27
2017/1 (23)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.7:616-06
Rüstəmova N.M.
GÖRMƏ FUNKSİYASININ POZULMASI İLƏ BAĞLI PATOLOGİYALARIN
MULTİMORBİDLİYİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan
Açar sözlər: multimorbidlik, patologiya, görmə funksiyasının pozğunluğu
Göz xəstəlikləri ilə bağlı əlillik ağır sosial problem kimi bütün ölkələrdə, o cümlədən Azərbaycanda diqqətlə
araşdırılır [1-5]. Müəyyən olunmuşdur ki, Almaniyada 18 yaşa qədər uşaqların korluğuna səbəb olan əsas xəstəliklərə
torlu qişanın mərkəzi degenerasiyası (15,4%), qlaukoma (14,3%), torlu qişanın piqment degenerasiyası (10,3%),
miopiya (11,5%), görmə sinirinin atrofiyası (8%), diabetik retinopatiya (7,1%) aid edilmişdir. Çində korluğun
nozoloji səbəblərinin xüsusi çəkisi fərqlidir: 41% katarakta, 15,2% buynuz qişanın patologiyaları, 10,8% traxoma,
8,8% qlaukoma. Zəif görmənin əsas səbəbləri arasında katarakta 49,8%, refraksiya pozğunluqları 14,8%, traxoma
9,5%, buynuz qişanın patologiyası 8,4%, xorioretinit 6,2% paya malik olmuşdur. Şotlandiyada korluğun səbəbləri
arasında əsas yeri makulodistrofiya (58,8%) tutur, qlaukoma (12,8%) və diabetik retinopatiya (4,9%) nisbətən az
paya malikdir. Zəif görmənin səbəbləri arasında patologiyaların payı fərqlidir: 57,1% makulodistrofiya, 18,8%
qlaukoma, 4,7% anadangəlmə qüsurlar. Hindistanda 15 min uşaq korlar üçün xüsusi məktəblərdə təhsil alır.
Nigeriyada iki gözdən korluğun xüsusi çəkisi 43% təşkil etmiş və əsas nozoloji səbəblərinə aid olmuşdur: 11%
refraksiya pozğunluqları, 11% qlaukoma və 6% katarakta. Efiopiyada uşaqların korluğuna səbəb olan patologiyalar
arasında çiçək infeksiyasının fəsadlaşmaları 15% təşkil etmişdir. İtaliya və İsveçrədə görmə pozğunluqları (müvafiq
olaraq 4,5 və 8,1%) daha çox yayılmışdır. İrlandiyada uşaqlarda korluğun səbəbləri barədə fərqli məlumatlar
alınmışdır: 56% perinatal amillər, 40% genetik amillər. Alyaskada yaşayan eskimoslarda görmə funksiyasının
pozulması 83,7% hallarda refraksiya pozğunluqları (o cümlədən 44,7% miopiya, 10,4% hipermetropiya) ilə bağlı
olmuşdur və Amerika Birləşmiş Ştatlarının ümumi səciyyəsindən fərqlənmişdir [6, 7].
Bizim müşahidələrimiz göstərir ki, göz xəstəlikləri ilə əlillik əksər hallarda bir neçə patologiyanın nəticəsi
olan görmə funksiyasının ağır pozulması ilə bağlı olur [3]. Ona görə də əlilliyin səbəbləri təhlil olunanda əsas və
yanaşı diaqnozların rolu qiymətləndirilməlidir. Əlilliyə səbəb olan əsas və yanaşı xəstəliklərin xüsusi çəkilərinə
görə reytinqləri əksər hallarda fərqlidir, katarakta (I yer) və qlaukomanın (V yer) reytinqləri üst-üstə düşdüyü
halda buynuz qişanın (VII və II yerlər), göz almasının (XIV və VIII yerlər), görmə sinirinin (VI və XVII yerlər)
xəstəliklərinin, travmaların nəticələrinin (IV və XVI yerlər), miopiyanın (III və XII yerlər) reytinqləri kəskin
fərqlənir.
Azərbaycanda göz xəstəlikləri ilə bağlı şəxsi əlil hesab etmək üçün aşağıdakı meyarlar təsdiq edilmişdir:
–
Hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözlə görmə itiliyinin korreksiyası ilə 0,05-dən az
olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması). Bu müddətsiz təyin olunmuş I
dərəcə əlilliyin meyarıdır;
–
Hər iki gözdə görmə itiliyinin korreksiyası ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək
konsentrik daralması (II dərəcə əlilliyin meyarları);
–
Bir gözün olmaması və ya tam korluğu (görmə itiliyinin korreksiyası ilə 0,04-dən az olması, yaxud
görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması). Bu müddətsiz təyin olun-muş III dərəcə əlilliyin
meyarıdır.
Hal-hazırda bu patologiyaların multimorbidliyi tam öyrənilməmişdir.
Məqsəd - görmə funksiyasının pozulması ilə bağlı əlillərdə göz patologiyalarının multimorbidliyini
qiymətləndirmək.
Material və metodlar
Tədqiqat üçün müşahidə vahidi kimi, Tibbi Sosial Ekspert Komissiyalarında təsbit olunmuş ilkin əlillik hadisəsi
seçilmişdir. Nəticələrin reprezentativliyini təmin etmək və seçimlə bağlı elmi işlərdə yol verilən alfa (Type 1-ci
error) və beta (Type 2-ci error) səhvlərə yol verməmək üçün ucdantutma metodla irihəcmli toplum (2001-2008-ci
illərdə qeydə alınmış bütün 16303 hadisə) tədqiqatın obyekti kimi istifadə olunmuşdur.
Bu sənədlərin fərdi təhlili əsasında əlilliyi təsbit olunmuş hər xəstə üçün aşağıdakı mütləq informasiya
müşahidəmizin proqramına daxil edilmişdir:
28
2017/1 (23)
ORİJİNAL MƏQALƏLƏR
–
Zona tibbi-sosial ekspert komissiyalarının sıra sayları;
–
Əlilin adı, atasının adı və soyadı;
–
Əlilin təvəllüdü;
–
Əlilin təhsili və peşəsi;
–
Əlilin ünvanı;
–
Əlilliyin dərəcəsi, səbəbi və müddəti;
–
Respublika tibbi-sosial ekspert komissiyasının qərarı;
–
Əlilin oftomoloji durumu (görmə itiliyi; diaqnozları).
Əlilliyin nozoloji səbəbini müəyyənləşdirəndə yuxarıda qeyd olunan durumu formalaşdıran xəstəliklərin
təsnifatı istifadə olunmuşdur. İlkin sənədlərdə əgər bir xəstəlik əks olunursa həmin xəstəlik əlilliyin həm bilavasitə,
həm də birinci səbəbi hesab edilmişdir.
Sənədlərdə iki və daha çox diaqnoz yazıldıqda onlar arasında biri əlilliyin bilavasitə, qalanları isə birincili,
ikincili və sair səbəbi kimi kodlaşdırılmışdır:
–
Travmatik katarakta (bilavasitə səbəb – katarakta, birincili səbəb – görmə orqanının travması);
–
Mürəkkəb miopik astiqmatizm (astiqmatizm – bilavasitə səbəb, miopiya – birincili səbəb);
–
Anadangəlmə yüksək dərəcəli miopiya, miopik retinopatiya (retinopatiya-bilavasitə səbəb, miopiya
ikincili səbəb, anadangəlmə inkişaf qüsuru-birincili səbəb);
–
Miopik astiqmatizm, miopik xorioretinit, görmə sinirinin atrofiyası (bilavasitə səbəb-görmə sinirinin
atrofiyası, ikincili səbəb xorioretinit və astiqmatizm, birincili səbəb miopiya);
–
Mürəkkəb hipermetropik astiqmatizm, refraksion ambliopiya (bilavasitə səbəb – astiqmatizm və
ambliopiya, birincili səbəb hipermetropiya);
–
Travmadan sonra göz almasının atrofiyası, anoftalm (bilavasitə səbəb – anoftalm, ikincili səbəb – göz
almasının atrofiyası, birincili səbəb – görmə orqanının travması).
Sənədlərdə səbəb-nəticə ardıcıllığı tam bəlli olmayan bir neçə xəstəliyin diaqnozu qeyd olunanda, onlardan
nisbətən ağırı bilavasitə səbəb, digəri isə yanaşı xəstəliklər kimi kodlaşdırılmışdır. Toplanmış materiallar keyfiyyət
əlamətlərinin statistikası metodları ilə fərdi kompyuterdə Excel proqramında “məlumatların təhlili” paketi ilə
işlənmişdir [8].
Nəticələr və onların müzakirəsi
Aldığımız məlumatlar cədvəldə verilmişdir.
Göründüyü kimi, görmə funksiyasının pozulması ilə bağlı əlillik hadisələrinin ilkin əsas səbəbləri arasında
birinci 5 yeri müvafiq olaraq büllurun, torlu qişanın xəstəlikləri, miopiya, gözün travmaları və qlaukoma tutur.
İkinci 5 yerdə ardıcıl olaraq görmə sinirinin atrofiyası, buynuz qişanın xəstəlikləri, akkomodasiya və refraksiya
pozuntularının digər (miopiya və hipermetropiya nəzərə alınmayan) formaları, skleranın, qüzehli qişanın və siliar
cismin digər xəstəlikləri, hipermetropiya yerləşir.
Əlilliyin ilkin səbəblərini XBT 10 - da nəzərdə tutulmuş bloklar üzrə qruplaşdırdıqda onların ranqları aşağıdakı
kimi olmuşdur: 1 - torlu və damar qişasının xəstəlikləri (H30-H36), 2 - göz əzələləri xəstəlikləri, gözlərin müştərək
hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları (H49-H52), 3 - büllurun xəstəlikləri (H25-H28), 4 -
skleranın, buynuz və qüzehli qişanın, siliar cismin patologiyaları (H15-H22), 5 - göz və göz yuvası travmaları
(S.05), 6 - görmə sinirinin və yollarının xəstəlikləri (H46-H48), 7 - qlaukoma (H40-H42), 8 - gözün anadangəlmə
anomaliyaları (Q10-Q15) və 9-gözün şişləri (C69). XBT-10-da nəzərdə tutulan siniflərinə görə əlillik səbəblərinin
bölgüsündə birinci yeri göz və onun əlavə aparatının xəstəlikləri (H00-H59), sonrakı yerləri isə ardıcıllıqla
travmalar, anadangəlmə anomaliyalar və yenitörəmələr sinifləri tuturlar.
Göz və onun əlavə aparatının xəstəlikləri əlilliyin səbəbləri kimi əksər hallarda müştərək müşahidə olunur. Bu
həmin xəstəliklərin bir-biri ilə ümumi etio-patogenezinin olması, həm də müştərək assosiasiyası ilə əlaqədardır.
Belə nümunələrə aid etmək olar:
–
sağ gözün yetişmiş fəsadlı kataraktası + sol gözün əməliyyatla bağlı afakiyası + makulodistrofiya;
–
miopiya + astiqmatizm + xorioretinit;
–
travmatik qlaukoma + buynuz qişanın leykoması + sol gözün enukleasiyası;
–
sağ gözün yüksək təzyiqli qlaukoması + buynuz qişanın çapığı + travmatik katarakta + sol gözün yüksək
təzyiqli qlaukoması;
–
artifakiya + yüksək dərəcəli miopiya + xorioretinit + şüşəvari cismin bulanması və sair.
Bunları nəzərə alaraq əlilliyin ilkin əsas səbəbləri ilə yanaşı qeydə alınmış xəstəliklərin də rastgəlmə tezliyi
öyrənilmişdir. Yanaşı xəstəliklər arasında əsas yerləri müvafiq olaraq: büllurun patologiyaları, buynuz qişanın
xəstəlikləri, torlu qişanın xəstəlikləri tuturlar. Yanaşı xəstəlikləri bloklar üzrə qruplaşdıranda birinci üç yeri
29
2017/1 (23)
ORİJİNAL MƏQALƏLƏR
müvafiq olaraq tutur: akkomodasiya və refraksiya pozğunluqları, skleranın, buynuz və qüzehli qişanın və siliar
cismin xəstəlikləri, büllürün patologiyaları. Orta hesabla 100 əlildə 127,69 göz və onun əlavə aparatının xəstəliyi
qeydə alınmışdır. Əlillərdə aşkar olunan göz patologiyalarının tezliyinə görə birinci beş yeri torlu və damar qişanın
xəstəlikləri, akkomodasiya və refraksiya pozğunluqları, büllürün patologiyaları, skleranın, buynuz və qüzehli
qişanın, siliar cismin xəstəlikləri və göz travmalarının nəticələri tutur.
Cədvəl
Görmə funksiyasının pozulması ilə bağlı əlillərdə göz və onun əlavə aparatının xəstəliklərinin tezliyi
(mötərizədə ranqlar verilmişdir)
Siniflər (XBT-
10)
Bloklar və kodlar (XBT-10)
Patologiyalar (rubrika və alt rubrikalar)
S A Y I
100 əlilə
görə
əsas diaqnoz yanaşı diaqnoz Cəmi
VII. Göz və onun
əlavə aparatı
xəstəlikləri
(H00-H59)
Sklera, buynuz və
qüzehli qişa, siliar cismin
xəstəlikləri (H15-H22)
Buynuz qişa xəstəlikləri (H16-H18)
Uveit (H20) Digər xəstəliklər
(H20-H22)
1097 (7)
213 (16)
764 (9)
624 (2)
131 (10)
201 (9)
1721
344
965
10,56
2,11
5,92
Büllurun xəstəlikləri
(H25-H28)
Büllurun xəstəlikləri (H25-H28)
2227 (1)
814 (1)
3041
18,65
Torlu və damar qişa
xəstəlikləri (H30-H36)
Torlu qişanın xəstəlikləri (H33-H34)
Makulodistrofiya (H35.3) Digər
xəstəliklər
2152 (2)
436 (11)
130 (18)
564 (3)
22 (19)
228 (7)
2716
458
358
16,66
2,81
2,19
Göz alması və şüşəvari
cismin xəstəlikləri
(H43-H45)
Göz almasının xəstəlikləri (H44)
Şüşəvari cismin xəstəlikləri (H45)
283 (14)
269 (15)
212 (8)
114 (11)
495
383
3,04
2,35
Qlaukoma (H40-42)
Qlaukoma (H40-H42)
1323 (5)
424 (5)
1747
10,72
Görmə siniri və yollarının
xəstəlikləri (H46-H48)
Görmə sinirinin atrofiyası (H47.2)
Digər xəstəliklər
1144 (6)
212 (17)
32 (17)
112 (13)
1176
324
7,21
1,99
Göz əzələləri xəs-təlikləri,
gözlərin müştərək hərəkəti,
akkomodasiya və refreksiya
pozğunluqları (H49-52)
Miopiya (H52.1)
Hipermetropiya (52.0)
Digər xəstəliklər
1903 (3)
395 (10)
966 (8)
114 (12)
72 (16)
428 (4)
2017
467
1394
12,37
2,86
8,55
XIX Travmalar
Göz və göz yuvasının
travmaları (S.05)
Travmatik mənşəli bütün göz
xəstəlikləri (T90.5)
1760 (4)
292 (16)
2052
12,58
II Yenitörəmələr
Gözün şişləri (C69)
Gözün şişləri (C69)
24 (22)
49 (15)
73
0,45
XVII
Anadangəlmə
anomaliyalar
Gözün anadangəlmə
anomaliyaları (Q10-15)
Anoftalm, mikro və makroftalm (Q11)
Katarakta (Q12) Qlaukoma (Q15)
401 (12)
129 (19)
48 (21)
4 (22)
5 (21)
11 (20)
405
134
59
2,48
0,82
0,36
IV
Şəkərli diabet (E10-14)
Diabetik retinopatiya (H36) Diabetik
katarakta (H28)
368 (13)
59 (20)
38 (16)
24 (18)
406
83
2,49
0,51
CƏMİ
16303
4515
20818
127,69
Aldığımız nəticələr göstərir ki, oftalmologiyada uzun illər boyu əlilliyin səbəbləri barədə formalaşmış unitar
yanaşma (yəni, yalnız bilavasitə səbəbə görə təsnifatlandırma) göz xəstəliklərinin tibbi-sosial ağırlığını tam
əks etdirmir. Tətbiq etdiyimiz alternativ yanaşma qoyulmuş məqsəddən asılı oftalmologiyanın prioritetlərinin
dəyişdiyini göstərir. Aldığımız ümumi nəticə odur ki, göz xəstəlikləri ilə bağlı əlilliyin bilavasitə səbəbi olan
patologiyaların prioritetinə əsaslanan profilaktika və müalicə proqramı əlilliyin azalmasına zəmanət verə bilməz.
Bu məqsədə çatmaq üçün yeganə etibarlı yol göz xəstəliklərinin kompleks müalicə-profilaktikası yoludur.
Yekun
Beləliklə, görmə funksiyalarının pozulması ilə bağlı əlillik polipatologiyalarıdır. Bu patologiyaların əlilliyin
formalaşmasında rolu və yeri (reytinqi) onların əsas və yanaşı xəstəlik kimi təzahüründən asılı olaraq dəyişir. Göz
xəstəliklərinin geniş yayılması da onların müştərək tazahürünü şətrləndirir və oftalmoloji yardımın kompleksliyini
tələb edir.
Göz xəstəlikləri ilə bağlı əlillik əksər hallarda polimorbidlik fonunda inkişaf edir.
Göz xəstəliklərinin polimorbidliyi pasiyentlərin müalicə və reabilitasiyasında kompleks yanaşmanın zəruriliyini
göstərir.
30
2017/1 (23)
ORİJİNAL MƏQALƏLƏR
ƏDƏBIYYAT:
1.
Rüstəmova N.M., Qasımov E.M. Göz patologiyalarının əhalinin xəstələnmə və əlilləşməsinin səbəbləri
arasında yeri // Azərbaycan Tibb Jurnalı, Bakı, 2010, №3, s.125-128.
2.
Rüstəmova N.M., Qasımov E.M. Вüllurun patologiyalarının səbəb olduğu ilkin əlilliyin tibbi-sosial
yükünün ağırlığı // Oftalmologiya, elmi-praktik jurnal, Bakı, 2010, №4, s.21-24
3.
Rüstəmova N.M. Göz xəstəlikləri ilə bağlı ilkin əlillik riskinin regional xüsusiyyətləri // Sağlamlıq, Bakı,
2010, №4, s.115-118
4.
Стентон Г. Медико-биологическая статистика. М.: Практика. 1999, 459 с.
5.
Castagno V. D., Fassa A.G., Carret M. V. et al. Hyperopia: a meta-analysis of prevalence and a review of
associated factors among school-aged children // BMC Ophthalmology, 2014, v.14, p.163
6.
Рустамова Н.М. Сравнительная оценка возраста лиц, впервые признанных инвалидами по различ-
ным заболеваниям глаз // Офтальмология, М., 2012, т.9, №1, с.80-82.
7.
Рустамова Н.М. Возрастной риск первичной инвалидности вследстие глазных заболеваний в
Азербайджане // Российский Офтальмологический журнал, М., 2012, т.5, №1, с.65-68.
8.
Kyari F., Entekume G., Rabiu M. et al. A Population-based survey of the prevalence and types of
glaucoma in Nigeria: results from the Nigeria National Blindness and Visual Impairment Survey // BMC
Ophthalmology, 2015, v.15, p.176.
Рустамова Н.М.
МУЛЬТИМОРБИДНОСТЬ ПАТОЛОГИЙ, СВЯЗАННЫХ С НАРУШЕНИЕМ
ЗРИТЕЛЬНОЙ ФУНКЦИИ
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан
Ключевые слова: мультиморбидность, патология, нарушение, зрительная функция
РЕЗЮМЕ
Цель - Оценить степень мультиморбидности глазных патологий формирующих нарушение зрительной
функции.
Материалы и методы
Единицей наблюдения был пациент с нарушением зрительной функции инвалидом. Сплошным мето-
дом охвачены первичные документы пациентов во время освидетельствования. Скопированы сведения обо
всех патологиях органов зрения.
Выделены первоначальные и непосредственные причины инвалидности. В каждой группе учтены со-
путствующие глазные болезни, влияющие на тяжесть потер трудоспособности. Кодировка причин инвалид-
ности проведена в соответствие с четырехзначными рубриками Международной Классификации Болезней
10-го просмотра. Основными показаниями для расчета были: количество сопутствующих патологий на 100
инвалидов; доля случаев нарушения зрительной функции в связи с основным диагнозом.
Статистическая обработка проводилась методами анализа качественных признаков.
Результаты
Установлено, что на 100 инвалидов приходится 127,69 патологий органа зрения, среди которых преоб-
ладают болезни хрусталика (18,65), сетчатки (16,66), глаукома (10,72), миопия (12,32) и последствия травм
(12,58).
Заключение
Мультиморбидность причин нарушения функции зрения обусловливает необходимость комплексного
подхода к лечению и реабилитации инвалидов с офтальмопатологией.
31
2017/1 (23)
ORİJİNAL MƏQALƏLƏR
Rustamova N.M.
MULTIMORBIDITY OF PATHOLOGIES FORMING VIOLATION OF VISUAL
FUNCTIONS
National Centre of Opthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan.
Key words: multimorbidity, pathology, violence, visual function
SUMMARY
Aim - Assess the multimorbidity degree of ocular pathologies forming violation of visual function.
Materials and methods
Statistic observation unit was a patient with infringement of visual function. All information about the
pathologies of organs of vision has been copied.
The primary and direct causes of invalidity are distinguished. The coucomitant ocular diseases influencing on
the severity of disability are taken into account in each group. The coding of the invalidity causes was conducted in
accordance with the quadrivalent headings of the International Classification of Diseases of the 10th examinations.
The main indications for calculation were as follows: the number of accompanying pathologies on 100 invalids;
the number of cases of visual function violation in connection with the main diagnosis.
Statistical processing was performed by methods of analysis of qualitative features.
Results
It was determined that among 1000 disabled persons there were 127,69 pathologies of organs of vision, among
which the lens diseases (18,65), diseases of the retina (16,66), glaucoma (10.72), myopia (12.32) and the results of
traumas (12,58) were predominated.
Conclusions
Multimorbidity of causes of visual functions violation necessitates a comprehensive approach to treatment and
rehabilitation of disabled people with ophthalmological pathology.
Korrespondensiya üçün:
Rüstəmova Nazilə Məmməd qızı, tibb üzrə elmlər doktoru, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin elmi katibi
Tel.: (+99412) 569-09-07, (+99412) 569-09-47
Ünvan: AZ1114, Bakı ş, Cavadxanküç, 32/15
Email: samirahuseynli@yahoo.com; administrator@eye.az: www.eye.az
Dostları ilə paylaş: |