Оруъ Ибадлы



Yüklə 111,91 Kb.
Pdf görüntüsü
tarix02.06.2018
ölçüsü111,91 Kb.
#47241


Oruc İbadlı 

 

 

 



Müalicə bitkiləri 

 

 



DƏRMAN BƏDRƏNCİ 

 

 



 

 

Bakı-2009

 



 

 



 

 

 

 

 

Redaktorlar: V.S.Fərzəliyev, N.B.Hüseynova 

 

Oruc İbadlı 



Dərman bədrənci. Bakı,  2009 

 

Dərman, qida və ətirli-ədviyyəli bitki kimi misilsiz imkanlara 

malik,  əvəzolunmaz  əhəmiyyət  kəsb  edən  dərman  bədrənci  hələ 

qədim zamanlardan insanlar tərəfindən istifadə olunmuşdur.  

Kitabçada  bədrəncin  bioloji  xüsusiyyətləri,  əkilməsi,  becəril-

məsi, müxtəlif xəstəliklərin müalicəsində istifadəsi qaydaları və s. 

öz əksini tapmışdır.  

AMEA-nın  müxbir  üzvü,  b.e.d.    O.V  İbadlı  kitabçanın 

tərtibində  anası  Seyid  Fatimənin  söz  boxçasından  və  Qafqazda 

apardığı 42-illik tədqiqatlarının materiallarından istifadə etmişdir. 

Kitabça geniş oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.  

Onun  ərsəyə  gəlməsində  böyük  xidmətləri  olan  S.N. 

Kazımovaya,  A.O.  Nəsibovaya  və  G.T.  Əliyevaya  təşəkkürü-

müzü bildiririk.   



 

 

 

 



 

© 

Oruc İbadlı 



 

 


 

 



Dərman bədrəncinin müalicəvi xüsusiyyətləri 

 

Yüzlərlə xəstələrə şəfa vermiş sevimli                      

   anam Seyid Fatimənin əziz xatirəsinə   

ithaf edirəm 

 

Bədrənc  (ballı  nanə,  limonotu,  arıotu,  balotu,  batrinc  və 



s.)  -  Melissa  L.-  Lamiacea  Lindl.  –  Dalamazkimilər 

fəsiləsinə  aid  olub,    Aralıq  dənizi  ölkələrində,  Qafqazda  və 

Azərbaycanda  bir  növü  -  M.officinalis  L.-  dərman  bədrənci 

yayılmışdır.  Melissa  sözü  latın  dilindən  tərcümədə  «bal» 

deməkdir.    Bitki  bal  arılarını  həddindən  çox  cəlb  etdiyinə  

görə  belə adlandırılmışdır.  

Bədrənc  əsasən  Mərkəzi  Avropa  ölkələrində,  Aralıq 

dənizi  sahillərində,  Qafqazda  (Krımda),  Azərbaycanda,  ən 

çox  Quba-Xaçmaz,  Kür-Araz,  Ağdam-Füzuli,  Lənkəran-

Lerik  ərazilərində  və  Naxçıvan  MR-nın  rayonlarında  geniş 

yayılmışdır. Bitkiyə ən çox aşağı və orta dağ qurşaqlarında, 

meşələrin  talalarında, kolluqlarda və bəzən  bağ-bağçalarda 

rast gəlinir. 

Bədrənc  gilli-daşlı,  qumsal  torpaqlarda,  ən  çox 

kolluqların  ətrafında  bitir.  Bədrənc  çox  qədim  vaxtlardan 

xalq təbabətində istifadə olunur. Qədim əsatirlərdə, Teofrast, 

Dioskorid,  Koeymella  və  İbn  Sinanın  əlyazmalarında  bitki 

haqqında geniş məlumatlar verilir.  

Azərbaycanın 

bir 


çox 

rayonlarında 

bitkinin 

yarpaqlarından  mədə-bağırsaq  xəstəliklərində,  köpməyə, 

sancılara  qarşı  geniş  istifadə  olunur.  Təəssüf  ki,  belə 

qiymətli  dərman  və  ədviyyat    bitkisi    öz  geniş  istifadə 

imkanlarını tapmamışdır.  

Məhz  bu  nöqteyi  -  nəzərdən  tərəfimizdən  hələ  1973-cü 

ildə  Füzuli  rayonun  Dövlətkarlı  kəndinin  Daşyeli  dağının 



 

 



ətəklərindən  bitkinin  toxumları  yığılıb  gətirilərək  AMEA-

nın  Mərkəzi  Nəbatat  Bağının  təcrübə  sahəsində  əkilib 

becərilməyə 

başlanmışdır. 

Hazırda 

bədrənc 


bitkisi 

toxumları,  vegetativ  orqanları,  kökümsovları  vasitəsilə  asan 

artıb  çoxalır.  Yerli  iqlim  şəraitində  bitir,  toxumları  ilə  öz-

özünə daha geniş artıb çoxalma qabiliyyətinə malikdir.  



 

 

Bədrəncin botaniki təsviri 

 

Bu  növ  Dalamazkimilər  (Lamiaceae)  fəsiləsinin  Melissa 



cinsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Yerüstü  hissəsi 

(yarpaq  və  budaqları)  limon  ətri  verir.  Gövdəsi  düzbudaqlı 

olub  nisbətən  tükcüklüdür,  hündürlüyü  50-100  sm-dir. 

Yarpaqları  qarşı-qarşıya  düzülmüş,  saplaqlı    yumurtavarı 

formadadır.  Yarpağın  alt  tərəfi  bozumtul-yaşıl  rəngdədir. 

Yarpaqları  nisbətən  iridir,  kənarlarında  qırmızımtıl  nöqtələr 

hiss olunur. Yarpaq ayasının uzunluğu 8-12 sm, eni 3-4 sm-

dir.  Çiçəkləri  xırda,  açıq-bənövşəyi  və  ya  çəhrayıdır. 

Çiçəkləməsi mayın axırlarından başlayır və iyulun axırlarına 

kimi  davam  edir.  Yetişmiş  meyvələri  açıq-qonur  rənglidir, 

diametri 1,5 mm-dir. Toxumları cücərmə qabiliyyətini 2-3 il 

saxlaya  bilir.  Bitkinin  vegetasiya  müddəti  105-125  gündür 

(şəkil 1). 

 

 




 

 



 

 

Şəkil 1. Bədrənc bitkisi kolleksiya sahəsində 



 

 

Kimyəvi tərkibi 

 

Kimyəvi tərkibinə görə başqa dərman bitkilərinə nisbətən 



yüksək müalicəvi xüsusiyyətlərə malikdir.  

Bitkinin  yerüstü  zoğ  hissəsində  0,33%,  yarpaq-larında 

0,1-0,3%,  çiçəklərində  0,04-0,08%  efir  yağı  vardır.  Efir 

yağının  tərkibinin  çox  hissəsini  (60%)  sitral  aldehidi  təşkil 

edir.  Bundan  əlavə  tərkibində  sitronellol,  mirsen,  geraniol, 

linalol və başqa ferhenlər, yarpaqlarında aşı maddələri (5%), 

qətran,  selikli  maddələr,  qəhvə,  ursol,  oleanol  turşuları  və 

150 mq %-C vitamini vardır. Meyvələrinin tərkibində 20 % 

piyli-yağ vardır.  

 

 




 

 



 

İstifadə qaydaları 

 

Bədrəncdən  müxtəlif  xalqlar  ayrı-ayrı  xəstələiklərin 



müalicəsində  istifadə  edirlər.  Bitkinin  elmi  təbabətdə 

unudulmasına  baxmayaraq,  AMEA  Mərkəzi  Nəbatat  

Bağında  40  ildən  artıq    çalışdığım  vaxtdan  bu  qiymətli 

bitkinin  ayrı-ayrı  rayonlarda  müxtəlif  məqsədlər  üçün  

istifadə  olunduğunun    şahidi  olmuşam.  Becərilməsi  çox  da  

zəhmət  tələb  etməyən    bu  qiymətli  bitkini  unutmaq 

həqiqətən də bağışlanılmazdır. 

Azərbaycanın    xalq  təbabətində  bitkinin  yerüstü 

hissəsinin  çay  kimi  dəmləməsi  ürək  ağrılarında,  qan 

təzyiqinin  aşağı  salınmasında,  köpmədə,  həzm  prosesinin 

nizama  salınmasında  istifadə  olunur.  Azərbaycanın    bir  çox 

rayonlarında  hələ  40-50  il  bundan  qabaq  bədrənc  çayı 

böyrək  xəstəliklərində  sidikqovucu  və  iltihabı  götürən 

məhlul kimi daxilə qəbul edilir və yaxud içilirdi.  

Azərbaycanın  Quba-Xaçmaz  bölgəsində  yerli  əhali 

bitkinin çiçəklərini toplayıb qurudur,  yel və podaqra (oynaq 

ağrıları)  xəstəliklərinin  müalicəsində  çay  kimi  dəmləyərək 

istifadə edirlər.  

Respublikanın  Ağdam,  Füzuli,  Cəbrayıl  və  s.  rayonlarda 

bədrəncdən  hazırlanmış  davacatdan  oturaq  sinir  ağrılarının 

sakitləşdirilməsində, 

gəyirmənin, 

hıcqırmanın, 

ürək 


ağrılarının, 

sancıların, 

xüsusən 

də, 


taxikardiyanın 

müalicəsində istifadə edirlər.  

Qafqaz 

regionlarında, 



xüsusən, 

Azərbaycan 

və 

Gürcüstanda  bitki  geniş  istifadə  olunur.  Gürcü  dilində 



bitkiyə    «Barambo»    deyilir.  Gürcüstanda  bitkinin 

dəmləməsi və cövhərindən sidikqovucu, tərlədici vasitə kimi 

istifadə edilir.  



 

 



Arı  şanlarından    məhsul  yığılarkən  arı  sancmasın  deyə 

bədənə, ələ və üzə bədrənc suyu çəkirlər. Arının beçəvermə 

vaxtı  qaçıb  dağılmasının  qarşısını  almaq  üçün  bitkinin 

suyundan  istifadə  edirlər.  Nəticədə  təzə  beçə  topa  şəkildə 

təzə yeşiyə yığılır.  

Orta  Asiya  təbibləri  isə  bitkinin  yarpaqlarının  və 

çiçəyinin  həlimindən  qanazlığı,  mədə  ağrıları,  əsəb 

sisteminin 

möhkəmləndirilməsi, 

ürək 


fəaliyyətinin 

nizamlanması,  sidikqovucu,  ürəkkeçmədə,  başgicəllən-

məsində, qadınların ana halının (aybaşının) ağrılı keçməsi və 

gecikməsində, 

oynaqlarda 

maddələr 

mübadiləsinin 

pozulması 

zamanı 

əmələ  gələn  şişlərin  (podaqra) 



müalicəsində istifadə edirlər.  

Bolqar  təbibləri  isə  bədrəncdən  ağrıkəsici,  əsəb 

sisteminin sakitləşdirilməsi, iştahgətirici,  yuxusuzluğa qarşı, 

dəri səpgiləri, ağrılı aybaşı, eyni zamanda diş ətinin ağrısı və 

qanamasında  istifadə  edirlər.  Bunun  üçün  8-10  qr.  xırda 

doğranıb,  qurudulmuş  yarpaqları  500  ml  qaynadılmış  suya 

töküb  30  dəqiqə  ağzı  bağlı  saxlayır,  sonra  süzüb  yeməkdən 

qabaq, acqarına, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edirlər.  

Fransız  təbibləri  isə  bitkidən  sakitləşdirici,  tutmalara 

(spazmalara),  qulaqda  əmələ  gələn  küyə  qarşı,  ürək 

əzələlərinin  möhkəmləndirilməsində,  yarasağaldıcı,  mədə 

ağrılarında,  əsəb  gərginliyi,  başın  gicəllənməsi,  və  s. 

xəstəliklərin müaliçəsində istifadə edirlər. 

Bunun  üçün  20-50  qr.    qurudulmuş      yarpaqları  1  litr  

qaynadılmış    suya  tökür,  30  dəqiqə  dəmlədikdən  sonra 

gündə 3 dəfə, acqarına 200 ml qəbul edirlər.  

Avstriya  əczaçıları    bitkinin  ev  əczaxanası  kimi  təzə-tər 

cövhərindən 

mədə-bağırsaq 

ağrılarında, 

bağırsaq 

köpmələrinin qarşısının alınmasında istifadə edirlər.             




 

 



Polşa  təbibləri    bədrənci  oturaq  sinir  ağrıları  zamanı 

pişikotu (valerian) kökü əvəzinə  istifadə edirlər.  

Bədrəncin  ətirli  yarpaqları  spirtli  və  spirtsiz    içkilərin  

hazırlanmasında  («Sartrez»,  «Beneduktun»,  «Yero-qoviç») 

geniş istifadə olunur.  

Qədim şərq təbabətində bağırsaq çöplərinə və sancılarına 

qarşı  20  qr.  qurudulmuş  bədrənc  yarpaqlarının  qaynar  suda 

dəmləməsindən  istifadə  olunurdu.  Yaxud  2  çay  qaşığı 

bədrəncin  qurumuş  yarpağından  50  qr.  götürüb  üzərinə 

40%-li  spirt  əlavə  edərək  7  gün  qaranlıqda  saxladıqdan 

sonra  süzmək  və  həmin  cövhərdən  1  çay  qaşığı  götürüb  40 

ml  qaynanmış  suda  həll  etməklə  gündə  3  dəfə  yemək  vaxtı 

qəbul etmək çox faydalıdır.  

 

Ruh düşkünlüyünə və sarsıntıya qarşı istifadəsi 

 

Bir çay qaşığı qurudulmuş bədrənc  yarpağı, 1 çay qaşığı 



qurudulmuş  dağ  keşnişi  otu,  1  çay  qaşığı  doğranmış  limon 

qabığı,  2  ədəd  mixək  toxumunu  yaxşı-yaxşı  əzərək 

qarışdırıb,  üzərinə  1  litr  qaynanmış  ilıq  su  əlavə  edilir. 

Qarışığı  qaranlıq  yerdə  14  gün  saxlamaqla,  3  gündən  bir 

çalxalamaq və 3 qat tənzifdən süzmək lazımdır. Hazırlanmış 

məhlul səhər, axşam bir çay qaşığı çayla birlikdə içilməlidir. 

Müalicə 21 gün davam etdirilməlidir.  

 

 

Kəskin qastrit (mədə iltihabı) ağrılarına qarşı 



istifadəsi 

 

Bədrənc 



və 

nanənin 


hərəsinin 

qurudulmuş 

yarpaqlarından  1  çay  qaşığı,  4  çay  qaşığı    birəotunun 

qurudulmuş  çiçəyini,  2  çay  qaşığı  kətan  toxumunu  0,5  litr 




 

 



qaynanmış  suya  tökür  və  vam  odda  5  dəqiqə  qaynadırlar. 

Sonra  ağzını  qapaqla  örtüb  30  dəqiqə  saxlayır  və    süzürlər. 

Hazırlanmış  qarışıqların  məhlulu  gündə  6  dəfə,  yeməkdən 

15 dəqiqə əvvəl 80 ml qəbul edilməlidir.  

 

Mədə turşuluğunun aşağı olmasına qarşı istifadəsi 

 

Qurudulmuş  bədrənc  yarpağının,  dərman  çobanyastığı 



çiçəyinin,  dağkeşnişi  otunun,  ətirli  şüyüdün  yarpağının  və 

acı  yovşanın  yarpağının  hərəsindən  1  çay  qaşığı  götürüb 

qarışdırır  və    2  stəkan  qaynar  suya  töküb  20  dəqiqə 

dəmləyirlər.  Sonra  süzüb  gündə  3  dəfə  yeməkdən  əvvəl,  2 

xörək  qaşığı    qəbul  edirlər.  Əgər  gecələr  ağrıdan  yata 

bilmirsinizsə  onda  axşam  yatmazdan  əvvəl,  səhərlər  isə 

acqarına qəbul etmək məsləhətdir.  

 

Ürək ağrılarında, qan təzyiqinin aşağı salınmasında 

istifadəsi 

 

Bədrəncin  qurudulmuş  yarpaqlarından  8  çay  qaşığı 



götürüb,  2  stəkan  qaynar  suda  ağzı  bağlı  çini  qabda 

dəmləyirlər.  

Məhlulu süzür və  yeməkdən əvvəl gündə 3 dəfə 2 xörək 

qaşığı qəbul edirlər.  



 

Diş və diş əti xəstəliklərində istifadəsi 

 

Bitkinin  qurudulmuş  yarpaqlarından  4  xörək  qaşığı 



götürüb,  500  ml  suda  1-3  dəqiqə  qaynadır  və  süzürlər. 

Süzüntünün  qalığını    xırdalayıb  təmiz  tənzifə  bükərək 

ağrıyan  yerə qoyurlar.  Süzülmüş  məlhəmlə (maye) ağzı 2-3 

dəfə qarqara edirlər.  




 

 

10 



 

Çiban tipli yaraların müalicəsində istifadəsi 

 

Bədrəncin  qurudulmuş  yarpaqlarından  1  xörək  qaşığı 



götürüb  200  ml  qaynar  suda  1  saat  dəmləyir  və  sonra 

süzürlər.  Məhluldan  gündə  3  dəfə  50  ml,  acqarına  15  gün 

qəbul edirlər.  

 

Oynaq ağrıları, iflic zamanı istifadəsi 

 

Bitkinin  cövhərindən  2  xörək  qaşığı  götürüb  üzərinə  3 



xörək qaşığı 40% -li spirt və ya araq əlavə edib,  7 gün, hər 

gün  10  dəqiqə  çalxalamaqla  qaranlıq  yerdə  saxlayırlar.  Hər 

gün 3 dəfə 1 xörək qaşığı, yeməkdən əvvəl qəbul edirlər. 

 

Bədrəncin kulinariyada istifadəsi 

 

Kətə  və  qutab.  İki  dəstə  təzə-tər  bədrənci  xırda  –xırda 

doğrayıb,  üzərinə  hərəsindən  1  dəstə  olmaqla  soğan, 

dağkeşnişi, boyana (razyana) doğrayıb qarışdırırlar.  

Doğranmış  göyərtilərə  turş  nar  dənələri  və  yaxud  azacıq 

isladılmış  zoğal  qurusu  (müxəşşər,  axta)  əlavə  edilir. 

Hazırlanmış  göyərti  və  turşu  qarışığından  kətə  və  ya  qutab 

bişirilir.  Çox  dadlı  və  ləzətli  olur,  eyni  zamanda  mədə-

bağırsaq,  əsəb,  qan  təzyiqi  və  diş  ətinin  iltihabına  qarşı 

xeyirdir.  

Buğlama  və  ya  balva.  Hərəsindən  bir  dəstə  olmaqla 

bədrənc,  soğan,  dağ  keşnişi,  razyana,  əvəlik  götürüb  yuyur, 

yaxşı-yaxşı  doğrayırlar.  Doğranmış  göyərtiləri  emallı  qaba 

tökərkən çalışmaq lazımdır ki, tavanın dibinə bir qat göyərti, 

üzərinə bir qat turşu və bir qat da düyü tökülsün. Bu bir neçə 

qat  ola  bilər.  Sonra  üzərinə  bir  stəkan  su  əlavə  edib  ağzın 




 

 

11 



qapaqla  örtürlər.  Yemək  qaynayan  vaxt  üzərinə  hər  kəs    öz 

zövqünə  uyğun  50-150  qram  yağ  əlavə  edə  bilər.  Buğlama 

vam  odun  üzərində  25-40  dəqiqə  bişirilir.  Tam  bişmə  düyü 

ilə yoxlanılır.  Düyü bişibsə, yemək hazır hesab olunur. Çox 

faydalı və ləziz yemək olub, mədə-bağırsaq, yaddaş zəifliyi, 

sidikqovucu və bir çox xəstəliklərə qarşı xeyirlidir. 



Dovğa.  Ailə  üzvlərinin  sayını  nəzərə  alaraq  müəyyən 

qədər  bədrənc,  quşəppəyi,  quzuqulağı,  dağkeşnişi,  cincilimi 

götürüb  doğrayır  və  zövqə  uyğun  duzlayırlar.  Sonra  qatığı 

bərabər  nisbətdə  su  ilə  qarışdırıb  ondan  bircinsli  maye 

hazırlayırlar.  Doğranmış  göyərtilərin  həcmində  qazan 

götürüb  qarışıq  qatığı  ora  tökür  və  odun  üzərinə  qoyurlar. 

Sonra  göyərtiləri  töküb  qaynayana  kimi  çömçə  və  ya  taxta 

qaşıqla qarışdırırlar ki, dovğa çürüməsin.  

Zövqə uyğun olaraq noxud, un, düyü də əlavə olunur. Bu 

cür hazırlanmış dovğa yatmazdan 1 saat əvvəl ilıq halda bir 

stəkan içildikdə köpməyə, qıcqırmaya qarşı kömək etməklə, 

rahat yuxu gətirir və insanın əsəblərini sakitləşdirir. 

 

 

Bədrəncin toplanması, qurudulması və saxlanması 

qaydaları 

Bitkinin istifadə üçün əsas yararlı orqanı yarpaqları və uc 

zoğlarıdır.  Onları  çiçəkləməyə  az  qalmış  iqlim  şəraitindən 

asılı  olaraq  may  ayının  15-dən  iyun  ayının  15-dək  tədarük 

etmək  lazımdır.  Yarpaqları  çox  zərif  olduğundan  toplanan 

kimi solmağa  başlayır. Ona görə çalışıb onları tez qurutmaq 

lazımdır.  

Toplanmış  yarpaqlar  təmiz  ağ  kağız  üzərinə  sərilir. 

Çalışmaq  lazımdır  ki,  gün  şüaları  birbaşa  təsir  etməsin. 

Günaşırı yarpaqları çevirir, quru hissəni alta, alt hissəsini isə 

üstə  qoymaq  şərti  ilə    yarpaqlar  tam  quruyana  qədər 



 

 

12 



çevirməni  davam  etdirirlər.  Əgər    əl  vuran  kimi  ovulursa, 

toplamaq  lazımdır.  

Qurumuş  yarpaqları  1  litrlik  işıq  keçirməyən  bankalara 

doldurub  ağzını  qapaqla  bağlayıb  istifadə  etmək  üçün 

saxlayırlar.  Yaxşı  qurudulmuş  yarpağı  2-3  il  saxlamaq 

mümkündür.  Əgər  yarpaqlar  yaxşı  qurumasa  tədarük 

olunmuş  məhsula  qurd  düşər  və  yaxud  kiflənib  öz 

keyfiyyətini itirər.  

 

 

Bədrəncin becərilməsi 

 

Qulluğa  bir  o  qədər  tələbkar  olmayan  bu  bitkinin  əkilib 



becərilməsi  çox  da  zəhmət  tələb  etmir.  Bitkinin    əkilməsi 

üçün torpaq nisbətən yüngül, qumsal olmalıdır. Sahə açıq və 

gündüşən  yerdə  seçilməli,  küləkdən  qorunması  üçün  tədbir 

görülməlidir.  

Bitkini  əkmək  üçün  torpağın  düzgün  hazırlanması  əsas 

şərtlərdən  biridir.  Seçilmiş  sahə  daş-kəsək,  şüşə 

qırıntılarından, əlavə tullantılardan təmizlənməli, sahə 25-30 

sm  dərinliyində  bellənməlidir.  Yaxşı  hazırlanmış  torpaqda 

bitkini  8 il bir yerdə becərmək  mümkündür. 

Daha  yaxşı  məhsul  götürmək  üçün  əkin  qabağı  hektara 

orta hesabla 40-50 ton peyin, 40-50 kq azot, 50-60 kq fosfor, 

25-30  kq  kalium  gübrəsi  verilir.  Gübrələr  payızda 

verilməlidir.  Gübrələrin  50%  -ni  isə  vegetasiya  müddətində 

yemləmə şəklində vermək məsləhətdir.  

Bədrənc 

toxumları, 

yaşıl 

qələmləri 



ilə 

və 


kökümsovlarının bölünməsi yolu ilə çoxaldılır.  

 

 



Toxumla çoxaldılması  


 

 

13 



 

İsti  şitillikdə.    Toxumları  əkməzdən  əvvəl  ləklər 

düzəldilməli, ləklərə 1 m

2

 -ə 15 qr azot, 30 qr fosfat və 15 qr 



kalium kübrəsi verilməlidir. Yaxşı olar ki, 10-20 kq  yanmış 

mal  peyini  verilsin.  Sonra  ləklər    20-30  sm  dərinliyində 

bellənir və dırmıqlanır. Toxumların əkilməsi payız və yazda 

aparılır.  Payız  səpinini  isti  şitillikdə,  şüşəbəndlərdə  hərarət 

18-20°  olduqda,  xüsusi  düzəldilmiş  yeşiklərdə  1:1 

nisbətində  peyin,  qum,  torf  və  torpaq  qarışığında  aparmaq 

məsləhətdir.  Səpin  dərinliyi  0,5-1,5  sm  olmalıdır.  Səpin 

normasına  görə  0,8-1,0  qr  toxum  1m

2

    sahəyə  səpilməlidir. 



Səpilmiş  toxumlar  6-8  gündən  sonra  cücərməyə  başlayır. 

Toxumlardan  cücərmiş  cücərtilərin  sl    yarpaqları  əmələ 

gəldikdə  onu  seyrəltmək  lazımdır.  Sonrakı  qulluq  qaydaları 

əkilmiş  bitkini  vaxtlı  vaxtında  suvarmasından,  diblərinin 

yumuşaldılmasından,  alaqdan  təmizlənməsindən  ibarətdir. 

Daimi  yerinə əkilmiş bitkilərdə bitki arası məsafə 50-60 sm 

olmalıdır. Bitkinin daha  yaxşı böyüməsi üçün ona  yemləmə 

məqsədi ilə üzvü və mineral gübrələr verilməlidir.  



Açıq  şəraitdə.    Açıq  şəraitdə  toxumları  vaxtında  və 

yığılandan  sonra  dərhal  səpmək  daha  yaxşıdır.  Bədrəncin 

toxumlarını  çox saxladıqda cücərmə qabiliyyəti aşağı düşür. 

Toxumlar açıq şəraitdə  yazda səpilir. Havaların hərarəti 20-

21°  olduqda  səpini  aparmaq  olar.  2,5  x1,5  m  və  3  x  2  m 

ölçüdə  xüsusi  ləklər  düzəldilir.  1:1  nisbətində  yuyulmuş 

dəniz qumu, torpaq və torf qarışığı, 1 m

2

 sahəyə 15 qr azot, 



30  qr  fosfor,  15  qr  kalium  kübrəsi  və  10  kq    yanmış  peyin 

qataraq  ləklərə  səpilir.  Sonra  onu  20-25  sm  dərinliyində 

belləyir  və  dırmıqla  yaxşı-yaxşı  hamarlayırlar.  Toxumları 

səpməzdən əvvəl 25-30 dəqiqə ilıq suda saxlayırlar. Sağlam 

olmayan  toxumlar  suyun  üzərinə  çıxır.  Toxumlar  tam 

islanandan  sonra  suda  batır.  Batmayan  toxumları  yığıb 




 

 

14 



kənarlaşdırırlar.  Sonra  xüsusi  bağ  kətməninin  (bir  tərəfin 

ucu  nisbətən  ensiz,  digər  tərəfi  isə  enli)  ensiz  tərəfi  ilə  3-4 

sm  dərinlikdə  şırımlar  açılır.  Şırımların  içərisi  su  çiləyənlə 

yüngülvarı  isladılır.  Toxumlar  şırımların  içərisinə  səpilir. 

Üzərinə  1-1,5  sm  qalınlığında  əvvəlcədən  hazırlanmış  və 

narın  ələkdən  keçirilmiş  1:1  nisbətində  münbit  torpaq,  çay 

qumu  və  torf  qarışdırılmış  torpaq  əlavə  edilir.    Sonra  narın 

gözlü  su  çiləyənlə  suvarılır.  Səpilmiş  toxumlar  10-12 

gündən  sonra  cücərməyə  başlayır.  Sonrakı  qulluq  tədbirləri 

suvarma, 

alaq 

otlarından 



təmizləmə, 

dibinin 


yumuşaldılmasından  ibarət  olur.  Cücərtilərdə  əsl  yarpaqlar 

formalaşan  vaxt  onları  istənilən  sahəyə  və  ya  daimi  yerinə 

köçürmək məsləhətdir.  

 

Vegetativ üsulla çoxaldılması 

 

Vegetativ  üsulla  çoxaldılması    bitkinin  nisbətən 



yoğunlaşmış 1,-3- illik yaşıl qələmləri vasitəsilə aparılır.  

Çiçəkləməyə  az  qalmış  və  çiçəkləmə  vaxtı  bitkidən  

tumurcuq  olan  qələmlər  kəsilib  götürmək,  1-2  gün  suda 

saxladıqdan  sonra  onları  yuyulmuş  narın  dəniz  qumunda 

əkmək  məsləhətdir.  Yaxşı  olar  ki,  qələmlərin  üzərində  1-2 

göz  və  yaxud  tumurcuq  olsun.  Kəsilmiş  qələmin  uc  həssəsi 

çəpinə,  alt  hissəsi,  yəni  quma  basdırılan  hissəsi  isə  düzünə 

kəsilir.  Kəsilmiş  qələmlər  yuyulmuş  qumda  1  göz  torpağın 

altında qalmaq şərti ilə əkilir.  

Əkilmiş  qələmlər  vaxtaşırı  suvarılıb  lazimi  qulluq 

göstərildikdə  yaxşı  inkişaf  edib  böyüyürlər.  Düzgün 

aqrotexniki  qulluq  edildikdə  1-ci  ili  çiçək  açıb  toxum 

verirlər.  Bu  qayda  ilə  bir  ana  bitkidən  10-12  qələm  almaq 

mümkündür.  



 


 

 

15 



 

Kökümsovların bölünməsi ilə çoxaldılması 

 

Bu üsulla çoxaltma ən asan və əlverişli üsullardan biridir. 



Bitki  kökümsovların  bölünməsi  yolu  ilə  çoxaldıldıqda,  tez 

çiçək  açır  və  toxum  verir,  lakin  toxumla  çoxaldılmadan 

fərqli  olaraq  çoxsaylı  əkin  materialı  əldə  etmək  mümkün 

olmur.  


 

 

 



Şəkil 2. Çoxaltmaq üçün kökümsovlu bədrənc 

 

Kökümsovların  bölünməsi  yolu  ilə  əsasən  3,-5-  illik  ana 



bitkidən istifadə etmək daha məqsədəuyğundur (şəkil 2.).  

Bitki  olan  sahə  yaxşı  suvarılır,  bir  gün  keçdikdən  sonra, 

çoxaltma üçün nəzərdə tutulan bitki çıxarılır. Kökümsovları 



 

 

16 



iti  bıçaq  və  ya  bağ  qayçısı  ilə  kök  boğazı  zədələnməmək 

şərti  ilə  üzərində  olan  göz  tumurcuqlarının  sayına  görə  4-6 

hissəyə  ayrılır.  Çalışmaq  lazımdır  ki,  bölünmüş  hər 

kökümsovun  üzərində  1-2  zoğ  qalsın.  Ayrılmış  əkin 

materialları kök hissəsi yoxdursa, onu bir az kəsib azaltmaq 

və seyrəltmək məsləhətdir. Bitkinin daha yaxşı bitməsi üçün 

yerüstü  zoğ  hissəsində  azacıq  seyrəltmə  və  yaxud  ucvurma 

aparılmalıdır. Hazırlanmış əkin materialı daimi yerinə əkilir. 

Bu  qaydalara  əməl  edilməklə  əkilmiş  bitki  1-2-ci  ildən 

başlayaraq çiçək açıb toxum verir.  

Çox  qiymətli  ədviyyat  bitkisi  sayılan  dərman  bədrənci 

qidalılığına,  dərman  əhəmiyyətinə  görə  birincilər  sırasında 

olmağa  layiqdir.  Əfsuslar  olsun  ki,  Bakı  bazarlarında 

ədviyyat  bitkiləri  arasında  bu  qiymətli  bitkiyə  rast  gəlmək 

mümkün  deyildir.  Dünyanın  bir  çox  ölkələrində  ləziz 

yemək,  məzə  (delikates)  sayılan  və  neçə  illərdir  ki,  təbliğ 

etdiyimiz  dərman  bədrənci  Azərbaycanda  ədviyyat  bitkiləri 

arasında öz layiqli yerini tapmamışdır.  

Məqsədli  şəkildə  yazdığımız  bu  kitabçada  dərman 

bədrənci  haqqında  hərtərəfli  məlumat  verdik.  Əkin 

materialına ehtiyacınız olarsa,  AMEA-nın Mərkəzi Nəbatat 

Bağına müraciət edə bilərsiniz.  



 


 

 

17 



ƏDƏBİYYAT 

 

1.  Axundov  A.  Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti. 



Bakı, «Lider» nəşriyyatı, 2004, 728 səh. 

2.    Əsədov  K.  S.,  İbadlı  O.  V.  Yabanı  qida  bitkiləri. 

Bakı,1989, 95 səh. 

3.  Əsgərov  A.  Azərbaycanın  ali  bitkiləri.  Azərbaycan 

florasının konspekti. III cild. Bakı, «Elm», 2008, səh.34    

4.  Həsənov  Z.,  Əliyev  C.,  Qasımov  V.,  Əlizadə  S., 

Məmmədova  M.,  İdrisov  H.,  Süleymanova  Y.  Meyvə  və 

tərəvəz bitkiləri. Bakı, «AGAHI» nəşriyyatı, 2000, 224 səh. 

5.  Həsənov  Z.  M.  Pomoterapiya  (Meyvələrlə  müalicə). 

«Gəncə poliqrafiya» ASC. Gəncə, 2007, 89 səh. 

6.  İbadlı  O.  V.,  Ağamirov  Ü.  M.,  Bayramov  A.  Ə. 

Gülçülük.  Bakı, «Ozan», 2003, 224 səh. 

7.  İbadlı  O.  V.  Müalicə  bitkiləri.  Soğan.  Bakı,  «Çıraq», 

2002, 16 səh.  

8. İbadlı O. V. Müalicə bitkiləri. Zəfəran. Bakı, «Çıraq», 

1999, 16   səh. 

9.    İbadlı  O.  V.  Zəfəran  (Azərbaycan,  rus  və  ingilis 

dillərində), Bakı, «Tural»  NPM, 2005, 28 səh.  

10.  İbadlı  O.V.  Müalicə  bitkiləri.  Qulançar  və  ya 

Mərəçüyüd. Bakı, «Tural» NPM, 2005, 24 səh. 

11.  İbadlı  O.V.    Müalicə  bitkiləri.  Çiriş.  «Tural»,  NPM, 

2005, 16 səh. 

12.  İbadullayeva  S.  C.,  Cəfərli  İ.  Ə.  Efir  yağları  və 

aromaterapiya. Bakı, «Elm», 2007, 116 səh.  

13.  Qasımov  M.  Azərbaycanın  ədviyyat  bitkiləri.  Bakı, 

1992, səh.126-129. 




 

 

18 



14. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Dərslik. 

Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2009, 420 səh.    

15.  Nəbatat  terminləri  (azərbaycanca-  rusca)  və  bitki 

adları 


(azərbycanca-latınca-rusca-ingiliscə), 

(latınca-

azərbaycanca-rusca-ingiliscə)  lüğəti.    I  cild,    Bakı,  «Elm», 

2008, 328 səh. 

16.  Nəbatat  terminləri  (rusca-  azərbaycanca)  və  bitki 

adları 


(rusca-azərbycanca-latınca-ingiliscə), 

(ingiliscə-

azərbaycanca-latınca-rusca)  lüğəti.    II  cild,    Bakı,  «Elm», 

2008, 352 səh. 

17.  Talıbov  T.  İbrahimov  Ə.  Naxçıvan  Muxtar 

Respublikası  florasının  taksonomik  spektri  (Ali  sporlu, 

çılpaqtoxumlu  və  örtülütoxumlu  bitkilər).  «Əcəmi»  NPB, 

2008, 364 səh.  

18.  Алекперли  Ф.У.  Тысяча  и  один  секрет  Востока. 

Баку, Изд-во «Нурлан», 2008, 490 стр. 

19. 

Декоративные  травянистые  растения  для 



открытого грунта. Том 1, 2,  Изд-во «Наука», 1977 

20.Ибадлы  О.В.  Конспект  геофитов  Кавказа.  Баку, 

«Турал»  ИПЦ,  2005,  64 стр. 

21.  Касумов  Ф.  Ю.  Эфиромасличные  виды  рода 

Thymus  флоры  Кавказа  и  пути  их  рационального 

использования.  Автореф.  дис....  док.  биол.  наук.  Баку, 

2006, 49 стр. 

22.  Коволева  Н.Г.  Лечения  растениями.  Изд-во  

«Медицина». 1971, 349 стр.  

23.  Флора  Азербайджана  .  Изд-во  АН  Азерб.  СССР. 

Т.VI, Баку, 1957, стр.21 

24. Флора СССР, Т.21, М., Л., 1954, стр.411 




 

 

19 



25.  Черепанов  С.  К.  Сосудистые  растения  Росии  и 

сопредельных  государств  (в  пределах  бывшего  СССР).   

Русское издание,  Мир и семья,  1995, 992 стр. 

 

 



 

 

 



 

 

 



 

 

  



 

 

 



 

 

  



 

 

Yüklə 111,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə