiya. Bakı: Azərb. Ensiklo-

pediyası, s. 26-29.  



Şəkil 1. “Butalar” forması 

 Şəkil 2. “Azərbaycan xəritəsi” forması

 

Şəkil 3. Orijinal forma 



Şəkil 4. Orijinal forma 


Məmmədov və Gülməmmədova

 

118 


Аврорин  Н.А.  (1953)  Акклиматизация  и  фено-

логия. Бюлл. ГБС АН СССР16: 8-11   



Ахматов  К.А.  (1972)  Полевой  метод  определе-

ния  жароустойчивости  растений.  Бюлл.  ГБС 



АН СССР,  86:73-74.  

Васильченко  И.Т.  (1979)  Определитель  всхо-

дов  сорных  растений.  Ленинград:  Колос,  с. 

181-182.  

Витвицкая  М.Э.  (2005)  Современный  дизайн 

участка. Москва: ЛАДА, с. 5-6. 



Генкель  П.А.  (1956) Диагностика засухоустой-

чивости  культурных  растений  и  способы  её 

повышения.  Методические  указания.  М.:  АН 

СССР, 69 с.  



Головач А.Г. (1962) Декоративные и другие по-

лезные растения в природе и культуре. М.-Л.: 

АН СССР, с. 39-98. 

Карписонова  Р.А.  (2005)  Цветник  в  тени.  М.: 

Кладезь-Букс, 111 с. 

 

Колесников В.А. (1971) Методы изучения кор-

невой  системы  древесных  растений.  М.:  Лес-

ная промышленность, 152 с.  

Русанов  Ф.Н.  (1970)  Вопросы,  разрешаемые 

при  изучении  интродуцированных  растений. 

АН  Узб.  ССР.  Ботанический  Сад  (Ташкент 

ФАН).  «Интродукция  и  акклиматизация  рас-



тений», вып. 7: 187-194.   

Серябряков  И.Г.  (1952)  Морфология  вегета-

тивных  органов  высших  растений.  М.:  Совет-

ская наука, с. 293. 

Шешко  П.С.  (2009)  Ландшафтный  дизайн. 

Минск: Современная школа, 74 с. 



Moles  R.  (1992)  Trampling  damage  to  vegetation 

and soil cover at patwithin Burren National Park, 

Mullach mor, Co Clare. Irish Geogr., 25(2): 129. 

Mucina L., Grabherr G., Ellmauer T. (1993) Die 

Pflanzen  gesell  schaften  Oster  reichs.  Teil  Jena, 



G.F.V.55: 490. 

 

 



 

 

Создание Оригинальных Форм Композиций 

 

Т.С. Мамедов, Ш.А. Гюльмамедова 

 

Институт дендрологии НАН Азербайджана 

 

В  научно-исследовательской  работе,  проводимой в  Институте  Дендрологии  НАНА,  в  условиях  Ап-

шерона изучены биоэкологические особенности декоративных деревьев, кустарников и травянистых 

растений,  интродуцированных  из  местной  флоры  и  различных  стран.  Используя  эти  растения  на 

территории Дендрария и города Баку созданы декоративные композиции различных форм. Выявлено, 

что  интродуцированные  декоративные  растения  хорошо  адаптируются  в  условиях  Апшерона  и 

рекомендуются  для  использования  их  при  создании  различных  композиций  в  парках  и  скверах. 

Преимущественное использование древесно-кустарниковых и травянистых растений  является более 

целесообразным в связи с возможностью создания композиций оригинальных форм.  

 

Ключевые слова: Oригинальный, композиция, растение, декоративный, парк  

 

 

Creation of Original Forms of Compositions 



 

T.S. Mammadov, Sh.A. Gulmammadova 

 

Institute of Dendrology, Azerbaijan National Academy of Sciences 

 

Biological and ecological features of decorative trees, shrubs and grasses, which were introduced from local 

and  foreign  flora  were  studied  under  the  conditions  of  Absheron  and  decorative  compositions  of  different 

forms were developed by using these plants in the territory of Arboretum and Baku. It was established that 

the introduced plants from different countries and ornamental plants from the local flora were well adapted 

to the Absheron climatic conditions and they were recommended for the creation of various compositions in 

parks and squares. It is advisable to give trees, shrubs and herbaceous plants the superiority in the creation of 

original forms of compositions. 



 

Keywords: Original, composition, plant, decorative, park 

: uploads -> journal
journal -> Beynin Şərti Reflektor Fəaliyyətinin Emosiogen Tənzimlənməsində Serotoninergik Sisteminin Sinaptik Mexanizmləri
journal -> A sexual violation in an analytic treatment and its personal and theoretical aftermath
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Microsoft Word Bas redaktordan
journal -> Və Plastronun Morfoloji Xüsusiyyətləri
journal -> Abşeronda Meyvə Bağlarına Zərərverən Başlıca Qabıqyeyən Böcəklər
journal -> Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri
journal -> Gəncə-Qazax Florasının Nadir Növləri Və Yeni Taksonlar T. S. Bab akişiyeva
journal -> Quraqlıq Və Duz Stresləri Şəraitində Buğda Genotiplərində Rubisko, Rubisko aktivaza Və Fosfoenolpiruvat karboksilazanın Zülal Səviyyələrinin Dəyişilməsi
journal -> Quraqlıq Stresi Zamanı Amarant Yarpaqlarının Sitozol və Mitoxondri Fraksiyalarında nad-malatdehidrogenaza Fermentinin Müqayisəli


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə