Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 260,46 Kb.
səhifə1/2
tarix26.09.2017
ölçüsü260,46 Kb.
#1514
  1   2



ORXAN

BAHADIRSOY


Orxan Elsevər oğlu Bahadırsoy 1993-cü il avqust ayının 4-də Lerik rayonun Hamarmeşə kəndində doğulmuşdur. Orta təhsilini Bakı şəhəri Qala qəsəbəsi 92 saylı orta məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan dövlət Neft Akademiyasının Tibbi texnologiya mühəndisliyi ixtisasına daxil olmuş daha sonra buradakı təhsilini yarımçıq saxlayaraq Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Dram Teatrı aktyorluğu fakültəsinə qəbul olunmuşdur.

Yaradıcılığa 2007-ci ildə, “Gülüş olmasa” adlı şeirlə başlamışdır. Sonralar “Görüşündə gözləyirəm” , “Bir həsrət var içimdə” , “Mənə sevirəm demə” , “Biz bir nağıla döndük” , “Öldür məni İlahi” , “Nə qəribə həyatdır” kimi çoxlu şeirlər yazır. Şeirlərlə yanaşı poemalar da işləməyə başlayır və “Əmanət Vətən” , “Bir xəyalda Müşfiqlə” , “Qaraçı taleyi” , “Gözü yolda qalanlara” , “Mənim babam” poemalarını qələmə alır.

2009-cu ildə ilk pyesi olan “Bəxtsiz gəlin” faciəsini yazmışdır. Bundan sonra mütəmadi olaraq “Günahkar” , “Ömrün iki dünyası” , “Həyat bizi sınayır” , “Müqəssirin xəyanət tablosu” , “Yeni Tanrının ədaləti” , “Günahsız məhkumlar” , “Sadə ölüm oyunu” , “Səhnə Tanrısı” , “Mənə dəli deyirlər” , “Mənim qadınlarım” və başqa pyesləri yazır.

İlk yazdığı roman “Ürək məzara dönəndə” romanıdır. Bundan sonra “Fahişə mələklər”“İlanlar da sevə bilir” romanlarını yazır.

Orxan Bahadırsoy çox erkən yaşlarından aktyor kimi fəaliyyət göstərməyə başlayır. Hələ 2007-2008-ci illərdə oxuduğu orta məktəbdə keçirilən tədbirlərdə müxtəlif rollarla səhnəyə çıxmış, aparıcılıq və ssenaristlik etmişdir. Daha sonra xalq teatrında və bir sıra peşəkar səhnələrdə iştrak etmişdir. Səhnəyə olan maraq və sevgisi onu İncəsənət Universitetinə gətirib çıxarmışdır.

Ölülər” (C.Məmmədquluzadə) Kefli İsgəndər, “Yazığam sevmə məni” (Ə.Əylisli) Baxış, “Sadə ölüm oyunu” (O.Bahadırsoy) Fərid, “Məlikməmməd” (xalq nağılı) Məlikməmməd, “Səni kim unudar” (M.İskəndərzadə) Mikayıl Müşfiq, “Ana” (H.Cavid) Orxan, “Unuda bilmirəm” (İ.Əfəndiyev) Kamran, “Qaçaqlar” (Şiller) Şpigelberq, “Xocalı fəryadı” (M.Dilbazi) Fərhad, “O qızın göz yaşları” (Z.Yaqub) Təvəkkül və başqa rolları məharətlə oynamışdır.

Aktyor, aparıcı, ssenarist, şair, yazıçı və dramaturq kimi fəaliyyət göstərir.

Uğurlar arzusu ilə…

Orxan Bahadırsoy imzası biz mətbuat işçilərinə çox tanışdır, eyni zamanda doğmadır. Çünki biz Orxanı xeyli zamandır tanıyırıq. Özünə, yaradıcılığına hörmətlə yanaşırıq. Qaynar həyat tərzi keçirən bu gənc istedadlı yazar öz üzərində çalışır. Hər gün yeni nə isə yazır, yaradır...

O həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır, həm də teatrda aktyor işləyir. Gərgin keçən günlərində o yaradıcılıqla məşğul olmağa da vaxt tapır.

Əhsən, belə gənclərimizə! Orxanın yazdığı şeirlərlə, mənzum hekayələrlə, dram əsərləri ilə tanışam. Onda olan fitri istedada bələdəm. Gələcəkdə ondan cild-cild romanlar gözləyir oxucuları. Çünki müraciət etdiyi mövzular çox aktualdır, gənc yaşında elə ağrılı problemlərə toxunur ki, həmin mövzu haqqında bir xeyli düşünməli olursan.

Müraciət etdiyi gənclərin həyatından bəhs edən “Fahişə mələklər” əsərini mənə təqdim edəndə həmin gün oxudum, qoyulan mövzu – yüngül əxlaqlı qadınların faciəvi həyatı, neçə gəncin ölümü insanı vahiməyə salır. Düşünürsən ki, bəli, belələri bizim əhatəmizdə hələ də var, biz onları uzaqlaşdırmaq yox, onlara yol göstərib, düzgün yola çəkib cəmiyyətə yönəltməliyik. Təəssüflər olsun ki, hələ də yüngül əxlaqlı qadınlar, əyyaş oğlanlar, “atalarının gül balaları” narkomaniya xəstəliyinə tuş gəlmişlər.

Hörmətli oxucu, əsərin adı sizi düşünməyə vadar etsin. Bir xeyli düşünməyə dəyər, bəli, “Fahişə mələklər”, bu “mələklər”in həyatına, düşdükləri mühitə, harınlamış varlı kişilərimizin əxlaqsızlığına tamaşa edin! Kitabı vərəqlədikcə sanki bir filmə tamaşa etdim: sonu ölümlə, faciə ilə bitən neçə-neçə gənc həyatının, sadəlövh qızlarımızın taleyinə acıdım. İnsan onları düşündükcə Nadya kimi ləyaqətsiz, pul hərislərini lənətləyir. Əsərin sonunda Nadyanın toruna düşən gənc bacısı oğlu Riad tərəfindən bıçaqlanaraq öldürülən bu qadının aqibəti bu yolu tutanlara bir xəbərdarlıqdır. Romandakı müxtəlif taleli qızların acizlik, tənhalıq ucbatından fahişəliklə məşqul olmaları, onların cəmiyyətimiz üçün təhlükəli olması vurğulanır. Belələrinə qarşı hamımız ayıq-sayıq olmalı, bu yola düşən qadınlarımızı bu yoldan çəkindirməli, düz, haqq yoluna çağırmalı, onlara əlimizdən gələn köməyi etməliyik.

Orxanın toxunduğu narkomaniya mövzusu bu gün cəmiyyətimiz üçün çox qorxulu, ürəkağrısı ilə qarşıladığımız prosesdir. Əfsus ki, bu gün də yüzlərlə gəncimiz bu dəhşətli, sarsıdıcı zərbəni almış, narkomanlığa meyl etmiş, sonra isə onun girdabından qurtula bilməmişdir. Ona görə də gənclərimiz ağılla hərəkət edərək vətəni və ailəsi üçün layiqli vətəndaş kimi yetişməli, özünü sübut etməlidir. Bunun üçün insanda bu məqamlarda təsir altına düşməmək üçün mətin iradə lazımdır.

Əsərdə iradəsi zəif olan insanların aqibəti açıq-aydın görsənir. Müəllif sonda oxucusuna müraciət edərək vurğulayır: “Onlar bu dünyaya gələndə, təzəcə dil açanda, ayaq açanda, xəyal qurmağı öyrənəndə bu həyat ağılllarına belə gəlməzdi.”

Buyurun, əsərlə tanış olun, o zaman hər şeyi özünüz görəcəksiniz.

İradə Qaracallı:

Bizim Lider” qəzetinin baş redaktoru, Yazıçı-publisist, “Qızıl qələm” media mükafatı laureatı

Mənim sizə sözüm var
Salam, mənim əziz oxucum! Sizinlə söhbət etdiyimə görə hədsiz sevinir və söhbətdə mənə həmdəm olduğunuz üçün sizə təşəkkür edirəm, sevgi və hörmətlərimi bildirirəm.

Əvvəla, onu deyim ki, bu roman mənim üçün çox dəyərli və əziz olan əsərlərimdən biridir. Çünki, burda məni həmişə düşündürən problemlərdən, tez-tez qarşılaşdığım insanların taleyindən danışıram. Elə insanlardan ki, bu gün çoxunuza irgənc, günahkar, rəzil və alçaq görünür onlar. Nə təəssüf ki, biz özümüz də nə etdiyimizi anlamadan, həqiqətin dərinliyinə varmadan fikir yürütməkdə, məsləhət verməkdə, tənqid etməkdə pərgarıq. Kimisə bir səhvinə görə aramızdan uzaqlaşdırıb onu alçaltmaqla özümüzdə və başqalarında ona qarşı nifrət yaradırıq. Nəticədə həmin insanı daha çox məhv etdiyimizi anlamırıq.

Həqiqət o məramdadır ki, bizə yaşamağın sirrini öyrətsin. Xoşbəxt isə o insandır ki, həyatın ən böyük sirr kimi gizlətdiyi bu məramda həqiqəti axtarıb tapa bilsin. Onu tapmayanda isə insan ya ölər ya da yaşayaraq məhv olar.

Bu əsəri yazmaqda məqsədim bəzi həqiqətləri gözüyumulu qarşılayıb, onun yalan olduğuna inanan insanlara bunun həqiqətən var olduğunu göstərməkdir. Biz hər birimiz fahişələrlə rastlaşırıq. Onlar bizim hər birimizin çevrəsində var. Kiminin yaxınlığında, kiminin dostluğunda, kiminin ailəsində və kiminin də mütəmadi getdiyi fahişəxanalarda. Bütün bunlar bizim gözümün qabağındadır amma biz hələ də buna gözüyumulu baxıb o insanları öz aramızdan təcrid etməkdəyik.

Burda Nadya adlı yaşlı bir qadının fahişəxanasında olan fahişələr əsərin qəhrəmanları və real həyatda da hər addımda rastlaşdığımız insanlardır. Nadyanın bacısı Marinanın təsadüfi məhəbbətini yaşayanlar da az deyil bu gün. Bu təsadüfi məhəbbətin bəhrəsi olan Riad kimi gənclərimiz də var. Nazim, Rusif, Hikmət, Kənan kimi dostlarımız da var. Bu əsərdə çoxlu insan taleləri var və bunların hamısı həqiqətdir. Baxın, bu həqiqəti qəbul etmək və bu insanlara bacardıqca kömək etmək, onları xilas etmək bizim borcumuzdur.

Çox təəssüf ki, bir fahişə ilə evlənib onu ev qadınına çevirən bir kişi qeyrətsiz damğası alır. Amma o fahişəyə pul verib onunla bir saat keçirən, sonra da onlara Sevdanın, Səbinənin taleyini yaşadan kişilər isə əsl kişi sayılır.


Bəlkə də bu əsər öz bədbin və faciəvi süjet xətti ilə insanda ruh düşkünlüyü yaradar. Buna görə hər bir oxucumdan bağışlanmağımı rica edirəm. Mən bununla da sözümü bitirirəm və sizi öz qəhrəmanlarımla baş-başa buraxıram.


FAHİŞƏ
MƏLƏKLƏR
2 hissəli tragiroman

Kimsə “mən fahişə olacağam” arzusu ilə yaşamır bu dünyada…

1-Cİ HİSSƏ

Kimsə “mən fahişə olacağam” arzusu ilə yaşamır dünyada. Oğrunu oğurluq etməyə, qatili adam öldürməyə, əyyaşı içki içməyə, fahişəni fahişəlik etməyə məcbur edən amillər var.

Mənən bu dünyanın ən təmiz, ən pak insanlarıdır onlar. İçlərində qərəz yox, kini, nifrəti bacarmayan, hamını sevən, günahsız həyat məhkumlarıdırlar.

***
Nəsib Muradov balacaboy, yumrusifət, yaraşıqlı bir oğlan idi. Anası onu dünyaya gətirən gün dünyasını dəyişmiş, atası həmin il şəhərə getmiş və Nəsibi nənəsi, bibiləri və əmiləri böyütmüşdü. Atası şəhərdə kiçik ticarətlə məşğul olurdu. Sonradan o, bu kiçik ticarəti böyük biznesə çevirdi. Anasının ölümündən sonra atası heç vaxt evlənməmişdi. Atasının şəhərdə olduğu müddətin bir qismi Nəsibin uşaqlıq və gənclik illərinə düşürdü. 18 yaşı tamam olanda isə atası gəlib Nəsibi də özü ilə şəhərə apardı. Onu öz yanında saxlayıb ticarət sahəsinin sirlərini ona öyrətməyə başladı. Atası yaxşı bilirdi ki, oğlu savadsızdır və oğlunun savadsız olmasının səbəbi onun kənd mühitində ata-ana qayğısından uzaq böyüməsidir. Odur ki, heç vaxt oğlunu qınamırdı buna görə.


Zaman sürətlə keçirdi. Nəsib artıq çox şey öyrənmişdi. Hətta elə gün olurdu ki, atasının dükanlara gəlməsinə ehtiyac olmurdu. Nəsib özü malları qəbul edir, mağazalara paylayır, hətta hesab-kitab işlərini də tək başına görürdü. Bu isə Nəsibin atasını olduqca sevindirirdi.

Şəhərə gəlməsinin 5 ili tamam olanda yəni 23 yaşında Nəsibin başına bütün həyatını dəyişdirəcək hadisə gəldi. O hər gecə saat 23-00 - da bütün mağazaların işçilərindən açarları təhvil alar, mağazaları yoxlayar və kilidləyər, sonra evə gedərdi. Bir gün mağaza işçilərindən biri vaxtından bir saat əvvəl açarı gətirib Nəsibə təhvil verdi və çox vacib işi olduğundan 1 saat tez getməsi üçün Nəsibdən icazə istədi. Nəsib açarı alıb icazə verdi. İş vaxtı bitəndə bütün işçilərdən açarları təhvil aldıqdan sonra vaxtından tez icazə verdiyi işçinin olduğu dükanı da yoxlamaq qərarına gəldi. İri addımlarla irəliləyib dükana çatdı.Əlini cibinə atıb açarı çıxartmaq istədi amma tapmadı. Bütün ciblərini ələk-vələk elədi amma açarı tapmadı ki, tapmadı. Heyrətlə ətrafa boylana-boylana geri qayıtmağa başladı. Biraz getmişdi ki, bir qızın təngnəfəs, qaçaraq ona yaxınlaşdığını görüb dayandı. Təəccüblə seyr etdi. Qız yaxınlaşıb onun önündə dayandı və açarı uzadıb nəfəsini dərərək :


-Gedərkən düşürtmüşsünüz. Arxanızca çox səsləndim amma eşitmədiniz. Qaçmalı oldum. - dedi.


Nəsib əlini uzadıb açarı aldı və üzündə təşəkkür ifadəsi ilə sevincək güldü. Sonra qızın gözlərinə baxıb onu qucaqladı. Onsuz da təngnəfəs olmuş qız, sıxılaraq sivrilib onun qolları arasından çıxdı. Oğlan etdiyi hərəkətdən utanıb qızardı və geri dönüb dükanın qapısını açıb içəri girdi. Ətrafa göz gəzdirdi. Bir sıra kiçik səliqə-səhman işləri görüb qapını kilidləyib evə getmək niyyəti ilə çıxmaq istəyəndə qapının önündə həmin qızı gördü. Donub qaldı və təəccüblə gözlərini bir nöqtəyə zilləyib dayandı. Qız əlini uzatdı :


-Mənim adım Marinadır. - dedi.


Nəsib heç bir reaksiya vermədən həmin nöqtəyə baxırdı. Qız onun əlini yanından ayırıb sıxdı və diqqətlə onun gözlərinə baxdı :


-Nə satırsan? - deyə soruşdu.


Nəsib birdən diskindi və :


-Xanım, iş vaxtı artıq bitib. - deyə cavab verdi.


-Amma mənim işim indi başlayır. Mən satdıqlarına baxmaq istəyirəm. – deyib, Marina içəri girdi.


Ətrafa göz gəzdirib qəh-qəhə çəkdi :


-Qadın alt paltarları satırsan? - deyə soruşdu.


-Mağaza mənimdir amma mən satmıram, işçilərimiz var.


-Heyif ki, mən alt paltar geyinmirəm. Yoxsa xeyli alardım səndən. Amma sənin xətrinə nəsə almalıyam da. - deyib buzqalterlərin düzüldüyü rəfə baxdı. Qırmızı bir buzqalter götürüb :


-Bunun rəngi çox xoşuma gəldi. Həm də əynimdə qırmızı köynək var. Bir də ki, döşlərim çox da böyük deyil. Bu ən yaxşısıdır. - dedi.


Sonra bədəninə tam oturmuş dar qırmızı köynəyi cəld soyunub kənara tulladı. Altdan buzqalter geyinməmişdi və bunu hələ köynək əynində olanda da hiss etmək mümkün idi. Nəsib utancından qızarıb başını aşağı salmışdı və hərdən dodaqaltı gülümsəyirdi. Çox güman ki, onu güldürən Marinanın alt paltar geyinməməsi idi. 


Marina buzqalteri geyinib Nəsibə baxdı :

-Yaraşır?- deyə soruşdu amma Nəsib yenə də başını qaldırıb ona baxmadı da. Marina bir daha soruşdu :


-Hey, yaraşır ya yox?


Nəsib susdu. Marina bu dəfə qəzəblə :


-Məni eşitmirsən? -deyib ona yaxınlaşdı. Ağ və incə bədəni, nazik uzun əlləri, sarı və ipək saçları olan bu qızın insanın qanını coşduran ədalı yerişinə baxmamaq mümkün deyildi. Buna görə də nəhayət ki, Nəsib başını qaldırıb ona baxdı və boyca Nəsibdən hündür olan, həm də hündürdaban geyinən Marinanın döşləri Nəsibin gözlərinin tuşunda qaldı. Marinanın əynində qara, topuğuna qədər uzanan, yarığı isə dizdən iki qarış yuxarı olan yubka var idi. Belində iri toqqalı zamuş kəmər parıldayırdı. O striptizsayağı hərəkətlərlə toqqanı açıb yubkanı əynindən çıxardı və kənara tulladı. Biraz əvvəl alt paltar geyinmədiyini dediyindən Nəsib onun tamam lüt-üryan olacağını bildiyinə görə hələ gümüşü toqqasına əlini atanda Nəsib arxasını ona çevirmişdi. Qız əlini atıb onun göy xanalı köynəyinin düymələrini açmağa başladı. Sonra köynəyi çıxarıb kənara tulladı. Daha sonra belinin kəmərini açdı, sonra şalvarının düyməsini, sonra zamoku açdı və şalvar qeyri-ixtiyari Nəsibin dizlərindən aşağı düşdü. Marina tam çılpaq şəkildə Nəsibin başına dolanır və o dolandıqca ayaqları Nəsibin ayaqlarına, döşləri isə onun üzünə sürtünürdü. Əyninə kip oturmuş alt paltarı yavaş-yavaş genişlənirdi Nəsibin.


Nəsib bu gözəllikdən bihuş olub Marinanı qucaqladı və dodaqlarını onun dodaqlarına sıxdı. Qız da dayanmadan Nəsibin boynunu və boğazını əmməyə başladı. Hər ikisi qol boyun olub dayanmadan öpüşürdülər. Nəsib Marinanı qucağına alıb üstünə buzqalterlər düzülən böyük ləmənin üzərinə sərdi. Sonra Marina boğuq bir səslə : 

-Qapını kilidlə və pərdəni çək. - dedi. 


Nəsib qapını kilidlədi, pərdəni çəkdi və qızmış kimi Marinanın üstünə sərildi. Qaranlıq otaqda onların romantik sevişməsi uzun müddət davam etdi. Daha sonra Marinanın iniltisi və Nəsibin qızğın hənirtisi kəsildi. Nəsib əlini ləmənin altına atıb bir kibrit və siqaret götürdü. Kibriti yandırıb siqareti tüstülətdi və kibriti söndürüb ləmənin altına tulladı. Marinanın səsi gəlmirdi və heç yırğalanmırdı da. Nəsib narahat olub əlini onun burnuna tutdu və nəfəs alıb-almadığını analiz etdi. Görünür nəfəs alırdı ki, Nəsib rahat uzandı və məlum idi ki, Nəsib qızı çox yorub. Axı Nəsib ilk dəfə idi ki, sekslə məşğul olurdu və bu səbəbdən çox hərəkəti qız edirdi. Nəsib də yorğunluqda Marinadan kənar qalmırdı. Siqaretini çəkib ölü kimi yatmağı düşünürdü. Təzəcə siqaretdən bir qullam almışdı ki, onu yuxu apardı və siqaret ləmə üzərinə düzülmüş buzqalterlərin üstünə düşdü. Və buzqalterlər yavaş-yavaş alışmağa başladı. 


Hər ikisi şirin-şirin yatırdı. Otağı isə getdikcə tüstü bürüyürdü. Buzqalterlərdən biri qismən közərmiş və altdakı geniş taxta ləməni də közərtməkdə idi. 


Nəsibin atası çox narahat idi. Şəhərə gəldiyi gündən ilk dəfə idi ki, Nəsib evə gəlmirdi. Yaşı əllini ötmüş atası ürək xəstəsi idi və bu xəstəlik onda arvadının ölümündən sonra yaranmışdı. Odur ki, oğluna görə narahatlıqdan ürəyi sancmağa başladı. Dilinin altına bir dərman atıb bazara yollandı.


Yay ayı olduğundan havalar çox isti idi. Şəhərin küləksiz, boğuq, isti yay gecəsində atası bazardakı dükanların hər birində Nəsibi axtarmağa başladı. Birdən bazarda yanğın iyi hiss etdi və ürəyi qorxuya büründü. Baxmadığı dükanlara baxa-baxa yanğın iyi gələn tərəfə həyəcanla qaçırdı. Qaçaraq var gücü ilə bu sözləri deyirdi :

-Nəsib, hardasan? Eşidirsən, Nəsib? 


Amma nə səsinə səs verən var idi, nə də köməyinə gələn. Çünki saat artıq 02-00 - ı göstərirdi və adəti üzrə bu vaxtı bazarda heç kəs olmazdı. Nəhayət ki, atası qaçaraq özünü yanğının baş verdiyi dükana çatdırdı və qışqıra-qışqıra qapını döydü. Tüstünün təsirindən içəridə nəfəssiz qalan Nəsib və Marina huşunu itirmişdi. Atası dükanların yanında düzülən zibil qutularını yığıb var gücü ilə qapının şüşəli hissəsinə çırpırdı. Yaxınlıqda olan bütün zibil qutuları tükəndi amma şüşəni sadəcə çartlada bildi atası. Bu səbəbdən özünü var gücü ilə şüşəyə çırpıb 3-4 təpintidən sonra şüşəni nəhayət ki, çilikləyə bildi. Və həyəcanla özünü içəri atdı. Gözü heçnə görmürdü. Şüşənin qabağından sallanan pərdə onun ayaqlarına ilişdi və qoca ata yerə yıxıldı. Bundan sonra bir daha var-gücünü toplayıb ayağa qalxmağı bacardı və zorla gözünü açıb kiçik alov dilimlərinin işığında ləmənin üstündə lüt-üryan uzanan oğlu Nəsibi və tanımadığı Marinanı gördü. Biraz sarsılmış halda qalıb tüstü əlindən boğularaq öskürdükdən sonra oğlunu çiyninə götürüb çölə çıxdı və digər dükanın pilləkənləri üstdə uzatdı. Dayanmadan içəri girdi və eyni əziyyətlə Marinanı da ordan xilas etdi. Bir də içəri girdi və az sonra əlində Marinanın və Nəsibin hisdən qaralmış paltarları ilə geri qayıtdı. Ağır-ağır nəfəsini dərərək, gözləri yaşara-yaşara və öskürə-öskürə oğlunun və Marinanın paltarlarını geyindirdi. Yarı-yarımçıq da olsa hər ikisini qismən geyindirdi və əlini ürəyinin üstünə qoyub dərin bir "ah" çəkərək huşunu itirdi. 


***


Elə həmin gün Nəsibin atası dünyasını dəyişdi. Yaxınlıqda olan polis dəstəsinin köməyi ilə yanğınsöndürmə və təcili yardım briqadası hadisə yerinə gəldi. Təcili yardım gəldikdə Nəsibin atası artıq ölmüşdü, Nəsib və Marina isə tüstüdən sadəcə huşlarını itirmişdilər. Nəsibin atasının meydi bir gün morqda qaldı.
Səhəri gün Nəsib də, Marina da tam sağaldı və atanın ölüm xəbəri həkimlər tərəfindən bildirildi. Nəsibin ürəyinə dammışdı sanki... O səssizcə ağlayıb morqa gəldi və atasının meydini qucaqladı. Həmin gün Nəsib və Marina meydi kəndə apardılar. Dəfn olundu. 7 gün Nəsib də, Marina da burada qaldılar. Nəsib Marinanı hamıya sevgilisi kimi tanıtdırdı. Çünki, buna məcbur olmuşdu. Marina onun qoluna girir, hamıya Nəsibin ona, onun da Nəsibə qarşı olan məhəbbətindən danışırdı. Nəsib heç vaxt niyə belə dediyinin səbəbini soruşmamışdı ondan bu yeddi gün ərzində. Yeddi gün sonra hər ikisi şəhərə gəldi. Yolboyu Nəsib çox susqun və dalğın idi. Nə düşündüyünü isə Marina dəfələrlə soruşsa da demədi. 

Şəhərə gələndən sonra Nəsib Marinanı evə aparıb otaqlarla tanış etdi və evin şəraitini, əşyaların yerini ona başa saldı. Sonra dərhal bazara gedib işinin başına keçdi. O bu işdən heç vaxt ayrılmayacaqdı. Çünki bütün bunlar atasından ona yadigar və daha doğrusu əmanət idi. Odur ki, rayondan gəldiyi günü bütünlüklə işlərinə sərf etdi. Axşam da evə gec gəldiyindən Marina artıq yatmışdı. Bir stəkan soyuq çayı başına çəkib yerinə uzandı və çox keçmədi ki, yuxuya daldı.


Səhər açıldı, Marinanın zərif əlləri Nəsibi sığallayaraq yuxudan oyatdı. 


-Sabahın xeyir, mənim tənbəl sevgilim! – deyə zarafat etdi Marina. Nəsib isə ona məhəl qoymadan qalxdı yerindən. Hamama keçib əl-üzünü yudu, çıxandan sonra qurulandı və divana oturub :

-Marina, bura gəl! – deyə çağırdı. 


Marina ilk dəfə idi ki, Nəsibdən bu cür münasibət görürdü, ona yaxınlaşdı və :


-Buyur! - dedi.


-Sən kimsən? -deyə Nəsib soruşdu.


-Mən Marina.


-Mən də Nəsib.


-Adını bilirəm əzizim.


-Niyə kənddə hamıya bizim sevgili olduğumuzu deyirdin? Məgər mən sənə səni sevdiyimi demişdim?


-Deyəsən olanları unutmusan əzizim?


-Hansı olanlardan danışırsan?


-Yanğın olan gecə baş verənlərdən danışıram. Sən həmin gecə mənimlə yatdın. 


-Bu oldu keçdi. Bu o deməkdir ki, biz sevgiliyik?


-Amma sən mənim bəkarətimin sahibisən. Mən bakirə idim, artıq sənin qadınınam.


Nəsibin gözlərindən qəzəb yağırdı :


-Sən məni dolamısan. Gecənin yarısı soyunub sarmaş-dolaş olduğun kişi ilə yatmısan, indi də özünü mənə bakirə kimi sırayırsan? Sən fahişəsən, fahişə!


-Yox, mən fahişə deyiləm. Mən səni sevirəm Nəsib! Niyə anlamırsan? Aramızda olanlar öz-özünə deyildi. Bu məni sənə bağladı. Əslində sən özün də mənə bağlanmısan amma bunu etiraf etməyə qorxursan.


-Sus! Rədd ol get! Daha görünmə gözümə. Bir də çıxsan qabağıma boğub öldürəcəyəm səni. 


-Yox! Yalvarıram buraxma məni! İnsafın olsun. Rəhmin gəlsin mənə. Ürəyinin səsini dinlə və düzünü de, sən axı mənim getməyimi ürəkdən istəmirsən!


- Sənə sus dedim və rədd ol...


Elə bu vaxt Marina bərk-bərk onun dodaqlarından yapışıb ehtirasla öpməyə başladı. Yenə eyni qayda ilə soyundu, Nəsibin boynunu-boğazını əmdi və Nəsib də içindəki yanğının təsirindən bütün qəzəbini unudub ona sarıldı... Yenə həmin qaydada sekslə məşğul oldular.


Biraz keçdi. Nəsib danışmağın faydasız olduğunu görüb susdu və əynini geyinib çölə çıxdı. Marina dodaqaltı gülümsədi.

*** 

Marina İvanovna, bir daha xatırladım ki, uzun boylu, sarı, uzun saçlı, nazik dodaqlı, dəniz kimi gömgöy gözləri olan rus qızı idi. İki il əvvəl bacısı Nadejda İvanovna ilə Azərbaycana gəlmişdi. Nadejda İvanovna 30 yaşlı qadın idi. 23 yaşında bir dəfə ərə getmişdi və əri onu fahişə kimi satdığına görə ərindən boşanıb mamarozalıq etməyə başlamışdı. Əlindəki ən bahalı fahişələrdən biri də bacısı Marina idi. Çünki bu gözəllikdə və bakirə qızlar çox baha qiymətə gedirdi. Marinanı qorxudan da öz bəkarətini artıq əldən verməsi idi. Düzdür, Nadya da istəyirdi ki, Marina bir varlı kişiyə ərə getsin və onu da pul müqabilində hansısa nüfuzlu varlıya satmasın. Marina heç vaxt kişi ilə yatmamışdı. Seksdə olan təcrübəsi isə uzun müddət fahişələrlə bir arada olması və onlardan ehtirasın sirlərini öyrənməsindən irəli gəlirdi. Nəticədə Nadya bacısının belə varlı bir oğlanla evlənməsinə mane olmayacaqdı. Əksinə, təqdir edəcəkdi və dəstək olacaqdı. Amma Nəsibin Marina ilə evlənməyəcəyi, bir gün rəhm etmədən qapıdan çölə atacağı qorxusu var idi Marinanın ürəyində. 


Atası olduqca varlı biri idi Marinanın. Çox sakit, mehriban ailədə yaşayırdı. Sonralar atasının içkiyə qurşanması, qumara öyrəşməyi pozdu ailənin sakit həyatını. Anası atasından boşanıb qızlarını da ataraq başqa bir kişiyə ərə getdi. Nadya isə çoxdan münasibətdə olduğu bir oğlanla ailə qurdu. Atası evə gəlmədiyindən Marina bacısının yanına getdi və heç vaxt nə atasından, nə də anasından xəbər ala bilmədi. Nadyanın əri də onu fahişə kimi satdığından artıq hər iki bacı bu mühitə düşdü və sonra Nadya ərindən ayrılıb Azərbaycana gəldi, necə deyərlər öz "fahişə" biznesini qurdu. Nadya burada öz yeddi fahişəsi və bacısı ilə qalırdı. Şəhərin ən varlı, nüfuzlu insanları məhz onun fahişəxanasından "al-ver" edirdi. 

Balaca, qərib şəhərdə bir əcnəbi qadın, bacısı və yeddi mələk kimi qızları ilə birgə fahişəlik edirdi. Şəhərin kiçik qəsəbələrinin birində, insanın az olduğu, ətrafında böyük çöllüklər uzanan balaca bir məhəllədə ev kirayələmişdi. Üç otaqdan və bir dar koridordan ibarət bu ev tez bir zamanda məşhurlaşdı.

Nəsiblə görüşdüyü gecə Marina qaçmışdı evdən. Nadya burada tanış olduğu və sıx əlaqə saxladığı bir rəfiqəsinin yubiley gecəsinə getmişdi. Açarları isə Marinaya vermişdi. Fahişələrin hamısı yatmışdı. Marina səssizcə qapını açıb çölə çıxaraq arxadan kilidləmişdi qapını və açarı da elə qapının üstündə saxlamışdı.


Heyrətlə ətrafa boylanıb şəhərə tamaşa edirdi. Niyyəti qaçmaq deyildi əslində. Biraz dolaşıb qayıdacaqdı evə. Çalışırdı ki, mağazalara getsin, geyimlərlə və digər şeylərlə maraqlansın. Odur ki, soraqlaşıb bazara gəlmişdi və burda ətrafa baxaraq gəzinərkən yerdə bir açar gördü. Xeyli uzaqda Nəsibin addımladığını görəndə açarların ona məxsus olduğunu düşünərək səsləndi arxasınca amma Nəsib eşitmədi. Sonra da dayanmadan arxasınca qaçsa da çata bilmədi ona. Çünki Nəsib adəti üzrə iri və cəld addımlarla yeriyirdi. Xeyli sonra, lap dükanın önündə çata bildi…

Nadya ziyafətdən qayıtdıqda hələ qapının üstündə açarı görəndə qorxu bürüdü ürəyini. Cəld qapını açıb içəri girdi və birinci Marinanın otağına baxıb onu yerində görməyəndə tappıltı ilə yerə sərildi. Səsə oyandı bütün fahişələr. Nə olduğunu anlamadan hamı Nadyanı ayıltmağa çalışırdı. Nataşa, Rima, Seva, Toma, Anna, Anjel və Lena - Nadyanın yeddi sədaqətli fahişələri idi. Nadya həmişə onları "mənim mələklərim" adlandırırdı. Marina da adət etdiyi şit qəh-qəhə ilə "fahişə mələklər" deyirdi onlara. Nadyanın isə bu sözdən heç xoşu gəlmirdi. Sədaqətli fahişələrinin köməyi ilə birtəhər özünə gəldi Nadya. Ayılanda Marinanın adını sayıqlayırdı. Və həmin gündən o heç nə yemədi və içmədi. Əgər qızlar onu zorla bir tikə çörək yeyib bir qurtum su içməyə məcbur etməsəydi çox güman ki, öləcəkdi aclıqdan və susuzluqdan.


Günlər beləcə keçdi - dərdli, kədərli, intizarli... Marina yeni sevgi-məhəbbət macərasının axtarışında ikən Nadya boyun büküb həsrətlə onun qapıdan içəri girməsini gözləyirdi. Dözmədi Nadya. Öz fahişələrini çağırdı. Sədaqətli fahişələri Nadyanın qarşısında qulyanə təzim edib dayandılar. Nadya:


-Siz doğrudan da mələksiz. Mən sizi çox istəyirəm. Amma Marinamın intizarına dözə bilmirəm. Qərara gəlmişəm ki, çıxıb hər tərəfdə onu axtaracağam. Siz də burda məni gözləyəcəksiz. İnanıram ki, tezliklə onu tapıb bura qayıdacağam və biz yenə də əvvəlki kimi bir yerdə olacağıq! İndi gedin. Hərəniz öz otağınıza keçib dincəlin biraz. - dedi. Belə ki, fahişələr yenidən qulyanə təzim edib otağlarına çəkildi. Nadya olduqca yorğun və məsum bir üzlə qapını açıb çölə çıxdı və arxadan qıfılladı qapını. Açarı qırmızı köynəyinin altında qaralan qalın buzqalterinin rezin ipliyinə bağladı. Sonra ağır addımlarla küçəyə çıxdı və həmin gündən hər gün səhərdən axşama qədər Marinanı axtarar, gecə yarını keçəndən sonra isə bacısını tapmayaraq kor-peşman evə qayıdardı. 


Nadya bacısının sorağında bütün şəhəri ələk-vələk edərkən Marina hər gecə Nəsibin isti qucağında əzizlənib sevilər, sevişib gözəlləşirdi. Artıq qadınlığı hiss olunurdu. Döşləri xeyli yekəlmiş, ombaları böyümüş, dərisi zərif ve təravətli olmuşdu. Nəsib getdikcə daha çox bağlanırdı ona. Tanışlıqlarından artıq bir ay keçirdi. Bu bir ay ərzində Marina ilə Nəsib heç ayrılmadı biri-birindən. Və artıq Nəsib qərara gəlmişdi, Marina ilə evlənəcəyini deyəcəkdi hamıya. Sadəcə gözləyirdi ki, atasının qırx gün mərasimi bitsin. Nəsib dərin bir fikrə dalarkən Marina girdi içəri:


-Nə düşünürsən əzizim? -deyib uzun xalatını dizlərinə qaldırıb Nəsibin uzandığı geniş taxtın boş hissəsində oturdu və diqqətlə Nəsibin gözlərinə baxdı. Belə məqamlarda utanardı Nəsib. Ona görə də tez çəkdi gözlərini və pıçıltılı bir səslə:


-Atamın qırxı çıxan kimi evlənəcəyəm səninlə. Mənə ərə gələrsən? - deyə soruşdu.
Bu sözləri eşidəndən sonra Marinanın gözlərində elə bir ifadə yarandı ki, sanki dünyada ondan xoşbəxt insan yoxmuş kimi. Əllərini açıb qucaqladı Nəsibi və onun dodaqlarını öz dodaqlarına sıxıb:

-Bu da mənim razılığımdır! - dedi. Nəsib də sevindi onun sözünə. 


Deyəsən, hər şey qaydasında gedir. Artıq Nəsibin atasının qırx gün mərasimi bitdi. Nəsib Marinanı şəhərə yola salıb özü kənddə qaldı ki, qohumlarına açıqlasın Marina ilə evlənmək fikrini və təbii ki, açıqladı da. Hamı da razı oldu. Çünki bütün qohumlarının çox xoşu gəlmişdi bu qızdan. Nəsib şad xəbərlə döndü Bakıya. Bir üzük aldı gələndə. Qapını açan kimi Marinanı çağırıb onu qucağına sıxdı və üzüyü taxdı barmağına. Səhəri gün bütün qonaqlar gəldi rayondan, artıq toy hazırlığı başlayırdı. Marinanın xəyalı çox narahat idi. Kimsə yadına düşmüşdü deyəsən. Cəld Nəsibin yanına gedib işarə ilə qırağa çəkdi və nəsə pıçıldadı qulağına. Bir xeyli müzakirədən sonra ayrıldı Nəsibdən və cəld evdən çölə çıxdı. Bir xeyli keçdi. Artıq axşam olurdu. Bəlkə iki ya da üç saat olardı ki, Marina çıxmışdı evdən və heç bir xəbər yox idi. Nəsib çox narahat görünürdü. Marinanı soruşan qonaqlara:


-Mən onu bir yerə göndərdim, indi gələr. – deyə cavab verib narahatlığını gizlədirdi. 


Qapı açıldı. Nəsib qapıya tərəf boylandı. Marina daxil oldu və ardınca baxışları olduqca qəribsəmiş, bir xeyli yorğun və xeyli də sevincli Nadya girdi içəri. Hamı heyrətlə baxıb dururdu. Sükutu Marina pozdu:


-Biz iki bacıyıq. Bu mənim böyük bacım Nadyadır, tanış olun. - dedi və Marinanın bu sözündən sonra hamı Nadya ilə tanışlıq etdi və Nadya da artıq bu ailənin bir üzvünə çevrildi sanki.


Hər şey qaydasındadır deyəsən! Nəsiblə Marina artıq olduqca mehriban bir ər-arvaddır. Nadya da öz mələk kimi fahişələri ilə iş başındadır. Hər şey olduqca aydın, olduqca maraqlı... Amma her şey də Nəsibdən gizli. Kənddən qayıdandan sonra fahişə demişdi Marinaya. Sonralar buna görə dəfələrlə üzür istəsə də Marinanın yadından çıxmırdı bu söz. Həmişə xatırlayır və hər dəfəsində də: "Nəsib gərək heç nəyi bilməsin" - deyirdi. Buna görə də tez-tez Nadyaya deyirdi ki, bu fahişələr barədə Nəsibin məlumatı olmamalıdır. 


Çox sakit təbiətli biri idi Nəsib. Heç maraqlanmamışdı da Nadyanın keçmişi və indiki vəziyyəti ilə. Marina haqqında da heç nə soruşmamışdı. Maraqlandırmırdı onu əslində. Fahişə olduğunu bilsəydi belə yenə sərt reaksiya verməyəcəkdi mütləq. Amma Marinanı xof bürümüşdü.


Nəhayət, Marinanın çoxdan gözlədiyi an gəlib çatdı. O özünü olduqca xoşbəxt hiss edirdi. O artıq hər şeyi nəzarətində saxlamışdı sanki və artıq heç kəs sahib olduqlarını ondan ala bilməzdi. Doğrudan da Marina Nəsiblə tanış olduğu gündən ürəyində gizlətdiyi ən böyük arzuya çatmışdı artıq. O uçurdu, pərvazlanırdı, artıq Nəsibə də əvvəlki qayğını, diqqəti göstərmirdi. Əslində sevirdi, hətta əvvəlkindən daha çox sevirdi Nəsibi. Amma indi Nəsibdən daha çox sevəcəyi və Nəsibin ona bəxş etdiyindən daha çox şeylər bəxş edə biləcək birini gəzdirirdi bətnində. Elə biri ki, həm onun təsadüfi sevgisinin bəhrəsi, həm bu dünyada ondan sonra qalacaq bir xatirə, həm onu qoruyacaq biri, həm də bu var-dövlətin varisi...


Nadya da çox sevinirdi bacısının bu xoşbəxtliyinə. Öz fahişə mələklərindən ən gözəllərini, bəkirələrini hədiyyə edəcək bacısının doğulacaq oğluna. Nadya deyirdi Marinaya həmişə bətnindəkinin oğlan olduğunu. Nəsib də istəyirdi oğlan olmasını. Yeri gəlmişkən Marina çox gözəl və maraqli bir şəkildə hamilə olduğu xəbərini vermişdi Nəsibə. Qaranlıq otaqda iki böyük bir kiçik şam işığında üç nəfərlik süfrə hazırlamışdı. İçi şərabla dolu iki böyük bir kiçik qədəh, oyuncaqlara bəzədilən bir kiçik otaqda süfrə arxasında şərab içərkən pıçıldadı Nəsibin qulaqlarına:


-Mən hamiləyəm! - deyə.


Nəsib çox sevinmişdi, onu qucaqlayıb soruşmuşdu:


-Oğlan olacaq yoxsa qız?


-Sən nə istəyirsən?


-Oğlan olsun, oğlan.


-Sənin üçün yaraşıqlı, cüssəli bir oğlan doğacağam!


Sevincdən yerə göyə sığmırdı hər ikisi həmin gecə.


Bu da bir ucu sevgi, bir ucu rəzillik, bir ucu ölüm, bir ucu səadət olan həmin mənfur və möhtəşəm gecənin və o təsadüfi tanışlığın bəhrəsi...


Saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar və illər ötürdü durmadan... Marina bir oğlan doğmuşdu. Nəsibin bütün sevgisini, bütün varlığını özünə bağlayan, bir az Nəsibə, bir az da Marinaya, amma hər ikisindən daha çox xalası Nadyaya oxşayan bir oğlan uşağı. Nəsibin də, Marinanın da, Nadyanın da həyatına rəng qatan, sevinc gətirən, onlara ümid verən sevimli bir oğlan uşağı...

Keçdikcə günlər böyüyürdü bu uşaq da. Sanki bu böyümək mütənasib idi ətrafdakıların böyüməsi ilə. Uşağın adını əvvəlcədən düşünmüşdülər. Elə həmin gecə - Marinanın hamilə olduğu xəbərini Nəsibə verdiyi gecə Nəsib demişdi:


-Mən bilirəm, o oğlan olacaq. Adını Riad qoyarıq yaxşı?


-Yaxşı. Riad! Riad! - qarnını sığallayaraq demişdi Marina.


Riad iməkləyir, yeriyir, danışır - böyüyür, böyüyür, böyüyürdü…

***

Nadyanın fahişəxanasına təzə fahişələr gəlmişdi. Bir də çox qəribədir ki, bu fahişəxanaya nə qədər fahişə gəlirsə gəlsin burdakı fahişələrin sayı həmişə stabil idi. 


Nataşa gözəl qadın idi. Bir qızı var idi. Bir dəfə ərdə olub boşanmışdı. Qızı kimsəsiz uşaqlar evində böyümüşdü. Oxumuşdu, ali təhsil alırdı. Nataşa həmişə maraqlanırdı onunla amma cəsarət etmirdi qarşısına çıxıb "mən sənin ananam" deməyə. Qız da anasının öldüyünü düşünürdü. Nataşa Nadya ilə birlikdə gəlmişdi Rusiyadan. Qızının Universitetə daxil olduğunu biləndən sonra çıxdı onun qarşısına və cəsarət etdi "mən sənin ananam" deməyə. Amma qızı tüpürmüşdü onun sifətinə. Elə həmin axşam asdı özünü Nataşa. 


Seva çox mehriban və mədəni qadın idi. Kimsəsi yox idi. Heç vaxt evlənməmiş və 14 yaşından Nadyanın fahişəxanasında idi. Nadya bura gələndə burdan onun fahişəxanasına daxil olan ilk qız Seva idi. Onu Nadyanın kirayədə qaldığı evin sahibi 1000 dollar müqabilində vermişdi Nadyaya. Çox gözəl və cəlbedici bir görünüşə sahib idi. Onu atası zorlamışdı. Anası atasını öldürüb həbs olunmuşdu və onu da türmədə öldürmüşdülər. Sevanın daimi bir müştərisi var idi. 30 yaşında baxımlı və varlı kişi idi. Bir gün evinə aparıb kobud rəftarı ilə bezdirdi Sevanı. Yanaqlarından tutub sıxır, döşlərini elə sıxırdı ki, partlamağa qalırdı. Əllərini, budlarını və arxasını dişləyirdi. Barmaqlarını onun orqanına itələyirdi.


Seva yatağa girməkdən imtina edib qayıtmaq istəyirdi. Amma kişi onun iki qolunun arxasında kəndirlə bağlayıb taxta uzatdı və soyundurdu. Seva çapalayırdı, canını qurtarmaq istəyirdi. Sonra belindən kəməri açıb bir neçə dəfə ağır zərbə ilə onun bədəninə doladı. Seva artq qüvvəsini itirmişdi. Kişi soyunub onun qarnı üstdə oturdu. Zarıldayırdı Seva. Kişi isə hərdənbir çırpırdı belindən açdığı kəməri onun ayaqlarına və döşlərinə. Sonra kəməri onun orqanına çırpdı dəfələrlə. Orqanı qızarıb şişmişdi. Kişi hərdən onun ağzını aralayıb tüpürürdü onun ağzına. Seva isə halsız ögüyürdü.


Kişi dayandı. Yenə Sevanın qarnı üstdə oturub onun ağzını araladı, sidiyini onun üzünə səpdi və ağzına doldurdu. Elə həmin an bir neçə dəfə ögüyüb qusdu Seva. Buna əsəbləşən kişi çıxdı özündən və kəmərlə dayanmadan vurmağa başladı onu. Amma xəbəri yox idi ki, ikinci zərbədən sonra artıq ölmüşdü Seva. 


Kişi Sevanın cəsədini öz həyətində basdırıb onun müqabilində Nadyaya 50 000 dollar pul vermişdi. 


Toma sadəlövh insan idi. O həyatdan küsmüşdü. Çox maraqlı fəlsəfi fikirləri var idi. Fikirlərinə görə digər fahişələr ona filosof deyirdi. O da Nadya ilə gələn fahişələrdən idi. Bir gün Nadyaya yaxınlaşıb artıq getmək istədiyini dedi. Nadya ona pul verib halallaşdı və yola saldı. Üstündən bir ay keçdi və Toma geri qayıtdı. O düşünmüşdü ki, qurtulacaq fahişəlikdən. Ev tutacaq, iş tapacaq. Amma getdiyi hər yerdə fahişəliklə üzləşdi. Hamı ona seks təklif edirdi. İşə düzəlmək üçün, kirayədə qalmaq üçün. Amma o artıq bezmişdi seksdən. O bununla hər şey əldə edə bilərdi amma istəmirdi. Özünə söz vermişdi. Bir ay dar, qaranlıq küçələrdə ucuz pivələrdən içib qızınaraq qaldı. Çox pis vəziyyətə düşmüşdü. Hətta bir ay sonra Nadyanın yanına qayıdanda Nadya tanımadı ilk baxışdan onu. Onun 1 yaşı olanda atası ilə anası boşanmışdı. Uşağı heç biri istəməmişdi. Bibisi götürüb böyütmüşdü onu. Sonra da müəyyən qiymətə satmışdı Nadyaya.


Toma kişi kimi bir qız idi. Hərəkəti, xasiyyəti kişini xatırladırdı adama. Nadyanın yanına qayıdanda bir neçə gün heç kəslə danışmadı, susqun halda oturub elə hey düşünürdü. Nadya da onu başa düşürdü və müştəriyə göndərmirdi. Bir neçə gün sonra sakitcə çıxdı fahişəxanadan. Qaçdı... Qaçdı... Və bir yaşayış olmayan çöllüyə çatdı. Durdu. Qışqıraraq dedi:


-Mən fahişə deyiləm! Mən fahişə deyiləm! Heeeeeeeeeey, məni eşidirsiz? Siz - mənimlə bir saat yatmaq üçün mənə ev, maşın, iş verən alçaq insanlar, mən fahişə deyiləm. Kimlərinsə axmaq sevişməsinin bəhrəsi olmuşam. İki axmağın səhvi ucbatından gəlmişəm dünyaya. Amma mən fahişə deyiləm. İstəmirəm belə yaşamağı.


Bu yerə gələrkən yolda aldığı benzini öz üstünə səpdi və alışqan götürüb ətəyindən alışdırdı özünü. Yandı, kül oldu. Amma bu çöllükdə qışqıraraq dediyi bu sözlər sanki şillə kimi dəydi dünyanın üzünə. Dəhşətli bir külək başladı. Tomanın içində köz olan külü ətrafa səpələndi. Sonra göyün üzünü qara buludlar aldı və getdikcə şiddətlənən bir tufan qopdu. Su onun yandığı yeri yudu və o sözlərə görə dünya beləcə intiqam aldı Tomadan.


Bu üç fahişənin dəhşətli ölümü qısa fasilələrlə oldu. Birinci Nataşa, iki il sonra Seva, Sevadan da 3 il sonra Toma. Elə eyni müddətlərdə yeni üç fahişə gəldi Nadyanın fahişəxanasına. Nadyanın yeddi fahişə mələyi yenidən yerinə gəldi. Rima, Anna, Anjel, Lena, Roza, Maya və Samara. O yenə də öz fahişə mələklərinin qayğısına qalır, onları əzizləyir və onları ən varlı, nüfüzlü adamlara satırdı. İçlərində ən az yaşlı olana hələ toxunmamışdı. Bu Samara idi. O olduqca gözəl və mədəni bir qız idi. Arıq, incə beli, qara qaş-gözü, yumru və qırmızı yanaqları, qatlanan, uzun kirpikləri, ağ və plastik bədəni var idi. Nadya onu Riad üçün saxlamışdı. 16 yaşı tamam olan gün ona hədiyyə edəcəkdi.



Yüklə 260,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə