Orta əsrləRİn avropa fəLSƏFƏSİ



Yüklə 135,21 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü135,21 Kb.
#80802
növüYazı


ORTA ƏSRLƏRİN AVROPA FƏLSƏFƏSİ. 

Orta  əsrlər  dövründə  həm  Qərbdə,  həm  də  Şərqdə  feodalizm 

cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin 

əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil 

edirdi.  Orta  ğsrlər  dövrünün  fəlsəfi  fikri  isə  öz  kökləri  ilə 

monoteizmlə,  təkallahlılıqla  bağlıdör.  Fəlsəfənin  inkişafı  udaizm, 

xristianlıq  və  islam  dini  ilə  bilavasitə  bağlıdır.  Qədim  dövrlərin 

fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan 

teosentrik  xarakter  daşıyır.  Burada  bütün  mövcud  olanların  əsasında 

təbiət  deyil,  ilkin  əsas  və  səbəb  olan  Allah  durur.  Avropada  fəlsəfi 

fikir isə xristianlıq vəhyi və antik fəlsəfənin idealist ənənələri arasında 

inkişaf  etmişdir.  Xristian  dini  ehkamları  sistemində  kreasionizm 

(yaradan,  quran,  xəlq  edən)  dünyagörüşü  mühüm  yer  tutur.  Həmin 

prinsipə  əsasən  Allah  dünyanı  heç  nədən  öz  ali  qüdrətinə  görə 

yaratmışdır.  Bibliya  mətnlərində  və  onun  şəhərlərində  də  Allah  öz 

dilindən insana bildirir ki, varlıq mənəm.  

Bütün filosoflarda hər bir şeyin dərk edilməsi dörd suala müncər 

edilir:  

1) varlıq mövcuddurmu? 

2) O, nədən ibarətdir?  

3) O, necədir?   

4) Niyə və ya nə üçün mövcuddur?  

Orta  əsrlərdə  fəlsəfənin  ən  mühüm  və  xarakterik  cəhətləri 

nominalizm  və  relizminrealizmin  polemik  mübarizəsində  öz  əksini 

tapmışdır. 

Yunan  fəlsəfəsindən  danışarkən  biz  qeyd  etmişdik  ki,həmin 

fəlsəfə  antik  cəmiyyətə  xas  olan  demokratiya  zəminində 

yaranmışdır.Orta  əsrlər  fəlsəfəsi  isə  feodalizm  dövrünün(V-X  əsrlər) 

məhsulu  olmuşdur.Orta  əsrlər  öz  tarixini  Qərbi  Roma  imperiyasının 

süqutundan  (476-cı  il)başladığı  halda  ,bu  dövrün  fəlsəfi  təlimi  I-IV 

əsrdən  formalaşmışdı.Bu,  özünü  stoiklərin  ,epikurçuların  və 

neoplatonçuların  etik  konsepsiyalarında  göstərirdi.Əlbəttə  bu  dövrün 

fəlsəfəsində  antik  fəlsəfənin  görkəmli  nümayəndələri  olan 

Sokrat,Platon,Aristotel kimi parlaq simalar olmamışdır. 

Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika(sxolastika-

latınca 


scholasticus 

sözündən 

olub,alim 

deməkdir,rasional 

əsaslandırılmanın  birləşməsi  ilə  ifadə  olunan  dini  fəlsəfə  tipini 

göstərir.)adlandırırlar.Orta  əsrlər  fəlsəfəsinin  əsas  cəhətlərini  ifadə 

edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin  dövrdə 

filosofluq  etmənin  əsas  üsulu  kimi  çıxış  etmişdir.Bu  fəlsəfə  üçün 

bütün  varlığı  müəyyən  edən  reallıq  təbiət  deyil  ,allah  olmuşdur.Orta 

əsrlər  sxolastikasının  ikinci  vacib  əlaməti  “Məktəblərin”  təsiri  ilə 

müəyyənləşmişdir.Burada,avtoritetə  tabeçilik  və  ona  sədaqət  mühüm 

yer  tutmuşdur.”Məktəbə”  mənsub  olmaq  ,onun  ideologiyasına  riayət 

etmək  əsas  şərt  idi.Lakin  zaman  keçdikcə  bu  fəlsəfənin  digər  bir 



 

cəhəti  –köhnə,vaxtını  keçirmiş  formullara  meyllə  ifadə  olunan 



formalizm  də  meydana  çıxmışdır.Buradan  isə  orta  əsrlər  fəlsəfəsinin 

daha  bir  cəhəti  –onun  şəxssizliyi  xarakteri  üzə  çıxmışdır.Bu  halda 

təfəkkür  üsulunda  abstrakt-ümumi  qarşısında  şəxsi  geri  çəkilir.Orta 

əsrlər  fəlsəfəsində  məktəb  hakimdir  və  burada  mücərrəd  mühakimə 

əsas  yeri  tutur.Orta  əsrlər  sxolastikasında  teoloji  dünya  anlamından 

meydana  çıxan  iki  vacib  prinsip  də  mövcud  olmuşdur.Bunlar 

ontologiyanın  başlıca  prinsipi  olan  kreatsionizm(yaxud  yaranma)  və 

qnoseologiyanın  başlıca  prinsipi  olan  vəhy  prinsipləri  idi.Hər  iki 

prinsip  bir-biri  ilə  sıx  əlaqədə  olub  vahid,şəxsi  allaın  mövcudluğunu 

irəli 


sürürdü.Daha 

dəqiq 


desək 

,əgər 


yunan 

fəlsəfəsi 

politeizmlə(çoxallahlıqla)  əlaqədar  idisə,orta  əsrlər  fəlsəfəsi  də 

monoteizmlə(təkallahlıqla) bağlı idi.Ona görə də müxtəlif təlimlərdən 

ibarət  olmasına  baxmayaraq  ,yunan  fəlsəfəsi  bütövlükdə  naturalist 

xarakter(hər  şeyi  ,  o  cümlədən  insanı  da  əhatə  edən  bütöv  olan-

təbiətdir)  daşımışdır.Orta  əsr  fəlsəfəsinə  isə  dini  xarakter  (hər  şey-

allahdır)xas olmuşdur. 

Orta  əsrlərin  Avropa  fəlsəfəsi  ,hər  şeydən  əvvəl  ,  iki  böyük 

şəxsiyyətin  –Avqustin  və  Akvinalı  Fomanın  adı  ilə  bağlıdır.İlkin 

xristianlıq 

fəlsəfəsi 

tam 

şəkildə 


Avqustinin 

təliminə 

əsaslanmışdır.Əslində  ,sonrakı  dövrün  sxolasikası  da  Avqustin 

ənənələrinə  sadiq  qalmışdır.Akvinalı  Foma  isə  Avqustinin  təlimini 

Aristotel təlimi ilə sintezləşdirmişdir. 

Avqustin  (354-430)  orta  əsr  fəlsəfəsinin  görkəmli  nəzəriyyəçisi 

,teoloq  və  filosof  olmuşdur.Onun  fəlsəfi  ideyaları  “Həqiqi  din 

haqqında”  ,  “Azad  iradə  haqqında”  ,  “Tövbə”  ,  “Allah  şəhəri 

haqqında”  əsərlərində  öz  əksini  tapmışdır.”Allah  şəhəri  haqqında” 

əsəri  daha  mühüm  yer  tutur.Orada  filosof  insan  birliyinin  bir-birinə 

əks  olan  iki  növünü  təhlil  etmişdir.Bunlardan  birincisi,  “dünyəvi 

şəhər”  ,  daha  doğrusu  özünə  məhəbbətə  əsaslanaraq  allahın  inkarına 

aparıb  çıxaran  dövlətçilikdir,ikincisi  isə  “Allah  şəhəri”dir  ki,burada 

Allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir.Qeyd 

etmək  lazımdır  ki,Avqustinin  “Allah  haqqında  təlimi”  sxolastikaya 

həlledici  təsir  göstərmişdir.Allah  ali  varlıqdır,dünya  qaydalarını 

şərtləndirən  əbədi  və  dəyişməz  ideyaların  mənbəyidir.Allah  zərurətə 

görə deyil ,öz iradəsinə görə dünyanı heç  nədən yaratmışdır. 

“Allah  şəhəri  haqqında”  əsərində  Avqustin  yazırdı  ki,dünya 

zamanda  deyil  ,zamanla  birlikdə  yaradılmışdır.Beləliklə,fəal  yaradıcı 

başlanğıc  təbiətdən,kosmosdan  alınaraq  allaha  verilirdi.Ona  görə  də 

orta  əsr  fəlsəfəsində  kosmos  yunan  fəlsəfəsində  tutduğu  mövqeyini 

itirmişdir.Avqustin  təlimində  dünya  haqqında  təlim  ikinci  reallıq 

haqqında təlim kimi verilmişdir.Onun təlimində antik dualizm (əql və 

materiya) rədd edilir , əvəzində monizm əsas mövqeyə çıxır.Monizm 

prinsipinə  görə  ,yalnız  mütləq  başlanğıc  –allah  yaratdığı  dünya  iki 

reallıqdır.Onlar  mütləq  şəkildə  ontoloji  olaraq  bir-birindən 



 

ayrılırlar.Allah həqiqi varlıqdır, o əbədidir,dəyişməzdir,heç nədən asılı 



deyildir,hər  şeyin  mənbəyidir(əslində  antik  filosofların  varlığa  aid 

etdikləri atributları orata əsr fəlsəfəsində Allaha aid edilirdi).Avqustin 

fəlsəfəsində  tale,qismət  təlimi  mühüm  yer  tutur.Həmin  təlimdə 

göstərilirdi  ki,subyektiv  olaraq  insan  azad  fəaliyyət  göstərməsinə 

baxmayaraq,o nə iş görürsə ,allah onun vasitəsilə edir.Özünün qərarı 

ilə  allah  bəzi  adamları  xilas  edir,digərlərini  cəhənnəm  əzabında 

cəzalandırır.Xristian tale ,qismət təliminin mahiyyəti belədir.İlahi tale 

qismət prinsipi iki bir-birinə zidd şahlıqların mənbəyidir.Bu iki şahlıq 

axirət  dünyası  və  real  dünyadır.Real  dünya  müharibələrlə  ,zorakılıq 

üzərində qurulmuşdur.İlahi dünya isə kilsənin köməyi ilə formalaşır. 

Avqustin  özünün  ilahiyyətə  dair  əsərlərində  dəfələrlə  kilsə 

analyışına  müraciət  etmişdir.Çünki  həmin  analyış  Avqustinin 

dünyagörüşündə  həlledici  yer  tuturdu.Sonralar  sxolastiklər  ,xüsusilə 

Akvinalı  Foma  üçün  həmin  analyışlar  fundamental  mahiyyətə  malik 

olmuşdur.Avqustin  özünün  fəlsəfə  təlimini  teologiya  haqqında  təlim 

kimi təqdim etmişdir.O,teologiyanı təbii elm hesab edirdi.Avqustinin 

fikrincə  ,Allah  müdriklik  simvoludur.Ona  görə  də  müdrikliyi  sevən 

filisoflar Allahı da sevməlidirlər. 

Avqustinin  adı  ilə  başqa  bir  mühüm  ənənə  də  bağlıdır.O,insan 

ruhunun psixologiyasına diqqətli olmuşdur.Onun üçün insan ruhunun 

incəlikləri  Allah  tərəfindən  yaradılan  başqa  şeylər  kimi  sirli  bir 

aləmdir.Bu  incəliklər  ruhun  xilası  üçün  ,onun  günahlarından 

təmizlənməsi  üçün  olduqca  vacibdir.Bu  səbəbdən  tövbə  böyük 

əhəmiyyət  kəsb  edir.Fəlsəfədə  tövbə  anlayışının  başlanğıcına  görə 

Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır.Jan Jak Russonun 

“Tövbə”si,  L.Tolstoyun  “Tövbə”si  Avqustinin    “Tövbə”sindən 

bəhrələnmişdir. 

Orta  əsrlərdə  sxolastikanın  məşğul  olduğu  əsas  mövzu  biliyin 

etiqada  münasibəti  məsələsi  olmuşdur.Bu  problem  etiqadın  əql 

üzərindəki  prioriteti  problemi  idi.Fəlsəfi  mübahisələrdə  bu  problem 

“universalilər” ,yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ 

kimi formalaşmışdı.Nəticədə iki nöqteyi-nəzər ,iki baxış yaranmışdı: 

1)insanın fikri və nitqindən asılı olmayaraq “universalilərin” real 

varlığının təsdiqi: 

2)əks 

təsdiq-insandan 



asılı 

olmayan 


“universalilərin” 

mövcudluğu reallığının inkarı. 

Birinci  nöqteyi-nəzər  realizm  adlanırdı.İkincisi  isə  nominalizm 

idi ki,insan fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu 

inkar  edirdi.Bunun  əvəzində  isə  o,ayrı-ayrı  şeylərin  “adlarının” 

mövcudluğunu təsdiq edirdi(nominalizm-latınca ad sözündədir). 

Göründüyü kimi,orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi.Çünki həmin 

baxışa görə,ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir:1.”Maddi cismə 

qədər”.daha dəqiq desək ,ilahi zəkada mövcudolma;2.”Maddi cismin özündə”.onun 

mahiyyəti və



 

Yüklə 135,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə