oriJİnal məqaləLƏR



Yüklə 74,33 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü74,33 Kb.
#48577


22

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.736-001.4-681.784.9

Kərimov M.İ., Əliyev X.D., Əliyeva T.A.

TRAVMATİK MAKULYAR YIRTIQLARIN OPTİK KOHERENS 

TOMOQRAFİYA XÜSUSİYYƏTLƏRİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı səh., Azərbaycan

Açar sözlər: travmatik makulyar yırtıq, optik koherens tomoqrafiya müayinəsi

Makulyar  yırtıqlar  idiopatik,  fəsadlı  miopiya  zamanı,  travmadan  sonra,  arxa  hialoid  membrana  bağlı 

vitreomakulyar traksiya ilə əlaqədar ola bilər. İlk dəfə olaraq travmadan sonrakı makulyar yırtıqlar 1869-cu ildə 

Knapp tərəfindən göz almasının kontuziyası olan xəstədə təsvir edilmişdır [1, 2].

Travmatik makulyar yırtıqlara 1,4% qapalı (küt zədələnmələr) və 0,4% açıq göz travmaları zamanı rast gəlinir 

[3, 9, 10]. Çoxsaylı nəzəriyyələrə baxmayaraq nisbətən az rast gəlinməsi ilə əlaqədar travmatik makulyar yırtıqların 

dəqiq yaranma mexanizmi mübahisəli olaraq qalır [4-8].

Müəyyən  edilmişdir  ki,  travmatik  makulyar  yırtıqların  yaranmasında  göz  almasının  birbaşa  silkələnməsilə 

yanaşı, vitreoretinal traksiyalar kimi ikincili səbəblərin də rolu vardır [11,12].

Bu cəhətdən zədədən sonrakı dövrlərdə makulada və preretinal interfeysdə olan dəyişikliklərin vaxtında aşkar 

edilməsinə şərait yaradan vizualizasiya üsullarına geniş yer verilir. Bu üsullar arasında spektral optik koherens 

tomoqrafiya (OKT) müayinəsinin rolu əvəzedilməzdir [19].

OKT çoxsaylı kəsiklərlə torlu qişanın makulyar sahəsinin bütün qatlarını vizualizə etməklə, həmin nahiyyədə 

olan patoloji dəyişiklikləri aşkarlamağa imkan verən qeyri-invaziv müayinə metodudur [20]. OKT-nın istifadəsi 

arxa  seqment  travmalarından  sonra  torlu  qişada  olan  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinin  diaqnostikasında 

faydalı  olmaqla,  bu  dəyişikliklərin  dinamikada  obyektiv  müşahidəsinə  də  imkan  verir.  Məhz  OKT  müayinəsi 

travmatik  makulyar  yırtıqlar  zamanı  foveal  və  perifoveal  dəyişiklikləri,  vitreoretinal  traksiyaları,  intraretinal 

kistaları ən kiçik detallara qədər görməyə kömək edir[13].



Məqsəd – travmatik makulyar yırtıqlar zamanı yaranan morfostruktur dəyişiklikləri spektral optik koherens 

tomoqrafiya müayinəsi vasitəsilə qiymətləndirməkdir.



Material və metodlar

Aparılan tətqiqat işində 2015-2017-ci illərdə Akademik Zərifə Aliyeva adına Milli Oftalmologiya Mərkəzinə 

müraciət  etmiş  və  travmatik  makulyar  yırtıq  diaqnozu  qoyulan  10  xəstənin  (10  göz)  müayinə  nəticələrindən 

istifadə edilmişdir. 

Bütün  xəstələrdə  ən  yaxşı  görmə  verən  korreksiya  ilə  vizometriya,  tonometriya,  biomikrooftalmoskopiya, 

göz  dibinin  fundus  fotoqrafiyası  kimi  standart  müayinələr  və  spektral  optik  koherens  tomoqrafiya  müayinəsi 

aparılmışdır. Hər bir xəstə üçün yaş, cins, zədə vaxtı, zədə və müayinə arasındakı müddət və zədənin yaranma 

mexanizmi qeydə alınmışdır.

Göz dibinin biomikroskopik müayinəsi 90D (Volk, Optical İnc, Mentor, OH, USA) kontaktsız linza vasitəsilə 

yarıq lampası ilə aparılmışdır. Makulada OKT müayinəsi Spectral HD Cirrus OCT 5000 (Carl Zeiss inc.Dublin 

CA, USA) cihazında Macular Cub 512x128 və 5 Line Raster protokolları vasitəsilə aparılmışdır. Müayinə zamanı 

aşağıdakı əlamətlərə diqqət yetirilmişdir: torlu qişa piqment epitelinə nəzərən yırtıq kənarlarının forması (iti və 

ya  dairəvi),  epiretinal  membranın,  tangensial  və  vitreomakulyar  traksiyanın,  yırtıq  kənarlarında  qeyri-reflektiv 

boşluqların (kistaların), yırtığı əhatə edən torlu qişa sahəsində qalınlaşmaların (intraretinal ödem), neyroretinal 

qatın altında zəif reflektivlikli boşluqların (subretinal maye) mövcudluğu. OKT vasitəsilə yırtığın minimal daxili 

(MDD, yırtıq kənarlarının ən yaxın nöqtələri arasındakı məsafə) və maksimal xarici diametri (MXD, yırtıq əsasının 

ən uzaq nöqtələri arasındakı məsafə) ölçülmüşdür. Travmatik makulyar yırtıqlar formasına görə təsnif edilmişdir.

Bütün  kliniki  hallar  Gass  tərəfindən  təklif  edilən  idiopatik  makulyar  yırtıqlar  üçün  təsnifat  sxeminə  əsasən 

dərəcələndirilmişdir. 

Nəticələr və onların müzakirəsi

Tədqiqat işinə 10 xəstənin 10 gözü daxil edilmişdir. Xəstələrin orta yaş həddi 23 (14-32), cinsi kişi və hər bir 

halda yırtığın əmələ gəlmə səbəbi göz almasının küt travması - kontuziyası olmuşdur. Makulyar yırtıq 7 xəstədə 

travmadan sonra 1 ay ərzində, 3 xəstədə isə 12 ay ərzində əmələ gəlmişdir. Xəstələrdən 5-də 3-cü dərəcəli (50%), 

3-də 2-ci dərəcəli (30%), 1-də 4-cü dərəcəli (10%) və 1-də 5-ci dərəcəli (10%) makulyar yırtıq aşkarlanmışdır 

(Gass təsnifatına görə) (Cədvəl 1).




23

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

Cədvəl 1


Travmatik makulyar yırtıq müşahidə edilən xəstələrin ümumi əlamətləri



Cinsi

Göz

Yaş

Zədədən sonra yırtığın 

aşkarlanma müddəti (ay)

Yırtığın inkişaf 

mərhələsi

Yırtığın forması

1

k



sağ

22

1



3

dairəvi


2

k

sağ



26

12

4



dairəvi

3

k



sağ

23

1



3

dairəvi


4

k

sağ



12

1

2



dairəvi

5

k



sağ

27

12



5

dairəvi


6

k

sağ



30

1

2



dairəvi

7

k



sağ

22

1



3

dairəvi


8

k

sol



14

1

3



ellipsoid

9

k



sağ

32

12



3

dairəvi


10

k

sağ



19

1

2



ellipsoid

Biomikrooftalmoskopik  müayinə  göstərdi  ki,  xəstələrdən  8-də  (80%)  makulyar  yırtıq  dairəvi,  2-də  (20%) 

ellipsoid  formada  olmuşdur.  Xəstələrin  4-də  (40%)  makulyar  yırtıq  ətrafında  epiretinal  membran,  1-də  (10%) 

intraretinal  ödem,  2-də  (20%)  subretinal  seroz  maye  və  5-də  (50%)  yırtıq  kənarlarında  kistoz  ödem  müşahidə 

edilmişdir.  Cəmi  1  xəstədə  (10%)  makulyar  yırtıqla  bərabər  torlu  qişanın  qopması  müşahidə  edilmişdir.  OKT 

müayinəsi əsasında yırtığın minimal daxili diametri orta hesabla 518 mkm (224-1161), maksimal xarici diametri 

1448 mkm (512-3374) olmuşdur (Cədvəl 2). Müşahidə etdiyimiz xəstələrdən birində 1-ci tip (10%), 3-ündə 2-ci 

tip (30%), 2-sində 3-cü tip (20%) və 4-ündə 4-cü tip (40%) travmatik makulyar yırtıq aşkarlanmışdır (Jingjing 

Huang və həmmüəllifləri OKT-yə əsaslanan təsnifata görə).

Cədvəl 2 



Travmatik makulyar yırtığı olan xəstələrin OKT əlamətləri



Yırtıq kənarları

Yırtığın MDD 

(mkm)

Yırtığın MXD 

(mkm)

ERM

Torlu qişada 

qalınlaşma

Sub-retinal 

maye

İntraretinal 

kistoz ödem

Torlu qişanın 

qopması

1

qeyri-hamar



787

1241


yox

yox


yox

var


yox

2

qeyri-hamar



344

1280


var

yox


yox

var


yox

3

qeyri-hamar



429

512


var

var


var

yox


yox

4

hamar



275

883


yox

yox


yox

yox


yox

5

hamar



410

646


yox

yox


yox

yox


yox

6

hamar



449

663


var

yox


yox

var


yox

7

qeyri-hamar



224

2107


yox

yox


yox

var


yox

8

qeyri-hamar



1161

1972


yox

yox


yox

yox


yox

9

hamar



635

3374


yox

yox


yox

var


var

10

qeyri-hamar



464

1797


var

yox


var

yox


yox

Travmatik makulyar yırtıq göz almasının zədələnmələrindən sonra anatomik foveanı əhatə edən tam qat torlu 

qişa defektidir. Çoxsaylı araşdırmaların aparılmasına baxmayaraq travmatik makulyar yırtıqlar və onların OKT 

xüsusiyyətləri haqqında çox az ümumiləşmiş məlumat vardır. Üzərində tədqiqat apardığımız travmatik makulyar 

yırtığı olan 10 xəstənin analizi də, həmçinin bizə onu göstərdi ki, travmatik makulyar yırtıqlar homogen gedişə 

malik deyil.

Travmatik makulyar yırtıqların əmələ gəlməsinin konkret mexanizmi məlum deyil. Tədqiqat işində göstərdik 

ki, rast gəldiyimiz xəstələrin 80%-də makulyar yırtıq dairəvi formada olmuşdur. Bu, ədəbiyyat araşdırmasında 

rast gəldiyimiz Yanagiya və həmmüəlliflərin [14] tədqiqatları ilə uyğun gəlmir. Belə ki, onların müşahidələrində 

travmatik makulyar yırtığı olan xəstələrdə yırtığın forması ellipsoid olmuşdur. Onlara görə, makulaya təsir edən 

qüvvələr foveanın rupturası ilə nəticələnir. Bunun təsdiqi olaraq üzərində tədqiqat apardıqları xəstələrdə travmatik 

makulyar yırtıqların ellipsoid formada olması göstərilir.

Travmatik  makulyar  yırtıqlar  zədədən  dərhal  və  müəyyən  müddət  sonra  baş  verə  bilər  [15].  Dərhal  əmələ 

gəlmənin səbəbi kimi küt travma nəticəsində göz almasının ön-arxa istiqamətdə sıxılması və retina üzərində şüşəvari 

cisimlə birləşmiş nöqtələrə qüvvətli təsiri göstərilir [16]. Travmatik makulyar yırtıqların daha çox gənc şəxslərdə və 

qapalı göz almasının travmalarından sonra baş verməsinin səbəbi zərbə nəticəsində sıx vitreofoveolyar adheziyası 

olan anatomik nazik fovea üzərindəki qəfləti traksiya və göz almasının qüvvətli ekvatorial dartılmasıdır [17].



24

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

Gass idiopatik makulyar yırtıqların patogenezə və biomikroskopik müayinəyə əsaslanan təsnifatını vermişdir 

[11]. Lakin, ədəbiyyatda travmatik makulyar yırtıqların təsnifatının olmadığına əsalanaraq, biz öz tətqiqatımızda 

Gassın  idiopatik  makulyar  yırtıqlar  üçün  təsnifatından  istifadə  etmiş  və  xəstələrimizdə  yırtığın  mərhəhələrinin 

differensiasiyasını göstərmişik. Buna əlavə olaraq OKT müayinəsində yırtıq kənarlarının minimum daxili diameti 

də hər bir mərhələnin təsnifatında nəzərə alınmışdır.

Jingjing Huang və əməkdaşları OKT-də morfoloji dəyişikliklərə əsaslanaraq travmatik makulyar yırtıqları 5 

tipə ayırmışlar [18]. Biz müayinə etdiyimiz xəstələrdə bu 5 tipdən 4-ünə rast gəlmişik. Belə ki,bu təsnifata əsasən:

• 

1-ci  tip  travmatik  makulyar  yırtıqlar  zamanı  OKT  müayinəsində  yırtıq  kənarlarının  hər  ikisində 



neyrosensor  retinada  kistoz  dəyişikliklər  müşahidə  edilir.  Bizim  tədqiq  etdiyimiz  10  xəstədən  yalnız 

birində (10%) bu tip yırtıq rast gəlinir (Şək. 1a.)

• 

2-ci  tip  travmatik  makulyar  yırtıq  zamanı  OKT  müayinəsində  yırtıq  kənarlarının  yalnız  birində 



neyrosensor  torlu  qişada  kistoz  ödem  müşahidə  edilir.  Bizim  müayinə  etdiyimiz  10  xəstədən  üçündə 

(30%) bu tip yırtığa rast gəlinir (Şək. 1b.)



Şək. 1. Travmatik makulyar yırtığın tipləri: 1a. 1-ci tip travmatik makulyar yırtıq;

1b. 2-ci tip travmatik makulyar yırtıq

• 

3-cü tip travmatik makulyar yırtıq zamanı OKT müayinəsində tam qat torlu qişa defekti ödem olmadan 



mövcuddur. Biz öz müşahidəmizdə 2 xəstədə (20%) bunu aşkar etdik (Şək. 2a.)

• 

4-cü tip travmatik makulyar yırtıq zamanı OKT müayinəsində yırtıq kənarlarında kistoz ödem olmadan 



lokal  torlu  qişa  qopması  müşahidə  edilir.  Müayinə  etdiyimiz  10  xəstədən  4-də  (40%)  bu  tip  yırtıq 

aşkarlanmışdır (Şək. 2b.)



Şək.2.Travmatik makulyar yırtığın tipləri: 2a.3-cü tip travmatik makulyar yırtıq;

2b.4-cü tip travmatik makulyar yırtıq

Müayinə  etdiyimiz  xəstələrdən  ikisində  sonrakı  ardıcıl  müayinələrdə  travmatik  makulyar  yırtığın  spontan 

olaraq bağlandığı müşahidə edilmişdir. Lakin həmin xəstələrdə yırtığın bağlanmasına baxmayaraq görmə itiliyi 

artmamışdır. Belə ki, OKT müayinəsi göstərdi ki xəstələrdə yırtıq tam bağlansa da torlu qişanın xarici qatları, 

xüsusən də ellipsoid zona pozulmuşdur və foveola nazilmişdir.

Yekun

Aparılan  tədqiqat  travmatik  makulyar  yırtıqlar  zamanı  OKT  əhəmiyyətli  və  əvəzedilməz  bir  müayinə 

üsulu  olduğunu  və  travmatik  makulyar  yırtıqlar  zamanı  oftalmoskopik  görünməsi  mümkün  olmayan  ən  kiçik 

dəyişiklikləri aşkarlamağa imkan verdiyini göstərmişdir. OKT müayinəsi vasitəsilə travmatik makulyar yırtıqların 




25

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

xüsusiyyətləri müəyyən edilmişdir. Həmçinin, OKT bizə travmatik makulyar yırtıqların heç bir müdaxilə olmadan 

təbii gedişatını izləməyə və gələcəkdə bu patologiya zamanı terapevtik və ya cərrahi yanaşma kimi fərqli müalicə 

taktikasının seçilməsinə imkan verir.

ƏDƏBİYYAT:

1. 


Smiddy W.E. Atypical presentations of macular holes // Arch. Ophthalmol., 1993, v.111, p.626–631.

2. 


Kokame G.T. Early stage of macular hole in a severely myopic eye //Am. J. Ophthalmol., 1995, v.119, p. 

240–242.


3. 

Kuhn  F.,  Morris  R.,  Mester V., Witherspoon  C.D.  Internal  limiting  membrane  removal  for  traumatic 

macular holes // Ophthal. Surg. Lasers, 2001, v.32, p.308–315.

4. 


Aaberg T.M. Macular holes: a review // Surv. Ophthalmol., 1970, v.15, p.139–162.

5. 


Duke-Elder S. System of ophthalmology // Injuries. Henry Kimpton: London, 1972, v.14, p.169–171.

6. 


Yokotsuka  K.,  Kishi  S.,  Tobe  K.  et  al.  Clinical  features  of  traumatic  macular  hole  //  Jpn.  J.  Clin. 

Ophthalmol., 1991, v.45, p.1121–1124.

7. 

Gass J.D. Stereoscopic Atlas of Macular Diseases: Diagnosis and Treatment / 4th ed. Mosby, St. Louis, 



1997, p.2–744.

8. 


Chuang L.H., Lai C.C., Yang K.J. et all. A traumatic macular hole secondary to a high-energy Nd:YAG 

laser // Ophthal. Surg. Lasers, 2001, v.32, p.73–76.

9. 

Arevalo  J.F.,  Sanchez  J.G.,  Costa  R.A.  et  all.  Optical  coherence  tomography  characteristics  of  full-



thickness traumatic macular holes // Eye, 2008, v.22, p.1436–1441

10.  Huang  J.,  Liu  X.,  Wu  Z.  et  all.  Classification  of  full-thickness  traumatic  macular  holes  by  optical 

coherence tomography // Retina, 2009, v.29, p.340–348

11. 


Gass J.D. Stereoscopic Atlas of Macular Diseases: Diagnosis and Treatment / 4th ed. Mosby, St. Louis, 

1997, p.904–937.

12.  Schepens C.L. Changes caused by alterations of the vitreous body // Am. J. Ophthalmol., 1955, v.39, 

p.631–633.

13.  Rumelt S., Karatas M., Ophir A. Potential applications of optical coherence tomography in posterior 

segment trauma // Ophthal. Surg. Lasers Imaging, 2005, v.36, p.315–322.

14.  Yanagiya N., Akiba J., Takahashi M., Shimizu A., et all. Clinical characteristics of traumatic macularholes 

// Jpn. J. Ophthalmol., 1996, v.40, p.544–547.

15.  Yamashita T.,  Uemara A.,  Uchino  E.,  et al. Spontaneous  closure of  traumatic macular hole // Am.  J. 

Ophthalmol., 2002, v.133, p.230–235.

16.  Delori F., Pomerantzeff O., Cox M.S. Deformation of the globe under high-speed impact: its relation to 

contusion injuries // Invest. Ophthalmol., 1969, v.8, p.290–301.

17.  Kuhn F., Morris R., Mester V., et al. Internal limiting membrane removal for traumatic macular holes // 

Ophthalmic. Surg. Lasers, 2001, vol.32, p.308–315.

18.  Jingjing H., Xing L., Ziqiang W. et all. Classification of full-thickness traumatic macular holes by optical 

coherence tomography // Retina, 2009, №29, v.3. p.340-348.

19.  Kərimov. M.İ., Hacıyev R.V., Əliyev X.D. və b. Vitreofoveolyar traksiyanin spontan ayrilmasi (kliniki 

hal) // Oftalmologiya jurnalı, Bakı, 2017, №2, s.85-89.

20.  Əliyev  X.D.,  Abdullayeva  E.Ə.,  Kazımova  B.X.  Spektral  optik  koherent  tomoqrafiya  göstəriciləri 

əsasinda vitreomakulyar interfeysdə olan patoloji proseslərin inkişaf dinamikasi // Oftalmologiya jurnalı, 

Bakı, 2015, №17, s.9-15.

Керимов М.И., Алиев Х.Д., Алиева Т.А.

ОСОБЕННОСТИ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ ПРИ 

ТРАВМАТИЧЕСКОМ МАКУЛЯРНОМ РАЗРЫВЕ



Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан


26

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

Ключевые слова: травматический макулярный разрыв, оптическая когерентная томография

РЕЗЮМЕ


Цель  -  оценка  морфоструктурных  изменений  при  травматических  макулярных  разрывах  с  помощью 

оптической когерентной томографии (ОКТ).



Материал и методы

Были использованы результаты обследования 10 глаз 10 пациентов с травматическим макулярным раз-

рывом.  У  каждого  пациента  выявляли  следующие  признаки:  форма  края  разрыва  по  отношению  к  пиг-

ментному эпителию сетчатки; наличие эпиретинальной мембраны, тангенциальной и витреомакулярной 

тракции, нерефлекторных полостей в краях разрыва, утолщение сетчатки вокруг разрыва, а также нали-

чие слабых рефлекторных полостей под слоем нейросетчатки. С помощью ОКТ измерялись минимальный 

внутренний и максимальный наружный диаметры разрыва.

Результаты

Причиной формирования разрыва у всех пациентов была тупая травма глаза. Макулярный разрыв был 

сформирован после травмы в течение 7 месяцев у семи пациентов и через 12 месяцев у трех пациентов. У 

пяти пациентов была диагностирована третья степень макулярного разрыва, у 3-х пациентов - вторая, а у 

двух остальных – четвертая и пятая. Биомикроскопическое исследование показало, что у восьми пациен-

тов макулярный разрыв был круглой формы, а у двух других - эллипсоидной. На ОКТ у всех пациентов был 

выявлен полный разрыв макулы. У четырех пациентов наблюдалась эпиретинальная мембрана, у одного 

интраретинальный отек, у двух субретинальная серозная жидкость, а у пяти кистозный отек вокруг раз-

рыва. Минимальный внутренний диаметр разрыва составил 518 мкм, максимальный - 1448 мкм. У одного 

из пациентов был выявлен 1-й тип травматического макулярного разрыва, у трех - 2-й, у двух - 3-й, а у 

четырех -4-й.

Заключение

Исследование  показало,  что  ОКТ  является  важным  и  незаменимым  методом  при  диагностике  трав-

матического  макулярного  разрыва  и  позволяет  выявить  мельчайшие  изменения,  которые  не  могут  быть 

обнаружены во время офтальмоскопии. С помощью ОКТ были выявлены особенности травматического 

макулярного разрыва. Кроме того, ОКТ позволяет нам контролировать естественный ход травматического 

макулярного разрыва без какого-либо вмешательства и выбирать будущую тактику лечения – терапевтиче-

скую или хирургическую. 

Kerimov M.I., Aliev Kh.D., Aliyeva TA

PECULIARITIES OF OPTICAL COHERENT TOMOGRAPHY IN THE 

TRAUMATIC MACULAR HOLES



National Ophthalmology Center named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: traumatic macular hole, optical coherence tomography

SUMMARY


Aim  -  to  evaluate  morphostructural  changes  in  traumatic  macular  holes  by  means  of  optical  coherence 

tomography (OCT).



Material and methods

The results of examination of the 10 patients (10 eye) with a traumatic macular hole were used. Each patient was 

exposed to the following symptoms: the shape of the rupture edge with respect to the retinal pigment epithelium; 

presence of an epiretinal membrane, tangential and vitreomacular traction, non-reflex cavities at the edges of the 

rupture, thickening of the retina around the rupture, as well as the presence of weak reflex cavities beneath the 

layer of neural network. With the help of OCT, the minimum internal and maximum external diameters of the hole 

were measured.



27

2017/3 (25)

ORİJİNAL MƏQALƏLƏR

Results

The cause of the rupture in all patients was a blunt trauma to the eye. The macular hole was formed after a 

trauma for 7 months in seven patients and in 12 months in three patients. Five patients were diagnosed with a third 

degree of macular hole, in 3 patients - the second, and the other two - the fourth and fifth. A biomicroscopic study 

showed that in eight patients the macular hole was of a circular shape, and in the other two - the ellipsoidal. On 

OCT all patients showed a complete hole of the macula. Four patients had an epiretinal membrane, one intraurethral 

edema, two subretinal serous fluid, and five cystic edema around the hole. The minimum internal diameter of the 

hole was 518 microns, the maximum - 1448 microns. In one of the patients, the first type of traumatic macular hole 

was detected, in the three patients the second type, in the two patients the third, and in the 4 th group.

Conclusion

The study showed that OCT is an important and indispensable method in the diagnosis of traumatic macular hole 

and allows to identify the smallest changes that can not be detected during ophthalmoscopy in case of traumatic 

macular hole. With the help of optical coherence tomography, traumatic macular hole features are revealed. In 

addition OCT allows us to monitor the natural course of the traumatic macular holes without any intervention and 

choose the future treatment tactics – therapeutic or surgical.



Korrespondensiya üçün: 

Kərimov Müşfiq İsrafil oğlu, tibb üzrə fəlsəfə doktoru, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 

şəkərli diabetin göz fəsadları bölməsinin müdiri

Əliyev  Xalid  Dilavər  oğlu,  tibb  üzrə  fəlsəfə  doktoru,  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya 

Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri 

Əliyeva  Tərlan  Aydın  qızı,  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin  lazer  şöbəsinin 

oftalmoloqu 

Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15 

Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47 

E-mail: administrator@eye.az; www.eye.az

Yüklə 74,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə