Oruc quliyev amea-nın aspirantı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,64 Mb.
#54322


85 

 

 



 

 

Oruc QULİYEV 

AMEA-nın aspirantı 

 

BAKI ŞƏHƏRİ KİTABXANA İNFRASTRUKTURUNUN  

MÜASİR VƏZİYYƏTİ  

(SƏBAİL VƏ BİNƏQƏDİ RAYONLARI NÜMUNƏSİNDƏ) 

 

 

Açar  sözləri:  Binəqədi  rayonu,  Səbail  rayonu,  kütləvi  kitabxanalar, 

kitabxana- informasiya resursları, kadr təminatı. 

Ключевое  слово:  Сабаиловский  район,  Бинагадинский  район,  массовые 

библиотеки, 

библиотечно-информационные 

ресурсы, 

кадровые 

обеспечение. 

Key  words:  Sabail  district,  Binagadi  district,  public  libraries,  library-

information resource, provision of cadre. 

 

“Azərbaycanda  tarixi  kökləri  qədimlərə  və  erkən  orta  əsrlərə  gedib 

çıxan milli məktəb təhsilinin təşəkkülü, formalaşması və inkişafı xalqın maddi 

və  mənəvi  mədəniyyətinin  təkamülü,  dinin  yayılması,  nəhayət  dövlətçilik 

ənənəsinin  mövcudluğu  ilə  bağlı  olmuşdur.  Məktəb  təhsilinin  meydana 

çıxmasında  yazının  yaranması  və  xalqın  mədəniyyətinin  formalaşması 

müstəsna rol oynamışdır” (3,677). 

Azərbaycan  təhsilinin  təməlini  təşkil  edən  ümumtəhsil  müəssisələri 

şəbəkəsi  inkişaf  edərək  müasir  mərhələyə  gəlib  çatmış,  onun  məzmunu 

təkmilləşmiş,  müstəqillik  illərində  onun  hüquqi  bazası  yaradılmışdır.  2006-cı 

ilin  məlumatına  görə  Azərbaycanda  1764  məktəbəqədər  tərbiyə  müəssisəsi, 

4549 gündüz  ümumtəhsil müəssisəsi, 107 texniki-peşə təhsili müəssisəsi, 60 

orta  ixtisas  təhsili  müəssisəsi,  48  ali  məktəb,  384  məktəbdənkənar  təhsil 

müəssisəsi fəaliyyət göstərir. (3,696) 

“Respublika  üzrə  məktəb  kitabxanalarında  ali  ixtisas  təhsilli  kadrlar 

yalnız  22,4%  təşkil  edir.  Orta  ixtisas  təhsilli  kadrlar  24%-dir.  Məktəb 

kitabxanalarında kadrların 41%-i orta təhsilli işçilərdir.” ( 5,58) 

Məlumdur  ki,  ümumtəhsil  məktəb  kitabxanalarının  informasiya 

resursları  şagird  və  müəllimlərin  informasiya  təminatının  əsasını  təşkil  edir. 

2010-cu  ilin  məlumatına  görə  ölkənin  4507  ümumtəhsil  məktəblərinin  kitab-

informasiya resurslarının ümumi cəmi 23 milyona yaxın olmuşdur. (5,57) 

Tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  2003-cü  ildə  129.540 

müəllimdən  və  1.145.285  şagirddən  müvafiq  olaraq  60,4%  və  88,5%-i 



86 

 

kitabxanalarının  istifadəçiləri  olmuşdur.  Şagirdlərin  kitabxana-informasiya 



xidməti ilə əhatə olunması səviyyəsi qənaətbəxş hesab edilsə də, müəllimlərin 

kitabxana xidməti ilə təminatı müasir tələblərə cavab vermir. 

Bakı  hələ  orta  əsərlərdən  yaxın  və  Orta  Şərqin  iri  şəhərlərdən  biri 

olmuş,  beynəlxalq  ticarət  yollarının  ayırıcında  yerləşmişdir.  X  əsrin 

axırlarından Şirvanşahlarin əsas şəhərlərindən birinə çevrilmişdir. 1501-ci ildə 

Şah İsmayıl Şirvana hücum edərək Bakının ələ keçirmiş, 1538-ci ildə Şirvana 

Səfəvilər  dövlətinə  birləşdirilmişdir.  Bakı  xanlığı  XVIII  əsrin  ortalarında 

yaranmış,  1796-cı  ilin  yazında  (iyunun  13-də)  Bakı-rus  qoşunları  tərəfindən 

işğal  olunmuşdur.  1918-ci  ildən  Azərbaycan  Xalq  Cümhuriyyətinin  1920-ci 

ildən  Azərbaycan  Sovet  Sosialist  Respublikasının,  1991-ci  ildən  Müstəqil 

Azərbaycan Respublikasının paytaxtıdır. 

Bakıda 50-dən çox tarixi və memarlıq abidələri var (3,847-848). Bakı 

şəhəri  eyni  zamanda  Azərbaycan  xalqının  mənəvi  mədəniyyətinin 

formalaşdığı,  zənginləşdiyi  urbanizasiya  mərkəzlərindən  biri  kimi  də 

məşhurdur. Bakı şəhəri həm də kitabxana mədəniyyətimizin son iki əsrdə əsas 

mərkəzlərindən  biri  kimi  xalqımızın  elm,  təhsil  və  iqtisadi  cəhətdən  inkişah 

etməsində müstəsna rol onamışdır. 

Bakının  kitabxana  mədəniyyətinin  formalaşmasında  oynadığı    

misilsiz  rol  Azərbaycanda  kitabxana  işinin  tarixinin  və  bütövlükdə 

kitabxanaşünaslıq  elminin  banisi  Əməkdar  elm  xadimi,  professor 

A.A.Xələfovun  3  cildlik  monumental  əsərində  tarixi  ardıcıllıqla  tədqiq 

olunmuşdur.  Bu  məqalənin  yazılmasında  əsas  məqsəd  müasir  dövrdə  Bakı 

şəhərinin  kitabxana  infrastrukturunun  Binəqədi  rayonunun  nümunəsində 

öyrənmək  və təhlil etməkdən ibarətdir. 

Məlumdur ki, Bakı şəhəri 11 rayon və 61 qəsəbədən ibarətdir.  

Bu  rayonlardan  biri  də  Binəqədi  rayonudur.  Rayonun  aşağıdakı 

qəsəbələri  vardır.  M.Ə.Rəsulzadə,  Binəqədi,  Biləcəri,  Xocasən,  Sulutəpə,  28 

May (3,347)   

Statistik  məlumatlara  görə,  Bakı  şəhərində  fəaliyyət  göstərən  717 

kitabxanadan  66-ı  Binəqədi  rayonunda  yerləşir.  Bu  kitabxanalardan  8-i  

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalardır. 4 

kitabxana (6,1 %) elmi müəssisə kitabxanaları, 2-i (3,0) ali təhsil müəssisələri 

kitabxanaları,  2-i  orta  ixtisas  təhsili  kitabxanaları  (3,0),  5-i  (7,6  %)  texniki 

peşə  təhsili  məktəbləri    kitabxanaları,  32-i(48,6%)  3-ü  musiqi  məktəbi  

kitabxanaları  (4,5%),  1-i  (1,5%)  səhiyyə  müəssisəsi      kitabxanaları,  9-u 

(13,6%) isə digər idarə və təşkilatların kitabxanalarıdır. Aparılan araşdırmalar 

göstərir  ki,  Binəqədi  rayonunun  kitabxana  infrastrukturunun    Bakı  şəhərinin  

kitabxana  mühitinin  kəmiyyət    göstəricilərindən  heç  də  geri  qalmır.  Başqa 

sözlə,  rayonun  kitabxanaları  statistik  göstəricilərin  baxımından  şəhərdə 

kitabxanaların yerləşməsi arealına əsasən uyğun gəlir. 




87 

 

Hesablamalar  əsasında  müəyyən    olunmuşdur  ki,  Binəqədi  rayonu 



ərazisində  ölkə  kitabxana  resurslarının  0,77%-i  Bakı  şəhəri  kitabxana 

infrastrukturunun isə 9,2 %-i cəmlənmişdir. 

Qeyd  etdiyimiz  kimi,  Binəqədi  rayonunun  kitabxana-informasiya 

infrastrukturunda kütləvi kitabxanalar mühüm yer tutur. Bu kitabxanalarda 8-

ci  mikrorayon  kütləvi  kitabxanasının  (1972),  S.Rüstəm  adına  kütləvi 

kitabxananı (1973-cü il), Binəqədi qəsəbə uşaq kitabxanasını (1951), Biləcəri 

qəsəbəsindəki H.Cavid adına kütləvi kitabxananı (1981), V.Q.Korolenko adına 

Mərkəzi  Şəhər  Gənclər  kitabxanasını  (1928-ci  il),  Biləcəri  qəsəbə  kütləvi 

kitabxanasını  (30-cu  illər),  Ə.Cavad  adına  kütləvi  kitabxananı  (1970-ci  il), 

Xoca-Həsən qəsəbə kütləvi kitabxanasını (1938-ci il), Binəqədi qəsəbəsindəki 

Ş.Qurbanov adına kütləvi kitabxananı və s. göstərmək olar.  

Göründüyü  kimi,  Binəqədi  rayon  ərazisində  20-ci  illərin  sonlarından 

kütləvi  kitabxanalar  yaranmağa  başlamış,  yeni  mərkəzləşmə  mərkəzləri 

yarandıqca  (1970-ci illərdən  mikrorayonların  yaranması ilə  əlaqədar olaraq) 

kütləvi kitabxanaların təşkili prosesi də getmişdir. Yeri gəlmişkən onu da qeyd 

edək ki,  yeni  yaşayış  massivi  olan Sulutəpə  qəsəbəsində kütləvi  kitabxananın 

olub olmaması haqqında təssüf ki, konkret fakt yoxdur. 

 Binəqədi  rayon  kütləvi  kitabxanalarının  kadr  resursları  aşağıdakı 

kimidir  (Məlumatlar  Azərbaycan  kitabxanaları  XXI  əsrin  informasiya 

məkanında I və II cild. B.2007 məlumat kitabından götürülmüşdür):  

1. 8 mikrorayon kütləvi kitabxanası – 6 kitabxana mütəxəssisi;  

2. S.Rüstəm adına kütləvi kitabxanası; 

3. Binəqədi qəsəbə uşaq kitabxanası; 

4. H.Cavid adına kütləvi kitabxana – 10 kitabxana mütəxəssisi;  

5. V.Q.Korolenko adına MŞÇK – 11 kitabxana mütəxəssisi; 

6. Biləcəri qəsəbə kütləvi kitabxana – 3 kitabxana mütəxəssisi;  

7. Ə.Cavad adına kütləvi kitabxana – 5 kitabxana mütəxəssisi; 

8. Xoca-Həsən qəsəbə kütləvi kitabxana – 2 kitabxana mütəxəssisi; 

9. Ş.Qurban adına  kütləvi kitabxana – 4  kitabxana mütəxəssisi. 

Binəqədi  rayon  kütləvi  kitabxanalarının  kadr  korpusunun  təcrübi  və 

onların təhsil səviyyəsi kitabxana-informasiya resurslarından səmərəli istifadə 

aparan faktorlardan biridir.  

Rayon  9  kütləvi  kitabxanasında  çalışan  4,4  kitabxanaçı-biblioqrafdan, 

10-u ali ixtisas  təhsilli,  8 nəfəri ali qeyri-ixtisas təhsilli, 15 nəfəri orta ixtisas 

təhsilli, 2 nəfəri qeyri-kitabxana ixtisas təhsilli, 9 nəfəri orta təhsilli işçilərdir.  

Göründüyü  kimi,  kütləvi  kitabxanaların  işçiləri  içərisində  ali  və  orta 

ixtisas təhsilli kadrlar 25 nəfər təşkil edir ki, bu da ümumi kitabxana işçilərinin 

56,8 %-ni təşkil edir. Bu da müvafiq göstərici üzrə ümumi ölkə səviyyəsindən 

xeyli yüksəkdir.  

Binəqədi 

rayonunun 

kitabxana 

infrastrukturunun 

informasiya 




88 

 

resurslarının  mühüm  tərkib  hissəsini  kütləvi  kitabxanaların  fondları  və  digər 



informasiya daşıyıcıları təşkil edir. 

Rayonun  kütləvi  kitabxanalarının  informasiya  resursları  aşağıdakı 

cədvəldə verilmişdir. 

1. 8 mikorayon  kütləvi kitabxanası – 73135  nüsxə; 

2. S.Rüstəm adına kütləvi kitabxanası – 22541 nüsxə; 

3. Binəqədi qəsəbə uşaq kitabxanası – 30215 nüsxə; 

4. H.Cavid adına kütləvi kitabxana – 39507 nüsxə; 

5. V.Q.Korolenko adına MŞÇK – 93663 nüsxə; 

6. Biləcəri qəsəbə kütləvi kitabxana – 25445 nüsxə; 

7. Ə.Cavad adına kütləvi kitabxana – 55128 nüsxə; 

8. Xoca-Həsən qəsəbə kütləvi kitabxana – 19219 nüsxə; 

9. Ş.Qurban adına  kütləvi kitabxana – 35799 nüsxə (7). 

Kitabxanaların  informasiya  resurslarının  tərkibində  kitablar  əsas  yer 

tutur. Kütləvi kitabxanaların fondunda Azərbaycan Respublikası Prezidentinin 

İcra  Aparatının  hədiyyə  etdiyi  kitablar  xüsusi  ilə  diqqəti  cəlb  edir. 

Kitabxanaların  jurnal,  qəzet  digər  elektron  informasiya  daşıyıcıları  ilə 

kompletktləşdirilməsi müasir dövrün tələblərinə cavab vermir. 

Məlumdur  ki,  hər  bir  informasiya  müəsissəsinin  işinin  əsas  keyfiyyət 

göstəricilərindən  biri  onun  istifadəçilərə  göstərdiyi  xidmətin  səviyyəsi  ilə 

bağlıdır.  

Binəqədi rayonu əhalinin müxtəlif quruplarına xidmət edir. 

Rayonun 


kütləvi 

kitabxanalarının 

istifadəçilərinin 

kəmiyyət 

xarakteristikası və işin təşkilinin səviyyəsi aşağıdakı kimidir. (bax: cədvəl 1.)  

 

Cədvəl 1 



 

istifadəçilərin sayı 

oxucu gəlişi 

kitab verilişi 

8 mikorayon  kütləvi kitabxanası 

5005 


32777 

113784 


S.Rüstəm adına kütləvi kitabxanası 

1470 


12151 

20903 


Binəqədi qəsəbə uşaq kitabxanası 

2831 


10812 

28742 


H.Cavid adına kütləvi kitabxana   

2250 


122500 

25344 


V.Q.Korolenko adına MŞÇK 

8450 


50700 

169008 


Biləcəri qəsəbə kütləvi kitabxana 

2294 


9433 

23594 


Ə.Cavad adına kütləvi kitabxana 

1844 


22038 

61342 


Xoca-Həsən qəsəbə kütləvi kitabxana 

1120 


4386 

8423 


Ş.Qurban adına  kütləvi kitabxana 

17620 


5909 

42610 


Cəmi: 

42884 


270706 

493750 


 

Cədvəldən  göründüyü  kimi,  bəhs  olunan  kütləvi  kitabxanalar  42 

mindən çox istifadəçiyə xidmət edir. Kitabxanalara gəliş 270706, kitab verilişi 

isə  493750 olmuşdur. (7) 

Səbail 

rayonunda 



fəaliyyət 

göstərən 

ümumtəhsil 

məktəb 


kitabxanalarından  biri  M.Rahim  adına  7  saylı  orta  məktəbin  kitabxanasıdır. 


89 

 

1928-ci  ildə  təşkil olumuş  kitabxananın  ümumi fondu 22736 nəşr vahidindən 



ibarətdir.  2008-ci  ilin  məlumatına  görə  kitabxanada  oxucuların  ümumi  sayı 

289  nəfər,  kitabxanaya  gəliş  22  və  kitab  verilişi  22  olmuşdur.  Kitabxanada  2 

orta ixtisas təhsilli kitabxanaçı çalışır. (4,32-54) 

Səbail rayonunda 1938-ci ildən fəaliyyət  göstərən ümumtəhsil məktəb 

kitabxaanlarından  biri  də,  C.Əsgərov  adına  50  saylı  orta  məktəbin 

kitabxanasıdır. Kitabxananın ümumi informasiya resursları 10694 nəşr vahidi 

və digər informasiya daşıyıcılarından ibarətdir. Adı çəkilən kitabxana 5 qəzetə 

abunə  yazılmışdır.  2008-ci  ildə  kitabxanaya  gəliş  2000,  kitab  verilişi  2000 

olmuşdur.       

Mehman və Müşfiq Məhərrəm oğlu Nəbiyev qardaşları adına 51 saylı 

orta  məktəbin  kitabxanası  1900-cu  ildən  fəaliyyət  göstərir.  Kitabxananın 

fondunun  ümumi  həcmi  3307  nəşr  vahidindən  ibarətdir.  Azərbaycan 

Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 saylı Sərəncamı ilə 

kitabxanaya  3743  kitab  hədiyyə  olunmuşdur.  Məktəb  kitabxanası  1300 

oxucuya  xidmət  göstərir.  Kitabxanaya  gəliş  960,  kitab  verilişi  də  960 

olmuşdur.  Kitabxanada  2  nəfər  orta  ixtisas  təhsilli  kitabxanaçı  fəaliyyət 

göstərir. 

Səbail 


rayonunda 

fəaliyyət 

göstərən 

ümumtəhsil 

məktəb 

kitabxanalarından  biri  də  91  saylı  orta  məktəbin  kitabxanasıdır  (1937-ci  ildə 



təşkil olunmuşdur). Kitabxana fondunun ümumi həcmi 3468 nəşr vahidi təşkil 

edir.  Azərbaycan Respublikası İcra Aparatı tərəfindən kitabxanaya 3236 kitab 

hədiyyə  olunmuşdur. 2008-ci  ilin  məlumatına görə  kitabxananın  oxucularının 

ümumi  sayı  800  nəfər,  kitabxanaya  gəliş  1200,  kitab  verilişi  isə  2100 

olmuşdur. Adı çəkilən kitabxanada 2 nəfər işçi çalışır ki, onlardan biri ali qeyri 

ixtisas təhsilli, digəri isə orta ixtisas təhsilli kitabxanaçılardır. (6) 

132  saylı  orta  məktəbin  kitabxanası  1930-cu  ildən  fəaliyyət  göstərir. 

2008-ci  ilin  məlumatına  əsasən  söyləmək  olar  ki,  kitabxananın  ümumi 

informasiya resursları 1263 nəşr vahidi, kitabxanaya gəliş 450 nəfər olmuşdur. 

Kitabxanada biri ali qeyri ixtisas təhsilli, digəri isə orta ixtisas təhsilli olmaqla 

2 kitabxanaçı çalışır. 

Adı  çəkilən  rayonda  fəaliyyət  göstərən  ümumtəhsil  məktəb 

kitabxanalarından  biri  də  “İstedad”  Beynəlxalq  Təhsil  Kompleksi  134  saylı 

məktəbin  kitabxanasıdır.  Kitabxananın  fondunun  ümumi  həcmi  5207  nəşr 

vahidi təşkil edir. Kitabxana eyni zamanda 12 qəzetə abunə yazılmışdır. 2008-

ci ilin məlumatına görə kitabxana 1400 müəllim və şagirdə xidmət göstərir. İl 

ərzində  kitabxanaya  oxucu  gəlişi  1400,  kitab  verilişi  isə  1200  olmuşdur. 

Məktəb  kitabxanasının  işinin  təşkilində  kitabxananın  işçiləri  mühüm  rol 

oynayır. Kitabxanada 1 nəfər ali ixtisas təhsilli, 1 nəfər isə orta ixtisas təhsilli 

işçi çalışır.  

E.Əliyev adına 162 saylı orta məktəbin  kitabxanası  1936-cı  ildə  təşkil 



90 

 

olunmuşdur.  Məktəbin  müəllim  və  şagirdlərinin  informasiya  təminatının 



təşkili  və  idarə  olunması  kitabxananın  fəaliyyətinin  əsasını  təşkil  edir. 

Kitabxananın  ümumi  informasiya  resursları  4289  nəşr  vahidi  və  digər 

informasiya  daşıyıcılarından  ibarət  olmuşdur.  Fondun  əsasını  Azərbaycan 

Respublikası  Prezidentinin  İcra  Aparatının  hədiyyə  etdiyi  3796  nüsxə 

ədəbiyyat təşkil edir. Məktəb kitabxanası 1214 oxucuya (müəllim və şagirdə) 

xidmət  göstərir.  2008-ci  ildə  kitabxanaya  gəliş  210,  kitab  verilişi  isə  200 

olmuşdur. 

Səbail 


rayonunda 

fəaliyyət 

göstərən 

ümumtəhsil 

məktəb 

kitabxanalarından  biri  də  163  saylı  orta  məktəbin  kitabxanasıdır.  Kitabxana 



1964-cü ildə təşkil olunmuşdur. Kitabxananın informasiya resurslarının əsasını 

5363  nəşr  vahidi  təşkil  edir.  Məktəb  kitabxanasında  2  nəfər  işçi  çalışır  ki, 

onlardan  da  biri  ali  qeyri  ixtisas  təhsilli,  digəri  isə  orta  ixtisas  təhsilli 

kitabxanaçıdır. 

E.Məmmədov  adına  189  saylı  orta  məktəbin  kitabxanası  Səbail 

rayonunda  fəaliyyət  göstərən  əsas  ümumtəhsil  məktəb  kitabxanalarından 

biridir.  Kitabxananın  informasiya  resursları  4359  nəşr  vahidi  və  digər 

informasiya  daşıyıcılarıdır.  İnformasiya  mənbələri  növlərinə  görə  aşağıdakı 

kimi bölünmüşdür: 

1. Kitablar – 4359 nüsxə; 

2. Elektron informasiya daşıyıcıları – 29; 

3. Qəzet – 6 nüsxə, 30 nüsxə not, xəritə, buklet, prospekt və s.  

Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatı  tərəfindən 

kitabxanaya 500 ədəbiyyat hədiyyə olunmuşdur. Kitabxananın istifadəçilərinin 

sayı 640 nəfər, il ərzində oxucu gəlişi 10, kitab verilişi 10 olmuşdur. 

O.Mirzəyev  adına  190  saylı  orta  məktəbin  kitabxanası  1947-ci  ildən 

fəaliyyət  göstərir.  Məktəb  kitabxananın  fondunun  ümumi  həcmi  12346  nəşr 

vahidindən  ibarətdir.  Kitabxananın  informasiya  resurslarının 

əsasını 

Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatı  tərəfindən  hədiyyə 

olunmuş  4155  ədəbiyyat  təşkil  edir.  2008-ci  ildə  kitabxana  716  istifadəçiyə 

(müəllim və şagird) xidmət göstərmiş, il ərzində oxucu gəlişi 90, kitab verilişi 

90 olmuşdur. Kitabxanada  2 nəfər orta qeyri ixtisas təhsilli kitabxanaçı çalışır.  

Milli  Qəhrəman  R.Əhmədov  adına  203  saylı  orta  məktəbin 

kitabxanasının informasiya resurslarının əsası 5500 nəşr vahidindən ibarətdir. 

Kitabxana  12  qəzetə  abunə  yazılmışdır.  Kitabxana  310  müəllim  və  şagirdə 

xidmət  göstərir.  2008-ci  ildə  oxucu  gəlişi  160,  kitab  verilişi  120  olmuşdur. 

Kitabxanada  çalışanların  ümumi  sayı  1  nəfər  ibarətdir.  Adı  çəkilən  rayon 

ərazisində  fəaliyyət  göstərən  ümumtəhisil  kitabxanalarından  biri  1966-cı  ildə 

təşkil  olunmuş  236  saylı  orta  məktəbin  kitabxanasıdır.  Kitabxananın 

informasiya resursları 12502 nəşr vahidi və  digər informasiya daşıyıcılarıdır. 

Kitabxanada  24  elektron  informasiya  daşıyıcıları,  12  nüsxə  qəzet,  4  nüsxə 




91 

 

jurnal,  30  nüsxə  digər  materiallar,  yəni  not,  xəritə,  buklet,  prospekt  və  s. 



vardır. 2008-ci ildə kitabxana 850 istifadəçiyə xidmət göstərmiş, oxucu gəlişi 

1840, kitab verilişi  5520 olmuşdur. Kitabxanada 1 nəfər  ali ixtisas təhsilli,  1 

nəfər isə orta qeyri ixtisas təhsilli kitabxanaçı çalışır.  

Səbail  rayonunda  fəaliyyət  göstərən  məktəb  kitabxanalarından  biri  də 

T.Məmmədov  adına  239  saylı  orta  məktəbin  kitabxanasıdır.  Kitabxananın 

informasiya  resursları  3870  nəşr  vahidindən  və  digər  informasiya 

daşıyıcılarından ibarətdir. Kitabxana 1270 müəllim və şagirdə xidmət göstərir. 

2008-ci  ildə  kitabxanaya  oxucu  gəlişi  40,  kitab  verilişi  40  olmuşdur.  Səbail 

rayonunun  orta  ümumtəhsil  məktəblərinin  kitabxanaları  və  onların  əsas 

göstəriciləri  haqqında  aşağıdakı  cədvəldən  daha  aydın  təsəvvür  əldə  etmək 

olar. (bax: cədvəl 2)

  

Cədvəl 2



 

 

 



Binəqədi 

rayonunda 

fəaliyyət 

göstərən  ümumtəhsil  məktəb 



 

№ 

 

A



 

 

Y



a

ra

n

m

a

  

ta

ri

x

 

Fondu 



Ist



il

ər

 

Ox





g

əl





Ki

ta

b

 v

er

. 

 

Kadr potensialı 

k

it

a

b

 

Q



əzet

 

D



ig

ər 

in

f.

da

şı





. 

A

li

 

A

li

 q

/i

x



Orta

 i

x



Orta

 q

/i

x



Orta

 

M.Rahim ad.7 saylı orta 



mək.kx  

1928 


 9736      5        -    289     22 

   22    - 

     -      2       -      - 

C.Əsgərov ad.50 saylı orta 



mək.kx 

1938 


10665      5        -    299   2000 

 

2000 



  - 

   - 


  1 

     -      - 

 3  Nəbiyev qardaşları ad.51 saylı 

orta mək.kx 

 

1900 


 

 3307 


 

    4 


       

      - 


 

 

1300 



 

  960 


  

  960 


 

  - 


 

   - 


 

  2 


 

     - 


 

    - 


91 saylı orta mək.kx 

1937 

 3468     10        -    800   1200 



 

2100 


  - 

  1 


  1 

     -      - 

132 saylı orta mək.kx 



1930 

 1263       -        -    450       - 

    - 

  - 


  1 

  1 


     -      -  

 



“İstedad” 

Beybəlx.Təh.Komp.134 saylı 

mək.kx 

 

1937 



  

5150 


   

   12 


 

      - 


 

 

1400 



 

 1400 


 

 

1200 



 

  1 


 

   - 


 

  1 


     

     - 


 

    - 


E.Əliyev ad.162 saylı orta 

mək.kx 

1936 


4289      - 

      -   

1214 

  210 


  200    - 

  1 


  - 

    1      - 

 8  163 saylı orta mək.kx 

1964 


5363      - 

      -       -      - 

     -     - 

  1 


  1 

     -      - 

E.Məmmədov ad.189 saylı 



orta mək.kx 

 

1937 



  

 4359 


 

    6 


 

    


30 

 

   



640 

 

   10 



 

   10 


 

   - 


 

  1 


 

  1 


 

     - 


 

    - 


10  O.Mirzəyev ad.190 saylı orta 

mək.kx 


1947 

 7904      - 

      -     

716 


   90 

   90     - 

  - 

  - 


    2      - 

11  R.Əhmədov ad.203 saylı orta 

mək.kx 

 

1938 



 

 4500 


 

   12 


 

      - 


 

   


310 

 

   160 



 

   


120 

 

   - 



 

   - 


 

  - 


 

     - 


 

    - 


12  236 saylı orta mək.kx 

1966 


12502     12      

30 


   

850 


 1840 

 

5520 



   - 

   1 


  - 

    1      - 

13  T.Məmmədov ad.239 saylı 

orta mək.kx 

 

1960 


 

 3870 


 

    8 


 

      - 


 

  270 


 

   40 


 

   40 


 

  1 


 

   1 


 

  - 


 

    - 


 

    - 



92 

 

kitabxanalarından  biri  R.Əliyev  adına  3  saylı  orta  məktəbin  kitabxanasıdır 



(1977-ci  ildə  təşkil  olunmuşdur).  Məktəbin  müəllim  və  şagirdlərinin 

informasiya  təminatının  təşkili  və  idarə  olunması  kitabxananın  fəaliyyətinin 

əsasını  təşkil  edir.  2008-ci  ilin  məlumatına  görə  kitabxananın  ümumi 

informasiya resursları 4169 nəşr vahidi və digər informasiya daşıyıcılarından 

ibarət  olmuşdur.  Fondun  əsasını  Azərbaycan  Respublikası  Prezidentinin  İcra 

Aparatının hədiyyə etdiyi 3865 nüsxə ədəbiyyat təşkil edir. Kitabxana 2 qəzetə 

abunə yazılmış, fondda 15 adda digər informasiya daşıyıcısı mühafizə olunur.  

Məktəb kitabxanası 680 oxucuya (müəllim və şagirdə) xidmət göstərir. 

2008-ci  ildə  kitabxanaya  gəliş  548,  kitab  verilişi  isə  752  olmuşdur.    Məktəb 

kitabxanasının  işinin  təşkilində  kitabxananın  işçiləri  mühüm  rol  oynayır. 

Kitabxanada 1 nəfər orta ixtisas təhsilli, 1 nəfər isə orta təhsilli işçi çalışır.  

Binəqədi  rayonunda  1959-cu  ildən  fəaliyyət  göstərən  ümumtəhsil 

məktəb  kitabxanalarından  biri  də  Rəsulzadə  qəsəbəsində  yerləşən  V.Əzizov 

adına  30  saylı  orta  məktəbin  kitabxanasıdır.  Kitabxananın  informasiya 

resursları  2728  nəşr  vahidi  və  digər  informasiya  daşıyıcılarıdır.  İnformasiya 

mənbələri növlərinə görə aşağıdakı kimi bölünmüşdür: 

1. Kitablar – 1737 nüsxə; 

2. Elektron informasiya daşıyıcıları – 53; 

3.  Digər  informasiya  mənbələri-  793  (buraya  80  jurnal,  53  qəzet  nüsxəsi,  45 

nüsxə not, xəritə, buklet, prospekt və s. daxildir); 

Kitabxananın istifadəçilərinin sayı 790 nəfər, il ərzində oxucu gəlişi 90, 

kitab  verilişi  75  olmuşdur  ki,  bu  da  kitabxananın  fəaliyyətinin  çox  aşağı 

olmasını  göstərən  göstəricilərdir.  Binəqədi  rayonunun  kitabxanalarının 

informasiya  resursları  2  milyondan  artıqdır  (2006477  nüsxə).  Bu  da  Bakı 

şəhəri  kitabxanalarının    informasiya  resurslarının  3,6%-nə,  ölkə 

kitabxanalarının  informasiya  resurslarının  1,8%-nə  bərabərdir.  Eyni  zamanda 

rayonun  kitabxana  resursları  ölkənin  şəhər  yaşayış  məntəqələrində  olan 

kitabxana resurslarının 2,5%-ni təşkil etməsi də tədqiqat nəticəsində müəyyən 

olunmuşdur.(4,175-190).  Binəqədi  rayonu  kitabxanalarının  informasiya 

resurslarının  informasiya  mənbələrinin  növlərinə  görə  bölgüsünü  aşağıdakı 

cədvəldən daha aydın görmək olar. (bax: cədvəl 3) 

Cədvəl 3  

Kitabxanaların informasiya resursları cəmi: 

2006477 


 

O cümlədən: 

 

 

Kitablar 



1737803 

86,6% 


Elektron informasiya daşıyıcıları 

  4692 


  0,2% 

Jurnallar 

 129561 

 6,5% 


Qəzetlər 

  166795 

  5,3% 

Digər informasiya daşıyıcıları 



     27626 

  1,4% 


 

Təhlillər  göstərir  ki,  Bakı  şəhəri  kitabxanalarının  informasiya 




93 

 

resurslarının  64,65%-ni  kitablar  təşkil  etdiyi  halda  Binəqədi  rayonunda  bu 



rəqəm  86,6%  olmuşdur.  Digər  tərəfdən  qəzetlərin  də  informasiya  daşıyıcısı 

kimi xüsusi çəkisinin Bakı şəhəri ilə (2,2%) müqayisədə (5,3%) yüksək olması 

da diqqəti cəlb edən xüsusiyyətlərindən biridir.  

Binəqədi  rayonunda  olan  kitabxanalarda  işləyən  işçilərin  ümumi  sayı 

155-dir. Bu da Bakı şəhəri kitabxana işçilərinin 4,9%, ölkə kitabxanaçılarının 

isə 1,8%-ni təşkil edir.  

Binəqədi  rayonunda  kitabxana  işçilərinin  təhsil  səviyyəsini  aşağıdakı 

cədvəldən görmək olar. (bax: cədvəl 4) 

Cədvəl 4. 

Rayon üzrə cəmi 

           155 

         100% 

O cümlədən 

 

 



Ali ixtisas təhsilli 

           42 

         27,1% 

Ali qeyri-ixtisas təhsilli 

           31 

 20% 


Orta ixtisas təhsilli 

           51 

 32,9% 

Q/kitabxana üzrə orta ixtisas təhsilli 



           14 

   9% 


Ümumi orta təhsilli 

           17 

   11% 

 

Araşdırmalar  göstərir  ki,  Binəqədi  rayonu  üzrə  ali  ixtisas  təhsilli 



kitabxana işçiləri respublika göstəricisindən (18,1%) yüksək, Bakı şəhəri üzrə 

olan  göstəricidən  10%  aşağıdır.  Bu  da  öz  növbəsində  Binəqədi  rayonunda 

kitabxanaların  ali  ixtisas  təhsilli  kadrlarla  möhkəmləndirilməsi  zərurətini 

meydana  çıxarır.  Müsbət  hal  kimi,  belə  bir  faktı  qeyd  etmək  olar  ki,  bəhs 

edilən  rayonun  kitabxanalarında  işləyən  orta  ixtisas  təhsilli  kadrların  xüsusi 

çəkisi  (32,9%)  istər  Bakı  şəhəri  üzrə  (20,5%),  istərsə  də  ölkə  üzrə  olan 

müvafiq  göstəricidən  (20,2%)  yüksəkdir.  Sonuncu  göstərici  üzrə  Binəqədi 

rayonu Bakı şəhərinin Sabunçu (35,9%) və Xəzər rayonlarından (33,3%) sonra 

üçüncü  yeri  tutur.  Aparılan  araşdırmaların  bir  nəticəsi  də  ondan  ibarətdir  ki,  

Binəqədi  rayonu  ümumtəhsil  məktəb  kitabxanalarının  ümumi  informasiya 

resursları 249404 nüsxə informasiya daşıyıcısından ibarətdir ki, bu da rayonun 

kitabxanalarının informasiya infrastrukturunun 12,4%-i deməkdir.  

Binəqədi  rayonunun  kitabxana  infrastrukturunda  mühüm  yer  tutan  

ümumtəhsil məktəb kitabxanalarının istifadəçilərinin ümumi sayı 20128 nəfər 

müəllim-işçi  və  şagirddən  ibarətdir.  Bu  resurslardan  səmərəli  istifadənin 

təşkilində  həmin  kitabxanaların  işçilərinin  xüsusi  rolunu  qeyd  etməklə, 

kitabxanaya  oxucuların  gəlişi  və  dövriyyə  göstəricilərinin  aşağı  olmasını  da 

xüsusi  qeyd  etmək  lazımdır.  Bu  ümumtəhsil  məktəb  kitabxanalarının  maddi-

texniki  bazasının,  o  cümlədən  müasir  informasiya  texnologiyaları  ilə  təchiz 

olunmasının  səviyyəsi  də  müvafiq  icra  hakimiyyəti  orqanlarını  da 

düşündürməlidir. 

Azərbaycan Respublikası Statistika Komitəsinin apardığı monitorinqin 

nəticəsində  müəyyən  olunmuşdur  ki,  ölkənin  4081  ümumtəhsil  məktəb 



94 

 

kitabxanasının  28,8%-i  şəhər  yaşayış  məntəqələrindən,  71,2%-i  isə  kənd 



yaşayış  məntəqələrində  yerləşir.  Binəqədi  rayonunun  orta  ümumtəhsil 

məktəblərinin  kitabxanaları  və  onların  əsas  göstəriciləri  haqqında  aşağıdakı 

cədvəldən daha aydın təsəvvür əldə etmək olar: (bax: cədvəl 5) 

Cədvəl 5 

  



 

 

A



 

Y

a

ra

n

m

a

  

ta

ri

x



Fondu 

 

Ist



il

ər

 

Ox



g

əl



i 

 

Ki



ta

b

 v

er



Kadr potensialı 

k

it

a

b

 

Q

əzet

 

D

ig

ər 

 

in

f.

da

şı





la



 

A

li

 

A

li

 

q

/i

x



Orta

 i

x



Orta

 q

/i

x



Orta

 

1  R.Əliyev ad.3 saylı 

orta mək.kx 

1977   4169      2       12 

  680 

  548 


  752 

   - 


  - 

  1 


     -      1 

2  V.Əzizov ad.orta 

mək.kx 

1959   1737     80       45 



 790 

   90 


   75 

   - 


  1 

  - 


    1      - 

H.Hüseynov 



ad.orta mək.kx 

 1971   3516      3      247 

 800 

  25 


   30 

   - 


  1 

  1 


    - 

    - 


99 saylı orta 

mək.kx 

1963   3954       -         - 



 350 

  200 


  125 

   - 


   - 

   - 


    - 

    - 


N.Şərifzadə ad.100 

saylı mək.kx 

1930   3626       -         - 

 280 

  230 


  300 

   - 


  - 

  1 


    - 

    1 


 

 6 


M.X.Axundzadə 

ad.102 saylı orta 

mək.kx 

1964    


 3631 

 

    2 



 

       - 

 

  580 


 

   16 


 

     - 


 

   - 


 

  1 


 

   - 


 

     - 


 

     1 


 

 7 


Z.Məmmədov 

ad.103 saylı orta 

mək.kx 

1950   


 4350 

 

    - 



 

      - 


 

  110 


 

   25 


 

   12 


 

   - 


 

   - 


 

   - 


 

     - 


 

     - 


  

 8 


A.Məmmədov 

ad.115 saylı orta 

mək.kx 

1967   


 5370 

 

    3 



 

      - 


 

  1267 


 

   70 


 

   35 


 

  1 


 

   - 


 

  1 


 

     - 


 

     - 


  9  T.Heybətov ad.126 

saylı orta mək.kx 

1968  23218      3        - 

  400 


   20 

    5 


   - 

   - 


  1 

    1       - 

 

10 


Ə.Şıxlinski ad.135 

saylı orta mək.kx 

1970  14860      - 

      - 


  660 

  122 


   79 

   - 


   1 

   - 


    - 

     - 


 

11 


143 saylı orta 

mək.kx 


 1937  19108      - 

      - 


  576 

   10 


   10 

   - 


   - 

   1 


    - 

    1 


 

12 


N.Babayev ad.144 

saylı orta mək.kx 

1978   3228      5        - 

  550 


     - 

  400 


   - 

   - 


   1 

    - 


     - 

  

 



13 

F.İsgəndərov 

ad.157 saylı orta 

mək.kx 


  

 1979 


  

 4588 


      

     - 


 

       - 

 

  590 


 

   12 


 

    9 


 

   - 


 

   1 


 

   - 


 

    - 


 

    1 


 

14 


Q.Baxşıyev ad.179 

saylı orta mək.kx 

 1936  3720       -         - 

  545 


    5 

    6 


  1 

   - 


   - 

     1       - 

 

15 


182 saylı orta 

mək.kx 


1962  5388       -         - 

  350 


   30 

   35 


  - 

  1 


   - 

     1       - 

 

16 


R.İmanov ad.205 

saylı orta mək.kx 

1937  7037      6         - 

  350 


  350 

 1015 


  - 

  1 


   - 

     1       - 

 

17 


E.Sultanov ad.217 

saylı orta mək.kx 

1963  2862      3        30 

  640 


  225 

    7 


  - 

   - 


   - 

     1       1 

 

18 


Ələsgərov ad.244 

saylı orta mək.kx 

 1968  5322      7         - 

  580 


     - 

     - 


   - 

   1 


   - 

     -       1 

 

19 


246 saylı orta mək-

lisey kx 

 1969  4385       -         2 

  236 


   15 

     - 


   - 

   1 


   - 

     -       1 

  

 

20 



N.Nərimanov 

ad.248 saylı orta 

mək-lisey kx 

 

 1969 



 

 3682 


 

     - 


 

      2 


 

  125 


 

   60 


 

   47 


 

   - 


 

   1 


 

   - 


 

     - 


 

     1 



95 

 

  



 

21 


E.Həmidov ad.267 

saylı orta mək-

lisey kx 

 

 1982 



 

 5461 


 

     - 


 

  1035 


 

 752 


 

  20 


 

   15 


 

   - 


 

   - 


 

   - 


 

     - 


 

     2 


 

22 


276 saylı orta 

mək.kx 


1986  3810     33         - 

 520 


 400 

     - 


   - 

   - 


   - 

     1       1 

 

23 


283 saylı orta 

mək.kx 


1988  26302      6         - 

 850 


  25 

   35 


   - 

   - 


  2 

     -       - 

 

24 


Q.Abbasov ad.284 

saylı orta mək.kx 

1990  2297      - 

       - 

 510 

  27 


   28 

   - 


   - 

   - 


     1       - 

 

25 



E.Əliyev ad.297 

saylı orta mək.kx 

1966  3462      - 

       - 

 2045 

 240 


     - 

   - 


   - 

  1 


     1       - 

  

 



26 

İ.Məmmədov 

ad.298 saylı orta 

mək.kx 


 

1959 


 

6703 


 

    - 


 

       - 

 

 971 


 

  30 


 

   45 


 

   - 


 

   1 


 

  1 


 

     - 


 

     - 


  

 

27 



R.Rüstəmov 

ad.299 saylı mək-

lisey kx 

 

 1934 



 

3714 


 

     - 


 

       - 

 

 1200 


 

  50 


 

  100 


 

   - 


 

   - 


 

  1 


 

     - 


 

     1 


 

28 


V.Əvəzov ad.300 

saylı orta mək.kx 

1932  4513       4         - 

 1214 


  32 

   32 


   - 

   - 


   - 

     -       2 

  

 

29 



S.Məmmədov 

ad.301 saylı orta 

mək.kx 

 

 1994 



 

2687 


 

     - 


 

       - 

 

  315 


 

     - 


 

     - 


 

   - 


 

   - 


 

  2 


 

     - 


 

     - 


 

30 


306 saylı orta 

mək.kx 


 2005  8031       2         - 

  320 


     - 

     - 


   - 

   - 


   - 

     1       - 

 

31 


313 saylı orta 

mək.kx 


2007  1944       -         - 

  384 


     - 

     - 


   - 

   - 


  1 

     -       - 

 

32 


314 saylı orta 

mək.kx 


2007  2365      4         - 

  588 


  205 

  250 


  1 

   - 


   - 

     -       - 

 

 Göründüyü kimi, Bakı şəhərinin  Nərimanov (5),  Yasamal (4), Səbail 



(4),  Xəzər  (4)  rayonlarında  musiqi  məktəbi  kitabxanası  daha  çoxdur.  Lakin, 

Qaradağ  rayonunda  yalnız  1  musiqi  məktəbi  kitabxanasının  fəaliyyət 

göstərməsi  əhalinin  daha  çox  yerləşdiyi  rayon  üçün  müsbət  hal  kimi 

qiymətləndirilə bilməz. 

Beləliklə,  Bakı  şəhərinin  kitabxana  infrastrukturunda  Səbail  və 

Binəqədi  rayonlarının  kütləvi  kitabxanaları  və  2011-ci  ildə  Bakı  şəhərinin 

bütün inzibati rayonları üzrə MKS-i  yaranmışdır. Bu da əhalinin informasiya 

təminatında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. 

 

ƏDƏBİYYAT 

 

1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu.-B.: Azərbaycan qəzeti, 

1999.-14 mart. 

2. Azərbaycan Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 

inkişafı üzrə Dövlət Proqramı// Bakı, Respublika qəz.,  2008, 7 oktyabr. 

3. Azərbaycan Milli Ensiklopediyası.-Bakı.: Nurlan, 2007.-s. 847-848 

4. Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. I və II cild.-B., 2007.-s. 32-54, 

175-190 

5. İsmixanova T. Azərbaycan Respublikası Pedaqoji Kitabxanasının müstəqillik illərindəki 

fəaliyyəti// Kitabxanaşünaslıq və informasiya: elmi nəzəri və praktiki jurnal. 2010.-№2.-s.58 

6. Səbail rayonunun kütləvi kitabxanalarının müvafiq illərə dair hesabatları. 

7. Binəqədi rayonunun kütləvi kitabxanalarının müvafiq illərə dair hesabatları. 




96 

 

 



 

 

 

O. KУЛИЕВ 

 

СОВРЕМЕННАЯ СОСТОЯНИЕ БИБЛИОТЕЧНОГО ИНФРАСТРУКТУРА 

ГОРОДА БАКУ(НА ПРИМЕРЕ САБАИЛОВСКОГО И  

БИНАГАДИНСКОГО РАЙОНА) 

 

РЕЗЮМЕ 

 

В статье изучены состояния библиотечного инфраструктура, библиотечно-

информационных ресурсов, уровень современного состояние кадрового обеспечения 

массовых библиотек Сабаилского и Бинагадинского района города Баку. 



 

 

 

O. KULIYEV 

 

THE MODERN STATE OF THE LIBRARY INFRASTRUCTURE OF BAKU CITY 

( FOR SAMPLE BINAGADI AND SABAIL DISTRICT) 

 

SUMMARY 

 

In the article examined the status of library infrastructure, library and information resources, 

the level of the modern state of the staffing of public libraries Sabail and Binagadi district of 

Baku city.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə