Örtünmə, dur! Kimsən, nerəlisən sən? Gözəl qaçqın, başı bəlalı qaçqın!



Yüklə 2,33 Kb.
tarix06.05.2018
ölçüsü2,33 Kb.
#42817

Örtünmə, dur! Kimsən, nerəlisən sən?
Gözəl qaçqın, başı bəlalı qaçqın!
Gülümsə, nur saçılsın üz-gözündən,
Ey hər halı mələk ədalı qaçqın!..

Zülfünü qoynunda bəsləmiş gecə,


Süzgün gözlərin, gül üzün pək incə,
Könül məst olur sən gülümsədikcə,
Ey nazlı dağların maralı qaçqın!

Mən istərəm ömrüm səninlə gülsün,


Söylə, nə dərdin varsa anlat bütün;
Aman, nə oldu ki, sən böylə düşdün
Yurdundan, elindən aralı qaçqın!

Ah, səni gördüm də dağıldı huşum,


Vuruldum sənə, sanki bir sərxoşam,
Mən də sənin kimi qərib bir quşam,
Gəl mənə, ey könlü yaralı qaçqın!..
1919
Yüklə 2,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə